Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1112/2022 20.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(001)4461/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim F.E.Hətəmzadə) İdd iaçı Cavabdeh qarşı “7.500.000 manat pul iddiasına dair” mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə Cavabdeh vəsatəti təmin edilməyib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh 12 iyul 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqaviləni icra etmədiyi üçün iddiaçı ondan dəymiş maddi zərərə görə 7.500.000 manat tələb edir. Halbuki, tərəflər həmin müqaviləni sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi bağlamayıblar. Belə ki, tərəflər arasında bağlanmış həmin müqavilə ictimai və iaşə xidmətlərinin göstərilməsi üçün qeyriyaşayış sahəsinin inşa edilməsi və təmiri ilə bağlı olub. Ona görə də cavabdehin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatəti rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 24.1, 25.1, 25.2, 26-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh şikayət verərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilib, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh şikayətini belə əsaslandırıb ki, mülki prosessual qanunvericiliyə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Hazırki işdə tərəflər fərdi sahibkar statusuna malik olun fiziki şəxslərdir, mübahisəni n predmeti və hüquq münasibətinin xarakteri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almayıb və işin məhkəmə aidiyyətini düzgün müəyyən etməyib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, yeni qərar qəbul edilməklə cavabdehin vəsatəti təmin edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşə əlavə edilmiş sübutlardan görünür ki, tərəflər fərdi sahibkar statusuna malik olan fiziki şəxslərdir və onlar arasında 12 iyul 2019-cu il tarixdə notarial qaydada təsdiq edilməklə “birgə fəaliyyət haqqında” müqavilə bağlanıb. Həmin Müqavilənin 1.1-ci bəndinə görə, tərəflər hüquqi şəxs yaratmadan ictimai iaşə xidmətlərinin göstərilməsi üçün birgə fəaliyyət haqqında razılığa gəliblər. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, birgə fəaliyyətin həyata keçirilməsi üçün cavabdeh öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsini təqdim edir. İddiaçı isə torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərilməsi üçün təqdim e dir. Eyni zamanda, həmin Müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilir ki, hər ilin yekununa görə birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlir müəyyənləşdirilir və xalis gəlir tərəflər arasında bərabər bölüşdürülür. Qanunvericilikdə nəzərdə tutulmuş əmlak və torpaq vergisi müştərək ödənilir və sair. Hazırda iddiaçı, 2019-2020-ci illərdə iki ədəd qeyri-yaşayış obyektinin şadlıq evi kimi fəaliyyət göstərdiyini, əldə olunan gəlirləri cavabdehlə öz aralarında bölüşdürdüyünü, lakin 2020-ci ilin fevral ayında sonuncunun əsassız əldə olunan gəlirlərdən daha çox hissəsini özünə götürdüyünü, onları bərabər bölüşdürməkdən imtina etdiyini, halbuki, qeyri-yaşayış obyektlərinin bütün xərclərinin onun tərəfindən qarşılandığını, şadlıq evlərinin tikintisinə ümumilikdə 7.500.000 manat xərc çəkdiyini, cavabdehin heç bir hüquqi əsas olmadan onun hesabına əsassız varlandığını göstərib, sonuncudan 7.500.000 manat pulun tutulub ona ödənilməsini iddia edir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlər ə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Kassasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi, cavabdehin mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi haqqında vəsatətini rədd edərkən, yuxarıda sadalanan mülki prosessual normaların tələblərini pozub və tərəflərin fərdi sahibkar statusuna malik olmalarını və hazırki mübahisənin onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmasını nəzərə almayıb. Qeyd olunan hallar tərəflər arasında bağlanmış “birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan da açıq-aşkar irəli gəlir. Belə ki, tərəflər həmin müqavilə üzrə razılığa gəlmişlər ki, cavabdeh öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsini təqdim edir, iddiaçı isə həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 k orpuslu qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərilməsi üçün təqdim edir. Hər ilin yekununda birgə fəaliyyət nəticəsində əldə edilmiş gəlir müəyyənləşdirilir və xalis gəlir tərəflər arasında bərabər bölüşdürülür. Eyni zamanda əmlak və torpaq vergisi müştərək qaydada ödənilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, şikayətin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxıla bilməz və tərəflər arasındakı hazırki mübahisə “birgə fəaliyyət haqqında” müqavilədən irəli gəlir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranıb. Ona görə də hazırki işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də pre dmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Göründüyü kimi qeyd olunan Qərarın tələblərinə uyğun olaraq ilk gündən hazırki işə məhkəmə aidiyy əti üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsində baxılması üçün prosessual əsaslar olmayıb. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8 və 403-1.8.2-ci maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, yeni qərar qəbul edilməklə cavabdehin vəsatəti təmin edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(001)-4461/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadı ləğv edilsin, yeni qərar qəbul edilməklə Cavabdeh vəsatəti təmin edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1112/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1112/2022
20.01.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver