Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2852/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Maraqlı şəxs qarşı iş üzrə QƏRARI (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 3032/2025 nömrəli, 2025-ci il 11 iyun tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən kassasiya şikayətinə Azərba ycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı Barışıq Sazişinin 3-cü bəndinə əsasən: Tərəflər: 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşdılar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya mə hkəməsində icraat
2. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində MŞB/13/2024-00422 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən tərəflər birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kim saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz be ş) manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşmışlar. Maraqlı şəxs tərəfindən may-sentyabr ayları ərzində barışıq sazişində qeyd edilmiş aliment ödənilmişdir. Lakin son 4 ay ərzində Maraqlı şəxs alimenti ödəməmişdir. Maraqlı şəxs alimenti ödəməsi bildirilsə də sonuncu aliment ödəməkdən yayınmışdır. Barışıq sazişinin uşaqların aliment təminatı ilə bağlı hissədə (3cü bənd) məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi zəruridir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2397/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim Məmmədova Lətifə)
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mediasiya prosesində bağlanmış barı şıq sazişi qismən icra edilsə də, hazırda tərəflər arasında həmin barışıq sazişinin icrasında mübahisə mövcuddur. Məhkəmə hesab etmişidr ki, hazırkı barışıq sazişinin predmeti birgə nikahdan anadan olan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kim saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 705 manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi və sair olduğundan, tərəflər arasında sazişin şərtləri ilə bağlı mübahisə mövcud olduğundan, həmin tələb məhkəmə qaydasında həll olunan tələb olduğundan, tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, tələblə müvafiq məhkəməyə müraciə t etmək hüququ izah olunmalıdır. Müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi icrası ilə bağlı tərəflər arasında mübahisə mövcuddur və ərizəçi xx.xx.2025-ci il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Maraqlı şəxs məhkəmədə Ərizəçi qarşı uşaq tələbinə dair iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməməlidir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 88, 119.1, 217, 220, 355-23-355-26, 370, 385-390; Mediasiya haqqında qanunun 26, 33, 34; Mülki Məcəllənin 881-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmamış, mübahisənin nədən ibarət olmasını göstərməmişdir. Ümumiyyətlə, barışıq sazişinin icrası ilə bağlı mübahisə olmasaydı məhkəməyə müraciət etməzdi. Elə mübahisə olduğu üçün (icra etmədiyinə görə) sazişin təsdiqi ilə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Binəqədi rayon Məhkəməsində iddia qaldıraraq ən kiçik uşağın ona verilməsini xahiş etmişdir. Lakin, hakim bu halı mübahisə hesab etmişdir. Əgər həqiqətən belə olsa da, həmin iddiaya baxılması barışıq sazişinin təsdiq edilməsi halını is tisna etmir. Çünki Maraqlı şəxs onunla aralarında bağlanmış barışıq sazişini mübahisələndirməmiş, həmin sazişin ləğv edilməsi, etibarsız sayılması ilə bağlı hər hansı iddia qaldırmamışdır. Aralarında olan barışıq sazişi də qanuna uyğundur. Məhkəmə tərəfindən 3 uşağın hazırda himayəsində olması digər 2 uşaqla bağlı Maraqlı şəxs tələbinin olmamasına da düzgün qiymət verilməmişdir. Uşaq tələbinə istinad edib barışıq sazişinin alimentə dair hissəsinin təsdiqindən imtina edilməsi tamamilə absurd bir qərardır. Sözügedən iddianın da heç bir hüquqi əsası yoxdur. Çünki hər 3 uşaq onunla qalmaq istəyirlər.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3032/2025 nömrəli, 2025-ci il 11 iyun tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2397/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə iddia təmin edilməklə yeni qətnamə qəbul edilməsi, tərəflər arasında bağlanmış Bakı 13 saylı Mediasiya Təşkilatının 29 aprel 2024-cü il tarixli, MŞB/13/2024-00422 saylı Barışıq sazişin 3-cü bəndində göstərilən “Tərəflər: 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları 20 iyul 2008-ci il təvəllüdlü X7, 25 oktyabr 2009-cu il təvəllüdlü X3 və 26 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 705 (yeddi yüz beş) manat aliment məbləğini 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşdılar” hissəsində təsdiq edilməsini qət etmişdir. (hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X8 və X1 ibarət tərkibdə)
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər razılığa gəlməklə mediasiya prosesində barışıq əldə etmiş və barışıq sazişi qanuni şəkildə bağlanmış, tərəflər barışıq sazişini öz imzaları ilə təsdiq etmişdirlər, həmçinin barışıq sazişinin bəndlərinin hər hansı digər şəxslərin hüquqlarına toxunmadığı müəyyən edilmişdir.
11. Beləliklə, aliment öhdəlikləri ayrıca müddəa kimi icra edilməli olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə ərizə təmin edilməlidir. Barışıq sazişin mübahisələndirilməsi və ya digər əlaqəli tələblər hazırkı icraatı dayand ırılması üçün əsas ola bilməz, lakin digər iddialar üzrə uşaqlar barədə fərqli qərar qəbul edildiyi təqdirdə aliment öhdəliklərindən azad edilməsi və ya azaldılması barədə iddialara yenidən baxıla bilər.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 881, 881.2.2, 881.3, 881.5-ci, Mülki Prosessual Məcəlləsinin 355-23.2, 355-24, 355-25.1, 35525.3, 355-26.1.1, 355-26.1.2, 355-26.2-ci və Mediasiya haqqında qanunun 26, 33, 34-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, qətnaməsini ləğv edilməsi, Ərizəçi ərizəsini rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır kı, məhkəmə işin hərtərəfli, tam və obyektiv bu iş üzrə əhəmiyyətli halları aydınlaşdırmamış, qanunsuz və əsassız olaraq qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir.
15. Belə ki, məhkəmə iclası zamanı maraqlı şəxs mülki iş xx.xx.2025-ci il icraatda olmaqla Binəqədi rayon məhkəməsinin 2(001)-4515/2025 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadını, Binəqədi rayon icra hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasının 19 may 2025-ci il tarixli rəyini və 03 aprel 2025-ci il tarixli Ekspert rəyini təqdim edərək vəsatət verərək mülki işin Binəqədi rayon məhkəməsində işə baxılana kimi dayandırılmasını xahiş etsə də, məhkəmə vəsatəti təmin etməyərək tələsik qətnamə qəbul etmişdir.
16. Maraqlı şəxs öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19, 49.2, 49.3, 51.2, 52, 58.2, 60.1,60.2-ci “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 14.2, 217.1, 217.2, 254.1.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 881-ci maddəsinə əsasən: 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.
20. Maddə 881.3. Ba rışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
21. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
22. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müd dət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
23. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsi nə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
29. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə, ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
30. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
31. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi i lə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
32. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 35526-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
33. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tə rəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
38. Maraqlı şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kollegiya bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən barışıq sazişinin qanuna zidd olması müəyyən edilməmişdir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəməni n gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2025-ci il tarixli 2(103)-3032/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir