Məhkəmə qərarları › İş №2(102)-1136/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1136/2025

15.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1136/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı ilk, X9 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı, müstəqil tələblər irəli sürən üçüncü şəxs X5nun cavabdeh İddiaçı qarşı iddialar üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, maneənin aradan qaldırılması, ekspert rəyləri, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və maneənin aradan qaldırılması” barədə ilk, X4 və Cavabdeh2 cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” barədə qarşılıqlı, müstəqil tələblər irəli sürən üçüncü şəxs X5nun cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-222/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh X4 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X5nun kassasiya şikayətlərinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 4 mart 2005-cı il tarixdə verilmiş FM-035716 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 otaqlı, 22,8 kv.metr yaşayış, 48,5 kv.metr ümumi sahəli 78a saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, 0,00713 ha. torpaq sahəsində yerləşən 56,5 kv.metr sahəli fərdi yaşayış evi X4 mülkiyyəti kimi 24 avqust 2015-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən İddiaçı Kərim oğluna ünvanlandırılmış 26 dekabr 2019 -cu il tarixli məktuba əsasən, İddiaçı qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında, eləcə də, tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə tikinti işləri aparılmasına icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi (iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə) ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X9 və Cavabdeh2 sahibliyində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən onun mülkiyyətində olan ünvan 3 ünvanındakı fərdi yaşayış evinin giriş-çıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və həyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdehlər tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülməsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlərin sahibliyində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 88-in 1-ci mərtəbəsinin 1 böyük və 1 balaca pəncərəsi onun həyətinə baxır, evdə danışılanlar onun həyətində eşidilir, həmin pəncərələrdən onun həy əti tam görünür, bu səbəbdən iddiaçı və ailə üzvləri öz həyətində sərbəst hərəkət edə bilmir, cavabdehin balaca pəncərəyə vurduğu dəmir barmaqlıq həyətdə onların hərəkətinə mane olur. Cavabdehlərin öz həyətlərindən və küçə yolundan evlərinə pəncərə açmaq imkanları vardır, həmçinin, cavabdehin evinin navalçalarından su iddiaçının həyətinə axıdılır. Cavabdeh həyətin küçə tərəfindən ona aid hissəyə dəmir qutu içində su nasosu qoymuşdur ki, bu da onun həyət qapısının açılmasına mane olur. O, dəfələrlə cavabdehdən onun həyətinə baxan pəncərələrin bağlanmasını, pəncərəyə quraşdırdığı dəmir barmaqlığın, içində su nasosu olan dəmir qutunun sökülməsini, həmçinin navalçalardan həyətinə suyun axıdılmasının qarşısının alınmasını tələb etsə də, cavabdeh göstərilənlərin heç birini yerinə yetirməmişdir.

6. Mənzil şəraiti yaxşı olmadığından o, 2019-cu ildə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək şəxsi mülkiyyətində olan, ünvan 3-nın həyətində ev tikdirməyinə icazə verilməsini xahiş etmiş, tikəcəyi evin layihə-smeta sənədlərini hazırladaraq təsdiq olunması üçün İcra Hakimiyyətinə təqdim etmişdir. İcra Hakimiyyətinin nümayəndələri tərəfindən fərdi yaşayış evinə və tikəcəyi evin yerinə baxış keçirilmiş, layihə-smeta təsdiq edilmiş və ona 26 dekabr 2019-cu il tarixdə məktub verilərək tikinti işlərinin razılaşdırılmış eskiz-layihəyə uyğun aparılmasına icazə verilmişdir. O, razılaşdırılmış eskiz-layihəyə uyğun olaraq tikinti işlərinə başlayarkən cavabdeh əsassız olaraq onun işinə müdaxilə etmiş, tikinti işlərinin aparılmasına maneçilik törətmişdir. Bütün bunlara görə də, o, hazırki i ddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki məcəllənin 152.1, 157.4, 170.2-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il il tarixli qərarına istinad etmişdir.

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 də qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ilk iddiası rədd edilməklə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), X4 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı qapının İddiaçı tərəfindən öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təxminən 50 il əvvəl tikilmişdir, həmin vaxtdan etibarən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. 2020-ci ilin yanvar ayının əvvəllərindən etibarən həmin küçədə 78A ünvanında İddiaçı tərəfindən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikili inşa edilməyə başlanmışdır. Həmin özbaşına tikili Cavabdeh1 məxsus evin pəncərələrinə günəş işığı düşməsinin qarşısını almışdır, həmçinin İddiaçı tikdirdiyi evin pəncərələrini Cavabdeh1 məxsus evin pəncərələrinin qarşısına quraşdırmışdır ki, bu da milli-mədəni dəyərlər baxımından qəbuledilməzdir. Bundan əlavə, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıların razılığı olmadan evin divarına bitişik vəziyyətdə su borusu çəkdirmişdir. Həmin su borusundan su sızması nəticəsində Cavabdeh1 evinin divarı və bünövrəsi nəm çəkəcəkdir. Eyni zamanda, İddiaçı Cavabdeh1 evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürmüşdür ki, bu da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyinə gətirib çıxaracaqdır. Həmçinin İddiaçı hüququnun rəsmiləşdirilməsi barə də xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31-10301 saylı texniki pasportdan aydın olur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,01497 ha., faktiki torpaq sahəsinin ölçüsü isə 0,02412 hektardır. Beləliklə, İddiaçı zəbt etdiyi torpaq sahəsinin ölçüsü 0,00915 ha. olduğu məlum olur. Odur ki, İddiaçı inşa etdirdiyi tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində, icarəsində və ya istifadəsində deyil, zəbt edilmiş ərazidə olduğundan həmin tikili sökülməli, ərazi İddiaçı tərəfindən əvvəlki vəziyyətə gətirilməlidir. İddiaçı tərəfindən inşa edilmiş tikili zəbt olunmuş torpaq sahəsində olduğundan, Cavabdeh1 evinin pəncərələrinin həmin evə baxması İddiaçı hüquqlarını poza bilməz, pənc ərəyə quraşdırılmış dəmir barmaqlıq İddiaçı evinə girişçıxışa heç bir məhdudiyyət yaratmır, navalçalar isə küçəyə axıdılmaq qaydasında quraşdırılmışdır.

10. X5 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd olunması, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı konsol döşəmənin öz hesabına sökülməsi və İddiaçı zəbt et diyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında İddiaçı tərəfindən inşa edilmiş tikili özbaşına tikilidir, həmin özbaşına tikili L.Xanlarova məxsus Aydınbəyov küçəsi, 98A saylı evin otağının pəncərələrinə və bayır divarına günəş işığı düşməsinin qarşısını tam almışdır, həmçinin, İddiaçı L.Xanlarovun evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürmüşdür ki, bu da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyinə gətirib çıxaracaqdır. Bununla əlaqədar hətta L.Xanlarovun evinin qeyd edilən hissədə yerləşən otağının divarı nın içəri tərəfdən üz hissəsi nəm çəkərək qabarmağa, divarın boyası isə döşəməyə tökülməyə başlamış, həmin otaq yaşayış üçün yararsız hala gəlmiş və evin bünövrəsi zəifləməyə başlamışdır. L.Xanlarov 1995-ci ildən həmin ünvanda yaşayır, o, həmin evi alarkən İddiaçı indiki həyətinə baxan pəncərə mövcud olmuş, hazırda İddiaçı istifadəsində olan həyətin yerində yol olduğundan pəncərə ilə bağlı heç kimin hüquqları pozulmamışdır.

12. Birinci instansiya məhkəməsi iş tikinti-texniki ekspertiza təyin etmişdir.

13. Məhkəmə Ekspetizası Mərkəzinin 25 yanvar 2021-ci il tarixli, 102774 saylı ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsində X1 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi ilə ara məsafəsi layihədə 1,2 metr nəzərdə tutulsa da, faktiki 1,4 metrdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 hektardır. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X6 məxsus 88 saylı evin və X2 məxsus 98A sayl ı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X6 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır. Pəncərə və nəfəsliyin X6 məxsus 88 saylı evin texniki pasportunda nəzərdə tutulduğu müəyyən olunmuşdur. Pəncərənin bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın daxili hündürlüyü ilə xarici hündürlüyü arasında fərqlərin olduğunu, nəfəsliyin yerləşdiyi otağın bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın divarına bitişik 42 sm. qalınlığında mişar daşından inşa olunmuş hörgünün olduğunu nəzərə alaraq, X6 məxsus ev dən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X4 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən olunmuşdur. Mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. X6 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olunmuşdur. İçində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır.

14. Birinci instansiya məhkəməsi mübahisəli yeri baxış keçirmişdir.

15. Binəqədi Rayon Məhkəməsinin 7 may 2021-ci il tаrixli, 2(001)-211/2021 nömrəli qətnaməsi ilə ilk iddi a qismən təmin edilmiş, İddiaçı X6 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, X4 mülkiyyətində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanındakı fərdi yaşayış evinin həyətinə su axıdılan novalçaların sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, X4 və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış vinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X4 maraqlarına toxunan hissədə, yəni X4 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etd irdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X4 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X5nun İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X5nun maraqlarına toxunan hissədə, yəni X5nun mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X5nun istifadəsində olan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmənin İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsinin İddiaçı, 25 manat hissəsinin isə müştərək qaydada X3 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumlarının hər iki iddia üzrə iddiaçılara aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə isə 5 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. (hakim Etibar Mustafayev)

16. Birinci instansiyası məhkəməsi İddiaçı iddiası üzrə müəyyən etmişdir ki, X6 məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X4 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanı yoxdur. Həmin pəncərə və nəfəslik Cavabdeh1 məxsus evin texniki pasportunda göstərildiyi üçün iddia həmin hissədə təmin edilə bilməz.

17. İddianın barmaqlığın sökülməsi hissəsi ilə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə əsasən mübahisəli balaca pəncərəyə (nəfəsliyə) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir.

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı barmaqlığın 7 sm çıxıntısı olmasını Mülki Məcəllənin 170.2-ci maddəsi ilə əsaslandırsa da, bu, həmin maddədə göstərilən “hədsiz təsir” kimi qiymətləndirilə bilməz. Həmçinin həmin çıxıntının İddiaçı məhz mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, eləcə də, yaranan maneənin konkret nədə ifadə olunması sübut edilmədiyi üçün İddiaçı iddiası qeyd edilən hissədə də əsaslı deyil.

19. İddianın İddiaçı həyətinə su axıdılan navalçaların sökülməsi hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsi göstərmişdir ki, həqiqətən də X6 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olunmuşdur. Baxış zamanı ekspertiment aparılaraq navalçaya su buraxılmış və həmin suyun İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə axdığı görünmüşdür. Gələcəkdə navalçadan su axacağı və suyun hərəkət trayektoriyasının müəyyən edilməsi qeyri-mümkün olduğu üçün suyun İddiaçı məhz mülkiyyətində olan torpaq sahəsinə axıb-axmaması hazırda əhəmiyyətli hal kimi nəzərə alınmadan Cavabdeh1 tərəfindən həmin navalçalar sökülməli, bununla da İddiaçı faktiki sahəsində olan torpaq sahəsinə Cavabdeh1 məxsus evin navalçasından su axmasının qarşısı alınmalıdır. Buna görə də iddia bu hissədə təmin edilməlidir.

20. İddiaçının içində su nasosu olan dəmir qutunun sökülməsi hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. Yerində müayinə zamanı da dəmir qutun un İddiaçı həyətindən küçəyə açılan giriş-çıxış yoluna maneə yaratmadığı müəyyən edildiyi üçün iddia həmin hissədə də təmin edilməməlidir.

21. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddiası yalnız navalçanın sökülməsi ilə bağlı hissədə əsaslı olduğundan iddia tələbinin sonuncu, yəni İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən maneələrin nədən ibarət olması nə iddiaçı tərəfindən konkret göstərilmiş, nə də işin halları ilə müəyyən olunmadığından iddia bu hissədə də təmin olunmamalıdır.

22. Birinci instansiyası məhkəməsi Calal Yusifov və Cavabdeh2 qarşılıqlı iddiasına, habelə Loğman Xanlarovun müstəqil t ələb irəli sürən üçüncü şəxs kimi iddiasına münasibətdə isə qeyd etmişdir ki, keçirilmiş ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir və həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsində X1 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. ünvan 3 barəsində xx.xx.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31-10301 saylı yeni texniki pasportda və xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yeni çıxarışda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 ha. olduğu müəyyən olunmuşdur. Beləliklə, İddiaçı qanuni olaraq ona ayrılmış torpaq sahəsindən daha böyük sahəni istifadə etdiyi, yəni faktiki olaraq zəbt etdiyi müəyyən olunsa da, zəbt edilmiş torpaq sahəsi ilə X6 və X2 məxsus torpaq sahələrinin üst-üstə düşmə halı müəyyən edilmir ki, belə olan halda, sonuncuların İddiaçı tərəfindən zəbt edilmiş ərazinin boşaldılması ilə bağlı iddia tələbi üçün subyektiv hüquqları müəyyən edilmir. Buna görə də, həm qarşılıqlı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi yalnız iddiaçıların hüquqlarına toxunan hissədə təmin edilməlidir. Belə ki, ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsində X1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir və boşluğun küçə tərəfdən mişar daş ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X6 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır.

23. Birinci instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X4 mara qlarına toxunan hissədə, yəni X4 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməli, həmin fərdi yaşayış evinin X4 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməli, həmin fərdi yaşayış evi X5nun maraqlarına toxunan hissədə, yəni X5nun mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməli, fərdi yaşayış evinin qarşısındakı 0,0 0915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X5nun istifadəsində olan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmə İddiaçı tərəfindən öz hesabına sökülməlidir.

24. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 170.2-ci, Torpaq 111-ci və Mülki Prosessual Məcəllənin 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

27. Cavabdehlər (qarşılıqlı iddiaçılar) apellyasiya şikayəti verərək, qətnaməni n ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissələrdə ləğv, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

28. Cavabdehlər (qarşılıqlı iddiaçılar) apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışlar.

29. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs də apellyasiya şikayəti verərək, qətnamənin üçüncü şəxsin iddiasının rədd edildiyi hissədə ləğv, üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs apellyasiya şikayətini öz iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

31. İşə apellyasiya qaydasında baxılarkən yerində müayinə keçirilmiş və müəyyən edilmişdi r ki, İddiaçı tərəfindən inşa edilən evin divarları birinci mərtəbənin tavanına kimi kubik daşından hörülmüş, evin ümumi uzunluğu 9,5 metr, eni 4,6 metrdir. Ev iki otaq və bu otaqların arsında yerləşən 2 metr eniliyində eyvan rolunu oynayan balaca otaqdan ibarətdir. Evin giriş qapısı həmin balaca otağa açılır, oradan sağ və sol tərəfdəki otaqlara qapı yeri qoyulmuşdur. Evə giriş qapısından daxil olduqdan sonra sol tərəfdəki otaq 3,8 X 3,6 metr, sağ tərəfdəki otaq 3,8 x 3.5 metr ölçüdədir. Yeni tikilən evin arxa tərəfində təxminən bir metr məsafədə X5nun evi, qabaq tərəfində 1.3 metr məsafədə X9 və Cavabdeh2 evləri yerləşir. İddiaçı Yusifovlara məxsus olan evin arxasında piyada yolu kimi saxladığı boşluğu küçədən ayrırmaq üçün tikdiyi hasarın hündürlüyü 4 metrə yaxın olmaqla boşluqdan havan ın işləməsinə maneçilik törədir. Yeni tikilməkdə ola evin giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən otaq sağ tərəfdən həm arxada yerləşən X2 məxsus olan evin yataq otağının, həm də qabaqda yerləşən Yusifovlara məxsus olan evin yataq otağının pəncərəsinin qarşısını kəsməklə otağa işıq və havanın daxil olmasına maneçilik yaradır.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9768/2021 nömrəli mülki iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X9 və Cavabdeh2, X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi qismən İddiaçı yeni tikdirdiyi ev ilə X7 və Cavabdeh2 evinin arasındakı boşl uğu küçədən ayıran divara aid hissədə və yeni tikilən evin rekonstruksiya olunması hissəsində ləğv edilmiş, həmin hissədə X9 və Cavabdeh2, X5nun iddia tələbləri qismən təmin edilmiş, İddiaçı yeni inşa etdirdiyi ev ilə, X9 və Cavabdeh2 evi arasında boğluğu küçədən ayıran hasarın 2,2 metr hündürlüyə qədər, M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağının sağ başlanğıcdan 4,6 metrlik divarın 1,5 metr məsafədə İddiaçı hesabına sökülməsi, X9 və Cavabdeh2, X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumunun onu ödəyən şəxslərə aid edilməs i qət edilmişdir. (hakimlər Vafəddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

33. Apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələbinə münasibətdə yerli baxışına nəticələrinə əsasən göstərmişdir ki, İddiaçı tərəfindən inşa edilən evin divarları birinci mərtəbənin tavanına kimi kubik daşından hörülmüş, evin ümumi uzunluğu 9,5 metr, eni 4,6 metrdir. Ev iki otaq və bu otaqların arsında yerləşən 2 metr enliyində eyvan rolunu oynayan balaca otaqdan ibarətdir. Evin giriş qapısı həmin balaca otağa açılır, oradan sağ və sol tərəfdəki otaqlara qapı yeri qoyulmuşdur. Evə giriş qapısından daxil olduqdan sonra sol tərəfdəki otaq 3,8 X 3,6 metr, sağ tərəfdəki otaq 3,8 x 3.5 metr ölçüdədir. Yeni tikilən evin arxa tərəfində təxminən bir metr məsafədə X5nun evi, qabaq tərəfində 1.3 metr məsafədə X9 və Cavabdeh2 evləri yerləşir. İddiaçı Yusifovlara məxsus olan evin arxasında piyada yolu kimi saxladığı boşluğu küçədən ayrırmaq üçün tikdiyi hasarın hündürlüyü 4 metrə yaxın olmaqla boşluqdan havanın işləməsinə maneçilik törədir. Yeni tikilməkdə ola evin giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən otaq sağ tərəfdən həm arxada yerləşən X2 məxsus olan evin yataq otağının, həm də qabaqda yerləşən Yusifovlara məxsus olan evin yataq otağının pəncərəsinin qarşısını kəsməklə otağa işıq və havanın daxil olmasına maneçilik yaradır. Arxadakı və qarşıdakı evlərə normal hava və işığın daxil olmasının təmin olunması üçün M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağı başlanğıcdan 4,6 metrlik divarı 1,5 metr məsafədə sökülməlidir. 3

4. Apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dair dəlilləri aşkar etməmişdir.

35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Torpaq Məcəlləsinin 67.1-ci, Mülki Məcəllənin 170.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

36. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin qismən ləğv, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

38. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sür ən üçüncü şəxs L.Xanlarov da kassasiya şikayəti verərək qətnamənin qismən ləğv, ilk iddianın rədd, üçüncü şəxsin iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4752/2022 nömrəli mülki iş üzrə 18 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)9768/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının “evlərin divarları arasındakı boşluqda inşa edilmiş hasar və qapının sökülməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair hissələrdə ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gön dərilməsi qərara alınmışdır.

40. Kassasiya instansiya məhkəməsinin mövqeyi belə olmuşdur: - baxılan iş üzrə 3 iddia tələbi irəli sürülmüşdür: cavabdehlərə məxsus fərdi yaşayış evindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin giriş-çıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və həyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdeh tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülməsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair ilk iddia; iddiaçının zəbt etdiyi torpaq sahəsində tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), cavabdehlərə məxsus fərdi yaşayış evinin divarı arasında hördürdüyü hasarın və quraşdırdığı qapının iddiaçı tərəfindən öz hesabına sökülməsi və zəbt edilmiş torpaq sahəsinin iddiaçının öz hesabına əvvəlki vəziyyətə gətirilməsinə dair qarşılıqlı iddia; müstəqil tələb irəli sürən üçüncü şəxsin qarşılıqlı iddia ilə eyni məzmunlu iddiası; - qarşılıqlı iddia və üçüncü şəxsin iddiasına münasibətdə aşağıdakıları qeyd ediləmlidir ki, tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin və üzərində yerləşən fərdi yaşayış evlərinin mülkiyyətçiləridir, üçüncü şəxs isə həmin ərazidə yerləşən başqa bir fər di yaşayış evində məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır; - belə ki, ünvan 3 ünvanında 0,01497 ha. torpaq sahəsi və üzərində yerləşən 48,5 kv.m. sahədən ibarət olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, ünvan 1 ünvanında yerləşən 56,5 kv.m sahədən ibarət fərdi yaşayış evi qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,00713 ha. torpaq sahəsi isə sonuncunun qanuni istifadəsindədir; - iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,02412 ha təşkil edir, o, 0,00915 ha torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir, bu səbəbdən iddiaçının həmin əmlaka münasibətdə sahibliyi qanunsuz sahiblik kimi qiymətləndirilir; - torpaq sahəsinə qanunsuz sahiblik, yəni özbaşına sahiblik, torpaqların zəbt edilm əsi Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə qadağan edilir. Həmin maddədə təsbit edilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir; - qarşılıqlı iddia üzrə iddiaçının və üçüncü şəxsin sökülməsini tələb etdiyi tikililər iddiaçının qanuni əsaslar olmadan sahiblik etdiyi 0,00915 ha torpaq sahəsində inşa edilmişdir; - Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından hə min tikililər hüquqi rejiminə görə özbaşına tikinti hesab edilir. Həmin maddədə göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin h əyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; - istinad edilən maddənin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət e dilməklə inşa edilməsini istisna edir; - bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır; - bu, həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır; - beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət etmiş şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yal nız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır; - təkrar vurğulanmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçı qonşu torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. O da qeyd edilməlidir ki, üçüncü şəxs yaşadığı evə dair hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir; - Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarınd an ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; - Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; - göstərilən normanın məzmunu onu ehtiva edir ki, yalnız qanuni hüquq və mənafelərin məhkəmə müdafiəsinə təminat verilir, iddia qaldırmış şəxsin hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir; - qarşılıqlı iddia üzrə iddiaçı sök ülməsini tələb etdiyi tikilinin ona məxsus evin pəncərələrinə günəş işığı düşməsinin qarşısını aldığını, həmçinin həmin tikilinin pəncərələrini ona məxsus evin pəncərələrinin qarşısına quraşdırıldığını, bunun millimədəni dəyərlər baxımından qəbuledilməz olduğunu, onun razılığı olmadan evin divarına bitişik vəziyyətdə su borusu çəkdirdiyini və həmin su borusundan su sızması nəticəsində evinin divarı və bünövrəsinin nəm çəkəcəyəni, iddiaçının evinin həmin divarı ilə özünün inşa etdirdiyi tikilinin divarının arasını küçə tərəfdən hasarla hördürdüyünü, bunun da yağış və qar sularının divarların arasında yığılmasına, beləliklə evin divarına və bünövrəsinə zərər verəcəyini bildirir; - aşağı instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edildiyi, sökülməsi mübahisələndirilən tikililərin qanunvericiliyin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir; - mübahisəli tikilinin məlumatlandırma icraatının tətbiq edildiyi tikili olmaqla, müvafiq icra hakimiyyətinin razılığı ilə inşa edilməsi barədə dəlillərə gəldikdə isə, tikintinin məlumatlandırma icraatı qaydasında aparılması üçün ilkin şərt tikintinin aparıldığı torpaq sahəsinə dair hüququn mövcud olmasıdır; - əks yanaşma Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə ziddir. Həmin normanın müddəalarına görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməs inin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; - beləliklə, zəbt edilmiş torpaq sahəsində tikinti aparaılmasına dair müvafiq icra hakimiyyətinin razılığının və ya icazəsinin mövcudluğu özü-özlüyündə mübahisənin iddiaçının xeyrinə həll edilməsinə pozitiv təsir göstərən hal kimi qiyməndirilə bilməz; - göstərilən xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqət yetirilməmiş, mübahisə üzrə dəyərləndirmə qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Təkrar apelyasiya baxışında yenidən mübahisəli yerə baxış keçirlmiş, ilk ekspert rəyini verən ekspertin rəylə bağlı fikri dinlənilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi 31 avqust 2023-cü il tarixli qərardadla əlavə tikinti-texniki ekspertizası təyin etmişdir.

43. Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8674 saylı rəy vermişdir.

44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-222/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh2 və X9, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-211/2021 saylı qətnaməsi yoxlanılan, yəni “evlərin divarları arasında boşluqda inşa edilmiş daş hasarın, quraşdırılmış konsol döşəmənin və qapının sökülməsi, habelə özbaşına tikintinin rekonstruksiya edilməsi” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, qarşılıqlı iddia və üçüncü şəxsin iddiası “ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən quraşdırılmış konsol döşəmənin və qapının, habelə inşa edilmiş tikint inin sökülməsi” hissəsində rədd edilmiş, “daş hasarın sökülməsi” hissəsində isə qismən təmin edilərək, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 88 saylı evin divarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 98A saylı evin divarı arasında olan boşluqda inşa edilmiş (boşluğu küçədən ayıran) hasarın 2,2 metr hündürlüyə qədərinin onun vəsaiti hesabına sökülməsi, qətnamənin yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Abdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov)

45. Apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsi üzrə iddia tələblərini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etmişdir ki, qarşılıqlı iddiaçılar və üçüncü şəxs iddialarına uyğun olaraq apellyasiya şikayətləri üzrə ilk iddiaçı tərəfindən inşa edilmiş tikintinin rekonstruksiya olunmasını deyil, tam sökülməsini, ilk iddiaçı isə apellyasiya şikayəti üzrə qətnamənin “evlərin divarları arasında boşluqda inşa edilmiş hasarın, quraşdırılmış konsol döşəmənin və qapının sökülməsi, habelə özbaşına tikintinin rekonstruksiya edilməsi” hissəsinin ləğv edilməsini və onların iddiasının həmin hissədə rədd edilməsini tələb edir.

46. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin müəyyən edilən h allarına görə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yeləşən 0,01497 ha ölçüdə torpaq sahəsi və onun üzərindəki 48,5 kv.m. ölçüdə fərdi yaşayış evi ilk İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 88 saylı fərdi yaşayış evi isə qarşılıqlı iddiaçı Cavabdeh1 mülkiyyətindədir. Həmin evin yerləşdiyi 0,00713 ha ölçüdə torpaq sahəsi isə sonuncunun qanuni istifadəsindədir. Digər qarşılıqlı iddiaçı Cavabdeh2 da orada yaşayır, ayrıca olaraq həmin ərazidə hər hansı daşınmaz əmlakın mülkiyyətçisi deyil. Müstəqil tələblər irəli sürən üçüncü şəxs L.Xanlarov Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 98A saylı fərdi yaşayış evində yaşayır. Həmin ev onun istifadə və sahibliyindədir.

47. Qarşılıqlı iddiaçılar və üçüncü şəxs ilk iddiaçının şəhərsalma və tikinti normaları və qaydaları pozulmaqla və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsi üzərində tikinti işlərini apardığını və nəticədə qanunsuz tikinti (fərdi yaşayış evi) və onun qarşısında hasar inşa etdiyini, qapı və konsol döşəmə quraşdırdığını iddia edir və bu tikintilərin sökülməsini tələb edirlər. Qarşılıqlı iddiaçıların və üçüncü şəxsin yuxarıda göstərilən ünvanlarda yerləşən fərdi yaşayış evlərində yaşaması işin mübahisəsiz halıdır. Bu baxımdan Cavabdeh1 mülkiyyətçi olaraq, digər qarşılıqlı iddiaçı və üçüncü şəxs isə sahiblik və istifadə hüquqlarına əsaslanaraq, hazırki iddianın irəli sürülməsi üçün subyektiv hüquqa malikdir.

48. Apellyasiya instansiyası məhkəməsi yerli baxışın nəticələrinə əsasən gö stərmişdir ki, qarşılıqlı iddiaçıların və üçüncü şəxsin sökülməsini tələb etdiyi tikinti ilə üzbəüz dayandıqda ilk iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi bu tikintinin arxasında, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan, Cavabdeh2 da yaşadığı fərdi yaşayış evi sağında, üçüncü şəxs L.Xanlarova məxsus olan fərdi yaşayış evi isə solunda yerləşir. İlk iddiaçı tikinti ilə yanaşı, daş hasar da inşa etmiş, habelə qapı və konsol döşəmə quraşdırmışdır.

49. Konsol döşəmə bu tikinti işlərinin tərkib hissəsi olduğundan və tikintilərin sökülməli olub-olmaması barədə yekun qənaət konsol döşəməyə də təsir etdiyindən apelyasiya instansiyası məhkəməsi Ali Məhəkəmənin qeyd edilən qərarındakı göstərişlər çərçivəsində bu tələbə də hüquqi qiymət verilməsini zəruri hesab etmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə vurğulamışdır ki, tikintinin yerləşdiyi torpaq sahəsi ilk iddiaçının mülkiyyətində deyil. Lakin həmin torpaq sahəsi hazırda mübahisələndirilən tikinti işlərindən xeyli əvvəl də ilk iddiaçının istifadəsində olmuşdur. Bu hal iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapır. Belə ki, iş materiallarının 1-ci cildinin 29-30-cu səhifələrində olan fotoşəkillərdən həmin torpaq sahəsi üzərində üçüncü şəxs L.Xanlarova məxsus olan fərdi yaşayış evinə bitişik vəziyyətdə 1 mərtəbəli tikintinin, həmin sahəni yoldan ayıran hasarın və dəmir darvazanın olduğu açıq və aşkar şəkildə görünür. Bu tikintinin mövcudluğu həmin cildin 63-cü səhifəsində olan fotoşəkildən də müəyyən edilir. Belə ki, həmin fotoşəkildə L.Xanlarova məxsus olan fərdi yaşayış ev inin divarının bir hissəsində suvağın olmadığı müşahidə olunur. Bu da öz növbəsində həmin divara bitişik vəziyyətdə başqa bir tikilinin olduğunu və sonradan söküldüyünü təsdiq edir. Həmin sahənin qarşılıqlı iddiaçıların və ya üçüncü şəxsin istifadəsində olması, məhz onlar tərəfindən hasarın inşa edilməsi və ya darvazanın quraşdırılması, habelə sahə üzərində əvvəllər mövcud olmuş tikintinin onların hər hansı birinə məxsus olması, ümumiyyətlə, onlara aid fərdi yaşayış evlərindən hər hansı bir vaxt bu sahəyə çıxışin olması müəyyən edilmir. Həmin şəxslər özləri də bu mövqedən çıxış etmir. Həmin sahəyə yalnız ilk iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən daxil olmaq olar.

51. Bununla belə, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi əvvəllər də məhz ilk iddiaçının istifadə və sahib liyində olmuş, daş hasarla yoldan təcrid edilmiş, sahəyə daxil olmaq üçün hasara dəmir darvaza quraşdırılmışdır. Lakin ötən dövr ərzində qarşılıqlı iddiaçılar və üçüncü şəxs nə hasarın, nə darvazanın, nə də ki, orada olmuş tikintinin sökülməsini tələb etməmiş, torpaq sahəsinin ilk iddiaçının qanunsuz istifadəsində olması mövqeyindən çıxış etməmiş, ümumiyyətlə, onun istifadə və sahibliyinə hər hansı maneə yaratmamışdılar. Nəticə etibarı ilə ötən illər ərzində ilk iddiaçının həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi, o cümlədən onu zəbt etməsi iddiaları ilə hər hansı şəxs çıxış etməmişdir. Başqa sözlə, ötən dövr ərzində ilk iddiaçı nəinki torpaq sahəsindən, hətta onun üzərində olan tikintidən də maneəsiz və tam sərbəst şəkildə istifadə edərək, onlara sahiblik etmişdir.

52. Həmi n sahədə üçüncü şəxsə məxsus fərdi yaşayış evinə bitişik olan tikinti və dəmir darvaza artıq sökülmüş, hazırda torpaq sahəsi mişar daşı ilə hörülərək, bağlanmışdır. Həmin torpaq sahəsi üzərində ilk iddiaçı tərəfindən inşa edilmiş mübahisəli tikinti məlumatlandırma icraatının tətbiq edildiyi tikinti olmaqla, müvafiq icra hakimiyyətinin razılığı ilə inşa edilmişdir. Bununla da həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olan torpaq sahəsi kimi qiymətləndirilmişdir. Əks halda, məlumatlandırma icraatı həyata keçirilməzdi.

53. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, mübahisəli tikintinin divarının hündürlüyünə görə zəruri olan 1,05 metr məsafə əvəzinə 1,5 metr saxlanılmışdır ki, bu da qeyd edilən tikintinin ara məsafəsinin saxlanılması baxımından həmin sahəni tən zimləyən qanunvericiliyin tələblərinə uyğun inşa edildiyini təsdiq edir. Bu hal mötəbər sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8674 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar apelyasiya baxışında keçirilən yerində müayinədə sadə qaydada aparılmış ölçmə zamanı da qarşılıqlı iddiaçının mülkiyyətində fərdi yaşayış evi tərəfdən ara məsafəsinin təxminən 139-140 metr, üçüncü şəxsə məxsus evin hasara yaxın hissədə isə təxminən 140 metr olduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ilk ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində isə ara məsafəsinin layihəyə əsasən 1,2 metr nəzərdə tutulduğu halda, fakt iki olaraq 1,4 metr olduğu göstərilmişdir. Başqa sözlə, həm yerində müayinə zamanı, həm də hər iki tədqiqat üzrə ara məsafəsinin tələb olunandan da artıq olduğu müəyyən edilmişdir.

55. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8674 saylı ekspert rəyinə əsasən mübahisəli tikinti ilə onun solunda (üçüncü şəxs) və sağında (qarşılıqlı iddiaçılar) yerləşən fərdi yaşayış evlərinin arasında hava cəryanının surəti də norma daxilindədir. Həmin rəyə görə mübahisəli tikintinin inşasından sonra qarşılıqlı iddiaçılara və üçüncü şəxsə məxsus fərdi yaşayış evlərində işıqlanma səviyyəsi tələb olunan normadan azdır. İlk rəydə də həmin evlərin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaratdığı göstərilmişdir. Lakin bu hallar həmin tikintinin, habe lə inşa edilmiş hasarın sökülməsi üçün əsas ola bilməz.

