Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1097/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa Kateqoriya Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinə qarşı “işə bərpa" tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1987/2024 nömrəli iş üzrə 25 dek abr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2- 13F/2024 nömrəli əmrinə əsasən 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi üçün göstəriş verilmişdir.
2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi Amankənd ümumi orta məktəbinin 27 iyun 2024-cü il tarixli 46 nömrəli əmrindən çıxarışa əsasən iddiaçı təkrar serfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. 3. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə 15 iyun 2024-cü il tarixli vərəqədə qeyd edilmişdir ki, iddiaçı 03 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixinədək işdən azad edilmişdir.
4. Biləsuvar rayon Amankənd ümumi orta məktəbinin 27 iyun 2024-cü il tarixli 13 nömrəli aktına əsasən məktəbin direktoru və digər beş səlahiyyətli şəxsi tərəfindən məktəbin i btidai sinif müəllimi İddiaçı onların iştirakı ilə iddiaçıya məxsus olan əmək kitabçasını şəxsi işi ilə birgə İddiaçı təhvil verilmişdir.
5. Lənkəran 1 saylı Mediasiya Təşkilatının 15 avqust 2024-cü il tarixli MŞL/MT014/202401142 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən iddiaçının Amankənd ümumi orta mətəbinə qarşı əmək mübahisəsi ilə bağlı tələbinə dair 15 avqust 2024-cü il tarixdə saat 12:30-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Biləsuvar rayon Amankənd kəndi ümumi orta məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi və onun dəqiqləşdirilməsinə dair ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edə rək, Cavabdeh1ndə ibtidai sinif müəllimi vəzifəsindən çıxarılmaya dair 27 iyun 2024-cü il tarixli əmri ləğv edilməklə əvvəlki iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, o, 1999-cu ildən Biləsuvar ryaon Amankənd kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. 03 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək iddiaçı bülletendə olmuşdur. Buna dair rəsmi sənədi də vardır. 16 iyun 2024-cü il tarixdə işə gedib bülletenini təqdim etmək istəyərkən məktəbin direktoru iddiaçıya bildirmişdir ki, o, işdən çıxarılmışdır. Səbəbini soruşanda direktor iddiaçıya bildirmişdir ki, 08 iyun 2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak etməməsi səbəbindən işdən çıxarılmışdır. İddiaçı onun yaşınnı 60-dan yuxarı olması və imtahan vaxtı bülletendə olmasını bildirmişdir. Dəfələrlə, iddiaçı direktorun yanına getsə də, direktor bu gün sabaha salmaqla əmrini və əmək kitabçasını verməmişdir. O, isə məcburiyyət qarşısında qalıb mediasiyaya müraciət etmişdir. Mediasiya prosesi keçirilsə də, məktəbin direktoru gəlməmişdir. İddiaçı hesab etmişdir ki, cavabdeh təşkilatın barəsində verdiyi 27 iyun 2024-cü il tarixli əmri qanunsuz və əsassızdır.
8. Biləsuvar Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Mədinə Rəsulova) 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35, 60, 125, 129cu maddə lərinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, 74-cü maddəsinə 2-ci hissəsinə, 79-cu maddəsinə, 300-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunun 28.2-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Mülki iş materiallarına əlavə edilmiş, həmçinin “Elektron Məhkəmə İ nformasiya Sistemi”ndən əldə edilmiş məlumatlara əsasən İddiaçı xx xxxx 1964-cü il təvəllüdlüdür. Bu da o deməkdir ki, təkrar sertifikatlaşdırma imtahanının keçirildiyi gün, yəni 08 iyun 2024-cü il tarixdə iddiaçının artıq 60 yaşı tamam olmuşdur və şəxsin adı çəkilən imtahanda iştirakı qanunvericiliyin tələbinə əsasən imperativ deyil, könüllülük prinsipi əsasında müəyyən edilmişdir.
10. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş və iddiaçı xəstə olduğu gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35, 60, 125, 129-cu maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə,74-cü maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və cavabdeh tərəfindən təmin edilməsi mümkün deyildir. İddiaçının fikrinə görə onunla bağlanmış olan əmək müqaviləsinə sertifikasiya imtahanında iştirak etmədiyi üçun xitam verilmişdir və ona xitam bildirişi təqdim edilməmiş, sertifikasıya imtahanında iştirakının könüllü olması və bülletendə olması nəzərə alınmamış, bununla da qanun pozun tusuna yol verilmişdir. İddiaçının əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixində xitam verilmişdir. Bu səbəbdən də, iddiaçıya əmək müqaviləsinə xitam verilməsinin 16 iyun 2024-cü il tarixində bildirilməsi mümkünsüzdür və iddianın əsassız hesab edilməsi uçün sübutdur. Həmçinin, iddiaçı 2023-2024-cü tədris ilində 20 iyun 2023-cü il tarixində və 08 iyun 2024-cü il tarixində olan hər iki sertifikasiya imtahanında iştirak etməmişdir. 20 iyun 2023-cü il tarixində keçirilmiş sertifikasiya imtahanı zamanı iddiaçının 60 yaşı tamam olmamışdı və bu fakt iddiaçının Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2020-cı il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiqedilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının 1.5-ci maddəsindən faydalanmaq üçün imtahanda qəsdən iştirak etməmiş olduğunu göstərir. Diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrinə əsasən 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin edilməsi tələb olunmuşdur. Qeyd olunmuş hüquqi əsasa uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsi də bu qəbildən olan müqavilələrə aiddir. Bu səbəbdən də, iddiaçının təkrar serfikatlaşdırmadan keçməməsi də onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi üçün əsas yaratmışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(106)-1987/2024 nömrəli qətnaməsi ilə (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Tofiq Heydərov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mü bahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir.
16. Kollegiya qeyd etmişdir ki, Cavabdeh1 direktoru həmin məktəbin ibtidai sinif müəllimi olan iddiaçı barədə işdən çıxarma əmri verərkən 27 iyun 2024-cü il tarixli əmrə istinad etmişdir. Lakin nəzərə almamışdır ki, həmin əmrdə Şirvan-Salyan Regional Təhsil İdarəsinə 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin etmələrinə dair tapşırıq verilmişdir. Göstərilən əmrin məzmunu o anlama gəlmişdir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kif ayət dərəcədə olmadığına görə işçini tutduğu vəzifədən azad edilməsi üçün bu barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməlidir.
17. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, işəgötürən nəzərə almamışdır ki, iddiaçının təkrar sertifikasiyada iştirak etməməsi üzürlü səbəbdən baş vermiş və iddiaçı əmək qabiliyyətini müvəqqəti itirən işçi kimi qeydiyyata alınmış və bunu təsdiq edən Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi mövcud olmuşdur. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunun 28.2-1- ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. İddiaçı xx xxxx 1964-cü il təvəllüdlüdür. Bu da o deməkdir ki, mübahisə predmeti ilə bağlı təkrar sertifikatlaşdırma imtahanının keçirildiyi gün, yəni 08 iyun 2024-cü il tarixdə iddiaçının artıq 60 yaşı tamam olmuşdur və şəxsin adı çəkilən imtahanda iştirakı qanunvericiliyin tələbinə əsasən imperativ deyil, könüllülük prinsipi əsasında müəyyən edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35, 60, 125, 129, Əmək Məcəlləsinin 2.1, 68.1, 68.2, 74.2, 79, 300, 05 iyul 2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2022-ci il tarixli “Döv lət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” haqqında Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 372.1, 372.7, 384.0.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etmək hüquqdan istifadə etməyəcəyi və imtahanda iştirak etməyəcəyi təqdirdə də bu onun sertifikatlaşdırmadan keçməsi kimi qiymətləndirilərək hazırkı hüquqi nəticəyə səbəb olacaqdı. Beləliklə, qanunvericilikdə hər hansı şəxsə təkrar sertifikatlaşdırmada iştirakdan imtina etmək hüququ verilməmişdir.
22. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 2.Bənd İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
25. Maddə 2.Bənd İİİ. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
26. Maddə 67-2.Hissə İ. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tu tulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
27. Maddə 67-2.Hissə İV. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
28. Maddə 68.Hissə İ. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
29. Maddə 68.Hissə İİ.Bənd a).Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfində n müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
30. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdü r. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələblərinə riayət olunmaqla, tam hüquqlu məhkəmə kimi işdə olan sübutlara səlahiyyətləri çərçivəsində tam, ətraflı hüquqi qiymət verilmiş və iddianın faktiki əsasının sübut olunmaması nəticəsinə gəlinmişdir.
44. Həmçinin, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, təkrar sertifikatlaşdırma zamanı iddiaçının artıq altmış yaşı tamam olmuşdur. Bu isə o deməkdir ki, onun qiymətləndirmədə iştirakı könüllük əsasında olmuş, o isə sertifikatlaşdırmada iştirakdan imtina etmişdir. Belə vəziyyətdə isə onunla bağlanmış əmək müqaviləsinin istinad olunan normanın tələbinə uyğun ləğv olunması iddiaçının əmək hüquqlarının pozulması ilə nəticələnmişdir.
45. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin h əlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(106)-1987/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir