Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1991/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1991/22 (Açar sözlər: əqdin etibarsızlığı, zərərin əvəzinin ödənilməsi tələbi) Bakı şəhəri, 25 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-5221/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsin in inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, xx.xx.2009-cu il tarixli "xxxx" firmasının payının alqı-satqı müqaviləsinə əsasən, X8 "xxxx" firmasından ona məxsus 100% paydan 25% hissəsini İddiaçı1 5 manata və 25% hissəsini Cavabdeh 5 manata satmış, qalan 50% hissəsini isə özündə saxlamışdır. 2. "xxxx" firmasının 02 fevral 2010-cu il tarixli təsisçilərin ümumi yığıncağının iclas protokolunun surətindən müəyyən edilir ki, "xxxx" MMC-nin təsis yığıncağı firmanın təşkilatı hüquqi formasını dəyişdirərək bazasında "xxxx" MMC-nin yaradılması, cəmiyyətin yeni redaksiyasında nizamnaməsi hazırlanıb təsdiq olunaraq, firmanın təşkilatı hüquqi formasının dəyişdirilməsi ilə bağlı Vergilər qəzetində müv afiq elan verilməsi, "xxxx" MMCnin direktoru vəzifəsinə X5 təyin olunması, "xxxx" MMC-nin dövlət qeydiyyat məlumatlarının dəyişdirilməsi üçün vergi və digər dövlət orqanlarına müraciət edilməsi, təsis və digər sənədlərin imzalanması, təsdiq edilməsi, götürülməsi, təhvil verilməsi və firmaının təhvil aktının imzalanması səlahiyyətləri X9 həvalə edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «təsisçilikdən çıxarma» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə daxil olduğu 26 may 2009-cu il tarixli alıq-satqı müqaviləsinin ləğv olunması və təsisçiləri aldatdığı ******* manat pul vəsaitinin qayta rılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Daha sonra iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satıqısı barədə bağlanmış müqavilənin Cavabdeh aid hissədə etibarsız hesab olunması, həmin müqaviləyə əsasən qəbul edilmiş 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi, Cavabdeh "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi ******* manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin girəcəyində yerləşən avtomobil bazarı "xxxx" firm asının mülkiyyətində olmuş həmin bazarın 50 faiz payı İddiaçı1, 50 faiz isə Sabir Tarverdiyevin adına olmuşdur. Sabir Tarverdiyevin vəfatından sonra onun payı övladlarının adına keçmişdir. 2009-cu ildə Sumqayıt maşın bazarının sökülməsinin qarşısını almaq üçün bazar sahibi Sabir Tarverdiyə kömək üçün İddiaçı1 müraciət etmiş, İddiaçı1 isə həmin müraciətin araşdırılmasını«RiyadRenta» şirkətində 25 faiz nizamnamə payına malik şəriki Cavabdeh tapşırmışdır. Lakin Cavabdeh Sabir Tarverdiyevin vəfatından, habelə İddiaçı1 adından, etibarından sui-istifadə edərək İddiaçı1 "xxxx" firmasındakı payını yenidən rəsmiləşdirmək adı altında "xxxx" firmasının 25 faiz pay hissəsində özünü alıcı kimi təqdim etmiş və İddiaçı1 "xxxx" firmasındakı 50 faiz payının 25 faiz öz adına rəsimiləşdirilməsinə nail orlmuş dur. Belə ki, "xxxx" firmasından payın alqısatqısı müqaviləsindən göründüyü kimi "xxxx" firmasının təsisçisi X8 ona məxsus 100 faiz paydan 25 faiz hissəsini İddiaçı1 və 25 faiz hissəsini isə Cavabdeh satmışdır. Cavabdeh İddiaçı1 adından danışdığından satıcı Müşviq Tarverdiyev bu halı mübahisələndirməmişdir. Cavabdeh alqı-satı müqaviləsini İddiaçı1 gizlətmək məqsədi ilə alqı-satqı aparılan gün, yəni 26 may 2009-cu il tarixdə İddiaçı1 iştirakı olmadan İddiaçı1 yerinə saxta imza ataraq "xxxx" firmasının təsisçilərinin saxta qərarını tərtib etmiş, bu barədə Müşviq Tarverdiyevə heç bir məlumat vermədən İddiaçı1 tapşırığı kimi təqdim edərək payın alqı-satqısı barədə dəyişikliklərin qeydə alınması barədə Azərbaycan Respublikası Vergillər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət ed ilməsi, sənədlərin təhvil alınması və təhvil verilməsini cəmiyyətin direktoru kimi X6 həvalə etmişdir. 02 fevral 2010-cu il tarixə isə Cavabdeh digər təsisçi X1 iştirakı olmadan, özünü iclasın katibi kimi qeyd edərək və mahiyyəti barədə İddiaçı1 məlumat vermədən "xxxx" firmasının təsisçilərinin iclas protokolunu tərtib edərək "xxxx" firmasının adının dəyişdirilməsi və "xxxx" MMC adlandırılması, bir sözlə "xxxx" MMC-nin yaradılmasına nail olaraq "xxxx" MMC-də təsisçilərin nizamnamə kapitalındakı paylarının X15 oğlunun 50 faiz, İddiaçı1 25 faiz və Cavabdeh 25 faiz payı olmasını rəsmiləşdirmişdir. Lakin qeyd olunanlar barəsində İddiaçı1 xəbəri olmamışdır. Cavabdeh özünü Müşviq Tarverdiyevə və İddiaçı1 mərhum atası Aqil Əliyevin şəxs ailə həkimi, biznesinə nəzarət edən şəxs kimi tanıtmışdır. O na görə də X14 Şahbazovun tapşırıqlarını və hərəkətlərini mübahisələndirməyə cəhd etməmişdir. Beləlikdə, Cavabdeh çirkin niyyətləri baş tutmuş və İddiaçı1 adından, etibarından sui-istifadə edərək digər təsisçi Müşviq Tarverdiyevə tapşırıqlar, gösərişlər verərək şirkətin əmlak hüquqları ilə yanaşı, cəmiyyətin idarə edilməsini faktiki olaraq öz əlinə almış, cəmiyyətin hesabına əsassız olaraq varlanmışdır. Yalnız 2016-cı ilin əvvələrində Cavabdeh özbaşınalığı barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin İddiaçı1 müraciətindən və İddiaçı1 digər təsisçi Müşviq Tarverdiyevə tövsiyə xarakterli məktubundan sonra məlum olmuşdur ki, Cavabdeh İddiaçı1 ölkədə olan nüfuzundan sui-istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq, hakimyyət nümayəndəsinin adından istifadə edə rək özbaşınalıq etmiş, "xxxx" firmasının, xüsusilə də İddiaçı1 "xxxx" MMC-dəki əmlak və qeyri-əmlak hüquqlarını mənimsəmişdir. Belə ki, Cavabdeh "xxxx" MMC-yə rəsmi qaydada ayrılmış torpaq sahəsində fəaliyyət göstərən Sumqayıt maşın satışı bazarına bitişik torpaq sahələrinin ətrafında özü üçün əlavə torpaq sahələrini zəbt etmiş və həmin torpaqlar üzərində qanunsuz tikililər aparmışdır. Bu barədə İddiaçı1 Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 18 yanvar 2016-cı il tarixli 17 nömrəli məktubla rəsmi məlumat verilmişdir. İddiaçı1 Sumqayıt şəhər İcra Hakimiyyətinə vermiş olduğu cavab məktubunda bildirmişdir ki, "xxxx" MMC-nin təsisçilərindən biri olsa da, Sumqayıt şəhərinin girişində yerləşən avtomobil satışı bazarında baş verən neqativ hallardan, xüsusilədə Cavabdeh onun etibarından sui-is tifadə edərək özbaşınalıqlar etməsindən məlumatı olmadığını bildirmişdir. Bundan sonra İddiaçı1 digər təsisçi Müşviq Tarverdiyevə tövsiyə məktubu göndərmiş və baş vermiş neqativ halların araşdırılmasını etbarnamə üzrə nümayəndəsi X12 tapşırmışıdr. Araşdırma zamanı məlum olmuşdur ki, uzun illər ərzində Sumqayıt maşın satışı bazarının fəaliyyəti və maddi vəziyyəti ilə bağlı Cavabdeh, İddiaçı1 etibarından suiistfadə edərək ona yanlış məlumatlar vermiş, gəlirləri gizlətmişdir. 2009-cu il may ayından 2016-cı ilin yanvar ayına kimi olan tarixədək maşın bazarının fəaliyyəti nəticəsində yığılan, yəni İddiaçı1 çatası ******* manat məbləği mənimsəmişdir. Bundan əlavə Cavabdeh "xxxx" MMC-nin digər təsisçi Müşviq Tarverdiyevi inandırmışdır ki, o, hər yanda nüfuza malik olan həkim və profesordur və döv lət qurumlarında sözü ötərlidir. Bu səbəbdən də MMC-nin vergi probldemlərini özü həll edcəkdir. Vergi rüsumun ödənilməsi adı ilə Cavabdeh Müşviq Tarverdiyevdən almış oluduğu 170000 manatın 100000 manatını vergi orqanlarına ödəmiş, qalan 70000 manatı isə mənimsəmişdir. Bundan əlavə "xxxx" MMC-nin nəzdində olan əmlakın formalaşmasında orada möcud vəziyyətdə olan tikililərin inşa edilməsi və hazırkı vəziyyətdə çatdırılmasına Cavabdeh tərəfindən bir manat belə investisiya qoyulmamış və hər hansı bir zəhmət çəkkilməmişdir. Cavabdeh yalnız hər həftənin şənbə və bazar günləri şəxsi maraqlarını həyata keçirmək məqsədi ilə günün sonuna yaxın Sumqayıt maşın bazarına gedərək MMC-nin təsisçilərindən biri olan Müşviq Tarverdiyevə və orada çalışan direktor Hamlet Sadıqova, İddiaçı1 adından hədəqorxu gəl ərək həftəlik yığılan pulları guya İddiaçı1 çatdıracağına inandıraraq almışdır. Sonradan İddiaçı1 məlum olmuşdur ki, Cavabdeh tərəfindən Müşviq Tarverdiyevə və Hamlet Sadıqova onun adından yalandan, uydurma hədə-qorxu gələrək onun yanına gəlmələrinə qadağa qoymuşdur. Cavabdeh guya faktiki rəhbəri olar Nikah klinikasında olan xəstələri ilə bağlı işi çox olduğundan hesabat verməyə vaxtı olmadığını yalandan söyləyərək İlqarı aldadaraq düzgün məlumatlandırmamışdır. Cavabdeh İlqar və digər təsisçilərə qarşı dələduzluq edərək müxtəlif şirkətlərdən aldatma yolu vəsaitləri mənimsəməsini sonradan bilmişdir. Ona tutulmuş iradlardan nəticə çıxarmayaraq oğurladığı vəsaitləri geri qaytarmaqdan imtina etmişdir. Buna görə də Cavabdeh barəsində qanun çərçivəsində tədbirlər görülməsinə dair qərara gəlmiş lər. İddiaçı1 təsisçisi olduğu "xxxx" MMC-nin əsas təsisçilərindən biri olan mərhum Sabir Tarverdiyev və sonra onun oğlu Müşviq Tarverdiyev olmuşdur. Cavabdeh sonradan nizamnamə payına saxta yolla əl ataraq nail omuşdur. Ona görə də 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilənin Cavabdeh dair hissədə etibarsız hesab olunması, həmin müqaviləyə əsasən qəbul edilmiş 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı ilə və 02 fevral 2010-cu il tarixli «Vicdan1» firmasının təsisçilərinin iclas protokolunun etirabarsız hesab edilməsi və Cavabdeh "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi ******* (üç milyon doqquz yüz beş min) manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarımasını xahiş etmişlər.