56. Apellyasiya instansiyası məhkəməsi o halı da nəzərə almışdır ki, yerində müayinə zamanı üçüncü şəxsə məxsus olan fərdi yaşayış evi ilə üzbəüz duranda sağda yerləşən başqa bir fərdi yaşayış evi ilə də ara məsafəsinin az olduğu müəyyən edilmişdir. Lakin üçüncü şəxs hazırda ona məxsus olan fərdi yaşayış evinə köçən zaman həmin fərdi yaşayış evinin artıq mövcud olması səbəbindən ona qarşı eyni iddia ilə məhkəməyə müraciət etmədiyini bildirmişdir. Belə çıxır ki, üçüncü şəxs hazırda istifadə və sahibliyində olan evə köçən zaman mübahisəli tikinti də mövcud olsa idi, onun tərəfindən hazırki iddia irəli sürülməyəcək idi.

57. Apellyasiya instansiyası məhkəməsi bir məsələyə də diqqəti çəkib ki, hazırki iş üzrə apellyasiya instansiyadakı hər iki icraat zamanı keçirilmiş yerinə müayinədə artıq hasarın və tikintinin inşa edildiyi, qapının və konsol döşəmənin quraşdırldığı müəyyən edilmişdir. Həm qarşılıqlı iddiaçılar, həm də üçüncü şəxs ilk olaraq inşa işlərinin aparılmasına etiraz etmədiklərini və razılıq verdiklərini bildirirlər. Onların ilk iddiaçı ilə məhkəmə müstəvisində mübahisələri ilk iddiaçının onlara qarşı iddia qaldırdıqdan sonra yaranmışdır. Başqa sözlə, qarşılıqlı iddiaçıların və üçüncü şəxsin iddiası ilk iddiaya cavab olaraq irəli sürülmüşdür. Hüquqi nəticə etibarı ilə qarşılıqlı iddiaçılar və üçüncü şəxs mövcud vəziyyətdə hazırki iddianı qaldırmaqla cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüquqlarını həyata keçirmişdilər ki, bu da onların hərəkətlərini hüquqdan sui-istifadə etməsi kimi qiymət ləndirilməlidir. Həm bu, həm də yuxarıda qeyd edilən halların mövcudluğu onların ilk iddiaçı tərəfindən inşa edilmiş tikintinin, habelə quraşdırılmış qapının və konsol döşəmənin sökülməsi tələbinin rədd edilməsini, daş hasarın sökülməsi tələbinin isə qismən təmin edilməsini şərtləndirir. Bu baxımdan, qətnamə inşa edilmiş tikintinin rekonstruksiya edilməsi, quraşdırlmış qapının və konsol döşəmənin sökülməsi hissəsində əsaslı hesab edilə bilməz və ilk iddiaçının apellyasiya şikayəti həmin hissədə təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddiaçıların və üçüncü şəxsin bu tələbləri rədd edilməlidir. Qeyd edilənlər öz növbəsində onların apellyasiya şikayətlərinin təmin edilməməsi üçün əsas yaradır.

58. Apellyasiya instansiya sı məhkəməsi bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, habelə ilk iddiaçının özünün də bu məsələyə münasibətini (razılığını) nəzərə alıb, belə qənaətə gəlmişdir ki, ilk iddiaçının apellyasiya şikayəti daş hasarın sökülməsi hissəsində qismən əsaslıdır, bu səbəbdən onun apellyasiya şikayəti bu hissədə qismən təmin edilməli və ilk iddiaçının inşa etdiyi (torpaq sahəsini küçədən ayıran) hasar 2,2 metr hündürlüyə qədər onun vəsaiti hesabına sökülməlidir.

59. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni, Mülki Məcəllənin 152.1, 152.5, 170.2, 180.1, 180.2, 180.4, 560.1, 560.3.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.4, 69.5.2-1, 70.1, 73.1, 73.2, 73.4, 80.1, 80.3, 80.4-cü Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7, 9, və 10.1-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddiaçıların apellyasiya şikayətinin təmin edilmədiyi hissədə və ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

61. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs L.Xanlarov (Vəkil2) da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin qismən − müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilmədiyi hissədə və ilk İddiaçı apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilməsi, L.Xanlarovun “evlərin divarları arasındakı boşluqda inşa edilmiş hasarın, qapının, özbaşına tikintinin və konsol döşəmənin sökülməsi və zəbt edilən torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” barədə iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

