Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1140/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma; sübutetmə yükü; pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsi ilə hesablanan faiz tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pulun, maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1144/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra – obyekt) xüsusi mülkiyyət hüququ əsasında ilk iddia üzrə İddiaçı (bundan sonra – İddiaçı) məxsusdur. 2. 11 aprel 2022-ci il tarixdə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra – Cavabdeh) arasında obyektin sonuncuya 175.000 manata satılması ilə bağlı yazılı müqavilə bağlanmışdır. Eyni tarixli notarial qaydada təqsdiqlənmiş etibarnamə ilə, İddiaçı Cavabdeh obyekt üzərində sərancam vermək və s. səlahiyyətləri eti bar etmişdir.
3. Tərəflərin hər ikisi tərəfindən imzalanaraq bağlanmış digər müqavilə ilə, İddiaçı obyektə dair razılaşma pozulduğu üçün, Cavabdeh verdiyi 175000 manatın geri qaytarılması barədə razılığa gəldiklərini, 31 may 2022-ci il tarixdə pulun 55.000 manat hissəsini qaytardığını, qalan 120.000 manat hissəsini də yaxın müddət ərzində qaytaracağını, Cavabdeh isə qeyd edilənlərlə razılaşdığını ifadə etmişdir.
4. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 iyul 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı verdiyi izahatında Cavabdeh qısa müddət ərzində qalan 120000 manat pulunu qaytaracağına söz vermiş, onun xxxxə qarşı hər hansı bir dələduzluq və onun pulunu mənimsəmək fikri olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) vurduğu maddi ziyana görə 20000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlk iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, obyektini cavabdehə satmış, bununla bağlı sonuncunun xahişi ilə etibarnamə də vermişdir ki, o sözügedən əmlakı kimin adına istəsə rəsmiləşdirsin. Bundan sonra iddiaçı özünə almaq üçün 250.000 manata yeni bir obyekt tapmış, 20.000 manat pulu beh olaraq vermişdir. Cavabdeh isə alqı-satqıdan 1 ay sonra müqavilənin tələbini pozaraq obyekti geri qaytarmış və pulunu geri tələb etmişdir. Cavabdeh pulu tələb edib aldı qdan sonra iddiaçının beh verdiyi obyektin pulunu ödəməyə imkanı olmamış və verdiyi pul beh müqaviləsi əsasında batmışdır. Beləliklə, cavabdeh və atası xxxxun alqı-satqı müqaviləsinin tələbini pozaraq obyekti geri qaytarması iddiaçının kommersiya fəaliyyəti ilə bağlı planlarını pozmuş və ona külli miqdarda maddi ziyan vurmuşdur.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120000 manat, 120000 manatın bank uçot dərəcəsi kimi 9150 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat, dövlət rüsumu olaraq ödədiyi 473 manat olmaqla, cəmi 139626 manat pul məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 5 aprel 2022-ci il tarixdə görüşüb söhbət etmiş və söhbət əsası nda obyektin 175000 manata satılması ilə bağlı razılaşmışlar. Həmin vaxt cavabdeh iddiaçıya 1500 manat beh vermiş və sonuncu söz vermişdir ki, 2-3 gün müddətində obyekti onun adına rəsmiləşdirəcəkdir. 8 aprel 2022ci il tarixdə iddiaçı ilə yenidən görüşüb 3500 manat vermişdir. Həmin vaxt iddiaçı obyektin sənədlərinin özündə olmadığını, sənədləri 15000 manat borcunun əvəzində girov qoyduğunu, ona görə də cavabdehin onda 10000 manat verməyini istəmişdir ki, sənədləri geri götürərək sənədləşmə işlərini aparsınlar. Buna görə cavabdeh həmin vaxt iddiaçıya 10.000 manat da vermişdir. 11 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisinin qarşısında görüşmüş və həmin vaxt cavabdeh iddiaçıya qalan 160000 manat pulu vermişdir. İddiaçı notariat ofisində obyektin cavabdehin adına sənədləşdirilə bilməsi üçün ona etibarnamə vermiş və təxminən 10 gün müddətində obyektə getməməsini bildirmişdir. Səbəbi bu olmuşdur ki, iddiaçı həmin obyektin ona satılmasının heç kimin bilməməsini istəmişdir. Elə həmin tarixdə - 11 aprel 2022-ci ildə obyektin alqısatqısı ilə bağlı sadə yazılı müqavilə bağlanmışdır. Müqaviləni cavabdeh, iddiaçı, iddiaçının oğlu xxxx və qardaşı xxxx imzalamışlar. Cavabdeh 20 aprel 2022-ci il tarixdə obyektə getmiş və obyekti işlədən Maqsud adlı şəxsə obyekti iddiaçıdan aldığını, bu səbəbdən də növbəti ayın əvvəlindən obyektin ona təhvil verilməli olduğunu bildirmişdir. Həmin vaxt Maqsud onu tanımadığını, iddiaçını tanıdığını, həmin obyektlə bağlı iddiaçı ilə 4 ay müddətində müqavilə bağladığını və iddiaçının 4 aylıq icarə pulunu əvvəlcədən aldığını, ona görə də bu barədə iddiaçının özü ilə danışmağını bildirmişdir. Həmin gün iddiaçı ilə telefon əlaqəsi saxlayıb bu barədə bildirdikdə axşama kimi Maqsud adlı şəxslə danışıb qaydasına qoyacağını bildirmişdir. 28 aprel 2022-ci il tarixdə cavabdeh obyektə getmiş, iddiaçı və Maqsudla orada görüşmüşdür. Həmin vaxt Maqsud 4 aylıq icarə pulunu iddiaçıya verdiyindən müqavilənin sonuna kimi obyektdən çıxmayacağını bildirmişdir. O, 29 aprel 2022-ci il tarixdə iddiaçı ilə telefon əlaqəsi saxlayıb obyekti alqı-satqı müqaviləsi ilə adına sənədləşdirməsini istəmişdir. Buna görə həmin gün iddiaçı ilə Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisinin qarşısında görüşmüşlər. Həmin vaxt iddiaçı və oğlu alqısatqı müqaviləsində məbləğin 175000 manat yox, 120000 manat göstərilməsini istəmiş, o, bununla razılaşmamış və alqı-satqı baş tutmamışdır. Bundan sonrakı günlərdə iddiaçı onun nömrəsini bloklayaraq əlaqəni kəsmişdir. Cavabdeh 30 aprel 2022-ci il tarixdə iddiaçının oğlu xxxxla telefon əlaqəsi saxlayıb obyektin alqı-satqı müqaviləsinin "Asan Xidmət”də bağlanmasını təklif etmiş, lakin sonradan xxxx ona zəng edərək atasının müqavilənin "Asan Xidmət”də bağlanmasına razılaşmadığını, müqavilənin Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində bağlanmasını təklif edərək onu həmin notariat ofisinin qarşısına çağırmışdır. Lakin, iddiaçı alqı-satqı zamanı məbləği göstərmək istəmədiyinə və 175000 manat pulu xərclədiyinə görə alqı-satqı zamanı notariat ofisində kassaya köçürülməni təqdim edə bilməyəcəyinə görə bununla razılaşmamış və notariat ofisinə getməmişdir. Bundan sonrakı günlərdə i ddiaçının onu aldatdığını yəqin etdikdən sonra 3 may 2022-ci il tarixdə iddiaçının oğlu xxxxla telefon əlaqəsi saxlayıb obyekti adına rəsmiləşdirmək istəmədikləri üçün 175000 manat pulunu geri istəmiş, lakin iddiaçı pulunun olmadığını, ona verilən pulu xərclədiyini, obyekti başqa bir şəxsə satıb pulu qaytaracağını bildirmişdir. 31 may 2022-ci il tarixdə iddiaçı onun yaşadığı evə gələrək 55000 manat qaytarmış, qalan 120000 manatı isə qısa müddət ərzində qaytaracağına söz vermişdir. Həmçinin, iddiaçı ona söz vermişdir ki, obyektin satılıb-satılmayacağından asılı olmayaraq 120000 manatı qısa müddət ərzində qaytaracaqdır. Həmin vaxt, yəni 31 may 2022-ci il tarixdə onların arasında ikinci bir müqavilə bağlamışdır. Müqaviləni o, İddiaçı, xxxxin oğlu xxxx, qardaşı xxxx və xxxx imzalamışlar. Müqav ilənin məzmununa görə, xxxx obyektini xxxxə 175000 manata satmış, müəyyən müddətdən sonra razılaşma pozulmuş, 175000 manatın geri qaytarılması ilə bağlı qərara gəlinmiş, İddiaçı pulun müəyyən hissəsini xərclədiyi üçün xx.xx.2022-ci il tarixdə pulun 55000 manatını geri qaytarmış, qalan 120000 manatı yaxın müddətdə geri qaytaracaqdır. Lakin, İddiaçı 55000 manatı qaytardıqdan 1 gün sonra notariat ofisinə gedərək obyektin satılması ilə bağlı ona verdiyi mülki etibarnaməni məlumat vermədən ləğv etdirmişdir. Bundan sonrakı günlərdə xxxx verdiyi sözə əməl etmədiyinə, yəni 120000 manatı qaytarmadığına görə o, Abşeron RPİ-yə ərizə ilə müraciət etmişdir. Polis idarəsində verdiyi izahatında İddiaçı obyektin alqı-satqısı ilə bağlı ondan 175000 manat aldığını, həmin məbləğin 55000 manatını qaytardığını, qalan 120000 manat pulu isə qısa müddətdə qaytaracağını bildirmişdir. Beləliklə iddiaçı ona 120000 manat verməli olduğunu polis idarəsində verdiyi izahatında etiraf etmişdir. Lakin bu günədək pulu qaytarmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində olan illik uçot faiz dərəcəsinə əsasən uçot faiz dərəcəsi xx.xx.2022-ci il tarixə 7,5%, xx.xx.2022-ci il tarixə 7,75% təşkil edir. Beləliklə orta faiz dərəcəsi 7,5+7,75/2 = 7,625% təşkil edir. İddiaçı ona olan 120000 manat pulu qaytarmamaqla ona məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən 120000 manatın bank uçot dərəcəsi kimi (120000x7,625%=9150) 9150 manat pul məbləği də cavabdehdən tutulmalıdır. Bundan başqa, iddiaçı pulu ödəmədiyindən cavabdeh dəfələrlə əsəbləşmiş və stress keçirmişdir.
9. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, 18 sentyabr 2022-ci ildə oğlu xxxxla xxxxa evində 120.000 manat pul verərək, sonuncudan çıxarışı verməsini tələb etmiş, N.xxxx isə hər ay qazancının 4 faizini itirdiyinə görə, ona əlavə 19.000 manat pul verməli olduğunu bildirmiş, pulun qaytarılması barədə qəbzi imza etməkdən imtina etmişdir.
10. Şahid xxxx xxxx Yusub oğlu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, xxxxin atasıdır. Belə ki, işlərin hamısını xxxx etmiş, o da razılıq vermişdir.. Daha sonra vaxtında sənədləşmə olmadığını görmüş və etiraz etmişdir. xxxx onlara 55000 manat qaytarmış və orada xxxxin oğlu xxxx, vasitəçi Rüstəm, o və C avabdeh iştirak etmişlər. Hazırda onlara 120000 manat qaytarılmalıdır.
11. X1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. Belə ki, notariusda o da olmuşdur. xxxxin onlara 120000 manat borcu qalmışdır.
12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi, yaxud məhkəmə) 2(012)-311/2023 nömrəli 7 fevral 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, İddiaçı 120000 manat pul və 408 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir (hakim E.xxxx).
13. Məhkəmə ilk iddia tələbinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı sübut növü kimi təkcə izahata əsaslanmış və həmin izahat da yalnız formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, ilk idd ia tələbi ilə bağlı hər hansı mötəbər sübut müəyyən edilmədiyindən, məhkəmə həmin izahata tənqidi yanaşaraq, ilk iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
14. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, İddiaçı sözügedən obyekti sonradan Cavabdeh adına rəsmiləşdirməkdən boyun qaçırmış, 175.000 manat puldan 55000 manatını qaytarsa da, qalan 120000 manat məbləği isə qaytarmamışdır. Bu hal qarşılıqlı iddia üzrə iddiaçının, onun nümayəndəsinin, şahidlərin ifadələri ilə yanaşı, iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən İddiaçı tərəfindən imzalanaraq tərtib edilmiş izahatı, həmçinin iş materiallarında olan sadə yazılı forma da müqavilə adı altında tərtib edilmiş tərəflərin imzaları ilə tam təsdiq olunur.
15. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək bildirmişdir ki, İddiaçı heç bir hüquqi əsas olmadan Cavabdeh hesabına əsassız varlandığından, ondan 120000 manat pul alınaraq Cavabdeh ödənilməlidir.
16. Bundan başqa məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin 120000 manatın bank uçot dərəcəsi kimi 9150 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı sübutlar müəyyən edilmədiyindən, bu hissədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad istinad edər ək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçının apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: a) Məhkəmə iş üzrə 120000 manat pul verilməsini görən şahidləri dindirməmişdir. b) Məhkəmə obyektin satılmasına dair beh müqaviləsinə, həmçinin İddiaçı öz evini sataraq cavabdehə pulu qaytarması ilə bağlı alqı-satqı müqaviləsinə qiymət verməmişdir. c) Qarşılıqlı iddia tələbi üzrə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərardan başqa məhkəməyə hər hansı sübut təqdim olunmamasına baxmayaraq, məhkəmə həmin iddianı təmin etmişdir. d) xx.xx.2022-ci il tarixdə səs yazısı ilə xxxxun razılaşmanı pozub, çıxarışı götürüb notariusa getməkdən imtina etməsi və Cavabdeh fürsətdən istifadə edib, 120000 manatı öz evində verməyə məcbur etməsi, xx.xx.2022-ci il tarixdə İddiaçı oğlu xxxxla birlikdə, N.xxxxun Masazırda yerləşən evinə gedərək pulu ona verməsi, xxxxun tələbi ilə məhkəməyə verdiyi idda ərizəsini xx.xx.2022-ci il tarixdə geri götürməsi və qarşılıqlı iddia üzrə tələb olunan 120000 manat pulun ödənildiyi sübut olunsa da birinci instansiya məhkəməsi bu hala qiymət verməmişdir.
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən - qarşılıqlı iddianın təmin olunmamış hissəsində ləğv edilərək, qarşılıqlı iddia tələbinin həmin hissədə də təmin edilməsi, birinci instansiya məhkəməsinin q ətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Həmin apellyasiya şikayətinin əsaslandırmasına görə, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin “bank uçot dərəcəsi kimi 9150 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat pul məbləğinin tutularaq Cavabdeh ödənilməsi” hissəsi ilə bağlı düzgün qənaətə gəlməmişdir. Belə ki, 9150 manat pulun bank uçot dərəcəsi kimi tutulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsaslanır və məhkəmə bu halda qanunu tətbiq etməli idi. Belə ki, İddiaçı Cavabdeh 120000 manat pulu qaytarmamaqla Cavabdeh məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 449.1 və 449.2-ci maddələrinə əsasən 120000 manatın bank uçot dərəcəsi kimi (120000x7,625%=9150) 9150 manat pul məbləği də İddiaçı tutulmalıdır.
22. Cavabdeh apellyasiya şikayətinin digər dəlilinə görə, ona məxsus 120000 manat pulun uzun müddət ərzində qaytarılmaması nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsinə baxmayaraq, məhkəmə işin bu faktiki halına hüquqi qiymət verməmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5870 nömrəli, 6 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı məsələləri üzrə 1 aprel 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən 120000 manat pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləği 3332,50 manat təşkil edir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi, yaxud məhkəmə kollegiyası) 2(105)-1144/2023 nömrəli 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin 120.000 manatın bankın uçot dərəcəsinə uyğun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı 3332 manat 50 qəpik məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hak imlər Səyyad Qafarinin sədrliyi və məruzəsi ilə, Ayaz Mahmudov və Lətifə xxxxadan ibarət tərkibdə).
25. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, baxılan iş üzrə ilkin iddia tələbi maddi ziyanın tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi təşkil edir. Qarşılıqlı iddia tələbi isə pul və mənəvi zərərin ödənilməsi olmaqla, qanuni əsasını da həmin məcəllənin 1091, 1092.1, 449.1 və 21-ci maddələri təşkil edir
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk növbədə İddiaçı mübahisəli əmlakın alqı-satqısının notariat qaydasında rəsmiləşdirməsindən onun deyil, qarşı tərəfin yayındığını sübut etməlidir.
27. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, obyektin Cavabdeh adına rəsmiləşdirilməsi sonuncunun təqsiri üzündən deyil, İddiaçı satış müqabilində Cavabdeh əvvəlcədən aldığı 175.000 manat pul xərclədiyindən alqı-satqı zamanı notariat ofisinin depozitinə köçürülməli məbləğin 175.000 manat deyil, 120.000 manat göstərilməsi olmuş və bu səbəbdən də qarşılıqlı iddiaçı müqavilədə əmlakın satış qiymətindən aşağı məbləğin göstərilməsi ilə razılaşmamış, nəticədə tərəflər arasında alqı-satqı müqaviləsi baş tutmamışdır.
28. Göründüyü kimi mübahisəli əmlakın alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh deyil, ilkin iddiaçının təqsiri üzündən baş tutmadığından, başqa sözlə desək, ilkin iddiaçıya Cavabdeh tərəfindən hər hansı bir zərərin vurulması öz təsdiqini tapmadığından ilkin iddiaçı Mülki Məcəllənin 21-ci maddəsinə əsasən ona vurulmuş 20.000 manat zərərin ödənilməsini tələb etməkdə haq lı olmamışdır.
29. Həmçinin o da nəzərə alınmalıdır ki, ilkin iddiaçı özünə yeni obyekt almaq üçün 20.000 manat beh verdiyini və müqavilənin bağlanmaması səbəbindən həmin məbləğin obyekt sahibində qalmasını göstərsə də, lakin buna dair hər hansı bir sübut (beh müqaviləsi və s.) təqdim etməmişdir.
30. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası ilkin iddiaçının apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin edilmiş hissəsinə gəldikdə isə qeyd etmişdir ki, tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, aralarında olan razılaşma pozulduğu üçün 175.000 manat qaytarılmalı, həmin məbl əğdən 55.000 manatı Cavabdeh geri qaytarılmış, qalan 120.000 manatın isə yaxın müddətdə geri qaytarılacağı barədə İddiaçı öhdəlik götürmüşdür. Lakin keçən müddət ərzində İddiaçı pulu qaytarmadığından Cavabdeh xx.xx.2022-ci ildə polisə müraciət etmiş və həmin orqan tərəfindən mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir.
32. Göründüyü kimi mübahisəli əmlakın satışı müqabilində Cavabdeh tərəfindən əvvəlcədən İddiaçı ödənilmiş 175.000 manatdan 55.000 manatı xx.xx.2022-ci il tarixdə qaytarsa da, yerdə qalan 120.000 manatı bu günədək Cavabdeh qaytarılmamışdır.
33. Bu baxımdan məhkəmə kollegiyası ilkin iddiaçının apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq hesab etmişdir ki, qarşılıqlı iddianı bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nə ticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası həmçinin İddiaçı öz evini satıb Cavabdeh 120.000 manatın qaytarılması, şahidlərin dindirilməsindən imtina etməsi, o cümlədən xx.xx.2022-ci il tarixli səs yazısı ilə razılaşmanı xxxxun pozması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə qeyd etmişdir ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil2 vəsatəti təmin olunaraq xx.xx.2023-cü il tarixə təxirə salınmasına baxmayaraq vəsatət vermiş şəxs həmin şahidlərin iştirakını növbəti məhkəmə iclasında təmin etməmişdir. Eyni zamanda İddiaçı Cavabdeh 120.000 manat pul vəsaitini oğlu xxxxla birlikdə xxxxun Masazırda yerləşən evində verməsini təsdiq edən heç bir tutarlı sübut təqdim etməmişdir. Əksinə nə polisə, nə də ki məhkəməyə müraciət etməmişdən əvvəl həmin məbləğin 55.000 manatı aralarında yazılı sənəd tərtib etməklə qaytardığı halda, həmin məbləğdən 2 dəfə çox olan məbləğin, yəni 120.000 manatın heç bir sənəd tərtib etmədən qaytarılması inandırıcı görünmür. Səs yazısına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu səs yazısı tərəflər arasında deyil, ilkin iddiaçı ilə cavabdehin atası xxxx arasında olmuşdur. Məlum olduğu kimi qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasının yol verilməzliyi MPM-nin 76.3-cü maddəsində öz əksini tapmışdır.
35. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışaqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-nin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 3
6. Göründüyü kimi bu səs yazısı tərəflər arasında olmadığından məhkəmə kollegiyası həmin səs yazısını hazırkı iş üzrə sübut kimi qəbul etməsini məqsədə uyğun hesab edilə bilməz.
37. Məhkəmə kollegiyası əlavə etmişdir ki, İddiaçı aldığı 175.000 manatdan 120.000 manatı özündə qanunsuz saxlamaqla ondan faydalandığından, qarşılıqlı iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən İddiaçı həmin vəsait məbləğində faiz tutulmasını tələb etməkdə haqlı olmuşdur.
38. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5870/2023 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilə n 120.000 manat pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləğ 3332,52 manat təşkil etmişdir.
39. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, 120000 manatın bank uçot dərəcəsi kimi hesablanan məbləğ qarşılıqlı iddiaçının tələb etdiyi 9150 manat məbləğində deyil, ekspertiza rəyi ilə müəyyən edilmiş 3332,50 manat məbləğində ilkin iddiaçıdan Cavabdeh xeyrinə tutulmalıdır.
40. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin təmin edilməyən hissəsinə gəldikdə isə bildirmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi qarşılıqlı iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkətlər nəticəsində baş verməsini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 425.1, 449, 1091, 109 2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3, 106.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumun qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin təqdim edilmiş mötəbər sübutlara səthi yanaşaraq qiymət verməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, sübutl arın mötəbərliyi dedikdə, ilkin iddia üzrə cavabdehlər birmənalı şəkildə qəbul etmişlər ki, İddiaçı qeyri-yaşayış sahəsi olan kafeni atası xxxx öz pulu ilə almış, lakin qeyri rəsmi olaraq oğlu Cavabdeh adına rəsmiləşdirmişdir. Məhkəmə isə bütün danışıqların xxxxla aparılmasını sübutların 3-cü şəxsin üzərində qurulması kimi qeyd edərək, səs yazısını sübut kimi qəbul etməmişdir. İşin əsas halını məhkəmə düzgün qiymətləndirməmişdir. Qarşılıqlı iddiaçı qeyri-yaşayış sahəsinin bahalı olmasını bildiyindən İddiaçı 120000 manatı məhkəmə qətnaməsi vasitəsi ilə 2 dəfəyə almaq istəyir. Belə ki, "xxxx" MMC-nin mütəxəssis rəyi ilə əmlaka 754000 manat qiymət qoymuşdur.
44. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin olunmamış hissəsində ləğv edilməsini, İddiaçı mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun tutularaq ona ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə istinad edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı 10000 manat mənəvi zərərin tutulmamasını qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkətlər nəticəsində baş verməsini sübut edə bilməməsi ilə əsaslandırmışdır. Bu doğru yanaşma deyil, çünki məhkəmə 120000 manatın İddiaçı tutulmasını qət etmişsə, həmin pulu (başqasının pulunu) qanunsuz olaraq uzun müddət özündə saxlayan İ ddiaçı Cavabdeh mənəvi zərər vurmasında “sübut axtarması” absurddur. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh məxsus 120000 (yüz iyirmi min) manat pulu uzun müddət özündə saxlamış, qaytarmamış, Cavabdeh bununla bağlı polis orqanına müraciət etmiş, iş Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırılmış, Cavabdeh daha sonra məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı da İddiaçı nümayəndəsi heç bir sübut təqdim etmədən guya pulun qaytarılması ilə bağlı mülahizələr irəli sürmüşdür. İddiaçı pulun qaytarılmaması üçün bu cür davranışı Cavabdeh mənəvi sarsıntı və iztirab keçirməsinə heç bir şübhə yaratmır. Onu da nəzərə almaq lazımdır ki, İddiaçı bu günədək qaytarmadığı və qaytarmaq niyyətində də olmadığı pul məbləği 120000 (yüz iyirmi min) manat təşkil edir və bu məbləğdə pu lun qaytarılmasından yayınmaq heç şübhəsiz qarşı tərəfə mənəvi sarsıntı və iztirab verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
48. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerd ə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
50. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
51. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
52. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
53. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
54. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya.
55. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı
56. Bənd
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən q anunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
57. Bənd
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin öd ənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdır mağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı:
58. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
59. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
60. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.....” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymtələndirilmişdir.
71. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə iddiaçının cavabdehin hesabına əsassız varlanması öz təsdiqini tapmış, iddiaçı bunu təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddia ilə mənəvi ziyanla bağlı halların mövcudluğu sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanaraq ilk iddianı rədd, qarşılıqlı iddianı qismən təmin edərkən maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.
72. Hər iki kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı dır.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1144/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.