Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1108/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ipoteka predmetinə yönəldilməsi, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X3, cavabdehlərin vəkili Vəkil Qabil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5122/2020 nömrəli iş üzrə x x xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli RF/36927/51/31 saylı Kredit Sazişinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 20154 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə cavabdehlə Bank arasında bağlanmış İP502069-3176-2011 saylı xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə və əsas öhdəliyin ölçüsü və icra müddətinin dəyişməsi, İP5020693176-2011 saylı, xx.xx.2011 tarixli ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 100 A nömrəli fərdi yaşayış evi (60.19 kv.m yaşayış sahəsi) (bundan sonra – ipoteka predmeti) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 36 ay müddətinədək müəyyən edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-301/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə Bankın cavabdehlər Cavabdeh1 və X1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 17473,23 ABŞ dolları əsas borc, 3748,41 ABŞ dolları faiz borcu, c əmi 21221,64 ABŞ dolları borcun ödəniş anında ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla və 20 manat dövlət rüsumunun alınaraq iddiaçıya, həmçinin 10 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. xx.xx.2017-ci il tarixli bildirişə əsasən, iddiaçı Bank tərəfindən cavabdehlərə borcun ipoteka predmeti olan evə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Banka olan 17473,23 ABŞ dolları əsas, 3748,41 ABŞ dolları faiz borcunun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini təmin etmək məqsədilə tələbin ipoteka predmetinə y önəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin Banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması, eyni zamanda həmin evdə yaşayan cavabdehlərin və digər şəxslərin və onların ailə üzvlərinin evdən çıxarılması, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə göstərilən məbləğdə əsas və faiz borcunun tutulması qət edilmişdir. Hazırda həmin borc məbləğlərinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməs i zərurəti yaranmışdır. Mülki iş dayandırıldıqdan bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş olunmamış, hətta məhkəmə iclası zamanı cavabdehə Bankla razılığa gəlməsi üçün şərait yaradılsa da, cavabdeh bundan imtina etmişdir. Məhkəmə baxışı zamanı əldə olunmuş “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 1251 №-li rəyində, ipoteka predmetinin orta bazar satış qiymətinin 55.000 manat təşkil etdiyi qeyd olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-40/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbi qismən təmin edilərək, cavabdehin Banka olan 17473,23 ABŞ dolları əsas, 3748,41 ABŞ dolları faiz, ümumilikdə 21221,64 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Ban kının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcunun ödənilməsini təmin etmək məqsədilə tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 21221,64 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun iddiaçının xeyrinə ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdehlərin həmin evi tərk etmədiyi halda onların evdən çıxarılmaları qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı Şəhəri Suraxanı Ra yon Məhkəməsinin 2(010)301/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinə istinadla belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə tam mülkiyyət hüququ üzrə özünə məxsus əmlakı iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Odur ki, tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə, həmçinin ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq Banka təhvil verilməsi tələbi hissəsi ilə qismən razılaşmış və hesab etmişdir ki, sözügedən əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı və cavabdehlər həmin evi tərk etmədikləri halda onlar həmin evdən çıxarılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəl ləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 279, 295, 296.1, 317.1, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən iddia tələbinin 3748,41 ABŞ dolları olan faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5122/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) cavabdehlər tərəfindən verilmiş ap ellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə cavabdeh özünə məxsus əmlakı iddiaçının xeyrinə ipoteka ilə yüklü etdiyindən, üzərinə düşən öhdəlikləri icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun tələblərinə uyğundur. Məhkəmə, həmçinin “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 1251 №-li rəyinə istinadla ipoteka predmetinin qətnamədə göstərilən ilkin satış qiymətini əsaslı hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkil Qabil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquq normalarının pozulması və məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı Bank tərəfindən hesablamalar düzgün aparılmamış, məhkəmələr əmtəəşünaslıq ekspertizası təyin etməklə göstərilən hala qiymət verməli idilər. İş üzrə əmtəəşünaslıq ekspertizas ı keçirilməsi zərurəti yarandığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorların vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. İddiaçının vəkili apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər işt irakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka s axlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında q ərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldı qda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. MPM Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili kredit müqaviləsi üzrə borcun məbləği ilə bağlıdır. Halbuki həmin məbləğ Cavabdeh1 cavabdeh olduğu başqa iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir və MPM-in 82.3-cü maddəsinə əsasən həmin qətnamə ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən b aşqa məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilməz Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5122/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1108/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1108/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver