Məhkəmə qərarları › İş №2(102)-1116/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1116/2024

02.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1116/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ilkin, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1116/2024 Kateqoriya (açar sözlər): mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələbi (vindikasiya tələbi), öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi (zeal zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmlakın geri qaytarılmasına dair ilkin, Cavabdeh2 İddiaçı qarşı pulun tutulmasına dair qarşılıqlı iddia tələbi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1737/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 2 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı özünə məxsus “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2 1 il müddətinə etibarnamə vermiş, lakin həmin etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv etdirmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulunun ona ödənilməməsi ilə bağlı Sabunçu rayon Polis idarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə həmin araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz sahibliyindən “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini on unla əsaslandırmışdır ki, o, yaxın dostu X2 təxminən 2019-cu ildə “Mitsubishi Pajero” markalı, 99- SG-953 dövlət qeydiyyat nişanlı avtomobili 15000 manata satmışdır. Lakin sözügedən avtomobil X1 adına rəsmiləşməmiş və o, avtomobili etibarnamə əsasında idarə etmişdir. Turxan həmin avtomobili aldıqdan sonra bir müddət Bakı şəhərində yerləşən avtomobil icarəsi şirkətlərinin birinə icarəyə vermişdir. İcarə müddəti bitdikdən sonra avtomobili yenidən Turxan özü idarə etməyə başlamışdır. Təxminən 5-6 oktyabr 2022-ci il tarixlərdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində birlikdə olan zaman Turxan ona demişdir ki, tanışı Əli adlı şəxslə Qaraçuxur qəsəbəsində yerləşən “AURA” şadlıq sarayının yanında görüşməlidir. Onlar həmin yerdə görüşüb söhbət edən zaman Əli avtomobilə baxdıqdan sonra Turxana demişdir ki, avtomobili ona versin, satıb pulunu qaytaracaqdır. Turxan da “Mitsubishi Pajero" markalı avtomobili 15000 manata satmasını və satışdan ona da hörmət edəcəyini bildirərək avtomobili Əliyə vermişdir. 8 oktyabr 2022-ci il tarixdə Turxan ona demişdir ki, tanışı Əli avtomobili Sumqayıt şəhər sakini Cavabdeh2 Aydın oğluna 15000 manata satmışdır və buna görə də, həmin şəxsə etibarnamə vermək lazımdır. Bundan sonra o, Turxanla birlikdə Bakıxanov qəsəbəsində yerləşən 4 saylı "Asan Xidmət” mərkəzinə getmiş və o, orada Cavabdeh2 adına etibarnamə vermişdir. 9 oktyabr 2022-ci il tarixdə Turxan ona məlumat verərək bildirmişdir ki, Əli avtomobili Cavabdeh2 ona demədən 11000 manata satmış və pulunu ələ keçirib verməmişdir. Ona görə də, Turxan ondan etibarnaməni ləğv etdirməyini istəmişdir. O da həmin gün Cavabdeh2 adına vermiş olduğu etibamaməni ləğv etdirmişdir.

5. Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 11000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir.

6. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ilkin iddia ərizəsini xx.xx.2023-cü ildə poçt vasitəsilə almışdır. Mübahisəli avtomobili Əli adlı şəxsin vasitəsilə İddiaçı 11000 manat məbləğində pul ödəməklə almışdır. Cavabdeh1 bu məsələyə heç bir aidiyyatı yoxdur. İlkin iddiaçı iddia edir ki, Əli adlı şəxs maşının pulunu ona verməyib. Bütün bunlar yalandır. Sual olunur ki, maşının pulu ona odənilməmişdirsə, iddiaçı ona necə etibarnamə verə bilərdi? Əslində İddiaçı əməlində cinayət tərkibi vardır. Belə ki, o, etibarnaməni ləğv edərək ona qarşı cinayət əməli törətmişdir. O, vicdanlı alıcıdır. Pulu ödəməklə avtomobili almışdır. O, pulu almış, sonradan etibarnaməni əsassız olaraq ləğv etmiş və əsassız olaraq varlanmaq niyyətində olmuşdur. Hazırda avtomaşın ondan tələb olunur. Belə olan halda həmin avtomobil üçün ödədiyi 11000 manat pul İddiaçı alınaraq ona verilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-2002/2023 saylı qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh2 qanunsuz sahibliyindən “Mitsubishi Pajero” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı geri qaytarılması, ilkin iddianın qalan hissədə təmin edil məməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Cavabdeh2 Yaqif oğlundan ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mövcudluğu və İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, bu hallar tərəflərin izahatları və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə təsdiq olunur. Həmçinin, sübutetmə vəzifəsinin bölgüsü baxımından avtomobilin cavabdehə verilməsini və ona qaytarılmamasını sübut etmək ilkin iddiaçının, avtomobilin qaytarılmasını sübut etmə vəzifəsi isə cavabdehin üzərinə düşür. Lakin tərəflər bu halı mübahisələndirməmiş, Cavabdeh2 nümayəndəsi sözügedən avtomobilin h azırda Cavabdeh2 olduğunu bildirmişdir. Tərəflər arasında əsas mübahisə “Mitsubishi Pajero” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə pulun ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab etmişdir ki, bu hissədə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, Cavabdeh2 qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, İddiaçı maşının pulu ona ödənilmədiyi üçün etibarnaməni ləğv etdirdiyini və bununla bağlı polisə müraciət etdiyini bildirmişdir. Cavabdeh2 Əli adı şəxsin vasitəsilə və Turxan Nəbiyevin iştirakı ilə İddiaçı maşına görə 11000 manat pul ödənildiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 77.1, 88, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh2 Yaqif oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qeyd olunan avtomobili Əli və Turxan adlı şəxslər vasitəsilə 11000 manat ödəməklə almışdır. Belə ki, avtomobilin dəyəri 11000 manat puldan əvvəl 1000 manat beh kimi vermiş, hadisə 6-cı günə təsadüf etdiyi üçün sənədləşmə işlərini aparıla bilməmişdir. Bazar günü etibarnamə ona təqdim olunduqda o, məbləğin qalan 10000 manatını da Əli və Turxana vermişdir. Birinci gü n maşını adına keçirmək istəyərkən ona məlum olmuşdur ki, etibarnamə ləğv edilib. Etibarnamənin verilmə tarixinə nəzər yetirilsə (xx.xx.2022-ci il) görünür ki, əməliyyat 6-cı gün aparılmışdır. Daha sonra o, avtomobili idarə edə və sata bilmədiyi üçün Əli adlı aradakı vasitəçiyə təhvil vermişdir. Bu hadisənin şahidi kimi Xəqani, Baba, Orxan, Elgiz adlı şəxslər də var. Həmin şahidlərin birinci instansiya məhkəməsində iştiraklarını təmin edə bilməmişdir. Çünki onlar iş adamı olduğu üçün şəhərdə olmamışlar. Lakin bu instansiyada mütləq iştiraklarını təmin edəcək. Avtomobil onda olmadığı üçün qətnamənin icra edilməsi mümkün olmayacaq və buna görə də avtomobilin ondan alınıb İddiaçı qaytarılması barədə qətnaməni qanunsuz və əsassız hesab edir.

12. Məhkəmə kollegiyasının iclasında apellyasiya şik ayətinin dəlillərinə uyğun izahat verən Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, o, Əli və Turxanı şəxsən tanımır. Mübahisə olunan maşını həyətlərindəki kameraların altında Əliyə təhvil vermiş, lakin Əli hər gün müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Sonradan eşitmişdir ki, bacısının evindən oğurluq etdiyindən həbsdədir. O, danışıqları Əli ilə aparmış, maşını ona Əli vermiş, o da 11000 manatı tam ödəməklə maşını almışdır. İddiaçı ümumiyyətlə tanımır.

13. Məhkəmə kolegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, qarşı tərəfin heç bir sübutu yoxdur. Pulun verildiyi adam indi azadlıqdan məhrum olunmuş və onların ikisini də aldatmışdır.

14. Məhkəmə kollegiyasının iclasında X3 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 qey d etdiyi kimi o, Əlinin yanında olmamışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirmiş və hesab etmişdir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.

17. Məhkəmə kollegiyası öz mö vqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında faktiki avtomobil alqı-satqısı baş vermişdir. Lakin, alqı-satqının formasına əməl edilmədiyi üçün həmin əqd etibarsızdır. Belə olan təqdirdə apellyasiya məhkəməsi mübahisəyə alqı-satqı və onun etibarsızlığı barədə Mülki Məcəllənin 337 və 567-ci maddələrini tətbiq etməli idi. Məhkəmə mübahisəni yanlış olaraq mülkiy yətçinin hüququnun müdafiəsi baxımından Mülki Məcəllənin 157-ci maddəsinə əsasən həll etmişdir. Həmin maddə tərəflər arasında mülkihüquqi müqavilə olmadıqda tətbiq oluna bilər. Apellyasiya məhkəməsi avtomobilin mülkiyyətçiyə geri qaytarılması, onun qiymətinin ödənilməsi, kimə ödənilməsi barədə sübutlara qiymət verməmiş, bununla sübutların qiymətləndirilməsi barədə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Əgər mülkiyyətçi pulu almamışdırsa, onda nəyə görə etibarnamə vermişdi? Axı bazarda formalaşmış təcrübə və işgüzar adət var – pulu aldıqdan sonra etibarnamə verilir. Məhkəmə avtomobili və pulu təhvil almış Əli adlı şəxsi dindirməmiş, həmin şəxsin dindirilməsi barədə vəsatətə məhəl qoymamışdır. Halbuki, sübutların düzgün qiymətləndirilməsi və işin ədalətli həlli Əli adlı şəxsin izahat ından çox asılıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən hüquqi məsələlərlə bağlı dəlilləri Cavabdeh2 qarşılıqlı iddia tələbinin əsaslandırılmasında və ap ellyasiya şikayətinin dəlillərində də irəli sürmüş, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

37. Cavabdeh2 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(105)-1737/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar