Məhkəmə qərarları › İş №2(102)-2226/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2226/2024

23.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülk
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2226/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı hüquqi varisi Adıgözəlov Xanlar Qubad oğlunun Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(105)305/2024 saylı qətnaməsindən İddiaçı hüquqi varisi Adıgözəlov Xanlar Qubad oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixli, 1-2-592 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, 14 yanvar 1977-ci il tarixdə ölmüş Balaca Məmməd qızının vərəsəsi İddiaçıdur. Miras əmlak: Abşeron rayonu, Xırdalan şəhəri, B.Sərdarov küçəsi, döngə bir,ev 2-də, 504,5 kv.metr olan torpaq sahəsində 1938-ci ildə but daşdan tikilmiş yaşayış sahəsi 22,5 kv olan 2 otaqdan ibarət olan evdir.

2. Abşeron Rayonu 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2013-cü il tarixli, 432560 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, hədiyyə verən İddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 bağışlamışdır.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. (Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı).

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-634/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə Adıgözəlov Xanlar Qubad oğlunun Cavabdeh1, İddiaçı və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. (Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il ta rixli qətnaməsi). 5. 10 iyul 2021-ci il tarixli vəsiyyətnamədə qeyd olunmuşdur ki, İddiaçı ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını övladı Adıgözəlov Xanlar Qubad oğluna vəsiyyət etmiş və xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 (bundan sonra - cavabdeh) arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli, 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibar sız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum anası Balaca Məmməd qızının mülkiyyətində olub və onun adına 042 nömrəli Texniki Pasport verilmişdir. Anası 1977-ci ilin yanvar ayında vəfat edib. O, vəfat edəndən sonra iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi ərizə ilə müraciət etmədiyi halda həmin evə dair iddiaçının adına Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi verilmişdir. Bundan sonra iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda kimsə qanunsuz olaraq həmin Vərəsəlik Şəhadətnaməsini və saxta ərizəni üçüncü şəxs İdarənin hüquqi vari si olduğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə təqdim edərək həmin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli Qeydiyyat Vəsiqəsi alınıb. O bu qanunsuz Ərizənin və Vərəsəlik Şəhadətnaməsinin üçüncü şəxs İdarəyə Cavabdeh1 tərəfindən verildiyini və onun tərəfindən həmin Qeydiyyat Vəsiqəsinin alındığını hesab edir. Belə ki, Cavabdeh1 həmin Vərəsəlik Şəhadətnaməsi əsasında Qeydiyyat Vəsiqəsi əldə edib, sonra da həmin Qeydiyyat Vəsiqəsi əsasında etibarından sui-istifadə edərək həmin evin ona bağışladığına dair Abşeron rayon 1 Saylı Dövlət Notariat Kontorunda qeyri-qanuni olaraq xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrə li Bağışlama Müqaviləsi bağlamış və həmin evə dair dövlət reyestrindən xx.xx.2013cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əldə etmişdir. Bundan sonra da Cavabdeh1 cavabdeh İdarəyə 19 may 2021-ci il tarixində müraciət edərək həmin Bağışlama Müqaviləsini əsas göstərək həmin evin yerləşdiyi 0.05045 ha torpaq sahəsinə 19 may 2021ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış əldə etmişdir. Hesab edir ki, həmin Çıxarışların alınmasına əsası cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi, həmin Vərəsəlik Şəhadətnaməsi əsasında üçüncü şəxs İdarə tərəfindən həmin evə dair qeyri-qanuni olaraq verilmiş Qeydiyyat Vəsiqəsi, həmin Qeydiyyat Vəsiqəsi də əs asında qanunsuz olaraq bağlanmış Bağışlama Müqaviləsi olmuşdur. Bu səbəblə cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsinin, həmin Vərəsəlik Şəhadətnaməsi əsasında alınmış 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli Qeydiyyat Vəsiqəsi əsasında iddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli Bağışlama Müqaviləsinin etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, birincisi həmin Qeydiyyat Vəsiqəsinin alınması üçün 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli qanunsuz Vərəsəlik Şəhadətnaməsi və müvafiq ərizə cavabdeh İdarəyə iddiaçı tərəfindən verilməyib. Çünki həmin Ərizəyə baxılanda və notari atda tutulan reyestr kitabına baxılanda məlum olacaq ki, onları iddiaçı imzalamayıb. Həmin ərizə və reyestr kitabındakı imzanın iddiaçıya məxsus olmadığı da məhkəmə qaydasında ekspertiza yolu ilə məlum olacaqdır. Hesab etmişdir ki, həmin əqd (ərizə) iddiaçının iradəsinə aid deyil. Əqdin bağlanması üçün isə Mülki Məcəllənin 324.1-ci maddəsinin tələbinə görə, iradə ifadəsinin mövcud olması məcburi ünsürdür. Məlum olduğu kimi 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli qanunsuz Vərəsəlik Şəhadətnaməsinin alınması üçün onun cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoruna ünvanlandığı iradə ifadəsi, yəni ərizəsi (əqd) olmayıb. Lakin bu əqddən mənfəət əldə etmək istəyən digər cavabdeh A.İbad, Abşeron rayon Dövlət Notariat Kontoruna müraciət edərək həmin Vərəsəlik Şəhadətnaməsinin alınmasına nail olub. Bu onun göstərir ki, Abşeron rayon Dövlət Notariat Kontoru Vərəsəlik Şəhadətnaməsini əsassız olaraq verib. Ona görə də həmin Vərəsəlik Şəhadətnaməsi etibarsız sayılmalıdır. Abşeron rayon Dövlət Notariat Kontoru 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsinin Mülki Məcəllənin 1321-ci maddəsinin və Notariat haqqında qanunun 57-ci, 58-ci və 59-cu maddələrinin imperativ tələblərini pozaraq verib. Belə ki, vərəsə iddiaçının ərizəsi olmadan, tamamilə başa şəxsin ərizəsi əsasında həmin Şəhadətnaməni verib. Mülki Məcəllənin tələblərinə görə, qanunvericiliyin imperativ normaları pozularaq verilmiş əqd (Vərəsəlik Şəhadətnaməsinin də əqd olması şübhəsizdir) etibarsızıdır. İkincisi, 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi əsasında tərtib olunmuş Qeydiyyat Vəsiqəsinin tarix i 1989-cu il olsaydı onun məzmunu latın əlifbası ilə yox, kiril əlifbası ilə yazılardı. Bu durum həmin Qeydiyyat Vəsiqəsinin 1989-cu ildə deyil, Bağışlama müqaviləsinin bağlandığı 2013-cü ilə yaxın bir tarixdə tərtib edilmişdir. Bu da onun saxta olduğunu təsdiq edir. Belə ki, o, həmin 2013-cü ildə bütün bunların A.İbad tərəfindən qeyri-qanuni, saxta yollar ilə təşkil edildiyini hesab edir. Hesab etmişdir ki, saxta Vərəsəlik Şəhadətnaməsi əsasında əldə edilmiş saxta Qeydiyyat Vəsiqəsi əsasında bağlanmış Bağışlama Müqaviləsi də etibarsızdır. Belə ki, iddiaçının mülkiyyətində olmayan bir əmlakı kiməsə bağışlaması mümkün deyildir. Həmin evə dair verilmiş Qeydiyyat Vəsiqəsində olan naxışların 1989-cu il tarixlərində verilmiş Qeydiyyat Vəsiqələri ilə müqayisə ediləndə onların kəskin şəkildə fə rqli olduğunu görmək olur. Yenə həmin Qeydiyyat Vəsiqəsində imzası olan Rəisin imzasını onun imzaladığı digər Qeydiyyat Vəsiqələrində olan imzalar ilə müqayisə etdikdə həmin imzanın fərqli və saxta olduğunu rahatlıqla görmək olur. Bundan başqa əgər iddiaçının adına hüquqa uyğun yəni saxta olmayan Qeydiyyat Vəsiqəsi verilmiş olsaydı bu mütləq anası Balaca Məmməd qızının adına verilmiş 042 nömrəli Texniki Pasportda göstərilərdi. Eyni zamanda Cavabdeh1 adına Çıxarış verilmiş olsaydı bu da həmin Texniki Pasportda göstərilərdi. Lakin belə bir göstərişlər həmin texniki pasportda yoxdur. Əldə etdiyi məlumatlara görə anası Balaca Məmməd qızının adına verilmiş texniki pasport, iddiaçının adına verilmiş Qeydiyyat Vəsiqəsi, Vərəsəlik Şəhadətnaməsinə aid Elektron Skan reyestr idarəsində silinmişdir. B elə ki, iddiaçının nümayəndəsinin təkidinə əsasən həmin elektron skanın olub-olmamasının yoxlanılması zamanı bu fakt məlum olmuşdur. Hesab edir ki, bu da təsadüfi olmamış və cavabdeh İdarənin hansısa işçisi tərəfindən bilərəkdən edilmişdir. Bütün bunlar əsasında hesab edir ki, cavabdeh A.İbad əlbir olduğu bəzi dövlət məmurları və notariat işçiləri ilə saxta Vərəsəlik Şəhadətnaməsini, saxta Qeydiyyat vəsiqəsinin əldə etməyə, daha sonrada həmin saxta sənədlər əsasında yenə iddiaçını yanıldaraq Bağışlama Müqaviləsinin bağlanmasına nail olub. Bununla iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnu onun əlindən alıblar. Hesab edir ki, həmin Vərəsəlik Şəhadətnaməsi və Bağışlama Müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməli və cavabdeh A.İbadın adına verilmiş çıxarış və plan ölçü sənədi ləğv olunmalıdır.

8. X1 7 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, A-4 formalı vərəqdə Dövlət Notariat kontoruna yazılmış 170 saylı ərizənin yazıları və imzası İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən yazılmışdır. Tədqiqata təqdim edilmiş 1989-cu il 365 saylı Reyestrin 29-cu kserosurətli səhifəsinin imza qrafasında, İddiaçı adından icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və Adıgözəlov Xanlar Qubad oğlu hüquqi varis olaraq işə baxılmasında iştirak etmişdir.

10. Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)- 1529/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmişdir.

11. Birin ci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Mülki Məcəllənin 527 və 528-ci maddələrinə uyğun olaraq Abşeron Notariat kontoru tərəfindən vərəsəlik şəhadətnaməsi verilmiş, lakin iddiaçı və onun hüquqi varisi həmin vərəsəlik şəhadətnaməsinin qanunazidd verilməsini iddia etsələr də bununla bağlı izahatlardan başqa məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı miras əmlakın qanunla müəyyən edilmiş qaydaya uyğun qəbul edilməməsi faktını təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Bundan əlavə həmçinin işin faktiki hallarından müəyyən edilir ki, miras qoyan Balaca Məmməd qızı 1977-ci ildə vəfat etdikdən sonra İddiaçı vərəsə olaraq miras əmlakı formal və qeyri-formal üsulla qəbu l etməklə, bağışlanma müqaviləsi bağlanana qədər miras əmlaka faktiki olaraq sahiblik etmiş və vəfat etdiyi 18 mart 2023-cü il tarixədək həmin əmlakda yaşamışdır. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində göstərilmişdir ki, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Eyni hüquqi mövqe hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243cü maddəsində də öz əksini tapmışdır. Həmçinin miras qəbul edildiyi gündən bağışlama müqaviləsi bağlananadək 24 il ərzində vərəsəlik şəhadətnaməsinin qanunsuz olması mübahisələndirilməmişdir.

12. Bundan başqa Azərb aycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya mirasın qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirası qəbulu və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hü ququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququ itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Lakin yuxarıda qeyd olunduğu kimi, tərəflər vərəsəlik şəhadətnaməsindən xəbərdar olduğu halda bağışlama müqaviləsi bağlananadək 24 il ərzində mübahisələndirilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli 43-560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birbaşa 22 mart 1989-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqəli olduğundan məhkəmə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin rədd edilməsi qənaətinə və nəticəsinə gəldiyindən, həmçinin sözügedən bağışlama müqaviləsin in ləğvi ilə bağlı İddiaçı və Xanlar Adıgözəlovun iddia tələblərinə baxılaraq rədd edilərək qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə işin faktiki hallarına hüquqi qiymət verildiyindən, hal-hazırda bağışlama müqaviləsinin etibarsız sayılmasına dair əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Həmçinin tələb əsassız olduğundan iddiaçının cavabdehin törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi hissəsində də tələbi rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 527, 528, 552-ci maddələri, xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 217.2, 4.1, 14.2, 77.1, 88, 106.1, 119.1, 217.3, 217.4, 218.3, 216-220-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçının hüquqi varisi Adıgözəlov Xanlar Qubad oğlu apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi, məhkəmə işi təfsilatlı araşdırmadığı üçün iddia ərizəsinə düzgün qiymət verə bilməmiş tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmiş, əksinə tətbiq etməli olmadığı maddi hüququ tətbiq etmişdir. Belə ki, hələ mərhum İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində deyilir ki, “mənim adımdan kimsə saxta Ərizə ilə Abşeron rayon Dövlət Notariat Kontoruna müraciət edilərək qanuna zidd olaraq 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi alıb”. Bu faktı Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli X1 verdiyi Mütəxəssis Rəyi də sübut edir. Məhz həmin Rəydə deyilir ki, “A4 formatlı vərəqədə Abşeron rayon Dövlət Notariat Kontoruna yazılmış həmin 170 saylı Ərizənin yazıları (mətni) və imza, İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən yazılmışdır, o cümlədən Abşeron rayon Dövlət Notariat Kontorunda tutulan 1989-cu il tarixli 365 saylı notariatda tutulan Reyestr Kitabına 29-cü kserosurətli səhifəsinin imza qrafasında, İddiaçı adına icra edilmiş mübahisəli imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunub”. Həm də etibarnamədəki və reyestr kitabındakı imzalar bir-birindən kəskin şəkildə fərlidir. Bu Rəydən açıq aydın məlum olduğu kimi, 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi alınması üçün Notariat kontoruna verilmiş ərizə İddiaçı tərəfindən deyil, tamamilə başqa şəxs tərəfindən verilib və Şəhadətnamə əldə olunub. Nədənsə məhkəmə sübutlar sırasına daxil etsə də qətnamədə həmin rəydən heç bir formada bəhs etməyib, onu məhkəmə sübutlar sırasına daxil etsə də qətnamədə həmin rəydən heç bir formada bəhs etməyib, onun sübut olub olmadığına belə qiymət verməyib. Bu durum da nəticəyə birbaşa təsir göstərən, düzgün olmayan maddi hüquq normalarının tətbiq edilməsinə səbəb olan mühüm prosessual pozuntudur. Buradan məlum olduğu kimi, 22 mart 1989-cu il tarixli 1-2592 nömrəli qanunsuz Vərəsəlik Şəhadətnaməsinin alınması üçün verilmiş ərizə (əqd) iddiaçının iradəsinə aid deyil. Yəni, iddiaçı belə bir Vərəsəlik Şəhadətnaməsi almaq istəməyib. Əqdin bağlanması üçün isə Mülki Məcəllənin 324.1-ci maddəsinin tələbinə görə əqdin bağlanması üçün iradə ifadəsinin mövcud olması məcburi ünsürdür. Məlum olduğu kimi 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli qanunsuz Vərəsəlik Şəhadətnaməsinin alınması üçün iddiaçının cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoruna ünvanlandığı iradə ifadəsi, yəni ərizəsi (əqd) olmay ıb. Bütün bunlardan göründüyü kimi məhkəmə qeyd edilən normaları, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-ci, 390.2-ci, 337.1-ci, 337.3-cü, 337.4-cü, 1321.1-ci və digər maddələrini və Notariat haqqında qanunun 57-ci, 58-ci və 59-cu maddələrini və ya Azərbaycan SSR-nin qanunvericiliyinin analoji normalarını tətbiq etməli olduğu halda səhvə yol verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü, 1272-ci, o cümlədən Azərbaycan SSR-nin Mülki Məcəlləsinin analoji normaları olan 527-ci, 528-ci, 552-ci maddələrini tətbiq etmişdir. Məhz Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə görə, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Göründüyü kimi, Məhkəmə qətnaməni qəbul edərkən bu iş üzrə mirasın qəbulu və imtinası ilə bağlı normalarını tətbiq edib. Amma iddiaçının tələb etdiyi məsələ tamamilə fərqli bir məsələ olub, vərəsəlik şəhadətnaməsinin (əqdin) etibarsız sayılması ilə bağlıdır. Belə ki, iddiaçı mirası faktiki olaraq qəbul etdiyini inkar eləmir, sadəcə olaraq bildirir ki, onun yerinə kim isə, Notariat Kontoruna saxta Ərizə verərək saxta 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi alıb və daha sonra digər sənədlər tərtib olunaraq torpaq və evi əlindən alınıb. Məhz bütün bu sənədlər, saxta ərizə əsasında alınmış Vərəsəlik Şəhadətnaməsinə istinad edir. İddiaçı həmin saxta ərizə əsasında verilmiş Vərəsəlik Şəhadətnamənin etibarsız sayılmasını tələb edib. Yəni iddia predmeti əqdin etibarsızlığı ilə bağlı bir məsələ olduğu halda məhkəmə səhvən mirasın qəbul və ya ondan imtina olunması ilə bağlı normaları tətbiq edib. Hesab edir ki, bu qəbul edilməzdir. Ona görə də həmin qətnamə ləğv olunmalıdır. Bunlardan başqa məhkəmə qətnamədə iddiaçının Vərəsəlik Şəhadətnaməsinin etibarsız sayılması tələbi üzrə iddia müddətinin keçdiyini bildirir. Belə ki, qətnamədə deyilir ki, “Mirasın qəbul edilməsi və ya mirasın qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı şəkildə tə min etməkdir. Buna görə də maraqlı şəxs mirası qəbulu və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququ itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Lakin yuxarıda qeyd olunduğu kimi, tərəflər vərəsəlik şəhadətnaməsindən xəbərdar olduğu halda bağışlama müqaviləsi bağlananadək 24 il ərzində mübahisələndirilməmişdir”. Hesab edir ki, məhkəmənin bu yanaşması da qəbul edilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edil məsinə dair xx.xx.2021ci il tarixli Qərarında açıq aydın deyilir ki, əhəmiyyətsiz əqdin məhkəmə qaydasında etibarsız sayılması mümkündür və bu tələb üzrə iddia müddəti şamil olunmur. Məhz həmin qərarın nəticə hissəsinin 2-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə (müddətə tabe olmadan istənilən vaxt) iddia qaldırıla bilər”. Yəni əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün hüquqları pozulan şəxs iddia müddətinə tabe olmadan istənilən vaxt məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Hesab edir ki, həmin Çıxarı şların alınmasına əsas cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi, həmin Vərəsəlik Şəhadətnaməsi əsasında üçüncü şəxs İdarə tərəfindən həmin evə dair qeyri-qanuni olaraq verilmiş Qeydiyyat Vəsiqəsi, həmin Qeydiyyat Vəsiqəsi əsasında qanunsuz olaraq bağlanmış Bağışlama Müqaviləsi olmuşdur. Bu səbəblə Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən saxta Ərizə əsasında qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsinin, həmin Vərəsəlik Şəhadətnaməsi əsasında alınmış 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli “(saxta) Qeydiyyat Vəsiqəsi” əsasında iddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx. xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli Bağışlama Müqaviləsinin etibarsız sayılmasını iddiaçı məhkəmədən xahiş edib. Yəni iddia tələbinin xx.xx.2013-cü il tarixli 43-560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birbaşa 22 mart 1989-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqəlidir. Həmin 22 mart 1989-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi xx.xx.2013-cü il tarixli 43-560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə səbəb olacaqdır. Bütün bunlar onu göstərir ki, Abşeron Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və digər maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-ci, 390.2- ci, 337.1-ci, 337.3-cü, 337.4cü, 1243-cü, 1272-ci, 1321.1-ci və digər maddələrini, Notariat haqqında qanunun 57-ci, 58ci və 59-cu maddələrini, Azərbaycan SSR-nin Mülki Məcəlləsinin analoji normaları olan 527ci, 528-ci, 552-ci və digər maddələrini, digər qanunvericilik aktlarını pozmuşdur. Bunlardan başqa məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri ilə qorunan iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. Belə ki, iddiaçı, mübahisəli saxta Ərizədəki və Abşeron Rayon Dövlət notariat kontorunda tutulan Reyestr Kitabında olan imzanın ona aid olmadığına dair xx.xx.2023-cü il tarixli X1 verdiyi Mütəxəssis Rəyini Məhkə məyə təqdim etsə də, Məhkəmə həmin sübuta qiymət verməmiş, heç bir əsaslandırma olmadan həmin sübutu sübutlar sırasına daxil etməmişdir. Hesab edir ki, bu durum MPM-in 88-ci maddəsinin tələbini pozduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. Göründüyü kimi, Məhkəmə heç bir əsaslandırma olmadan həmin Rəyə qiymət verməmiş, hətta onun Məhkəməyə təqdim edildiyini belə qətnamədə yazmamışdır. Hətta qətnamə qəbul ediləndən sonra iddiaçı özü hakimlə olan telefon danışığında nə üçün təqdim edilmiş Rəyi sübut kimi qətnamədə göstərmədiyini soruşduğu zaman, hakim heç bir əsaslandırma gətirmədən “mən onu qətnaməyə yaza bilməzdim” deməklə kifayətlənmişdir. Hesab edir ki, bu qəbul edilməzdir. Bundan başqa Məhkəmə iddiaçı tərəfin Şəhadətnamənin alınması üçün verilmiş Saxta Ərizədəki imzanın və məzmunun, Abşeron Rayon Dövlət notariat kontorunda tutulan Reyestr Kitabında olan imzanın ona aid olub olmadığının müəyyən edilməsi üçün xətşünaslıq ekspertizasının təyin olunması üçün verdiyi Vəsatəti də təmin etməmişdir. Hesab edir ki, bu da qəbul edilməzdir və bu iş üzrə xətşünaslıq ekspertizası təyin olunmalıdır. Bundan başqa təbii ki, məhkəmə prosesləri zamanı ədalətli məhkəmə araşdırmasının təmin olunması, məhkəmələr tərəfindən milli qanunvericiliyin maddi və prosessual normalarının düzgün tətbiq edilməsi, onların pozulmaması, sübutlara düzgün qiymət verilməsi, onların təhrif edilməməsi, tərəfləri n haqlı vəsatətlərinin təmin olunması, maddi həqiqətin tapılması üçün ekspertizanın təyin olunması, mütəxəssisin işə cəlb olunması, obyektiv, qərəzsiz işə baxması, prosessual müddətlər ərzində apellyasiya və kasasiya şikayətinin verilməsi və sairə “ədalətli məhkəmə araşdırması” hüququnun digər aspektlərini təşkil edir. Məhz Məhkəmənin, işi təfsilatlı araşdırmadan, işdə olan Rəyə qiymət vermədən, Xətşünaslıq ekspertizası təyin etmədən, izahatlarına düzgün qiymət verilmədən qətnamə qəbul etmiş olması iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnun pozulmasıdır. Əlavə olaraq iddiaçı hesab etmişdir ki, aşağıdakı faktlar da Məhkəmənin işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyini sübut edir. Belə ki, birincisi cavabdehlərdən olan Abşeron rayon Dövlət Notariat Kontoru bütün qanun pozu ntularını törədən şəxs olsa da bir dəfə də olsa Məhkəmə iclasında iştirak etməyib. Məhkəmə də buna göz yumaraq qətnaməni qəbul edib; İkincisi, 19 may 2021-ci il tarixində cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edib. Yəni qətnamə o qədər tələsik yazılıb ki, bunu belə səhv yazıblar. Üçüncüsü, cavabdeh bildirir ki, guya Abşeron rayonu Xırdalan şəhəri Adıgözəlov küçəsi ev 1/2 onun tərəfindən tikilib. Lakin qardaşının verdiyi məlumatdan məlum olur ki, həmin evin tikildiyi bildirilən 1995-ci il tarixlərdə cavabdeh cinayət törətdiyi üçün təqsirli bilindiyi üçün məhkəmə hökmü ilə həbs də olub. Dördüncüsü, cavabdeh bildirir ki, 2021-ci ildə iddiaçılar bağışlama müqaviləsinin etibarsız sayılmasını məhkəmədən tələb edib, lakin məhkəmə iddianı rədd edib. Əslində isə həmin tarixlərdə iddiaçılar məhkəmədən bağışlama müqaviləsinin ləğv edilməsini tələb edib, etibarsız sayılmasını deyil. Məhkəmə buna da məhəl vermədən qətnamə qəbul edib. Bütün bunlar məhkəməni işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyini sübut edir. Beşincisi, qətnamə elan ediləndən sonra cavabdeh bəzi sənədləri hakimə verib, hakim də bunları işə daxil edib. Altıncısı, məhkəmə prosesi başlanan ilk gündən hakim heç nəyə baxmadan öz fikrini bildirmiş və demişdir ki, bu iş üzrə iddia müddəti keçib. Hakim heç bir araşdırma aparmadan bu fikir üzərinə qətnamə qəbul edib. Yeddincisi, məhkəmə qətnaməsinin mətni g ec yazıldığı üçün iddiaçı Adıgözəlov Xanlar, hakimə müraciət edərək bunun səbəbini soruşmuş və şikayət edəcəyini bildirmişdir. Hakim də ona geri telefonla zəng edərək ondan şikayət verməməsini, qətnamədən şikayət verməsini istəyib. Bundan başqa o, həmin danışıqda iddiaçı tərəfin verdiyi Rəy də daxil olmaqla bəzi sübutları işə daxil edə bilməyəcəyini də bildirib. Belə ki, iddiaçı mirası faktiki olaraq qəbul etdiyini inkar eləmir, sadəcə olaraq bildirir ki, onun yerinə kim isə, Notariat Kontoruna saxta Ərizə verərək saxta 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli Vərəsəlik Şəhadətnaməsi alıb və daha sonra digər sənədlər tərtib olunaraq torpaq və evi əlindən alınıb. Məhz bütün bu sənədlər, saxta Ərizə əsasında alınmış Vərəsəlik Şəhadətnaməsinə istinad edir. İddiaçı həmin saxta Ərizə əsasında verilmiş Vərəsəlik Şəhadətnamənin etibarsız sayılmasını tələb edib. Yəni iddia predmeti əqdin etibarsızlığı ilə bağlı bir məsələ olduğu halda, Məhkəmə səhvən mirasın qəbul və ya ondan imtina olunması ilə bağlı normaları tətbiq edib. Hesab edir ki, bu qəbul edilməzdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-305/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.M.Süleymanova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və G.İ.Cabbarova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron rayon məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)- 1529/2023 saylı qətnaməsi ləğv olunmuş, iddia rədd olunmuşdur.

18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməs i iddianı rədd etməkdə haqlı olsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. İddianı rədd edərkən birinci instansiya məhkəməsi həm 01.09. 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəlləyə, eyni zamanda xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etmişdir.

19. İddiaçının hüquqi varisi Adıgözəlov Xanlar Qubad oğlu məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq vermiş olduğu apellyasiya şikayətinin dəlili olaraq məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməsi, iş üçün əhəmiyyətli olan bütün ha lları aydınlaşdırmaması, işin təfsilatlı araşdırmadığı üçün iddia ərizəsinə düzgün qiymət verə bilməməsi, tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməməsi, əksinə tətbiq etməli olmadığı maddi hüququ tətbiq etməsini göstərmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk olaraq iddia tələbinin Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirilməlidir. İddiaçı bu barədə iddia tələbini irəli sürərkən iddia müddətini ötürmüşdür. Belə ki, işdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbinin təmin edilməməsi qət edilm işdir. Kollegiyanın qənaətinə görə iddiaçı tərəf ən azından 2019-ci il tarixdən hüququnun pozulduğundan xəbərdar olmuşdur, lakin qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi iddiaçı tərəf məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddətini ötürmüşdür.

21. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsə belə məhkəmə kollegiyasının qənaətinə görə müddətin tətbiq edilməsi barədə ərizənin verilməməsi hazırkı işə iddia müddətinin tətbiq edilməsini istisna etmir. Göründüyü kimi qanunverici iddia müddətinin tətbiq edilməsini cavabdeh tərəfin ərizə verməsi ilə şərtləndirməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır.

22. Məhkəmə kollegiyası iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyi və rəyin birinci instansiya məhkəməsi tərəfindən sübut növü olaraq qiymətləndirilməməsi ilə bağlı şikayətin dəlillinə də münasibət bildirərək qeyd etmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Araşdırılan mübahisə üzrə iddia müddətinin ötürülməsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasının əsası olaraq çıxış etdiyindən sözügedən ekspert rəyi iddianın həmin hissədə təmin edilməsi əsası olaraq qəbul edilə bilməz.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli 43560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilmə si, bilavasitə 22 mart 1989-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqəli olduğundan məhkəmə kollegiyası vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin rədd edilməsi qənaətinə və nəticəsinə gəldiyindən, eyni zamanda bağışlama müqaviləsinin etibarsız sayılmasına dair əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir.

24. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, tələb əsassız olduğundan iddiaçının cavabdehin törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi hissəsində də tələbi rədd edilməlidir.

25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx.xx.2000-ci ilədək qüvvədə olan) 73, 76, 77-ci maddələr inə, qüvvədə olan Mülki Məcəllənin 324.6, 337.1, 337.2, 337.3, 337.4, 390.2 və 666.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

26. İddiaçının hüquqi varisi Adıgözəlov Xanlar Qubad oğlu (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini, bu mümkün deyilsə, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbində haqlı olduğunu qəbul etsə də, həmin tələb üzrə iddia müddətini ötürdüyünü hesa b etmiş və bu əsasla iddia tələbini rədd etmişdir. Hesab etmişlər ki, məhkəmənin əqdin (Vərəsəlik Şəhadətnaməsinin) etibarsızlığı (əhəmiyyətsizliyi) tələbinə 3 illik iddia müddətini tətbiq etməsi ilə bağlı yanaşması da qəbul edilməzdir. Hesab edirlər ki, məhkəmənin əqdin (Vərəsəlik Şəhadətnaməsinin) etibarsızlığı (əhəmiyyətsizliyi) tələbinə 3 illik iddia müddətini tətbiq etməsi ilə bağlı yanaşması da qəbuledilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında açıq aydın deyilir ki, əhəmiyyətsiz əqdin məhkəmə qaydasında etibarsız sayılması mümkündür və bu tələb üzrə iddia müddəti şamil olunmur. Ape llyasiya instansiyası məhkəməsinin hüququn pozulduğu öyrəndiyi an olaraq 11 mart 2019-cu il tarixini götürmüş olması da qəbuledilməzdir. Belə ki, iddiaçı Vərəsəlik Şəhadətnaməsini almaq üçün təqdim edilmiş Ərizədə və Notariat Reyestr Kitabında olan imzanın ona aid olmadığını, saxta olduğunu həmin notariat sənədlərini vəkil sorğusu ilə çox çətinliklə Notariat Arxivindən aldığı tarixidə, yəni 10 fevral 2023-cü il tarixində bilib. Məhz bundan sonra imzanın yoxlanılması üçün X3 müraciət edib və həmin Mərkəzin xx.xx.2023cü il tarixli Rəyi ilə imzanın iddiaçıya aid olmadığı öz təsdiqini tapıb. İddiaçı xx.xx.2023-cü il tarixində isə Abşeron rayon Məhkəməsində iddia qaldıraraq əqdin (Vərəsəlik Şəhadətnaməsinin) etibarsız (əhəmiyyətsiz) sayılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Bunlarda n göründüyü kimi, iddiaçı Apelyasiya Məhkəməsinin bildirdiyi 3 illik müddəti də ötürməyib. Hüququn pozulduğunu bildiyi anda dərhal Məhkəməyə iddia ərizəsi müraciət edib. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2000-ci ilədək qüvvədə olan)

29. Maddə

73. Ümumi iddia müddətləri Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (16).

30. Maddə

76. İddia müddətinin keçməsindən asılı olmayaraq iddiaya baxılması İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir.

31. Maddə

77. İddia müddətinin tətbiq edilməsinin məcburiliyi İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (qüvvədə olan)

32. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqd lər ola bilər.

34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

37. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqa vilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

38. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsa slar yoxdur.

47. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

48. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. İddianı rədd edərkən birinci instansiya məhkəməsi həm 01.09. 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəlləyə, eyni zamanda xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk olaraq iddia tələbinin Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixli, 1-2-592 saylı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirilməlidir. İddiaçı bu barədə iddia tələbini irəli sürərkən iddia müddətini ötürmüşdür.

50. Belə ki, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-599/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Belə olan halda iddiaçı ən azından 2019-ci ildən hüququnun pozuldu ğunu bilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir.

51. Göründüyü kimi iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddətini ötürmüşdür.

52. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsə belə, bu hal da iddia müddətinin tətbiq edilməsini istisna etmir. Çünki mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə, iddia müddətinin tətbiqi üçün cavabdehin ərizə verməsi tələb olunmur.

53. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin xx.xx.2023-cü il tarixli, 43- 560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilmə si ilə bağlı tələbin rədd edilməsi qənaətinə və nəticəsinə gəldiyindən, eyni zamanda bağışlama müqaviləsinin etibarsız sayılmasına dair əsaslar müəyyən olunmadığından, iddia tələbi bu hissədə də rədd edilməlidir.

54. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, idd iaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı hüquqi varisi Adıgözəlov Xanlar Qubad oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(105)-305/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar