Məhkəmə qərarları › İş №2(108)-47/2024

Ali Məhkəmə Qətnamə — İş №2(108)-47/2024

25.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülk
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-47/2024 25.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X13 məhkəmə iclas katibliyi, İddiaçı1, onun vəkili-nümayəndəsi Vəkil2, cavabdeh X3 iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-414/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğlu ilə X27 arasında Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-414/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən S.Ə.Qarayev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” iddiasının rədd edilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pulun iddiaçılardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE0000000 **********501) hesabana ödənilməsi, məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası na müraciət edərək Şərur Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(110)-414/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır aşağıdakı əsaslara görə məhkəmə iddianı təmin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələblərində torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etsələr də, iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini ailəsi və uşaqları ilə qorxduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə satıldığını etiraf etməyinin qeyd olunduğu göstərilmişdir. Lakin iddia ərizəsində həmin qisim bu cür ifadə olunmuşdur, cavabdeh X3 bildirdiklərinə əsasən həmin torpaq sa həsini alqı- satqı əsasında satmadığını ailəsi və uşaqları ilə qorxutduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə torpaq sahəsini qanunsuz olaraq heç bir alqısatqı olmadan X20 həmin ərazidən istifadə etdiyi iddia ərizəsində qeyd olunmuşdur. Əlavə olaraq iddia ərizəsində qeyd olunur ki, həmin torpaq sahəsi 2006-cı ildən digər şəxsin istifadəsində olmasından xəbərləri olsa da, bu müddət ərizində iddiaçıların buna hər hansı etiraz bildirməmələri barədə məhkəməyə sübut təqdim etmədikləri qeyd olunmuşdur. Paylı mülkiyyətdə olan torpaq sahəsi olmuş, iddia ərizədə qeyd etdiyi kimi həmin torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X20 istifadə etdiyini bilmiş, lakin bilməmişdir ki, Şərur rayon X19 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarı əsasında Niftə liyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğluna ailə üzvüləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayonu Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv.m kənd təsərüfatı torpaq sahəsi, onun paylı mülkiyyətində olan torpaq sahəsi imzası olmadan başqa şəxsə satıla bilirmiş. Bunu əsas gətirə bilər ki, məhkəmə prosesində həmin imzaların saxta olması ilə bağlı xətşünaslıq ekspertizası keçirilmiş 15 may 2006-cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 2-ci vərəqində olan “imzalar” qrafasında 1-ci sırada “Niftəliyev h” yazılarının önündəki imza, 8-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizəsinin aşağısında “Niftəliyev h.” Yazılarının önündəki imza və 9-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda “Kərimova yl.” Yazılarının önündəki X8 tərəfindən icra olunması sübuta yetirilməsi ekspert rəyi ilə müəyyən olunmuşdur. Xəttşünas ekspertiza rəyindən də müəyyən olunur ki, 15 may 2006-cı il tarixli, 4-Ə-30 alqı-satqı müqaviləsində onun şəxsən imzası olmamışdır, əlavə bildirmişdir ki, qətnamədə qeyd olunur ki, müqavilə bağlanılarkən iddiaçılar İddiaçı2 və Niftəliyev Eİnar Hüseyn oğlu yetkinlik yaşına çatmasalar da, onların adından valideynlərinin imzalamaq səlahiyyətləri olmuşdur. Qeyd etmək istəyir ki, o, şəxsən həmin müqaviləni öz adından imzalamamışdırsa, necə uşaqlarının adından imza edə bilər. Onun mülkiyyətində olan torpaq sahəsindən alqı-satqı ilə bağlı heç bir razılığı olmayıb və alıq-satqı müqaviləsindən 2022-ci il tarixində məlumatı olub, o, öz adına olan əmlakı tələb etsə də, məhkəmə buna qiymət verməyərək işi tam araşdırmadan əsassız bir qərar qəbul etmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etmiş, hesab etmişdir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Şərur Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(110)-414/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçılar İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Şərur rayon 2 nö mrəli Notariat Ofisinin nümayəndəsinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında 29 iyul 1999-cu il tarixli Şərur rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ailə üzvlərinə-ər, arvad və iki uşağa birgə mülkiyyət şəklində torpaq sahəsinin ayrıldığını, 2006-ci ilə qədər həmin torpaq sahəsinin tər əflərin istifadəsində olduğunu, 2000-ci ildə cavabdehin bildirməsinə görə oraya müxtəlif ağac tingləri əkib və həmin torpaq sahəsinə qulluq edildiyini, 2023-cü ilə qədər iddiaçılar həmin torpaq sahəsinin onlarda olduğunu düşünsələr də, həmin torpaq sahəsinin 2006-cı ildə hədə-qorxu, məcburetmələr nəticəsində digər şəxslərin qanunsuz istifadəsinə verildiyini, iddiaçının bildirməsinə görə, 2022-ci ildə yoldaşı olan cavabdehin Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə gedib gələndən sonra iddiaçılara sözügedən daşınmaz əmlakın onun mükiyyətində olmadığını bildirdiyini, əvvəllər onun bunu iddiaçılara deyə bilmədiyini, çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədrinin dövründə bunu deməyi özü və ailəsi üçün təhlükə hiss etdiyini, rəhbərlik dəyişəndən sonra ailə yə təhdidin olmamasını görərək ürəklənib həmin torpaq sahəsinə yiyələnmək istədikdə orada faktiki olaraq başqa şəxslərin fəaliyyət göstərdiyini öyrəndiyini, torpaq sahəsinin onun xəbəri olmadan başqa şəxslərin mülkiyyətinə keçirilməsinin müəyyən olunduğunu, iddiaçının yoldaşı aldadılaraq bir vərəqəyə imza çəkdiyini, halbuki onun heç bir notariat orqanına getmədiyini, 2022-ci ildə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə getdikdən sonra torpağın başqa şəxsin mülkiyyətində olduğunun məlum olduğunu, 2022-ci ildə bu məsələlər barədə cavabdeh iddiaçılara məlumat verəndən sonra iddiaçıların vəkilə müraciət edərək, müvafiq dövlət orqanlarına sorğular vermiş və məhkəməyə iddia ilə müraciət olunduğunu, aparılmış məhkəmə araşdırması üzrə 2 ekspertiza təyin edilmiş və həmin ekspertiz a rəyləri ilə alqısatqı müqaviləsindəki imzanın cavabdeh H.Niftəliyeva məxsus olması öz təsdiqini tapsa da, razılıq vermə barədə İddiaçı1 adından yazıldığı iddia edilən ərizəyə bununla bağlı heç bir səlahiyyəti olmayan cavabdeh H.Niftəliyevin qol çəkməsi müəyyən olunduğunu, bundan başqa paylı mülkiyyətin digər iki mülkiyyətçisi olan uşaqların da razılığının olmadığı iş materialları ilə təsdiqini tapdığını, araşdırma zamanı həmçinin 2006-ci ildə baş vermiş alqısatqıdan sonra, nədənsə naməlum səbəblərlə 28 dekabr 2022-ci il tarixində mübahisəli əmlakın "xxxx" fərdi firmasının adına qeydiyyata keçirildiyi haqqında müvafiq cavab məktubu verilmiş və həmin "xxxx" firmasının adına keçirilməsinin hansı alqı-satqı müqaviləsinə əsasən həyata keçirilməsi barədə heç bir məlumatın təqdim edilmədiyini, apellyasiya şikayətində bəzi məsələlər barədə məlumat verilsə də, işin mübahisəli hüquqi məsələləri barədə ətraflı məlumat verilməmiş, digər məsələlərin də diqqətdən kənarda qaldığını, məhkəmənin öz qətnaməsində guya iddiaçılar qorxudan həmin torpaq sahəsini tələb etmədiklərini bildirdiklərini göstərdiyini, halbuki iddiaçıların verdikləri izahatlarda qorxudan tələb etməməklə bağlı məlumatların olmadığını, onların həmin torpaq sahəsinin ailənin böyüyü olaraq cavabdeh tərəfindən sahiblənildiyi üçün həmin dövrlərdə ondan kimin istifadə etdiyi barədə məlumatları olmadığını, torpaq sahəsindən cavabdeh H.Niftəliyev tərəfindən onların məlumatı əldə etdiyi vaxta qədər istifadə etdiyini düşündüklərini bildirdiklərini, cavabdeh H.Niftəliyevin rəhbərlik dəyişilənə qədər bu məsələləri deyə bilmədiyini, təhlükə hiss etdiyini dediyini, iş üzrə aparılmış araşdırmada iddiaçılar torpaq sahəsinin həmin şəxslərə satılması, onların mülkiyyətinə keçməsi, onlara verilməsi barədə hər hansı məlumatları olmadığını bildirdiklərini, məhkəmə isə iddiaçıların həmin torpağın satılmasından məlumatları olduğu qənaətinə gəldiyini, məhkəmənin həmçinin iddiaçıların həmin torpaq sahəsindən istifadə edilməsinə etiraz etmələri barədə sübut təqdim etmədiklərini qeyd etdiyini, əgər bir şəxs hansısa bir hərəkətə etiraz bildirməyibsə, sakit dayanıb, yəni susubsa, hansı sübut məhkəməyə təqdim edə biləcəyini? bu cür sübutun tələb edilməsinin ağlasığmaz olduğunu, məhkəmənin digər paylı mülkiyyətin iştirakçıları-az yaşlı uşaqlar İddiaçı2la və İddiaçı3 yetkinlik yaşlarına çatmadıqlarına görə əmlakın satılmasına valideyn lərinin hüququ çatdığını qeyd etdiyini, öz qətnaməsində Mülki Məcəllənin aidiyyatı olmayan maddələrinə istinad etdiyini, bu fikirlə razı olmadıqlarını, belə ki, məsələlərin həlli kimi Ailə Məcəlləsinin 55-ci maddəsinin 5-ci bəndində uşağın əmlakı valideynləri tərəfindən idarə olunursa, qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunduğunun göstərildiyinin, Mülki Məcəllənin 36-cı maddəsinin 2-ci bəndinin tələbinə görə Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya, himayəçi isə onların bağlanmasına razılıq verə bilmədiyini, qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirildiyini, himayədə olan şəxslərlə bağlı qaydalarda, bununla bağlı müvafiq icra hakimiyyəti orqanının nəzdində fəaliyyət göstərən qəyyumluq və himayəçilik orqanının razılığı tələb olunduğunun göstərildiyini, iş materiallarına baxdıqda heç bir sənədin içində digər iki paylı mülkiyyətçi olan uşaqların razılıq məktubunun olmadığının şahidi olduqlarını, 4 paylı mülkiyyətçi olduğu təqdirdə notariat orqanında alqı-satqı müqaviləsi b ağlanmış və bir paylı mülkiyyətçi 4 paylı mülkiyyətçinin əvəzinə də yox, çünki əvəzinə demək üçün gərək 4 paylı mülkiyyətçinin də satıcı qismində iştirak etməsi əmək müqaviləsində öz təsdiqini tapmış olduğunu, məsələn, birinci satıcı filankəs, ikinci satıcı filankəs və s. bu 4-nün yerinə “filankəs imzaladı” şəklində də olmadığını, ümumiyyətlə, müqavilədə əmlakın təkcə filankəsin mülkiyyətində olması göstərilir və alqı-satqı müqaviləsi bağlanılır, yoldaşının yazılı razılığı barədə ərizə isə ayrı mülkiyyətçi kimi yox, bir şəxsin birgə nikah dövründə əldə olunmuş özünə məxsus əmlakı üzərində sərəncam verilməsinə yoldaşının razı olması formasında alındığını, əmlakın digər paylı mülkiyətçilərə məxsus olmaması barədə müqavilənin tərtib olunması və 1 vətəndaşın iradəsi ilə digər 3 vətəndaşa məxsu s əmlakın özbaşına satıldığını, əslində satılmadığını, müqavilənin bağlandığı andan əhəmiyyətsiz olduğu, digər mülkiyyətçilərin iradəsi ifadə olunmayan əmlakın alqı-satqısından heç bir halda söhbət gedə bilmədiyini, məhkəmənin 17 il ərzində mülkiyyətində olmaqla istifadə edilmələrinə etiraz edilməmələri iddiaçıların sonradan bəyənmələrinə yönələn hərəkət olduğunu qeyd etdiyini, iddiaçıların alqı-satqıdan xəbərdar olmaları barədə məlumatı məhkəmənin harada və necə müəyyən etdiyi bəlli olmadığını, məhkəmənin hansı sübuta və dəlilə söykənərək iddiaçıların 17 il ərzində bu alqı-satqıdan, yəni torpaq sahəsinin digər şəxsin mülkiyyətində olmaqla istifadəsində olmasından məlumatları olduğu qənaətə gəldiyini, işin içində, 17 il bundan əvvəl alqı-satqı müqaviləsinin hansısa bir hissəsində digər mül kiyyətçilərin iştirak etməsi barədə hansısa imzaların, məlumatlı olmaları barədə belə bir qəbzlərin, etirafların olmadığını, əsla belə bir sübut tapa bilmədiklərini, bunu tam təkzib edən 2 ekspert rəyin olduğunu, onların hər ikisində yazılmış razılıq ərizəsində imzanın iddiaçıya aid olmadığının göstərildiyini, həmin vaxtı bu adamın alqı-satqıdan, ümumiyyətlə, xəbəri olmadığını, belə bir təkzibedici sübut olduğu təqdirdə məhkəmə heç bir dəlil, sübut olmadan özündən gəldiyi bir nəticəyə istinad edərək onların 17 il bundan qabaq bundan xəbərləri olub susmaları, bunu bəyənmələrini bildirdiyini, sonradan bəyənmələrini bildirsələr də lakin bununla bağlı da heç bir sübutun, dəlilin, etirafın olmadığını, alqı-satqı müqaviləsinə baxanda 4 hektar 32.5 sot torpağın cəmi 400 manata satıldığının məlum olduğunu, halbuki onun içində olan əkilmiş ağacların küllimiqdarda dəyəri olduğunu, 4 hektar 32.5 sot torpaq sahəsinin 400 manata satılmasının heç bir ağıla sığmadığını, keçmiş ekspertizada cavabdehə münasibətdə cavabdehin ona əvvəlcədən boş kağıza imza çəkdirdiklərini sonra nə etdiklərindən xəbəri olmadığını bildirdiyini, əslində bununla bağlı imzanın ona məxsus olub-olmamasına dair ekspertiza keçirilməli olmadığını, həmin sənəd üzərindəki imzanın daha əvvəldən icra olunması, sonra üzərinə yazılar həkk olunması, yoxsa normal qaydada alqı-satqı müqaviləsində olan yazılar həkk olunub sonradan imza icra olunması formada ekspertizanın keçirilməsinin tələb olunmalı olduğunu, bu məsələyə aydınlıq gətirildiyi halda, məsələnin öz təsdiqini tapacağını, cavabdehin özünün bu müqaviləyə əvvəllərdən b oş vərəqə imza etmiş bir şəxs olduğunu, bu alqı-satqı müqaviləsinin onun iradəsi ilə də olmadığını, cavabdehlə dəfələrlə müzakirə edərək ona ekspertizanın qərəzli olmayaraq obyektiv rəy verdiyini bildirdiyini, sonuncunun da fikirləşərək ona bir vərəqəyə imza çəkdirdikləri barədə bildirdiyini, cavabdehin alqı-satqı müqaviləsini görərək ona imza çəkmədiyi üçün ekspert rəyini dandığını, buna görə də həmin imzanın ona məxsus ola bilməməsini fikirləşdiyini, heç vaxt notariusa getmədiyini və imza çəkmədiyini, birlikdə aydınlaşdırandan sonra ona boş vərəqə imza çəkdirdiklərini xatırladığını, konkret olaraq onu oturdub alqı-satqı müqaviləsini tənzimlədiklərini, müqavilə bağlanarkən yox torpaq verilərkən hədə-qorxu olduğunu, orada iradələrin ifadə olunmadığını, əhəmiyyətsiz əqd olduğunu, 3 iddiaçıy a münasibətdə müqavilənin etibarsız sayılmasını xahiş etdiklərini, digər hissədə cavabdehin iddia qaldırmasından asılı olduğunu, müqavilənin Mülki Məcəllənin tələbinə əsasən bağlandığı andan əhəmiyyətsiz olduğunu, belə bir bir müqavilə üzrə mülkiyyətçilərin iradəsi ifadə olunmadığı təqdirdə digər cavabdehin mülkiyyətinə verilməsinin əsla və əsla qəbuledilməz olduğunu göstərərək, Şərur Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli qətnamənin ləğv edilməsi, iddiaçının iddiasının təmin olunmaqla, apellyasiya şikayətinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında işə ədalətli baxılmasını istədiyini, necə ildir ki, onun və övladlarının pay torpağının əllərindən çıxdığını, başqala rının istifadə etdiklərini, hüquqlarının əllərindən alındığını, haqsızlığa uğradıqlarını, torpağın satılmasından xəbəri olmadığını, həmin torpaq sahəsinin onların evlərindən çox uzaqda olduğunu, yoldaşının gedib torpağı ilə maraqlandıqdan sonra gəlib onlara torpağın satılması barədə dediyini, özünün torpağın onun xəbəri olmadan satdığına görə yoldaşına qarşı dava açdığını, torpağın satılması ilə bağlı razılıq ərizəsi yazmadığını, hər hansı sənədi notariat orqanına təqdim etmədiyini, həmin sənədlərin istənilən təşkilatdan əldə etmək mümkün olduğunu, onların torpağın üstündə restoran şəbəkələrinin tikildiyini, Naxçıvanda ən böyük restoran şəbəkələrinin orada olduğunu, onların kimin olduğunun da hər kəsin bildiyini, restoranın tikildiyini bildiklərini, qorxudan səslərini çıxarmadıqlarını, sad əcə torpağın onların əvəzindən alqı-satqı olunduğunu bilmədiklərini, torpaqlarından qanunsuz istifadə edilməsindən xəbərlərinin olduğunu, ərindən torpaq barədə soruşduqda onun arvadsan, otur arvad yerində dediyini göstərdi. Cavabdeh X8 apellyasiya şikayətini müdafiə edərək izahatında 2022-ci ilin dekabrın 28-də Şərur rayon Torpaq şöbəsinə getdiyini, orada torpağının İlqar Talıbova satıldığını və sonra da torpağın "xxxx" şirkətinə hədiyyə olunduğunu öyrəndiyini, SMR şirkətinin 2020-ci ildə yarandığını, 2006-cı ildə onu aldadaraq oranı icarəyə götürdüklərini deyib ağ kağıza imza çəkdirdiklərini, 20 ildir oranı istifadə etdiklərini bildiyini, özünün torpaq sahəsinə 40000 dollarlıq qələmələr əkdiyini, torpağının istifadə etmələri müqabilində ona heç nə vermədiklərini, ağzını açıb danışa da bil mədiyini, 2 günün biri buldozerlə gəlib sexini də yatırdırmaları barədə dediklərini, o torpağı da istifadə etmək istədiklərini, ora 40000 dollarlıq qələmə əkib 400 manata satacağını? müqavilədən xəbərinin olduğunu, Ədliyyə Nazirliyinə gedib daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sənədin üzünü çıxartdığını, sənədlərin hamısını onun topladığını, 2 vərəqə yox 1 vərəqə qol çəkdiyini, həyat yoldaşının adından imza çəkmədyini, onların onun imzasına oxşar imza çəkdiklərini, 2022-ci ilin dekabrın 28-ə kimi onun torpağın alqı-satqı olunduğundan xəbəri olmadığını, torpaq şöbəsinə gedib torpağını verin dedikdə komputerdən əldə olunmuş sənədin çıxarışına əsasən torpağının satıldığının deyildiyini, həmin torpağın aşağı hissəsində məxsus kubik sexinin torpağının da olduğunu, 2017-2018-ci illərdə o torp aqların da onların əllərindən aldıqlarını, Arpaçayın yatağına köçürdüklərini, 2022-ci ilin dekabrın 28-də bu hakimiyyət çevriləndən sonra Şərur rayonun ekologiya sahəsinin rəisi gələrək ona həmin yerə niyə köçdüyünü, ona sənəd verilmədiyini dediyini, cavabında həmin yerə 5 ildir köçdüklərini dediyini, bildirdi. İş materiallarında olan Torpağa mülkiyyət hüquqna dair JN - 265, KOD 10213038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, Şərur rayon Yuxarı Daşarx kəndində Niftəliyev Hüseynalı M.Sadıq oğluna, X10, İddiaçı3alı oğluna və İddiaçı2alı oğluna ümumi birgə mülkiyyət hüququ əsasında 0.43 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir; İş materiallarında olan Şərur rayon 2-ci Dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli müqa viləsindən görünür ki, X1 rayon Yuxarı Daşarx kəndində yerləşən 4325.24 kv.m torpaq sahəsini vətəndaş X7; İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 04/126 nömrəli məktubundan görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli 05 nömrəli qərarı ilə X6 ailə üzvləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayon Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325.24 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüseynalı Niftəliyev həmin torpaq sahəsini Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli müqaviləsi əsasında X4. Bəhs olunan torpaq sahəsi üzərində yerləşən ümumi sa həsi 140 kv.m olan tikili ilə birlikdə 28 dekabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində "SMR” Fərdi Firmasının adına qeyri-yaşayış binası kimi qeydiyyata alınmışdır; ünvan 2 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 09 nömrəli, 14 mart 2023-cü il tarixli arayışdan görünür ki, Şərur rayon Aşağı Araıq kəndində qeydiyyatda olmuş, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X20 vərəsələri aşağıdaki kimidir:

1. X18-arvadı

2. X28

3. X29

4. X22 Cavabdeh2 15 nömrəli 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2016cı il tarixdə vəfat etmiş mərhum X23 barəsində Şərur rayon iki saylı Notariyat Ofisində xx.xx.2018-ci il tarixdə 2V-22 və xx.xx.2023-cü il tarixdə isə 2V-26 reyestrlə qeyd olunmuş vərəsəsi X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verimişdir; Ca vabdeh2 xx.xx.2023-cü il tarixli 2V-26 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X20 vərəsəsi X12r və o, miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak NAX MR DƏTMDX tərəfindən xx.xx.2001-ci il X21 verilmiş seriya nömrəsi JN- 2, KOD 154 olan şəhadətnaməyə əsasən Şərur şəhəri, magistral yolun 53-cü kilometrliyi ünvanında 0.084 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 763.4 kv-m olan qeyri-yaşayış binasından ibarətdir; Cavabdeh2 xx.xx.2018-ci il tarixli 2V-22 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X20 vərəsəsi X12r və o, miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Dövlət Torpaq Komitəsi tərəfindən xx.xx.1999-cu il X21 verilmiş seriya nömrəsi JN-368A, KOD 10202028 olan şə hadətnaməyə əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsindən ibarətdir; Texniki İnvertarlaşdırma şöbəsinin 23 may 2006-cı il tarixli ***-*******01-06301 nömrəli Texniki Pasportundan görünür ki, Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən ticarət obyektinin balans saxlayıcısı və mülkiyyətçisi "SMR” fərdi firmasıdır; Şərur rayon Nikah Evi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, X27 xx.xx.2016-cı il tarixdə Şərur rayonu, Aşağı Aralıq kəndində tənəffüs dayanması nəticəsində vəfat etmişdir; Şərur Rayon Məhkəməsinin 2(110)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı "alqı-satqı müqaviləsinin etibarsı z hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir; Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 753 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya göndərilmiş 15 may 2006-cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 02-ci vərəqəsində olan "İmzalar” qrafasında 1- ci sırada “Нифтəлиjев h.” yazılarının önündəki imza, 08-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında " Нифтəлиjев h.” yazılarının önündəki imza və 09-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda " Kəpимовa yл.” yazılarının önündəki X8 tərəfindən icra olunmuşdu r; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1743 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 15 may 2006- cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 2-ci vərəqəsində olan "İmzalar” qrafasında 1-ci sırada "Нифтəлиjев h.” yazılarının önündəki imza, 8-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında "Нифтəлиjев h.” Yazılarının önündəki imza və 9-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda "Kəpимовa yл.” yazılarının önündəki X8 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəf li araşdıraraq, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığını və qаnuniliyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam yoxlayaraq hesab edir ki, Şərur Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(1 10)-414/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın təmin olunması barədə vermiş olduqları apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalıdır. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi i lə müraciət edərək, Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğlu ilə X27 arasında Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası MM-nin 421.1-421.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyi şdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsin əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi “məhkəmə iddianı təmin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələblərində torpaq sahəsinin sat ılmasından xəbərsiz olmalarına istinad etsələr də, iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini ailəsi və uşaqları ilə qorxduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə satıldığını etiraf etməyinin qeyd olunduğu göstərilmişdir. Lakin iddia ərizəsində həmin qisim bu cür ifadə olunmuşdur, cavabdeh X3 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satmadığını ailəsi və uşaqları ilə qorxutduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X20 həmin ərazidən istifadə etdiyi iddia ərizəsində qeyd olunmuşdur” dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçılar iddia tələblərində torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etsələr də, iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini ailəsi və uşaqları ilə qorxudulduğu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə satıldığını etiraf etmişlər. Kollegiya iddia ərizəsində qeyd edilən “qorxutduğunu” və birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan “qorxudulduğu” sözlərinin eyni məna daşıdığı qənaətinə gəlir. Birinci instansiya məhkəməsində cavabdeh X8 izahatında ona və ailə üzvlərinə Şərur rayon X19 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarı əsasında Şərur rayon Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv.m kənd təsərüfatı torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinin üzərinə onun 8 min qələmə tingisi əkdiyini, qələmə tinglərini b irini 4 ABŞ dollarına, 2000-ci il tarixində Türkiyə Respublikasından gətirdiyini, alqı-satqı müqaviləsində onun adı olduğu üçün hal-hazırda onun cavabdeh qismində çıxış etsə də, onun torpağının qanunsuz olaraq başqasının adına rəsmiləşdirildiyini, onun da müqavilənin ləğv edilməsini istədiyini, Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından xəbərinin olmadığını, alqı-satqı müqaviləsindəki imzanın, həmçinin 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinə dair notarius işində olan alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa ünvanlanmış ərizədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Cavabdeh X3 izahatında göstərdikləri birinci instansiya məhkəməsində mülki iş üzrə təyin olunmuş və rəyləri alınmış məhkəmə-xəttşünaslıq ekspertizaların rəyləri ilə təkzib edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 753 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya göndərilmiş 15 may 2006-cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 02-ci vərəqəsində olan "İmzalar” qrafasında 1-ci sırada “Нифтəлиjев h.” yazılarının önündəki imza, 08-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında " Нифтəлиjев h.” yazılarının önündəki imza və 09-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda " Kəpимовa yл.” yazılarının önündəki X8 tərəfindən icra olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizas ı Mərkəzinin xx.xx.2023- cü il tarixli 4/1743 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 15 may 2006- cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 2-ci vərəqəsində olan "İmzalar” qrafasında 1-ci sırada "Нифтəлиjев h.” yazılarının önündəki imza, 8-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında "Нифтəлиjев h.” Yazılarının önündəki imza və 9-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda "Kəpимовa yл.” yazılarının önündəki X8 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində ümumiyyətlə heç nəyi etiraf etməyən cavabdeh X8 apellyasiya instansiyasında verdiyi izahatında 2022-ci ilin dekabrın 28-də Şərur rayon Torpaq şöbəsinə getdiyini, orada torpağının İlqar Talıbov a satıldığını və sonra da torpağın "xxxx" şirkətinə hədiyyə olunduğunu öyrəndiyini, SMR şirkətinin 2020-ci ildə yarandığını, 2006-cı ildə onu aldadaraq oranı icarəyə götürdüklərini deyib ağ kağıza imza çəkdirdiklərini, 2 vərəqəyə yox 1 vərəqəyə qol çəkdiyini, torpağının istifadə etmələri müqabilində ona heç nə vermədiklərini, müqavilədən xəbərinin olduğunu, Ədliyyə Nazirliyinə gedib daşınmaz əmlakın alqı-satqısı ilə bağlı sənədin üzünü çıxartdığını, həyat yoldaşının adından imza çəkmədyini, onların onun imzasına oxşar imza çəkdiklərini, 2022-ci ilin dekabrın 28-ə kimi onun torpağın alqı-satqı olunduğundan xəbəri olmadığını, torpaq şöbəsinə gedib torpağını verin dedikdə komputerdən əldə olunmuş sənədin çıxarışına əsasən torpağının satıldığının deyildiyini, həmin torpağın aşağı hissəsində mə xsus kubik sexinin torpağının da olduğunu, 2017-2018-ci illərdə o torpaqların da onların əllərindən aldıqlarını, Arpaçayın yatağına köçürdüklərini bildirdi. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(108)47/2024- №-li məktubuna əsasən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-16-33-1/2-707/23024 nömrəli məktubla kollegiyaya göndərilən 15 may 2006 tarixli 47-30 №-li notariat işinə baxış keçirilərkən həmin işin 15 vərəqədən- bank qəbzindən, X8 və X20 arasında bağlanan 15 may 2006-cı il tarixli müqavilədən, İddiaçı2 və İddiaçı3 doğum haqqında şəhadətnamələrindən, X5 verilmiş Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq Kadastrı və Qeydiyyatı şöbəsinin 713 №-li arayışından, bələdiyyə arayışından, ailə tərk ibi barədə arayşından, X3 Y.Daşarx kəndində yerləşən torpaq sahəsinin satılmasına köməklik edlməsinə dair Şərur Rayon 2-li Dövlət Notariat kontoruna yazdığı ərizədən, İddiaçı1 Şərur Rayon 2-li Dövlət Notariat kontoruna torpağın satılmasına etiraz etmədiyinə dair ərizədən, İddiaçı1 və X3 şəxsiyyət vəsiqələrinin surətlərindən, 4 vərəqədə olan torpağa mülkiyyət hüququna dair JN -265 №-li 27 avqust 1999-cu il tarixli Dövlət aktından ibarət olması müəyyən edilmişdir. İddiaçı1 və qeyriləri qaldırdığı iddia ərizəsində və birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq vermiş olduqları apellyasiya şikayətində israrla cavabdeh X3 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satılmadığını ailəsi və uşaqları ilə qorxutduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları q orumaq məqsədi ilə torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X20 həmin ərazidən istifadə etdiyini, cavabdehin 2022-ci ilin dekabrın 28-ə kimi torpağın alqı-satqı olunduğundan xəbəri olmadığını bildirsələr də ekspert rəyləri və tələb olunub baxış keçirilən notariat işində olan alqı-satqı müqaviləsi və əlavə olunmuş sənədlərlə X3 nəyinki alqı-satqıdan xəbərinin olması hətta həmin müqavilənin onun tərəfindən bağlanması sübut olunur. İstər iddiaçı istərsə də cavabdeh alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərin onlar tərəfindən notariat orqanına təqdim etmədiklərini, iddiaçılara aid olan sənədlərin müxtəlif idarələrdən götürüldüyünü göstərsələr də göstərdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdilər. Kollegiya hesab edir ki, torpağın alqı-satqısı ilə bağlı notariat işində olan sənədlər müqavilə bağlanarkən cavabdeh tərəfindən təqdim edilmişdir. İş materiallarında olan ekspert rəyləri, alqı-satqı müqaviləsi və müqaviləyə əlavə olunmuş sənədlərlə X8 tərəfindən nəyinki alqı-satqı müqaviləsinə hətta digər sənədlərə, o cümlədən İddiaçı1 alqı-satqının aparılmasına razılıq verilməsi barədə ərizəyə imza edilməsinin sübut olunmasına baxmayaraq cavabdehin verdiyi izahatında yalnız bir ağ vərəqə imza etməsini etiraf edərək iddiaçının razılıq ərizəsinə imza edilməsini inkar etdiyini kollegiya verilmiş apellyasiya şikayətinin təmin olunması üçün atılan addım kimi qiymətləndirir. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi “paylı mülkiyyətdə olan torpaq sahəsi olmuş, iddia ərizədə qeyd etdiyi kimi həmin torpaq sa həsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X20 istifadə etdiyini bilmiş, lakin bilməmişdir ki, Şərur rayon X19 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarı əsasında Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğluna ailə üzvüləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayonu Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv.m kənd təsərüfatı torpaq sahəsi, onun paylı mülkiyyətində olan torpaq sahəsi imzası olmadan başqa şəxsə satıla bilirmiş, onun mülkiyyətində olan torpaq sahəsindən alqı-satqı ilə bağlı heç bir razılığı olmayıb və alıq-satqı müqaviləsindən 2022-ci il tarixində məlumatı olub” dəlilləri ilə bağlı kollegiya aşağıdakıları bildirir. Belə ki, iddiaçı məhkəmədə qaldırdığı iddiada həmin torpaq sahəsini qanunsuz olaraq heç bir a lqı-satqı olmadan X20 istifadə etdiyini bildiyini, alıq-satqı müqaviləsindən 2022-ci il tarixində məlumatı olduğunu, kollegiyada verdiyi izahatında həmin torpaq sahəsinin onların evlərindən çox uzaqda olduğunu, onların torpağın üstündə restoran şəbəkələrinin tikildiyini, Naxçıvanda ən böyük restoran şəbəkələrinin orada olduğunu, onların kimin olduğunun da hər kəsin bildiyini, restoranın tikildiyini bildiklərini, qorxudan səslərini çıxarmadıqlarını, sadəcə torpağın onların əvəzindən alqı-satqı olunduğunu bilmədiklərini, torpağlarından qanunsuz istifadə edilməsindən xəbərlərinin olduğunu, ərindən torpaq barədə soruşduqda onun arvadsan, otur arvad yerində dediyini göstərdi. İddiaçının həmin torpaq sahəsinin onların evlərindən çox uzaqda olduğunu göstərərək torpağın üstündə restoran şəbəkələ rinin tikildiyini, Naxçıvanda ən böyük restoran şəbəkələrinin orada olduğunu bilməsi, onun cavabdeh X2 həmin torpaq sahəsinin üzərinə əkilmiş biri 4 ABŞ dollara alınmış 8 min qələmə tingləri ilə maraqlanmaması, ərindən torpaq barədə soruşduqda onun arvadsan, otur arvad yerində deməsi iddiaçının həmin torpaq sahəsinin satılmasından məlumatlı olmasına dəlalət edir. O ki qaldı cavabdeh X3 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satmadığını ailəsi və uşaqları ilə qorxutduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X20 həmin ərazidən istifadə etdiyinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə d ə əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh X3 ailəsi və uşaqları ilə qorxutduğunu, zor hədə qorxusu halı ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir, iş materiallarında onun barəsində edilən hədə-qorxu ilə bağlı hər hansı səlahiyyətli və ya hüquq-mühafizə orqanına müraciət etməsi öz təsdiqini tapmamışdır. Kollegiya belə qənaətə gəlir ki, İddiaçı1 verdiyi apellyasiya şikayətinin dəlilləri Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-414/2023 nömrəli qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı1 apellyasiya şikayətində torpağın alqı-satqısından xəbərinin olmadığını, cavabdeh X3 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satmadığını ailəsi və uşaqları ilə qorxutduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X20 həmin ərazidən istifadə etdiyini, alıq-satqı müqaviləsindən 2022ci il tarixdə məlumatı olduğunu, həmin toqpağın satılmasına razılıq ərizəsinə imza etmədiyini göstərsədə, kollegiyada araşdırma zamanı verdiyi izahatında həmin torpaq sahəsinin onların evlərindən çox uzaqda olduğunu, torpağın üstündə restoran şəbəkələrinin tikildiyini, Naxçıvanda ən böyük restoran şəbəkələrinin orada olduğunu bilməsi, onun cavabdeh X2 həmin torpaq sahəsinin üzərinə əkilmiş biri 4 ABŞ dollara alınmış 8 min qələmə tingləri ilə maraqlanmaması, ərindən torpaq barədə soruşduqda onun arvadsan, otur arvad yerində deməsi iddiaçının həmin torpaq sahəsinin satılmasından məlumatlı olmasını sübut edir. Digər tərəfdən iddiaçının torpağın alqı-satqısından 16 ilə yaxın müddətin keçməsindən sonra bundan xəbər tutması inandırıcı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etib arsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddət iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Beləliklə də kollegiya hesab edir ki, İddiaçı1 alqı-satqı müqaviləsinin bağlandığı 15 may 2 006-cı il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi halda bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Kollegiya belə hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” mülki iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-414/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Azərbаycаn Respublikаsının Mülki-Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən ed ildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən kollegiya qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-414/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(110)-414/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar