Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1138/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: subyektiv hüquq, şəxsi və ailə həyatına hörmət hüququ, təhlükəsiz yaşamaq hüququ, ilkin müqavilə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin layihə sənədlərində əksini tapmayan hissələrinin sökülməsi və fərdi yaşayış evinin çoxmənzilli binaya çevirilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-5984/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs Ələndər oğlu, X8, X9, X6, X7 və X4 tərəfindən ayrı-ayrılıqda verilən kassasiya şikayətlərinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər qonşudur. Belə ki, tərəflərə aid torpaq sahələri bitişikdir. İddiaçının torpaq səhəsində fərdi yaşayış evi, cavabdehin torpaq sahəsində çoxmənzilli bina yerləşir.
2. İddiaçının fərdi yaşayış evi Sabunçu rayonu, ünvan 1 ünvanındakı 0,06 ha torpaq sahəsində yerləşir. Ev və torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, həmin əmlak iddiaçının və onun qardaşının paylı mülkiyyətindədir, hər birinin payı ½ hissə təşkil edir.
3. Cavabdehin çoxmənzilli yaşayış binası isə Sabunçu rayonu, ünvan 2 ünvanındakı 0,0916 ha torpaq sahəsində yerləşir. Torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, bina üzərində hüquq qeydə alınmayıb. 4. 24.01.2023-cü il tarixli məlumatlandırma icraatı ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsi Sabunçu RİH tərəfindən təsdiqlənib. Lakin torpaq sahəsində çoxmənzilli bina inşa edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evinin layihədən kənar inşa edilmiş üçüncü mərtəbəsinin, həmçinin cavabdehin evinin iddiaçının evinə tərəf baxan və layihədə əksini tapmayan 2 ədəd balkonunun və 4 p əncərəsinin sökülməsi, həmin evin çoxmənzilli binaya çevirilməsi cəhdlərinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşusu - Cavabdeh Hökümalı qızı özünə məxsus torpaq sahəsində qonşuluq hüququna, şəhərsalma və tikinti normalarına, yanğın təhlükəsizliyi qaydalarına, habelə milli mental dəyərlərə zidd formada özbaşına və qanunsuz tikinti aparmaqdadır. Cavabdehə aid torpaq sahəsində aparılan tikinti işlərinin qanunsuz olması onunla ifadə olunur ki, cavabdeh sözügedən torpaq sahəsində tikməkdə olduğu çoxmənzilli yaşayış binası heç bir tikinti-təhlükəsizlik, texniki normalara, habelə yanğın təhlükəsizliyi və fövqəladə halların aradan qaldırılması ilə bağlı texniki tələblərə uyğun deyildir. O, çoxmənzilli binanın tikintisi ilə bağlı rəsmi icazənin alınıb-alınmadığı ilə bağlı müvafiq olaraq Sabunçu Rayon İcra hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə və Fövqəladə Hallar Nazirliyinə sorğular vermişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin cavab məktubunda qeyd edilmişdir ki, “ünvan 3 ünvanında yerləşən apartman tipli 3 mərtəbəli 11 mənzilli tikili barədə tikinti işləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə yerli icra hakimiyyəti tərəfindən məlumat daxil olmadığı üçün Ağentlikdə həmin tikili barədə məlumat mövcud deyildir”. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, “Cavabdeh Hök ümalı qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində hal-hazırda təmirtikintisi davam edən apartman tipli 3 mərtəbəli 11 mənzilli tikiliyə dair icazənin, layihənin və tikili ilə bağlı tərtib olunmuş digər sənədlərə dair məlumat Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir”. Kustar üsullarla aparılmış tikinti, heç bir təhlükəsizlik qaydalarının gözlənilməməsi, elə təkcə həvəskar qaydada qurulmuş elektrik naqilləri sistemi nəticəsində yarana biləcək qısa qapanma və digər hallar, habelə ara məsafələrinin gözlənilməməsi nəticəsində baş verə biləcək yanğın hadisəsinin qısa müddətdə sürətlə yayılmas ı imkanları, məişət səs küyü üçün yaradılmış “münbit şərait”, habelə təcili tibbi yardım avtomobillərinin əraziyə giriş çıxışının məhdudlaşması nəticəsində həyat və sağlamlıq üçün yaranacaq təhlükə və s. faktorlar cavabdeh tərəfindən aparılmış qanunsuz və özbaşına tikinti işlərinin mövcud və perspektiv fəsadlarını göstərir.
7. Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
8. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur: 1) Cavabdeh X3 tərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş b inanın razılaşdırılmış layihəyə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. 2) Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə tərəf təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmayan əlavə 2 ədəd balkon və 4 ədəd pəncərə inşa edildiyi müəyyən edilmişdir. 3) Cavabdeh tərəfindən inşa edilmiş binanın 3-cü mərtəbəsinin faktiki olaraq müstəqil mərtəbə olmaqla digər mərtəbələrlə eynilik təşkil etdiyi müəyyən edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur.
10. Cavabdeh iddia ərizəsinə dair verdiyi ikinci etiraz ərizəsini isə belə əsaslandırmışdır ki, iddiaçı ilə hasar qonşusudurlar. Cavabdehə məxsus torpaq sahəsində olan tikilinin iki mərtəbəsi iddiaçının mərhum atası Ləti f Əsgərovun sağlığında razılığı və xeyir-duası ilə əvvəlki mülkiyyətçi Mübariz adlı şəxs tərəfindən inşa edilmişdir. Cavabdeh isə üzərində iki mərtəbəsi inşa edilmiş tikilisi olan torpaq sahəsini alqı-satqı müqaviləsi ilə Mübarizdən almışdır. Cavabdeh həmin tikilini təqdim etdiyi layihə - iki mərtəbə + mansard, hündürlüyü 12 metr olan yaşayış evini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi üçün müvafiq icra orqanına müraciət etmişdir. Cavabdeh tərəfindən bina inşa edildikdən sonra hər mərtəbə dörd müstəqil mənzilə bölünmüşdür. Həmçinin, "xxxx" Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş bina layihəyə uyğun olmasa da, bu tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80. 1-ci maddəsinin tələblərinə uyğundur.
11. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-797/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim: Tahirə Əsədova).
12. Məhkəmənin mövqeyinə görə, hazırki iş üzrə cavabdeh tərəfindən tikinti işlərinin tikintiyə icazəyə uyğun aparılmadığı müəyyən edildikdə, eyni zamanda həmin tikintinin hazırki işdə iddiaçının evinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaratdığı aşkar edildiyi halda həmin tikilinin sökülməsi barədə iddia qaldırmaq hüququ yalnız Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Odur ki, iddiaçının bu əsaslarla iddia verməyə subyektiv hüququ movcud olmamışdır.
13. İddiaçı eyni zamanda digər hüquqlarının (onun həyətinə nəzərdə tutulan pəncərə və balkondan çox pəncərə və balkonun açılması; yaxın qonşuluqda yerləşən evin bir ailə deyil, daha çox ailəyə xidmət etməsi) pozulmasına da istinad etmişdir. Məhkəmə buna dair qeyd etmişdir ki, pəncərə və bakonun sayının, eyni zamanda evdə bir ailə və ya bir neçə ailənin yaşaması ilə iddiaçının hüququnun pozulması arasında səbəbli əlaqə barədə iddiaçı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
14. Bundan başqa, Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubunda inşa edilmiş əlavə balkonların söküldüyünü, iddiaçının həyətinə baxan pəncərələrin qarşısının bağlandığını bildirmişdir. Belə ki, cavabdeh torpaq sahəsini 2010cu ildə alarkən mübahisəli binanın iki mərtəbəsi keçmiş mülkiyyətçi tərəfindən artıq inşa edilmiş, iddiaçı buna etiraz etməmiş və cavabdeh torpaq sahəsini yarımçıq tikili ilə bir yerdə almışdır. Yəni, ara məsa fələr artıq o zaman pozulmuş və iddiaçı bunu qəbul etmişdir, iddiaçının keçmiş mülkiyyətçiyə qarşı bununla bağlı iddia qaldırmaması hazırkı iddiaçıya qarşı iddianın qaldırılmasını istisna edir.
15. Məhkəmə gəldiyi nəticəni Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 80.1, 80.2, 80.4, 80.5, 80.6, 92.1, 92.1.1, 92.2, 92.3, 92.4.3, 95.1.3 və 95.3-cü, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5984/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apell yasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmuşdur (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov).
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: 19. “... cavabdeh tərəfindən çoxmənzilli bina inşa edilib. Bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Hər mərtəbədə 4 mənzil, ümumilikdə 12 mənzil var. Zirzəmi isə avtodayanacaq kimi nəzərdə tutulub. Cavabdeh həmin 12 mənzildən 8-nə dair notariat qaydasında “ilkin alqı-satqı müqavilə”si bağlayıb, 8 mənzilin ümumilikdə 608338 manata satılması razılaşdırılıb, bu məbləğin 282000 manatı notariusun depozit hesabı vasitəsilə cavabdehə ödənilib, qalan məbləğin isə notariusun depozit hesabı vasitəsilə hissə-hissə ödənilməsi şərtləşdirilib. Çoxmənzilli bina özbaşına tikinti obyektidir, çünki tikintisinə icazə alınmayıb. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə görə, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin binanın mərtəbələrinin sayının 3, hündürlüyünün isə 12 metr olması, bu tikintiyə məlumatlandırma icraatının tətbiq edilməsinə əsas vermir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsindən görünür ki, yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Yəni məlumatlandırma icraatı çoxmənzilli binaya şamil edilmir, odur ki, çoxmənzilli binanın mərtəbələrinin sayının və hündürlüyünün əhəmiyyəti yoxdur, hər bir halda tikinti üçün icazə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsindən görünür ki, lazımi icazələr alınmadan inşa edilmiş tikinti obyekti özbaşına tikinti sayılır. İddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddənin məqsədi baxımından iddiaçı “maraqlı tərəf” sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmələrə göndərdiyi xx.xx.2015-ci il tarixli 8-2/2015 nömrəli məktubda qeyd olunub: “...tikintinin sökülməsi ilə əlaqədar publ ik səlahiyyətlərin həyata keçirilməsi qaydasında Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək hüququ yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Eyni zamanda, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması da istisna olunmur”. Göründüyü kimi, Ali Məhkəmə fiziki şəxslərin məhkəməyə müraciət imkanını 2 hüququn müdafiəsi ilə əlaqələndirib: 1) əşya hüququ; 2) təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı hüquq. Lakin həyat yalnız əşyadan və təsərrüfatdan ibarət deyil, insan üçün daha m ühüm olan dəyərlər vardır. Fiziki şəxslər həm də təhlükəsiz yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət huququnun və digər bu kimi hüquqların müdafiəsi üçün özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilərlər. İddiaçı şəxsi və ailə həyatına hörmət huququnun və təhlükəsiz yaşamaq hüququnun müdafiəsi üçün özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” adlı 8-ci maddəsində göstərilib ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Fərdi yaşayış evinin hasarlanmış, yəni xarici mühitdən ayrılmış həyətyanı torpaq sahəsi şəxsi həyatın yaşandığı yer sayıla bilər, yəni orada ailənin istirahəti təş kil edilə bilər, məişət ehtiyaclarının qarşılanması üçün sahələr yerləşdirilə bilər və s. Odur ki, müvafiq icazələr alınmadan pəncərə və balkonları fərdi yaşayış evinin həyətyanı sahəsinə tərəf baxan çoxmənzilli bina inşa edilməsi, şəxsi və ailə həyatına hörmət hüququnun pozulması sayılır. Xüsusilə o hal nəzərə alınmalıdır ki, çoxmənzilli bina ara məsafəsi pozulmaqla inşa edilib. Belə ki, ekspert rəyinin təsviri hissəsindən görünür ki, cavabdehə aid binanın qonşu ilə sərhəd divarı arasında olan ara məsafəsi ən yaxın hissədə 53 sm, ən uzaq hissədə 122 sm təşkil edir. O cümlədən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda qeyd olunub ki, ara məsafəsi D oxu üzrə 2,20 metr nəzərdə tutulduğu halda 0,50 metr məsafə saxlanılmışdır. Odur ki, nəinki müvafiq icazələr alınmadan, hətta ara məsafəsi belə gözlənilmədən başqasının həyətyanı sahəsi ilə 53 sm məsafədə çoxmənzilli bina inşa edilməsi, binanın mənzillərinin pəncərə və balkonlarının həmin həyətyanı sahəyə tərəf açılması şəxsi və ailə həyatına hörmət hüququ ilə bir araya sığmır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə görə, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Çoxmənzilli bina iddiaçının və onun ailə üzvlərinin təhlükəsiz yaşamaq hüququnu pozur. Azərbaycan Respublikası FHN X15 Xidmətinin məktubuna görə, çoxmənzilli binada yanğın təhlükəsizliyinə dair norma və tələblər yerinə yetirilməyib. Həmin məktubda həmçinin qeyd olunub ki, yaşayış binasının perimetri boyunca yanğın avtomobillərinin hərəkət etməsi mümkün deyil və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmayıb. Bu isə onu təsdiq edir ki, cavabdehə aid binada yanğın baş verərsə, yanğın iddiaçının evinə, həyətyanı sahəsinə və orada yaşayan şəxslərə təsir edəcək. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyətinə səbəb olur. Cavabdehə aid çoxmənzilli bina ilə fərdi yaşayış evlərinin arasında yanğına qarşı ara məsafəsinin pozulduğu artıq FHN tərəfindən təsdiq olunub. Bu isə onu təs diq edir ki, yanğına qarşı ara məsafəsinin təmin edilməsi, habelə binanın perimetri boyunca yanğın avtomobillərinin hərəkətinin təmin edilməsi üçün bina sökülməli və müvafiq məsafə gözlənilməklə yenidən tikilməlidir. Beləliklə, iddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. O, həmin obyektin tam deyil, yalnız layihədə əksini tapmayan hissələrinin sökülməsini tələb edib. Memarlıq planlaşdırma layihəsi (cild 1, iş v. 103) ilə çoxmənzilli binanın fotosu (cild 1, iş v. 119) tutuşdurulduqda müəyyən olunur ki, sökülməsi tələb olunan hissələr layihədə əksini tapmayıb. Odur ki, tələb təmin olunmalı, həmin hissələr sökülməlidir. İddiaçı 4 ədəd pəncərənin sökülməsini tələb etsə də, həmin pəncərələrdən biri (binanın 2-ci mərtəbəsində, iddiaçının evinə tərəf baxan divar da yerləşən sol tərəfdən 4-cü pəncərə) sökülməsi tələb olunan iki balkondan birində (binanın 2-ci mərtəbəsində, iddiaçının evinə tərəf baxan 1 ədəd balkonda) yerləşir. Həmin balkon sökülərkən pəncərə də söküləcək, bununla da pəncərənin sökülməsi barədə tələb təmin olunmuş sayılacaq. Odur ki, 4 ədəd pəncərənin deyil, 3 ədəd pəncərinin sökülməsi qət olunmalıdır. O cümlədən həmin tikilinin çoxmənzilli binaya çevirilməsinə yönələn hərəkətlərin edilməsi cavabdehə qadağan olunmalıdır, çünki çoxmənzilli binanın tikilməsinə icazə verilməyib. Cavabdehin bağladığı 8 ədəd “ilkin alqı-satqı müqavilə”si həmin müqavilələrin əks tərəfi olan şəxslər üçün çoxmənzilli binaya hər hansı hüquq yaratmayıb. İlkin müqavilə ilə tərəflər bir-birinə pul və ya əşya vermək öhdəliyi müəyyən edə bilməz. İlkin müqavilə i lə gələcəkdə başqa müqavilə - əsas müqavilə bağlamaq öhdəliyi müəyyən edilə bilər (Mülki Məcəllə, maddə 402.1). Pul və əşaya verilməsi əsas müqavilə üzrə öhdəliyə daxildir, əsas müqavilə bağlanmadığına görə pul və ya əşya vermək öhdəliyi yaranmayıb. Odur ki, hazırkı iddianın təmin edilməsi nəticəsində həmin şəxslərin hüquqları pozula bilməz. Bununla yanaşı, məhkəmə ilkin müqavilə üzrə pul ödənişinin mümkün olubolmadığına münasibətdə Mülki Məcəllənin 402-ci maddəsi və “Notariat haqqında” Qanunun 74-cü maddəsinin 4-cü hissəsinin müqayisəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsini qərara almışdır. Belə ki, ilkin müqavilə üzrə pul ödənişi qanunvericiliyə zidd olsa da, bütün notariuslar belə müqavilələri notariat qaydasında təsdiq edir və həmin pul notariusların depozit hesabı vasitəsilə ödənilir. O cümlədən məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.6-cı maddəsinin hazırkı işdə tətbiqini, yəni iş üzrə icraatın dayandırılmasını məqsədə uyğun hesab etmir, çünki şərhi xahiş edilən maddələr hazırkı işdə tətbiq olunmur. Əgər kassasiya instansiyası məhkəməsi hesab edərsə ki, göstərilən maddələr şərh edilənə qədər hazırkı iş baxmaq mümkün deyil, belə halda həmin məhkəmə icraatın dayandırılması barədə qərardad qəbul edə və Konstitusiya Məhkəməsinin qərarı dərc edildikdən sonra kassasiya icraatını yekunlaşdıra bilər.” Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətinin ilkin dəlilini Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə istinad etməklə belə əsaslandırmışdır ki, sözügedən norma ilə müəyyən edilmiş tikinti obyektrlərinin sökülməsi əsaslarından heç biri olmadığı halda apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə ilkin alqı-satqı müqaviləsinə dair düzgün hüquqi yanaşma sərgiləməmişdir. Belə ki, Mülki Məcəllənin 402ci maddəsinə əsasən, gələcəkdə bağlanacaq əsas müqavilədən əvvəl ilkin müqavilə ilə alqı-satqı edilməsi mümkündür.
22. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının təhlükəsiz yaşamaq hüququnun pozulduğu qənaətinə gəlsə də, Mülki Məcəllənin 171.1-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin normaya görə, torpaq sahəsin in və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
23. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X8, X10, X7 və X6 (hamısının vəkili Vəkil6), X5 (Vəkil7) hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. Müstəqil tələb irəli sürən bütün üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri cavabdehin şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətlərin əsassız olduğunu, ona görə də təmin olunmamasını, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
27. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün al t hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
28. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri h ərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qu rğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsi mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıldakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
43. İşin müəyyən edilmiş hallarına əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsində fərdi yaşayış evinin inşası üçün məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimyyəti orqanının razılığını alsa da, 3 mərtəbədən və zirzəmidən ibarət, hər mərtəbədə 4 mənzil, ümumilikdə 12 ədəd təcrid olunmuş mən zil olan, zirzəmisində isə avtodayanacaq təşkil edilən ev çoxmənzilli yaşayış binasıdır, bu baxımdan həmin bina Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikintisinə icazə alınmamış özbaşına tikili sayılmalıdır. Habelə bina ilə qonşu olan iddiaçının həyətyanı sahəsi sərhəd divarı arasında 2,2 metr ara məsafəsi saxlamadan inşa olunması da onun özbaşına tikili olmasına əsas verir. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Nəinki müvafiq icazələr alınmadan, hətta ara məsafəsi belə gözlənilmədən başqasının həyətyanı sahəsi ilə 53 sm məsafədə çoxmənzilli bina inşa edilməsi, binanın mənzillərinin pəncərə və balkonların ın həmin həyətyanı sahəyə tərəf açılması qonşunun şəxsi və ailə həyatına hörmət hüququ ilə bir araya sığmır. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasının perimetri boyunca yanğınsöndürən avtomobillərinin hərəkət etməsinin mümkün olmaması və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmaması isə onu təsdiq edir ki, cavabdehə aid binada yanğın baş verərsə, yanğın iddiaçının evinə, həyətyanı sahəsinə keçəcək və orada yaşayan şəxslərə təsir edəcək, onların təhlükəsiz yaşamaq hüququnun pozulması ilə nəticələnəcəkdir. Göstərilən hallar əsas vermişdir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüquq normları ilə təminat altına alınmış şəxsi və ailə həyatına hörmət huququnun və təhlükəsiz yaşamaq hüququnun müdafiəsi üçün özbaşına tikinti obyektini n sökülməsini tələb etmək hüququna malikdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Hökümalı qızı tərəfindən yaşayış binasının inşası zamanı qonşusu-İddiaçı həyətyanı torpaq sahəsi ilə olan sərhəd hasarı üzrə ara məsafəsinini saxlanılmaması, onun həyətyanı torpaq sahəsinə açılan balkon və pəncərələrin tikilməsi, binanın perimetri boyunca yanğınsöndürən avtomaşınların hərəkəti üçün yol saxlanılmadığına görə yanğından mühafizə qaydalarını pozması hallarına yol verməsi iddiaçının öz torpaq sahəsindən və həmin sahədə yerləşən tikililərdən istifadəsinə əhəmiyyətli dərəcədə maneəçilik törətməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır.
45. İşin müəyyən edilmiş hallarına əsasən cavabdeh tərəfindən mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində məlumatl andırma icraatı çərçivəsində tikinti işləri aparılarkən tikinti normalarını və qaydalarını pozması, yəni fərdi yaşayış evi əvəzinə çoxmənzilli yaşayış binası tikməsi, iddiaçının həyətyanı sahəsi ilə qanunla müəyyən edilmiş ara məsafəsini saxlamaması, iddiaçının həyətyanı sahəsinə baxan balkon və pəncərələrin açılması mübahisəsiz olsa da, bu halların iddiaçının şəxsi və ailə həyatına hörmət hüququnu pozulması ilə nəticələnə biləcəyi barədə apellyasiya məhkəməsinin qənaəti ehtmallara əsaslanmışdır, iddiaçının bu barədə konkret sübutlar təqdim edə bilməməsini məhkəmə nəzərə almamış, cavabdehin hansı həpəkət və hərəkətsiziyinin iddiaçının maraqlarına toxunması, şəxsi və ailə həyatına hörmətsizliyə yönəlməsi müəyyən olunmamışdır.
46. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasının perimetr i boyunca yanğınsöndürən avtomobillərinin hərəkət etməsinin mümkün olmaması və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmamasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal cavabdehə məxsus binada yanğın təhlükəsizliyinə riayət olunmaması ilə əlaqədar məsələdir, həmin məsələnin həll olunmaması bilavasitə iddiaçının deyil, daha çox cavabdehə məxsus binada yaşayan şəxslərin və cəmiyyətin maraqlarına toxunmaqla aradan qaldırılması vəzifəsi müvafiq icra hakimiyyəti orqanlarının üzərinə düşür. Həmin halın mövcudluğu iddiaçının təhlükəsiz yaşamaq hüququnun pozulması ilə nəticələnə bilməsinə dair apellyasiya məhkəməsinin qənaətinə gəldikdə isə bu qənaət də konkret sübutlara deyil, mülahizələrə, ehtimallara əsaslanmışdır.
47. Məhkəmə kollegiyası həmçinin qeyd ed ir ki, iddianı qismən təmin edən apellyasiya məhkəməsi işə tam və orbyektiv baxmamış, təkcə iddiaçının deyil, cavabdehin də tikinti apardığı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, həmin hüququn müdafiəsinə də dövlət tərəfindən təminat verildiyini diqqətdən qaçırmışdır. İş materiallarına görə cavabdehin torpaq sahəsinə dair hüquqdan sui-istifadə etməsi, iddiaçının tələblərinə əsasən cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsasların olması müəyyən edilməmişdir.
48. Cavabdehin özünə məxsus olan torpaq sahəsində özbaşına tikili inşa etdirməsi iddiaçı olan qonşu torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının öz sahəsindən istifadə etməkdə maneçiliyi olmalı, bu maneəçilik onun hüquqlarını pozmalıdır ki, o, maraqlı tərəf kimi özba şına tikilinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malik olsun. İş materiallarına görə İddiaçı mülkiyyətində olan torpaq sahəsi və orada yerləşən tikililər barəsində öz mülahizəsi ilə sahiblik və istifadə etməkdə daxil olmaqla istənilən hərəkətləri etməsinə maneəçiliyin olması müəyyən olunmamışdır.
49. İş üzrə tərəflərin verdikləri izahatlardan görünür ki, iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 136,8 kv metr olan yaşayış evi onun və qardaşı Elnur Əsgərov ümumi mülkiyyəti kimi 25 sentyabr 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak bundan əvvəl ataları Lətif Əsgərovun mülkiyyətində olmuşdur. Cavabdeh isə mülkiyyətində olan 0,10 ha torpaq sahəsini Mübariz adlı şəxsdən satın almış, torpaq sahəsində hazırkı mübahi sənin predmeti olan binanın əsasını təşkil edən tikilinin 2 mərtəbəsi mövcud olimuş, həmin 2 mərtəbə Lətif Əsgərovun razılığı ilə əvvəlki mülkiyyətçi Mübahiz adlı şəxs tərəfindən inşa olunmuş, tikilinin 2-ci mərtəbəsində Lətif Əsgərovun həyətyanı sahəsinə baxan 3 ədəd pəncərə mövcud olmuşdur. Həm iddiaçı, həm də cavabdeh göstərilən əmlakları mövcüd vəziyyətdə qəbul etmiş, mövcud vəziyyətlə razılaşmışlar. Apellyasiya məhkəməsi bu məsələ üzrə araşdırma aparmamış, bu məsələ ilə bağlı tərəflərin izahatlarına qiymət verməmişdir.
50. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X8, X10, X7 və X6 (hamısının vəkili Vəkil6), X1 (Vəkil7) ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin ilkin alqı-satqı müqavilələrinə əsasən cavab deh tərəfndən inşa edilmiş binadan aldıqları sahəyə hər hansı hüququn yaranmaması, ona görə də hazırkı iddianın təmin edilməsi nəticəsində həmin şəxslərin hüquqları pozulmamasısna dair məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həlli zamanı da səhvə yol vermiş, nəzərə almamışdır ki, cavabdehlə bağlanmış ilkin alqı-satqı müqavilələrinə əsasən göstərilən şəxslərə müəyyən sahələr verilmiş, həmin sahələr, o cümlədən balkonlar və pəncərələr onların faktiki sahibliyində və istifadəsindədir. Belə olan halda onların ən azından həmin binaya faktiki sahibliyi vardır. Həmçinin qeyd olunmalıdır ki, bu məsələ üzrə Mülki Məcəllənin 402-ci maddəsi və “Notariat haqqında” Qanunun 74-cü maddəsinin 4-cü hissəsinin müqayisəli şəkildə şərh edilməsi üçün apellyasiya instan siyası məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinə müraciət olunmuş, Konstitusiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli Qərardadı ilə müraciətin icraata qəbul olunmasından imtina etmişdir.
51. İşin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırı lan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2, iş üzrə cavabdeh tərəfdən müstəqli tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs Ələndər oğlu, X8, X9, X6, X7 və X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5984/2024 nömrəli mülki iş üzrə 22 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.