Məhkəmə qərarları › İş №2(102)-3968/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3968/2025

27.01.2026 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3968/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh3nə, Cavabdeh4 qarşı iddiaçılar İddiaçı1 və İddiaçı2 Fərhad oğlunun Cavabdeh4 qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, əsassız varlanma, kassasiya instansiyası məhkəməsinin göstərişləri ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əziağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh4 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə ge ri qaytarılması” tələbinə, habelə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh4 qarşı “zərərin ödənilməsi” tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-170/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 27 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə Cavabdeh4 240000 manat (ekvivalenti 305000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə İddiaçı2 borc vermiş, sonuncu həmin pulu 12 sentyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi üzrə ö hdəliyin icrasının təminatı olaraq 12 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsini Cavabdeh4 xeyrinə ipoteka ilə yüklü etmişdir. 2. 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh4 204000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı1 borc vermiş, sonuncu isə həmin pulu 06 mart 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasının təminatı olaraq 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsini Cavabdeh4 xeyrinə ipoteka ilə yüklü etmişdir. 3. 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə İddiaçı1 ipotekaya qoyulan torpaq sahəsi üzərində qanu nla müəyyən edilmiş qaydada 4 mərtəbəli yaşayış evini inşa etmək hüququna malikdir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinə razılıq verir. Tərəflər (Cavabdeh4 və İddiaçı1) razılaşırlar ki, borc (kredit) müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44225 ABŞ dollarının, cəmi 345225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh4 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, İddiaçı1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hes ablanmış əldən çıxmış faydanın məbləği 23460 ABŞ dollarının, cəmi 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh4 xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Ba kı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş edilmiş, sonradan İcra və Probasiya şöbəsinin 12 mart 2020-ci il tarixli məktubu ilə sifarişin icra edilmədən geri qaytarılması xahiş olunmuşdur.

7. Bakı şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinin 22 oktyabr 2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə 19 noyabr 2020-ci il tarixli, 48/01 nömrəli protokolu ilə İddiaçı1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək, satış qiyməti 243800 manat olmaqla Cavabdeh4 satılmışdır. Torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 24 fevral 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,2761 17 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair “Külək" MMC-nin 19 noyabr 2020-ci il tarixli, 48/01 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka predmeti satılarkən onun üzərində 4 mərtəbəli çoxmənzilli yaşayış binasının mövcud olması, bazar qiymətinin minimum ******* manat dəyərində qiymətləndirilməsi nəzərə alınmamışdır. İcra prosesi və hərracın keçirilməsi zamanı kobud qanun pozuntularına yol verilmiş, icra məmuru əmlakın satılmasını istədiyi hərrac təşkilatına sifariş vermiş, “Külək" MMC tərəfindən hərracın keçirilməsi barədə ipoteka qoyana bildiriş göndərilsə də, həmin bildiriş də ona çatmamışdır.

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh4 qarşı başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi kimi ******* manat pul vəsaitinin, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi ******* manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə ilkin satış qiyməti 230000 manat müəyyən edilmişdir. Qiymət yalnız torpaq sahəsinə aid olmuşdur. Belə olan halda, Cavabdeh4 928,5 kv metr olan yaşayış sahəsini və 261,1 kv metr zirzəmi sahəsini pulsuz əldə etmişdir. 11 fevral 2019-cu il t arixdə Əmlak Ekspert Mərkəzi tərəfindən qeyd olunan torpaq tikililərlə birlikdə 696000 manata qiymətləndirilsə də, hazırda təkcə tikililərin dəyəri ******* manatdır.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilməklə, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur (hakim Aytən Novruzova)

14. Birinci instansiya məhkəməsi İddiaçı1 birinci iddiası üzrə hesab etmişdir ki, hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərə əsasən hərrac bildirişi eyni tarixdə, yəni 29 oktyabr 2020-ci il tarixdə İddiaçı2 ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. Bundan əlavə, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Həmin hallara görə İddiaçı1 hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə, hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

15. İddiaçılar İddiaçı1 və İddiaçı2 zərələ bağlı iddia tələbləri üzrə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin vurulmasını sübuta yetirə bilməmişlər.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 34.1, 39.2, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 44, 53.1, 53.2 və 53.3-cü, Mülki Məcə llənin 21, 269.1, 317.1, 319.1, 415.1, 415.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə onlara lazimi qaydada məlumat verilməmiş, hərracla bağlı bildirişlər “Starşeva” adlı kənar şəxs tərəfindən qəbul edilmişdir. Hərrac təşkilatı tərəfindən İddiaçı2 ünvanlanmış bildirişin “Xanəliyeva” tərəfindən imzalanıb alınması, İddiaçı1 həmin məktubu açmasına, tanış olmasına və hərrac barədə məlumatlı olmasına dəlalət edən hal hesab oluna bilməz.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarix li, 2(005)-3335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnamənin birləşdirilmiş iddia tələbinə münasibətdə ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – zərərin ödənilməsi tələbinə dair iddiaların təmin edilməməsi hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

22. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - İddiaçı2 və İddiaçı1 birgə verdikləri iddialarının faktiki əsası ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsinin icrası qaydasında Cavabdeh4 əldə etdiyi torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən 4 mərtəbəli çoxmənzilli yaşayış binası inşa olunmuş, lakin əmlakın hərracdakı qiyməti yalnız torpaq sahəsinin dəyəri ilə müəyyən olunmuş, tikilinin dəyəri isə nəzərə alınmamışdır. Belə olan halda, həmin tikili də, torpaq sahəsi ilə birgə cavabdehin sa hibliyinə keçdiyindən, iddiaçılara zərər vurulmuş və həmin zərərin əvəzi onlara ödənilməlidir; - ipoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən bina inşa edilməsi və bundan cavabdehin məlumatlı olması işin mübahisəsiz halıdır. Belə ki, 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsində İddiaçı1 Cavabdeh4 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirmiş, sonuncu isə yaşayış evinin tikintisinin aparılmasına razılıq vermiş və tərəflər inşa olunan yaşayış evinin özgəninkiləşdirilməsi və istifadə qaydasını müəyyən etmişlər; - həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, ipoteka predmetinin ilkin satış qiyməti yalnız torpağın dəyəri ilə müəyyən olu nmuşdur. Torpaq sahəsi üzrərində tikilmiş tikilinin qiymətləndirilməsi apellyasiya baxışının predmeti olmuş və bununla bağlı apellyasiya məhkəməsi həmin qətnaməsində göstərmişdir ki, torpaq sahəsinin üzərində olan tikili yarımçıq, başa çatmayan tikilidir və reyestrdə qeydə alınmamışdır. Belə olan halda, rəsmi dövlət reyestrində qeydə alınmayan əmlaka ipoteka predmeti olaraq tələb yönəldilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi mümkün hesab edilə bilməz; - lakin həmin iş üzrə alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov, 1-ci döngə, 1A ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin üzərində mülkiyyətdə olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq s ahəsinin 11 fevral 2019-cu il tarixinə bazar dəyəri 696000 manat təşkil edir; - yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi yalnız maddi zərərin sübuta yetirilməməsini qeyd etməklə iddianı rədd etmiş, cavabdehin hərracdan alınan torpaq sahəsinin üzərində tikilinin olmasına, həmin tikilinin dəyərinin torpağın hərracdakı ilkin satış qiymətində nəzərə alınmadığı halda, torpaq sahəsi ilə birlikdə cavabdehin sahibliyinə keçməsinə hüquqi qiymət verməmişdir; - apellyasiya məhkəməsi isə Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1 və 392.1.5ci maddələrinin tələblərini pozaraq, apellyasiya şikayətinin dəlillərinə qeyd olunan hissədə hüquqi qiymət verməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır; - halbuki, prosessual qan unvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir; - iddiaçılar tələbini zərərin ödənilməsi ilə bağlı maddi hüquq normalarına istinad etməklə əsaslandırsalar da, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini müzakirə etməli və işin hallarını əsassız varlanmaya dair maddi hüquq normalarına uyğun təhlil aparmalı idi. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikin ci icraat

23. Təkrar apellyasiya baxışında təqdim edilmiş, İddiaçı1 sifarişi ilə “X5” MMC-nin tərtib etdiyi rəyə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,5 ha torpaq sahəsinin və üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının 03 iyun 2023-cü il tarixinə bazar dəyəri 1.371.265 manatdır.

24. Cavabdeh apellyasiya baxışında ərizə verərək 696000 manatdan torpağın ilkin satış qiyməti olan 230000 manatın çıxılaraq yerdə qalan 466000 manat məbləğin iddiaçıların ümumi borcundan çıxılmasına etiraz etmədiyin göstərmişdir.

25. İddiaçılar əmlakın qiymətləndirilməsi barədə vəsatət vermiş, apellyasiya instansiya məhkəməsi 10 iyul 2023-cü il tarixli qərardadla vəsatəti təmin etməmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3605/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətna məsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsi qismən – iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh4 qarşı zərərin ödənilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 466000 (dörd yüz altmış altı min) manat məbləğində pulun, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh4 tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manatın cavabdehdən alınaraq iddiaçılara ödənilməsi qət olunmuşdur (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev).

27. Apellyasiya instansiya məhkəməsi işin mübahisəsiz halı k imi qeyd etmişdir ki, ipoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən bina inşa edilmişdir. 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə İddiaçı1 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirmiş, ipoteka saxlayan isə yaşayış evinin tikintisinin aparılmasına razılıq vermiş və tərəflər inşa olunan yaşayış evinin özgəninkiləşdirilməsi və istifadə qaydasını müəyyən etmişlər.

28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 345225 ABŞ dolları, İddiaçı1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi r əsmi məzənnə üzrə manatla iddiaçı Cavabdeh4 xeyrinə tutulması, həmin tələblər üzrə tutmanın İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən olunması qət edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, 0,276117 ha torpaq sa həsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti yalnız torpağın dəyəri ilə müəyyən olunmuşdur. Lakin iş üzrə alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov, 1-ci döngə, 1A ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 11 fevral 2019-cu il tarixə bazar dəyəri – 230000 manat, üzərində mülkiyyətdə olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq sahəsinin 11 fevral 2019-cu il tarixinə bazar d əyəri 696000 manat təşkil edir.

31. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin üzərində tikilinin dəyərinin torpağın hərracdakı ilkin satış qiymətində nəzərə alınmadığı halda, torpaq sahəsi ilə birlikdə cavabdehin sahibliyinə keçməsi cavabdehin əsassız varlanması ilə nəticələnmişdir.

32. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, tərəflərin izahatına əsasən iddiaçılar icra sənədi üzrə borcu Cavabdeh4 tam ödəməmişlər. Cavabdeh də 10 iyul 2023cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək işdə olan 11 fevral 2019-cu il tarixli rəyə əsasən 696000 manat məbləğdən torpağın ilkin satış qiyməti olan 230 000 manatın çıxılaraq 466000 manat məbləğində pulun İddiaçı1 və İddiaçı2 ona olan ümumi borcundan çıxılmasına etiraz etmədiyini bildirmişdir.

33. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, icra sənədi üzrə borcun əvəzləşdirilməsi yekin məhkəmə aktı qəbul edildikdən sonra icra mərhələsində mümkündür.

34. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddiaçıların zərərin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi qismən təmin olunmalı, iddiaçıların xeyrinə 466000 (dörd yüz altmış altı min) manat (696000 – 230000=466000) məbləğində pul, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh4 tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.

35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091, 1092ci, Mülki Prosessual Məcəl lənin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qətnamənin 466000 manat zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilməsi, Cavabdeh4 dəymiş zərərin əvəzi olaraq ******* manatın tutularaq onlara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-96/2024 tarixli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3605/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

38. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - iddiaçıların Cav abdeh4 qarşı zərərin ödənilməsi barədə tələbini qismən təmin edən apellyasiya məhkəməsinin qənaətinə görə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinin icrası ilə əlaqədar İddiaçı1 mülkiyyətində olan 0,287457 ha torpaq sahəsi Cavabdeh4 mülkiyyətinə keçərkən həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış binasının dəyəri nəzərə alınmamış, nəticədə bina Cavabdeh4 əsasən və ipoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən torpaq sahəsil bərabər bina da Cavabdeh4 sahidliyinə və istifadəsinə keçmiş, Cavabdeh4 əsassız olaraq varlanmışdır. Cavabdeh4 hazırkı iş üzrə iddiaçılara qarşı borc tələbinə dair işə baxılan zaman alınmış "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli mütəxəssis rəyində İddiaçı1 mülkiyyətində olan 0,287457 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 11 fevral 2019-cu il tarixə bazar dəyəri - 230000 manat, üzərində mülkiyyətdə olan sahələr istisna olmaqla, yarımçıq tikililərlə birlikdə torpaq sahəsinin 11 fevral 2019-cu il tarixinə bazar dəyəri 696000 manat təşkil edir. Həmin rəyin mötərliliyini şübhə altına ala biləcək hər hansı hal müəyyən olunmamışdır, ona görə də torpaq sahəsinin 230000 manat dəyəri çıxıldıqdan sonra Cavabdeh4 iddiaçıların hesabına əsassız olaraq 466000 manat varlanmışdır. Həmin məbləğ Cavabdeh4 alınıb iddiaçılara verilməlidir; - apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, iş üzrə qətnamə qəbul edən zaman məhkəmə tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, dörd il əvvəl verilmiş mütəxəssis rəyinə əsasən iddiaçı tə rəfə dəymiş zərərin məbləğini müəyyən etmiş, daşınmaz əmlakın dəyərinin yüksələn xətt üzrə dəyişməsi nəzərə alındıqda həmin rəyin tam olmadığını, iddiaçının təşəbbüsü ilə alınmış və məhkəməyə təqdim olunmuş “X5” MMC-nin 03 iyun 2023-cü il tarixli mütəxəssis rəyi ilə həmin rəy arasında əmlakın qiymətlndirilməsində kəskin fərq olmasını nəzərə almamışdır; - iş üzrə ekspertiza keçirilməsinə və iddiaçılara dəymiş zərərin real qiymətlərə uyğun müəyyən olunmasına əsaslar olmasına baxmayaraq, məhkəmə “X5” MMC-nin 03 iyun 2023-cü il tarixli mütəxəssis rəyini sübut kimi qəbul etməkdən 10 iyul 2023-cü il tarixli ayrıca qərardad qəbul etməklə imtina etsə də, ekspertiza təyin olunmasından imtinanı əsaslandırmamış, əmlakın dəyəri ilə bağlı ziddiyyətlər aradan qaldırılmamışdır; - göstərilən hallara əsasə n apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz; - işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı iddiaçılara dəymiş ziyanın məbləğinin real bazar qiymətlərinə əsasən müəyyən edilməsi üçün iş üzrə məhkəmə ekspertizasının təyin olunması, ekspertiza keçirilməkə ipoteka predmeti olmuş torpaq sahəsi üzərində olan tikililərin dəyərinin müəyyən edilməsi məsələsini müzakirə etməli, həmin tikililərin hansıların iddiaçılar tərəfindən inşa olunması, torpaq sahəsi cavabdehin mülkiyyətinə keçənə qədər iddiaçılar tərəfindən 3-cü şəxslərə satılmış tikililər və sahələr çıxıldıqdan sonra hans ıların Cavabdeh4 sahibliyinə və istifadəsinə keçməsi, cavabdehin sahibliyinə və istifadəsinə keçmiş tikililərin mövcud bazar qiymətlərinə uyğun dəyərinin nədən ibarət olması aydınlaşdırılmaqla iddiaçılara dəymiş zərərin məbləğini müəyyən etməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

39. Yeni apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5,0 sot torpaq sahəsinin üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının torpaq sahəsi nəzərə alınmadan 2021-ci ildə və hazırda real bazar qiyməti nin nə qədər olmasını müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş, ekspertizanını aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.

40. Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli rəyində göstərilib ki, qeyd edilən ünvan və ərazidə analoji yaşayış binalarına dair məlumat olmadığına görə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

41. Apellyasiya instansiyası məhkəməsi 26 fevral 2025-ci il tarixli qərardadla qiymətləndirmə təyin edərək eyni sualların cavablandırılmasını “Mərkəzi Ekspertiza Bürosunun” mütəxəssislərinə həvalə etmişdir.

