Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1166/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti” X5in Pirallahı rayon Sukanal İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1409/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X5in Pirallahı rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 141/k saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqı nın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(094)- 430/2024 nömrəli qərardadı ilə (hakim Faiq Qasımov) iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2025-cü il tarixində şikayət ərizəsi verərək qərardadın ləğv edilməsini, iş üzrə icraatın dayandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)1409/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş şikayət elektron mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və elektron imza ilə təsdiq edilməklə deyil, qələmlə imza edilərək kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Habelə şikayət Mülki Prosessual Məcəlləsinə “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) K assasiya şikayətinin dəlilləri
7. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərardadını ləğv olunmasını, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(094)-430/2024 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
8. Belə ki, şikayətçinin hüquqi savadı olmaması ilə əlaqədar, həmçinin birinci instansiya məhkəməsinin qərardadından veriləcək şikayətin elektron formada göndərilməsi ona izah olunmamışdı. Buna görə də o, şikayəti əvvəlki formada, yəni kağız daşıyıcı formada vermişdi. Belə olan halda hesab etmişdi ki, birinci instansiya məhkəməsi şikayətin elektron qaydada verilməsi üçün tədbir görməli və ona bir daha izah olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 10-1.2 Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin electron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
12. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
13. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
15. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətində qərardad tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya məhkəməsi iddiaçının şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edərkən ona əsaslanmışdır ki, iddiaçı tərəfindən verilmiş şikayət elektron mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və elektron imza ilə təsdiq edilməklə deyil, qələmlə imza edilərək kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Habelə şikayət Mülki Prosessual Məcəlləsinə “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir.
21. Mövcud vəziyyətdə apellyasiya məhkəməsinin iddiaçının şikayəti üzrə apelyasiya üçün əsasların olmaması qənaətinə gəlməsi mülki prosessual qanunvericiliyə zidd olmamışdır.
22. Belə ki, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğ u məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (§ 11,13).
23. Belə olan halda iddiaçının hazırkı şikayəti və orada qeyd olunan dəlillər apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelly asiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1409/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.