Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1177/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi); bağışlama müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1496/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 03 sentyabr 2024 -cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra “cavabdeh”) İddiaçı (bundan sonra “iddiaçı”) atasıdır.
2. Cavabdeh iddiaçının ailə quracağı səbəbi ilə mətbəx mebeli və məişət əşyalarından ibarət cehiz əşyaları almışdır.
3. Cavabdeh həmin əşyaları iddiaçının köçəcəyi evə (oğlan evinə) yerləşdirmişdir.
4. İddiaçının nikahı baş tutmamış, cavabdeh həmin əşyaları, mətbəx mebeli istisna olmaqla, oğlan evindən götürmüşdür.
5. İddiaçı həmin əşyaların ona məxsus olmasını bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddia ərizəsinin təsvir hissəsində göstərdiyi cehiz əşyalarını, h əmin əşyaların naturada alınması mümkün olmadıqda onların dəyəri olan 16.053 (on altı min əlli üç) manat pulun, dövlət rüsumu kimi ödədiyi 140 manatın və mediasiya xidmətinə görə ödədiyi 50 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X5 nişanlanmışdır. Lakin 2019cu ilin dekabr ayında başlamış “COVİD-19” pandemiyası səbəbindən toyları dövlət tərəfindən rəsmi icazə verilənədək təxirə salınmışdır. Toyu planlaşdırdıqlarına görə bərk və yumşaq mebellərdən, yorğan-döşəkdən, müxtəlif məişət və mətbəx əşyalarından, xalçapalazdan ibarət olan cehiz əşyaları valideynləri tərəfindən alınıb tədarük edilmişdir. 2020-ci ilin mart ayında cehiz əşyaları nişanlısının valideynləri ilə yaşadığı evə aparılmış, xalçalar döş ənmiş, pərdələr asılmış, digər məişət və mətbəx əşyaları da yerləşdirilmişdir.
8. İddiaçı sonradan X5 ilə ailə qurmaq fikrindən daşınmış və nişanı qaytarmışdır. 5 avqust 2022-ci il tarixində iddiaçıya məlum olmuşdur ki, keçmiş nişanlısı X2 tələbi və razılığı ilə, lakin iddiaçıya məlumat verilmədən və ondan xəbərsiz cavabdeh olan atası ona məxsus cehiz əşyalarını götürmüş və naməlum yerə aparmışdır. İddiaçının atası və anası nikah qeydini pozdurmaq məqsədi ilə hüquqi prosedur başlatdıqlarına görə uzun müddətdir ki, ayrı-ayrı yerlərdə yaşayırlar. Bu səbəbdən iddiaçının cavabdehlə heç bir əlaqəsi yoxdur.
9. İddiaçı atasına razılıq verməmişdir ki, onun cehizini özbaşına gedib götürsün və harasa aparsın. Eyni zamanda, X3 da razılıq verməmişdir ki, onun cehiz əşyalarını kiməsə o, cümlədən də ata sına versin. Cavabdehdən dəfələrlə özü, anası Nəcibə Xudaverdiyeva və digər qohumları xahiş və tələb etmişlər ki, iddiaçının cehiz əşyalarını qaytarıb özünə versin. Lakin cavabdeh bunu könüllü olaraq etmir.
10. Cavabdehdə olan cehiz əşyaları aşağıdakılardır: -1 ədəd çilçıraq (yarım büllur) - dəyəri 80 manat, 1 ədəd çilçıraq (yarım büllur) dəyəri 70 manat, 1 ədəd çilçıraq (böyük, büllur) - dəyəri 220 manat, 1 ədəd elektrik ətçəkən maşın - dəyəri 90 manat, 1 ədəd elektrikli şirəçəkən maşın - dəyəri 110 manat, 1 ədəd “mikser” (krem qarışdıran) - dəyəri 40 manat, 1 ədəd ütü - dəyəri 70 manat, 3 ədəd mətbəx “nabor”ları - 40, 30 və 20 manat dəyərlərində olmaqla cəmi 90 manat dəyərində, 1 bıçaq dəsti - dəyəri 45 manat, “çemodan” adlanan bıçaq, çəngəl və qaşıq dəsti - dəyəri 180 manat, 12 qaşıq, 1 2 çəngəl və 12 çay qaşığından ibarət dəst - dəyəri 20 manat, 12 ədəd “farfor” nəlbəki - dəyəri 30 manat, 12 ədəd armudu stəkan nəlbəkisi (“farfor”) - dəyəri 22 manat, 12 ədəd mürəbbə nəlbəkisi - dəyəri 18 manat, 12 ədəd təmiz büllur stəkan dəyəri 360 manat (1x30), 12 ədəd təmiz büllur armudu stəkan - dəyəri 240 manat (1x20), 6 ədəd büllur “rumka”lar - dəyəri 90 manat (1x15), 1 ədəd divar saatı - dəyəri 30 manat, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd bıçaq və 6 ədəd çay qaşığından ibarət dəst (üzəri güllü) - dəyəri 15 manat, 12 nəfərlik qırmızı güllü nahar servisi - dəyəri 200 manat, 6 nəfərlik nahar çay servisi - dəyəri 250 manat, 6 nəfərlik digər nahar - çay servisi - dəyəri 250 manat, üstündə “çaynik”i olan elektrik samovar - dəyəri 180 manat, çaydan 2 çayniki ilə birlikdə - dəyəri 24 manat, 2 ədəd orta ölçü qazan - dəyəri 40 manat (1x20), 1 qazan dəsti - dəyəri 200 manat (şirəli qazanlar), 2 ədəd tava - dəyəri 24 manat (1x12), 1 ədəd tozsoran - dəyəri 150 manat, 1 ədəd ütü stolu - dəyəri 30 manat, qazan dəsti (keramikadan) - dəyəri 200 manat, paltar sərgisi - dəyəri 50 manat, 1 bıçaq dəsti - dəyəri 40 manat, 2 ədəd şirəli ləyənlər - (biri böyük 25 manat, biri kiçik 15 manat) olmaqla cəmi dəyəri 40 manat, şirəli vedrə - dəyəri 19 manat, 3 ədəd alüminium ləyənlər - (15, 10 və 8 manat olmaqla) - dəyəri 33 manat, “kapron” vedrə və onun qulplu qabı-dəyəri cəmi 6 manat, “kapron” vanna - dəyəri 5 manat, 1 ədəd qrafin 12 ədəd “rumka”sı ilə - dəyəri 120 manat, 1 ədəd qrafin 6 ədəd stəkanı ilə - dəyəri 30 manat, şirniyyat dəsti (boşqabı və qaşıqları ilə) - dəyəri 50 manat, 2 ədəd böyük meyvə qabları - dəyəri 120 manat (1x60), 2 ədəd kiçik meyvə qabları - dəyəri 60 manat (1x30), güldan (büllur) - 1 ədəd, dəyəri 50 manat, 2 ədəd qəndqabı-dəyəri 40 manat (1x20), 2 ədəd konfet qabı - dəyəri 40 manat (1x20), 2 ədəd dizaynlı fincan (“kuruşka”) - dəyəri 20 manat (1x10), sadə çərçivələr (6 böyük, 6 kiçik) - dəyəri 10 manat, oxlov və duvaq dəsti - dəyəri 9 manat, paltaryuyan “şpilka”lar və təmizlik bezləri - 10 manat, süfrə (1 ədəd) - dəyəri 50 manat, “pokreval” (örtük) - 2 ədəd, dəyəri 210 manat (150+60 manat), pərdələr - cəmi dəyəri 800 manat, yorğan-döşək dəsti (2 döşək, 1 qoşa yorğan, 6 yastıq) - dəyəri 480 manat, silikon yorğan (1 ədəd) - dəyəri 30 manat, 2 dəst yorğan - döşək üzü (50 və 40 manata olmaqla) – cəmi dəyəri 90 manat, divan dəsti (yastıq və mütəkkələ ri ilə) - dəyəri 1699 manat, qoşa çarpayı - dəyəri 429 manat, “qorka” mebeli (sol tərəf) - dəyəri 369 manat, “qorka” mebeli (sağ tərəf) - dəyəri 369 manat, “kamot” mebel - dəyəri 449 manat, 1 ədəd stol - dəyəri 219 manat, 1 ədəd tumba - dəyəri 159 manat, döşək “ECORİNE” - dəyəri 209 manat, televizor altlığı - dəyəri 219 manat, televizor - dəyəri 1200 manat, 2 çarpayı (dəmirləri hədiyyə) 160 və 200 manat - cəmi dəyəri 360 manat, (8 ədəd) stullar - dəyəri 600 manat, mətbəx mebeli (aspiratorla birlikdə) - dəyəri 1400 manat, paltaryuyan maşın - dəyəri 600 manat, döşək üzü və yorğan üzü dəsti (xarici istehsal) - dəyəri 80 manat, 5 ədəd əl-üz dəsmalları dəyəri 50 manat, ’‘dumanlı” meyvə, konfet, qənd qabı və güldan dəsti - dəyəri 160 manat, 2 ədəd böyük məhrəba - dəyəri 50 manat (1x25), 10 ədəd çay dəsmalları - dəyəri 30 manat (1x3), döşəmə vedrəsi (şotka, fırça və əski ilə) - dəyəri 18 manat, 3 ədəd “gəvə” xalça (150,60 və 40 manata olmaqla) - dəyəri 250 manat, yemək saxlamaq üçün qab dəsti - dəyəri 15 manat, stolüstü qaz sobası - dəyəri 90 manat, 6 ədəd kasalar - dəyəri 30 manat (1x5), dolab-dəyəri 1239 manat.
11. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz olaraq bildirmişdir ki, o, qızının cehizlərini almış və həmin cehizləri qızının keçmiş nişanlısı Bərdə rayonu, Türkmən kəndində yaşayan X2 evinə yığmışdır. Sonra nişan pozulduğu üçün cehizlərin müəyyən hissəsini oradan götürüb geri qaytarmış, digər hissəsini də X2 evində qoymuşdur. Həmin əşyaların iddiaçıya heç bir aidiyyəti yoxdur, əşyaların pulunu özü vermiş, nişan baş tutmadığı üçün əşyaları geri qaytar mışdır. Cehiz əşyalarından olan mətbəx mebeli söküləcəyi təqrirdə yararsız hala düşəcəyindən həmin əşyaları evdən götürməmişdir. Cehiz əşyalarından mətbəx mebeli (aspiratorla birlikdə) hazırkı vaxtadək X2 evindədir. 12. "xxxx" MMC tərəfindən verilmiş 9 mart 2023-cü il tarixli 42 nömrəli qiymətləndirmə rəyi ilə iddia ərizəsində göstərilmiş 80 ədəd əşyaların qiyməti müəyyən olunmuşdur. Həmin rəydə müxtəlif növ və markada olan cehiz əşyalarının dəyəri 2020-ci ildə (əşyalar alınan vaxt) olan bazar qiymətlərinə uyğun olaraq göstərilmişdir.
13. Samux Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 9 mart 2023-cü il tarixli 2(058)-92/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh - 1 ədəd çilçıraq (yarım büllur), 1 ədəd çilçıraq (yarım büllur), 1 ədəd çilçıraq ( böyük büllur), 1 ədəd elektrik ətçəkən maşını, 1 ədəd elektrikli şirəçəkən maşın, 1 ədəd “mikser” (kremqarışdıran), 1 ədəd ütü, 3 ədəd mətbəx dəsti, 1 dəst bıçaq dəsti, “çemodan” adlanan bıçaq, çəngəl və qaşıq dəsti, 12 qaşıq, 12 çəngəl və 12 çay qaşığından ibarət dəst, 12 ədəd “farfor” nəlbəki, 12 ədəd armudu stəkan nəlbəkisi (“farfor”), 12 ədəd mürəbbə nəlbəkisi, 12 ədəd təmiz büllur stəkan (1x30), 12 ədəd təmiz büllur armudu stəkan (1x20), 6 ədəd büllur “rumka”lar (1x15), 1 ədəd divar saatı, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd bıçaq və 6 ədəd çay qaşığından ibarət dəst (üzəri güllü), 12 nəfərlik qırmızı güllü nahar servisi, 6 nəfərlik nahar çay servisi, 6 nəfərlik digər nahar çay servisi, üstündə çayniki olan elektrik samovar, çaydan onun 2 “çaynik”i ilə birlikdə, 2 ədəd orta ö lçü qazan (1x20), 1 dəst qazan dəsti (şirəli qazanlar), 2 ədəd tava (1x12), 1 ədəd tozsoran, 1 ədəd ütü stolu, qazan dəsti (keramikadan), paltar sərgisi, (1 dəst) bıçaq dəsti, 2 ədəd şirəli ləyənlər, şirəli vedrə, 3 ədəd alüminium ləyənlər, kapron vedrə və onun qulplu qabı, kapron vanna, 1 ədəd qrafin və 12 ədəd “rumka”sı, 1 ədəd qrafin və 6 ədəd stəkanı, şirniyyat dəsti (boşqabı və qaşıqları ilə), 2 ədəd böyük meyvə qabları (1x60), 2 ədəd kiçik meyvə qabları (1x30), 1 ədəd güldan (büllur), 2 ədəd qənd qabı (1x20), 2 ədəd konfet qabı (1x20), 2 ədəd dizaynlı fincan (“kuruşka”) (1x10), sadə “ramka”lar (6 böyük, 6 kiçik), oxlov və duvax dəsti, paltaryuyan “şipilka”lar və təmizlik bezləri, 1 ədəd süfrə, 2 ədəd “pokrıval” (örtük), pərdələr, yorğan-döşək dəsti (2 döşək, 1 qoşa yorğan, 6 yastıq), 1 ədəd silikon yorğan, 2 dəst yorğan, döşək üzü - divan dəsti (yastıq və mütəkkələri ilə) - dəyəri 1699 manat, qoşa çarpayı, “qorka” mebeli (sol tərəf), “qorka” mebeli (sağ tərəf), “kamot” mebel, 1 ədəd stol, 1 ədəd tumba, döşək “ECORİNE”, televizor altlığı, televizor, 2 çarpayı, 8 ədəd stullar, paltaryuyan maşın, döşək üzü və yorğan üzü dəsti, 5 ədəd əl-üz dəsmalları, ’‘dumanlı” meyvə, konfet, qənd qabı və güldan dəsti, 2 ədəd böyük məhrəba (1x25), 10 ədəd çay dəsmalları (1x3), döşəmə vedrəsi (şotka, fırça və əski ilə), 3 ədəd “gəvə” xalça, yemək saxlamaq üçün qab dəsti, stolüstü qaz sobası, 6 ədəd kasa (1x5), və dolabın, qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə onların dəyərinin, ödənilmiş 140 manat dövlət rüsumu və mediasiya xidmətinə görə ödənilmiş 50 manatın i ddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Gündüz Şirinov)
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş nomenklaturadan görünür ki, “Kardinal künc” 1,699 manat, “Alfa 1 qapı qorka sağ krem” 396 manat, “Alfa 1 qapı qorka sol krem” 396 manat, “Alfan Kamod krem” 449 manat, “Alfa Masa krem” 219 manat, (Alfa çarpayı krem) 429 manat, (Alfa Dolab krem) 1.239 manat, (Alfa Tumba krem) 159 manat, “Çarpayı dəmiri 160*200 qara” 0.01 qəpik, “Döşək ECOLİNE 1600*2000” 209 manat, “Alfa Tv altı krem” 219 manat dəyərindədir.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin “cehiz əşyaları olan divan dəsti yastıq və mütəkkələri ilə - dəyəri 1699 manat olan” hissəsindən başqa, cehiz əşyalarının dəyəri hissəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən digər cehiz əşyalarının hazırkı dəyəri barədə məhkəməyə sübut təqdim edilmədiyindən, iddia tələbinin əşyaların qiymətləri hissələrində təmin olunması istisnadır.
16. İddiaçıya məxsus cehiz əşyalarından olan mətbəx mebeli (aspiratorla birlikdə) cehiz əşyalarının yığıldığı evdən cavabdeh tərəfindən götürülmədiyindən həmin hissədə də iddia tələbi təmin oluna bilməz.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 181.1, 181.2, 225.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. A pellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir; - belə ki, cavabdeh 27 fevral 2020-ci il tarixində "xxxx" ASC-dən 5350 manat kredit götürərək qardaşının və bacısının köməkliyi ilə qızına yorğan-döşək, müxtəlif məişət və mətbəx əşyalarından, xalça-palazdan ibarət olan cehiz əşyaları alaraq qızının keçmiş nişanlısı (xalası oğlu) X7 rayonu Türkmən kəndində yerləşən evinə aparmışdır. Lakin cehiz əşyaları Məhəmməd Məhərrəmovun evinə yerləşdirildikdən bir müddət sonda iddiaçının təşəbbüsü ilə nişan münasibətləri pozulmuşdur; - həmin vaxt cavabdeh iddiaçıya irad tuta raq bildirmişdir ki, nişanı pozmasın. Lakin iddiaçı onun sözünə məhəl qoymayaraq nişanı pozmuş və cavabdeh barəsində 1-ci polis şöbəsinə şikayət etmişdir ki, guya cavabdeh qızını zorla ərə vermək istəyir; - bundan sonra, təxminən iki il ərzində cehiz əşyaları Məhəmməd Məhərrəmovun evində qalmış və 2022-ci ildə Məhəmməd cavabdehə bildirmişdir ki, gəlib cehiz əşyalarını aparsınlar. Cavabdehin banka borcu olduğu üçün cehiz əşyalarının müəyyən hissəsini oradan götürüb geri qaytarmışdır, digər əşyalar isə Məhəmməd Məhərrəmovun yaşadığı evdə qalmışdır; - iddia ərizəsində göstərilmiş cehiz əşyalarından olan aspiratorla birlikdə mətbəx mebeli və digər xırda müxtəlif əşyalar hazırkı vaxtadək Məhəmməd Məhərrəmovun evindədir; - bundan əlavə, iddia ərizəsində göstərilən 80 adda cehiz əşyalarının çoxu mövcud olmamış, yalandan yazılmış və qiymətləri şişirdilmişdir. Həmin cehiz əşyalarının iddiaçıya heç bir aidiyyəti yoxdur. Çünki cehiz əşyalarını cavabdeh almışdır. Nişan baş tutmadığı üçün əşyaları geri qaytarmış və sataraq borcunu ödəmişdir. İddiaçı gəlin kimi keçmiş nişanlısının evinə köçmədiyi üçün, yəni hədiyyəni qəbul etmədiyindən əşyaları geri qaytarmışdır. Cavabdeh cehiz əşyalarını bu şərtlə vermişdir ki, qızı ailə qursun və ər evində onlardan istifadə etsin; - məhkəmənin mövqeyindən belə çıxır ki, guya cavabdehin iddiaçıya hədiyyə kimi verdiyi cehiz əşyaları iddiaçını mülkiyyəti olduğu üçün ona qaytarılmalıdır. Bu nəticə düzgün deyildir. Belə ki, həmin cehiz əşyalarını cavabdeh alıb, onların pulunu cavabdeh verib. Nişan baş tutmadığı, toy olmadığına görə və iddiaçı da gəlin kimi nişanlısının evinə köçmədiyinə görə, yəni hədiyyəni qəbul etmədiyinə görə cavabdeh həmin əşyaları geri qaytarıb.
20. Apellyasiya baxışında X1 bildirmişdir ki, iddiaçı bacısı qızı, cavabdeh isə yeznəsidir. Bacısı qızı ilə onun oğlu nişanlı olmuşlar. Yas mərasimləri olduğundan toy mərasimi təxirə salınmışdır. Bundan sonra iddiaçı ilə oğlunun nişan münasibətləri pozulmuşdur. İddia ərizəsində qeyd olunmuş əmlakları oxumuş və tanış olmuşdur. Həmin əmlakların hamısı onun evində olmuşdur. Həmin əşyalardan olan aspiratorla birlikdə mətbəx mebeli və qaz sobası onun evində qalmışdır. Digər əşyaları isə onların evindən yeznəsi (cavabdeh) aparmışdır.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1496/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismə n təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən - iddiaçıya məxsus olan 1 ədəd çilçıraq (yarım büllur) dəyəri 80 manat, 1 ədəd çilçıraq (yarım büllur) - dəyəri 70 manat, 1 ədəd çilçıraq (böyük büllur) - dəyəri 220 manat, 1 ədəd elektrikli ətçəkən maşın - dəyəri 90 manat, 1 ədəd elektrikli şirəçəkən maşın - dəyəri 110 manat, 1 ədəd mikser (krem qarışdıran) - dəyəri 40 manat, 1 ədəd ütü - dəyəri 70 manat, 3 ədəd mətbəx naborları - 40, 30 və 20 manat dəyərlərində olmaqla cəmi 90 manat dəyərində, 1 dəst bıçaq dəsti - dəyəri 45 manat, çamadan adlanan bıçaq, çəngəl və qaşıq dəsti - dəyəri 180 manat, 12 qaşıq, 12 çəngəl və 12 çay qaşığından ibarət dəst - dəyəri 20 manat, 12 ədəd “farfor” nəlbəki - dəyəri 30 manat, 12 ədəd armudu stəkan nəlbəkisi (“farfor”) - dəyəri 22 manat, 12 ədəd mürəbbə nəlbəkisi - dəyəri 18 manat, 12 ədəd təmiz büllur stəkan - dəyəri 360 manat (1x30), 12 ədəd təmiz büllur armudu stəkan - dəyəri 240 manat (1x20), 6 ədəd büllur “rumka”lar dəyəri 90 manat (1x15), 1 ədəd divar saatı - dəyəri 30 manat, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd bıçaq və 6 ədəd çay qaşığından ibarət dəst (üzərləri güllü) - dəyəri 15 manat, 12 nəfərlik qırmızı güllü nahar servisi - dəyəri 200 manat, 6 nəfərlik nahar çay servisi - dəyəri 250 manat, 6 nəfərlik digər nahar çay servisi - dəyəri 250 manat, üstündə “çaynik”i olan elektrik samovar - dəyəri 180 manat, çaydan onun 2 “çaynik”i ilə birlikdə dəyəri 24 manat, 2 ədəd orta ölçü qazan - dəyəri 40 manat (1x20), 1 dəst qazan dəsti dəyəri 200 manat (ş irəli qazanlar), 2 ədəd tava - dəyəri 24 manat (1x12), 1 ədəd tozsoran - dəyəri 150 manat, 1 ədəd ütü stolu - dəyəri 30 manat, qazan dəsti (keramikadan) - dəyəri 200 manat, paltar sərgisi - dəyəri 50 manat, 1 dəst bıçaq dəsti - dəyəri 40 manat, 2 ədəd şirəli ləyənlər - (biri böyük 25 manat, biri kiçik 15 manat) olmaqla cəmi dəyəri 40 manat, şirəli vedrə - dəyəri 19 manat, 3 ədəd alüminium ləyənlər (15, 10 və 8 manat olmaqla) dəyəri 33 manat, “kapron” vedrə və onun qulplu qabı - dəyəri cəmi 6 manat, “kapron” vanna - dəyəri 5 manat, 1 ədəd qrafin12 ədəd “rumka”sı ilə - dəyəri 120 manat, 1 ədəd qrafin 6 ədəd stəkanı ilə - dəyəri 30 manat, şirniyyat dəsti (boşqabı və qaşıqları ilə) dəyəri 50 manat, 2 ədəd böyük meyvə qabları - dəyəri 120 manat (1x60), 2 ədəd kiçik meyvə qabları - dəyəri 60 m anat (1x30), güldan (büllur) - 1 ədəd dəyəri 50 manat, 2 ədəd qəndqabı - dəyəri 40 manat (1x20), 2 ədəd konfet qabı - dəyəri 40 manat (1x20), 2 ədəd dizaynlı fincan (“kuruşka”) - dəyəri 20 manat (1x10), sadə “rumka”lar (6 böyük, 6 kiçik) dəyəri 10 manat, oxlov və duvaq dəsti - dəyəri 9 manat, paltaryuyan “şpilka”ları və təmizlik bezləri - 10 manat, süfrə 1 ədəd - dəyəri 50 manat, “pokreval” (örtük) - 2 ədəd dəyəri 210 manat (150+60 manat), pərdələr - cəmi dəyəri 800 manat, yorğan-döşək dəsti (2 döşək, 1 qoşa yorğan, 6 yastıq) - dəyəri 480 manat, silikon yorğan (1 ədəd) - dəyəri 30 manat, 2 dəst yorğan - döşək üzü (50 və 40 manata olmaqla) – cəmi dəyəri 90 manat, divan dəsti yastıq və mütəkkələri ilə - dəyəri 1699 manat, qoşa çarpayı - dəyəri 429 manat, “qorka” mebeli (soltərəf) - dəyəri 36 9 manat, “qorka” mebeli (sağ tərəf) - dəyəri 369 manat, “kamot” mebel - dəyəri 449 manat, 1 ədəd stol - dəyəri 219 manat, 1 ədəd tumba - dəyəri 159 manat, döşək “ECORİNE” - dəyəri 209 manat, televizor altlığı - dəyəri 219 manat, televizor - dəyəri 1200 manat, 2 çarpayı (dəmirləri hədiyyə) 160 və 200 manat - cəmi dəyəri 360 manat, (8 ədəd) stullar - dəyəri 600 manat, paltaryuyan maşın - dəyəri 600 manat, döşək üzü və yorğan üzü dəsti (xarici istehsal) - dəyəri 80 manat, 5 ədəd əl-üz dəsmalları - dəyəri 50 manat, ’‘dumanlı” meyvə, konfet, qənd qabı və güldan dəsti - dəyəri 160 manat, 2 ədəd böyük məhrəba - dəyəri 50 manat (1x25), 10 ədəd çay dəsmalları dəyəri 30 manat (1x3), döşəmə vedrəsi (şotka, fırça və əski ilə) - dəyəri 18 manat, 3 ədəd “gəvə” xalça (150, 60 və 40 manata olmaqla) - dəyə ri 250 manat, yemək saxlamaq üçün qab dəsti - dəyəri 15 manat, 6 ədəd kasalar - dəyəri 30 manat (1x5), dolab - dəyəri 1239 manat olan əşyaların naturada, bu mümkün olmadıqda isə həmin əşyaların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi) Afiq Hüseynzadə, Loğman Süleymanov)
22. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, qətnamənin nəticə hissəsində əmlakların özünün, qətnamə icra olunan zaman əmlakların naturada alınması mümkün olmadıqda isə dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsini göstərsə də, həmin əmlakların hansı dəyərdə olduğunu qətnamənin nət icə hissəsində göstərməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcllənin 220.6 və 222.1ci maddələrinə istinadən hesab etmişdir ki, göstərilən hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normasının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxaraq işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı 2019-cu ildə öz xalası oğlu X5 ilə nişanlanmışdır. Nişan mərasimindən sonra iddiaçıya cehiz əşyaları alınmış və həmin əşyalar onun keçmiş nişanlısı Məhəmməd Məhərrəmovun evinə yerləşdirilmişdir. Sonradan onların nişan münasibətləri pozulmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
26. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 666.1, 397.1-397.3-cü maddələrinə istinadən mövqeyi belə olmuşdur ki, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayıldığını göstərir. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə a lan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olar.
27. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır.
28. Mülki Məcəllənin 666.1 və 670.1-ci maddələri üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi cavabdeh iddia ərizəsində qeyd olunan əşyaları iddiaçıya bağışlamış və sonuncu da hədiyyə predmeti olan əşyaları qəbul etmişdir. Bununla yanaşı tərəflər arasındakı bağışlama hər hansı öhdəliklə şərtləndirilməmişdir. İşin qeyd olunan halları isə belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasındakı bağışlama müqaviləsi bağlanmış hesab olunur və iddiaçı bağışlama (hədiyyə) predmeti olan əşyaların mülkiyyətçisi qismində çıxış edir.
29. Apellyasiya instansiyası məhkəməsi cavabdehin cehiz əşyalarının iddiaçıya heç bir aidiyyəti olmaması, nişan baş tutmadığı üçün əşyaları geri qaytararaq satıb borcunu ödəməsi, iddiaçının g əlin kimi keçmiş nişanlısının evinə köçməməsi, yəni hədiyyəni qəbul etməməsi, cehiz əşyalarını iddiaçıya ailə qurması və ər evində həmin cehiz əşyalarından istifadə etməsi şərtilə verməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasındakı bağışlama hər hansı öhdəliklə şərtləndirilməmişdir. Belə olan halda cavabdehin göstərilən dəlilləri əsasında mübahisə predmeti olan (bağışlanmış) əşyaların iddiaçının razılığı olmadan götürməsi əsassızdır.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçıya məxsus əşyaların qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən əşyaların qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəlləsinin 157. 2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində qeyd edilən əşyalar (mətbəx mebeli, qaz sobası istisna olmaqla) iddiaçının razılığı olmadan cavabdeh tərəfindən iddiaçının keçmiş nişanlısı Məhəmməd Məhərrəmovun evindən aparılmış və həmin əşyalar cavabdehin qanunsuz istifadə və sahibliyində olmuşdur. Qeyd olunan hallar cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışı zamanı vermiş olduğu izahatı ilə sübuta yetirilir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində iddia ərizəsində göstərilən 80 adda cehiz əşyalarının çoxusunun olmadığını qeyd etsə də, apellyasiya baxışı zamanı cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) ver miş olduqları izahatlarında iddia ərizəsində qeyd olunmuş əşyaların cavabdeh tərəfindən iddiaçıya hədiyyə edildiyini bildirmişlər.
32. Buna görə də apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlillərini əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, iddia ərizəsində qeyd olunan əşyalar cavabdeh tərəfindən iddiaçıya və həmin əşyalar sonuncunun mülkiyyətindədir.
33. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, yuxarıda göstərilən faktlar apellyasiya baxışı zamanı dindirilmiş X1nın ifadəsi ilə də sübuta yetirilir. Belə ki, şahid tərəflərin arasında yaranmış hazırkı mübahisə barədə məlumatı olan şəxsdir. İddia ərizəsində qeyd olunan əşyalar məhz onun yaşadığı evə yerləşdirilmiş və həmin əşyalar 2 ilə yaxın müddət həmin evdə qalmışdır. X1 iddiaçının xalası, cavabdehin baldızı olsa da, verdiyi ifadələr işin müəyyən olunmuş və faktiki halları ilə uyğunluq təşkil edir və həmin ifadələrin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmamışdır. Çünki şahid iddia ərizəsində qeyd olunan cehiz əşyalarından hamısının cavabdeh tərəfindən iddiaçıya görə alındığını və həmin əşyaların onun evinə yerləşdirildiyini, əşyalardan olan aspiratorla birlikdə mətbəx mebeli və qaz sobası istisna olmaqla, digər əşyaların cavabdeh tərəfindən aparıldığını bildirmişdir. Cavabdeh də birinci və apellyasiya instansiyalarında şahidlə eyni məzmunlu izahat vermişdir. Bu baxımdan, X1nın qohumluq münasibətlərindən istifadə edərək tərəflərdən birinin əleyhinə və ya lehinə ifadə verməsi halı müəyyən olunmur.
34. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddia ər izəsində qeyd olunmuş əşyaların qiymətin şişirdilmiş olması, 65-cı sırada qeyd edilmiş televizorun 1200 manata deyil, 800 manata alınması barədə cavabdehin dəlillərini əsassız hesab edərək bildirmişdir ki, cavabdeh həmin dəlillərini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
35. Qaytarılmalı olan cehiz əşyaların dəyəri ilə bağlı apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş 9 mart 2023-cü il tarixli 42 nömrəli qiymətləndirmə rəyinə istinad etmiş və göstərmişdir ki, həmin rəydə müxtəlif növ və markada olan cehiz əşyalarının dəyəri 2020-ci ildə (əşyalar alınan vaxt) olan bazar qiymətlərinə uyğun olaraq yazılmışdır. Qeyd olunan mütəxəssis rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmamışdır.
36. Bununla yanaşı, apellyasiya instansiya sı məhkəməsi göstərmişdir ki, cavabdeh, habelə şahid Nəsibə Məhərrəmova bildirmişlər ki, iddia ərizəsində qeyd olunan əşyalardan - mətbəx mebeli (aspiratorla birlikdə) - dəyəri 1400 manat və stolüstü qaz sobası - dəyəri 90 manat – cavabdehin sahibliyində deyil, həmin əşyalar iddiaçının keçmiş nişanlısı Məhəmməd Məhərrəmovun evində qalmışdır. Belə olan halda, iddia tələbinin həmin əşyaların naturada, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən tutulması hissəsində təmin olunması yolverilməzdir.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 157.2, 324.1, 324.2, 324.4, 324.5, 389.1, 390, 397.1-397.3, 666.1, 670.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 66.1, 670,1, 670.3 və 673.1 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti iddia tələbinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 666.1-ci maddəsinə istinad etsə də, maddəni düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycanda uzun müddət yaranmış adətlərə görə qız ə rə gedərkən onun valideynləri tərəfindən getdiyi evdə istifadə etmək üçün cehiz əşyaları alınır. Bununla bağlı sonradan mübahisə düşərsə, məhkəmə həmin əşyaları hədiyyə olunmuş əşya kimi qəbul edir. Lakin hazırkı mübahisə digər cehiz əşyaları ilə bağlı mübahisələrdən fərqlənir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin işin hallarından da göründüyü kimi iddiaçı həmin cehiz əşyalarını qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında həd iyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
42. Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini tələb etsə də, şikayətin məzmunu və dəlillərindən görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissə də iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
47. İddia tələbi cehiz əşyalarının qaytarılması, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin cavabdehdən tutulması barədə olmaqla vindikasiya iddiasıdır.
48. İddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan əşyaların cavabdehin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır.
49. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə də cavabdeh iddia ərizəsində qeyd olunan əşyaları iddiaçıya bağışlamış və sonuncu da hədiyyə predmeti olan əşyaları qəbul etmişdir. Tərəflər arasındakı bağışlama müqaviləsi bağlanmış hesab olunduğu üçün iddiaçı bağışlama (hədiyyə) predmeti olan əşyaların mülkiyyətçisidir. Üstəlik, tərəflər arasındakı bağışlama hər hansı öhdəliklə şərtləndirilməmişdir. Cavabdehin mübahisə predmeti olan (bağışlanmış) əşyaların iddiaçının razılığı olmadan götürməsi əsassız olmuşdur.
50. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən hissəsi ilə bağlı hazırkı qərarın 22-35-ci bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.
51. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları və dəlilləri ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün h üquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
52. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.
53. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işdən görünür ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verib, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1496/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.