Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1142/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azəriqaz” X10 X26 İdarəsinə qarşı iş üzrə QƏRARİ Kateqoriya: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi - işə bərpa (ƏM-in 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla), məcburi işəburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azəriqaz” X10 X26 İdarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməs i” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1735/2023 saylı iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X22 Bildirişinə əsasən Azəriqaz” İstehsalat Birliyinin İddiaçı ilə olan əmək müqaviləsinə (bundan sonra mətndə iddiaçı) xx.xx.2023-cü il tarixdə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir.
2. Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-5-1782/2023 nömrəli məktubuna əsasən, iddiaçı Masallı rayonu, Həsənli kənd sakini Xalidə Museyibovanın şikayəti əsasında Masallı Xidmət Sahəsinin əməkdaşları tərəfindən araşdırılma aparılarkən deyilən ünvanda torpağın altında uzun müddət istifadəsiz olan çıxıntının ağzı bağlı şəkildə aşkar olunması ilə bağlı X28 İstismar İdarəsinin ümumi yığıncağında müzakirə olunması üçün xx.xx.2023-cü il tarixdə, saat 12.00-da X28 İstismar İdarəsinin inzibati binasına dəvət edilmişdir. 3. “Azəriqaz” X10 X29 idarəsinin rəisi X16 imzaladığı 17 may 2023-cü il tarixli, 14-22-10/3-1K-108/2023 saylı Əmrdən görünür ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasının yerinə yetirməməsini nəzərə alaraq X8 05/2023 nömrəli, 15 may 2023-cü il tarixli protokolu əsasında ilə işdən azad edilmişdir. 4. 18 aprel 2023-cü il tarixli akta görə Masallı Xidmət Sahəsinin rəis müavini X6, Masallı Xidmət Sahəsinin TQQ cə SX-nin rəisi X23 və Masallı Xidmət Sahəsinin QDX-nin çilingəri X4 rayonu, Həsənli kənd sakini Museyibova Xalidənin iştirakı ilə və videogörüntü altında göstərilən ünvanda qazıntı işləri aparılmış və uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə torpaq altından çııxarılmışdır. 5. 1517719 nömrəli əmək kitabçasından müəyyən olunubki, iddiaçı xx.xx.2015-ci il tarixdə Lənkəran X26 İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin 10-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran X26 İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində əsasən işdən azad edilmişdir. 6. 10 yanvar 2023-cü il tarixli, 14-2-2 -10/3-1İ-8/2023 nömrəli Əmrə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin c bəndinə əsasən aylıq əmək haqqının ¼ məbləğində cərimə edilmişdir. 7. 27 yanvar 2023-cü il tarixli, 14-2-2-10/3-1i-37/2023 nömrəli Əmrə əsasən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. 8. 17 mart 2023-cü il tarixli, 14-2-2-10/3-1i-104/2023 nömrəli Əmrə əsasən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət”verilmişdir. 9. 20 aprel 2023-cü il tarixli Akta görə Lənkəran X26 İdarəsinin Hüquq şöbəsinin rəisi Nümayəndə1, şöbənin böyük hüquq məsləhətçisi Fuad Məhərrəmov, şöbənin hüquq məsləhətçisi Xəzər Bayramov aktı ondan ötrü tərtib etmişlər ki, Lənkəran X26 İdarəsinin Masallı rayonu üzrə rəis müavini İxtiyar Seyfullayevin 14-2-2-xx/xx-1588/2023 saylı 20 aprel 2023-cü il tarixli xidməti yazısında göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Masallı Xidmət Sahəsində Sayğacların qəbulu və istismarı xidmətinin rəisi işləyən iddiaçının izahatının alınması üçün Lənkəran X26 İdarəsinə dəvət olunmuşdur. Lakin iddiaçı naməlum səbəbdən Lənkəran RQİİ-nə gəlməmiş və izahat verməmişdir.
10. İddiaçının öz əlyazması ilə yazdığı 15 may 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran X26 İdarəsində inzibati binada həmkarlar təşkilatının iclasında qeyd olunan nöqsanları qəbul etmiş və peşmançılıq keçirmiş, övladının tələbə olması, ailəyə qazanc gətirən şəxs olması nəzərə alınaraq fəhlə kateqoriyasına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
11. Azəriqaz X10 X29 İdarəsinin Həmkarlar Təşkilatının 15 may 2023-cü il tarixli, 05/2023 nömrəli iclas protokoluna əsasən, Lənkəran X26 İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi üseynov Əlizamin Əliəşrəf oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məqsədəuyğun hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran X26 İdarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ştat cədvəlinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanıb ona ödənilməklə onun Lənkəran X26 İdarəsində əvvəlki, Lənkəran X26 İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o işlədiyi dövr ərzində həmişə nizam-intizam qaydalarına əməl etmiş əmək müqaviləsi ilə üzərinə düşən öhdəliklərini tam icra etmişdir. Onunla əvvəlllər ədavəti olmuş həmkəndlisi Xalidə Müseyibova onun barəsində şikayət edərək guya o, evində və qeyri-yaşayış obyektində təbii qazdan qeyriqanuni istifadə etdiyini bildirmişdir. Şikayət əsasında deyilən ərazidə qazıntı işləri aparıldı və torpağın altında uzun müddət istifadəsiz olan çıxıntı ağzı bağlı şə kildə boru aşkar olunmuşdur. Evi qazıntı aparılan ərazidən 200 metr aralıda yolun əks tərəfində yerləşir, qeyri-yaşayış obyekti yoxdur. Bu barədə 8 saylı Cəlilabad Ərazi İdarəsindən arayışıda iddia ərizəsinə əlavə edir. Ümumiyyətlə o, evində, həyətində təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. Xalidə Museyibovanın etdiyi şikayət əsassız olduğundan öz təsdiqini tapmamışdır. Lənkəran X26 İdarəsinin rəisi Namiq Məmmədov onunla heç vaxt yola getməmiş, dəfələrlə ona əsassız intizam tənbeh tədbirləri tətbiq etdirmişdir. Xalidə Museyibovanın şikayəti əsasında Ləkəran X26 İdarəsinin Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixdə, saat 12:00-da iclası təyin edilmiş, o və vəkili iclasda iştirak etmək istədikdə Namiq Məmmədov və onun qoçuları nümayəndə və vəkilin iclasa girməsinə icazə vermədil ər. Vəkili Vəkil1 Azəriqaz İB-nin qaynar xəttinə, Baş Prokurorluğa və Lənkəran rayon prokurorluğuna şikayət etmişdir. Həmkarlar iclası formal keçirilmiş, sadəcə Namiq Məmmədovun tapşırıqlarını yerinə yetirmişdir. Həmkarların iclasının keçirilməsinə səbəb Xalidə Museyibovanın şikayəti olmuşdur. Həmin iclasda Xalidə Museyibovanın şikayətindən başqa onun barəsində çıxarılmış intizam tənbeh tədbirləri müzakirə olunmuş və nəticədə belə bir qanunsuz əmr çıxarılmışdır. Əmrlə razı deyil, hesab edir ki, əmr məhkəmənin qərarı ilə ləğv edilməlidir.
14. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianın əsassız olduğunu, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyini və buna görə işdən azad olunduğunu, iddiaçı barəsində şikayət olduğu üçün həmkarlar təşkilatına müraciət edildiyini bildirib iddianın rədd olunmasını xahiş etmişdir.
15. X1 ifadəsində göstərmişdir ki, iddiaçının ailəsi ilə yaxın münasibətləri olmuş, teztez evlərinə gedib-gəlmişlər. İddiaçı Masallı Qaz İdarəsində işləmişdir. O, həyətində toyuq, cücə saxladığı üçün ayrıca qaz xətti çəkmiş və aylıq 100-150 manatlıq qaz işlətmişdir. 2020-2022-ci il tarixlərdə o, aylıq qaz pulunu, yəni 100-150 manatı nağd şəkildə iddiaçıya vermiş və sonuncu da onun qaz borcunu silmişdir. Bu hal həmişə belə olmuş, iddiaçı ona qəbz verməmişdir. 2022-ci ilin oktyabr ayında qaz idarəsinin işçiləri onların evinə gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər, həmin vaxt o, iddiaçının arvadına zəng edərək bu barədə demiş, sonuncu da ərinə bu barədə dediyini və problem olmadığını bildirmişdir. 2023-cü ilin mart ayında oğlu hərbi xidmətdən qayıtdıqdan son ra qaza görə pul ödəmək istəyərkən ona borclarının olduğunu bildirmişlər. O, bu barədə iddiaçıdan öyrənmək istədikdə, sonuncu onun problemi ilə maraqlanmamış və onun haqqında «iki eşşəyin arpasını bölə bilməyən» demişdir. Bu sözdən qəzəblənərək iddiaçının özünün də qazdan qanunsuz olaraq istifadə etməsi barədə şikayət etmişdir. O, iddiaçının evinə gedib gəlmiş və hər dəfə evdə iki ayrı xəttin olduğunu görmüşdür. Eyni zamanda iddiaçı özünə məxsus kafe kimi işlətdiyi obyektdə də qazdan qanunsuz istifadə etmişdir. O, bu barədə sosial şəbəkələrdə yazmış, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin rəhbərinin qəbulunda da olmuşdur. Yalnız davamlı şikayətlərindən sonra 2023-cü ilin aprel ayında iddiaçının evinin yaxınlığında qazıntı işləri aparılmış və torpağın altından qaz xəttinə qoşulmuş boru aşkar edilmişdir.
16. X2 göstərmişdir ki, X28 İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini vəzifəsində işləyir. İddiaçını tanıyır. İddiaçı barəsində rayon sakini Xalidə Museyibova şikayət etmiş və rəhbərlik tərəfindən ona şikayətdə göstərilən əraziyə baxış keçirilməsi tapşırılımışdır. 17 aprel 2023-cü il tarixdə o, xidmət sahəsinin əməkdaşları Xalid Həsənov və Rahim Cəbiyevlə birlikdə Masallı rayonu, Həsənli kəndinə getmiş, orada qazıntı işləri aparacağı üçün şikayətçi Xalidə Museyibova və kəndin icra nümayəndəsi də dəvət edilmişdir. Torpaq sahəsi bərk olduğu üçün ekskovator çağıtdırmış və şikayətçinin göstərdiyi ərazidə qazıntı işləri aparılmışdır. Qazıntı videoçəkilişlə aparılmış və qazıntı zamanı torpağın altından uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə aşkar ed ilmişdir. Bundan sonra akt tərtib edilmişdir. Həmin çıxıntının uzun müddət istifadəsiz olmasını formasından və bağlanmış dəmirlərin paslanmasından müəyyən etmişlər. Ərazi isə əvvələr və ya yaxın zamanda qazılmadığından ora ekskovator cəlb edilmişdir.
17. X7 və X18 məhkəmə iclasında verdikləri ifadələrində X2nun göstərdiyi halları təsdiq etmişlər.
18. X9 ifadəsində göstərmişdir ki, X28 İstismar İdarəsinin Həmkarlar Təşkilatının üzvüdür. 15 may 2023-cü il tarixdə Masallı Xidmət Sahəsinin sayğacların qəbulu və istismarı xidmətinin rəisi iddiaçının barəsində Masallı kənd sakini Xalidə Museyibovanın şikayəti əsasında işdən çıxarılması məsləsinə baxılmış və iclas zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəllər ona verilmiş töhmətlərdən nəticə çıxarmamışdır. Buna görə də, iddiaçının işdən çıxarılm asını məqsədəmüvafiq hesab etmişdir.
19. X14 igöstərmişdir ki, X28 İstismar İdarəsinin Həmkarlar Təşkilatının üzvüdür. 15 may 2023-cü il tarixdə Masallı Xidmət Sahəsinin sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı barəsində Masallı kənd sakini Xalidə Museyibovanın şikayəti əsasında işdən çıxarılması məsləsinə baxılmış və iclas zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəllər ona verilmiş töhmətlərdən nəticə çıxarmamışdır. Buna görə də, iddiaçının işdən çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir.
20. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 28 avqust 2023-cü il tarixli, 2(049)-2629/2023 saylı qətnaməsi ilə (hakim X21) iddia təmin edilmiş, cavabdeh Lənkəran X26 İdarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/ 2023 saylı əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb iddiaçıya ödənilməklə iddiaçı Lənkəran X26 İdarəsində əvvəlki, Lənkəran X26 İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə iddiaçının bərpa olunması qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi qəbul etdiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda mübahisələndirilən əmrdən işəgötürənin işçini hansı əsasla işdən çıxarması müəyyən edilmir, çünki işəgötürən əsas qismində qanunda nəzərdə tutulmayan protokolu göstərmişdir ki, bu da hüquqi təbiət etibarı ilə əmək qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Eyni zamanda hazırkı işin hallarından iddiaçı barəsində olan 15 may 2023-cü il tarixli Həm karlar Təşkilatının protokolunun hansı əsasla çağırılması və hansı əsasa görə onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsi müəyyən deyildir.
22. Masallı rayon sakini Xalidə Museyibova iddiaçı barəsində qanunsuz qazdan istifadə ilə bağlı şikayət etmiş, bu şikayətin araşdırılması zamanı hər hansı qanunsuz qaz istifadə halına rast gəlinməmişdir ( 18 aprel 2023-cü il tarixli aktdan görünür ki, torpaq altından uzun müddət istifadəsiz çıxıntı aşkar edilmişdir), lakin buna baxmayaraq şəxsin intizam məsuliyyətinə cəlb edilməsi barədə hüquq idarəsi tərəfindən işəgötürəbnə müraciət edilmiş, işəgötürən isə həmin halı, - hansı ki, heç bir sənəd, şahid ifadəsi və digər halla sübuta yetirilmir- müzakirə etmək üçün həmkarlar təşkilatına müraciət etmişdir. Həmkarlar Təş kilatı isə işçinin barəsində şikayət etmiş şəxsin şikayətinə əsasən iclas keçirilməsini qərara almasına baxmayaraq işçinin əvvəllər əmək funksiyasını pozması əsası ilə işçi barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsi məqsədəuyğun hesab etmişdir. Qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Həmin şərtlərə xüsusilə əmək müqaviləsinə xitam verilməsi əsasının konkret müəyyən edilməsi aiddir.
23. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən cavabdeh “Azəriqaz” X13 X29 İdarəsi tərəfindən əmək qanunvericiliyinin tələbləri və şərtləri pozulmuş, iddiaçının işdən azad edilməsi qanunsuz v ə əsassız olmuşdur.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 68.1,69,70, 72, 73, 74, 75, 80.1, 80.2, 83 və 84-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 217.1, 217.3, 217.4 və 218.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 28 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının işdən çıxarılması barədə 17 may 2023-cü il tarixli əmr qanuni və əsaslı olmuşdur. Be lə ki, iddiaçı bir neçə dəfə də intizam məsuliyyətinə cəlb edilmiş, tətbiq edilmiş intizam tənbehi tədbirlərinə baxmayaraq, onlardan nəticə çıxarmamışdır. Bundan sonra, Xalidə Museyibova adlı bir abonent şikayətlə müraciət edərək bildirmişdir ki, iddiaçı öz qulluq mövqeyindən istifadə edərək evində təbii qazdan qeyri-qanuni şəkildə istifadə edir. Şikayət əsasında araşdırma aparılaraq Xalidə Museyibovanın göstərdiyi ərazidə qazıntı işləri həyata keçirilmiş, bu zaman mübahisəli ünvanda torpağın altında qaz xəttindən ağzı bağlı şəkildə uzun müddət istifadəsiz olan çıxıntı aşkar edilmişdir. İddiaçının fərdi yaşayış evi aşkar edilmiş çıxıntıdan bir qədər aralıda yerləşsə də, həmin çıxıntının yerləşdiyi yerə yaxın iddiaçıya məxsus qeyri-yaşayış obyekti yerləşir və cavabdeh təşkilat belə ehtimal edir ki, iddiaçı məhz həmin qeyri-yaşayış obyektində təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bundan başqa, 18 aprel 2023-cü il tarixli aktda aşkar edilmiş çıxıntının uzun müddət istifadəsiz olması qeyd edilsə də, iddiaçının bir müddət əvvəl həmin çıxıntıdan istifadə etməsi onlar tərəfindən ehtimal olunur. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edir. Bu səbəbdən də, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 may 2023-cü il tarixli əmrlə xitam verilmişdir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin, o, verilmiş suala cavab olaraq bild irdi ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilməmişdir.
27. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1735/2023 saylı, 15 noyabr 2023-il tarixli qətnaməsi ilə (hakimlər – S.İ. Mayılov (sədrlik edən və məruzəçi), İ. Q. Əsədov, T. X. Heydərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 2(049)-2629/2023 saylı, 28 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Lənkəran X26 İdarəsinin Masallı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı Lənkəran X26 İdarəsinin rəisi verilmiş 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmr qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin əmrin giriş hissəsində “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq və işçinin əmək funksiyasını yerinə yetirməməsini nəzərə alaraq” qeyd edilmiş, əmrin məzmununda isə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi X8 05/2023 nömrəli, 15 may 2023-cü il tarixli protokolu göstərilmişdir. Halbuki, qanunvericilik yuxarıda da göstərildiyi kimi əmək müqaviləsinin ləğv edilmə əsaslarını konkret olaraq dəqiq göstərmişdir və həmin əsaslar arasında həmkarlar ittifaqı təşkilatının protokolu yoxdur. Qanunun mənasına görə, həmkarlar ittifaqı t əşkilatının razılığı işəgötürənin işçini işdən azad etməsi üçün əsas deyil, həmin hal prosedur qayda kimi nəzərdə tutulmuşdur. Prosedur qaydaya riayət edilməsi isə işəgötürənin birbaşa vəzifə səlahiyyətlərinin yerinə yetirilməsindən irəli gəlir. Yəni, işçi bilavasitə Həmkarlar Təşkilatının protokolu əsasında deyil, Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmiş əsaslardan birinə əsasən işəgötürən tərəfindən işdən azad edilə bilər. Həmkarlar Təşkilatının protokolu isə sadəcə olaraq əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün zəruri hesab olunan rəsmi sənədlərdən biri kimi çıxış edə bilər.
29. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən 17 may 2023-cü il tarixli, 14-22-10/3-1K-108/2023 saylı əmrdə onu qəbul etmiş müəssisənin adı və hüquqi ünvanı ümumiyyətlə göstərilməmiş, s adəcə əmrin üzərinə vurulmuş möhürdən onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X10 X26 İdarəsinə aid olduğu müəyyən olunmuşdur. 30. 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrdə onun başlığı “İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında” şəklində göstərilsə də, konkret bir göstəriş şəklində İdarə rəisi tərəfindən məhz nəyin əmr edilməsi əmrin nəticə hissəsində öz əksini tapmamışdır. Qeyd edilənlər, 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrin məzmununda olan Əmək Məcəlləsinin 84-cü maddəsi baxımından mövcud nöqsanları təsdiq etdiyindən, birinci instansiya məhkəməsi həmin əmrin etibarsız hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçinin əmək müqaviləsinə xitam ve rilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd olaraq əmək müqaviləsinə xitam verilməsinin yolverilməz olduğunu əks etdirir.
31. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin iddiaçının əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, hüquqlarından suiistifadə edərək təbii qazdan sayğacdankənar xətlə istifadə etməsinə və bununla da əmək vəzifələrini kobud şəkildə pozmasına dair dəlili ilə bağlı onu qeyd etməyi zəruri sayır ki, iddiaçının təbii qazdan sayğacdankənar xətt vasitəsilə qeyri-qanuni şəkildə istifadə etməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Xalidə Museyibovanın şikayəti üzrə aparılan araşdırma nəticəsində onun göstərdiyi ərazidə torpağın altında qaz xəttindən ağzı bağlı şəkildə uzun müddət istif adəsiz olan çıxıntı aşkar edilməsi iddiaçının təbii qazdan qeyriqanuni istifadə etməsi halını təsdiq etmir. Belə ki, bununla bağlı tərtib edilmiş 18 aprel 2023-cü il tarixli aktla, eləcə də, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən İxtiyar Seyfullayevin, Xalid Həsənovun və Rahim Cəbiyevin ifadələri ilə, eləcə də, cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya məhkəməsinin iclasındakı izahatı ilə də müəyyən edilir ki, aşkar edilmiş çıxıntı uzun müddət istifadəsiz olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən İxtiyar Seyfullayev həm də onu bildirmişdir ki, çıxıntının aşkar edildiyi ərazi əvvəllər və ya yaxın zamanda qazılmadığından ora ekskovator cəlb edilmiş, ekskovator torpağın bir qədər dərin qatından həmin xətti aşkar etmiş, həmin yeri isə əl ilə qazmağın çox çətin olacağını bildirmişdir. Göründüyü kimi, belə olan halda iddiaçının təbii qazdan məhz həmin çıxıntı vasitəsilə qeyri-qanuni istifadə etməsi nəticəsinə gəlmək ağlabatan deyil. Cavabdehin nümayəndəsi Nümayəndə1 da apellyasiya məhkəməsinin iclasında həmin çıxıntıya əsasən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini ehtimal etdiklərini bildirmiş, konkret sübut təqdim etməmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməlidir. Lak in iddiaçının təbii qazdan qeyriqanuni şəkildə istifadə etməsi öz təsdiqini tapmamış, onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi apellyasiya məhkəməsinin iclasında iddiaçıya məxsus qeyriyaşayış obyektində qazdan qeyri-qanuni istifadə edildiyini bildirsə də, bu dəlil yenə də ehtimala əsaslanmışdır. Eləcə də, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan göründüyü kimi, iddiaçının mülkiyyətində hər hansı qeyri-yaşayış obyekti mövcud deyildir.
32. Məhkəmə göstərmişdir ki, əgər iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi halı öz təsdiqini tapsaydı belə, bu hal Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutulmaqla və işçinin əmək funksiyasını yerinə yetirməməsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi də çıxış edə bilməzdi. İddiaçının Lənkəran X26 İdarəsinin Masallı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsində işləməsi nəzərə alındıqda, təbii qazdan istifadə qaydalarına əməl edilməsinin iddiaçının əmək müqaviləsində nəzərdə tutulan yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusuna aid olmadığı aydın olur. İddiaçının təbii qazdan istifadə qaydalarına əməl etməsi onun əmək funksiyasından irəli gələn öhdəlik olmamaqla, iddiaçının istehlakçı kimi vəzifələrinə aiddir. Bu səbəbdən də, iddiaçının məhz əmək funksiyasını yerinə yetirməməsinin nəzərə alınaraq əmək müqaviləsin ə xitam verilməsi əsassız olmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 42.1, 68.1, 70, 72, 71.2, 71.3, 80.1, 80.2, 83.1 və 84.1-ci maddələrinə, MPM-in 14.2, 77.1. 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
34. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 2(106)-1735/2023 saylı qətnamənin tam ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti apellyasiya şikayətində göstərilən dəlillər ilə eynilik təşkil etməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəməyə qədər mübahisənin mediasiya təşkilatında həlli məqsədi ilə iddiaçı tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhərdə yerləşən (“Azəriqaz” İB-nın hüquqi ünvanı olan Bakı şəhərində yerləşən) mediasiya təşkilatına müraciət etməmişdir.
36. Cavabdeh şikayətinin əsası kimi Əmək Məcəlləsinin 84 və 186-cı maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə, Azərbaycan Respublikası MPM-in 35.2 və 149-150-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, cavabdehin kasasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsi t ərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 2(106)-1735/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
38. Maddə 35, İİ hissə. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsi
39. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
40. Maddə
70. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Həmin maddənin “ç” bəndinə əsasən bu əsaslardan biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadal anan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədardır.
41. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ctimai-təhlükəli əməllərə yol verməsi.
42. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlı qla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
43. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
44. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
45. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
46. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallard a bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 40.Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
41. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
42. Maddə 84.3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
51. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq ol unmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. Cavabdeh kassasiya şikayətində göstərdiyi dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya şikayətində də irəli sürmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1735/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.