Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1102/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqı ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-*727/2024 nömrəli, *9 dekabr 2024-cü il tarixli qətnaməsindən ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 02.**.20*5-ci il tarixindən Cəlilabad rayon Cavabdehdə texniki işçi (xadimə) kimi işə qəbul edilmişdir.
2. Məktəbin direktoru tərəfindən, təsərrüfat müdiri və həmkarlar təşkilatının sədrinin iştirakı ilə “İşçinin iş vaxtında iş yerində olmaması barədə” xx.xx.2023-cü il tarixli, * nömrəli akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində məktəbin texniki işçisi İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Təsərrüfat müdiri X4 şifahi izahatında bildirmişdir ki, işçiy ə işdənkənar heç bir tapşırıq verilməmişdir.
3. Həmçinin eyni şəxslər tərəfindən tərtib olunmuş “İşçinin iş vaxtında iş yerində olmaması barədə” 0*.**.2023-cü il tarixli, 2 nömrəli akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, 28.*0.2023-cü il tarixdən 0*.**.2023-cü il tarixədək işçilər tərəfindən daxili nizamintizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində məktəbin texniki işçisi İddiaçı Mirzəbala oğlunun iş yerində olmaması müəyyən edilmişdir. Təsərrüfat müdiri X4 şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verilməmişdir.
4. Məktəbin həmkarlar təşkilatının 3*.*0.2023-cü il tarixdə keçirilən iclasında məktəbin texniki işçisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci ma ddəsinin “ə” bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.
5. Məktəb direktorunun 0*.**.2023-cü il tarixli, 96 nömrəli əmr ilə məktəbin texniki işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi Əmək Məcəlləsinin 70 “ç” bəndi qeyd olunmuşdur.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 07.**.2023-cü il tarixli bildirişə əsasən 0*.**.2023-cü il tarixli, 96 nömrəli əmr ilə xx.xx.2022-ci ildə işə başlamış işçi İddiaçı əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
7. Məktəbin direktoru Nümayəndə, təsərrüfat müdiri X4, həmkarlar təşkilatının sədri X2 və kənd sakini X* iştirakı ilə, İddiaçı əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətinin və aktların verilməsi barədə *4.**.202 3-cü il tarixli akt tərtib olunmuşdur. Aktda İddiaçı şifahi müraciətinə əsasən yuxarıda adları göstərilmiş sənədlərin onların iştirakları ilə İddiaçı çatdırıldığı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cəlilabad rayon Cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Cavabdeh direktoru tərəfindən verilmiş 0*.**.2023-cü il tarixli, 96 nömrəli əmrin qanunsuz hesab edilməsi, işə bərpa olunması və ötürülmüş müddət üçün əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 20*6-cı ili n fevral ayından cavabdeh məktəbdə texniki işçi işləmiş, 0*.**.2023-cü il tarixdə məktəbin direktorunun 96 nömrəli əmrinə əsasən heç bir səbəb göstərilmədən işdən azad olunmuşdur. İşdən azad olunması barədə əmrin surəti ona təqdim edilməmiş, bu barədə heç bir xəbərdarlıq almamışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsinin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Mübahisəli əmri mediasiya şurasına müraciət etməzdən *4 gün əvvəl əldə etmişdir.
10. Məhkəmə iclasında cavabdeh məktəbin direktoru Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, iddiaçı son zamanlar vaxtı-vaxtında işə gəlməmiş və ya işə gəlsə də iş saatı bitmədən məktəbdən getmək istəmişdir. Hətta bir neçə dəfə iddiaçı ondan, bəzi hallarda isə məktəbin təsərrüfat müdiri Kərəm Nəsirovdan icazə alaraq işdən vaxtından əvvəl getmişdir. Lakin son zamanlar iddiaçının işə davamiyyətində ciddi şəkildə pozuntular olduğundan və sonuncu icazə almadan iş yerini tərk etdiyindən bu hallar aktlaşdırılmış, 3*.*0.2023-cü il tarixdə isə məktəbin Həmkarlar Təşkilatının iclasında iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e" bəndi ilə xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Həmin vaxt iclas protokolunda adları qeyd olunmuş hər bir şəxs iclasda iştirak etmiş və həmkarlar təşkilatının sədri tərəfindən iclas protokoluna möhür vurulmuşdur. İclas keçilməmişdən əvvəl iddiaçıya həmin iclas barədə məlumat verilmiş, lakin sonuncu iclasda iştirak etməkdən yayınmışdır. Bundan sonra iddiaçı onun barəsində qə rəzli olaraq müxtəlif dövlət qurumlarına şikayətlər etməyə başlamışdır. Həmçinin məktəbin sabiq direktoru Aydın Nuriyev tərəfindən iddiaçı barəsində sonuncunun intizam pozuntularına görə bir neçə dəfə töhmət verilmişdir. Özü tərəfindən isə xəbərdarlıqlar da edilmişdir. Tərəfindən iddiaçıya hər dəfə tənbeh tədbirləri tətbiq olunduqdan sonra iddiaçı otağına dəvət olunmuş və tənbeh tədbirinin tətbiq olunması elan edilmişdir. Lakin iddiaçı yenidən işə bərpa olunmaq üçün yalandan barəsində tətbiq olunmuş tənbeh tədbirlərindən xəbəri olmadığını bildirir. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instan siya məhkəməsi) 2(073)-*752/2024 nömrəli, 5 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Osman Vəliyev) iddia təmin edilmiş, iddiaçının məktəbin texniki işçisi (xadimə) vəzifəsindən azad edilməsi haqqında 0*.**.2023-cü il tarixli, 96 saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə, yəni məktəbin texniki işçisi (xadimə) vəzifəsinə bərpa edilməsi, məktəb tərəfindən 0*.**.2023-cü il tarixdən etibarən iddiaçının işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı hesablanaraq (məktəbin texniki işçisi (xadimə) vəzifəsi üzrə) iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmamış, əmrdə sadəcə iddiaçı ilə bağlanılmış əmək müqavi ləsinə xitam verilməsi, xitamın əsası kimi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir ki, bununla da işəgötürən (cavabdeh) Əmək Məcəlləsinin tələblərini pozmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsası olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır və onun qəbul edilməsi üçün əsas hesab edilən rəsmi sənədlər həmin əmrdə göstərilməmişdir ki, bununla da işəgötürən (cavabdeh) Əmək Məcəlləsinin tələblərini pozmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun barəsində həmkarlar təşkilatının keçirdiyi iclas barədə məlumatlı olmamışdır. Cavab deh iddiaçının bu barədə məlumatlandırıldığını, lakin onun iştirakdan imtina etdiyini bildirsə də, iddiaçının rəsmi qaydada məlumatlandırılması və ya onun iştirakdan imtina etməsi barədə iş materiallarında hər hansı sənəd yer almamışdır.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin *2, 7*, 83, 84, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı işə qəbul olunduğu gündən bu günədək əmək müqaviləsi üzrə üzərinə düşən funksiyanı və müəssisədaxili intizam qaydala rını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı işlədiyi müddətdə əvvəlki rəhbərlik və onun rəhbərliyi dövründə 0*.06.2020-ci il tarixdə 49 nömrəli əmrlə Əmək Məcəlləsinin *86.2-ci maddəsinin (a) bəndinə əsasən töhmət, 07.*2.202*-ci il tarixdə 64 nömrəli əmrlə xəbərdarlıq, 0*.05.2023-cü il tarixdə 3* nömrəli əmrlə sonuncu xəbərdarlıq, xx.xx.2023-cü il tarixdə 32 nömrəli əmrlə aylıq əmək haqqından tutulma, 3*.05.2023-cü il tarixdə 36 nömrəli əmrlə Əmək Məcəlləsinin *86.2-ci maddəsinin (b) bəndinə əsasən şiddətli töhmət, xx.xx.2023-cü il tarixdə 65 nömrəli əmrlə əmək haqqından tutulmalara dair intizam tədbirləri tətbiq edilmişdir. Qeyd edilənlərdən heç bir nəticə çıxarmayan iddiaçı növbəti dəfə 28.*0.2023-cü il tarixdən 0*.**.2023-cü il tarixədək üzrlü səbəb olmadan və aidiyyəti üzrə məlumat vermədən işə çıxmamışdır. Qeyd edilən hallar iddiaçının necə bir işçi olduğunu açıq-aşkar xarakterizə edən bir hal olmuşdur. Bundan əlavə, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçı mübahisəli əmri Mediasiya Şurasına müraciət etməzdən *4 gün əvvəl əldə etmişdir. Lakin iş materiallarında olan Mediasiya təklifindən görünür ki, iddiaçı *5.04.2024-cü ildə mediasiyaya müraciət etmişdir. İddiaçıya həmin əmr *4.**.2023-cü il tarixində göndərilmişdir, iddiaçı həmin əmri əldə etdikdən sonra 27.**.2023-cü il tarixdə X3 müraciət etmiş və əmək müfəttişliyi tərəfindən iddiaçıya rəsmi qaydada cavablar verilmişdir. İddiaçı həmin əmri 2023-cü ildə əldə etmiş, lakin 5 ay keçdikdən sonra mediasiyaya müraciət etmişdir. Bununla da iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddət ini ötürmüşdür. Göründüyü kimi iddiaçı işə bərpa ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş * aylıq iddia müddətini ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi tərəfindən istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və nəzərə alınmamışdır.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-*727/2024 nömrəli *9 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiy a instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı daim işdə olmasını bildirmiş, cavabdeh isə iddiaçının 28-3* oktyabr aralığında işdə olmadığını göstərmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, onun işdən çıxarılması barəsində həmkarlar təşkilatının keçirdiyi iclas, onun işdən çıxarılması barədə məlumatlı olmamışdır. Cavabdeh iddiaçının bu barədə məlumatlandırıldığını, lakin onun iştirakdan imtina etdiyini bildirsə də, iddiaçının bütün qeyd edilənlər barədə rəsmi qaydada məlumatlandırılması və ya onun iştirakdan imtina etməsi barədə iş materiallarında hər hansı mötəbər sübutların olmaması müəyyən edilmişdir.
