Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1115/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Yasamal Rayon İcra şöbəsi, Cavabdeh3, Bakı Şəhəri 23 saylı Notariat Ofisinin xüsusi notariusu X5 və Cavabdeh4 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh3 İddiaçı qarşı “borcun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı ilk iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Yasamal Rayon İcra Şöbəsinin sifarişi əsasında cavabdeh "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,099380 ha torpaq sahəsi və 2315,75 kv.m-dən ibarət əmlak kompleksinin Cavabdeh3 246.575 manata satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, bunun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına verilmiş **********98-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Çıxarışın” ləğv edilməsi, cavabdeh 23 saylı Notariat Ofisinin xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2021ci il tarixdə tərtib edilmiş AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” ləğv edilməsi, bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2021-ci il tarixdə verilmiş **********8-12301 reyestr nömrəli, 362100/902 qeydiyyat nömrəli “Çıxarışın” ləğv edilməsi, həmin əraziyə dair onun adına “Çıxarışın” bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan 210.000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq həmin iş üzrə Cavabdeh3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Yasamal Rayon İcra Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Həmin İcra Şöbəsinin icra məmuru X1 qətnaməni icra etmək məqsədilə iddiaçıya məxsus olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin. İddiaçı xx.xx.2021-ci ildə icra məmuruna müraciət edərək, həmin qiymətləndirmə tapşırığın surətini almış və görmüşdür ki, bu sənəd tam qanunsuz və əsassızdır. Buna görə də, Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus olan torpaq sahəsi və əmlak kompleksi tikilisinin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə təqdim edilməsi barədə məktubu Yasamal Rayon İcra Şöbəsinə təqdim etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1583/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır ona görə ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-3578/2021 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1583/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iclasında məruzəçi hakim elan etmişdir ki, iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyətinə görə Binəqədi Rayon Məhkəməsinə göndəriləcəkdir. İddiaçı, Binəqədi Rayon Məhkəməsindən bildiriş gəlməsini gözləmişdir. İki aydan artıq müddət keçdikdən sonra Yasamal Rayon İcra Şöbəsindən telefon zəngi gəlmişdir ki, mülkiyyətində olan obyekt hərracdan satılmışdır. Yuxan instansiyalara şikayət etdikdən sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 3578/2021 saylı qərardadının surətini xx.xx.2021-ci il tarixdə almağa müvəffəq olmuş və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC, nə də ki, cavabdeh Yasamal Rayon İcra Şöbəsi qanunun tələblərinə riayət etməmişlər. İddiaçı, Yasamal Rayon İcra Şöbəsinə mülkiyyətində olan əmlaka dair verilmiş ekspert hesabatının qanunazidd olduğuna görə məhkəməyə şikayət verməyi barədə sənəd təqdim etməyinə baxmayaraq, Yasamal rayon İcra şöbəsi hərracın keçirilməsinə dair sifarişlə cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə müraciət etmiş, bu barədə ona məlumat verməmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə, hərracı sifariş verən cavabdeh Yasamal Rayon İcra Şöbəsi digər cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə hərrac keçirilməsini sifariş verərkən qəsdən həqiqətə uyğun olmayan ünvan göstərmiş, iddiaçının mobil telefonunu bildiyi halda nömrəsini göstərməmişdir. Belə ki, iddiaçının yaşadığı ünvan ünvan 2ayon İcra Şöbəsi isə sifarişində iddiaçının ünvanını - ünvan 4ldirişlər iddiaçıya gəlib çatmamış və hərrac onun iştirakı olmadan keçirilmişdir. Hərracda yalnız bir nəfər - cavabdeh (tələbkar) Cavabdeh3 iştirak etmiş və xx.xx.2021-ci il tarixdə keçirilən qeyri-qanuni hərracda iddiaçının mülkiyyətində olan obyekti dəyərindən qat-qat ucuz qiymətə almışdır.
3. Cavabdeh3 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan onun xeyrinə qalıq borc olan 110.425 manat üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması, 600 manat əmlakın qiymətləndirilməsinə, 5.000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclərin, 50.000 manat vurulmuş mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 notariat qaydasında aldığı 210.000 ABŞ dolları vəsaiti qaytarmadığından Cavabdeh3 iddiası əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında borcun qaytarılması təmin olunmuşdur. İddiaçı məhkəmə qətnaməsini icra etmək əvəzinə yuxarı instansiyalara müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlib icra olunmasına baxmayaraq, bugünə kimi iddiaçı pul vəsaitini qaytarmaqdan imtina edir. Məhkəmə icra məmuru tərəfindən onun barəsində icra tədbirləri görülərək əmlakı üzərinə həbs qoyularaq, müvafiq qaydada qiymətləndirmə aparılmış və hərraca çıxarılmış əmlak tələbkar olaraq Cavabdeh3 təklif olunmuşdur. Cavabdeh3 həmin əmlakı xx.xx.2021-ci il tarixdə hərracdan almışdır. Hərracın nəticələri aidiyyəti üzrə göndərilərək həmin əmlaka Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə dövlət reyestrindən Çıxarış verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında 210.000 ABŞ dollar, yəni 357.000 manat pul vəsaitinin qaytarılması nəzərdə tutulmasına baxmayaraq, yalnız əmlak kimi 246.575 manat məbləği ödənilmişdir. Qalan 110.425 manat hələ ki, ödənilməmiş qalmışdır. Bundan əlavə 600 manat əmlakın qiymətlədirilməsinə, 5 000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına və mənəvi zərərə görə dəymiş ziyan Cavabdeh3 qaytarılmalıdır. Bütün bunlara baxmayaraq, iddiaçı əsassız iddialarla Nərimanov və Binəqədi Rayon Məhkəmələrinə müraciətlər etməklə qiymətləndirmənin və hərracın nəticələrinin etibarsızlığına dair tələblər səsləndirmişdir. İddiaçı, məhkəmə qətnaməsinin icrasına bilərəkdən maneə yaratmaq məqsədilə çoxsaylı iddialar və əsassız şikayətlər verməklə Cavabdeh3 külli miqdarda ziyan vurmuşdur. Bu ziyan məhkəmə qətnamələrinin icra olunmaması nəticəsində Cavabdeh3 psixoloji gərginliyin yaşanması ilə yanaşı bütün məhkəmələrdə iştirakının təmin olunması Cavabdeh3 əsas işindən ayırmaqla ona külli miqdarda ziyan vurulmuşdur. b) İş üzrə qəbul edilmiş məhkəmə aktları barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(005)-119/2022) ilə ilk və qarşılıqlı iddiaların təmin edilməməsini, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk və qarşılıqlı iddiaçılara aid edilməsini qət etmişdir.
6. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(103)-482/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
7. Həmin qətnamədən ilk iddia üzrə iddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-3048/2023) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. c) apellyasiya icraatında işə yenidən baxılarkən tərəflərin iştirakı və izahatları barədə məlumat
8. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin məzmununa uyğun izahat verərək bildirdilər ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, hərrac barədə iddiaçıya məlumat verilməsi zamanı yaşadığı ünvan düzgün qeyd edilmədiyindən ona məlumat gəlib çatmamışdır, Rayon Məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə düzgün qərar qəbul etsə də, bir məqam diqqətdən yayınmışdır. Belə ki, iddiaçı, Nərimanov Rayon Məhkəməsinə hazırki iddia ərizəsi ilə müraciət etdikdən sonra vəsatət verərək, müvəqqəti təminat tədbiri kimi işə mahiyyəti üzrə baxılıb qurtarana kimi mübahisəli əmlakların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3088/2021 saylı qərardadı ilə əmlaklar üzərinə həbs qoyulmuş, qərardadın icrası Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin əməkdaşlarının səriştəsizliyi, yaxud da qəsdi nəticəsində bu qərardad 6 ay müddətində icraya yönəlməmiş, bunun nəticəsində əmlakın üzərinə həbs qoyulduqdan sonra Cavabdeh3 həmin obyekti satmış və hətta buna dair təcili çıxarış da almışdır. Bununla əlaqədar iddiaçının müxtəlif instansiyalara çoxsaylı şikayətlər etməsinə baxmayaraq, müvəqqəti təminat tədbirinə dair qərardadın icrasını təmin etməyən əməkdaşlar barədə heç bir qanuni tədbir görülməmişdir. Odur ki, həmin əməkdaşlar barədə xüsusi qərardad qəbul edilməlidir.
9. Apellyasiya baxışında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
10. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın iclaslarının vaxtı və yeri haqqında lazımi qayada xəbərdar edilməsinə baxmayaraq onların nümayəndələri ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
11. Bu hallar işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. d) apellyasiya baxışının hədləri barədə məlumat
12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, qarşılıqlı iddia tələbi təmin olunmasa da, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməmiş, qarşılıqlı iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş ilk iddia üzrə iddiaçı isə qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı qətnaməni yalnız ilk iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir.
13. Məhkəmə qeyd edir ki, MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsinin əsaslılığını yoxlamamışdır. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə ilk iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. Belə ki, AZE seriyalı, ******** nömrəli “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, ilk iddia üzrə iddiaçı ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 962/2019 saylı İcra Vərəqəsinin surətindən görünür ki, cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı 210.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulması) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh3 ödənilməsi qeyd edilmişdir. İddiaçı ünvanı “Bakı şəhəri, Yasamal rayonu, Ə.Əliyev küçəsi 16” kimi qeyd edilmişdir.
18. İşdə olan xx.xx.2021-ci il tarixli, 28/07 nömrəli “Hərracın yekunları barədə protokoldan” və xx.xx.2021-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən” görünür ki, İddiaçı məxsus olan və Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,099380 ha torpaq sahəsi və 2315.75 kv.m ibarət əmlak kompleksi 246.575 manat məbləğə Cavabdeh3 tərəfindən əldə edilmişdir.
19. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan 210.000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh3 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Yasamal Rayon İcra Şöbəsinə icra vərəqi göndərilmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyev qətnaməni icra etmək məqsədilə ona məxsus olan Zaqatala rayonunun Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin. Müvafiq qaydada qiymətləndirmə aparılmış və hərraca çıxarılmış əmlak tələbkar olaraq Cavabdeh3 təklif olunmuşdur. Cavabdeh3 həmin əmlakı xx.xx.2021-ci il tarixdə hərracdan almışdır. Hərracın nəticələri aidiyyəti üzrə göndərilərək həmin əmlaka Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə “Reyestrindən çıxarış” verilmişdir.
20. Hərracın nəticələrinin etibarsız sayılmasını tələb edən İddiaçı bildirir ki, məhkəmə qətnaməsi əsasında tutulmalı olan borcun ödənilməsi üçün icra qaydasında əmlakın hərracda satılması zamanı hərracın keçirilməsinin vaxtı və yeri barədə ona məlumat verilməmişdir.
21. İş materiallarından göründüyü kimi, baxılan iş üzrə hərrac ipoteka (girov) predmetinin satılması üçün deyil, icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qoyulmuş əmlakın satılması üçün keçirilmişdir.
22. Bu halda hərracın keçirilməsi üzrə münasibətlər Mülki Məcəllənin və “İcra haqqında” Qanunun müddəaları ilə tənzimlənir.
23. İddiaçının istinad etdiyi bu qayda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuşdur. Buna görə də işin halları həmin maddi hüquq normaları əsasında yoxlanılmalı, iddianın təmin olunması üçün Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcud olub-olmadığı müəyyən edilməlidir.
24. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin tələblərinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2.). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).
25. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1 və 43.1.1-ci maddələrinin mənasına görə, Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir.
26. Həmin Qanunun tələblərinə görə, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur (maddə 50.1.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir (maddə 50.2.). Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır (maddə 53.2.). Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır (maddə 53.3.). İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir (maddə 61.2.). İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir (maddə 62.1.). Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (maddə 62.2.).
27. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri).
28. İş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan həqiqətən də “ünvan 8na göndərilmiş bildirişlərdə ünvan tam göstərilməyib “ünvan 9na göndərilən bildirişlər “Qeyd olunan ünvanda nə qeydiyyatdadır, nə də yaşayır” qeydi ilə geri qaytarılmışdır (İ cild, səh. 18).
29. İşin bu halı, hərrac barədə iddiaçıya lazımi qaydada bildiriş göndərilməsi kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, icra vərəqəsində ünvanın səhv və ya yarımçıq yazılması faktı da hərrac zamanı borcluya bildiriş göndərilməsi barədə qanunla müəyyən edilmiş qaydadan kənar hərrac keçirilməsinə əsas vermir.
30. Həmçinin borclunun icra məmuruna verdiyi izahatda onun ünvanının “ünvan 10ac barədə bildirişin ona çatdırılması barədə gəlinən nəticə ziddiyyətlidir. Çünki hərracın keçirilməsi barədə bildirişin iddiaçıya faktiki olaraq çatdırılmaması aşkardır. Ümumiyyətlə hazırki halda həlledici məsələ, hərrac təşkilatı tərəfindən bildirişin ünvan sahibinə çatıb çatmamasından asılı olmayaraq düzgün ünvana göndərilməsidir. Bildirişin ünvanının düzgün yazılmadığı və bu səbəbdən də ona çatdırılmaması aşkardır. Bundan başqa, hazırda baxılan mülki iş üzrə cavabdeh "xxxx" MMC hərrac təşkilatı tərəfindən məhkəməyə iki dəfə sözügedən hərracla bağlı sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir (İ cild, səh. 35-42, 55-62). Lakin həmin sənədlərdə borclu İddiaçı icra məmuruna yazdığı izahat yoxdur.
31. İcra məmuru tərəfindən tərtib olunmuş borclunun izahatında (İİ cild, səh. 92) göstərilən ünvanın mötəbərliyi ilə bağlı əlavə olaraq qeyd olunmalıdır ki, həmin izahatın başlığında borclunun “Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 16” ünvanda həm qeydiyyatda olduğu, həm də faktiki olaraq yaşadığı yazılmışdır. Lakin nəzərə alınmalıdır ki, icra məmuru birmənalı olaraq ilk növbədə izahatını aldığı şəxsin şəxsiyyətini müəyyən etməli, bundan sonra icra məsələləri üzrə vacib bildiyi məsələlərlə bağlı onun mövqeyini əks etdirməlidir.
32. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsi). Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsi).
33. İcra məmuru borcludan izahat alınarkən onun şəxsiyyətini və habelə yaşayış yerini yalnız şəxsiyyət vəsiqəsinə əsasən müəyyən etməli idi.
34. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən hərrac barədə bildirişin iddiaçıya çatdırılması barədə səhv qənaətə gəlinmiş, bundan başqa Rayon Məhkəməsi gəlmiş olduğu nəticənin maddi hüquqi əsasını müəyyən etməmiş, hansı maddi hüquq normalarına istinad etdiyini qətnaməsində göstərməmişdir.
35. Qeyd edilən hallar qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və ilk iddia tələbinə işdə olan sübutlar əsasında yenidən qiymət verilməlidir.
36. Lakin işdə olan sübutlara hüquqi qiymət verərək Məhkəmə qeyd edir ki, hərracın keçirilməsi barədə bildirişin iddiaçıya çatdırılmaması ilk iddianın təmin edilməsi üçün əsas deyil. Çünki hərrac barədə bildirişlərin iddiaçıya çatdırılmamasına baxmayaraq nəzərə alınmalıdır ki, “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışından görünür ki, həmin hərracın keçirilməsi vaxtı və yeri barədə “Hərrac Mərkəzi” elan vermişdir.
37. Beləliklə də, göstərilənləri və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq Məhkəmə qeyd edir ki, hərracın keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi hesab edilən “Birja Yenilikləri” qəzetinin sayında dərc edildiyindən hesab edilməlidir ki, İddiaçı hərrac barədə məlumatlandırılmaması barədə dəlili əsassızdır.
38. Məhkəmə iddiaçının apellyasiya şikayətində olmayan, lakin məhkəmə iclasında səsləndirdiyi - əmlakının aşağı qiymətləndirilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, mülki iş materiallarında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçının həmin iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5344/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
39. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-644/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi əsası ilə icraata qəbul barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
40. Göründüyü kimi qüvvədə olan yuxarıda qeyd edilən məhkəmə aktları ilə əmlakın qiymətləndirilməsi hesabatının -onun real dəyərindən aşağı qiymətləndirilməsi səbəbindən etibarsız sayılması barədə tələbinə hüquqi qiymət verilmiş, həmin iddia tələbi əsassız hesab olunmuşdur, bu səbəbdən iddiaçının məhkəmə iclasında səsləndirdiyi həmin dəlili də əsassızdır.
41. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığından ilk iddia təmin edilə bilməz. f) apellyasiya baxışının nəticəsi
42. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia rədd edilməlidir.
43. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin qismən təmin edilməsinə baxmayaraq, ilk iddia rədd edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, apellyatorun özünə aid edilməlidir.
44. Məhkəmə həmçinin bildirir ki, apellyasiya baxışının predmetini yalnız qətnamənin ilk iddianın təmin edilməməsi barədə hissəsi təşkil etdiyindən və qətnamənin ləğv edilməsinə baxmayaraq, ilk iddia əsassız hesab edildiyindən cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
45. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Yasamal Rayon İcra şöbəsi, Cavabdeh3, Bakı Şəhəri 23 saylı Notariat Ofisinin xüsusi notariusu X5 və Cavabdeh4 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” ilk iddiası təmin edilməsin. Nəzərə alınsın ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qətnamənin qalan hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsi hazırki apellyasiya baxışının predmetini təşkil etməmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilə bilməz.