Məhkəmə qərarları › İş №2(102)-1126/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1126/2023

28.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1126/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs qismində "xxxx" ASC və X3 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs qismində "xxxx" ASC və X3 cəlb edilməklə) qarşı “hərracın yekun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)3866/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 2qayıt Apellyasiya Məhkəməsinin 2(105)-815/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı "xxxx" ASC-yə 21486 ABŞ dolları borc ödənilməli, borcun ödənilməsi üçün tutma ipoteka predmeti olan ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Qdə yerləşən 47 nömrəli mənzilə yönəldilmiş və mənzilin ilkin satış qiyməti 35000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka predmetinin hərracda satışı üçün hərracın keçirilməsini ünvan 2qayıt şəhər İcra şöbəsi cavabdeh "xxxx" MMC-yə həvalə etmişdir. 2. "xxxx" MMC tə rəfindən mübahisəli ipoteka predmeti olan mənzillə bağlı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərə hərrac təşkil olunmuşdur. Hərraclar barədə Quliyeva Hicrab Elxan qızı və İddiaçı yaşadığı ünvana (ünvan 1rılması barədə qeyd aşkar olunmamışdır.

3. Bildirişlərin çatdırılmasını həyata keçirən "xxxx" MMC xx.xx.2018-ci il tarixli aktında ünvançıların həmin ünvanda yaşamadığını qeyd etmişdir.

4. Keçirilən hər iki hərrac baş tutmadığına görə “Hərracın nəticələri haqqında yekun Protokol” tərtib edilmiş və ipoteka predmeti olan ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzil ilkin satış qiymətindən aşağı faizlə (“İpoteka haqqında” qanuna əsasən 15%+25%) yəni 22313 manata tələbkar "xxxx" ASC-yə satılmışdır. Daşınmaz əmlak xx.xx.2019-cu il tarixdə bankın adına dövlət reyestrin də qeydiyyata alınmışdır. 5. 10.09.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzili X1 34300 manata satmışdır. Sonuncu, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2018-ci il tarixdə ünvan 2qayıt şəhəri, 9-cu mkr., ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması məqsədi ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2qayıt Apellyasiya Məhkəməsinin xx.xx.20 17-ci il tarixli qətnaməsi ilə iddiaçıdan cəmi 21.486 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüünvan 2unun tutularaq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinə tutmanın ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 saylı mənzilə yönəldilməsi həmin mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən borcun ödənilməsi qət edilmişdir. Mənzilin açıq hərracda satılması ilə bağlı hərracın yeri və vaxtı barədə iddiaçıya məlumat verilməmişdir. Belə ki, nə ilkin hərrac, nə də ki təkrar hərrac barəsində iddiaçının məlumatı olmamışdır.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(009)-149/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim İlkin Rüstəmli) iddia təmin edilmiş, ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması məqsəd i ilə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-407 №-li protokolun etibarsız hesab edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh "xxxx" MMC-dən ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilin satılması üçün hərracın keçirilməsinə dair toplanmış bütün sənədlərin təsdiq olunmuş surəti tələb edilmiş, lakin cavabdehə dəfələrlə bu barədə müraciət edilməsinə baxmayaraq, cavabdeh iş üçün zəruri olan sübutları özündə saxlayaraq məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh sübutları özündə saxlayıb məhkəməyə təqdim etmədiyi üçün, məhkəmə iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən edilmiş hesab edir və belə qə naətə gəlir ki, ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Qdə yerləşən 47 nömrəli mənzil üçün keçirilmiş hərracın yeri və vaxtı barəsində iddiaçının məlumatı olmamış, o, cavabdeh tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır. Həmçinin, iş materiallarında hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini və hərracın vaxtı və yeri barədə iddiaçını lazımi qaydada məlumatlandırmasını təsdiq edə biləcək sübutlara rast gəlinmir. Buradan məhkəmə belə nəticəyə gəlir ki, hərrac "xxxx" MMC tərəfindən iddiaçının hərracda iştirak hüququnun pozulması ilə keçirilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42.1, 42.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC İddiaçı və ipoteka ilə yülkü edilmiş mənzilin mülkiyyətçisi Quliyeva Hicran Elxan qızına xx.xx.2018-ci il tarixdə 3762 nömrəli, xx.xx.2018-ci il tarixli 4045 nömrəli bildirişlər göndərərək mənzilin ilkin satış qiyməti 35.000 manat olmaqla xx.xx.2018-ci il tarixdə açıq hərraca çıxarılmasına dair məlumat vermişdir. Daha sonra həmin şəxslərə xx.xx.2018-ci il tarixdə 116 nömrəli, xx.xx.2018-ci il tarixdə 333 nömrəli bildirişlər göndərərək mənzilin satış qiyməti 29.750 manat olmaqla xx.xx.2018-ci il tarixdə təkrar açıq hərraca çıxarılmasına dair məlumat vermişdir. Keçirilən iki hərrac baş tutmadığına görə Banka təklif edilmiş və sonuncu xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən mənzili 22.313 manata alınmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən mənzilin ipoteka saxlayan Bank tərəfindən alınmasına dair 08 noyabr 2018-ci il tarixdə Y-407 nömrəli yekun protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, mənzil iddiaçıya məxsus olmasa da, həmin mənzilin hərracdan satılmasına dair ona məlumat verilməməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmin mənzilin mülkiyyətçsi Quliyeva Hicran Elxan qızı olmuşdur. Lakin məhkəmə İddiaçı həmin iddia ərizəsi ilə mü raciət etməkdə subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır.

13. Apellyasiya baxışı zamanı üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 ipoteka predmeti olmuş mənzilin sonradan Bank tərəfindən satıldığını bildirdiyindən, mənzilin yeni mülkiyyətçisi X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3866/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiy ası apellyasiya baxışı zamanı ünvan 2qayıt şəhər İcra şöbəsindən sorğu əsasında və apellyator tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən etmişdir ki, "xxxx" MMC tərəfindən mübahisəli ipoteka predmeti olan mənzillə bağlı 05 sentyabr 2018-ci il və xx.xx.2018-ci il tarixlərə təşkil olunmuş hərraclar barədə mənzilin mülkiyyətçisi (ipoteka qoyan) Quliyeva Hicran Elxan qızına və hazırkı iddiaçıya bildirişlər göndərilmiş, lakin ünvançı həmin ünvanda yaşamadığından məktubu çatdırmaq mümkün olmamışdır. İddiaçı da məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, 4-5 il olar ki, mübahisəli ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzildə o və digər cavabdeh-arvadı Hicran Quliyeva yaşamırlar. Mənzildə həmişə qaynanası yaşamışdır. Həmçinin, ünvan 2qayıt şə hər Polis İdarəsi də "xxxx" ASC-yə məktubla bildirmişdir ki, ünvan 2qayıt Apellyasiya Məhkəməsinin 2(105)-815/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən hazırkı iş üzrə iddiaçı və arvadı Hicran Quliyeva ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzil ünvandan qeydiyyatdan çıxmışlar.

16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia tələbinin əsaslı olması iş materialları ilə təsdiqini tapmamışdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 415.1, 415.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu və F.Cavadov və V.Aslanovun şikay əti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, hərracın təşkilatçısı hərracın keçirilməsi haqqında məlumatı lazımi qaydada çatdırmadığı üçün ilkin hərracın baş tutmamasına səbəb olan hallar da mövcud olmamışdır. Yəni təkrar hərracın keçirilməsi qanunsuz olaraq baş tutmuşdur. Hərracın protokolunun surətini isə bu ilin iyul ayında icra məmuru ondan evin boşaldılmasını tələb edərkən, xahiş edib ondan almışdır. O hərrac barədə məlumatlandırılmamışdır, bu barədə iş materiallarında heç bir sənəd yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar verilmi şdir. Hərraclar baş tutmadığından ipoteka predmeti banka təklif edilmiş və bank da əmlakı qəbul edərək balansına götürmüşdür. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini aç ıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

22. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu:

23. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüqu qunu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

24. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

25. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

26. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipo teka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

27. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqla rının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübah isə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 2qayıt Apellyasiya Məhkəməsinin 2(105)-815/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-yə 21.486,0ABŞ dolları borc ödənilməli, borcun ödənilməsi üçün tutma ipoteka predmeti olan ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzilə yönəldilmiş və mənzilin ilkin satış qiyməti 35.000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka predmetinin hərracda satışı üçün hərracın keçirilməsini ünvan 2qayıt şəhər İcra şöbəsi cavabdeh "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC tərəfindən mübahisəli ipoteka predmeti olan mənzillə bağlı 05 sentyabr 2018-ci il və xx.xx.2018-ci il tarixlərə hərrac təşkil olunmuşdur.”Hərracın nəticələri haqqında yekun Protokol”dan görünür ki, ipoteka predmeti ol an ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzil ilkin satış qiymətindən aşağı faizlə (“İpoteka haqqında” qanuna əsasən 15%+25%) yəni 22.313,0 manata tələbkar "xxxx" ASC-yə satılmışdır. Həmçinin, həmin sənədlərdən görünür ki, ipoteka predmeti olmuş ünvan 2qayıt şəhəri, 9- cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzil 29 yanvar 2019-cu il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir.

40. Bundan sonra X3 10 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzili "xxxx" ASC-dən almışdır və mənzilin mülkiyyətçisidir. Həmçinin, xx.xx.2021-ci il tarixdən mənzilə qeydiyyata alınmışdır və mənzildə yaşayır.

41. Apellyasiya baxışı zamanı müəyyən ed ilmişdir ki, "xxxx" MMC tərəfindən mübahisəli ipoteka predmeti olan mənzillə bağlı 05 sentyabr 2018-ci il və xx.xx.2018-ci il tarixlərə təşkil olunmuş hərraclar barədə mənzilin mülkiyyətçisi (ipoteka qoyan) Quliyeva Hicran Elxan qızına və hazırkı iddiaçıya bildirişlər göndərilmiş, lakin ünvançı həmin ünvanda yaşamadığından məktubu çatdırmaq mümkün olmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı şikayətində göstərdiyi dəlillərlə bağlı olaraq araşdırma aparmış və belə nəticəyə gəlmişdir ki, İddiaçı 4-5 il olardı ki, mübahisəli ünvan 2qayıt şəhəri, 9-cu mkr, ev 9Q-də yerləşən 47 nömrəli mənzildə o və digər cavabdeh-arvadı Hicran Quliyeva yaşamamışlar. 43. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndəril mək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Bu baxımdan mübahisələndirilən hərrac keçirilərkən iddiaçının hərracda iştirak hüququ pozulmamışdır.

44. Mülki Prosessual Məcəlləninin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusi ya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

46. Belə olan halda apellyasiya instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının tələbi üzrə hərracın nəticələrinin etibarsız sayılmasına hər hansı qanuni əsas mövcud deyil, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsasland ıra və sübut edə bilməmişdir.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassas iya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3866/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar