Məhkəmə qərarları › İş №2(102)-1161/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1161/2023

09.03.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1161/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Rəsulova Məhri (İddiaçı) Kamal qızının cavabdehlər X3, Cavabdeh2, X4, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “alqı-satqı əqdinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxsin hüquq və vəzifələrinə toxunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibd ə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)7091/2022 nömrəli qərardadından qətnamə ilə hüquq və vəzifələrinə toxunması bildirən X13 İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Rəsulova Məhri (İddiaçı) Kamal qızı cavabdehlər X3, Cavabdeh2, X4, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı ev barəsində alğı-satqı əqdinin bağlanmış hesab edilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2002-cu il tarixli, 21219/2002 nömrəli qətnaməsi ilə (hakim A.M.Əbilhəsənov) iddia təmin edilmiş, iddiaçı Rəsulova (Rəcəbova) Mehri Kamal qızı ilə cavabdeh X5 arasında Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir.

3. İşdə iştirak etməyə cəlb edilməyən, qəbul edilən qətnamənin hüquq və vəzifələrinə toxunduğunu bildirən X13 İbrahim oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2002-cu il tarixli, 2-1219/2002 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-6702/2020 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovun və F.F.Babayevin iştirakı ilə) qətnamə ilə maraqlarına toxunan şəxs X13 İbrahim oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2002-cu il tarixli, 2-1219/2002 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.

5. İddiaçı Rəsulova (Rəcəbova) Mehri Kamal qızı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli, 2(102)-2724/2022 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun məruzəsi ilə, hakimlər V.T.Həsənovun və İ.Ə.Şəfiyevin iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)6702/2020 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7091/2022 nömrəli qərardadı ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovun və C.A.Yusifovun iştirakı ilə) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2002-ci il tarixli, 2-1219/2002 nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

7. Qətnamə ilə hüquq və vəzifələrinə toxunması bildirən X13 İbrahim oğl u kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(103)-7091/2022 nömrəli qərardadının ləğv edilməsi və mülki işin yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 366.1, 368.1, 420-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, X2 mərhum nənəsi Səltənət Əli qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Oktyabr küçəsi 31 (indiki M.Şəfai küçəsi 31A) saylı evə dair vərəsəsidir. X6 qanunsuz olaraq, ona çatacaq miras əmlakı de-yure zəbt etmişdir. Belə ki, kassator əmlakını sənədləşdirə (əldə edə) bilməmişdir. Onun faktiki qəbul etdiyi həmin miras əmlakının sənədlərinin (adının və ünvanının) oğurlanması və vərəsəsi olduğu əmlakın Mehri Rəsulova tərəfindən zəbt olunması səbəbindən kobud formada onun mülkiyyət hüququ pozulmuşdur.

9. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

10. İddiaçı Rəsulova (Rəcəbova) Mehri Kamal qızı kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Etiraz işin faktiki halları ilə əsaslandırılmışdır. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələ ri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövq eyi:

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında irəli sürmüş olduğu göstərişləri icra etmiş və səlahiyyətləri çərçivəsində apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən apellyasiyanı qeyri-mümkün hesab etmişdir.

14. Belə ki, kassasiya məhkəməsinin əvvəlki icraatındakı göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən əvvəlcə X12 qətnamədən apellyasiya şikayəti vermək üçün müvafiq subyektiv hüquqa malik olub-olmadığını və ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinə toxunub-toxunmadığını araşdırmalı idi.... İşin 63-cü vərəqində olan Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İda rəsinin 03 iyun 2019-cu i il tarixli arayşına görə, Səltənət Əli qızının adına ilkin qeydiyyatdan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Oktyabr küçəsi, 31 saylı ev keçib və bu barədə onun adına 04 yanvar 1961-ci il tarixli qeydiyyat vasiqəsi verilib. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə tərəflər arasında sözügedən evə dair deyil, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Oktyabr küçəsi, 31 “a” saylı evə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilib. Apellyasiya instansiyası məhkəməsi sözügedən evlərin fərqli ünvanlarda yerləşməsini nəzərə almamış, bu barədə heç bir araşdırma aparmamış, Səltənət Əli qızı ilə X14 arasında olan qohumluq münasibətlərinə aydınlıq gətirməmişdir.

15. Apellyasiya məhkəməsi həmin göstərişlərin icrası ilə bağlı müəyyən etmişdir ki, h azırki mülki mübahisənin predmeti Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evdir. X13 İbrahim oğlunun faktiki olaraq mübahisələndirdiyi ev hazırki mübahisənin predmeti olan 31a saylı ev deyildir və onun nə həmin evə, nə də həmin evin mülkiyyətçisinə qarşı hər hansı tələbi yoxdur.

16. Belə ki, işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman mübahisəli əraziyə yerli baxış keçirilmiş, yerli baxışda iştirak edən X13 İbrahim oğlu bildirmişdir ki, mübahisələndirilən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31 saylı ev kimi bildiyi evə dair hər hansı bir tələbi yoxdur. Onun tələbi əslində qonşuluqda (hasarın digər tərəfində) olan başqa bir tikili ilə bağlıdır.

17. Belə olduğu təqdirdə apellyasiya məhkəməsi hesab etmişdir ki, hazı rki iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evlə əlaqədar olduğundan və apellyatorun şikayəti həmin evlə əlaqədar olmadığından qətnamə X13 İbrahim oğlunun maraqlarına toxunmur.

18. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi üçün iddianın predmeti və iddianın obyekti anlayışlarına izah verilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlər inin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetin ə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 avqust 2012-ci il tarixli qərarı).

21. Hazırki mübahisənin predmetini iddiaçı ilə cavabdehlər arasında sonuncuların sahibliyində və istifadəsində olan yaşayış sahəsinin alqı-satıqısı ilə bağlı müqavilənin bağlanmasından ibarət hüquq münasibətləri təşkil etmişdir. İddianın obyekti kimi isə konkret daşınmaz əmlak çıxış edir.

22. Kassasiya şikayətinin məzmunundan da mü əyyən olunur ki, kassator iddiaçı ilə cavabdehlər arasında yaranmış hüquq münasibətlərini özü-özlüyündə mübahisələndirmir. Onun mübahisələndirdiyi məsələ qətnamənin icrası nəticəsində iddiaçının mülkiyyətinə keçmiş əmlakın ünvanın onun vərəsəsi olduğunu iddia etdiyi ünvanla üst-üstə düşməsidir.

23. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin X13 İbrahim oğlunun hüquq və vəzifələrinə toxunmaması nəticəsinə gələrək, apellyasiyanı qeyri-mümkün hesab etmişdir.

24. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi əsaslı olaraq X13 İbrahim oğluna mübahisələndirmək istədiyi evlə bağlı məhkəmədə iddia qaldırmaq, evin nömrəsinin dövlət reyestrində düzgün qeyd edilməməsi və reyestrdə dü zəlişin aparılmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüquqlarını izah etmişdir.

25. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, X13 İbrahim oğlu apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunması bildirən X13 İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7091/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar