Məhkəmə qərarları › İş №2(102)-1549/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1549/2025

20.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin tə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1549/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) ərizəsi barədə iş üzrə QƏRARİ (Açar sözlər: mediasiyada bağlanmış barışıq sazişin təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2025-ci il tarixli 2(103)-769/2025 nömrəli qətnaməsin dən Maraqlı şəxs kassasiya şikayətinə 20 may 2025-ci il traixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi və Maraqlı şəxs 13 may 2017-ci il tarixdə rəsmi nikah bağlamış, birgə nikahlarından 28 iyul 2018-ci il təvəllüdlü İnci adlı qızları anadan olmuşdur.

2. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 08 may 2024-cü il tarixdə MŞB/10/2024-00257 nömrəli barışıq sazişi bağlanmışdır.

3. Barışıq sazişinə əsasən tərəflər - Ərizəçi və Maraqlı şəxs aralarında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 1227 saylı akt qeydi ilə bağlanmış nikahın pozulmasına razıdırlar. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş — xx.xx.2018-ci il təvəllüdlü X2 Müşgünaz Mehman qızının himayəsində qalacaqdır. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs növbəti aydan başlayaraq birgə nikahdan olan övladları — xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay aylıq əmək haqqının dörddə biri qədər aliment ödəməyi öhdəsinə götürür. Aliment ödənilməsi Barışıq sazişini Maraqlı şəxs iş yerinə təqdim edəcək. Aliment məbləği hər ay Maraqlı şəxs əmək haqqısı ödənilən vaxt Ərizəçi adına açılmış bank hesabına ödəniləcək. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs istədiyi zaman vaxt məhdudiyyəti qoyulmadan övladı xx.xx.2018-ci il təvəllüdlü X9 ilə görüşə, özü ilə apara və gecə yanında saxlaya bilər.

4. Sazişin 1.5-ci bəndinə görə tərəflər razılaşırlar ki, Maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində “4 Qardaş" MTK-ya məxsus bi nada yerləşən və qardaşı X3 mülkiyyətində olan 43 nömrəli mənzili alaraq Ərizəçi bağışlayacaq. Tərəflər razılaşırlar ki, 1.5-ci bənddə qeyd edilən mənzil daxili kreditlə alınıb, 24 aylıq krediti qalıb, həmin krediti və alqı-satqı xərclərinin (vergilər daxil) yarısını Ərizəçi ödəyəcək.

5. Həmçinin sazişdə tərəflər razılaşırlar ki, 90TN138 dövlət nömrə nişanlı ağ rəngli “Chevrolet Aveo”, **-EB-*** dövlət nömrə nişanlı ağ rəngli “Chevrolet Aveo” və **-KN-*** dövlət nömrə nişanlı qara rəngli “Nissan X-Trail” markalı avto nəqliyyat vasitələri Maraqlı şəxs mülkiyyətindədir, onun mülkiyyətində qalacaq və Ərizəçi qeyd edilən avto nəqliyyat vasitələrinin bölgüsü ilə bağlı heç bir tələb irəli sürməyəcək.

6. Tərəflərin nikahı 14 avqust 2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur.

7. Mar aqlı şəxs sazişin 1.5-ci bəndini sazişdə göstərilən müddətdə icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Ərizəçi (bundan sonra “ərizəçi”) ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 10 saylı Mediyasiya Təşkilatının 08 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, sazişin 1.5-ci bəndinin, yəni “X10 nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışlayacaq” hissəsində icra edilməsi öhdəliyinin X5 (bundan sonra “maraqlı şəxs”) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, 8 may 2024-cü il tarixli barışıq sazişinin 1.5-ci bəndinə əsasə n tərəflər razılaşmışlar ki, maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, ərizəçiyə bağışayacaq. Barışıq sazişində göstərilən müddətdən də çox vaxt keçməsinə baxmayaraq, maraqlı şəxs öhdəliklərini icra etməmişdir. Həmçinin maraqlı şəxs mediyasiya prosesində uşağın xaricə aparılmasına razılıq verməsi və aliment ödəməsini göstərsə də, bu iki şərti də icra etməmişdir. Belə ki, uşağın xaricə aparılması üçün məhkəmə qətnaməsi və atanın notarial razılıq ərizəsi olmalıdır.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5013/2024 nömrəli, 4 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim Aydan Oruclu).

11. Birinci instansiya məhkəməsi müə yyən etmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni maraqlı şəxsin qardaşı X3 hüquqlarına toxunur. Belə olan halda, ərizə təmin edilməməli və barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 305.1.17, 355-23.1, 355-24, 355-25.3, 355-26.1-ci və “Mediasiya haqqında” Qanunun 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tamamilə əsassız yanaşma sərgiləməklə ərizəni təmin etməmi ş, maraqlı şəxsin öhdəliyi icra etməməsinə şərait yaratmışdır. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni maraqlı şəxsin qardaşı X3 hüquqlarına toxunması qənaətinə gəlmişdir. Məhkəmə diqqət etməmişdir ki, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxs X7 üçün hər hansı qaydada öhdəlik yükləməmişdir. Barışıq sazişinin mübahisə olunan bəndini “legal dizayn” edəndə bəndin mənasından görünür ki, “Maraqlı şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində “4 Qardaş" MTK-ya məxsus binada yerləşən və qardaşı X3 mülkiyyətində olan 43 nömrəli mənzili aldıqdan sonra ərizəçiyə bağışlayacaqdır. Həmin mənzil daxili kreditlə alınıb, 24 aylıq kredit ödənişi qalıb, 12 aylıq kredit ödənişi ərizəçi tərəfindən ödəni ləcəkdir. Göründüyü kimi barışıq sazişinin mübahisə edilən bəndi ancaq ərizəçi və maraqlı şəxs üçün hüquq və öhdəlik yaratmışdır. Hər hansı üçüncü şəxs, eləcə də X7 üçün hüquq və öhdəlik yaratmamaqla, onun hüquqlarına toxunmamışdır. Eyni zamanda məhkəmə tərəfindən barışıq sazişinin şərtlərinin X3 hüquqlarına toxunmasının nədə ifadə olunmasını sadalamamış, bir cümlə ilə ifadə etməklə kifayətlənərək ərizəni təmin etməmişdir.

15. Apellyasiya baxışında Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi,“43 nömrəli mənzili inşa etmiş "xxxx" MTK-ya həmin mənzildə kimin faktiki yaşaması, kimin sahibliyində olması və s. məsələlər üzrə müvafiq sorğu göndərilmiş, verilən cavabda göstərilmişdir ki, mənzildə təmir işləri başa satdıqdan sonra X3 qohumu, yəni, qardaşı qısa müddətdir ki, öz ailəsi y aşayırdı. Uzun müddətdir mənzildə yaşayış yoxdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-769/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə təmin olunmuş, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 08 may 2024-cü il tarixli, MŞB/10/2024-00257 nömrəli barışıq sazişinin 1.5-ci bəndinin təsdiq edilməsi, barışıq sazişinin 1.5-ci bəndinin, yəni “Maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışl ayacaq” hissəsində icra edilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Sabit Bəhrəmzadə)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilik mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutmuşdur. Ərizəçi də məhz bu hüququndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin isə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni maraqlı şəxsin qardaşı olan X3 hüquqlarına toxunması barədə gəldiyi nəticə əsassız olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiua məhkməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, hazırkı işdə barışıq sazişinin təsdiqinə mane olan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər barışıq sazişini könüllü, kənar təsir olmadan özləri bağlamış və iradələrini ifadə etmişlər. Mediasiya prosesində ərizəçi ilə maraqlı şəxs arasında 08 may 2024-cü il tarixində barışıq sazişi bağlansa da, həmin sazişi maraqlı şəxs könüllü qaydada icra etməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə bir razılaşma üçüncü şəxslərin marağına toxunmur. Belə ki, qeyd olunan barışıq sazişi ilə maraqlı şəxsin qardaşı olan X3 üzərinə hər hansı vəzifə qoyulmamışdır. Həmçinin barışıq sazişinin 1.5-ci bəndinə əsasən maraqlı şəxs nikaha xitam verildikd ən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışlayacaq, eyni zamanda mənzil daxili kreditlə alınıb, 24 aylıq krediti qalıb, həmin krediti və alqı-satqı xərclərinin (vergilər daxil) yarısını ərizəçi ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, maraqlı şəxs mənzili almaqla ərizəçiyə bağışlamalı, eləcə də ərizəçi mənzilin 12 aylıq ödənişlərini etməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilin sahibi, yəni maraqlı şəxsin qardaşı X3 hər hansı hüquqları pozulmur və gəlinən bu nəticə sonuncunun üzərinə mənzilini satmaq kimi öhdəlik qoymur, sadəcə, maraqlı şəxsin barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmasının qarşısını alı r.

21. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MTK-nın mübahisədə adı çəkilən mənzillə bağlı məktubunda göstərilənlərin, yəni ərizəçi və onun həyat yoldaşı tərəfindən mübahisəli mənzilin təmir edilməsi, həmin mənzildə yaşamaları, ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillər, evə aid kommunal ödənişlərin çekləri ilə təsdiq olunmasını qeyd etmişdir. (Fotoşəkillər və çeklər disk formatında iş materiallarına əlavə edilmişdir)

22. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə aldığın vurğulamışdır ki, hazırkı qətnamənin icrasında müəyyən problemlər yarana bilər. Lakin bu, yalnız maraqlı şəxsin barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması ilə baş verə bilər. Bu halda ərizəçi maraqlı şəxsin barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması ilə əlaqədar ona vurulan ziyanla bağlı hüquqlarının müdafiəsi üçün müvafiq iddia qaldırmaq imkanı əldə edə bilər.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyin nəticəni “Mediasiya haqqında” Qanunun 1.0.7, 3.3, 9.3.1, 34-cü, Mülki Prosessual Məcəllənin 305.1.17, 355-23.1, 35524, 355-25.3 və 355-26.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

24. Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, hazırda təsdiq edilməsi tələb edilən barı şıq sazişinin 1.5-ci bəndində digər şəxsə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində,"xxxx" MTK tərəfindən inşaedilən binanın 43 saylı mənzilinin maraqlı şəxs tərəfindən alınaraq, ərizəçiyə bağışlayacağı qeyd edilmişdir. Elə həmin bənddə adıçəkilən əmlakın başqa bir şəxs olan X6 məxsus olması bildirilir. Yəni mediator artıq sazişi hazırladığı zaman onun üçüncü şəxsin hüquqlarına toxunduğunu bilirdi. Bu halda, qanunuvericiliyə əsasən, sazişin təsdiq edilməsindən imtina edilməli idi. Lakin bu, baş verməmiş, tərəf olmayan üçüncü şəxsin mülkiyyətinə dair saziş imzalanmış və gələcəkdə icrası mümkün olmayan öhdəlik qeyd edilmişdir. Bundan əlavə, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Lakin hazırkı apellyasiya instansiyasının qətnaməsi nə məhkəmədə, nə də mediasiyada t ərəf olmayan X3 mülkiyyət hüququnu pozmuş və maraqlı şəxsə icrası mümkün olmayan öhdəlik həvalə etmişdir. Belə ki, İsmayılzadə Fuad sazişdə qeyd edilən mənzilə mülkiyyət hüququnu özgəninkiləşdirməkdən qəti imtina edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.7. Barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçi rilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsul iyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciə t edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquql arına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi ərizə üzrə qanuni nəticəyə gəlmişdir.

32. Ərizəçinin xahişi mediasiya prosesində maraqlı şəxslə bağladığı sazişin məhkəmə qaydasında təsdiq edilməsi barədədir. Ərizəçi həmin sazişin 1.5-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyin maraqlı şəxs tərəfindən könüllü icra edilməməsinə istinad etmişdir. Maraqlı şəxs sazişin qeyd edilən bəndində nəzərdə tutulan şərtin üçüncü şəxsin hüquqlarını pozmasını göstərərək, həmin bəndin icrasının mümkünsüz, faktiki etibarsız şərt olduğunu bildirmişdir.

33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə sazişdə üçüncü şəxsin hüquqlarını pozan və onun üzərinə öhdəlik qoyan hər hansı şərt yoxdur.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1722-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

35. Belə ki, apellyasiya məhkəməsi ərizə üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət qanuni və əsaslı qətnamə qəbul etmi şdir.

36. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

37. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər ondan ibarətdir ki, sazişin təsdiq edilməsi xahiş edilən bəndi üçüncü şəxsin hüquqlarını pozur.

38. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi də məhz həmin əsasla ərizəni təmin etməsə də, apellyasiya instansiyası məhkəməsi bunu qəbul etməməklə, faktiki olaraq maraqlı şəxsin hazırda kassasiya şikayətinin həmin dəlilinə qiymət vermişdir və məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.

39. Eyni zamanda bu dəlilə münasibətdə məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, tərəflər arasında bağlanmış sazişdə üçüncü şəxsin üzərinə hər hansı öhdəlik və vəizfə qoyulmayıb, sazişdəki öhdəlik və vəzifələr onun tərəfləri üçün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-769/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar