Məhkəmə qərarları › İş №2(102)-2130/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2130/2024

28.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülk
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2130/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Ləğv prosesində olan "xxxx" A çıq Səhmdar Cəmiyyəti və X qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-192/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 28 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə, cavabdeh İddiaçı2 ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 07/5470/İBK saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı2, X3 və İddiaçı1 müştərək qay dada 125627,22 ABŞ dolları məbləğində əsas və 28531,72 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 154158 ABŞ dolları 94 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutmanın cavabdeh X2 məxsus, ilkin satış qiyməti 195000 manat müəyyən edilməklə, AZ 5021, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352,9 kv.m (237.6 kv.m yaşayış sahəsi; 115.3 kv.m yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinə və İddiaçı1 məxsus olan, ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə Sumqayıt şəhəri. Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evlərinin açıq hərracdan satılmalı və onların satışından əldə edilən pul vəsaiti hesabına ümumilikdə 154158,94 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" ASC-nə ödənilməli, qalan vəsaitin isə cavabdehlər X3 və İddiaçı1 qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlər İddiaçı2, X1 və İddiaçı1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh3 ASCnə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun cavabdehlər İddiaçı2. X1 və İddiaçı1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

2. Cavabdeh1 46478/19 saylı icra işində olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

3. Cavabdeh1 hərracın keçirilməsi haqqında şifariş məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraatda ünvan 1 ünvanında. 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m. yaşayış sahəsi; 115.3 kv.m. yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinə və Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəl i, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan 3 otaqlı fərdi yaşayış evinə dair hərracın keçirilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. 4. "xxxx" Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-200/1 №-li protokoldan görünür ki, X2 məxsus ünvan 1 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 25 №-İi fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 195.000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 124313 (yüz iyirmi dörd min üç yüz on üç) manat müəyyən olunmuşdur. 5. "xxxx" Hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-200 №-li protokoldan görünür ki, İddiaçı1 məxsus Sumqayıt ş. Corat qəs. 73-cü məhəllə, 0.06 ha torpaq sahəsində yerləşən 72 B saylı fərdi yaşayış evinin alıcısı " xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 76500 manat müəyyən olunmuşdur.

6. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 0,06 ha torpaq sahəsində yerləşən 72 B saylı fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir. Əmlakın ilkin satış qiyməti-120000 manat, əmlakın satılmış son qiyməti: 76500 (yetmiş altı min beş yüz) manatdır.

7. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, X2 məxsus ünvan 1 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən 25 №-İi fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-dir, həmin fərdi yaşayış evinin ilkin satış qiy məti 195000 manat müəyyən olunmuş, əmlakın hərracda satılmış son qiyməti isə 124313 manatdır.

8. Cavabdeh1ndən X ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun mahiyyətindən görünür ki, İcra zamanı ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kv.m (237.6 kv.m yaşayış sahəsi; 115.3 kv.m yardımçı sahəsi) olan 25 nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95.04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evləri hərrac vasitəsi ilə "xxxx" ASC tərəfindən alındığından, həmin yaşayış sahələrinin üzərindən məhdudiyyətin götürülməsi və alıcının adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın keçirilmə nəticələrinin xx.xx.2019-cu il tarixli Y-200 №-li hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73cü məhəllə, ev 72B xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ASC ilə İddiaçı2 arasında xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsi əsasında sonuncunun adına kredit xətti açılmış və iddiaçının adına dövlət qeydiyyatına alınmış mübahisəli ev ipoteka edilmişdir. Devalvasiya ilə əlaqədar əsas borclu İddiaçı2 krediti ödəyə bilmədiyindən, Cava bdeh3 ASC borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin müqavilə ləğv edilmiş, 125627,22 ABŞ dolları əsas borc, 28531,72 ABŞ dolları faiz borcu olmaqla cəmi 154158,94 ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul vəsaiti tutularaq banka ödənilməsi və borcun ipotekaya yönəldilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, onun mülkiyyətində olan Sumqayıt şəhəri,Corat qəsəbəsi, 73-cü məhəllə, 72B saylı ev ilkin satış qiyməti 120000 manat müəyyən edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının məhkəmə iclasında iştirakı təmin edilməmiş, nə də icraata başlamaq haqda Qərarla tanış edilməmiş, iddiaçının şikayət vermək hüququ pozulmuşdur. İddiaçı2 məhkəmədə işə baxılıb yekun qərar çıxarılana kimi icraatın dayandırılması ilə əlaqədar icra məmuruna müraciət etməsinə baxmayaraq, icra məmuru nə onu, nə də iddiaçıya xəbərdarlıq etmədən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsini icraata yönəltmişdir. İddiaçıya xəbər vermədən "xxxx" tərəfindən evi açıq hərracdan 76500 manata satılmış və bank tərəfindən alınmışdır. "xxxx"ndə olduqda, həqiqətən iddiaç ıların iştirakı təmin edilmədən gizlin 3 dəfə hərrac keçirilməsinin və xx.xx.2019-cu il tarixdə İddiaçı1 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B saylı ev 76500 manata Cavabdeh3 ASC-nə satılması barədə məlumat almışdır. "xxxx"nin Hərracın nəticələri haqqında Y-200 nömrəli xx.xx.2019-cu il tarixli Protokolla razı deyildir. Hesab edir ki, İcra sənədi icraata yönəldilənə qədər iddiaçıya məhkəmə müdafiəsindən tam istifadə etməyə imkan yaradılmalı, İcraata başlamaq haqqında Qərarla tanış edilməli, ondan şikayət etmək hüququndan istifadə etməli, icra sənədinin hərraca göndərilməsi, bundan əlavə keçirilən hərrac barədə xəbərdar edilməli, evi bankın aldığı qiymətə iddiaçıya təklif edilməli, evin iddiaçının özü tərəfindən münasib qiymətə alınması və satı lması üçün şərait yaradılmalı, vaxt verilməli idi. Evi ekspertiza tərəfindən dəyərindən aşağı qiymətləndirilmişdir. İddiaçı həmin qiymətləndirmədən sonra evi təmir etdirmişdir. Bank isə evini iddiaçıdan gizlin keçirilən hərracda 76500 manata almışdır.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mülki iş üzrə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilmişdir.

12. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, artıq hərrac təşkil olunmuşdur və ipoteka ilə yüklü edilmiş əmlak xüsusi mülkiyy ətlərindədir, bankın adına çıxarış mövcuddur. Əgər hərracın keçirilməsi barədə xəbərdarlıq məktubunun iddiaçılara çatdırılmaması ilə bağlı qanun pozuntusu varsa, bu, İcra İdarəsi ilə Hərrac Mərkəzinin problemidir. Belə ki, tərəflərindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qarşı tərəfin evin qiymətləndirilməsinin aşağı olmasına narazılıq etsə də, 2018-ci ildə evin likvid dəyəri məhkəmə qətnaməsi əsasında müəyyənləndirilmişdir, həmin qiymətlə də bugünkü qiymət arasında fərq mövcud ola bilər. Əgər evin dəyəri hərracda müəyyən edilməli olsaydı, onda ev hərrac keçirilən vaxt qiymətləndirilərdi. Hazırkı işdə isə ev məhkəmə qətnaməsi əsasında qiymətləndirilmişdir.

13. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 1 sentyabr 2023-cü il tarixli 2(060)-2195/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia təmin edilməmişdir.

14. Məhkəmə işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddiası əsassızdır, iddiaçılar iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 416-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 39.2, 41.1, 42.1, 44, 53.1, 53.2, 53.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməkl ə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı2 apellyasiya şikayəti verərək birincin instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" onların iştirakı təmin edilmədən formal 3 dəfə hərrac keçirmiş və onsuz da real qiymətindən dəfələrlə aşağı qiymətə qiymətləndirilmiş evin xx.xx.2019-cu il tarixdə 76500 manata Cavabdeh3 ASC-nə satılması barədə məlumat almışdır. Hərracın nəticələri haqqında Y-200 nömrəli Protokol verilmişdir. Söhbət əsnasında Mərkəzin işçisi etiraf etmişdir ki, "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmişmişdir. Həqiqətən cavabdehin nə rəsmi sayıtında, nə də kütləvi informasi ya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə banka ipoteka edilmiş evin hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş evin qiymətini qəsdən aşağı salmaq məqsədi ilə guya 2 dəfə hərrac baş tutmamış, 3-cü dəfə isə əmlak banka satılmışdır. O və evin mülkiyyətçisi nə rəsmi, nə də qeyri-rəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamışlar. Həmin nəticə ilə razı deyil, bankla razılığa gəlmək, krediti hissəhissə ödəyərək evi sahibinə geri vermək istəyir. Hərrac açıq auksion formasında keçirilir. "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmişdir. Çünki cavabdehin nə rəsmi sayıtında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə ipoteka et diyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlaklarımın qiymətini qəsdən aşağı salmaq məqsədi ilə guya 2 dəfə hərrac baş tutmamış, 3-cü dəfə isə əmlaklar banka satılmışdır. O nə rəsmi, nə də qeyri-rəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamışdır. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yerı, forması, onun predmeti və keçirilmə qaydası,`o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqın da və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından göründüyü kimi onlara belə bir şərait yaradılmamışdır. Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiya məhkəməsi) 2(105)-192/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin ed ilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Kollegiya birinci instansiyası məhkəməsinin qiymətləndirməsi ilə tam razılaşır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar ipoteka predmetlərinə dair hərracların keçirilməsini mübahisələndirdikləri halda hərracın keçirilməsini qanun pozuntusu ilə olduğu kimi qələmə versələr də, iş materiallarından həmin hallar müəyyən olunmur.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, hazırki halda sübutetmə yükü üzərinə düşən iddiaçı öz dəl illərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir. Daha öncə qeyd olunduğu kimi iddiaçı məhkəməyə heç bir mötəbər, legitim, əsaslı, şübhədən kənar sübutlar təqdim edə bilməmişdir. Hazırda hərracın nəticələrinin etibarsız hesab edilməsi və ya ləğv olunması üçün iş materiallarında əsaslı sübut yoxdur.

21. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı2 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin ye nidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin 415, 416-cı maddələrini pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

24. Məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil formal mülahizələrə əsaslanılmışdır. Beləki, məhkəmə aidiyyatı təşkilatlarla telefon əlaqəsi saxlamış, lakin "xxxx"nin harada yerləşməsi və fəaliyyəti haqda məlumat əldə edə bilməmiş, aldığı məlumat bütün respublikanın onları axtarması olmuşdur. Lakin buna baxmayaraq iddianı təmin etməmişdir. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda ehtimallara əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanun (hərrac keçirilərkən qüvvədə olan redaksiyada)

27. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndə rişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

28. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan b iri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

29. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olm ayaraq dərc etdirilir.

30. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

31. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

32. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

33. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

34. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

47. Belə ki, iddiaçı keçirilmiş hərraclar barədə ona və ipotekaqoyanlara hər hansı məlumat verilmədiyinə görə həracın nəticələrini mübahisələndirir.

48. Birinci instansiya məhkəməsi hərracın keçirilməsi zamanı qanun pozuntusu olması nın iş materaialları ilə müəyyən edilmədiyinə istinad edərək iddianı rədd etmiş, apellyasiya məhkəməsi də həmin qətnaməni qüvvədə saxlamaqla, iddiaçının iddiada göstərilən halları sübut edə bilməməsinə istinad etmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr hazırki iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmişdirlər. Belə ki, “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinin tələblərinə əsasən hərracın keçirilməsi barədə ipotekasaxlayana və ipotekaqoyana qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməsi hərrac təşkilatçısının vəzifəsi olduğuna görə, bu vəzifənin yerinə yetirilməsi barədə sübutetmə yükü cavabdeh hərrac təşkilatının üzərinə düşür.

50. İş materiallarından görünür ki, icra məmuru tərəfindən verilmiş sifariş əsasında keçirilmiş hərraclar bar ədə sənədlər (hər iki hərrac barədə bildirişlər, onların çatdırılması barədə sübutlar, hərracların keçirilməsi və ya baş tutmaması barədə kütləvi informasiya vasitələri və rəsmi internet saytında elanlar) nə hərrac təşkilatı, nə də digər cavabdehlər olan icra qurumu və ipotekasaxlayan tərəfindən məhkəməyə təqdim edilməmişdir.

51. Apellyasiya instansiya məhkəməsi hərrac təşkilatına hərraclarla bağlı sənədlərin məhkəməyə təqdim edilməsi barədə bildirişlər göndərmiş, həmçinin Cavabdeh1nə xx.xx.2024-cü il tarixdə sorğu verərək, icra işini, sifariş məktubunu və hərraca dair materialları tələb etmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla yalnız Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə təqdim olunması barədə məktub iş materialla rına əlavə edilmişdir.

52. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin hansı sənədlər əsasında hərrac zamanı qanun pozuntusuna yol verilməməsi barədə qənaətə gəlməsi məlum deyildir.

53. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

54. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.

56. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.

57. Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqların ı və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

58. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

59. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadı ğı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla, icra məmuru tərəfindən verilmiş sifariş əsasında keçirilmiş hərraclar barədə sənədlərin (hər iki hərrac barədə bildirişlər, onların çatdırılması barədə sübutlar, hərracların keçirilməsi və ya baş tutmaması barədə kütləvi informasiya vasitələri və rəsmi internet saytında elanlar) əldə olunması üçün lazım olan bütün tədbirləri görməli, icra işini tələb edərək öyrənməli və hərrac keçirilən zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olan qətnamə qəbul etməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tut araq, Məhkəmə Kollegiyası qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli 2(105)-192/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar