Məhkəmə qərarları › İş №2(102)-1106/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1106/2023

18.04.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1106/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbinə dair 18.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(103)11022/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsini n 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı, X3, Nümayəndə və X2 qarşı iddia qaldıraraq, “mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “A” tikilisindən çıxarılmaları, Cavabdeh1 mülkiyyətində olan həmin tikilinin boşaldılaraq ona boş vəziyyətdə təhvil verilməsi, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin İddiaçı tərəfindən aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və mənəvi zərərin tutulması” barədə ilk iddiası qismən təmin, həmçinin İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evin alqı-satqı müqaviləsi üzrə müəyyən olunmuş dəyərinin ödənilməsi və pulun qanunsuz saxlanılması nəticəsində faizlərin hesablanaraq tutulması” barədə qarşılıqlı iddiası rədd edilərək, İddiaçı, X, Xvə X Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 59/67-537/545 saylı bağ evinin paylı mülkiyyət nüququ üzrə Cavabdeh1 məxsus olan “A” tikilisindən çıxarılması, Cavabdeh1 məxsus olan “A” tikilisinin İddiaçı, X, X və X tərəfindən boşaldılaraq Cavabdeh1 boş vəziyyətdə təhvil verilməsi və həmin tikilidən istifadəyə dair yaradılmış maneələrin İddiaçı tərəfindən aradan qaldırılması və qalan hissədə ilk iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 27 sentyabr 2008-ci il tarixli alqısatqı müqaviləsinə əsasən ödənilmiş, lakin X4 tərəfindən qoyulub və götürülmüş, ona çatmamış əmlakın qarşılığı olan, ödənilməyən pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, sonradan iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh1 evin dəyərinə görə 23.260 manat, yoldaşı X1 müalicəsinə çəkilən xərcə görə 3.250 manat, mənəvi ziyana görə 10.000 manat pulun tutulub ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, evi saxta yolla əlindən alınmış şəhid ailəsidir. Cavabdeh1 2019-cu ildə onu və ailəsini mülkiyyətdən istifadəyə dair maneələrin aradan qaldırılması, zəbt olunmuş tikilidən çıxarılma, zəbt olunmuş sahənin sahə mülkiyyətçisinə qaytarılması, zəbt olunmuş sahədə qanunsuz inşa edilmiş tikililərin sökülməsinə dair iddia ərizəsi ilə 22 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bütün tələbləri saxtakarlıq və mülahizələrdən ibarət olsa da, Cavabdeh1 tələbləri qismən təmin edilmiş və iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnamə çıxarılmışdır. Cavabdeh1 tələbləri mülk hissədə alqı-satqı müqaviləsinə istinad edilərək təmin edilmişdir. O da eyni zamanda polisə müraciət etmişdir. Belə ki, işdə sözü gedən 27 sentyabr 2008-ci il tarix li alqı-satqı müqaviləsinə əsasən onun etibarnaməsi ilə notariatın Bank Respublikada olan hesabından, 32.260 manat bir, 12.098 manat bir, cəmi 44.358 manat pul vəsaitini alan, lakin ona təqdim etməyən Cavabdeh1 tanışı olan Cavabdeh2nı müəyyən etsinlər və cavabdehlərə cinayət işi açıb ona məxsus olan pulu onlardan alınıb verilməsini təmin eləsinlər. Polisdə müvafiq araşdırma aparılmış, izahatlar alınmış, mülki iş olduğu, məhkəmə qaydasında həll edilməli olması barədə rədd qərarı çıxarmışdır. Həmin vaxt məhkəmə davam edirdi. Məhkəmənin yekun qərarı qüvvəyə minməmişdi. Hərçənd istintaqın qərarın birinci instansiya məhkəməsinin qətnaməsi verilənə qədər ala bilməmişdir. Cavabdeh1 sözü gedən formal alqı-satqını, məhkəməyə həqiqi alqı-satqı kimi təqdim etdi. Onillərlə yaşadığı mülkünü həmin müqav iləyə istinadən məhkəmə vasitəsi ilə alıb ələ keçirməyə çalışırdı. İşlə bağlı aidiyyatı üzrə apelyasiya şikayəti vermiş, 23 yanvar 2020-ci il tarixində, apelyasiya məhkəməsinə istintaqın rədd qərarın təqdim etsə də, məhkəmə “pulunuzu Qumşut aparıb, Cavabdeh1 heç bir aidiyyatı yoxdur, gedin onu ayrıca pul tələbi ilə məhkəməyə verin” deyərək, hazırlıq iclasında heç bir araşdırma aparmadan, tərəfləri dinləmədən birbaşa qərar verərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Hərçənd Cavabdeh2 pulu qoyub formal alqı-satqını həyata keçirməsi üçün X gətirmişdi. Buna heç kim baxmamışdır. Daha sonra Ali Məhkəməyə müraciət etmiş, eyni vəziyyətlə qarşılaşmışdır. Burada heç Cavabdeh2 məsələsinə toxunulmamışdır. Eləcə, formal alqı-satqı həqiqi alqı-satqı hesab edilmiş, qə tnamələr dəyişdirilmədən saxlanmışdır. Mülkü əlindən alınıb sələmçi Cavabdeh1 verilməsi qərarla təmin edildi. Hal-hazırda o, mülkün qarşılığında Cavabdeh1 ona ödədiyi vəsaiti tələb edir. Rəsmi sənədlərlə faktiki ona ödənilmiş sayılan vəsaiti. Daha sonra o, polisin istintaqından əldə etdiyi sübutlarla Cavabdeh2 qarşı pul tələbi ilə Suraxanı Rayon Məhkəməsinə iddia vermiş, lakin Cavabdeh2 Sabunçu rayonunda qeydiyyatda olduğuna görə aidiyyatı üzrə iddia ərizəsini Bakı şəhəri, Suraxanı rayonundan geri götürərək Sabunçu Rayon Məhkəməsinə vermişdir. İcranın dayandırılması ilə bağlı məhkəməyə müraciəti icraata götürülmüş olsa da, bildiriş qəsdən ləngidilmişdir ki, icra həyata keçirilsin. Cavabdeh2 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi prosesə cəlb etmiş. Məhkəmə araşdırması zamanı Cavabdeh2 çıxışı nda Cavabdeh1 ilə əvvəllər yaxın münasibətdə olduğu X vasitəsi ilə tanıdığını bildirmişdir. Belə ki, Cavabdeh1 formal alqısatqını həyata keçirmək üçün pul lazım olduğunu x ona bildirmiş, Cavabdeh2 isə 200 manat qarşılığında alqı-satqının təmin olunması üçün tələb olunan vəsaitin onun tərəfindən Cavabdeh1 verildiyini bildirdi. Cavabdeh2 alqı-satqıdan sonra pulun notariat hesabından çıxarılmasını kimsəyə etibar etmədiyini, ona görə pulu alan tərəfdən, yəni ondan etibarnamə istədiyini Cavabdeh1 bildirmişdir. Beləliklə, ona çatmalı olan pulu onun etibarnaməsilə, yəni, öz pulunu aldığını məhkəmədə bildirmişdir. Məhkəmə bu məqamda cavabdehin məhz Cavabdeh2 olduğu qənaətinə gəlmişdir. Lakin, Cavabdeh1 Suraxanı rayonunun ərazində yaşadığına görə eyni zamanda əvvəlki qərarlara görə Suraxanı rayon m əhkəməsinin qərarını qurdalamamaq niyyəti ilə tövsiyyə etmişdir ki, Sabunçu rayon məhkəməsindən ərizəni götürüb aidiyyatı üzrə Suraxanı rayon məhkəməsinə verək. Onlar, bu minvalla işi Sabunçu rayonundan götürüb yenidən Suraxanı rayon məhkəməsinə vermişlər. Lakin, bütün məhkəmə instansiyaları Cavabdeh1 xeyirinə qərar qəbul etmişdir. Belə olduğu təqdirdə, onlar ödənmiş deyilən pul vəsaitini tələb edirlər. Pulu notariat hesabından çıxaran Cavabdeh2 Sabunçu rayon məhkəməsində iddianı qəbul etmiş və bildirmişdir ki, pulu götürüb doğrudur, amma öz pulunu götürüb. Bütün saxtakarlığı quran isə Cavabdeh1 olduğunu bildirmiş və onun məhkəməyə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia rədd edilmişdir. B irinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə imzalanmış, sonradan onların aralarında bununla bağlı məhkəmə mübahisələri olmuşdur. Məhkəmələr alqı-satqı müqaviləsi üzrə cavabdehin hüquqlarını tanımış, eləcə də, satış pulunun cavabdeh tərəfindən nümayəndə vasitəsi ilə verildiyi qənaətinə gəlmişlər. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnamələri nəzərə alınmalıdır. Belə ki, həmin qətnamələrlə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmiş, həmçinin yaranmış müqavilə münasibətləri çərçivəsində İddiaçı Cavabdeh1 mübahisəli evin satışı ilə bağlı pul tələbi əsassız hesab edilmişdir. Ona görə də, hazırkı işdə iddiaçının cavabdehlərd ən müqavilə münasibətlərindən yaranan əsaslarla mübahisəli evlə bağlı, pul tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki, işə daha əvvəl baxan məhkəmələr tərəfindən bu məsələlərə qiymət verilmiş və tərəflər arasında müqavilə etibarlı hesab edilmişdir. Alqı-satqı müqaviləsinin əsasını satıcının əmlakı alıcıya verməsi müqabilində alıcının həmin əmlakın dəyərini satıcıya verməsi təşkil edir. Belə olan halda, nə qədər ki, müqavilə etibarlı hesab edilmişdir, demək ki, iddiaçı tərəf də razılaşdırılmış satış pulunu qəbul etmiş sayılır. Birinci instansiya məhkəməsi, iddia tələbinin iddiaçının əri X1 müalicəsinə çəkilən xərc hissəsini də əsassız hesab etmişdir. Belə ki, əvvəla iddiaçının əri X1 adından iddia qaldırmaq səlahiyyəti mülki iş materialları ilə müəyyən olunmur. Bundan başqa, hazırkı müba hisə ilə bağlı Cavabdeh1 tərəfindən Oktay Mustafayevin səhhətinə hər hansı bir ziyan vurulması halı da sübut olunmur. Məhkəmə tələbin mənəvi ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, mənəvi ziyan tələbi iddianın əsas hissəsini təşkil edən pul tələbi ilə bağlıdır və iddianın cavabdehlərə qarşı pul tələbinə dair hissəsi təmin edilmədiyinə görə mənəvi ziyan tələbi də əsaslı deyildir və təmin edilməməlidir. Çünki, mənəvi ziyan vurulması halı mülki iş materialları ilə təsdiq edilmir və formal mülahizələrə əsaslanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(103)-11022/2021 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov sədrlik edən, məruzəçi, İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən düzgün nəticəyə gəlimiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apellyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəm əsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosesual Məcəllənin 82.3-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraatı Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassator, kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; Maddə 568.2. Əgər alğı-satqı m üqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur; 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 06 yanvar 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 59/67-537/546 saylı bağ evi iddiaçının mülkiyyətində olmuşdur və sonuncu 27 sentyabr 2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan bağ evinin 2 otaqlı, ümumi sahəsi 169,74 kv.metr olan “A” tikilisini 32.260 manata Cavabdeh1, 1 otaqlı, ümumi sahəsi 28,39 kv.metr olan “B” tikilisini 12.098 manata Məhərrəm Kələntərova satmışdır. İddiaçı, 26 sentyabr 2008-ci il tarixdə Bankın depozit hesabına köçürülmüş 32.260 manat pulu almağı və bu tapşırığın yerinə yetirilməsi üçün 1 il müddətində qüvvədə olmaqla Cavabdeh2 adına notarial qaydada təsdiq edilməklə etibarnamə vermiş və 27 sentyabr 2008-ci il tarixdə sonuncu həmin pulu Bankın depozit hesabından çıxarmışdır. Bundan sonra, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı və digərlərinə qarşı “mülkiyyətində olan bağ evindən çıxarılma, mülkiyyətində olan bağ evinin boşaldılaraq ona boş vəziyyətdə təhvil verilməsi, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin İddiaçı tərəfindən aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və mənəvi zərərin tutulması” barədə ilk iddiası qismən təmin, həmçinin İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evin alqı-satqı müqaviləsi üzrə müəyyən olunmuş dəyərinin ödənilməsi və pulun qanunsuz saxlanılması nəticəsində faizlərin hesablanaraq tutulması” barədə qarşılıqlı iddiası rədd edilərək, İddiaçı və digərlərinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 59/67-537/545 saylı bağ evinin paylı mülkiyyət nüququ üzrə Cavabdeh1 məxsus olan “A” tikilisindən çıxarılması, Cavabdeh1 məxsus olan “A” tikilisinin İddiaçı və digərləri tərəfindən boşaldılaraq Cavabdeh1 boş vəziyyətdə təhvil verilməsi və həmin tikilidən istifadəyə dair yaradılmış maneələrin İddiaçı tərəfindən aradan qaldırılması və qalan hissədə ilk iddianın rədd olunmas ı qət edilmişdir. Hazırda iddiaçı, sözügedən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 ona cəmi 9.000 manat pul ödədiyini, qalan 23.260 manat pulu ödəmədiyini, məhz onun təqsiri üzündən ona 10.000 manat mənəvi zərər dəydiyini; əri X müalicəsinə görə 3.250 manat xərc çəkdiyini göstərib, sözügedən pul vəsaitinin Cavabdeh1 tutulub ona ödənilməsini iddia edir. Göründüyü kimi, Cavabdeh1 sözügedən bağ evini 26 sentyabr 2008-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satın aldığı halda, 14 noyabr 2019-cu il tarixədək həmin bağ evində məhz iddiaçı ailə üzvləri ilə birlikdə yaşamış və həmin tarixədək iddiaçı bağ evinin dəyərinin ona ödənilməməsi barədə məhkəmədə hər hansı mübahisə açmamışdır. Bütün bu hallar açıq-aşkar mübahisəli bağ evinin dəyərinin bu günədək iddiaçıya ödənilməməsi nəticəsinə gəlmə yə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağ evinin alqı-satqısı ilə bağlı müqavilə imzalanmış, sonradan onların arasında bununla bağlı məhkəmə mübahisələri olmuşdur. İşə baxan məhkəmələr alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 hüququnu tanımış, habelə satış pulunun iddiaçının nümayəndəsi Cavabdeh2 vasitəsilə verildiyi qənaətinə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki işdə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə aktları nəzərə alınmalıdır. Belə ki, həmin məhkəmə aktları ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmiş, həmçinin yaranmış müqavilə münasibətləri çərçivəs ində iddiaçının Cavabdeh1 qarşı mübahisəli evin satışı ilə bağlı pul tələbi əsassız hesab edilmişdir. Ona görə də, hazırki işdə iddiaçının Cavabdeh1 müqavilə münasibətlərindən yaranan əsaslarla mübahisəli evlə bağlı pul tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki, işə daha əvvəl baxan məhkəmələr tərəfindən bu məsələlərə qiymət verilmiş və tərəflər arasında müqavilə etibarlı hesab edilmişdir. Alqı-satqı müqaviləsinin əsasını satıcının əmlakı alıcıya verməsi müqabilində alıcının həmin əmlakın dəyərini satıcıya verməsi təşkil edir. Belə olan halda, nə qədər ki, müqavilə etibarlı hesab edilmişdir, demək ki, iddiaçı razılaşdırılmış satış pulunu qəbul etmiş sayılır. Apellyasiya instansiyası məhkəməsi, iddia tələbinin iddiaçının əri X1 müalicəsinə çəkilən xərc hissəsini də əsassız hesab etmişdi r. Belə ki, əvvəla iddiaçının əri X1 adından iddia qaldırmaq səlahiyyəti mülki iş materialları ilə müəyyən olunmur. Bundan başqa, hazırkı mübahisə ilə bağlı Cavabdeh1 tərəfindən X səhhətinə hər hansı bir ziyan vurulması halı da sübut olunmur. Apellyasiya instansiyası məhkəməsi həmçinin tələbin mənəvi ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, mənəvi ziyan tələbi iddianın əsas hissəsini təşkil edən pul tələbi ilə bağlıdır və iddianın Cavabdeh1 qarşı pul tələbinə dair hissəsi təmin edilmədiyinə görə mənəvi ziyan tələbi də əsaslı deyildir və təmin edilməməlidir. Çünki, mənəvi ziyan vurulması halı mülki iş materialları ilə təsdiq edilmir və formal mülahizələrə əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyy ən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraicət edərkən, Cavabdeh1 ilə yanaşı Cavabdeh2 da cavabdeh qismində göstərsə də, sonradan məhkəməyə verdiyi ərizəsində iddia etdiyi pulu yalnız Cavabdeh1 tələb etmişdir. Halbuki, işdən görünür ki, iddiaçı, 26 sentyabr 2008-ci il tarixdə Bankın depozit hesabına köçürülmüş 32.260 manat pulu almağı və bu tapşırığın yerinə yetirilməsi üçün 1 il müddətində qüvvədə olmaqla Cavabdeh2 adına notarial qaydada təsdiq edilməklə etibarnamə vermiş və 27 sentyabr 2008-ci il tarixdə sonuncu həmin pulu Bankın depozit hesabından çıxarmışdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsil ə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin e dilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2(103)-11022/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar