Məhkəmə qərarları › İş №2(102)-1964/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1964/2024

10.06.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1964/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və X29 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba Rayon İcra və Probasiya Şöbəsi, X38, X21, X7, X15, X44, X17 və X45, maraqlarına toxunulan şəxs Maraqlı şəxs, üçüncü şəxs X46) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Tə vəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı və X29 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X38, X21, X7, X15, X44, X17 və X45, maraqlarına toxunulan şəxs Maraqlı şəxs qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3535/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qərardadından hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binası 29,8 pay hissədə X16; 29,3 pay hissədə İddiaçı; 7,5 pay hissədə X8; 5,2 pay hissədə X12, 0,5 pay hissədə X22; 5,2 pay hissədə X18; 0,7 pay hissədə X4; 5,4 pay hissədə X29; 4,4 pay hissədə X30; 1,5 pay hissədə X23; 1,7 pay hissədə X11; 1,6 pay hissədə X39; 1 pay hissədə X3; 1,5 pay hissədə X19; 1 pay hissədə X9 və 7,7 pay hissədə X13 adına xüsusi mülkiyyət hüququ üzrə paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir.

2. Quba Rayon Məhkəməsinin 23 dekabr 2017-ci il tarixli 2(027)-5955/2016 nömrəli icra vərəqəsinə əsasən, iddiaçılar X31 və X5 cavabdeh "xxxx" firmasına qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işdən çıxmaqla əlaqədar əmək haqqının və son haqq-hesab ödənclərinin məcburi qaydada alınması” tələbinə dair iddia təl əbi üzrə cavabdeh "xxxx" firmasından əmək haqqı borcu üzrə 659,60 manat, son haqq-hesab üzrə 857,36 manat, cəmi 1.516,96 manat məbləğində pulun alınaraq X31 xeyrinə, 609,60 manat əmək haqqı borcu, son haqq-hesab üzrə 598,27 manat, cəmi 1.207,87 manat məbləğində pulun X6 xeyrinə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh1 09 fevral 2018-ci il tarixli Quba Rayon icra şöbəsinə, X40, X10 və "xxxx" firmasına ünvanladığı açıq hərracın keçirilməsinə dair 21/04 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasının 21.000 manat qiymətinə 12 mart 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş X10 göndərilmiş və 17 fevral 2018-ci il t arixdə rəsmi qaydada imza etməklə qəbul etmişdir. Müvafiq məlumat “Kaspi” qəzetinin 09 fevral 2018-ci il tarixli 026 nömrəli buraxılışında yerləşdirilmişdir.

4. Cavabdeh1 15 mart 2018-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, X40, X10 və "xxxx" firmasına ünvanladığı açıq hərracın keçirilməsinə dair 21/04-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasının 18.900 manat qiymətə (ilkin satış qiyməti olan 21.000 manat məbləğində dəyərdən 10% aşağı qiymətinə) 29 mart 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş X10 göndərilmiş və 28 mart 2018-ci il tarixdə həmin bildirişi rəsmi qaydada imza etməklə qəbul etmişdir. Müvafiq məlumat “Kaspi” qəzetinin 15 mart 2018-ci il tarixli 049 nömrəli buraxılışında yerləşdirilmişdir.

5. Cavabdeh1 29 mart 2018-ci il tarixli 87 nömrəli hərracın yekunları barədə protokola əsasən, Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binasının (icra sənədi üzrə borc 2.724,83 (iki min yeddi yüz iyirmi dörd manat səksən üç qəpik) manat) tam dəyəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 753 nömrəli rəyinə əsasən 21.000 manat qiymətə açıq hərraca çıxarılmış və 18.900 manat qiymətə X2. 6. 30 may 2018-ci il tarixdən Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binası X24 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəs i ilə 14 yanvar 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 “Hərracın yekunları barədə” 29 mart 2018-ci il tarixli 87 nömrəli protokolunun etibarsız hesab edilməsi, Quba şəhəri, H.Əliyev prospekti 194 ünvanında 0,02472 ha torpaq üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyri-yaşayış binasına dair X32 verilmiş 30 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı X50 iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 yanvar 2018-ci il tarixli QR-753 nömrəli qiymətləndirmə rəyinin ləğv edi lməsi, Cavabdeh1 “Hərracın yekunları barədə” 29 mart 2018-ci il tarixli 87 nömrəli protokolunun etibarsız hesab edilməsi, Quba şəhəri, H.Əliyev prospekti 194 ünvanında 0,02472 ha torpaq üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyri-yaşayış binasına dair X32 verilmiş 30 may 2018-ci tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və müvafiq qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(006)2786/2019 nömrəli qərardadı ilə həmin mülki işlər birləşdirilərək bir icraatda baxılması və bu məqsədlə Bakı şəhəri Nəsimi Rayon Məhkəm əsinin icraatında olan 2(006)-2786/2019 nömrəli mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1138/2019 nömrəli 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmişdir, Cavabdeh1 “Hərracın yekunları barədə” 29 mart 2018-ci il tarixli 87 nömrəli protokolu etibarsız hesab edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 yanvar 2018-ci il tarixli QR-753 nömrəli qiymətləndirmə rəyinin və Quba şəhəri, H.Əliyev prospekti 194 ünvanında 0,02472 ha torpaq üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyriyaşayış binasına dair X32 verilmiş 30 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət r eyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq qeyri-yaşayış binasının qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amillər nəzərə alınmamış, əmlak müəyyən olunmuş standartlara uyğun qiymətləndirilməmişdir. Bu da öz növbəsində qiymətləndirmə hesabatının, keçirilmiş hərracın və onun nəticəsi olaraq bağlanmış alqısatqı müqaviləsinin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair çıxarışın ləğvi üçün əsas yaratmışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.2, 415.1, 415.2, 416.1, 416.2-ci maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4 və 2-ci ma ddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1-ci maddələrinə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7 və 8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X46 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, X24 iştirakı olmadan birinci instansiya məhkəməsində keçirilmiş prosesdə qəbul edilən 2(005)-1138/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən tam əsas sızdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3565/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) tərəflər arasında 1.1.“Birinci” və “İkinci” iddiaçı və “Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər”: 1.2 Maraqlarına toxunulancavabdeh şəxs” X47 iddiaçılar İddiaçı və X29 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1138/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 MMC-nin “Hərracın yekunları barədə” 29 mart 2018-ci il tarixli 87 nömrəli protokolunun etibarsız hesab edilməsi, “Qiymətləndirmə Xidməti Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 yanvar 2018-ci il tarixli QR-753 nömrəli “Qiymətləndirmə Rəyi”nin ləğv edilməsi, ünvan 3 ünvanı nda 0,02472 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyri-yaşayış binasına dair X25 adına verilmiş 30 may 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı ləğv etmək hüququnu tanıyır. 1.3. Birinci iddiaçı" İddiaçı, “ikinci iddiaçı” X50 və "Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər” X44, X14, X45, X26, X38, X7, X17 və X15 “Maraqlarına toxunulan cavabdeh şəxs" X33 və üçüncü şəxs “Gülüstan" firmasına qarşı irəli sürdükləri hər iki iddiadan imtina edirlər və işin icraatına xitam verilməsinə razılıq verirlər və bu işlə bağlı bütün digər artıq başlanmış və başlanması nəzərdə tutulan məhkəmə çəkişmələrindən imtina edirlər və “Maraqlarına toxunulan - cavabdeh şəxs X47 bu sazişin 2.2.1-ci bəndində qeyd olunan öhdəliyi məhkəmə tərəfindən sazişin təsdiqlənərək qanuni qüvvə aldığı tarixdən 6 (altı) ay ərzində icra etməyi öhdəsinə götürür. 1.4. Təsisçiləri olduqları "xxxx" firması tərəfindən irəli sürülən bütün iddia tələblərinin geri çağrılması üçün firmanın rəhbərliyinə müvafiq göstəriş verirlər. 1.5. “Maraqlarına toxunulan-cavabdeh şəxs” X47 öz növbəsində “Birinci iddiaçı” İddiaçı, “ikinci iddiaçı" X50 və "Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər” X44, X14, X45, X26, X38, X7, X17 və X15 qarşısında öhdəlik götürür ki, ona qarşı irəli sürülmüş hər iki iddiadan imtina edilməsi və işin icraatına xitam verilməsinə razılıq verilməsi və onların bu müqavilədə göstərilən digər hərəkətlərdən imtinası müqabilində, mülkiyyətində olan və mübah isə predmetinin əsasını təşkil edən, Quba şəhəri H.Əliyev prospekti 194 ünvanında 0,022472 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyri-yaşayış binasının satışından əldə ediləcək məbləğin 35%-ni (otuz beş faizini) “Birinci iddiaçı” İddiaçı, “İkinci iddiaçı" X50 və “Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər” X44, X14, X45, X26, X38, X7, X17 və X8 notariat qaydasında nümayəndə etdikləri şəxsə verilməsinə razılıq verir. 1.6.“Maraqlarına toxunulan-cavabdeh şəxs" habelə öhdəlik götürür ki, mülkiyyətində olan və mübahisə predmetinin əsasını təşkil edən, Quba şəhəri H.Əliyev prospekti 194 ünvanında 0,022472 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.m. olan qeyri-yaşayış binasını hər hansı bir üçüncü şəxsə bağışlamaycaq və bu əmlakla bağlı “Birinci” və “İkinci” iddaçının, habelə “Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər”in bu müqavilənin 2.2.1-ci maddəsi ilə təsdiq edilən mənafelərinə zidd sərəncam verməyəcək. 1.7 Maraqlarına toxunulan-cavabdeh şəxs” öhdəlik götürür ki, adı çəkilən binanın real dəyərinə xələl gətirə biləcək heç bir hərəkət etməyəcək, binanın konstruktiv elementlərini dəyişdirməyəcəkdir. 1.8.“Maraqlarına toxunulan-cavabdeh şəxs” öhdəlik götürür ki, gələcəkdə “Gülüstan" firmasına qarşı bütün iddialardan imtina edir. 1.9.Mülkiyyətində olan və mübahisə predmetinin əsasını təşkil edən binanın qorunub saxlanılması üçün bütün zəruri xərcləri öz üzərinə götürür və müvafiq vergi və sair ödənişləri öz vəsaiti hesabına həyata keçirir. Binanın istismarı və istifadəsi ilə bağlı yarana biləcək bütün borclara görə məsuliyyət daşıyır.1.10. Binanın satılması ilə bağlı müştəri ilə danışıqlara başlayarkən bu barədə mütləq “Birinci” və “İkinci” iddiaçı və “Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər”in notariat qaydasında nümayəndə etdikləri şəxsə əvvəlcədən məlumat verir və satışla bağlı bütün aparılan danışıqlarda onun iştirakını təmin edir.1.11. Satış prosesi zamanı bu müqavilənin 2.2.6-cı maddəsinə əsasən tərəflərin nümayəndə etdikləri şəxsin əqdin notariat qaydasında bağlanmasında iştirakını təmin edir və həmin əmlakın satışından əldə edilən pul vəsaitinin 35%-nin (otuz beş faiz) həmin şəxsin adına depozitə qoyulmasına razılıq verir.1.12. Mülkiyyətində olan və mübahisə predmetinin əsasını təşkil edən binanı heç bir halda 3 milyon manatdan aşağı qiymətə satmayacağını öhdəsinə götürür. 1.13. “Mülki iş üzrə maraqlarına toxunulan "xxxx" firmasının digər təsisçiləri. 1.14. X27, X41, X55, X51 və X34, mülki mübahisə üzrə tərəflərin bu müqavilə əsasında bağladıqları sazişin şərtləri ilə qeyri-şərtsiz razı olduqlarını təsdiq edirlər.” məzmununda barışıq sazişi təsdiq olunmuş və mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(006)2786/2019 saylı qərardadı ilə Quba şəhəri H.Əliyev prospekti 194 ünvanında 0,02472 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 298,5 kv.m olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülmüşdür.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəlləyə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

17. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab etmişdir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262.4, 370, 391-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. X1 vərəsəsi Maraqlı şəxs (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərardadında maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız tərəflərin mövqeyindən çıxış edərək, maraqlarına toxunan şəxsin iştirakını təmin etməyərək, müdafiə hüququnu təmin etmədən qanuna zidd qərardad qəbul etmişdir. Apellyasiya məhkəməsi işin tam və obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə maraqlarına toxunan şəxsi məhkəməyə cəlb etməmiş, bununla bağlı araşdırma aparmamış və bununla bağlı məhkəmə həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir. Apellyasiya instansiya məhkəməsi işə baxan məhkəmə kimi "x xxx" Firmasının direktoru Mirabdulla Rzayevin mülkiyyətçi kimi hüquqlarını nəzərə almamışdır. Mirabdulla Rzayev 31 dekabr 2019-cu il tarixində vəfat etmiş və 06 may 2021-ci il tarixli V349 nömrəli vərəsəlik işinə əsasən Maraqlı şəxs vərəsəlik işinə görə vərəsəsi sırasına daxil edilmişdir. Bundan sonra sözügedən məhkəmə qərardadının mövcudluğundan məlumatları olmuş və məlum olmuşdur ki, həmin qərardad mülkiyyətçi kimi maraqlarına toxunmuş və Mirabdulla Rzayevin yoxluğundan sui-istifadə edərək barışıq sazişini bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən qanunlara deyil, barışıq sazişinin üstünlüyünə istinad etməklə səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Üçüncü şəxs X24 vəkili Vəkil3 etiraz təqdim edərək kassasiya şikayəti tamamilə əsassız olduğunu bildirmiş, ona görə də kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 191.2. Hakim iddiaçının iddiadan i mtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:

28. Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamı şlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə.

29. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

30. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.

34. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş mater ialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Nəz ərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3535/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar