Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2211/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi, işin məhkəmə qaydasında baxılmalı olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “barışıq sazişin təsdiq ediləməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025ci il tar ixli, 2(103)-732/2025 nömrəli qərardadından Maraqlı şəxs kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi (bundan sonra, həmçinin “ərizəçi”) Maraqlı şəxs (bundan sonra, həmçinin “maraqlı şəxs”) xx.xx.2009-cu ildə nikaha daxil olmuş, onların bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü Orxan, xx.xx.2013-cü il təvəllüdlü Osman adlı iki uşağı vardır.
2. Ailə münasibətləri pozulduğu üçün ərizəçi maraqlı şəxsə qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması, uşaqla ünsiyyət, aliment və əmlakın bölünməsi barədə mediasiya təklifi göndərməklə mediasiya prosesinə başlamış və Bakı 8 saylı Mediasiya Təşkjlatında aparılan mediasiya porosesində onlar arasında xx.xx.2024-cü ildə barı şıq sazişi bağlanmışdır.
3. Barışıq sazişinin şərtləri: - 2.1. Tərəflər razılaşırlar ki, birgə nikahdan anadan olan, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 bu saziş imzalandığı andan uşaqların mənafeyini, təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaq məqsədi ilə anası birinci tərəf Ərizəçi himayəsində (yanında) qalır; - 2.2. Ərizəçi təsdiq edir ki, uşağın atası ilə maneəsiz ünsiyyətdə olmalarına (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür; - 2.3. xxx Maraqlı şəxsxxx ilə birgə nikahdan olan övladları X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün boşanma haqqında qərar qüvvəyə mindiyi gündən başlayaraq birinci tərəf Ərizəçi hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək; - 3.1. Bu sazişlə tərəflər təsdiq edirlər ki, Maraqlı şəxs xüsusi mülkiyyətindəki ünvan 1qaydalarla: AZ-1119, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 72.10 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətinə keçir. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan mülkiyyət hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: **********2805301-093085); - 3.2. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 (bir) otaqlı, ümumi sahəsi 63.59 m2 olan mənzil birinci tərəf Ərizəçi mülkiyyətind ə qalır. İkinci tərəf Maraqlı şəxs bu mənzilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür ("xxxx" MTK və Ərizəçi arasında 11 oktyabr 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə). Həmin mənzilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir; - 3.3. Tərəflər təsdiq edirlər ki, birgə nikahda əldə edilmiş nəqliyyat vasitəsi birinci tərəf Ərizəçi mülkiyyətində qalır. İkinci tərəf Maraqlı şəxs xxx bu avtomobilə olan hüququndan imtina edir və gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürür (qeydiyyat şəhadətnaməsi: 77LA167, qeydiyyat tarixi: xx.xx.2023). Göstərilən avtomobilə ər-arvadın birgə mülkiyyət hüququ itirilir.
4. Ərizəçi və maraqlı şəxsin nikahı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.20 24-cü il tarixli 2(007)-2159/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi məhkəməyə müraciət edərək, onunla maraqlı şəxslə arasında xx.xx.2024-cü ildə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq olunması və hazırkı ərizənin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırlıb ki, saziş xx.xx.2024-cü il tarxidə imzalanıb və könüllü icra üçün müəyyən edilmiş 10 günlük təqvim müddəti xx.xx.2024-cü il tarixdə bitib. Lakin maraqlı şəxs sazişi könüllü icra etmir.
7. Maraqlı şəxs ərizəyə etiraz edərək qeyd etmişdir ki, həmin barışıq sazişinin 3-cü bölməsi (3.1, 3.2 və 3. 3-cü bəndləri) aşağıdakı mülahizələrə görə qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun deyil və onun qanuni maraqlarına ziddir. Əvvəla, barışıq sazişinin 3.1-ci bəndinə əsasən Ərizəçi mülkiyyətinə verməyi təklif etdiyi 2 saylı mübahisəli mənzil onların birgə mülkiyyətində deyil, onun öz mülkiyyətində olmuşdur. Belə ki, həmin mənzili o, Rusiya Federasiyasında yaşayan zaman, xxxla nikaha daxil olandan 3 il əvvəl, 20 iyun 2006-cı il tarixli müqavilə ilə bacısı X3 tərəfindən, dəyəri müqavilə bağlanan zaman tam ödənilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmışdır. Sonradan həmin bina "xxxx" Mənzil-Tikinti Koperativinin sərəncamına keçmiş və bacısı "xxxx" MTK ilə 15 mart 2018-ci il tarixdə həmin mənzilin alınması barədə müqaviləni yeniləmiş və dəyərini tam məbləğdə koop erativə ödəmişdir. Daha sonra bacısı X3 həmin mənzili ona bağışlamış və o, mənzilə dair xx.xx.2020-ci il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********18-05301-093085 olmaqla öz adına çıxarış almışdır. Qeyd olunanlardan göründüyü kimi, həmin mənzil ər-arvad olaraq onunla xxxun birgə mülkiyyətində deyil, onun mülkiyyətindədir. İkincisi, barışıq sazişi bağlanan zaman xxx onu aldadaraq bildirmişdir ki, “onsuzda evlər və maşın ailənin ehtiyacı üçündür, uşaqlarındır. Sən onları mənim adıma keçir, nikahımızı da pozmayaq, birgə yaşayaq”. O da ərizəçinin bu sözlərinə inanmış və onunla razılaşmışdır. Əslində, həmin vaxt nikahın pozulmasını o, tələb edirdi. Mediasiyadan sonra onlar doğrudan da barışıb, təxminən 5-6 ay ər-arvad kimi birgə yaşamışlar. O, güman edirdi ki, boşanma və m ediasiyanın təşəbbüskarı o, olmuşdur və hesab edirdi ki, o, məhkəməyə müraciət etməsə məsələ bitəcək. O, o qədər aldanmış və yanılmışdır ki, hətta barışıq sazişini diqqətlə oxumamışdır. Sadəcə mediator sazişin məzmununu ona ümumi şəkildə izah etmişdir. Sonradan görmüşdür ki, mediasiya üçün o, müraciət etsə də, 1-ci tərəf kimi xxx göstərilir. Boşanmanın təşəbbüskarı o olsa da, sazişdə boşanma üçün məhkəməyə müraciət etmək ona yox, xxxa tapşırılır. Üçüncüsü, barışıq sazişi bağlanması ərəfəsində keçmiş həyat yoldaşının ona qarşı rəftarı onu o qədər sarsıtmışdı, tarazlığını elə pozmuşdu ki, sarsıntıdan intihar etmək qərarına gəlmişdi. Fikirləşirdi ki, bir halda o, olmayacaq, heç olmasa uşaqları ondan sonra rahat yaşasınlar. Fikrini cəmləşdirə bilmirdi, hər şeyə fərqsiz yanaşırdı, dünyadan əlin i üzmüşdü. Belə bir vəziyyətdə, təbii ki, yanılmış, barışıq sazişinin nəticələrini düzgün dərk etməyərək, özünü çıxılmaz vəziyyətə salmışdır. Özünə məxsus olan, habelə birgə mülkiyyətlərində olan mənzili, maşını arvada güzəştə getməklə özünü evsiz-eşiksiz etmiş, özü-özünü küçəyə atmışdır. Təbii ki, ağlı başında olan adam belə sazişi imzalamazdı. Buna görə də xx.xx.2024-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 3cü böməsinin (3.1, 3.2 və 3.3-cü bəndlərinin) təsdiq edilməsindən imtina edilməsi və həmin hissədə ərizənin baxılmamış saxlanmasını xahiş edir.
8. Birinci instansiya məhkəməsində maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil1 etirazın məzmununa uyğun izahat verərək, çıxarışı olan mənzillə bağlı məsələnin maraqlı şəxsin bacısının, yəni 3-cü şəxs in marağına toxunduğunu, hazırda tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə olduğunu bildirmişlər.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 nömrəli qətnaməsi ilə ərizə təmin olunmuş, 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilməklə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi məcburi icra üçün təsdiq edilmişdir. (hakim Rəna Qafarova) 2.1. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər rasında xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə göt ürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi olan ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir.
10. Birinci instansiya məhkəməsi maraqlı şəxsin “çıxarışı olan mənzillə bağlı məsələnin maraqlı şəxsin bacısının, yəni 3-cü şəxsin marağına toxunması və hazırda tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə olması, buna görə də mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 3-cü böməsinin təsdiq edilməsindən imtina edilməsi və o hissədə ərizənin baxılmamış saxlanılmasına” dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırda barışıq sazişi qüvvədədir və tərəflər iddia icraatı qaydasında əmlakın bölünməsini və ya barışıq sazişini mübahisələndirməmişlər. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, 2 saylı mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Başqa sözlə, bu barışıq sazişi bağlanılan zaman qeyd edilən mənzil Maraqlı şəxs mülkiyyətində olmuşdur. Buna görə də, maraqlı tərəfin bununla bağlı dəlilləri əsaslı deyil.
11. Birinci instansiya məhkəməsi göstərmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlara əsasən tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır.
12. Birinci instansiya məhkəməs i gəldiyi nəticəni “Mediasiya haqqında” Qanunun 34.1-ci, Mülki Prosessual Məcəllənin 305.1.17, 355-23.1, 355-24 və 355-26-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şəxs xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Evlənəndən sonra Rusiya Federasiyasında yaşasalar da, 2013-cü ildən Bakı şəhərinə köçmüş və maraqlı şəxsin bacısı X1 adına, özünün birgə nikah dövründə alınmış 2 saylı mübahisəli mənzildə sonuncunun özünün və həyat yoldaşının razılığı ilə ev alana qədər müvəqqəti yaşamışlar. Nikahda olduqları müddətdə münasibətləri olduqca gərgin keçmiş, ərizəçi daim maraqlı ṣəxsdən n ə isə almağını (ev, maşın, var-dövlət və s.) tələb etmiş, əks təqdirdə onunla nikahı pozacağı ilə hədələmişdir. Maraqlı şəxs isə uşaqlara görə buna dözmüşdür. xx.xx.2017-ci il tarixdə maraqlı şəxs 78 saylı mübahisəli mənzili almış və həyat yoldaşının təkidi ilə mənzili onun adına rəsmiləşdirmişdir. Hətta o, özü üçün mübahisəli avtomaşını aldıqda da həyat yoldaşının təkidi ilə maşını onun adına almışdır. Bundan da, sakitləşməyən həyat yoldaşı təkid etmişdir ki, yaşadıqları və bacısı Reyhanın adına olan mənzili öz adına keçirsin. Onu sakitləşdirmək üçün bacısına müraciət etmiş və o da söz-söhbət olmasın deyə xx.xx.2018-ci il tarixdə maraqlı şəxslə birlikdə "xxxx" Mənzil Tikinti Kooperativinə gedərək orada "xxxx" ilə bağlanmış müqaviləni təqdim etmiş və onunla kooperativ arasında yeni müqavil ə imzalanmıṣdır. Həmin müqavilənin aşağı hissəsində bacısı mənzili guya maraqlı şəxsə bağışlaması barədə qeyd aparmışdır. Maraqlı şəxs bundan sonra həmin müqaviləni gətirib həyat yoldaşına göstərmişdir. Bunu görəndən sonra o, bir müddət sakitləşmiş, lakin bu, uzun çəkməmişdir. Bu dəfə ərizəçi tələb etmişdir ki, bacısı mənzili notarial qaydada təsdiq edilmiş ərizə ilə maraqlı şəxsə versin. Maraqlı şəxs yenə də bacısına müraciət etmiş və o, 6 may 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəni kooperativə təqdim edərək xahiş etmişdir ki, artıq mənzillə bağlı maraqlı şəxslə müqavilə bağlansın, məhz bundan sonra kooperativ onunla müqavilə bağlamıṣdır. Həmin müqaviləni götürərək o, mənzilin özəlləşdirilməsindən ötrü müraciət etmiş, xx.xx.2020-ci il tarixdən ********** nömrəsi ilə çıx arış verilmişdir. Bu çıxarışı görəndən sonra ərizəçi 2024-cü ilin yanvar ayına qədər sakitləşərək maraqlı şəxsdən boşanmaq fikrindən vaz geçmişdir. Bu ilin yanvar ayında onu Mediasiya Təṣkilatına dəvət etmiş, orada bəlli olmuşdur ki, Ərizəçi onunla bağlanmış nikahın pozulmasını, uşaqların onun himayəsində qalmasını, aliment tələbi, onun adına rəsmiləşdirilmiş mənzilin onun mülkiyyətində qalmasını, adına olan avtomaşının onun mülkiyyətində qalmasını, maraqlı şəxsin bu mənzilə və avtomaşına olan hüququndan imtina etməyini, həmçinin onun adına olan çıxarışlı mənzili ərizəçinin mülkiyyətinə keçirməyini, bu mənzilə mülkiyyət hüququndan imtina etməyini tələb etmişdir. Bacısı Reyhanla birlikdə ərizəçidən xahiş etmişlər ki, vardövlətə görə ailəni dağıtmasın və bu fikrindən daşınsın. O, isə cavabın da boşanmaqla bağlı bildirmişdir ki, bu fikrindən vaz geçir, bir şərtlə ki, bağlanmış barışıq sazişini maraqlı şəxs imza etsin. Belə ki, bu formal xarakter daşıyan bir sazişdir. Ailənin dağılmaması üçün maraqlı şəxs nəticəsini dərk etmədən sazişi imzalamış və həqiqətən də həmin vaxtdan bir evdə 2024-cü ilin avqust ayına qədər yaşamaqda davam etmişlər. Sonra ərizəçi uşaqları götürərək atasıgilə getmiş və artıq həmin nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bundan sonra isə aralarında bağlanmış barışıq təsdiqi üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə də öz növbəsində barışıq sazişini xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq etmişdir. Qeyd edilməlidir ki, onun birgə nikah dövründə digər mənzil və avtomaşına olan mülkiyyət hüququndan imtina etməsi də e yni əsasla, yəni mühüm yanılması nəticəsində olmuşdur. Digər tərəfdən uşaqların anasının himayəsində qalması məsələsinə baxarkən, onların fikri soruşulmamışdır. O, barışıq sazişini imzalayan zaman onun barəsində səhv etmiş, belə ki, Ərizəçi ona bildirmişdir ki, bu formal xarakter daşıyır, əslində isə o, boşanmayacaqdır. Həqiqətən də saziş bağlanandan sonra onlar 2024-cü ilin avqust ayına qədər birgə yaşamışlar. Məhkəmə qətnamədə tərəflərin barışıq sazişini imzalamasını göstərdiyi halda faktiki olaraq bu əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasına münasibət bildirməmiṣdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Bakı şəhəri 2(103)-732/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)1866/2024 nömrəli qətnaməsi qismən, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bölməsinin 3.2.-ci və 3.3.-cü bəndlərinin təsdiq edilməsinə dair hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
17. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəm əyə müracət etmək üçün barışıq sazişində müəyyən olunan şərtlərin könüllü icrasından imtina olunmalıdır. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3.2.-ci və 3.3.-cü bəndlərindən müəyyən olunur ki, tərəflər birgə nikah dövründə əldə etdikləri və ərizəçinin adına rəsmiləşdirilmiş Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 63.59 m2 olan mənzilin və **-LA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Ərizəçi mülkiyyətində qalmasına dair razılığa gəlmiş, Maraqlı şəxs öz növbəsində bu əmlaklarla bağlı hüququndan imtina edərək gələcəkdə iddia və tələblə çıxış etməyəcəyinə dair öhdəlik götürmüşdür.
18. Sazişin bu bəndlərinin icrası ilə bağlı tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icr a etmək öhdəliyi olmadığından, barışıq sazişinin bu şərtləri özüözlüyündə bir növ mövcud vəziyyətin, yəni bu bəndlərdə qeyd olunan və saziş bağlananadək də ərizəçinin adında olan əmlakların onda saxlanılmasına yönəldiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sazişin 3.2-ci və 3.3-cü bəndlərinin təsdiq edilməsinə zərurət yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə ləğv olunmalı və iş üzrə icraata sazişin 3.2-ci və 3.3-cü bəndlərinin təsdiq edilməsinə dair hissədə xitam verilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Mediasiya haqqında” Qanunun 34.3-cü, Mülki Prosessual Məcəllənin 26.1.0.1, 355-23.1, 355-26.1.1, 35526.1.2 və 355-26.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat a) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri
20. Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsininxx.xx.2025-ci il tarixli, 2(103)-732/2025 saylı qərardadının qismən ləğv edərək barışıq sazişinin 3-cü bölməsinin 3.1-ci bəndinin təsdiq edilməsinə dair hissəsində ləğv edib, həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi barışıq sazişinin 3.1-ci bəndi ilə nəticəyə gəlmək üçün qanuni motivlər göstərməmişdir. Halbuki sazişin 3.2 və 3.3-cü bəndləri ilə bağlı xitam verdikdə bunu əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etiraz
22. Kassasiya şikayətinə ərizəçinin etirazı daxil olmuşdur.
23. Etirazın dəlilləri ondan ibarətdir ki, Sa zişin 3.2-ci və 3.3-cü bəndləri növ mövcud vəziyyətin saxlanmasına yönəlib və bu bəndlər üzrə icra öhdəliyi yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi həmin bəndlər üzrə iş üzrə icra düzgün olaraq xitam vermişdir. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.1.6. Barışıq sazişi tərəflər arasında yazı lı formada bağlanır. Barışıq sazişində barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilə r. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barış ıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntu su hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əs asdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Kassasi ya şikayətində maraqlı şəxs apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, kollegiya qərardadı tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bölməsinin 3.2.-c i və 3.3.-cü bəndlərinin təsdiq edilməsinə dair hissədə iş üzrə icraata xitam verərəkən həmin bəndlərə əsasən müəyyən etmişdir ki, sazişin bu bəndlərinin icrası ilə bağlı tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi yoxdur, barışıq sazişinin bu şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin, yəni bu bənlərdə qeyd olunan və saziş bağlananadək də ərizəçinin adında olan əmlakların onda saxlanılmasına yönəlmişdir. Belə olan halda da sazişin 3.2-ci və 3.3-cü bəndlərinin təsdiq edilməsinə zərurət yoxdur.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 1619-cu bəndlərində əks edilən hüquq dəyərləndirməsi və tətbiq etdiyi maddi və prosessual hüquq normaları ilə razılaşır.
30. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, “Mediasi ya haqqında” Qanunun 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
31. Nəzərə alınsa ki, barışıq sazişinin 3.2.-ci və 3.3.-cü bəndlərinin icrası ilə bağlı tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi yoxdur, yəni həmin bəndlərin maraqlı şəxs tərəfindən məcburi icrası tələb edilmir, belə olan halda, apellyasiya instansiyası məhkləməsini gəldiyi nəticə düzgün olmuşdur.
32. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər yuxarıda şərh edilənlər baxımından əsassızdır.
33. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin o lunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-732/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.