6. Bakı şəhəri N əsimi Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(006)-3359/2018 saylı qərardadı əsasında verilmiş 26 noyabr 2018-ci il tarixli 21634 nömrəli rəydən aydın olur ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 130-cu vərəqəsində yerləşən "xxxx" MMC firmasının təsisçilərinin 26 may 2009-cu il tarixli qərarının təqdim edilmiş kserosurətinin aşağı hissəsində «Təsisçilər» qrafasında 2-ci sırada «İddiaçı1» sözü önündə əks edilmiş imza, İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 2-ci cildinin 136-138-ci vərəqələrində yerləşən "xxxx" MMC-nin 24 fevral 2010-cu il tarixli Nizamnaməsinin (yeni redaksiyada) təsdiq edilmiş kserosurətində «Təsdiq edilmişdir» qrafasında «İddiaçı1» sözünün qarşısında və mülki işin 2-ci cildinin 139-14 0-cı vərəqələrində yerləşən "xxxx" MMC firmasının Təsisçilərinin 2 fevral 2010-cu il tarixli iclas protokolunun təsdiq edilmiş kserosurətində «Sədr» qrafasında İddiaçı1» sözləri önündə əks olunmuş imzaların-İddiaçı1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)262/2019 saylı, 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilə Cavabdeh dair hissədə etibarsız hesab edilmiş, 26 may 2009-cu il tarixdə "xxxx" firmasından payın alqı-satqısı barədə bağlanmış müqaviləyə əsasən qəbul edilmiş 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı və 02 fevral 201 0-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolu etibarsız hesab edilmiş, Cavabdeh "xxxx" firmasının təsisçilərini aldadaraq mənimsədiyi ******* (üç milyon doqquz yüz beş min) manat pulun "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 337, 339, 21-ci maddələrinə istinadla iddia tələbini təmin etmişdir.
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X8 “Vicdan1” firmasının yeganə təsisçisi olaraq, özünə məxsus 100 faiz payı özgəninkiləşdirmək hüququna malik olmuş və o bu hüququndan istifadə edərək, payının 25 faizini İddiaçı1, 25 faizini isə Cavabdeh 2009-cu ildə notarial qaydada təsdiq edilmiş alqı-satğısı müqaviləsinə əsasən satmışdır. Daha sonra qeyd olunan firmanın təşkilati-hüquqi forması dəyişdirilmiş, nizamnaməsində dəyişikliklər edilmiş, yeni qanuni təmsilçi təyin olunmuş, MMC ilə bağlı dövlət qeydiyyatında dəyişikliklər edilmişdir. Hazırda isə, firmanın paylarının satılmasından 10 il keçdikdən sonra iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payların alqısatqı müqaviləsinin və təsisçilərin qər arının etibarsız hesab edilməsini xahiş etmişlər. İddia ərizəsinin məzmununa əsasən cavabdeh iddiaçıları aldadaraq, şirkətin paylarının 25 faiznin onun adına satılmasına nail olmuş və iddiaçılar 10 ildən artıq müddətdə bunu mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən aldadılaraq, müqavilə bağladıqlarını qeyd etsələr də, bu aldatmanın nədə ifadə olunduğunu qeyd etməmişlər, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
12. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd olunduğu kimi həmin qərar və protokoldan sonra firmanın təşkilati hüquqi forması dəyişdirilmiş, nizamnaməsində dəyişikliklər edilmiş, yeni qanuni təmsilçi təyin olunmuş, MMC ilə bağlı dövlət qeydiyyatında dəyişikliklər edilmiş, qeyd olunan dəyişiklərin edilməsi təsisçilər - iddiaçılar tərəfindən mübahisələndirilməmişdir.
13. Məhkəmə iddia tələbinin pul tələbi ilə bağlı hi ssəsinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, qətnamədə iddia ərizəsinin məzmununu, şahid kimi qəbul etdiyi şəxslərin yazılı ifadələrini qeyd etməklə və əqdlərin etibarsızlığı ilə bağlı qanunvericiliyin müddəalarını əks etdirməklə, heç bir hüquqi əsaslandırma aparmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi MPM-nin tələblərinə zidd olaraq iddiaçılar tərəfindən təqdim olunmuş bir neçə şəxsin yazılı ifadəsini sübut kimi, həmin şəxsləri isə şahid kimi qəbul etmişdir. Məhkəmə dindirmədiyi şəxsləri şahid kimi tanımış, onlar faktiki olaraq dindirmədən, iddiaçıların təqdim etdikləri ərizələrini şahid ifadələri kimi qiymətləndirmişdir ki, bu isə qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Kassasiya instansiyası məhk əməsində birinci icraat a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Məzmunu iddia ərizəsinin və apellyasiya məhkəməsində verilmiş izahatların məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə apellyasiya şikayətinin cavabdeh tərəfindən imzalanmaması ilə bağlı vəsatətini əsassız olaraq təmin etməmiş, iddia müddətini tədbiq edərkən maddi hüquq normaların ın tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları ətraflı araşdırmayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Həsənov) 05 aprel 2021-ci il tarixli, 2(102)-1/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6588/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin faktiki əsası ilə bağlı heç bir araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinə təqdim edilmiş notarial təsdiqli ərizələrə heç bir qiymət verməmiş, həmin şəxslərin məhkəmədə dindirilməməsi səbəbindən ərizədə qeyd edilənlərin şahid ifadələrini əvəz etmədiyini qeyd etmişdir. Bu qənaətə gələn məhkəmə həmin ərizələri nə üçün sübut kimi qəbul etmədiyini qətnamədə əsaslandırmamış, özü eyni səhvi təkrarlayaraq həmin şəxslərin məhkəmə iclasında şahid kimi dindirilmələri məsələsini müzakirə etməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarını və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi hissəsinə heç bir qiymət verməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində həmin sə nədlərdəki imzanın cəmiyyətin təsisçilərindən olan İddiaçı1 tərəfindən icra edilməməsinə əhəmiyyət verməmiş, iddia tələbinin bu hissəsi ilə bağlı araşdırma aparmamış, qeyd edilən qərar və iclas protokolu qəbul edilərkən cəmiyyətin üzvlərinin səlahiyyətli olub-olmaması məsələsinə Mülki Məcəllənin tələbləri baxımından qiymət verməmişdir. Hazırki işdə iddia tələbi əqdin etibarsızlığı ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi kəsici müddəti iddia müddəti kimi qəbul edərək Mülki Məcəllənin normalarının və Plenumunun qeyd edilən qərarının tələblərini pozmuşdur. İddia müddətinin ötürülməsi qənaətinə gələn məhkəmə iddiaçıların hüququnun pozulmasını hansı andan bilmələrini, müddətin axımının hansı tarixdən başlanmasını göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) 03 dekabr 2021-ci il tarixli, 2(103)5221/2021 nömrəli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli 2(006)-262/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli 4/987 saylı ekspert rəyinə görə, mülki işin İİİ cildinin 55-66-cı səhifələrində olan apellyasiya şikayətində “Cavabdeh” yazılarından əvvəl yerləşən imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ekspert rəyinə əsasən, mülki işin 1 -ci cildinin 160165-ci səhifələrində olan iddianın dəyişdirilməsinə dair 28 dekabr 2017-ci il tarixli ərizədə “İddiaçı2” yazılarından əvvəl yerləşən imza X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiya işin imzalarla bağlı mübahisələndirilən hissəsinə münasibətdə hesab edir ki, iş üzrə alınmış ekspert rəyinə əsasən də apellyasiya şikayətinin cavabdehin özü tərəfindən, iddia tələbinin dəyişdirilməsi haqqında ərizənin də iddiaçı X8 tərəfindən imzalanmaması öz təsdiqini tapsa da, apellyasiya şikayəti və iddia tələbinin dəyişdirilməsi haqqında ərizə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müdafiə olunaraq hər birinin öz mənafeyinə uyğun və özlərinin iradə ifadəsi olduğu müəyyən olunduğundan apellyasiya şikayəti və iddia tələbinin dəyişdirilməsi haqqında ərizənin mü bahisələndirilən hissədə baxılması mümkündür. İddia müddətinin tətbiqi ilə bağlı Kollegiya iş üzrə müəyyən olunmuş halları və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırki işdə iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olduğundan burada iddia müddəti deyil, mülki qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddətlə bağlı qaydalar tətbiq olunmalıdır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyət lə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2. maddəsinə görə, bu Məcəllənin 347.1-ci mad dəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
21. Sadalanan maddələrinin dispozisiya şərtlərinin təhlili göstərir ki, qanunverici əqdin əhəmiyyətsiz olmasını əlavə heç bir şərt və hərəkətin olması ilə, o cümlədən müddətin keçməsi ilə şərtləndirməmişdir. Yəni, əhəmiyyətsiz əqd mübahisələndirilib mübahisələndirilməməsindən asılı olmayaraq, özü-özlüyündə əhəmiyyətsizdir və əqdin tərəfləri üçün heç bir hüquq və vəzifələr əmələ gətirmir. Əhəmiyyətsiz əqd özlüyündə etibarsız olduğundan, qanunverici əqdin özünün deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı iddialar üçün müddətin tətbiq edilməsini nəzərdə tutmuşdur. Əhəmiyyətsiz əqdin etibarsızlığının mübahisələndirilməsinə isə müddətin tətbiq edilməsi nəzərdə tutulmamışdır.
22. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, mübahisənin həlli zamanı MM-in 354.1-ci maddəsində göstərilmiş müddətlərə istinad edilməsi və iddiaçılar tərəfindən əqdin etibarsızlığının mübahisələndirilməsi müddətinin ötürülməsinin ehtimal edilməsi yolverilməzdir. Bundan əlavə, məhkəmə birinci instansiya məhkəməsindəki icraatda alınmış ekspertiza rəyini və şahid kimi göstərdiyi X13, İddiaçı1 Qulu oğlunun, X10, X3, X4, X2, X11 və X7 notarial qaydada təsdiq edilmiş ərizələrinin mətnini qətnamədə qeyd edərək bu nəticəyə gəlmişdir ki, "xxxx" MMC firmasının təsisçilərinin 26 may 2009-cu il tarixli qərarındakı imza cəmiyyətin təsisçilərindən olan İddiaçı1 tərəfindən icra edilməmiş, Cavabdeh İddiaçı1 adından, etibarından sui-istifadə edərək İddiaçı1 "xxxx" firmasındakı 50 % payının 25% öz adına rəsmiləşdirilməsinə nail olmuş, "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən Sumqayıt maşın bazarının fəaliyyəti və orada gedən proseslər, eləcə də yığılan pullar haqqında İddiaçı1 heç bir məlumat verməmiş və nəticə etibarilə 3.905.000 manat məbləğində pulu mənimsəmişdir. Kollegiya hesdab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi və notarial təsdiqli ərizələr işin müəyyən olunmuş halları ilə üst-üstə düşür, birbirini təkzib edən ziddiyyətli hallar müəyyən edilmir, ona görə də ekspert rəyi və ərizələr iş üzrə əsaslı və mötəbər sübutlar kimi qəbul olunmalıdır.
23. Apellyasiya məhkməsi hesab etmişdir ki, 26 may 2009-cu il tarixdə Vicdan-1 firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilə cavabdeh tərəfindən iddiaçıların aldadılması yolu ilə bağlanmış əqd olduğundan etibarsızdır. Eyni zamanda 26 may 2009-cu il tarixli "xxxx" firmasının təsisçilərinin qərarı və 02 fevral 2010-cu il tarixli "xxxx" firmasının təsisçilərinin iclas protokolunun da etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcuddur.
24. Məhkəmə qətnaməni qəbul edərəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 337.2,337.4,339.1, 339.3,339.5-ci maddələrinə istinad etmişdir. Kassasiya instan siyası məhkəməsindəki ikinci icraat
25. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması və ya işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 11 sentyabr 2015-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə iddia olunan ******* (üç milyon doqquz yüz beş min) manat vəsaitin hansı mənbə hesabına yaranması qətnamədə öz əksini tapmamış, eyni zamanda həmin məbləğin hansı mühasibat sənədləri ilə hesablanmasına dair hər hansı sübut təqdim olunmamışdır.Kassasiya şikayətində göstərilir ki, məhkəmə kollegiyası qətnamədə göstərilən maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, i şin hallarına müvafiq olaraq hüquqi cəhətdən əsaslandırmamışdır. Belə ki, iddia ərizəsində göstərilən və olduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsinə köçürülmüş, Mülki Məcəllənin 337 və 339-cu maddələrinin bütün müddəaları, olduğu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə köçürülmüş, lakin həmin maddi hüquq normalarının işin hansı halına tətbiqi və aidiyyatı müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.[297]
30. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
31. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
32. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bi r il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən ba şqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiya sı məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Kollegiya əvvəlcə onu bildirir ki, Ali Məhkəmənin Mülki kollegiyasının hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı1 Cavabdeh qarşı iddiadan imtina barədə ərizəsi qəbul edilərək, q ətnamə İddiaçı1 tələblərinə aid hissədə ləğv edilərək iş üzrə icraata həmin hissədə xitam verilmişdir.
45. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, İddiaçı2 Cavabdeh qarşı tələbləri üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
46. Belə ki, məhkəmələr "xxxx" firmasından payın alqı-satıqısı barədə 26 may 2009-cu il tarixdə bağlanmış müqaviləni Cavabdeh aid hissədə və "xxxx" firmasının təsisçilərinin qərarını etibarsız hesab edərkən həmin əqdin aldatma səbəbilə etibarsız olmasına istinad etmişlər.
47. Kollegiya bildirir ki, aldatma bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı (§ 29-30).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
49. Bununla belə, hazırkı işdə Cavabdeh İddiaçı2 aldatma hərkətlərinin nədən ibarət olması, sonuncunun hansı məsələdə və necə yanılmaya düşməsi (qəsdən aldadılması) barədə konkret məlumat və sübutlar təqdim və tədqiq olunmamışdır.
50. Halbuki, əqdin aldatma səbəbilə etibarsızlığını irəli sürən tərəf həmin halları sübuta yetirməyə borcludur (§ 37).
51. Bundan əlavə, əgər iradənin zədələnməsi nəticəsində, o cümlədən aldatma səbəbilə əqdin etibarsızlığı irəli sürülürsə, şəxsin aldadılmasını bildiyi andan bir il ərzində həmin əqdi mübahisələndirdiyi müəyyən edilməlidir.
52. Mübahisələndirmə dedikdə, tərəfin bağlanmış əqdlə bağlı olmadığını (bu barədə iradə ifadəsini) qarşı tərəfə bildirməsi başa düşülür (§ 28). Mübahisə etmək hüququndan istifadə edən şəxs özünün iradə bəyanını qarşı tərəfə çatdırdığı anda n əqdi mübahisələndirmiş və etibarsızlıqla bağlı hüquqi nəticəni əmələ gətirmiş sayılır.
53. Mübahisələndirmənin müddətləri isə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu baxımdan həmin normadakı müddətlər əqdin etibarsız sayılması haqqında iddia qaldırılması üçün deyil, iradənin zədələnməsi hallarına görə əqdin mübahisələndirilməsi üçün müəyyən edilmiş kəsici müddətlərdir (§ 32).
54. Hazırkı işdə isə apellyasiya məhkəməsi aldatma ilə bağlı konkret hallara istinad etmədiyi kimi, bu əsasla əqdin mübahisə edilməsinə dair MM-in 354.2-ci maddəsini də müzakirə etməmişdir. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında 354.1-ci maddəsinə istinad etmişdir ki, həmin normanın aldatma səbəbilə əqdin etibarsız sayılması tələb inə aidiyyətinin nədən ibarət olması, ümumiyyətlə hansı əsasla bu mübahisəyə tətbiqini əsaslandırmamışdır. Bu hallar isə qeyd edilən maddi hüquq normalarının səhv tətbiq olunmasına dəlalət edir.
55. Eyni zamanda qətnamədə istinad olunan digər dəlil - 26 may 2009-cu il tarixli iclas protokolundakı imzanın İddiaçı1 tərəfindən icra edilməməsinin payın alqı-satqısına dair müqavilənin etibarsız sayılmasına təsiri əsaslandırılmamışdır.
56. Kollegiya pul vəsaitinin mənimsənilməsi ilə bağlı tələbə aid hissədə əvvəlcə onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tə ləb etmək hüququ; müdafiə hüququ.
57. MMC-də iddia olunan (təsisçilərdən biri tərəfindən) mənimsəmə faktı sübuta yetirilsə belə, əgər zərər hüquqi şəxsə vurulmuşdursa, həmin zərərin əvəzinin ödənilməsi tələbinin şirkətin təsisçisinin deyil, hüquqi şəxsin rəhbərinin irəli sürməsi imkanı, bu çərçivədə iddiaçı Müşfiq Tarverdiyevin hazırkı işdə pul tələbini irəli sürmək hüququna malik olub-olmaması məhkəmələr tərəfindən müzakirə edilməmişdir.
58. Bundan əlavə, mülki hüquq münasibətlərində iddiaçının pul tələbi cavabdehin müqavilədən, yaxud qanundan irəli gələn hər hansı bir öhdəliyinə söykənməlidir. Məlum olduğu kimi, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətd ən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 33-34).
59. Baxılan işdə iddiaçı Müşfiq Tarverdiyev, pul tələbinin əsası kimi Cavabdeh mənimsəmə əməlinə, yəni mülki hüquq pozuntusu (delikt) törətməsinə istinad edir.
60. Delikt normalarına əsasən, cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusuna söykənən tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur.
61. Baxılan işdə isə cavabdehin iddiaçıya münasibətdə qeyri-hüquqi əməl törətməsi sübuta yetirilmiş sayıla bilməz.
62. Belə ki, apellyasiya məhkəməsi pul vəsaitinin mənimsənilməsi barədə tələbi təmin edilərkən 8 nəfərin (onların iddiaçıların işçiləri - fəhlə, mühafizəçi və nəzarətçi olduğu bildirilir) yazılı ərizələrinə istinad etmişdir. Həmin şəxslər nəinki əvvəlki məhkəmə baxışlarında şahid qismində dindirilməmiş, hətta kassasiya məhkəməsinin bu istiqamətdə verdiyi göstəriş də ikinci apellyasiya baxışında yerinə yetirilməmişdir. Bu hal isə MPM-nin 420-ci maddəsinin tələblərinə riayət olunmadığını göstərir (§ 41).
63. Bundan əlavə, Cavabdeh tərəfindən mənimsənildiyi iddia olunan 3.905.000 manat vəsaitin istinad olunan dövrdə şirkətin maliyyə dövriyyəsində olub-olmaması, cavabdeh tərəfindən qanunsuz şəkildə ələ keçirilib-keçirilməməsi və digər bu kimi mühasibatlıq məsələləri şirkətin mühasibinin və aidiyyəti məsul şəxslərin, və dövlət orqanlarının iştirakı ilə araşdırılmamış, zəruri olduqda auditor yoxlamasının keçirilməsi və müvafiq ekspertiza rəyinin alınması təmin edilməmişdir.
64. Bu hallar isə iş üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına dair mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasına dəlalət edir (§ 36).
65. İş materiallarında olan Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəs inin «cinayət işinin rədd olunması barədə» xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Müşfiq Tarverdiyevin şikayəti əsasında "xxxx" MMC-nin 80 aylıq fəaliyyəti dövründə digər təsisçi İddiaçı1 göndərdiyi 3.500.000 manatın, vergi ödənişi üçün verdiyi 105.000 manat nağd pul vəsaitinin və 500.000 manat dəyərində müxtəlif avtomobillərin Cavabdeh tərəfindən ələ keçirilməsi faktı təsdiq edilməmişdir. İstintaq orqanı bu qənaətə gələrkən məsələyə Azərbaycan Respublikası DİN-nin Bas Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılma aparılmaqla hüquqi qiymət verilməsini və həmin araşdırma zamanı M.Tarverdiyevin heç bir şikayətinin olmaması barədə verdiyi ərizəni də nəzərə almışdır. Həmin qərarla göstərilən fakt üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və tərəfə mülki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
66. Apellyasiya məhkəməsi isə bu xüsusata münasibət bildirməmiş, həmin məlumatların hazırkı mübahisənin həllinə təsirini işdəki digər sübutlarla birlikdə qiymətləndirməmişdir (§ 38).
67. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən halları nəzərə almamış, maddi və prosessual hüquq normalarını səhv tətbiq etmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
68. Ona görə də qətnamə iddiaçı Müşfiq Tarverdiyevin tələblərinə aid hissədə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müva fiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5221/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı2 tələblərinə aid hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Elşad Şamayev İlqar Xələfov