42. Mərkəzi Ekspertiza Bürosunun 05 may 2025-ci il tarixli MEB/03-0457/2025 nömrəli hesabatına əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5,0 sot torpaq sahəsinin üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının torpaq sahəsi nəzərə alınmadan 2021-ci ildə real bazar qiyməti 601640 manat, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5,0 sot torpaq sahəsinin üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının torpaq sahəsi nəzərə alınmadan hazırda real bazar qiyməti 890000 manat təşkil etmişdir.

43. Tərəflər rəylə razı olmadıqları üçün apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5,0 sot torpaq sahəsinin üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının torpaq sahəsi nəzərə alınmadan hazırda real bazar qiymətinin nə qədər təşkil etməsini müəyyən etmək məqsədilə qiymətləndiricinin rəyinin alınmasını zəruri bilmiş və qiymətləndirməni Azərbaycan Qiymətləndiricilər Palatasına tapşırmışdır.

44. Apellyasiya baxışında X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

45. Apellyasiya baxışında üçüncü şəxs X1 bildirmişdir ki, hazırda evinə, üzərinə həbs qoyulma səbəbindən daxil ola bilmir. Evinin ona təhvil verilməsini tələb edir. 46. "xxxx" MMC-nin 23 iyun 2025-ci il tarixli 13/BD nömrəli hesabatına əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5,0 sot torpaq sahəsinin üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının real bazar qiyməti 825000 manat təşkil edir.

47. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-170/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)3335/2021 nömrəli qətnaməsi qismən -“İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh4 qarşı zərərin ödənilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 780000 manat məbləğində pulun, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh4 tutulması qət edilmişdir. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Xumar Mərdanova)

48. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırkı işin faktiki hallarına əsasən ipoteka predmeti olmuş torpaq sahəsinin üzərində iddiaçılar tərəfindən bina inşa edilmişdir. 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsi ilə İddiaçı1 ipoteka qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirmiş, ipoteka saxlayan isə yaşayış evinin tikintisinin aparılmasına razılıq vermiş və tərəflər inş a olunan yaşayış evinin özgəninkiləşdirilməsi və istifadə qaydasını müəyyən etmişlər.

49. Apellyasiya instansiyası məhkəməsi işdəki sənədlərə, o cümlədən məhkəmə aktlarına əsasən qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti yalnız torpağın dəyəri ilə müəyyən olunmuşdur.

50. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, torpaq sahəsinin üzərində tikilinin dəyərinin torpağın hərracdakı ilkin satış qiymətində nəzərə alınmadığı halda, torpaq sahəsi ilə birlikdə cavabdehin sahibliyinə keçməsi cavabdehin əsassız varlanması ilə nəticələnmişdir.

51. Cavabdeh4 10 iyul 2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək işdə olan 11 fevral 2019-cu il tarixli rəyə əsasən 696000 manat məbləğdə n torpağın ilkin satış qiyməti olan 230 000 manatın çıxılaraq 466000 manat məbləğində pulun İddiaçı1 və İddiaçı2 ona olan ümumi borcundan çıxılmasına etiraz etmədiyini bildirmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışında əldə edilən Mərkəzi Ekspertiza Bürosunun 05 may 2025-ci il tarixli rəyinə və "xxxx" MMC-nin 23 iyun 2025-ci il tarixli 13/BD nömrəli hesabatına qiymət verərək, sonuncu mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan halların olmadığını göstərməklə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5 sot torpaq sahəsinin üzərində yerləşən 4 mərtəbəli yaşayış binasının real bazar qiymətinin 825000 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab etmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, apellyasiya baxışında Cavabdeh 4 oğlu Pərviz Hacıyevə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5,0 sot torpaq sahəsinin üzərində yerləşən 4 mərtəbəli yaşayış binasından dəyəri 20000 və 25000 manat məbləğində olan iki mənzil əldə etdiyini bildirmiş və qarşı tərəf də bu halı təsdiq etmişdir. Eyni zamanda mənzillərin dəyərinin ödənilməsi iş materiallarına əlavə edilmiş İddiaçı1 ilə X2 arasında bağlanan 13 sentyabr 2015-ci il tarixli ilkin alqı-satqı müqavilələri ilə də sübuta yetirilir.

54. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin məbləğlər çıxılmaqla iddiaçılara dəymiş zərərin məbləği müəyyən edilməlidir.

55. Həmçinin İddiaçı1 ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 arasında bağlanan müqaviləyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sonuncu ilə bağlanan müqavilə müqavilənin bağlanma şərtlərinə uyğun formada tərtib edilməmiş və notariusda qanuna müvafiq şəkildə təsdiq edilməmişdir. Eyni zamanda Laura Xanəliyeva tərəfindən ünvan 4 ünvanında tikilən evin 3 mərtəbəsində yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 37.7 kvm 17 saylı mənzilin dəyərinin, yəni 21450 manat məbləğində pulun ödənilməsini təsdiq edən qəbz və ya maliyyə arayışı məhkəməyə təqdim edilməmişdir.

56. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – zərərin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 780000 ma nat (825000 – 45000=780000) məbləğində pul, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh4 tutulmaldır. 57.Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091, 1092ci, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. İddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil5) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin 780000 manat zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilməsi və mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

59. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, mübahisəli bina Binəqədi rayonunda hündürlükdə və ekoloji cəhətdən təmiz ərazidə y erləşir. Həmin ərazidə torpağın 0,01 ha sahəsi minimum 33000 manat qiymətləndirilmişdir. Rəydə istinad edilən binaların tikildiyi ərazidə torpaqların 0,01 ha sahəsinin 5000-15000 manat arasında dəyişir. Həmin torpaqların isə dövlət reyestrində qeydiyyatı mövcud deyil, sənəd olaraq yalnız aidiyyəti bələdiyyə tərəfindən verilmiş müvafiq sənədlərdir. Mübahisəli binanın tikildiyi sahə xüsusi mülkiyyətdir və dövlət reyestrində qeydiyyata alınmışdır. Bu hal da mənzillərin hər kv.m-nin dəyərinin digərlərinə münasibətdə 200 manat artıq olmasını şərtləndirir. Nəticədə binanın ümumi dəyərində 254600 manat fərq yaranır. İlkin təxmini riyaza hesablamalara əsasən binanın ümumi dəyəri mövcud bazar qiymətindən ******* manat aşağı qiymətləndirilmişdir. Beləliklə, "xxxx" MMC hesabatda binanın ümumi dəyər ini açıq şəkil aşağı qiymətə dəyərləndirmişdir. Bu isə qiymətləndiricinin cavabdehlə qeyri-prosessual əlaqəyə girərək korrupsiyaya şərait yaradan hal təəssüratını formalaşdırmış, eyni zamanda, cavabdehin əsassız varlanmasına xidmət edən rəy tərtib etmişdir. Aşkar şəkildə görünür ki, "xxxx" MMC-nin qiymətləndiricisi ümumiyyətlə mübahisəli binaya baxış keçirməmiş, nə də baxış keçirmək niyyəti barədə iddiaçılara məlumat verməmiş, baxış keçirmişsə belə, iddiaçıları dəvət etməmişdir. Həmçinin, qiymətləndirici təşkilatlar "xxxx" MMC və Mərkəzi Ekspertiza Bürosunun apellyasiya instansiyasına təqdim etdiy hesabatlarda xidmət haqqı ödənilməsi barədə heç bir qaimə göndərilməmişdir. Qiymətləndiricilərin xidmət haqqı iddiaçılar tərəfindən ödənilməmişdir. Belə olan halda, xidmət haqqının cavabdeh tərəf indən ödənildiyi aydın olur. Təbii ki, qiymətləndirmə şirkətləri pulsuz xidmət göstərmirlər, hətta təcrübədə xidmət haqqı ödənilmədiyi təqdirdə hesabatı sifariş verən orqana göndərmirlər. Bütün bunlar cavabdehin qiymətləndirici təşkilatlarla qeyri-prosessual münasibətə girməsi təəsüratını yaradır. Qeyd edilənlər apellyasiya instansiyasına bildirilsə də, məhkəmə bu hallarla razılaşmağına baxmayaraq, nəticədə buna önəm verməmişdir.

60. Cavabdeh4 (vəkili Vəkil6) kassasiya şikayəti verərək, şikayətin qismən təmin olunması – 780000 manat vəsaitin və dövlət rüsumunun Cavabdeh4 tutulması hissəsində ləğv edib, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisə pred meti olan əmlakı qiymətləndirməklə Ali Məhkəmənin göstərişlərinin icrasını təmin etsə də, bu işdə obyektiv nəticəyə gəlinməmişdir. Belə ki, tərəflər arasında münasibət 2015-ci ildə Cavabdeh4 bu iş üzrə iddaçılara ümumilikdə 973 547,5 manat borc verməsi ilə yaranmışdır. Lakin nədənsə verilmiş borcun təminatı kimi qiymətləndirilən əmlak 2025-ci il qiymətləri ilə dəyərləndirilir. Cavabdeh4 tərəfindən borc verilərkən həmin vəsaitin dəyəri daha yüksək olmuşdur və borclular bu gündə həmin borcun qalan hissəsini ödəməmişdilər. Eyni özəl qiymətləndirmə şirkəti tərəfindən əmlakın dəyəri xx.xx.2023-cü il tarixı 1 371 265 manat olaraq qiymətləndirilmişdir. Lakin bu dəfə 5 ha torpaq sahəsi və tikilinin təmir olunmuş vəziyyətdə qiymətləndirilməsi aparılmışdır ki, bu da özü-özlüyündə əmlakın ilkin vəziy yəti ilə müqayisənləndirilməsi üçün əsas ola bilməz. İddia tələbinə baxdıqda, dəymiş zərərə görə pul vəsaiti tələb olunur. Lakin Cavabdeh4 tərəfindən dəymiş zərərin nədən ibarət olması və ya Cavabdeh4 hansı hərəkəti nəticəsində iddiaçıllara zərər dəyməsi müəyyən olunmur. Faktiki olaraq Ali Məhkəmənin gəldiyi nəticə ilə apellyasiya məhkəməsi üçün məcburi xarakter daşıyan və məhkəmə predmeti olan mübahisə ilkin iddia tələbindən və işin mahiyyətindən uzaqlaşmış, yəni Cavabdeh4 tələbkardan borcluya çevrilməsi ilə yekunlaşacaq qərarın qəbul olunmasını qaçılmaz edir. Hər bir halda, Ali Məhkəmənin gəldiyi nəticəyə əsasən apellyasiya instansiyasında ekspertizanın təyin olunması məcburi göstəriş olduğundan təyin olunmuş ekspertizaya əsasən verilmiş ekspert rəyində əmlakın qiymətləndirilməsinin apar ılmasının mümkün olmadığı göstərilmişdir. Mübahisənin bu müddətə qədər uzanması iddiaçılara öz borclarını ödəməkdən yayınmaq üçün ən əlverişli gedişatdır. Əmlakın dəyərinin 696 000 manat müəyyən olunması və 243800 manat çıxılmaqla yerdə qalan 466 000 manat vəsaitin Cavabdeh4 tutulmasına dair qəbul olunmuş məhkəmə aktı yaranmış vəziyyətin obyektiv həlli yoludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1. Varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmu r. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərind ən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübu tlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Kassasiya şikayətlərində qətnamə cavabdehdən tutulan məbləğ hissəsində mübahisələndirilir. İddiaçılar həmin məbləğin az, cavabdeh isə çox olmasını bildirmişlər. Həmçinin apellyasiya baxışının predmeti də həmin hissə üzrə olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

65. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təc rübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib.

68. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən hissədə iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, əsassız varlanma ilə bağlı işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən mütəxəssis rəylərini MPM-in 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

69. Məhkəmə kollegiyası hər iki tərəfin dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də ş ikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırması yetərli hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

70. Qiymətləndirmə rəylərinin düzgün olmaması barədə kassasiya şikayətlərinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

71. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlərini müəyyən etmişdir.

72. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə rəyin səhv və ya məhkəmənin rəyi düzgün qiymətləndirməməsi kimi qəbul edilə, eləcə də əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülk i Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

73. Həmçinin bu dəlillər apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallarla yanaşı, kassasiya instansiyası məhkəməsinin bu iş üzrə əvvəlki qərarlarında əks edilənlər baxımından da əsaslı sayıla bilməz.

74. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-170/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar