Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1110/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12114/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında, yəni 2110.16 manat, ümumilikdə isə 4138.77 manat kompensasiyanın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsindəki icraat
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2146/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 2028,61 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 2328,61 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə aparılmış 140 manat məbləğində ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına k öçürülməsi, iddia tələbi üzrə 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12114/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və Ə.Abbaslı) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2146/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şika yətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərə uyğun verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri
6. Cavabdeh X1 MMC-nin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12114/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayətinin mümkün sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən apelyasiya şikayəti kağız üzərində verildikdən sonra 07.12.2021-ci il tarixdə elektron kabinetə yerləşdirməklə verilmişdir. Lakin apellyasiya instansiyası məhkəmə işin bu halını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazlar
8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri
9. MPM-in 407.2-ci maddəsinə əsas ən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
10. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
11. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
12. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsi Maddə 10-1. Mülki işlər vəkommersiya mübahisələriüzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər vəkommersiya mübahisələriüzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3.Kommersiya mübahisələriüzrə məhkəmə icraatı, habelə “Elektron məhkəm ə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kas sasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
15. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsil ə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
16. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 363.1.5-ci maddəsində nəzərdə tutulmuş qaydadır. Həmin normaya əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti geri qaytarılır.
17. Bu dəyişiklik MPM-də Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363VİQD nömrəli Qanunu ilə edilmişdir və həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında bax ılan işlərə şamil edilir.
18. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2146/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti 11.10.2021-ci il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanasına daxil olmuşdur (mülki iş 01 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab verməmişdir. Elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda Cavabdeh MMC tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir.
19. Bu hal Azərbaycan Respublikası MPM -nin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması kimi hüquqi nəticə törədir.
20. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada verilməsini yoxlamadan apelyasiya instansiyası məhkəməsinə göndərmişdir.
21. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq apelyasiya şikayətini qeyri-mümkün saymışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun verilib-verilmədiyini araşdırmalı və araşdırmanın nəticəsindən asılı olara q sonrakı prosessual hərəkətləri etməlidir.
23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12114/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.