20. Kollegiya belə olan halda cavabdehdə olan tabel kitabının tədqiq edilməsi üçün kollegiyanın iclasına gətirilməsini təklif etmiş və tabelə baxış keçirilmişdir. Mü əyyən edilmişdir ki, tabel daima xüsusi otaqda olmuş, tabel nəzarətsiz olmaqla cavabdeh tərəfindən tabelə məsul olan şəxs təhkim edilməmişdir. Kim nə vaxt istəyibsə tabeli imzalamışdır.
21. Tabel ilə bağlı cavabdeh bildirmişdir ki, iddiaçının adı tabeldə öz əksini tapmamışdır. Çünki iddiaçının adı olan tabelin siyahısı cırılıb itmişdir. Lakin onlar nəzəri olaraq bilmişlər ki, iddiaçının adı “*3-cü” sırada yerləşmiş və iddiaçı tabeldə *3-cü sıranın qarşısına imza atmışdır. Təsdiq etmişdir ki, *3-cü sıranın qarşısında olan bütün imzalar iddiaçının imzasıdır. Tabeldə 28.*0.2023-cü il tarixindən 07.**.2023-cü il tarixədək olan dövrdə iddiaçı tərəfindən tabelin necə imzalamasını deyə bilməmişdir. Tabel həmişə ortalıqda olmuşdur.
22. Məhkəmə kollegiyası tərəfindən tabel tədqiq edilərkən müəyyə n edilmişdir ki, iddiaçı tabeldə *3-cü sıranın qarşısında imza çəkmişdir. İddiaçının işdə olması “tabeli hər gün imzalaması” ilə öz təsdiqini tapmışdır. Yəni demək olar ki, iddiaçı hər gün işdə olmuş və tabeli imzalamışdır. Tabeldən görünür ki, o, noyabr ayının ilk günlərində də işə davam etmiş və tabeli imzalamışdır. Müəyyən edilmişdir ki, iddiaçı tabeldə həmişə “*3-cü” sıranın qarşısına imza etmişdir. 07.**.2023-cü il tarixədək iddiaçıya tabeli imzalamağa heç kəs mane olmayıb. İddiaçını guya 28-3* oktyabrda işdə olmaması əsası ilə işdən çıxarmışlar. Həmin günlərdən 28-29.*0.2023-cü il tarixlər şənbə-bazar günlərinə düşür, 30-3* oktyabr və * noyabr 2023-cü tarixində isə özü işdə olmuş və tabeli imzalamışdır.
23. Kollegiya qeyd etmişdir ki, belə olan halda iddiaçının 30-3* oktyabr və * noy abr 2023-cü tarixlərində işdə olması öz təsdiqini tapmışdır. Cavabdeh isə iddiaçının işdə olmaması ilə bağlı məhkəməyə hər hansı sübut verməmişdir. Ümumiyyətlə tabelə nəzər saldıqda müəyyən edilmişdir ki, işçilər tabeli bayram günləri də imzalamışlar. Məsələn 8 və 9 noyabr 2023-cü il tarixləri qeyri-iş günləri olsa da, tabel həmin günlərdə işçilər tərəfindən imzalanmışdır.
24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının *27, *29-cu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, *0, 70, 72, 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının öz əmək vəzifələrini pozması faktı işdə olan sübutlarla təsdiq olunduğu halda, məhkəmənin işdən çıxarma barədə əmrin Əmək Məcəlləsinin 84cü maddəsinin *-ci hissəsinə uyğun qaydada tərtib olunmadığı barədə formal mülahizəyə istinad edərək, iddia tələbini əsaslı hesab etməsi, Konstitusiyanın *25-ci maddəsinin Vİİ hissəsinin tələbinin kobud qaydada pozulması kimi qiymətləndirilməlidir.
27. İddiaçı əmrin ona vaxtında çatdırılmadığını iddia etsə də (halbuki, işdən çıxarılma barədə əmr iddiaçıya vaxtında çatdırılmışdır) iddia ərizəsində həmin əmrin mediasiya şurasına müraciət etməmişdən *4 gün qabaq ona təqdim e dildiyini qeyd etməklə, həmin əmrin surətini aldığını etiraf etmişdir. Lakin iddiaçı həmin əmrin surətini məhkəməyə təqdim etmədiyinə görə, iş üzrə birinci məhkəmə iclasında məhkəmə məktəbin direktoru Nümayəndə həmin əmrin məhkəməyə təqdim edilməsini istəmiş, lakin, məktəb rayon mərkəzindən çox uzaqda yerləşdiyi üçün Nümayəndə məktəbin inzibati binasında saxlanılan əmr kitabını, yaxud həmin əmrdən çıxarışı həmin vaxt məhkəməyə təqdim edə bilməmişdir. Həmin gün məktəbin möhürü üzərində olduğu üçün, Nümayəndə məhkəmənin tələbi ilə elə orada da əmri, qısa şəkildə, yenidən tərtib edərək, məhkəməyə təqdim etmişdir. Həmin əmrdə olan qüsurlar məhz bununla bağlıdır. İşə davamiyyət tabelinin xüsusi otaqda və nəzarətsiz olması, həmin tabelə məsul olan şəxsin təhkim edilməməsi və kimin nə vaxt istəyi bsə tabeli imzalaması faktı məhkəmə tərəfindən də müəyyən edilmiş və bu fakt qətnamədə öz əksini tapmışdır. 28.
29. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının *25, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84, *86-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 2*7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.
32. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;...
33. Maddə *0. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;...
34. Maddə **. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
35. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
36. Maddə 7* (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edi lməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə 7* (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
38. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç b ir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;...
39. Maddə 80 (*-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
40. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmı ş yazılı qərarını işəgötürənə təqdim etməlidir.
41. Maddə 300 (*-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgöt ürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh təşkilat tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələr inin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
57. Əmək Məcəlləsinin *86-cı maddəsinin *-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
58. Adıçəkilən Məcəllənin *86-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər.
59. Nəzərə alınmalıdır ki, istənilən intizam pozuntusunun mövcudluğu özlüyündə əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilməsi üçün yetərli deyildir.
60. Çünki Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yet irmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
61. Göründüyü kimi işçinin intizam məsuliyyətinə cəlb olunması üçün ilkin zəruri şərt – işçinin Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsi və ya hüquqlarından sui-istifadə etməsi və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsidir. Buna görə də intizam tənbehinin verilməsi üçün ilk növbədə işçi tərəfindən intizam pozuntusuna yol verilməsi müəyyən olunmalı, bu faktı işəgötürən təkzibedilməz qaydada sübut etməlidir.
62. Baxılan işdə işəgötürənin iddiaç ı ilə əmək müqaviləsinə xitam verərkən əsas kimi istinad etdiyi intizam pozuntusu – xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və 28.*0.2023-cü il tarixdən 0*.**.2023-cü il tarixədək iş yerində olmamasından ibarətdir.
63. İddiaçı işəgötürən tərəfindən irəli sürülən bu dəlili qətiyyətlə rədd edir və əmək intizamını pozmadığını bildirir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan tabel jurnalı əsasında müəyyən etmişdir ki, iddiaçı onun iş yerində olmadığı iddia edilən günlərdə iş yerində olmuş, tabel jurnalına imza etmişdir. Cavabdeh tərəf əmrin əsaslılığına dair sübut təqdim etməmişdir.
64. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2, 2*7.3 və 2*7.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tər əflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
65. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in *4.2 və 77.*-ci maddələri).
66. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sub utetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
67. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
68. Baxılan işdə işçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb ola bilən intizam xətasını törətməsinə istinad edən işəgötürən (cavabdeh), bu faktı kifayət qədər mötəbər sübutlarla əsaslandırmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən bu cür sübut təqdim olunmamışdır.
69. Məhkəmə kollegiyası bil dirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
70. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-*727/2024 nömrəli, *9 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.