62. Eyni məzmunda olan kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, İddiaçı özbaşına tikintini tikdirdiyi 0,00915 ha zəbt edilmiş torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və həmin reyestrdən çıxarışla rəsmiləşdirilmiş hər hansı hüququ yoxdur. Apellyasiya instansiyası məhkəmə si mübahisəli qətnaməni qəbul etməklə, Torpaq Məcəlləsinin 66.2, 67.3, 67.4, və 68-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi iddiaçının zəbt etdiyi 0,00915 ha torpaq sahəsi üzərində qanuni istifadə hüququnu əldə etdiyi qənaətinə gəlməklə, Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, Mülki Məcəllənin1 39.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi vəxitamı dövlət qeydiyyatına alınmalıdır. Fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı zəbt edilmiş, başqa sözlə faktiki istifadədə olan torpaq sahəsində həyata keçirilə bilməz. Apellyasiya məhkəməsi isə mübahisəli qətnaməni qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Özbaşın a tikintinin divarı ilə fərdi yaşayış evimizin divarı arasında qalan boşluğu iddiaçı küçə tərəfdən mişar daşı ilə hasar hörüb bağlatdırmış və bununla da qeyd edilən torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Beləliklə, həmin özbaşına tikili istiqamətində L.Xanlarova məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin otağının pəncələrinə və bayır divarına günəş işığı düşməsinin qarşısı tam alınmışdır. Bundan başqa, mübahisəli özbaşına tikinti ilə L.Xanlarova məxsus evin həmin istiqamətdə olan otağının bayır divarı arasında qalan yer İddiaçı tərəfindən hasarla hörülmüşdür ki, bu da yağış və qar sularının sözügedən divarların arasına yığılmasına və L.Xanlarova məxsus evin bünövrəsinin zəifləməsinə səbəb olur, həmçinin iki divarın arasına hava axı nın daxil olmasını xeyli çətinləşdirir. Məhkəmə mübahisəli qətnaməni qəbul etməklə, özbaşına tikintini qanuni hesab etmişdir. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Üçüncü şəxs L.Xanlarov mübahisənin məhkəməyədək həlli zamanı iddiaçının inşaat işlərini hansı şərtlər daxilində apara biləcəyinə dair kompromis variant təklif etmiş, bu təklif isə L.Xanlarov inşaat işlərinin aparılmasına etiraz etmədiyi və razılıq verdiyi mənasına gəlmir, başlıcası isə bu təklif L.Xanlarovun məhkəmədəki mövqeyini əks etdirmir. Apellyasiya məhkəməsi mübahisəli qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, həmin torpaq sahəsi üzərində ilk iddiaçı tərəfindən inşa edilmiş mübahisəli tikinti məlumatlandırma icraatının tətbiq edildiyi tik inti olmaqla, müvafiq icra hakimiyyətinin razılığı ilə inşa edilmişdir, bununla da həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olan torpaq sahəsidir, əks halda, məlumatlandırma icraatı həyata keçirilməzdi. Üçüncü şəxsin iddiası isə evlərin divarları arasındakı boşluqda inşa edilmiş hasarın, qapının, özbaşına tikintinin və konsol döşəmənin sökülməsi və İddiaçı zəbt etdiyi 0,00915 ha torpaq sahəsinin onun tərəfindən öz hesabına əvvəlki vəziyyətə gətirilməsidir. Göründüyü kimi, üçüncü şəxsin iddiası “konsol döşəmənin sökülməsi və İddiaçı zəbt etdiyi 0,00915 ha torpaq sahəsinin onun tərəfindən öz hesabına əvvəlki vəziyyətə gətirilməsi” hissədə ləğv olunmadığı üçün təmin olunmuşdur. Buna baxmayaraq, Bakı Məhkəməsinin mübahisəli qətnaməsinin nəticə hissəsinə əsasən qarşılıqlı iddia və üçüncü şəxsin iddiası “ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindənquraşdırılmış konsol döşəmənin və qapının, habelə inşa edilmiş tikintinin sökülməsi” hissəsində rədd etmiş, “daş hasarın sökülməsi” hissəsində isə qismən təmin etmişdir. Bu ziddiyyətli məsələlər məhkəmə iclasında bildirildikdə, məhkəmə həmin məsələlərə aydınlıq gətirələcəyini bildirmişdir. 20 iyun 2024-cü il tarixli ekspert rəyi kifayət qədər aydın və ya tam olmadığı halda, məhkəmə əlavə ekspertiza təyin etməməklə, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

63. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda işin halları və ekspertiza rəylərinə istinadən kassasiya şikayətlərinin əsassız, apellyasiya instansiyas ı məhkəməsini qətnaməsinin əsaslı olması qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənm iş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 64.2. Layihələndirmə zamanı dinamik yükləri və ya təsirləri qəbul edən konstruksiyalarda xüsusi mühafizə tədbirləri (rəqs söndürücüləri, vibroizolyasiya, qoruyucu konstruksiyaların perforasiyası və sairə) nəzərdə tutulmalıdır. Dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlər onların dayanıqlığı və möhkəmliyi ilə bağlı hesabatların nəticələri nəzərə alınmaqla layihələndirilməlidir. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: Maddə 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); Maddə 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerlə şdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Maddə 69.5.2-1. Ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsində müəyyən edilir. Maddə 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olma malıdır. Maddə 73.2-ci maddəsinə əsasən iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Maddə 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Maddə 80.4. Sifarişçi tikintiyə ba şlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin ir adlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” Bənd

7. Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür. Bənd

9. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Bənd 10.1. Ara məsafələrinin hesablanması zamanı divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri nəzərə alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şi kayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsi ndə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

64. Kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Kassasiya şikayətlərində qarşılıqlı iddiaçı Cavabdeh1 qətnaməni onların apellyasiya şikayətinin təmin edilmədiyi və ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edildiyi, qarşılıqlı iddianın təmin edilməyən hissəsində, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs L.Xanlarov öz idd iasının təmin edilməyən hissəsində mübahisələndiriliblər. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissələrdə yoxlayır.

66. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissələrdə ilk, qarşılıqlı iddia və üçüncü şəxsin iddia tələbləri və apellyasiya şikayətləri üzrə qanuni nəticəyə gəlmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 4558-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

70. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisələndirilən hissələrdə iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, əlavə ekspertiza təyin etmiş, mübahisəli yerə baxış keçirmiş, bütün iddia tələbləri üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert rəyini MP M-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

71. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.

72. Kassasiya şikayətlərinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən ilk iddia tələbinə etirazın, qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının, habelə qarşılıqlı iddiaçılar və üçüncü şəxsin apellyasiya şikayətinin və birinci kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərin də bir qisminə müvafiq olaraq təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.

73. Ekspert rəyinin düzgün olmaması, apellyas iya instansiyası məhkəməsinin iş üzrə yenidən təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

74. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

75. Məh kəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

76. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh X9 və müstəqil tələb irəli sürən üçüncü şəxs X5nun kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-222/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar