Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1141/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1141/2024 (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh qarşı “yolun və su kanalının açılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1159/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 may 2024-cü il tarixdə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin əməkdaşları, Sabirabad rayon Quruzma bələdiyyəsinin sədri, Sabirabad rayonu Qəzli kənd sakinləri X1 və Cavabdeh iştirakı ilə Sabirabad rayonu Qəzli kəndində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktla TEKUİS proqramından Qəzli kəndi ərazisinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baza xəritə materiallarında sözügedən yol və su arxı yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunaraq bələdiyyə mülkiyyətinə aid ümumi istifadə olaraq göstərilmişdir. Həmin ərazi Qəzli kəndi üzrə həyətyanı sahələrin kompleks yerquruluşu planı üzrə ümumi istifadə olaraq qeyd edilmişdir. Faktiki olaraq cavabdeh tərəfindən həmin yolu n başlanğıc tərəfində dəmir darvaza, axırında isə mişar daşı materialları ilə hörülmüş hasar inşa edilərək ərazi zəbt edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Quruzma Bələdiyyəsinin mülkiyyətinə aid yol və su arxının zəbtdən azad olunması, eləcə də həmin yolun başlanğıc tərəfində quraşdırılmış dəmir darvazanın cavabdehin hesabına götürülməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində TEKUİS proqramından istifadə etməklə mübahisəli əraziyə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baza xəritə materiallarında sözügedən yol və su arx ı yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunaraq bələdiyyə mülkiyyətinə aid ümumi istifadə olaraq göstərilmişdir. Həmin ərazi Qəzli kəndi üzrə həyətyanı sahələrin kompleks yer quruluşu planı üzrə ümumi istifadə olaraq qeyd edilmişdir. Faktiki olaraq cavabdeh tərəfindən həmin yolun başlanğıc tərəfində dəmir darvaza, axırında isə mişar daşı materialları ilə hörülmüş hasar inşa edilərək ərazi zəbt edilmişdir. Baxışın nəticəsinə dair müvafiq akt tərtib edilmişdir. Cavabdehə torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması barədə bildiriş göndərilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edil məsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli **********91 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi Sabirabad rayon Quruzma Bələdiyyəsinin mülkiyyətinə aiddir və həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahələri və su arxı Cavabdeh və ailə üzvlərinin faktiki istifadəsindədir.
6. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-9/2023 nömrəli qətnaməsi ilə ( hakim N.A.Bağırov) iddia təmin edilmiş, cavabdehin Sabirabad rayonu, Qəzli kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli darvazanın onun öz hesabına sökülməsi vəzifəsi və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) və su arxının açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsinin cavabdehin üzərinə qoyulması, xx.xx.2022-ci il tarixli **********91 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Birinci instansiyası məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, boşaldılması tələb olunan iddiaçıya məxsus Sabirabad rayonu, Qəzli kəndində yerləşən mübahisələndirilən to rpaq sahəsi cavabdehin istifadəsində olduğu üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair mövcud hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüququ müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı bələdiyyə mülkiyyətinə aid edilən mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki yol və su arxı kənd sakinlərinin ümumi istifadəsi üçün ayrıldığından, cavabdehin həmin sahələri zəbt etməklə istifadənin məhdudlaşdırılması q anunvericiliyin tələbi baxımından yolverilməzdir və bu cür maneələr aradan qaldırılmalıdır.
9. Beləliklə iddiaçı müvafiq olaraq mülkiyyətçi kimi cavabdeh tərəfindən zəbt olunmuş ümumi istifadədə olan torpaq sahələrinə hər hansı hüquqları olmayan cavabdehin hərəkətlərinə son qoyulmaqla, su arxının və ümumi istifadədə olan yolun açılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə bildirmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin üzərinə Sabirabad rayonu, Qəzli kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli darvazanın onun öz hesabına sökülməsi və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) və su arxının açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsi qoyulmalıdır.
10. Birinci instansiy a məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, Mülki Məcəllənin 152, 157.2, 157.4, 170.2, 175.1, 175.3-cü, Torpaq Məcəlləsinin 4.1, 18, 47, 84.1, 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 115.0, 115.0.1, 119.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə əsasən, cavabdehə məxsus fərdi yaşayış evi və iddia ərizəsində istinad edilən daş hasar və darvaza öz mülkiyyə tində olan torpaq sahəsində tikilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə ekspert rəyi olmadan düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsini bələdiyyə mülkiyyəti kimi təqdim etmişdir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 13 saylı Ərazi İdarəsinin mütəxəssis arayışı əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 5 oktyabr 2023-cü il tarixli, 10/6462 saylı ekspert rəyinə əsasən, iddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətinə aiddir. İddiaçı Sabirabad rayon Qu ruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. İddiaçı Sabirabad rayon Quruzma Bələdiyyəsi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu Qəzli kəndində yerləşən mübahisəli torpaq sahəsi və götürülməsi tələb olunan darvazanın yerləşdiyi torpaq sahəsi və su arxı Cavabdeh və ailə üzvlərinin istifadəsindədir.
14. Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(106)-1159/2023 nömrəli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov, T.X.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-9/2023 nömrəli qətnaməsini n dəyişdirilmədən saxlanılması və ekspertizanın dəyəri kimi 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi xx.xx.2023-ci il tarixli, 10/6462 saylı ekspert rəyini sübut kimi qəbul edərək bildirmişdir ki, iddiaçı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən cavabdehin faktiki istifadə etməsi müəyyən edilir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəf öz tələbini əsaslandırmış və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf isə etirazında mübahisə edilən hasar və darvazanın öz mülkiyyətində olan torpaq sahəsində tikildiyini bildirsə də bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157.2-ci, Torpaq Məcəlləsinin 18 və 111-ci və Mülki Prosessual Məcəllənin 77, 372.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmi şdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisə edilən torpaq sahəsində 1968-ci ildə fərdi yaşayış evi tikmiş və 2022-ci ilə qədər qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mübahisə olmamışdır. Kassator bildirmişdir ki, onun təxminən 55 il əvvəl inşa etdiyi fərdi yaşayış evi və hasar heç kimə, xüsusilə də iddiaçıya maneəçilik törətməmişdir. İddiaçı heç bir əsaslı səbəb olmadan onun mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi daş hasarın və darvazanın sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilsə də, ekspert tərəfindən mübahisəli əraziyə baxış keçirilməmişdir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar heç kimin mənafeyinə toxunmur və ya h ər hansı bir gediş-gəliş yolunun, eləcə də su arxının qarşısını kəsmir. Əgər belə bir hal olsaydı 50 il ərzində hər hansı bir mübahisə baş verərdi.
24. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13.1ci, Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 77-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
27. Maddə
18. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, yerüstü su axarları, su tutarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri və s. yaşayış məntəqələri torpaqlarının tərkibinə daxildir.
28. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (o rada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət v erilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli 2(106)1159/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir