Məhkəmə qərarları › İş №2(102)-1806/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1806/2025

31.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin tə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1806/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi: Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:mediasiyada bağlanmış barışıq sazişinin təsdiq edilməsi) 31.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-492/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsindən Maraqlı şəxs İsmpyıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli barışıq sazişindən müəyyən edilmişdir ki, tərəflər arasındakı razılaşmaya əsasən ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6.000 manat borc pulu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürmüşdür.

2. Ərizəçi Maraqlı şəxs qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.000 manat və ödənilmiş dövlət rüsumuna görə 80 manat pulun Maraqlı şəxs tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Masallı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, 6000 manat və ödənilmiş dövlət rüsumuna görə 80 manat pulun Maraqlı şəxs tutularaq Ərizəçi ödə nilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, Ərizəçi Maraqlı şəxs qarşı “pul tələbinə dair” iddiası üzrə işin icraatına barışıq sazişinin mövcud olması əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 2023-cü il tarixdə mediasiyada bağladıqları barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs 6.000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizən i onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onun qardaşıdır, qardaşı xeyir iş görəcəyini deyərək ondan borc pul istəmişdir. Qardaşı olduğunu nəzərə alaraq ona 6.000 manat borc vermişdir. Maraqlı şəxs pul aldığı vaxt qısa zamanda qaytaracağını bildirsə də, pulu qaytarmadı. Ona görə də, pulun verilməsini rəsmiləşdirməyi təklif etmişdir. Maraqlı şəxs mediasiya qurumuna getmək və orada barışıq sazişi imzalamağa təklif etmiş, o, da razılaşmışdır. Birlikdə mediasiyaya getmişlər və orada 07 sentyabr 2023-cü ildə barışıq sazişi imzalamışlar. Sazişə əsasən Maraqlı şəxs ondan aldığı 6.000 manat pulu 6 ay ərzində hissə-hissə ödəməyi öhdəsini götürmüşdür. Lakin həmin vaxtdan 2 aydan çox vaxt keçsə də, Maraqlı şəxs ona bir qəpik belə ödəməmişdir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etməli olm uşdur.

5. Maraqlı şəxs məhkəməyə etiraz göndərərək bildirmişdir ki, bacısı X3 heç bir borcu yoxdur və ondan borc almamışdır. X8 yaşlı və xəstə adamdır, ondan heç vaxt borc almaq fikri olmamışdır. Mediasiya təşkilatında olan barışıq sazişinin mahiyyətini başa düşməmiş və elə bilmişdir ki, bacısı ilə onun arasında barışıq etmək üçün bu müqavilə bağlanmışdır. Həqiqətən nəyə qol çəkməsini özü də bilməmişdir. Orada yəni mediasiya təşkilatında barışıq sazişində pulla bağlı hər hansı bir fikir irəli sürülməsini bilsəydi dərhal barışıq sazişinin imzalanmasından imtina edərdi. O, elə bilmişdir ki, onun və bacısı arasında münasibətləri yaxşılaşdırmaq üçün bu addım atılmışdır. Ona bacısı Ərizəçi tərəfindən mediasiyaya qədər təklifdə göndərilməmişdir. Əgər ona X8 tərəfindən təklif gəlsəydi o, öz eti razını dərhal bildirərdi. Bundan əlavə X8 ilə onun arasında mediasiya təşkilatında pulla bağlı söhbət olmamışdır. X8 barışıq sazişini özü imzalamayıb ona ora gətirən şəxslərdən kimsə imza etdirmişdir. Ona görə də, barışıq sazişini mübahisələndirir və etibarsız olmasını istəyir. Əgər Ərizəçi ona təklif göndərsəydi bununla bağlı mediasiyaya ona məktubun göndərilməsi barədə poçt qəbzini mediatora təqdim edərdi. Ümumiyyətlə söhbət nədən getməsindən xəbəri olmamışdır. X1 arasında olan 07 sentyabr 2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir.

6. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsi ilə (hakim E.Hüseynov) ərizə təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli barışıq sazişinin “ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6.000 manat borcu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürmüşdür” məzmunda təsdiq edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6.000 manatı 6 ay ərzində hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində pul öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə t utulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

8. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq qeyd etmişdir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli barışıq sazişi göstərilən hissədə, yəni: “ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6.000 manatı 6 ay ərzində hissə hissə ödəyəcəyinə dair öhdəlik götürmüşdür” hissəsində təsdiq edilməlidir.

9. Məhkəmə, Maraqlı şəxs 07 sentyabr 2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə münasibətdə “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 23 fevral 2024-cü il tarixli, 01/202 saylı qərardadında qeyd olunmuş mövqeni nəzərə alaraq qeyd etmişdir ki, hazırda barışıq sazişini təsdiqlənməsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir və maraqlı şəxsin barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbinə ümumi qaydada baxıla bilər. Barışıq sazişinin tamamlanması prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.

10. Məhkəmə, öz hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-in 739.1-ci, “Mediasi ya haqqında” Qanunun 34.1, 34.2, 34.3-cü maddələrinə, “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair” qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadının 44, 47, 49-cü bəndlərin, habelə əsaslandırmışdır. MPM-in 305.1.17, 355-23.1-ci maddələrinə istinad edərək Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İddiaçı onun bacısı dır və onun 85 yaşı vardır. O hərəkətlərini idarə edə bilmir, mediator iddiaçının fəaliyyət qabiliyyətini yoxlamadan barışıq sazişi bağlamışdır. Həmin barışıq sazişinin etibarsızlığı barədə məhkəməyə müraciət etmişdir. Onun Ərizəçi borcu yoxdur. Qəbzdə 6.000 manat səhvən yazılmışdır, əvvəlcə 600 manat yazılmış, sonra 6000 manat yazılmışdır. xx.xx.2023-cü il tarixdə arvadı X2 ərizəçinin borcunu qaytarmışdır. Bu zaman şahidlər Əmənulla Teymurov və Töhfə Əzizovda orada olmuşdur və məhkəmə həmin halları araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizənin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-492/2025 nömrəli mülki iş üzrə 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ma hir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Masallı Rayon məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsinin Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosesual hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və MPM-in tələblərini nəzərə almış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

15. Maraqlı şəxs apellyasiya şika yətində, ərizəçinin onun bacısı olmaqla 85 yaşında olması, öz hərəkətlərini idarə edə bilməməsi, mediatorun onun fəaliyyət qabiliyyətini yoxlamadan barışıq sazişini bağlamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən süb utların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyator ərizəçi olan bacısının öz hərəkətlərini idarə edə bilməməsi və onun fəaliyyət qabiliyyətinin olmaması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

17. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, qəbzdə 6.000 manat səhvən yazılmış, əvvəlcə 600 manat, sonra isə 6.000 manat yazılmış və xx.xx.2023-cü il tarixdə arvadı Züleyxa Seyfullayeva ərizəçinin borcunu qaytarmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi, apellyatorun bu dəlili ilə bağlı qeyd etmişdir ki, hal-hazırkı məhkəmə baxışının predmetini qəbzdə yazılmış məbləğin doğruluğu deyil, barışıq sazişinin təsdiq edilməsi ü çün prosessual əsasların olub-olmaması təşkil edir və hazırkı halda barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar yoxdur.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, 19 dekabr 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə Maraqlı şəxs tərəfindən vəsatət daxil olmuş və həmin vəsatətdə göstərilmişdir ki, onun ərizəçiyə heç bir borcu olmamış və o, ərizəçidən borc pul almamışdır. Mediasiya təşkilatında olan barışıq sazişinin mahiyyətini başa düşməmiş, elə bilmişdir ki, bacısı ilə onun arasında barışıq etmək üçün bu müqavilə bağlanmışdır. Həqiqətən nəyə qol çəkməsini bilməmişdir. Orada yəni mediasiya təşkilatında barışıq sazişində pulla bağlı hər hansı bir fikir irəli sürülməsini bilsəydi dərhal barışıq sazişinin imzalanmasından imtina edərdi.

20. Göründüyü kimi maraqlı şəxsin apellyasiya şikayəti və təqdim etdiyi vəsatət bir-birini təkzib edir. Belə ki, maraqlı şəxs barışıq sazişində pulla bağlı hər hansı bir fikir irəli sürüldüyünü bilmədiyini qeyd etdiyi halda, vəsatətdə ərizəçidən heç vaxt borc pul almadığını bildirmişdir. Lakin apellyasiya şikayətində qəbzdə yazılmış məbləğin doğruluğunu mübahisələndirdiyini qeyd etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyator xx.xx.2023-cü il tarixdə arvadı Züleyxa Seyfullayevanın ərizəçidən aldığı borcunu qaytardığını bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

22. Apellyasiya insitansiyası məhkəməsi, mülki iş materiallarını araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni prosessual hüquq nor malarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və MPM-in tələblərini nəzərə almış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1-ci, “Mediasiya haqqında” Qanunun 1.0, 4.1, 4.2, 32.3, 33.1,33.2, 34.1, 34.2, 34.3, 34.4, 34.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, l akin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses; 1.0.7. barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma;

30. Maddə 4.1. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

31. Maddə 4.2. Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 4.2.1. könüllülük; 4.2.2. tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı; 4.2.3. mediatorlar ın qərəzsizliyi və müstəqilliyi; 4.2.4. mediasiya prosesinə müdaxilənin yolverilməzliyi; 4.2.5. konfidensiallıq.

32. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir.

33. Maddə 32.3.Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

34. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

35. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

36. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

37. Maddə 34.3. Əgər barış ıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

38. Maddə 34.4. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

39. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Maraqlı şəxs kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində, ərizəçinin 85 yaşında olmaqla öz hərəkətlərini idarə edə bilməməsini, mediatorun isə onun fəaliyyət qabiliyyətini yoxlamadan barışıq sazişini bağlamasını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi, apellyatorun qəbzdə əvvəl 600 manat, sonra isə 6.000 manat yazılması, xx.xx.2023-cü il tarixdə arvadı Züleyxa Seyfullayevanın həmin borcu ərizəçiyə qaytarması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, hal-hazırkı məhkəmə baxışını n predmetini qəbzdə yazılmış məbləğin doğruluğu deyil, barışıq sazişinin təsdiq edilməsi üçün prosessual əsasların olub-olmaması təşkil edir və hazırkı halda barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar yoxdur. Ona görə də maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahi səli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2(106)-492/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar