Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-11/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 vəkili iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)-2374/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən, yəni dəyəri 580 (beş yüz səksən) manat olan qızıl-zinət əşyalarının və 6727 (altı min yeddi yüz iyirmi yeddi) manat dəyərində olan məişət əşyalarının cavabdehlərdən naturada və ya pul formasında alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə verərək iddia ərizəsinin predmetini təşkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən, 6325 (altı min üç yüz iyirmi beş) manat dəyərində olan şəxsi və məişət əşyalarının cavabdehlərdən natura və ya pul formasında alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə görə iddiaçının iddianın həcmini azaltmaq səlahiy yəti olduğundan məhkəmə iddiaçının tələbinə iddia tələbinin həcminin azaldıldığı kimi baxmışdır. İddiaçı iddia tələbini onunla əsaslandrmışdır ki, o, 2004-cü il 06 fevral tarixdə X6 ilə qeyrirəsmi ailə həyatı qurmuş, 2013-cü ildə həyat yoldaşı vəfat etmişdir. Bərdə Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 2(021)-1235 saylı qətnaməsinə əsasən o, X3 və X1 istifadəsində olan Nəcəfqulubəyli kəndində yerləşən evə köçürülməlidir. Qətnamə 2015-ci ildə icra məmurları tərəfindən icra edilmişdir. Ancaq 03.05.2017-ci il tarixdə cavabdehlər Cavabdeh1, İlhamə Məhərrəmova və Elşən adlı şəxs yaşadığı evə basqın edərək onu döyüb evdən çıxarmışlar. Onun həmin evdə yaşamaq hüququ pozulmuşdur. Cavabdehlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına qəsdən və bilərəkdən mane olurlar. 03.08.2017- ci il tarixdə o, Bərdə rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən həmin evə köçürülmüşdür. Lakin icra məmurları getdikdən sonra cavabdehlər Fikrət Məmmədov və Cavabdeh1 onu narahat etmişlər, küçə söyüşləri ilə təhqir edərək döymüşlər. O, məcbur qalıb təhlükəsizliyi ilə bağlı həmin evdən çıxmışdır. Hazırda o, evinə qayıdıb yaşaya bilmir. Bərdə Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli 2(021)-691/2018 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 500 manat dəyərində 1 ədəd “Dnepr” markalı soyuducu, 450 manat dəyərində 1 ədəd “Samsunq”televizor, 40 manat dəyərində, 1 ədəd 2 gözlü qaz piltəsi, 180 manat dəyərində 6 ədəd oturacaq stul, 350 manat dəyərində 2 ədəd qabaq stolu, 400 manat dəyərində 5 ədəd döşək, 200 manat dəyərində 5 ədəd yor ğan, 120 manat dəyərində 4 ədəd yastıq, 30 manat dəyərində 6 ədəd balaca döşəkcə, 20 manat dəyərində 2 ədəd böyük döşəkçə, 300 manat dəyərində 1 ədəd gəvə, 160 manat dəyərində 1 ədəd daroşka, 250 manat dəyərində qapı-pəncərə pərdələri, 165 manat dəyərində 11 ədəd karniz, 400 manat dəyərində 2 əd çarpayı, 40 manat dəyərində 4 ədəd çarpayı, 160 manat dəyərində 4 ədəd çarpayı örtüyü, 150 manat dəyərində yorğan çuxolu, 70 manat dəyərində 7 ədəd prostina, 110 manat dəyərində 11 ədəd əl-üz dəsmalı, 48 manat dəyərində 12 ədəd çay dəsmalı, 24 manat dəyərində 12 ədəd can dəsmalı, 10 manat dəyərində 1 ədəd xəmir ləyəni, 15 manat dəyərində 1 ədəd dəmir paltar vannası, 10 manat dəyərində 1 ədəd kapron vanna, 80 manatdəyərində1 ədəd samavar, 70 manat dəyərində 5 ədəd böyük və balaca qazan, 120 manat dəyərində 24 ədəd stəkan və nəlbəki, 180 manat dəyərində 42 ədəd böyük və balaca boşqab, 60 manat dəyərində 6 ədəd bulud və 12 ədəd kasa, 39 manat dəyərində 14 ədəd balaca qaşıq və 17 ədəd yekə qaşıq, 23 manat dəyərində 6 ədəd çəngəl, 5 ədəd bıçaq və 1 ədəd yemək qaşığı, 4 manatdəyərində1 ədəd kəfkir və 1 ədəd çömçə, 20 manat dəyərində 3 mərtəbəli meyvə qabı, 125 manat dəyərində 5 ədəd qənd qabı və 8 ədəd mürəbbə qabı, 26 manat dəyərində 24 ədəd duz qabı və 1 ədəd salfetka qabı, 70 manat dəyərində 1 ədəd kukla, 32 manat dəyərində 2 ədəd dəmir vedrə və 4 ədəd su baçoku, 12 manat dəyərində 2 ədəd kapron vedrə, 30 manat dəyərində 50 ədəd 3 kq boş banka, 21 manat dəyərində 70 ədəd 1 kq boş banka, 20 manat dəyərində 1 ədəd un tökmək üçün qab, 24 manat dəyərində içərisində mürəbbə olan 3 ədəd do lu 3 kq banka, 40 manat dəyərində 5 kq yağ, 32 manat dəyərində soyuducuda olan 2 kq ət və 3 kq pendir, 80 manat dəyərində 1 ədəd çörək bişirən peç, 16 manat dəyərində 2 ədəd padnos, 20 manat dəyərində 1 ədəd çaydan, 1 ədəd çaynik, 10 manat dəyərində 1 ədəd dopu, 35 manat dəyərində 1 ədəd kəlbətin, 2 ədəd çəkiç, 1 ədəd araba, 40 manat dəyərində 1 ədəd balta, 1 ədəd dəhrə, 1 ədəd yaba və 1 ədəd qazanaltı, 25 manat dəyərində 1 ədəd peç, 1 ədəd peç altı, 2 ədəd peç turbası, 16 manat dəyərində oxley, dörd ayaq və 6 ədəd şiş, 85 manat dəyərində 3 ədəd süfrə və 2 ədəd stol üstü klyonka, 20 manat dəyərində 1 ədəd asılqan, 150 manat dəyərində palto, 160 manat dəyərində 7 ədəd təzə don, 20 manat dəyərində 2 ədəd təzə köynək, 80 manat dəyərində 4 ədəd təzə yupka, 120 manat dəyərində 3 cüt ayaqqabı, 6 0 manat dəyərində 1 cüt sapaşki, 100 manat dəyərində 1 ədəd palto, 150 manat dəyərində 6 ədəd təzə kofta, 80 manat dəyərində 1 dəst kostyum, 60 manat dəyərində 1 ədəd gödəkcə, 50 manat dəyərində 1 ədəd dəri pencəkvəyaonlar olmadığı təqdirdə onların dəyəri 6629 manatıncavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 alınaraq dövlətbüdcəsinəödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər və onların nümayəndəsi və vəkili Salahov Elgiz Sabir oğlu apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli 2(021)-691/2018 saylı qətnaməsinin ləğv olunması, iddiada göstərilən əmlakların mövcudluğunu və fərdi xüsusiyyətlərini müəyyən etmək üçün həmin əml aklara yerində baxış keçirilməsi, əmlaklara keçirilən baxışın nəticəsində müəyyən edilmiş fərdi xüsusiyyətlər əsasında iddiada tələb olunan əmlakların qiymətləndirilməsi üçün ekspertiza təyin olunması, iddianın soyuducu, televizor, krosnu, gəvə, daroşka, döşək, yorğan-döşək, mitəkkə, yorğan, yastıq, qaz piltəsi, dördayaq və oxley, pol taxtası, xırda banka, geyim paltarı, duxovka, 2 ədəd su baçoku, xırda qab-qacaq, dəmir vanna, dəmir vedrənin naturada onlardan alınıb iddiaçıya verilməsinə dair hissəsində yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim N.Quliyev, hakimlər F.Mehtiyev, Ş.Rzaquliyev) 06 sentyabr 2018-ci il tarixli, 2(104)-2742/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 və onların nümayəndəsi-vəkil Sa lahov Elgiz Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(021)-691/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdirş Həmin qətnamədən narazı qalan cavabdehlər və onların nümayəndəsi və vəkili Salahov Elgiz Sabir oğlu kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Ə.Rüstəmov, hakimlər M.Əhmədova, Ə.Nurməmmədov)18 fevral 2019-cu il tarixli, 2(102)-1309/2019 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(104)-2742/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)-2374/2019 nömrəli qətnaməsi ilə (hakimlər X11, X8 və X14) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(021)-691/2018 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)-2374/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 və vəkilləri Salahov Elgiz Sabir oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)2374/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edərkən iddiaçı tərəfindən mülkiyyət hüququnu təsdiq edən sübutları təqdim etmədiyi halda mübahisələndirdiyi əmlaklara münasibətdə mülkiyyət hüququnun olmasını əsas götürüb MM-nin 157.2-ci maddəsini səhv tətbiq etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi bu hala qiymət verməmişdir. Bundan əlavə, məhkəmə yerində baxış keçirilməsi ilə bağlı vəsatəti təmin etməmiş, əsassız olaraq iddiaçıya 6629 manat məbləğində ziyan dəyməsinə dair nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 vəkili Salahov Elgiz Sabir oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş e tmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin etməyib, iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(021)-691/2018 qətnaməsini dəyişdirmədən saxlay arkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 2(021)1235/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı əvvəllər X3 və Məhərrəmova Ana (Aşa) Qabil qızının sağlığında istifadəsində olan Nəcəfqulubəyli kəndində yerləşən evə köçürülməsi, iş üzrə 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. “xxxx” Bərdə şəhər X9 Birliyi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı məxsus əm lakların dəyəri ümumilikdə 6629 (altı min altı yüz iyirmi doqquz) manat müəyyən edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən Bərdə Rayon Məhkəməsinin 17 iyun 2015ci il tarixli, 2(021)-1235/2015 saylı qətnaməsi ilə iddiaçı əvvəllər X3 və Məhərrəmova Ana (Aşa) Qabil qızının sağlığında istifadəsində olan Nəcəfqulubəyli kəndində yerləşən evə köçürülmüş, əşyalarını da həmin evə yerləşdirmişdir. Lakin cavabdehlər onu evdən çıxarmışlar. Hazırda İddiaçı məxsus əmlaklar cavabdehlərin yaşadığı Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yerləşən evdə qalmışdır. İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus əmlakların evdən götürülməsinə maneçilik törətmişlər. Cavabdehlər iddiaçının iddia ərizəsində göstərilən əmlakların yalnız bir qisminin, yəni 15 il əvvəl alınmış və mütəmadi iddiaçı tərə findən istifadə olunduğu üçün hazırda dəyərdən düşmüş 1 ədəd soyuducu, 15 il əvvəl alınmış və mütəmadi iddiaçı tərəfindən istifadə olunduğu üçün hazırda dəyərdən düşmüş 1 ədəd televizor, 10 il əvvəl alınmış və mütəmadi iddiaçı tərəfindən istifadə olunduğu üçün hazırda dəyərdən düşmüş 1 ədəd krosnu antenası, 1 ədəd 1x2 ölçüdə istifadə olunduğu üçün köhnəlmiş xalça, 1 ədəd 3 metr uzunluğunda istifadə olunduğu üçün yararsız hala düşmüş dorojka xalça, 6 manat dəyərində 2 ədəd yan döşəyi, 80 manat dəyərində 2 komplekt yorğan-döşək, 10 manat dəyərində 2 ədəd mütəkkə, 15 manat dəyərində 1 ədəd yorğan, 20 manat dəyərində 4 ədəd yastıq, 15 manat dəyərində 1 ədəd qaz piltəsi, 7 manat dəyərində 1 ədəd dördayaq və oxlov, 2 manat dəyərində 1 ədəd pol taxtası, 1,5 manat dəyərində 3 ədəd 3 kq banka, 1, 5 manat dəyərində 5 ədəd 1 kq banka, 12 manat dəyərində geyim paltarları (hamısı geynilib), 5 manat dəyərində bir ədəd don, 7 manat dəyərində bir ədəd köynək, 10 il əvvəl alınmış və mütəmadi iddiaçı tərəfindən istifadə olunduğu üçün hazırda dəyərdən düşmüş 1 ədəd duxovka elektrik sobası, 5 ədəd dəyərində 2 ədəd su çəlləyi, 44 manat dəyərində xırda qab-qacaq, o cümlədən, 8 manat dəyərində 1 ədəd balaca qazan, 2 manat dəyərində 1 ədəd çömçə, 1 manat dəyərində 1 ədəd qənd qabı, 2 manat dəyərində 4 ədəd dayaz boşqab, 3 manat dəyərində 2 ədəd dərin boşqab, 3 manat dəyərində 1 ədəd boşqab, 15 manat dəyərində 1 ədəd çaydan və 10 manat dəyərində 1 ədəd çaydan, 5 manat dəyərində bir ədəd dəmir vanna, 2 manat dəyərində 2 ədəd dəmir vannanın mövcud olduğunu və həmin əmlakların iddiaçıya verilməsinə e tirazlarının olmadığını bildirmişlər. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edil miş imkanıdır. 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir; İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüqu qu mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddiaçıya məxsus əşyalarının mövcudluğu və onların cavabdehlərin qanunsuz sahibliyində olması iş materialları ilə sübuta yetirilir. Cavabdehlər tərəfindən iddia tələbi qismən qəbul edilmiş və tələb edilən əşyaların bəzilərinin faktiki olaraq mövcud olması bildirilmişdir.Həmçinin, cavabdehlər etirazlarının dəlillərində həmin əşyaların iddiaçının mərhum əri Şakir Məhərrəmovla birgə yaşadıqları dövrdə alındığını qeyd etmişlər. Cavabdeh tərəf etirazlarının dəlillərini təsdiq edən mötəbər sübutları m əhkəmələr təqdim etməmişlər. Belə ki, mülki prosessual qanunvericiliyn tələbinə əsasən tərəflər öz etirazlarının əsaslarını sübut etməlidirlər. Mübahisələndirilən əmlakın yalnız cavabdehlər tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş ərizədə qeyd olunan əşyalardan ibarət olması iş materialları ilə təsdiq edilmir. Etirazın dəlillərinin təşkil edən bu hal cavabdehlər tərəfindən sübuta yetirilmədiyindən iddianınqismən təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əşyalar İddiaçı məxsusdur, həmin əmlaklar üzərində istifadə, sahiblik və sərəncam hüquqları şəriksiz iddiaçıya aiddir. Təqdim olunmuş sübutların kompleks tədqiqi nəticəsində apellyasiya məhkəməsi müəyyən edilmişdir ki, həmin əmlaklar cavabdehlər tərəfindən idd iaçının qanuni sahibliyindən alınmışdır. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır.Odur ki, apellyasiya məhkəmə kollegiyası iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab etmişdir. Apellyasiya məhkəmə kollegiyası həmçinin əmlaka yerində baxış keçirilməsi və ekspertiza təyin edilməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, əmlaka baxış keçirilməsi faktiki mövcud olan əşyaların müəyyən edilməsi məqsədi daşıyır. Lakin tələb edilən əmlakın həmin evdə olmaması da mümkündür, belə ki əşyalar bu və ya başqa formada evdən çıxarıla və ya özgəninkiləşdirilə bilər. Digər tərəfdən, iş materiallarında olan mütəxəssis tərəfindən verilmiş rəylə iddia ərizəsində qe yd olunmuş əmlakların hər birinin dəyəri ayrı-ayrılıqda göstərilməklə ümumi dəyərinin 6629 manat olması müəyyən olunduğundan ekspertiza tədqiqatının keçirilməsinə zərurət yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsi plərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, cavabdeh istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)2374/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-11/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-11/2020
03.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver