Məhkəmə qərarları › İş №2(102)-2454/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2454/2024

15.07.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2454/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı Notariat Ofisinin xüsusi notariusu X1, Cavabdeh4 qarşı iddiası, Cavabdeh3 İddiaçı qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab olunması, borcun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı Notariat Ofisinin xüsusi n otariusu X1, Cavabdeh4 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası və birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh3 İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1115/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-962/2019 nömrəli, 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilərək, cavabdeh İddiaçı 210.000 A BŞ dolları məbləğində pulun (məzənnə üzrə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Cavabdeh3 ödənilməsi qət edilmişdir.

2. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, iş üzrə verilən icra vərəqəsində İddiaçı ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əliyev küçəsi 16 qeyd edilmişdir.

3. İcra tədbirləri zamanı tələb borclu İddiaçı əmlakına - Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahəsi və əmlak kompleksinə yönəldilmişdir.

4. İcra məmurunun sifarişi əsasında "xxxx" MMC tərəfindən Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahəsi və əmlak kompleksinin bazar dəyəri 246.575 manat müəyyən edilmişdir.

5. İcra məmuru əmlakın satılması üçün hərrac keçirilməsini xx.xx.2021-ci il tarixli məktubla "xxxx" MMC-yə sifariş vermiş, hərrac təşkila tı tərəfindən hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə təyin edilmişdir.

6. Hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/07 nömrəli protokola və xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqaviləyə əsasən, İddiaçı məxsus Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,099380 ha torpaq sahəsi və 2315,75 kv.m-dən ibarət əmlak kompleksi 246.575 manat məbləğə Cavabdeh3 tərəfindən əldə edilmişdir. Həmin əmlak üzərində tələbkarın mülkiyyət hüququ xx.xx.2021ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Hərrac tədbirləri keçirilən zaman borclu əmlakın qiymətini mübahisələndirərək, qiymətləndiricinin hesabatının etibarsız sayılmasını tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 nömrəli, 19 may 2022-ci il tari xli qətnaməsi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5344/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-644/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi əsası ilə icra ata qəbul barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Cavabdeh3 xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,099380 ha torpaq sahəsi və 829,55 kv.m-dən ibarət əmlak kompleksini 250.000 manata Cavabdeh4 satmışdır. Sonuncunun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Yasamal rayon İcra şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X1 və Cavabdeh4 (bundan sonra cavabdehlər və ya Hərrac Mərkəzi, İcra şöbəsi, ad, soyad) qarşı idd ia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İcra şöbəsinin sifarişi əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,099380 ha torpaq sahəsi və 2315,75 kv.m-dən ibarət əmlak kompleksinin Cavabdeh3 246.575 manata satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, bunun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına verilmiş **********98-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AN-1 seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, bununla əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********8-12301 reyestr nömrəli, 362100/902 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin əraziyə dair onun adına verilmiş çıxarışın bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Yasamal rayon İcra və Probasiya şöbəsi Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini icra etmək məqsədilə ona məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmək barədə tapşırıq vermişd ir. xx.xx.2021-ci ildə icra məmuruna müraciət edərək, qiymətləndirmə hesabatının surətini almış və görmüşdür ki, bu sənəd tam qanunsuz və əsassızdır. Buna görə də, Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus olan torpaq sahəsi və əmlak kompleksi tikilisini qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan sonra həmin iddia ərizəsinin Nərimanov Rayon Məhkəməsinə verilməsi barədə məktubu İcra şöbəsinə vermiş, bundan sonra iddia ərizəsi müvafiq qərardadla cavabdehin hüquqi ünvanının Binəqədi rayonu ərazisində yerləşməsi əsası ilə geri qaytarılmış, o, həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iclasında məruzəçi hakim iddia ərizəsi üzr ə mülki işin məhkəmə aidiyyətinə görə Binəqədi Rayon Məhkəməsinə göndəriləcəyini bildirmişdir. Buna görə də ona Binəqədi Rayon Məhkəməsindən bildiriş gələcəyini gözləmiş, lakin sonra ona məlumat verilmişdir ki, əmlakı hərracda satılıb. Hesab edir ki, o qiymətləndirməni mübahisələndirməyi barədə İcra şöbəsinə məlumat verdiyindən, hərracın keçirilməsi qanunsuz olmuşdur. Ona bu barədə məlumat verilməmişdir. Bundan əlavə, hərracı sifariş verən cavabdeh İcra şöbəsi digər cavabdeh Hərrac Mərkəzinə hərrac keçirilməsini sifariş verərkən qəsdən həqiqətə uyğun olmayan ünvan göstərmiş, mobil telefonunu bildiyi halda nömrəsini göstərməmişdir. Belə ki, yaşadığı ünvan “ünvan 3h İcra şöbəsi isə sifarişində ünvanını “ünvan 4ldirişlər ona gəlib çatmamış və hərrac iştirakı olmadan keçirilmişdir. Hərracda ya lnız bir nəfər - cavabdeh (tələbkar) Cavabdeh3 iştirak etmiş və xx.xx.2021-ci il tarixdə qeyri-qanuni keçirilən hərracda mülkiyyətində olan obyekti dəyərindən qat-qat ucuz qiymətə almışdır.

11. İddiaçı Cavabdeh3 (bundan sonra birləşdirilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı)) İddiaçı (bundan sonra birləşdirilmiş birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh)) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı onun xeyrinə qalıq borc olan 110.425 manatın üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması, 600 manat əmlakın qiymətləndirilməsinə, 5.000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclər, 50.000 manat vurulmuş mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmas ı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İkinci iş üzrə iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ona 210.000 ABŞ dolları vəsaitinin qaytarılması barədə Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəlməsinə baxmayaraq, bu günə kimi pul vəsaitini qaytarmaqdan imtina edir. İcra məmuru tərəfindən onun barəsində icra tədbirləri görülərək əmlakı üzərinə həbs qoyulub əmlak qiymətləndirilmiş və hərraca çıxarılmış əmlak tələbkar olaraq ona təklif olunmuşdur. O, həmin əmlakı 08 aprel 2021-ci il tarixdə hərracdan almışdır. Həmin əmlaka onun adına 06 iyul 2021-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı əsassız iddialarla Nərimanov və Binəqədi Rayon Məhkəmələrinə müraciətlər etməklə qiymə tləndirməni və hərracın nəticələrinin etibarsızlığına dair tələblər səsləndirmişdir. Baxmayaraq ki, Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında 210.000 ABŞ dollar, yəni 357.000 manat pul vəsaitinin qaytarılması nəzərdə tutulsa da, yalnız əmlak kimi 246.575 manat məbləği ödənilmişdir. Qalan 110.425 manat hələ ki, ödənilməmiş qalmışdır. Bundan əlavə 600 manat əmlakın qiymətlədirilməsinə, 5.000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına və mənəvi zərərə görə dəymiş ziyan ona qaytarılmalıdır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5131/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair (004)-5131/2021 nömrəli mülki iş, Bakı şəhəri Nə rimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Yasamal rayon İcra şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu Zaur Dəmirova və Cavabdeh4 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-3088/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-119/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində aparılmış qiymətləndirilmə nəticəsində əmlaka verilmiş qiymətdən naraz ılığını bildirmiş, qiymətin əmlakın real qiymətindən aşağı olduğunu əsaslandırmağa çalışmışdır. Lakin iddiaçı sonda heç bir əsaslandırma gətirmədən məhz keçirilmiş hərracın əsassız olduğunu bildirərək, bu hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda hərrac bildirişini almadığını bildirsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-962/2019 nömrəli, 27 fevral 2019-cu il tarixli icra vərəqəsində İddiaçı ünvanı ünvan 5vana göndərilmişdir. Mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddia tələbini əsaslandırmalı və əsaslandığı halları təsdiq edən sübutlar təqdim etməli olduğu halda, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsi və ona əlavədə bu hallar öz əksini tapmır.

16. Məhkəmə ikinci iş üzrə iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, Cavabd eh3 iddiaçıya qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, eyni tərəflər arasında mövcud olan eyni mübahisəli hüquq münasibətinə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmış və xx.xx.2019-cu il tarixli qətnamə ilə iddiaçıdan 210.000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh3 xeyrinə ödənilməsi qət edilmişdir. Mübahisəli hüquq münasibətinə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir və bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Cavabdeh3 əmlakın hərracdan satılmasından sonra qalmış borc məbləğini tələb edir ki, həmin məbləğə dair məhkəmənin yekun aktı mövcuddur. Odur ki, digər məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia təmin edilə bilməz.

17. Məhkəmə qalıq borc olan 110.425 manat pul məbləğinin tut ulması barədə ikinci iş üzrə iddia tələbi ilə razılaşmadığından, həmin məbləğin üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması hissəsində də iddia tələbini əsassız hesab etmişdir.

18. Bundan başqa məhkəmə ikinci iş üzrə iddianın “600 manat əmlakın qiymətləndirilməsinə, 5.000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclər, 50.000 manat vurulmuş mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 bu tələblərini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, tərəflər istinad etdiyi halları sübut etməlidir. Lakin Cavabdeh3 istinad etdiyi halları təsdiq edən sübutları təqdim etməmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125 və 127-ci maddələrinin 7 -ci hissələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 78.1, 80, 81. 82.4, 88, 217.2, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

20. Qətnamədən iddiaçının (ikinci iş üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, hərrac barədə ona məlumat verilməsi zamanı yaşadığı ünvan düzgün qeyd edilmədiyindən ona məlumat gəlib çatmamışdır. Rayon məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, madd i və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-482/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili hərrac barədə bildirişdə onun ünvanının düzgün qeyd edilməməsi, nəticədə hərracdan məlumatı olmaması ilə bağlıdır. Bununla bağlı aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə e tiraza əlavə edilmiş iddiaçının İcra şöbəsinə verdiyi və sonda öz sözləri ilə yazıldığını qeyd edərək, imzası ilə təsdiq etdiyi xx.xx.2020-ci il tarixli izahatında faktiki olaraq yaşadığı ünvanı kimi “ünvan 6çı inkar etməmişdir. Demək ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya çatdırılmışdır. Bununla da məlum olur ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində olmayan, lakin məhkəmə iclasında səsləndirdiyi -əmlakının aşağı qiymətləndirilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarında olan iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 nömrəli, 19 may 2022-ci il t arixli qətnaməsindən məlum olur ki, iddiaçının həmin iddia tələbi təmin edilməmiş, qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5344/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-644/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi əsası ilə icraata qəbul barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışında n çıxarılaraq apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Göründüyü kimi qüvvədə olan yuxarıda qeyd edilən məhkəmə aktları ilə əmlakın qiymətləndirilməsi hesabatının onun real dəyərindən aşağı qiymətləndirilməsi səbəbindən etibarsız sayılması barədə tələbinə hüquqi qiymət verilmiş, həmin iddia tələbi əsassız hesab olunmuşdur, bu səbəbdən iddiaçının məhkəmə iclasında səsləndirdiyi həmin dəlili də əsassızdır.

25. Bundan başqa araşdırma zamanı müəyyən olunmuşdur ki, əmlakın hazırkı mülkiyyətçisi Cavabdeh4 vicdanlı əldə edəndir.

26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1, 41.2, 42.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 380.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

27. Qətnamədən iddiaçı (ikinci iş üzrə cavabdeh) (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 2.1, 14.1, 135.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə yoxlamalı idi ki, iddiaçı poçt vasitəsilə həmin bildirişi alıbmı, bu barədə poçtun müvafiq sənədi varmı. Kollegiya işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətində göstərilən ünvana istinad etmək əvəzinə işin materiallarında iddiaçının izahatında səhvən göstərilən ünva na istinad edərək, bu nəticəyə gəlmişdir. İddiaçı həmin izahatda mobil telefonunun nömrəsini də qeyd etmişdir. Həmin telefon nömrəsi cavabdehə göndərilməyib. Kollegiya cavabdehin nümayəndəsini məhkəmə iclasına dəvət edib, ondan soruşmamışdır ki, iddiaçıya bildiriş göndərilib, ya yox. Bütün bunlara baxmayaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya çatdırılmışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3048/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

30. Kassasiya instansiyası m əhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi, borcun ödənilməsi üçün icra qaydasında əmlakın hərracda satılması zamanı hərracın keşirilməsinin vaxtı və yeri barədə ona məlumat verilməməsi qaydası Mülki Məcəllənin 415.2-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuşdur. Buna görə də işin halları həmin maddi hüquq normaları əsasında yoxlanılmalı, iddianın təmin olunması üçün Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcud olubolmadığı müəyyən edilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə “İpoteka haqqında” qanunun normalarını tətbiq etmişdir. İş materiallarından göründüyü kimi baxılan iş üzrə hərrac ipoteka (girov) predmetinin satılması üçün deyil, icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qoyulmuş əmlakın satılması üçün keçirilmişdir. Bu halda hərracın keçirilməsi üzrə münasibətlər “İpoteka haqqında” qanunla deyil, Mülki Məcəllənin və “İcra haqqında” qanunun müddəaları ilə tənzimlənir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” qanunun normalarına istinad edilməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilir və MPM-nin 418.1-ci maddəsinə görə qətnamənin ləğv olunması üçün əsaslardan biridir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan həqiqətən də “ünvan 7na göndərilmiş bildirişlərdə ünvan tam göstərilməyib “ünvan 8na göndərilən bildirişlər “Qeyd olunan ünvanda nə qeydiyyatdadır, nə də yaşayır” qeydi ilə geri qaytarılmışdır. İşin bu halı, hərr ac barədə iddiaçıya lazımi qaydada bildiriş göndərilməsi kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, icra vərəqəsində ünvanın səhv və ya yarımçıq yazılması faktı da hərrac zamanı borcluya bildiriş göndərilməsi barədə qanunla müəyyən edilmiş qaydadan kənar hərrac keçirilməsinə əsas vermir. Həmçinin borclunun icra məmuruna verdiyi izahatda onun ünvanının “ünvan 9ac barədə bildirişin ona çatdırılması barədə gəlinən nəticə ziddiyyətlidir. Çünki hərracın keçirilməsi barədə bildirişin iddiaçıya faktiki olaraq çatdırılmaması aşkardır. Ümumiyyətlə hazırki halda həlledici məsələ, hərrac təşkilatı tərəfindən bildirişin ünvan sahibinə çatıb çatmamasından asılı olmayaraq düzgün ünvana göndərilməsidir. Bildirişin ünvanının düzgün yazılmadığı və bu səbəbdən də ona çatdırılmaması aşkardır. Bundan baş qa, hazırda baxılan mülki iş üzrə cavabdeh Hərrac Mərkəzi hərrac təşkilatı tərəfindən məhkəməyə iki dəfə sözügedən hərracla bağlı sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. Lakin həmin sənədlərdə borclu İddiaçı icra məmuruna yazdığı izahat yoxdur.

31. Məhkəmə kollegiyası icra məmuru tərəfindən tərtib olunmuş borclunun izahatında (İİ cild, səh. 92) göstərilən ünvanın mötəbərliyi ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, həmin izahatın başlığında borclunun “Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 16” ünvanda həm qeydiyyatda olduğu, həm də faktiki olaraq yaşadığı yazılmışdır. Lakin nəzərə alınmalıdır ki, icra məmuru birmənalı olaraq ilk növbədə izahatını aldığı şəxsin şəxsiyyəti müəyyən etməli, bundan sonra icra məsələləri üzrə vacib bildiyi məsələlərlə bağlı onun mövqeyini əks etdirməl idir. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yəni, borcludan izahat alınarkən onun şəxsiyyətini və habelə yaşayış yerini icra məmuru yalnız şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etməli idi.

32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi “araşdırma zamanı müəyyən olunmuşdur ki, əmlakın hazırkı mülkiyyətçisi Cavabdeh4 vicdanlı əldə edəndir” bildirməsinə baxmayaraq, məhkəmənin üçüncü şəxsin vicdanlı əldə edən olması ilə bağlı hansı araşdırma apardığı iş materiallarından görünmür və nəyin əsasında onun vicdanlı əldə edən sayılması Mülki Məcəllənin 182-ci maddəsinin dispozisiya şərtlərinə uyğun əsaslandırılmamışdır. Ümumiyyətlə məhkəmə, hərracdan sonra əmlakın başqa şəxsə satılmasına istinad etməsinə baxmayaraq, əmlakın üçüncü şəxsə satılmasının hazırki iddiaya təsir etməsini, yəni bu iddianın təmin edilməsini aradan qaldırması barədə gəldiyi mövqeyini ayrılıqda əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1115/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının p redmeti olan hissədə, yəni ilk iddiaya aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddianın təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı ünvan həqiqətən də “ünvan 7na göndərilmiş bildirişlərdə ünvan tam göstərilməyib “ünvan 8na göndərilən bildirişlər “Qeyd olunan ünvanda nə qeydiyyatdadır, nə də yaşayır” qeydi ilə geri qaytarılmışdır. İşin bu halı, hərrac barədə iddiaçıya lazımi qaydada bildiriş göndərilməsi kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, icra vərəqəsində ünvanın səhv və ya yarımçıq yazılması faktı da hərrac zamanı borcluya bildiriş göndərilməsi b arədə qanunla müəyyən edilmiş qaydadan kənar hərrac keçirilməsinə əsas vermir. Həmçinin borclunun icra məmuruna verdiyi izahatda onun ünvanının “ünvan 9ac barədə bildirişin ona çatdırılması barədə gəlinən nəticə ziddiyyətlidir. Çünki hərracın keçirilməsi barədə bildirişin iddiaçıya faktiki olaraq çatdırılmaması aşkardır. Ümumiyyətlə hazırki halda həlledici məsələ, hərrac təşkilatı tərəfindən bildirişin ünvan sahibinə çatıb çatmamasından asılı olmayaraq düzgün ünvana göndərilməsidir. Bildirişin ünvanının düzgün yazılmadığı və bu səbəbdən də ona çatdırılmaması aşkardır. Bundan başqa, hazırda baxılan mülki iş üzrə cavabdeh Hərrac Mərkəzi hərrac təşkilatı tərəfindən məhkəməyə iki dəfə sözügedən hərracla bağlı sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. Lakin həmin sənədlərdə iddiaçının icra məmuruna yazdığı izahat yoxdur. İcra məmuru tərəfindən tərtib olunmuş borclunun izahatında göstərilən ünvanın mötəbərliyi ilə bağlı əlavə olaraq qeyd olunmalıdır ki, həmin izahatın başlığında borclunun “Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 16” ünvanda həm qeydiyyatda olduğu, həm də faktiki olaraq yaşadığı yazılmışdır. Lakin nəzərə alınmalıdır ki, icra məmuru birmənalı olaraq ilk növbədə izahatını aldığı şəxsin şəxsiyyətini müəyyən etməli, bundan sonra icra məsələləri üzrə vacib bildiyi məsələlərlə bağlı onun mövqeyini əks etdirməlidir. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası və təndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İcra məmuru borcludan izahat alınarkən onun şəxsiyyətini və habelə yaşayış yerini yalnız şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etməli idi. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən hərrac barədə bildirişin iddiaçıya çatdırılması barədə səhv qənaətə gəlinmiş, bundan başqa birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticənin maddi hüquqi əsasını müəyyən etməmiş, hansı maddi hüquq normalarına istinad etdiyini qətnaməsində göstərməmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hərracın keçirilməsi barədə bildirişin iddiaçıya çatdırılmaması ilk iddianın təmin edilməsi üçün əsas deyil. Çünki hərrac barədə bildirişlərin iddiaçıya çatdırılmamasına baxmayaraq nəzərə alınmalıdır ki, “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarix li buraxılışından görünür ki, həmin hərracın keçirilməsi vaxtı və yeri barədə “Hərrac Mərkəzi” elan vermişdir. Beləliklə də, göstərilənləri və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq hərracın keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi hesab edilən “Birja Yenilikləri” qəzetinin sayında dərc edildiyindən hesab edilməlidir ki, İddiaçı hərrac barədə məlumatlandırılmaması barədə dəlili əsassızdır.

36. Məhkəmə kollegiyası iddiaçının apell yasiya şikayətində olmayan, lakin məhkəmə iclasında səsləndirdiyi - əmlakının aşağı qiymətləndirilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçının həmin iddia tələbi təmin edilməmiş, qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5344/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən həmin qətnam ədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-644/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi əsası ilə icraata qəbul barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi qüvvədə olan yuxarıda qeyd edilən məhkəmə aktları ilə əmlakın qiymətləndirilməsi hesabatının -onun real dəyərindən aşağı qiymətləndirilməsi səbəbindən etibarsız sayılması barədə tələbinə hüquqi qiymət verilmiş, həmin iddia tələbi əsassız hesab olunmuşdur, bu səbəbdən iddiaçının məhkəmə iclasında səsləndirdiyi həmin dəlili də əsassızdır.

37. Apellyasiya i nstansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci, “İcra haqqında” Qanunun 43.1, 50.1, 50.2, 53.2, 53.3, 61.2, 62.1, 62.2-ci, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

38. Qətnamədən iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı (Vəkil1 oğ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 30-cu bəndində hərracın keçirilməsi barədə bildirişin ünvanının düzğün yazılmadığının və bu səbəbdən iddiaçıya çatdırılmadığının aşkar olması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin və Mülki Məcəllənin müxtəlif maddələrinə istinad edərək, belə qənaətə gəlmişdir ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya çatdırılmamış və prosessual qanunvericiliyin tələblərinə görə (Azərbaycan Respublikası MM-nin 416.1 maddəsi) müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bundan sonra apellyasiya instansiyası məhkəməsi nədənsə, mövqeyini dəyişmiş və qətnamənin 36-cı bəndində hərracın keçirilməsi barəd ə bildirişin iddiaçıya çatdırılmamasının ilk iddianın təmin edilməsi üçün əsas olmadığını qeyd etmişdir. Bu halı isə hərrac barədə bildirişlərin iddiaçıya çatdırılmamasına baxmayaraq, “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında həmin hərracın keçirilməsi vaxtı və yeri barədə “Hərrac Mərkəzi”nin elan yerləşdirməyi ilə əsaslandırmışdır. Bundan sonra, qətnamənin 37-ci bəndində qeyd edilmişdir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyi n əzərə alaraq hərracın keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi hesab edilən “Birja Yenilikləri” qəzetinin sayında dərc edildiyindən hesab edilməlidir ki, iddiaçının hərrac barədə məlumatlandırılmamasına dair dəlili əsassızdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında hərracın keçirilməsi barədə məlumatın kütləvi informasiya vasitəsində dərc edilməsinin hərracı keçirəni iddiaçıya bu barədə məlumat vermək vəzifəsindən azad etməyi qeyd edilməmişdir.

40. Mülki işə dəfələrlə iddiaçıya və Cavabdeh3 göndərilmiş kuryer xidmətləri üçün mədaxil qəbzinin talonları yerləşdirilib. Həmin talonlardan Cavabdeh3 ğöndərilənlərdə onun ünvanı, telefon nömrələri sərbəst oxunur, lakin, iddiaçıya göndərilən talonların heç birində yazılanlar oxunmur.

41. Mübahisələndirilən qətnamədə cavabdeh Hərrac Mərkəzinin “Birja yenilikləri” qəzetinin 16 mart 2021-ci il tarixli, 240 saylı nüsxəsində keçiriləcək hərrac barədə məlumat verdiyi qeyd edilsə də, hərrac 08 aprel 2021-ci il tarixdə keçirilmiş, yəni qanunda nəzərdə tutulmuş 30 günlük müddət ğözlənilməmişdir. Bununla da yenə də mülki-prosessual qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşlar.

42. Birinci instansiya məhkəməsi hazırkı mülki işə baxarkən iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,099380 ha torpaq sahəsi və 2315,75 kv.metrdən ibarət əmlak kompleksinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(005)-3088/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş və əmlakın üzərinə həbs qoyulmuş, qərardadın icrası Nərimanov rayon İcra şöbəsinə həvalə edilmişdir. Buna baxmayaraq sözügedən qərardad icra edilməmiş, iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlakı hərracdan qanunsuz yolla əldə etmiş Cavabdeh3 26 iyul 2021-ci il tarixdə (məhkəmənin qərardadı ilə daşınmaz əmlaka həbs qoyulmasından 1 ay 26 gün sonra) Bakı şəhəri 23 saylı DNK-da həmin daşınmaz əmlak kompleksini Cavabdeh4 satmış və 2 gündən sonra həmin əmlak kompleksinə çıxarış almışdır. Bununla əlaqədar iddiaçı Bakı şəhəri Yasamal rayon prokuroruna şikayətlə müraciət edərək, həbs altında olan əmlakın qanunsuz satılması barədə şikayət etmiş, bu barədə qanunla nəzərdə tutulmuş tədbir görülməsini xahiş etmişdir. Mülki işin 1-ci cildinin 162-ci vərəqində Yasamal rayon prokurorunun Nərimanov Rayon Mə hkəməsinin hakiminə ünvanladığı 11 noyabr 2021-ci il tarixli, 1546-Ş-21 saylı məktubunda iddiaçının şikayətilə əlaqədar olaraq, cavab verməsini tələb etmişdir. İşin 1-ci cildinin 164-cü vərəqində olan hakimin 26 noyabr 2021-ci il tarixli, 2(005)-3088/2021 nömrəli məktubu ilə bildirilir ki, məhkəmənin 01 iyun 2021-ci il tarixli qərardadı icra olunması üçün 15 noyabr 2021-ci il tarixdə (5,5 aydan sonra) ğöndərilmişdir. Mülki-prossesual qanunvericiliyinin bu cür kobud pozulmasına nə Yasamal rayon prokurorluğu, nə Nərimanov Rayon Məhkəməsi heç bir reaksiya verməmiş, ümumiyyətlə, iddiaçıya cavab belə verməmişlər. Bu ənənəni davam etdirərək, apellyasiya instansiyası məhkəməsi də bu qanun pozuntusu barədə heç bir tədbir görməmişdir. Bütün bunları iddiaçı məhkəmə iclasında apellyasiya instansiyası məhkəməsinin hakimlərinin nəzərlərinə çatdırsa da və bu hal qətnamədə qeyd olunsa da yenə də heç bir tədbir görməmiş, birinci instansiya məhkəməsinin qanuna zidd qətnaməsini dəyişdirilmədən saxlamışlar.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

43. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

44. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

45. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ol a bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

46. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

47. Madə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları po zmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

48. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.

49. Maddə 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir.

50. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.

51. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə h üququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

52. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

53. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

54. Maddə 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirili r.

55. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

56. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

57. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcə llədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

60. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 217.4. M əhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol ver ilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

70. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. İddiaçı (ikinci iş üzrə cavabdeh) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin qeyd olunan hissədə qismən yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtə rəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də həmin dəlilləri təkrar araşdırmağa lüzum olmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

75. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə. Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtər əfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

78. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1115/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar