Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3215/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1n, İddiaçı2, İddiaçı3, cavabdehlər X7, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əziağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər X7, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələ rin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-47/2024 nömrəli, 25 aprel 2024cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Torpağa mülkiyyət hüquqna dair JN - 265, KOD 10213038 Dövlət aktına əsasən, Şərur rayon Yuxarı Daşarx kəndində Niftəliyev Hüseynalı M.Sadıq oğluna, X12, İddiaçı3alı oğluna və İddiaçı2alı oğluna ümumi birgə mülkiyyət hüququ əsasında 0,43 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir;
2. Şərur rayon 2-ci Dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli müqaviləsinə əsasən, X1 rayon Yuxarı Daşarx kəndində yerləşən 4325,2 4 kv metr torpaq sahəsini vətəndaş X5.
3. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 04/126 nömrəli məktubuna əsasən, Şərur rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli 5 nömrəli qərarı ilə X8 ailə üzvləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayon Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüseynalı Niftəliyev həmin torpaq sahəsini Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli müqaviləsi əsasında X5. Bəhs olunan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 140 kv metr olan tikili ilə birlikdə 28 dekabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövl ət reyestrində "xxxx" Fərdi Firmasının adına qeyri-yaşayış binası kimi qeydiyyata alınmışdır.
4. Şərur rayon Nikah Evi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli çıxarışa əsasən, X26 xx.xx.2016-cı il tarixdə Şərur rayon Aşağı Aralıq vəfat etmişdir. 5. ünvan 2 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 9 nömrəli, 14 mart 2023-cü il tarixli arayışa əsasən, Şərur rayon Aşağı Araıq kəndində qeydiyyatda olmuş, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X22 vərəsələri X19-arvadı,X27,X28,X20r.
6. Cavabdeh2 15 nömrəli 13 mart 2023-cü il tarixli məktubuna əsasən, xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum X22 barəsində Şərur rayon iki saylı Notariyat Ofisində xx.xx.2018-ci il tarixdə 2V-22 və xx.xx.2023-cü il tarixdə isə 2V-26 reyestrlə qeyd olunmuş vərəsəsi X13 vərəsəlik hüququ ha qqında şəhadətnamə verimişdir.
7. Cavabdeh2 xx.xx.2023-cü il tarixli 2V-26 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsaən, X22 vərəsəsi X14r və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2001-ci il X23 verilmiş seriya nömrəsi JN2, KOD 154 olan şəhadətnaməyə əsasən Şərur şəhəri, magistral yolun 53-cü kilometrliyi ünvanında 0,084 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 763,4 kv metr olan qeyri-yaşayış binasından ibarətdir.
8. Cavabdeh2 xx.xx.2018-ci il tarixli 2V-22 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X22 vərəsəsi X14r və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Dövlər Torpaq Komitəsi tərəfindən xx.xx.1999-cu il X23 verilmiş seriya nömrə si JN-368A, KOD 10202028 olan şəhadətnaməyə əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsindən ibarətdir.
9. Texniki İnvertarlaşdırma şöbəsinin 23 may 2006-cı il tarixli ***-*******01-06301 nömrəli Texniki Pasportuna əsasən, Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən ticarət obyektinin balans saxlayıcısı və mülkiyyətçisi "xxxx" fərdi firmasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər X7, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğlu ilə X26 arasında Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Şərur rayon X21 29 iyun 1999-cu il tarixli, 5 nömrəli qərarı əsasında Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğluna ailə üzvüləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayon, Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv metr kənd təsərüfatı torpaq sahəsi verilmişdir. İddiaçılar həmin torpaq sahəsinin üzərinə 8 min qələmə tingi əkdiklərini, qələmə tinglərini birini 4 ABŞ dollarına, 2000-ci il tarixində Türkiyə Respublikasından gətirdiklərini bildirmişlər. Hə min torpaq sahəsinə cavabdeh baxıb qulluq etdiyini bu səbəbdəndə həmin əraziyə getmədiklərini bildirmişlər. Həmin torpaq sahəsini cavabdeh Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğlu tərəfindən 15 may 2006-cı il tarixili, 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsi əsasında X6 və həmin torpaq sahəsi üzərində tikili üzərində yerləşən, ümumi sahəsi 140 kv metr olan tikili ilə birlikdə xx.xx.2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Fərdi Firmasının adına qeyd olunduğu göstərilmişdir. İddiaçıar Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli, 4-Ə-30 nömrəli müqaviləsi əsasında bağlanmış alqı-satqı müqaviləsi əhəmiyətsiz olduğunu hesab edirlər. İddiaçıların məlumatı və razılığı olmadan həmin torpaq sahəsi satılanda digər mülkiyyətçilərin razılığı al ınmamışdır. Cavabdeh X4 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satmadığını ailəsi və uşaqları ilə qorxutduğunu, zor tətbiq etmək hədəsi nəticəsində iddiaçıları qorumaq məqsədi ilə torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X26 həmin ərazini istifadə etdiyini, 2022-ci ilin sonlarında həmin torpaq sahəsini alqı-satqı olmadan X22 adına rəsimiləşdirdiyini bildirmişdir. Həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüququ var və həmin hüquq pozulmuşdur. Sözügedən torpaq sahəsi paylı mülkiyətdə olan əmlakdır. Hər birinin mülkiyyət hüququ var. Mülkiyyət hüquqlarına münasibət bildirmədən Şərur rayon 2 saylı notariat kontoru alqı-satqını rəsmiləşdirmişdir. Bu səbəbdən iddiaçılar Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli, 4-Ə -30 nömrəli müqaviləsi əsasında bağlanmış alqı-satqı müqaviləsini əhəmiyətsiz hesab etmişlər.
12. Məhkəmə iclasında iştrak etmiş cavabdeh X11 izahatında ona və ailə üzvlərinə mübahisəli torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinin üzərinə onun 8 min qələmə tingi əkdiyini, qələmə tinglərini birini 4 ABŞ dollarına, 2000-ci il tarixində Türkiyə Respublikasından gətirdiyini, alqı-satqı müqaviləsində onun adı olduğu üçün hal-hazırda onun cavabdeh qismində çıxış etsə də, onun torpağının qanunsuz olaraq başqasının adına rəsmiləşdirildiyini, onunda müqavilənin ləğv edilməsini istədiyini qeyd etmişdir. Eyni zamanda əlavə olaraq izahatında Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından xəbərinin olmadığını, alqı- satqı müqaviləsindəki imzanın, həmçinin 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsində dair notarius işində olan alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa ünvanlanmış ərizədəki imzanın ona məxsus olmadığını bildirmişdir.
13. Şərur Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 753 nömrəli rəyinə əsasən, ekspertizaya göndərilmiş 15 may 2006-cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 2-ci vərəqəsində olan “İmzalar” qrafasında 1-ci sırada “Нифтəлиjев h.” Yazılarının önündəki imza, 8-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında “ Нифтəлиjев h.” Yazılarının önündəki imza və 9-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda “Кəримова ул.” Yazılarının önündəki X11 tərəfindən icra olunmuşdur.
14. Şərur Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1743 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 15 may 2006cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 2-ci vərəqəsində olan “İmzalar” qrafasında 1-ci sırada “Нифтəлиjев h.” Yazılarının önündəki imza, 8-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında “Нифтəлиjев h.” Yazılarının önünd əki imza və 9-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda “Кəримова ул.” Yazılarının önündəki X11 tərəfindən icra olunmuşdur.
15. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-414/2023 nömrəli iş üzrə 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Seymur Qarayev) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar iddia tələblərində torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etsələr də, iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini ailəsi və uşaqları ilə qorxudulduğu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə satıldığını etiraf etmişlər. Bu isə həmin torpaq sahəsinin satılmasından iddiaçıların məlumatlarının olmasına dəlalət edir.
17. Eyni zamanda məh kəmə qeyd etmişdir ki, həmin torpaq sahəsinin 2006-cı ildən digər şəxsin istifadəsində olmasından xəbərləri olsa da, bu müddət ərzində iddiaçıların buna hər hansı etiraz bildirməmələri barədə məhkəməyə sübut təqdim etməmişlər. Halbuki işin müəyyən edilmiş halları da ondan ibarətdir ki, cavabdeh X11 ilə 2006-cı ildə alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən mübahisəli torpaq sahəsi X22 aşkar sahibliyində olmuş, iddiaçılar torpaq sahəsinin yerləşdiyi kəndin ərazisində yaşamaqla, həqiqətən də, X9 torpaq sahəsindən 2006-cı ildən istifadə etməyiblər və bununla bağlı ona hər hansı etiraz bildirməyiblər. Həmçinin cavabdeh X2 rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqısatqı müqaviləsinin bağlanmasından xəbərinin olmadığını, alqı-satqı mü qaviləsindəki imzanın, həmçinin 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsində dair notarius işində olan alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa ünvanlanmış ərizədəki imzanın ona məxsus olmadığını bildirsədə, iş materialında olan rəylərə əsasən, X11 tərəfindən icra olunması sübuta yetirilmişdir.
18. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə bağlanarkən iddiaçılar İddiaçı2 və İddiaçı3 yetkinlik yaşlarına çatmasalar da, onların adından valideyinlərinin imzalamaq səlahiyətləri olmuşdur.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 333.1.1, 334.1, 357-ci, 358 və 360.2-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiy ası məhkəməsindəki icraat
20. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunub iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia tələblərində torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etsələr də, iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini ailəsi və uşaqları ilə qorxduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə satıldığını etiraf etməyinin qeyd olunduğu göstərilmişdir. Lakin iddia ərizəsində həmin qisim bu cür ifadə olunmuşdur. Cavabdeh X4 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satmadığını ailəsi və uşaqları ilə qorxutduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə torpaq sahəsini qanunsuz ola raq heç bir alqı-satqı olmadan X22 həmin ərazidən istifadə etdiyi iddia ərizəsində qeyd olunmuşdur. Əlavə olaraq iddia ərizəsində qeyd olunmuşdur ki, həmin torpaq sahəsi 2006-cı ildən digər şəxsin istifadəsində olmasından xəbərləri olsa da, bu müddət ərizində iddiaçıların buna hər hansı etiraz bildirməmələri barədə məhkəməyə sübut təqdim etmədikləri qeyd olunmuşdur. Paylı mülkiyyətdə olan torpaq sahəsi olmuş, iddia ərizədə qeyd etdiyi kimi həmin torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X22 istifadə etdiyini bilmiş, lakin bilməmişdir ki, Şərur rayon X21 29 iyun 1999-cu il tarixli, 5 nömrəli qərarı əsasında Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğluna ailə üzvüləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayonu Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 n ömrəli Dövlət aktı əsasında 4325,24 kv metr kənd təsərüfatı torpaq sahəsi, onun paylı mülkiyyətində olan torpaq sahəsi imzası olmadan başqa şəxsə satıla bilirmiş. Bunu əsas gətirə bilər ki, məhkəmə prosesində həmin imzaların saxta olması ilə bağlı xətşünaslıq ekspertizası keçirilmiş, 15 may 2006-cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 2-ci vərəqində olan “imzalar” qrafasında 1-ci sırada “Niftəliyev h” yazılarının önündəki imza, 8-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizəsinin aşağısında “Niftəliyev h.” Yazılarının önündəki imza və 9-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda “Kərimova yl.” Yazılarının önündəki X11 tərəfindən icra olunması sübuta yetirilməsi ekspert rəyi ilə müəyyən olunmuşdu r. Xəttşünas ekspertiza rəyindən də müəyyən olunur ki, 15 may 2006-cı il tarixli, 4-Ə-30 alqı-satqı müqaviləsində onun şəxsən imzası olmamışdır. Əlavə olaraq bildirmişdir və qətnamədə qeyd olunmuşdur ki, müqavilə bağlanılarkən iddiaçılar İddiaçı2 və Niftəliyev Eİnar Hüseyn oğlu yetkinlik yaşına çatmasalar da, onların adından valideynlərinin imzalamaq səlahiyyətləri olmuşdur. Qeyd etmişdir ki, o, şəxsən həmin müqaviləni öz adından imzalamamışdırsa, necə uşaqlarının adından imza edə bilər. Onun mülkiyyətində olan torpaq sahəsindən alqı-satqı ilə bağlı heç bir razılığı olmayıb və alıq-satqı müqaviləsindən 2022-ci il tarixində məlumatı olub, o, öz adına olan əmlakı tələb etsə də, məhkəmə buna qiymət verməyərək işi tam araşdırmadan əsassız bir qərar qəbul etmişdir
22. Naxçıvan Muxtar Respublika sı Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)47/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vera Kuimova (sədrlik edən və məruzəçi), Vüqar Quliyev və Mehman Allahverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Şərur Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar iddia tələblərində torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etsələr də, iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini ailəsi və uşaqları ilə qorxudulduğu, zor, hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə satıldığını etiraf etmişlər. İddia ərizəsində qeyd edilən “qorxutduğunu” və birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan “qorxudulduğu” sözlərinin eyni məna daşıması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
24. Məhkəmə göstərmişdir ki, cavabdeh X4 izahatında göstərdiyi hallar, yəni alqı-satqı müqaviləsindən məlumatının olmaması, müqavilədə olan imzaların ona məxsus olmamasına dair dəlilləri iş üzrə təyin olunmuş məhkəmə-xəttşünaslıq ekspertizaların rəyləri ilə təkzib edilmişdir.
25. Birinci instansiya məhkəməsində ümumiyyətlə heç nəyi etiraf etməyən cavabdeh X11 apellyasiya instansiyasında verdiyi izahatında 2022-ci ilin dekabrın 28-də Şərur rayon Torpaq şöbəsinə getdiyini, orada torpağının İlqar Talıbova satıldığını və sonra da torpağın "xxxx" şirkətinə hədiyyə olunduğunu öyrəndiyini, "xxxx" şirkətinin 2020-ci ildə yarandığını, 2006-cı ildə onu aldadaraq oranı icarəyə götürdüklərini deyib ağ kağıza imza çəkdirdiklərini, 2 vərəqəyə yox 1 vərəqəyə qol çəkdiyini, torpağının istifadə etmələri müqabilində ona heç nə vermədiklərini, müqavilədən xəbərinin olduğunu, Ədliyyə Nazirliyinə gedib daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sənədin üzünü çıxartdığını, həyat yoldaşının adından imza çəkmədyini, onların onun imzasına oxşar imza çəkdiklərini, 2022ci ilin dekabrın 28-ə kimi onun torpağın alqı-satqı olunduğundan xəbəri olmadığını, torpaq şöbəsinə gedib torpağını verin dedikdə komputerdən əldə olunmuş sənədin çıxarışına əsasən torpağının satıldığının deyildiyini, həmin torpağın aşağı hissəsində ona məxsus kubik sexinin torpağının da olduğunu, 2017-2018-ci illərdə o torpaqların da onların əllərindən aldıqlarını, Arpaçayın yatağına köçürdüklərini bildirmişdir.
26. İddiaçı1 və qeyriləri isə iddia ərizəsində və vermiş olduqları apellyasiya şikayətində israrla cavabdeh X4 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satılmadığını, ailəsi və uşaqları ilə qorxudulması, zor, hədə qorxusu nəticəsində torpaq sahəsini qanunsuz olaraq, heç bir alqı-satqı olmadan X22 həmin ərazidən istifadə etdiyini, cavabdehin 2022-ci ilin dekabrın 28-ə kimi torpağın alqı-satqı olunduğundan xəbəri olmadığını bildirsələr də, ekspert rəyləri və notariat işində olan alqı-satqı müqaviləsi və əlavə olunmuş sənədlərlə X4 nəyinki alqı-satqıdan xəbərinin olması, hətta həmin müqavilənin onun tərəfindən bağlanması sübut olunmuşdur.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, istər iddiaçı, istərsə də cavabdeh Hüseyn Niftəliyev alqı-satqı müqaviləsinə dair notariat işində olan sənəd lərin onlar tərəfindən notariat orqanına təqdim edilmədiyini, iddiaçılara aid olan sənədlərin müxtəlif idarələrdən götürüldüyünü göstərsələr də, bu dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Torpağın alqı-satqısı ilə bağlı notariat işində olan sənədlər müqavilə bağlanarkən cavabdeh tərəfindən təqdim edilmişdir.
28. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərdən cavabdeh X4 ailəsi və uşaqları ilə qorxudulması, zor, hədə qorxusu halı ilə torpaqi sahəsini verməsi ilə bağlı göstərdiyi dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir, iş materiallarında Hüseyn Niftəliyev barəsində edilən hədə-qorxu ilə bağlı hər hansı səlahiyyətli və ya hüquq-mühafizə orqanına müraciət olun ması müəyyən edilməmsişdir.
29. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 apellyasiya şikayətində torpağın alqısatqısından xəbərinin olmadığını, cavabdeh X4 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satmadığını, ailəsi və uşaqları ilə qorxutduğunu, zor, hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X22 istifadəsinə verdiyini, alqı-satqı müqaviləsindən 2022-ci il tarixdə məlumatlı olduğunu, həmin torpağın satılmasına razılıq ərizəsinə imza etmədiyini göstərsədə, apellyasiya məhkəməsinə verdiyi izahatında həmin torpaq sahəsinin onların evlərindən çox uzaqda olduğunu, torpağın üstündə restoran şəbəkələrinin tikildiyini, Naxçıvanda ən böyük restoran şəbəkələrinin orada olduğunu bilməsi, onun cavabdeh X3 həmin torpaq sahəsinin üzərinə əkilmiş biri 4 ABŞ dollara alınmış 8 min qələmə tingləri ilə maraqlanmaması iddiaçının həmin torpaq sahəsinin satılmasından məlumatlı olmasını təsdiq edir. İddiaçının torpağın alqı-satqısından 16 ilə yaxın müddətin keçməsindən sonra bundan xəbər tutması inandırıcı deyildir.
30. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 alqı-satqı müqaviləsinin bağlandığı 15 may 2006-cı il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi halda bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 354.2, 646.1, 646.2 və 648.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri
32. İddiaçı (vəkil Nümayəndə ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Şikayət iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır.
34. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə
354. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
37. Maddə 354.2. Həmin M əcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
38. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
39. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyy ətinə verməyi öhdəsinə götürür.
40. Maddə 646.2. Bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
41. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 4
4. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya inst ansiyası məhkəməsinin aktını tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. İddiaçının kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə ma lik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibar ət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-47/2024 nömrəli 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.