Məhkəmə qərarları › İş №2(102)-1099/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1099/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1099/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-un «xxxx» Şirkəti və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1099/21 (Açar sözlər: kredit üzrə borcun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6088/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC BOKT «xxxx» Şirkəti və Cavabdeh1 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” Şirkətindən və Cavabdeh1 cəmi 131.109,50 manat (əsas borc 131.109,50 manat; faiz borcu 0,00 manat) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx“ Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Az ərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 №-li Fərmanının (surəti əlavə olunur) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017ci il tarixli, 101s saylı Sərəncamının (surəti əlavə olunur) icrası ilə əlaqədar olaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında “İddiaçı“ Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin “xxxx“ Şirkətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli, S148 saylı təhvil-təslim aktı (bundan sonra- Akt) əsasında “İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir (Aktı n surəti əlavə olunur). Akta əsasən "xxxx“ Şirkətinin təhvil-təslim olunan tarixə “xxxx“ ASC-yə cəmi 131.109,50 manat (əsas borc 131.109,50 manat; faiz borcu 0,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx“ ASC arasında bağlanmış xx.xx.1997-ci il tarixli 294 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır (Müqavilənin surəti əlavə olunur). xx.xx.2019-cu il tarixə cavabdeh “xxxx” Şirkətinin qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 131.109,50 manat (əsas borc 131.109,50 manat; faiz borcu 0,00 manat) məbləğində təşkil etmişdir. Cavabdeh “xxxx” Şirkəti və Cavabdeh1 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Cavabdeh “xxxx” Şirkətinin direk toru Cavabdeh1 ilə bağlanmış və iddia ərizəsinə əlavə edilən kredit müqaviləsinin surətindən göründüyü kimi müqavilənin predmeti pul öhdəliyidir. Müqaviləyə görə borcalan həmin müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürür. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, cavabdehlər “xxxx” Şirkətindən və Cavabdeh1 cəmi 131.109,50 manat məbləğində kredit borcu müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq cavabdehlər “xxxx” Şirkətindən və Cavabdeh1 cəmi 131.109,50 manat (əsas borc 131.109,50 manat; faiz borcu 0,00 manat) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-1470/2020) İddiaçı QSC BOKT-un «xxxx» Şirkəti və Cavabdeh1 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.2-ci və 375.2-ci maddələrinə əsasən ba şqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit mü nasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsi müəyyən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxx 1997-ci il tarixli, 294 saylı kredit müqaviləsinə əsasən borc verən (iddiaçı) borc alanlara (cavabdehlər «xxxx» Şirkəti və «xxxx» Şirkətinin direktoru Cavabdeh1) 4 ay müddətinə, illik 16 faizlə, 1.000.000.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi, manatla kreditdən 1997-ci ildə istifadə etməyi, verildiyi gündən etibarən 4 ay ərzində qaytarmağı, kredit üzrə hesablanmış faizləri isə 1997-ci ilin ikinci rübündən başlayaraq hər rübün axırında ayın 20-dən gec olmayaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Bank girov qoyulmuş əmlakı girovqoyanın razılığı olmadan sata bilər və Azərbaycan Respublikası “Amal” X5 tərəfindən xx.xx.1997-ci il tarixli 6/İV saylı təminat məktubuna əsasən X6 Kommersiya “Amal” Bankının Milli Bankında olan 467008 nömrəli hesabına inkasso qoymaq şərtilə əsas borcunu və hesablanmış faizlərini silinməsinə malik olur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və müqavilə öhdəliyini pozmuşdur. Lakin iddia müddəti keçdiyindən və tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-6088/2020 ) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1470/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 739, 377.2-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənlə şdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, «xxxx» Şirkəti və «xxxx» Şirkətinin direktoru Cavabdeh1 ilə bank arasında xx xxxxx 1997-ciil tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx xxxxxx 1997-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, xx xxxxx 1997-ciil tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxx 1997-ci il tarixdən hesablanmalıdır. Apelyasiya insta nsiya məhkəməsi həmçinin qeyd etmişdir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx.xx.2000-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı QSC BOKT (vəkil X2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6088/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında İddiaçı QSC Bank olmayan Kred it Təşkilatının iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6088/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası o nların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı QSC BOKT kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İddiaçı kassasiya şikayətində dəlil olaraq göstərir ki,... iddia tələbində göstərilən borc Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı Fərmanının və Azərbaycan Re spublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında İddiaçı QSC-yə güzəşt edilmiş və «X4» ASC-nin Cavabdeh2 Şirkətinə qarşı xx.xx.1997-ci il tarixli 294 saylı kredit müqaviləsi üzrə yaranmış 131.109,50 manat əsas kredit borcuna dair tələb hüququ xx.xx.2018-i ci il tarixli S-148 saylı təhvil-təslim aktı əsasında «xxxx»xxxx«İddiaçı QSC tərəfindən üzürlü səbəbdən ötürülməsini nəzərə almamışdır. İddiaçı QSC sözügedən Fərmanın tələblərini əsas tutaraq borcu təhvil aldıqdan sonra məhkəmədə iddia qaldırmalı olmuşdur.» Məhkəmə kollegiyası qeyd edir ki, borc məbləğinin güzəşt edilməsinədək artıq borcun məcburi qaydada tələb edilməsini mümkün edən müddət ötürülmüşdür. Tələbin güzəşt edilməsi, borcun etiraf olunması və ya borcun hər hansı bir hissəsinin ödənilməsi özlüyündə artıq başa çatmış müddətin kəsilməsi və hesablamanın yenidən davam etməsi üçün hər hansı əsas yaratmır. Bu baxımdan iddiaçının istinad etdikləri faktiki olaraq borcunun həmin əsaslarla tələb edilməsinə imkan vermir. Bununla yanaşı qeyd edilməlidir ki, haqlı olaraq birinci instansiya və apelyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmasını və öhdəliyin lazımınca icra edilmədiyini müəyyən etmiş, lakin müddətin keçməsi əsası ilə iddianın təmin olunmasını mümkünsüz hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessu al qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6088/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar