Məhkəmə qərarları › İş №2(102)-1111/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1111/2023

14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1111/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızına qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1799/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Salyan rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə cavabdehlərin ailə üzvlərinəX9, Cavabdeh1, X4, X6, X1, X5, X7, X8 və X2 birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Salyan rayonu, Boranıkənd kəndinin ərazisində 5.60 hektar çöl torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” verilmişdir. 2. “Dövlət Aktı”ndakı cizgilərdən görünür ki, 5.60 hektar torpaq sahəsi müvafiq olaraq 41742,39 kv.m. və 14227 kv.m.-dən ibarətdir.

3. Bir tərəfdən (satıcı) Cavabdeh1 və X7, digər tərəfdən (alıcı) İddiaçı olan xx.xx.2006cı il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən 5.60 ha olan torpaq sahəsinin 1.24 ha hissəs i 1360 (bir min üç yüz altmış) manata sonuncuya satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 217 saylı, 80913028 kodlu Dövlət Aktına əsasən Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5,60 ha torpaq sahəsinin naturada, müvafiq olaraq 1,24 ha və 2,934239 ha hissələrə uyğun olaraq bölünməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5,60 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında cavabdehlərlə onların ailə üzvlərinə məxsus olmuşdur. xx.xx.2006-cı il tarixdə o, cavabdehlərlə notariat kontorunda alqı-satqı müqaviləsi bağlayaraq həmin torpaq sahəsi nin 1,24 ha hissəsini 1360 manata almışdır. Cavabdehlərlə onların ailə üzvlərinin mülkiyyətlərində 2,934239 ha torpaq sahəsi qalmışdır. Bundan sonra Dövlət Aktında göstərilmiş torpaq sahəsi bölgü planına əsasən onunla cavabdehlər arasında bölünmüş və müvafiq cizgi də çəkilmişdir. Bölgü planını DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə təqdim edib həmin torpağa dair müvafiq çıxarış almaq istəmiş, lakin həmin bölgü planında onunla cavabdehlərin imzaları olmadığı üçün ona çıxarışı verməkdən imtina etmişlər. Hazırda cavabdehlər bölgü planını imzalamaqdan imtina edirlər.

6. Salyan Rayon Məhkəməsinin (hakim M.Qasımov) 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X18 tərəfindən tərtib edilmiş Salyan rayonu, Boranıkənd kəndində yerləşən X9 və ailə üzvlərinə məxsus JN-217 saylı konturda yerləşən 4.174239 ha torpaq sahəsinin 1.24 ha hissəsinin “Bölgü Planı”na əsasən naturada bölünərək iddiaçının sahibliyinə verilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 torpaq sahəsinə qanunla qorunan hüququ pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini vicdanlı əldə edən iddiaçı hesabına kompensasiya edilə bilməz və o, onun torpaq sahəsinin razılığı olmadan özgəninkiləşdirmiş şəxslərə qarşı ayrıca, birinci instansiya məhkəməsində iddia qaldırmaqla ona dəymiş ziyanı tələb edə bilər.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, onlarla iddiaçı arasında mübahisəli torpağa dair bağlanmış alqısatqı müqaviləsindəki imza onun tərəfindən icra edilməmişdir. Belə ki, müqavilə bağlandığı zaman notarius ondan həmi n müqaviləyə imza atmağı xahiş etmiş, o, həmin müqaviləyə imza atmaqdan imtina etmişdir. Həmin müqavilə imzalanan zaman orada digər cavabdehlə onun qardaşı Mətləb olmuş və Mətləb hətta buna görə onunla mübahisə də etmişdir.

9. Məhkəmə bildirmişdir ki, Cavabdeh2 hüquqları pozulmuş olsa belə, onun bundan 16 il əvvəl, 2006-cı ildən xəbəri olmuşdur. Lakin o, iddia müddətini gözləməklə həmin müqavilənin etibarsızlığına dair məhkəmədə iddia qaldırmamışdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1, 347.1, 354.2, 375.2-ci maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və N.F.Mirzəyev) 2(106)-1799/2022 n ömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının satın aldığı torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Ona görə, bu baxımdan iddia əsassız olduğundan təmin edilməməlidir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsindən sonra satıcıların hüquqları alıcıya keçmişdir. Belə olan halda ümumi torpaq sahəsindən alınan torpaq sahəsini n (hissəsinin) naturada ayrılması üçün satıcılar deyil, digər mülkiyyətçilər cavabdeh qismində cəlb edilməli idi. Bu halda demək mümkündür ki, iddia əsl cavabdehlərə qarşı yönəlməmişdir. Bu halda da hazırki cavabdehlərə qarşı iddia təmin edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 213.4, 213.5, 219.1, 219.2, 221-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırarkən tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiy yəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.

21. Maddə 213.5.Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

22. Maddə 219.1.Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir.

23. Maddə 219.2.Hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir.

24. Maddə 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir.

25. Maddə 223.2.Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölün məsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Ma ddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.

36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə tərkibi iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

38. Apellyasiya instansiyası məhkəməsi iddianı iddiaçının satın aldığı torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması əsası ilə, eyni zamanda alqı-satqı müqaviləsindən sonra satıcıların hüquqlarının alıcıya keçdiyini, belə olan halda ümumi torpaq sahəsindən alınan torpaq sahəsinin (hissəsinin) naturada ayrılması üçün satıcıların deyil, digər mülkiyyətçilərin cavabdeh qism ində işə cəlb edilməli olmasına görə iddianın əsl cavabdehlərə qarşı yönəlməməsi əsası ilə rədd etmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz dövlət qeydiyyatına alınması üçün satın aldığı torpaq sahəsinin naturada bölgüsünü tələb edir və paylı mülkiyyətçi olaraq iddiaçının payının dövlət qeydiyyatın alınması üçün ilkin olaraq həmin pay torpağın yerdəki məkan göstəricilərinə uyğun olaraq müəyyənləşdirilməlidir.

40. Belə olan halda apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinə dair iddiaçının hüquqlarının qeydiyyata alınmaması əsasına istinad etməklə iddianı rədd etməkdə haqlı olmamışdır.

41. Bununla yanaşı nəzərə alınmalıdır ki, torpaq sahəsinə dair cavabdehlərlə bağlanmış alqı-satqı müqaviləsindən sonra satıcıların hüquqları alıcıya keçmiş, bu halda ümumi torpaq sahəsi ndən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinin naturada ayrılması üçün satıcılar deyil, digər paylı mülkiyyətçilər cavabdehlər qismində işə cəlb edilməli olduğundan iddia əsl cavabdehlərə qarşı yönəlməmişdir və bu hallar iddianın rədd edilməsi üçün əsasdır.

42. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əsl olmayan cavabdehlərə qarşı iddia qaldırılmadığına görə iddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır və qeyd edilən əsasa görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Eyni zamanda məhkəmə kollegiya sı qeyd etməyi zəruri sayır ki, hazırkı iş üzrə iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsi, iddiaçının yenidən eyni məzmunlu iddia ilə əsl cavabdehlərə qarşı iddia qaldırmaq hüququnu və əsaslar olduqda bu iddianın təmin edilməsini istisna etmir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1799/2022 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar