Məhkəmə qərarları › İş №2(102)-3295/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3295/2024

23.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin tə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3295/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi “Araz-Şöhrət” şirkətinin Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, ərizəçi “Araz-Şöhrət” şirkətinin “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-354/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qərardadından Mara qlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Araz-Şöhrət” şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, “Araz-Şöhrət” şirkəti ilə Maraqlı şəxs arasında 10 mart 2023-cü il tarixdə bağlanmış MŞS/MT023/2023-00396 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Saatlı Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsi ilə (hakim İxtiyar Abuşov) ərizə təmin edilərək MŞS/MT023/2023-00396 saylı barışıq sazişinin təsdiq olunması və barışıq sazişinin məcburi icrasının təmin edilməsi qət edilmişdir.

3. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ərizənin rədd edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli 2(106)-354/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Maraqlı şəxs 30 aprel 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iş üzrə kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli 2(106)-354/2024 saylı qərardadı ilə cavabdeh Maraqlı şəxs Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli 2(106)-354/2024 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasına dair ərizəsi rəd d edilmişdir.

7. Maraqlı şəxsin nümayəndəsi və vəkili Əmənov X1 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli 2(106)-354/2024 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2024-cü il tarixli 2(106)-354/2024 saylı qərardadı ilə Maraqlı şəxs Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli 2(106)-354/2024 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyü üçün geri qaytarılmışdır. 9. 05 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2024-cü il tarixli 2(106)-354/2024 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və Vəkil ərizə və kassasiya şikayəti verərək kassasiya ş ikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmaq barədə ərizəsi təmin edilməmişdir. Bu barədə qəbul olunmuş qərardaddan internet resurslarından istifadə etmədiyi üçün məlumatlı olmamışdır. Sonradan “Ekol” Vəkil Bürosu ilə müqavilə bağlanmış və kassasiya şikayəti tərtib edilərək göndərilmişdir. Yuxarıda göstərilən səbəblərdən Maraqlı şəxs tərəfindən kassasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür.

11. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 5 mart 2024-cü il tarixli 2(106)-354/2024 saylı qətnaməsini xx.xx.2024-cü ildə rəsmi qaydada almışdır. Qətnamə xx.xx.2024-cü il tarixdə elektron kabinetə yüklənmiş, elektron kabineti bilmədiyi üçün baxmamışdır. Vəkilə də xx.xx.2024-cü ilə kimi kassasiya şikayəti vermək üçün vaxtlarını olduğunu bildirmişdir. Ona görə də, vəkil kassasiya şikayətini elektron kabinetə xx.xx.2024-cü il tarixdə yükləmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-354/2024 nömrəli 22 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Habil Bəhmənov və Samir Mayılov) Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli 2(106)-354/2024 saylı qətnaməsindən Maraqlı şəxs kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi (vəsatəti) rədd edilmiş və kassasiya şika yəti geri qaytarılmışdır.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs müddətin ötürülməsinin üzrlü səbəblərini hər hansı mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Maraqlı şəxs kassasiya şikayəti verərək (Vəkil) Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-354/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək mülki iş materialları baxılmaq üçün icraata qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxsin dövlət hesabına vəkil ilə təmin olunmaq haqqında ərizəsinin təmin edilməməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli 2(106)-354/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixində Maraqlı şəxs elektron məhkəmə informasiya sistemində yaradılan “elektron kabineti”ndə yerləşdirilmişdir. Kassasiya şikayəti verilən Şirvan Apellyasiya Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2(106)-354/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə rəsmi qaydada alınmışdır. Yəni 2(106)-354/2024 saylı qərardad kassasiya şikayəti vermək üçün qanunla müəyyən olunan müddətin bitməsindən sonra maraqlı şəxsə rəsmi qaydada verilmişdir. Maraqlı şəxsin yalnız bundan sonra kassasiya şikayətinin verilməsi üçün vəkil bürosu ilə müqavilə bağlamaq imkanı olmuşdur. Hazırkı işlə tanış olmaq, kassasiya şikayətinin hazırlanması və kassasiya şikayətinin verilməsi ilə bağlı digər hərəkətlər n əticəsində yalnız xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti “elektron məhkəmə informasiya” sistemində işə əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüququ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

18. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

19. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər.

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya mə hkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.

23. Maddə 408.1 və 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bil ər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qərardad maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütöv lükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, maraqlı şəxsin müddətin bərpası üçün irəli sürdüyü dəlillər, yəni dövlət hesabına vəkillə təmin olunmaq haqqında ərizəsinə məhkəmədə baxılmasının, məhkəmə tərəfindən vəkil təyin olunmasından imina edildikdən sonra isə kassasiya şikayətinin verilməsi üçün vəkil b ürosu ilə müqavilə bağlaması, vəkilin işlə tanış olması, kassasiya şikayətinin hazırlanması və şikayətin verilməsi ilə əlaqədar digər hərəkətlərin yerinə yetirilməsi nəticəsində yalnız vaxt itirməsi və qətnamənin Elektron kabinetində yerləşdrilməsindən xəbərinin olmaması barədə göstərdiyi hallar müddətin ötürülməsinin üzrlü səbəbləri kimi dəyərləndirilə bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsaslar olmamışdır, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həllində düzgün nəticəyə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şi kayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-354/2024 nömrəli iş üzrə 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar