Məhkəmə qərarları › İş №2(102)-385/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-385/2025

17.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin tə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-385/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi (Maraqlı şəxs olmaqla) “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5032/2024 nömrəli 29 oktyabr 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında ya zılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi Maraqlı şəxs ilə 7 sentyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bir müddət sonra onlar ailə münasibətlərini davam etdirə bilmədiyindən boşanmaq qərarına gəlmiş, bununla bağlı olaraq Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mediasiyaya müraciət etmişlər. 16 may 2024-cü il tarixdə keçirilən mediasiya prosesində tərəflər aşağıdakı şərtlərlə MŞB/16/2024-00718 saylı barışıq sazişini bağlamışlar:

1. Tərəflər arasında bağlanmış nikahın pozulması barədə razılığa gəlmişlər. Hər hansı tərəf nikahın pozulmasına etiraz etmir və barışıq üçün əlavə vaxt istəməyəcəkdir.

2. Tərəflər qəbul edirlər ki, bir-birinə qarşı hər hansı əmlak tələbləri olmayacaqdır.

3. Tərəflər razılaşmışdır ki, Maraqlı şəx s adında olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 4041-ci məhəllə, 16A ünvanında yerləşən 29 saylı mənzil Maraqlı şəxs müstəsna mülkiyyəti olaraq qəbul edilir.

4. Tərəflər razılaşmışdır ki, Ərizəçi adında olan ünvan 2 ünvanında yerləşən 84 saylı mənzil Ərizəçi müstəsna mülkiyyəti olaraq qəbul edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs, Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/16/2024-00718 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(011)6116/2024 nömrəli qətnaməsi ilə Maraqlı şəxs və Ərizəçi arasında mediator X1 tərəfində n təsdiq edilmiş 16 may 2024-cü il tarixli MŞB/16/2024-00718 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunması qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, barışıq sazişi Ərizəçi və Maraqlı şəxs tərəflərindən icra olunduğu üçün və tərəflər barışıq sazişinin icrasından yayınmadıqlarından barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.17 və 355-23.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və 16 may 2024-cü il tarixli MŞB/16/2024 00718 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, tərəfindən Maraqlı şəxs barışıq sazişinin şərtlərinin icrası məqsədilə pretenziya məktubu göndərilmiş, lakin Maraqlı şəxs “Mediasiya haqqında” Qanunda nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq hələ də icra etməmişdir. “Mediasiya haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5032/2024 nömrəli iş üzrə 29 oktyabr 2024-cü il tari xli qərardadı ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T.Axundova və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası MPM-nin 355-23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir.

10. MPM-nin 355-23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışı q sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.21-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

12. Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır.

13. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır.

14. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir.

15. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

16. Hazırkı barışıq sazişi ilə tərəflər arasında olan mübahisə həllini tapmışdır, hər hansı bir qeyri – müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Bu sazişin mahiyyəti ondan ibarətdir ki, tərəflərin bir – bi rinə əmlak tələbləri olmayacaqdır, hər bir tərəf digərinin mülkiyyətində olan daşınmaz əmlakın onun müstəsna mülkiyyəti kimi qəbul edir.

17. Göründüyü kimi, hazırkı barışıq sazişinin şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni ər-arvadın hüquqi rejiminin faktiki vəziyyətdə təsbitinə (hüquqi müəyyənliyə) yönəlmişdir.

18. Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır.

19. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, əsassız olaraq ərizəyə mahiyyəti üzrə hüquqi qiymət vermişdir. Çünki, barışıq sazişinə mahiyyəti üzrə baxılması nəticəsində sazişinin təsdiq olunmasından imtinanın əsasları MPM-nin 355-26.1-ci maddəsində qeyd olunmuşdur və hazırkı iş üzrə həmin əsaslardan hər hansı biri (barışıq sazişinin və ya onun bir hissəsi qanuna zidd olması, sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması) mövcud deyildir.

20. Yuxarıda da qeyd edildiyi kimi, MPM-nin 355-23.1-ci maddəsi müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Yəni, qərardadın 10-cu bəndində qeyd olunan şərtlər mövcud olmadıqda şəxsin məhkəməyə müraciət etmək üçün əsasları yaranmır, belə vəziyyətdə isə ərizəyə məhkəmədə baxılması mümkün deyildir.

21. Qeyd edilən şərtlər mövcud olmadıqda ərizə yə baxılması MPM-nin 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

22. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.

23. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1, 33.1.6, 34.1, 34.2, 34.3, 34.4, 34.5-ci, MPM-in 5.1, 261.0.1, 325-23.1, 325.26.1.1, 325-26.1.2, 384.0.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Ər izəçi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti əsaslandırılarkən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 25-ci maddələrinə, 29-ci maddəsinin İV hissəsinə, 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 210-cu, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.2, 34.3, 34.4, Azərbaycan Respublikasının MPM-in 4.6, 355-23.1, 355-23.2 və 355-24, 355-26-cı maddələrinə istinad edilərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin maddi və prosessual hüquq normalarını pozulduğu bildirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir:

28. Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri.

29. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

30. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

31. Maddə 34.

3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

32. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

33. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

35. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı dey ildirsə, hakim iş üzrə icraata xitam verir.

36. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

37. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:

38. Maddə 355-26.1.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;

39. Maddə 355-26.1.2. Barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü ş əxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 418.1. Maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qərardad ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Ərizəçi məhkəməyə müraciət edərək mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə əldə edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur

49. Azərbaycan Respublikasının MPM-in 355-23.1-ci mad dəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

50. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlan dıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

51. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı barışıq sazişi ilə tərəflər arasında olan müba hisə həllini tapmışdır, hər hansı bir qeyri-müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Bu sazişin mahiyyəti ondan ibarətdir ki, tərəflərin bir-birinə əmlak tələbləri olmayacaqdır, hər bir tərəf digərinin mülkiyyətində olan daşınmaz əmlakın onun müstəsna mülkiyyəti kimi qəbul edir.Göründüyü kimi, hazırkı barışıq sazişinin şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni ər-arvadın hüquqi rejiminin faktiki vəziyyətdə təsbitinə (hüquqi müəyyənliyə) yönəlmişdir.Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır.Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, əsassız olaraq əriz əyə mahiyyəti üzrə hüquqi qiymət vermişdir. Çünki, barışıq sazişinə mahiyyəti üzrə baxılması nəticəsində sazişinin təsdiq olunmasından imtinanın əsasları MPM-nin 355-26.1-ci maddəsində qeyd olunmuşdur və hazırkı iş üzrə həmin əsaslardan hər hansı biri (barışıq sazişinin və ya onun bir hissəsi qanuna zidd olması, sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması) mövcud deyildir. Yuxarıda da qeyd edildiyi kimi, MPM-nin 355-23.1-ci maddəsi müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Yəni, qərardadın (apellyasiya instansiyası məhkəməsinin qərardadı) 10-cu b əndində qeyd olunan şərtlər mövcud olmadıqda şəxsin məhkəməyə müraciət etmək üçün əsasları yaranmır, belə vəziyyətdə isə ərizəyə məhkəmədə baxılması mümkün deyildir. Qeyd edilən şərtlər mövcud olmadıqda ərizəyə baxılması MPM-nin 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırkı barışıq sazişinin şərtlərinin özüözlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni ər-arvadın əmlakının hüquqi rejiminin faktiki vəziyyətdə təsbitinə (hüquqi müəyyənliyə) yönəlməsi m üəyyən edilmişdir. Mediasiya prosesi nəticəsində bağlanmış həmin barışıq sazişində şərtlərinə müvafiq olaraq tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi omadığından, apellyasiya instansiyası məhkəməsi ərizəyə məhkəmədə baxılmalı olmadığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmalı və iş üzrə icraata xitam verilməli olması barədə qənaətə gələrkən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-c u maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-5032/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar