Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1137/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Kommersiya Bankı ASC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi, hərracın keçirilməsi qaydası, müqavilənin etibarsızlığı ilə bağlı kəsici müddətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəç i), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)6571/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli, 41-3/13SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı 55280,79 ABŞ dolları əsas borcun, 4142,99 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları cərimə borcunun "xxxx" KB ASC xeyrinə tutulması, tələbin "xxxx" KB ASC ilə İddiaçı ilə bağlanmış 04 oktya br 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinin ilkin satış qiymətinin 125000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. 3. 18 mart 2020-ci il tarixli, Y-48/1 saylı “Hərracın nəticələri haqqında” protokola əsasən, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsi ilkin satış qiyməti 125000 manat olmaqla hərraca çıxarılmış və qiymət “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15%, Qanunun 43.7-ci maddəsinə əsasən – 25% aşağı salınmaqla, 79688 manata ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiası təmin edilmiş, cavabdehlər İddiaçı, X1, Əsgərov Əjdər Şiralı oğlunun, X3 və X2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evinin boşaldılması, hazırkı qətnamənin göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Kommersiya Bankı ASC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 18 mart 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə Y-48/1 nömrəli protokolun etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə kredit məbləğinin əksər hissəsi ödənilmiş və ödəniş davam etdirilir. Kredit müqaviləsi bağlanan zaman "xxxx" KB ASC tərəfindən bir sıra qanunsuzluqlara yol verilmişdir. Belə ki, kredit müqaviləsinə əsasən ödənişin ABŞ dolları ilə ediləcəyi sonradan ona məlum olmuşdur. "xxxx" KB ASC tərəfindən qanunsuz olaraq sözügedən fərdi yaşayış evindən çıxarılmağı tələb olunmuşdur. Onun və ailə üzvlərinin istifadə hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Ailə üzvləri və iddiaçı həmin fərdi yaşayış evində qeydiyyatda olmuş və hazırda mübahisəli fərdi yaşayış evindən başqa mənzili yoxdur. 18 mart 2020-ci il tarixli hərracın nəticələri düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh "xxxx" MMC tərəfindən qanunvericiliyin normaları pozularaq 3 dəfə hərrac keçirilmiş və fərdi yaşayış evi 79688 manata cavabdeh "xxxx" KB ASC-yə satılmışdır. Bundan əlavə, hərracın keçirilməsi barədə ona məlumat nə sifarişli poçt məktubu ilə, nə də elektron poçt vasitəsilə göndərilməmişdir. Həmçinin, "xxxx" KB ASC əmlakı hərraca çıxarılarkən onun mülkiyyətçi olduğunu və hərracın keçirilməsindən xəbə ri olmadığını bilə-bilə əmlakı əldə etdiyinə görə vicdanlı əldə edən sayıla bilməzdi, bu səbəbdən də alğı-satqı müqaviləsini etibarsız hesab etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2(009)1139/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2021-ci ilin əvvəlində məlumatı olmuşdur. Lakin, buna baxmayaraq, hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən ilk dəfə 2022-ci ilin noyabr ayında, sonra isə 08 may 2023-cü il tarixdə, yəni bir il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi a ndan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bərpası üçün məhkəməyə müraciət etmədiyindən və bununla da müraciət müddəti ötürdüyündən, iddia tələbləri təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1, 354.2, 372.1, 372.2, 373, 415.2, 416-cü, “İpoteka haqqında” Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2, 42.1, 42.5, 42.6, 43.1.1, 43.5, 43.7, 43.8, 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-6571/2023 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və G.T.Axundovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e2(009)-1139/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya icraatı zamanı iddiaçının apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə sübutların təmini qaydasında 01 noyabr 2023-cü il tarixli qərardad qəbul edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2018ci il tarixli İcra sənədi üzrə Sumqayıt şəhəri, Kotec qəsəbə si, 20-ci məhəllədə yerləşən, 99/1 saylı İddiaçı məxsus olmuş fərdi yaşayış evinə dair keçirilmiş hərracla bağlı (18 mart 2020-ci il tarixli protokol № Y-48/1; protokol № Y-101/1/1) olan sənədlərin (hərrac işinin) əsli və ya təsdiq olunmuş surətlərinin "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Sübutların təqdim edilməsi və qərardadın icrası "xxxx" MMC-yə və Yasamal rayon İcra şöbəsinə həvalə edilmişdir.
