Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1112/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpası barədə 10.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-431/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məh kəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinin məcburi icrasını təmin etmək üçün, barışıq sazişinin təsdiq olunmasına, 20.000 manat məbləğində pulun Maraqlı şəxs tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1116/2022 nömrəli qətnaməsi ilə (A.Sadıqov) ərizə qismən təmin edilmişdir.
3. Qətnamə, Xaçmaz Rayon Məhkəməsi tərəfindən 13 may 2022-ci il tarixdə icraya yönəldilməsi üçün Masallı Rayon İcra və probasiya şöbəsinə yönəldilmiş və həmin qurumun 24 may 2022-ci il ta rixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur.
4. Daha sonra, 5 aprel 2024-cü il tarixdə X1 məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxs qardaşı olduğunu və etibarnamə üzrə nümayəndə kimi Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin surətini maraqlı şəxsin adından qəbul etdiyini bildirmişdir.
5. Məhkəmənin həmin qətnaməsindən narazı qalan Maraqlı şəxs 9 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Xaşmaz Rayon Məhkəməsinin 2(067)-1116/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin hallarının tam və əsaslı şəkildə şahidlərin iştirakı ilə araşdırılmasını, avtomobilin texniki ekspertizaya göndərilməsini və iddiaçı tərəf barədə xüsusi qərardad qəbul edərək prokurora göndərilməsini xahiş etmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin 2 1 yanvar 2025-ci il tarixli, 2(067)-1116/2022 saylı qərardadı ilə maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə apelyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(105)-431/2025 saylı qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi, mülki işin prosessual müddət məsələsinə hüquqi qiymət verilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
8. Məhkəmə kollegiyası qərardadını onunla əsaslandırmışdır ki, təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilərək tərəflərə göndərilsə də, Maraqlı şəxs göndərilmiş qətnamə zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi edilməklə geri qaytarılmışdır.
9. Qətnamə xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş, Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqında” qərar qəbul edilmişdir. 10. xx.xx.2024-cü il tarixdə qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.
11. Məhkəmə kollegiyası, Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqında” qərarından sonra, hər hansı icra hərəkət inin edilibedilməməsini, apellyatorun icradan nə vaxt məlumatlı olub-olmamasını, eləcə də icra sənədi üzrə ödənişlər edib-etməməsini müəyyən etmək məqsədilə həmin quruma sorğu göndərmiş və sorğuya verilmiş cavabdan (o cümlədən əlavə edilmiş sənədlərdən) müəyyən edilmişdir ki, apellyator xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan, tələbin könüllü icrası haqqında bildirişdən məlumatlı olmasına dair icra idarəsində izahat yazmış, hətta həmin izahatında tələbkara 600 manat məbləğində ödəniş etdiyinidə bildirmişdir.
12. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə maraqlı şəxsə rəsmi qaydada çatmasa da, sonuncu icra mərhələsində qətnamədən, onun icrasından məlumatlı olmuş, hətta icra mərhələsində 600 manat məbləğində ödənişdə etmişdir.
13. Lakin, birinci i nstansiya məhkəməsi qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılıb-buraxılmamasına hüquqi qiymət vermədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, apellyasiya şikayətinin uyğunluğu üzrə müvafiq araşdırma aparmadan mülki işi baxılması üçün Sumaqyıt Apellyasiya Məhkəməsinə göndərmişdir.
14. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.
15. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradanda qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər.
16. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldili r, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.
18. Məhkəmə kollegiyası qərardadını əsaslandırarkən, Mülki Prossesual Məcəllənin 101.3, 10-1.5, 129.1, 130.1, 133.1, 135.5, 135.6, 357.1, 360, 363.1.3, 366.1, 372.7, 398.0.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Maraqlı şəxs qeyd olunan qərardadından kassasiya şikayəti verərək, qərardadın MPM-nin 417.1.3-cü maddəsi əsasında ləğv olunaraq, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi elektron məhkəmə informasiya sistemində elektron kabineti olmadığından qanunla müəyyən edilmiş müddətdə ala bilməmiş və həmin qətnamə onun poçt ünvanına da göndərilməmişdir. Hətta həmin iş üzrə Ərizəçi Xaçmaz Rayon Məhkəməsinə iddia verməsi və həmin iddia tələbi əsasında məhkəmə proseslərinin keçirilməsindən məlumatı olmamış və məhkəmə tərəfindən qabaqcadan ona heç bir rəsmi bildiriş və ya SMS vasitəsi ilə xəbə r verilməmişdir. Göründüyü kimi məhkəmə prosessual hüquq norması kimi qətnaməyə həmin maddəni və MPM-nin buna oxşar maddələrini köçürməklə belə görüntü yaratmağa çalışmışdır ki, guya apelyasiya şikayətinin qeyri mümkün hesab edilməməsi barədə qəbul etdiyi həmin qərardad qanunidir. Qanunvericiliyin tələbləri əsasında qətnaməni rəsmi qaydada xx.xx.2025-ci il tarixdə alan maraqlı şəxs kimi apelyasiya şikayətini vermiş və şikayət etmək hüquqları üçün qanunla müəyyən edilmiş müddətin tələblərini pozmamışdır. Maraqlı şəxs həmin qətnaməni nə rəsmi qaydada, nə də elektron kabineti olmaması səbəbindən qanunla müəyyən edilmiş qaydada ala bilməmişdir. Ona görədə, maraqlı şəxs olaraq həmin qətnamədən apelyasiya şikayəti verə bilməmişdir. 15.02024-cü il tarixdə rəsmi qaydada həmin qətnaməni ala bilmiş və şikayət edə bilmişdir. Hesab edir ki, apelyasiya məhkəməsi həmin qərardadla MPM-nin 360-cı maddəsinin tələbləri pozulmuşdur.Yəni tərəf qətnaməni rəsmi qaydada aldığı tarixdən həmin müddəti ötürməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
22. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsi lə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
27. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:
28. Məddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırk ı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən, mülki prosessual hüquq normalarının tələblərini pozduğunu, q ətnamədən apellyasiya şikayəti verilməsi üçün mülki prosessual əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi, maraqlı şəxsin qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilərək, tərəflərə göndərilsə də, maraqlı şəxsə göndərilmiş qətnamə zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi edilməklə geri qaytarılmışdır. Bundan sonra, qətnamə xx.xx.2022ci il tarixdə icraya yönəldilmiş və Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqında” qərar qəbul edilmişdir. Maraqlı şəxs isə xx.xx.2024-cü il tarixdə qə tnamədən apellyasiya şikayəti vermişdir.
36. Apellyasiya instansiyası məhkəməsi, Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqında” qərarından sonra, hər hansı icra hərəkətinin edilib-edilməməsini, apellyatorun icradan nə vaxt məlumatlı olub-olmamasını, eləcə də icra sənədi üzrə ödənişlər edib-etməməsini müəyyən etmək məqsədilə həmin quruma sorğu göndərmiş və sorğuya verilmiş cavabdan (o cümlədən əlavə edilmiş sənədlərdən) müəyyən edilmişdir ki, apellyator xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan, tələbin könüllü icrası haqqında bildirişdən məlumatlı olmasına dair icra idarəsində izahat yazmış və hətta həmin izahatında tələbkara 600 manat ödəniş etdiyini bildirmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bi rinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə maraqlı şəxsə rəsmi qaydada çatmasa da, sonuncu icra mərhələsində qətnamədən, onun icrasından məlumatlı olmuş, hətta icra mərhələsində 600 manat məbləğində ödəniş də etmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılıbburaxılmamasına hüquqi qiymət vermədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, apellyasiya şikayətinin uyğunluğu üzrə müvafiq araşdırma aparmadan mülki işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
38. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi maraqlı şəxsin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi hazırkı mübahisəli məsələyə baxarkən, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş və mülki prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sum qayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli, 2(105)-431/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.