Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1119/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt “ASAN Xidmət” Mərkəzinə və Cavabdeh3 qarşı (üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik şöbəsi) iş üzrə QƏRARİ (Açar sözlər: bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, iddia müddəti, fərdi müəyyən əşya, əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X8 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt “ASAN Xidmət” Mərkəzinə və Cavabdeh3 qarşı (üçüncü şəxs Sumqay ıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1974/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1948-ci il təvəllüdlü İddiaçı (bundan sonra - iddiaçı) anadan gəlmə lal-kar olmaqla, üçüncü qrup əlildir.
2. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14 (bundan sonra – mübahisəli mənzil) xx.xx.2009-cu il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmı şdır.
3. Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat ofisində xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili bacısı qızı Cavabdeh1 bağışlamışdır. Cavabdeh3 Azərbaycan Karlar İdman Federasiyasının verdiyi vəsiqə əsasında bağışlama zamanı surdotərcüməçi kimi iştirak etmişdir.
4. Mübahisəli mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır.
5. Bağışlama müqaviləsinin ləğvi barədə iddiaçının ərizəsinə cavab olaraq Sumqayıt “ASAN Xidmət” mərkəzinin Notariat kontorunun xüsusi notariusu X1 xx.xx.2018ci il tarixli məktubunda müqaviləni birtərəfli qaydada ləğv etmək mümkün olmadığından iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Sumqayıt “ASAN Xidmət" Mərkəzində onunla Cavabdeh1 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına olan mənzilə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2018-ci il tarixdə bacısı qızı Cavabdeh1 yaşadığı evə gələrək ona bildirmişdir ki, küçələrdə qalıb, ona kömək etsin. İddiaçıdan onu iddiaçıya məxsus evə qeydiyyata saldırmağı istəmişdir. Əvəzin də isə iddiaçıya pal-paltarla və yeməklə təmin edəcəyini demişdir. İddiaçı da cavabdehi evinə pasport qeydiyyatına saldırmağa razılaşmışdır. Bundan sonra Cavabdeh1 Bakıda Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 11, mən 24-də yaşayan Azərbaycan Karlar İdman Konfedarasiyasının tərçüməçisi digər Cavabdeh3 gətirib iddiaçını Sumqayıt “ASAN Xidmət” Mərkəzinə aparmışlar. İddiaçı İİİ qrup əlil, paraliç, koronoviru və əsəb xəstəsi olduğu üçün tez özündən çıxır. Bir sözlə həddən çox əsəbidir. Sumqayıt “ASAN Xidmət” Mərkəzində iddiaçıya heç nə demədən və surdo tərcüməçi iddiaçını aldatmaqla ona məxsus evi aldadıcı formada, bağışlanma müqaviləsi əsasında bacısı qızı öz adına keçirmişdir. Sənədləşmədən sonra küçəyə çıxanda Cavabdeh3 iddiaçıya onun artıq küçələrdə qaldığını demişdir. B u günə qədər də iddiaçı dəli vəziyyətindədir. Hansı ki, iddiaçı əvvəllər həmişə notariusa Azərbaycan Respublikası Karlar Cəmiyyətini İdarə Heyətinin sədri tərcüməçi X3 ilə getmişdir. Lakin, bu dəfə Cavabdeh1 özü tapdığı tərcüməçi, Cavabdeh3 dəvət etmiş, sonuncu isə iddiaçıya düzgün tərcümə etməmişdir. Digər cavabdeh Sumqayıt “ASAN Xidmət” Mərkəzi isə iddiaçının hüquqlarının müdafiəsi üçün tədbirlər görməmiş, iddiaçıya hüquqlarının qorunması üçün hərtərəfli şərait yaratmamışdır. İddiaçı xəstə olduğu üçün notarius Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik şöbəsini dəvət etməklə, bu qanunsuzluğun qarşısını ala bilərdi. Bir neçə-dəfə “ASAN Xidmət” Mərkəzində olmuş və bağışlama müqaviləsinin ləğvi üçün ərizə yazmışdır. Bundan sonra cavabdeh dəfələrlə evinə gəlib, qapını döyü b, onunla danışmaq istəmişdir. İddiaçı isə cavabdehi qovmuşdur. Qonşuları da şahiddirlər ki, bacısı qızı iddiaçını aldadıb. Bu barədə qonşusu X2 və hadisə başına gələndən sonra yaxınlarda yanına çağırılmış və iddiaçını dindirən Azərbaycan Karlar Cəmiyyətinin üzvü Vüsal adlı tərcüməçi təsdiq edə bilər. Bu hadisə zamanı iddiaçı özündə olmamış, cavabdehlər onu aldatmış bir tək mənzilini öz adına keçirmişlər. Hazırda da cavabdeh iddiaçıda olan məlumatlara görə tez-tez gizlicə gəlib, iddiaçının sağ-salamat olub-olmamasını yoxlayır ki, başına bir iş gəlsə mənzilə sahib çıxsın.
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ərizə verərək, iddia tələbi üzrə buraxılmış müddətin üzrlü hesab olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, sözügedən daşınmaz əmlak faktiki olaraq Cavabdeh1 rəhmətlik anasına məxsus olmuşdur. Belə ki, İddiaçı xanım 2018-ci ildə yaşlandığı və gələcəkdə bu məsələ ilə bağlı sənədləşmədə hansısa bir problemin yaranmaması üçün həmin daşınmaz əmlakı Cavabdeh1 adına keçirilməsini istəmişdir, daha sonra, İddiaçı xanım bu evi bağışlamaq niyyətini bildirdikdən sonra sənədləşmə üçün internet vasitəsilə tərcüməçi axtarılmış və Cavabdeh3 tərcüməçi qismində cəlb edilmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh3 7 nömrəli 30 iyul 1990-cı il tarixində təsdiq edilmiş şəhadətnaməsindən göründüyü kimi o, eşitmə əngəlli şəxslər üçün tərcüməçi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir və eyni zamanda, Cavabdeh3 bağışlama müqaviləsi bağlanarkə n notariusa təqdim etdiyi Azərbaycan Karlar İdman Federasiyasının 010 nömrəli vəsiqəsində onun tərcüməçi olması birbaşa göstərilmişdir. Buna uyğun olaraq, 21 may 2018-ci ildə tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi Sumqayıt "ASAN Xidmət" Mərkəzində bağlanaraq notariusda təsdiq edilmişdir. Daha sonra, İddiaçı xanımın ikinci dərəcəli vərəsələri bağışlama müqaviləsindən xəbərdar olan kimi evi öz adlarına keçirtmək üçün bu məsələni yenidən qaldırmağa çalışırlar, çünki İddiaçı xanımın kifayət qədər yaşı vardır. İddiaçı hal-hazırda İradə xanımın mülkiyyətində olan evdə yaşayır, ona hər hansı narahatlıq verilmir, o, evdən çıxarılmır. Göründüyü kimi cavabdehin hüquqi cəhətdən evin ona keçməsinə hər hansı bir marağı yoxdur. Digər şəxslər bu məsələni şəxsi maraqları baxımından son radan qaldırmağa cəhd göstərirlər. İddia ərizəsində xeyli ziddiyyətlər var. İddiaçı eşitmə və danışma qüsurlu olsa da, o, görür, yazır və oxuya bilir. İş materiallarından göründüyü kimi bağışlama müqaviləsi imzalanarkən özü müstəqil şəkildə imza çəkmiş və soyadını yazmışdır, məhz bu fakt iddiaçının müstəqil yazı yazma və oxuma qabiliyyətinin olmasını sübut edir. Eyni zamanda, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi 21 may 2018-ci ildə tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 673-cü maddəsinin 3-cü bəndinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
10. Birinci inst ansiya məhkəməsində Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçını tanıyır. Belə ki, iddiaçı onun işlədiyi cəmiyyətin üzvü olmuşdur. O, Azərbaycan Karlar Cəmiyyətinin Bakı Şəhər Təşkilatının tərcüməçisi olmuşdur. Halhazırda işləmir. Ona adını xatırlamadığı iddiaçının qohumu zəng edərək tərcüməçi lazım olduğunu bildirmişdir. Onların yanına gəlib, çağırılma səbəbini soruşduqda iddiaçının qohumu bağışlama müqaviləsi bağlanması üçün ona müraciət etdiyini bildirmişdir. İddiaçıdan bir neçə dəfə mənzili bağışlamaq istədiyini soruşduqda, iddiaçı ona razı olduğunu bildirmişdir. O, da notariusda xidməti vəsiqəsini təqdim etmiş və bağışlanmada lazım olan sənədlərə tərcüməçi kimi imza etmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060) -2046/2022 nömrəli iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 qanunun tələblərini pozaraq dolayısı yolla öz xeyrinə əqd bağlamış, notarius tərəfindən iddiaçının hüquqlarının həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün zəruri köməklik göstərilməmişdir. ki, bu halda əqdlər etibarsız hesab edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 39.1, 139-1.1, 139.1.1.4, 139.3, 324.1., 324.2, 324.4, 324.5, 329.1, 337.1, 337.3, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 347.1, 347.2, 382, 404.1, 404.2, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddələrinə istina dla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının iddia müddətinin üzrlü səbəbdən ötürülməsi haqqında vəsatəti də əsassız olmuşdur, baxmayaraq ki, İddiaçı xəstə olduğunu bildirmişdir, lakin onun xəstəlik barəsində sənədlərinə baxış keçirdikdə görünür ki, xəstəlik barəsində bu sənədlər 2020-2021-ci illəri əhatə edir. Göründüyü kimi, o xəstə olmazdan əvvəl, yəni, artıq 2019-cu ilin sentyabrında iddia müddətini ötürmüşdür. Buna görə də, məhkəmənin iddiaçı tərəfindən b uraxılmış iddia müddətini üzrlü hal kimi qiymətləndirməsi tamamilə əsassız olmuşdur. Eyni zamanda bildirilən bu faktlara qətnamədə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, qeyd olunan faktlar nə əsaslı olaraq təsdiq edilmiş, nə də təkzib olunmuşdur. Lakin yekunda qarşı tərəfin iddiası əsassız olaraq təmin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozduğu üçün qeyd olunan qətnamə ləğv edilməlidir. Məhkəmə qətnamə qəbul edərkən tərəfindən verilən iddia ərizəsinə etirazda göstərilən faktları nəzərə almamış, proses gedişatında təqdim etdiyi faktlara münasibət bildirməmiş və onların hüquqi təhlilini aparmadan qarşı tərəfin təqdim etdiyi sübutlara əsaslanmışdır. Eyni zamanda qarşı tərəf eşitmə və danışma qüsurlu o lduğu halda prosesdə tərcüməçisiz iştirak etmiş və bununla da çəkişmə prinsipi pozulmuş, qarşı tərəfə suallar vermək imkanından məhrum olmuş və nəticə etibarilə məhkəmə çəkişmə prinsipinin tələblərini kobud şəkildə pozmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 78.1-ci maddəsinə zidd olaraq məhkəmə baxış iclasında mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla sübutlar qəbul olunmuş və şahidlər dindirilmişdir. Həmçinin Cavabdeh1 adına olan mənzilə dair xx.xx.2018-ci il tarixli çıxarış ləğv olunmuşdur, halbuki daşınmaz əmlaka aid göstərilən çıxarış ləğv olunursa, həmin çıxarışı vermiş dövlət orqanı prosesə cəlb edilməli idi.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1974/2022 nömrəli mülki iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş tələblərə riayət edilməmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmuşdur. Belə ki, anadangəlmə kar və lal olan iddiaçı mübahisələndirilən əqdi bağlayarkən onun mənasını başa düşməmiş və son nəticədə köməksiz bir insan mülkiyyətində olan yeganə mənzilindən mərhum olmuşdur.
18. Məhkəmə kollegiyası hesab et mişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi buraxılmış müddətin ötürülməsini üzrlü hesab etmişdir. Bundan başqa iş materiallarında iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə təqdim edilməmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, daha öncə şərh olunan səbəblərdən, iddia müddəti və ya kəsi ci müddət olmasından asılı olmayaraq, hər bir halda iddiaçı tərəfindən hazırkı əqdi və onun doğurduğu nəticələri mübahisələndirmək üçün ötürülən müddət üzrlü hesab edilməlidir.
21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya instansiyası məhkəməsi də i stinad etdikləri hallara düzgün hüquqi yanaşma nümayiş etdirməmişdir. Nəzərə alınmamışdır ki, 3-cü qrup əlil şəxs anlaqsız deyil. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi 21 may 2018-ci ildə bağlanmışdır. Elə həmin gündə İddiaçı bağışlama müqaviləsinin ləğv olunması üçün notariusa müraciət etmiş və 28 sentyabr 2018-ci il tarixli məktubla ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və buna uyğun olaraq, 2019-cu ilin sentyabrında iddia müddəti bitmişdir. Lakin qarşı tərəf məhkəməyə 2022-ci ildə müraciət etmişdir. Həmçinin, iddiaçının iddia müddətinin üzrlü səbəbdən ötürülməsi haqqında vəsatət də əsassız olmuşdur. Çünki iddiaçının xəstəliyi barədə sənədlər 2020-2021-ci illəri əhat ə edir, göründüyü kimi, o xəstə olmazdan əvvəl, yəni, artıq 2019-cu ilin sentyabrında iddia müddətini ötürmüşdür.
24. Bundan başqa birinci instansiya məhkəməsində iş icraatda olarkən xx.xx.2022ci il tarixində tərəflərindən iddia müddətinin tətbiqi barədə ərizə “Elektron Məhkəmə Sistemi” vasitəsilə təqdim edilmiş və hazırda da həmin ərizə bu iş üzrə şəxsi kabinetdə və iş materiallarında mövcuddur. Görünür, məhkəmə belə bir əsassız faktı qeyd etməklə Mülki Məcəllənin 382-ci maddəsini səhv tətbiq etməyinə sanki bir immunitet yaratmağa çalışmışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən təqdim edilən sübutlara (İddiaçı xəstəliyi barədə tibbi sənədlərin hansı tarixi əhatə etməsi, iddia müddətini uzun müddətdir ötürülməsini təsdiq edən sənəd və s.) ya düzgün hüquqi qiymət verilm əmiş, ya da ümumiyyətlə heç bir münasibət bildirilməyərək, kobud prosessual pozuntulara yol verilmişdir. Halbuki, Cavabdeh1 MPM-in maddələri ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması hüquqlarının pozulması nəticə etibarı ilə və yuxarıda göstərilmiş maddi hüquq normalarının pozulması ilə bir yerdə ümumən işin həqiqi hallarına əsaslanmayan qətnamə qəbul olunmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
27. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
28. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
29. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
35. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli old uğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
36. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
37. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmi n ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarı
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetiril məsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından asılı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı
39. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı
40. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına sə bəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlam ətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası işə şikayət həddində baxaraq hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə şi kayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunmasına əsas verən prosessual hüquq normalarının kobud şəkildə pozulması halları müəyyən edilmir.
53. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
54. İlk növbədə nəzərə alınmalıdır ki, iddia tələbi fərdi müəyyən əşya olan mübahisəli mənzilə dair bağışlama müqaviləsinin etibarsızlığı və onun nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi ilə bağlıdır.
55. Cavabdehin mübahisəyə tətbiq olunmasını tələb etdiyi, Mülki Məcəllənin 673.3cü maddəsində müəyyən edilmiş 1 illik müddət isə bağışlamadan imtina ilə bağlı müddətdir. Baxılan iş üzrə bağışlamadan imtina və ya bağışlama müqaviləsinin ləğvi tələbi irəli sürülmədiyindən həmin müddətin hazırkı mübahisəyə tətbiqi mümkün deyildir.
56. İşə baxmış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş tələblərə riayət edilməmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmuş, anadangəlmə kar və lal olan iddiaçı mübahisələndirilən əqdi bağlayarkən onun mənasını başa düşməmiş və son nəticədə mülkiyyətində olan yeganə mənzilindən mərhum olmuşdur.
57. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının bununla bağlı iradə ifadəsinin olmadığı müəyyən edildiyi üçün həmin əqd əhəmiyyətsiz əqd olmuşdur.
58. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdə liklərin yaranmasına səbəb ola bilməz. Bu baxımdan əhəmiyyətsiz əqdlərin etibarsızlığını tələb etmək hüququ hər hansı müddətlə məhdudlaşmır. Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər isə mübahisələndirilən əqdlər üçün nəzərdə tutulmuş kəsici müddətlərdir.
59. Həmçinin mübahisələndirilən müqavilənin predmeti fərdi müəyyən əşya olduğundan əqd üzrə alınanların geri qaytarılması üçün Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş 1 illik iddia müddəti də baxılan işə tətbiq oluna bilməz.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 337.5 -ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər... Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.
61. Bu baxımdan iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü barədə kassasiya şikayətinin dəli lləri əsassızdır.
62. Məhkəmə kollegiyası, həmçinin qeyd olunanlara əsasən məhkəmələr tərəfindən əsassız olaraq iddiaçının iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilləri üzrə əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.
63. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1974/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.