14. Qərardadın icrası ilə bağlı Bakı şəhəri Səbail rayon İcra şöbəsindən daxil olmuş məktubda və qərarda qeyd edilmişdir ki, "xxxx" MMC-nin yerləşdiyi ünvanın sökülməsi ilə əlaqədar onun əmlakına baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmadığından icra sənədi Bakı Apellyasiya Məhkəməsinə qaytarı lmışdır.
15. Beləliklə, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında və müəyyən olunmuş işin hallarına görə qeyd etmişdir ki, iddiaçı hərraclar barədə məlumatı olmadığını, hərracların qanunla müəyyən edilmiş qaydada keçirilmədiyini iddia etsə də, bu halların təsdiqi ilə bağlı hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2021-ci ilin əvvəlində məlumatı olmuşdur. Lakin buna baxmayaraq, hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən ilk dəfə 2022-ci ilin noyabr ayında, sonra isə 08 may 2023-cü il tarixdə, yəni bir il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır.
17. Bununla da, iddiaçı əqdlərin mübahisə ləndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür.
18. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 354.2, 372.1, 415.2-ci, “İpoteka haqqında” Qanunun (hərracın keçirildiyi tarixdə olan redaksiyada) 41.2, 42.1, 42.5, 42.6, 43.5, 43.7, 43.8, 44-cü, “İcra haqqında” Qanunun 53-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-6571/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hal lara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152.1, 152.3, 415-ci, “İpoteka haqqında” Qanunun 36, 42-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, icra məmurunun söylədiyinə görə hərrac 3 dəfə keçirilmiş, iddiaçının dəvət olunması ilə bağlı bildiriş mövcud olmamış, belə bildiriş ona qanunla göstərilən qaydada göndərilməmiş, əmlakın qiyməti düzgün müəyyən olunmamışdır.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum ol duğu andan bir ay ərzində mübahisə edilə bilər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci madd əsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keç irilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını mə hkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəm ə həmin qiymətləndirmə ilə tam razılaşır.
30. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, həmin dəlillərin əsaslılığı ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyildir.
31. Belə ki, iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın satılması ilə bağlı hərracın “İpoteka haqqında” Qanunun tələbləri pozularaq 3 dəfə keçirilməsini “icra məmurunun söylədiyinə” görə iddia etmişdir. Halbuki, iş materiallarında olan hərrac protokolundan görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti 125000 manat olmaqla ilk hərraca çıxarılmış, həmin hərrac baş tutmadığı üçün “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda qiymət 15% endirilmişdir. Həmin hərrac da baş tutmamış elan olunduğundan, Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin satı ş qiyməti daha 25% aşağı salınmaqla, yəni 79688 manata ipoteka saxlayan "xxxx" KB ASC-yə təklif olunmuşdur. Beləliklə, ipoteka saxlayan əmlakı üçüncü hərracda deyil, ikinci hərracın baş tutmaması nəticəsində ona edilən təklif əsasında əldə etmişdir.
32. İpoteka predmetinin satış qiymətinin düzgün müəyyən edilməməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinin ilkin satış qiymətinin 125000 manat olması Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Hazırda iddiaçı həmin qiyməti Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbləri baxımından mübahisələndirə bilməz.
33. Hərr acın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçıya verilməməsi ilə bağlı dəlil də əsassızdır. Belə ki, iddiaçı tərəfindən bu dəlilə dair sübut təqdim olunmamışdır. Digər tərəfdən, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, keçirilən hərrac və onun nəticələri barədə iddiaçının azı 2021-ci ildən məlumatı olmuş, onun qeyd olunan əmlakla bağlı "xxxx" KB ASC arasında müxtəlif məhkəmə mübahisələri olmuş, lakin Mülki Prosessual Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan müddətdə müqavilənin etibarsızlığına dair iddia ilə məhkəməyə müraciət etməmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüq uq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-6571/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.