Məhkəmə qərarları › İş №2(102)-1179/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1179/2023

17.03.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1179/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pul vəsaitinin qaytarılması, mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6128/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 25 yanvar 2013-cü il tarixli 1312 XZAK nömrəli kredit müqaviləsi üzrə 24.308 ABŞ dolları əsas borc, 7.698 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.006 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X17, X11, X5 və X6 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X12 məxsus olan və banka ipoteka qoyulmuş ** NB *** dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı, Univ ersal tipli, 2010-cu il buraxılışlı, 2CTFLJEYA6404664 ban nömrəli, qara rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına X9 "xxxx" ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir 2. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, QXM/1697 nömrəli qiymətləndirmə rəyinə əsasən X9 mülkiyyətində olan ** NB *** dövlət qeydiyyat nişanlı, "GMC Terrain" minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri 8.800 (səkkiz min səkkiz yüz) manat müəyyən edilmişdir.

3. Mübahisəli avtomobil Nizami rayon icra şöbəsinin xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmış və 8.888 manata Cavabdeh1 satılmışdır.

4. Bundan sonra X17 cavabdehlər "xxxx" MMC, "X8" MMC və "xxxx" ASC-yə qarşı (Cavabd eh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hesabatın və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, “X8” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli Protokolun, "xxxx" MMC tərəfindən verilmiş QR1697 saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi qət edilmişdir.

6. Cavabdeh1 xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsin ə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı 103512 nömrəli etibarnamə ilə mübahisəli avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir.

7. Qətnamədən "xxxx" ASC apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyanın qanuni qüvvəyə minmiş 2(103)-497/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələblərinin təmin edilməsi, “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, “X8” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli Protokolun, "xxxx" MMC tərəfindən verilmiş QR-1697 saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunması qət edilmişdir.

8. Quliyev X3 vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2021-ci il tarixli ƏN-Vİİ seriyalı 143120 nömrəli etibarnamə ilə xx.xx.2020-ci il tarixli etibarnamə üzrə, Cavabdeh1 adından m übahisəli avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. 9. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli avtomobil 25000 manata X1. Müqaviləni Cavabdeh1 adından İddiaçı2 imzalamışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın qanuni qüvvəyə minmiş 2(103)-497/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası zamanı X17 ərizə ilə Nizami rayon icra şöbəsinə müraciət edərək mübahisəli avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə müba hisəli avtomobilin üzərinə həbs qoyulmuşdur.

12. Qərardaddan İddiaçı1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 8(103)-160/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)34/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X10 adına sonradan rəsmiləşdirilməsinə dair tərtib olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq avtomobilin dəyəri kimi ödənilmiş 20.000 manat, avtomobilə təmir üçün xərclənmiş 5.000 manat və mənəvi zərərin əvəzi olaraq 10.000 manat, ümumilikdə 35.000 manat pul məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, “GMC TERRAİN” markalı (hazırda Tural Nuriyevin mülkiyyətində olan) avtomobil daha öncə X9 mülkiyyətində olmuşdur. Avtomobil bankın girovunda olduğundan Namiq Qafarov tərəfindən bank qarşısında olan öhdəliklər icra olunmadığı üçün Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-394/2016 saylı qətnaməsilə 32.006 ABŞ dolları borc X17 və qeyrilərindən tutularaq "xxxx" ASC-nin xeyrinə tutu lması, tutmanın X12 məxsus və banka ipoteka qoyulmuş “GMC TERRAİN” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitin N.Qafarovun borcuna yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Nizami rayon İcra və Probasiya Şöbəsində xx.xx.2016-cı il tarixli, 2(007)-394/2016 saylı icra sənədi üzrə icra icraatı başlanmış, “GMC TERRAİN” markalı avtomobil hərraca çıxarılmış, “X8” MMC-nin keçirdiyi hərracda Hərracın Yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 saylı protokolu ilə həmin avtomobil hazırki iş üzrə Cavabdeh1 satılmışdır. Əldə edilmiş vəsait borclu Namiq Qafarovun borcuna yönəldilmiş, icra icraatına xitam verilmişdir. Lakin, Namiq Qafarov qeyd olunan hərracla razılaşmamış, 2019-cu ildə cavabdehlər "xxxx" MMC, “X8” MMC, "xxxx" ASC-yə, m übahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh1 qarşı Nərimanov Rayon Məhkəməsinə hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-497/2020 saylı qətnaməsilə “GMC TERRAİN” markalı avtomobilin satılmasına dair hərracın nəticələri etibarsız hesab edilmiş, avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil edilməsi və sair qət edilmişdir. Mübahisəli avtomobillə bağlı məhkəmə icraatının getməsinə, hərracın nəticələrinin ləğv edilməsi, avtomobilin yenidən hərrac yolu ilə satılması barədə məhkəmə aktının olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və onun adından çıxış edən nümayəndəsi Cavabdeh2 bu barədə iddiaçılara məlumat vermədən onları aldadaraq avtomobili xx.xx.2020-ci il tarixdə İddiaçı2 baş etibarnamə verməklə etibarnamə əsasında 20.000 manata satmışdır. İddiaçı2 xx.xx.2021-ci il tarixdə avtomobili Tural Nuriyevin adına keçirmişdir. Lakin, əvvəlki iş üzrə tələbkar X17 ərizə ilə Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Tural Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı avtomobilin üzərinə həbs qoyulmasına və axtarışa verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X21 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək həmin “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq Nizami rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsi təqdimatı qism ən təmin etmiş, Tural Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixli qərardad çıxarılmışdır. Həmin qərardaddan T.Nuriyev şikayət vermişdir. Şikayət Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayətə baxıb şikayəti təmin etməmişdir. Avtomobil 2018-ci il tarixdə hərracdan satılıb, avtomobili Cavabdeh1 almış, 2019-cu və 2020-ci ildə məhkəmələrin qətnaməsi əsasında həmin hərrac etibarsız hesab edilib, avtomobilin yenidən hərrac yolu ilə satılması qət edilib lakin, buna baxmayaraq cavadehlər avtomobili yenidən hərrac yolu ilə satılması üçün İcra şöbəsinə təqdim etmək əvəzinə 2020-ci ildə avtomobili 20.000 m anata iddiaçılara sataraq onları zərərə salıblar. Hazırda T.Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüququ məhdudlaşdırılıb, həmçinin avtomobilin hərracdan yenidən satılması haqqında məhkəmə aktı var. Bundan başqa, cavabdehlər avtomobili onlara İddiaçı2 adına verdikləri etibarnamə əsasında satıblar, bu zaman alqı-satqı qaydalarına riayət olunmayıb. Odur ki, mübahisəli avtomobilin onlara satılması barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, cavabdehlərdən ödədikləri 20.000 manat tutularaq iddiaçılara qaytarılmalıdır. Avtomobili alandan sonra onu saz vəziyyətə gətirmək üçün zərurət olduğundan avtomobilə 5.000 manat pul xərcləmişdir, həmin pul da cavabdehlərdən tutulmalıdır. Cavabdehlərin bu cür aldadıcı hə rəkətlər etməsi, gözlənilən zərərlərini iddiaçıların üzərinə yönəltmələri, bunun nəticəsində məhkəmə və icra şöbələrində qalmağı iddiaçılarda stres, əsəb gərginliyi yaratmışdır. Onların bu hərəkətləri iddiaçılara mənəvi zərər yetrimişdir, mənəvi zərəri 10.000 manat dəyərində qiymətləndirirlər. Odur ki, cavabdehlərdən 10.000 manat mənəvi zərərin əvəzi tutulmalıdır.

15. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, Cavabdeh2 mübahisəli avtomobili almaq üçün verilmiş 20000 manat məbləğində pulun yarısını İddiaçı2 vermişdir.

16. Cavabdeh1 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o pul verib mübahisəli avtomobili almış, təmir etdirərək 20000 manata Cav abdeh2 satmışdır. İddia rədd edilməlidir.

17. Cavabdeh2 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, mübahisəli avtomobili Cavabdeh1 almış, həmin avtomobili İddiaçı2 sataraq 20000 manat məbləğində pul almışdır. İddia rədd edilməlidir.

18. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-7535/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim X18) iddianın qismən təmin edilməsi, Cavabdeh2 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutularaq, 10000 (on min) manat İddiaçı1, 10000 (on min) manat İddiaçı2 ödənilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X10 adına sonradan rəsmiləşdirilməsinə dair tərtib olunmuş alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməz.

20. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq avtomobilin dəyəri kimi ödənilmiş 20.000 manat məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmışdır. İddiaçıların izahatlarına əsasən müəyyən edilir ki, avtomobilə görə verilmiş 20000 manat vəsaitin yarısı İddiaçı1 və yarısı isə İddiaçı2 məxsusdur. Odur ki, Cavabdeh2 heç bir qanuni əsas olmadan mənimsədiyi 20000 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməlidir.

21. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıların hesabına əsassız varlandığı halı məhkəmə iclasında müəyyən edilmədiyindən iddia ona qarşı yönəldilmiş hissədə təmin edilməməlidir.

22. Məhkəmə iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilə təmir üçün xərclənmiş 5.000 manat məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçılar tərəfindən qeyd edilən tələb barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tər əfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091.1, 1092, 1097.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ( bundan sonra- MPM) 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 avtomobili iddiaçıya satdıqdan sonra götürdüyü 20000 manat pulu Cavabdeh1 əlbəəl vermişdir. Cavabdeh1 bu halı məhkəmə iclasında etiraf etmiş, məhkəmə iclas protokolunda bu barədə qeyd edilmişdir. Lakin qətnamə çıxarılandan iki ay sonra naməlum səbəblərdən hakim qətnaməyə düzəliş edərək onu borclu çıxarmışdır. Həmçinin Cavabdeh2 Konstitusiyada təsbit olunan hüquqları pozulmuşdur.

27. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6128/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X15 (sədrlik edən və məruzəçi), X4 və X14) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7535/2022 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə kollegiyası "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokolun etibarsız hesab edilməsi, "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunmalı olmas ına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrasının mütləq olmasını, eləcə də bununla əlaqədar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmasını da nəzərə alaraq hesab etmişdir ki, mübahisəli avtomaşın hazırda İddiaçı1 mülkiyyətində olsa da, avtomaşının əvvəlki sahibinin iddiası təmin edildiyindən maşın formal olaraq iddiaçının mülkiyyəti hesab edilir və avtomaşının sözügedən icra vərəqəsinin icrası ilə bağlı icra şöbəsinə təhvil verilməsi labüddür və gözləniləndir.

29. İşin göstərilən halları baxımından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1092, 1097.1-ci maddələrini hazırki mübahisəyə düzgün tə tbiq edərək işin araşdırılmış hallarına əsasən Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmasının müəyyən edilməsinə dair qənaəti ilə razılaşmış və Cavabdeh2 heç bir qanuni əsas olmadan mənimsədiyi 20000 manat məbləğində pulun ondan alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməli olmasına dair nəticəsini qanuni və əsaslı saymışdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin hesab etmişdir ki, Cavabdeh1 iddiaçıların hesabına əsassız varlandığı halı məhkəmə iclasında müəyyən edilmədiyindən iddianın ona qarşı yönəldilmiş hissədə təmin edilməli olmaması nəticəsinə gəlinsə də, bu hal Cavabdeh2 Cavabdeh1 qarşı iddi a qaldırmaq hüququndan istifadə etməyə mane olmur. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o pul verib mübahisəli avtomobili almış, təmir etdirərək Cavabdeh2 satmışdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab etmişdir ki, Cavabdeh2 20000 manat pulun Cavabdeh1 verməsi birinci instansiya məhkəməsinin iclas protokolunda əksini tapsa da, həmin protokoldan sonuncunun bu faktı təsdiq etməsi görünmür. Həmçinin Cavabdeh2 mübahisəli avtomaşını Cavabdeh1 alaraq İddiaçı2 satandan sonra əldə etdiyi pulun hamısını Cavabdeh1 hansı səbəblərdən verməli olmasını, nə üçün verməsinin səbəblərini məhkəmə instansiyalarında işə baxılan zaman izah edə bilməmişdir.

32. Məhkəmə kollegiyası ape llyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsindən sonra qəbul etdiyi qərardadla onun Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasına səbəb olmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin qərardaddan şikayət verilməmiş və bu qərardad hazırki apellyasiya baxışının predmeti deyildir. Lakin apellyasiya şikayətinin məzmunu bu qərardadla da əlaqələndirildiyindən məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri sayır ki, qətnamədəki yanlışlığın düzəldilməsi Azərbaycan Respublikasının MPM-nin 228.2-ci maddəsində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmasının müəyyən edilməsi və Cavabdeh1 münasibətdə onun iddiaçıların hesabına əsassız varlandığı halın məhkəmə iclasında müəyyən edilmədiyindən iddianın ona qarşı yönəldilmiş hissədə təmin edilməli olmaması göstərildiyi halda qətnamənin nəticə hissəsində pulun Cavabdeh1 tutulmasının yanlış göstərilməsi açıq-aydın aşkardır.

33. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının qəbul edilməsinin apelyatorun Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasına səbəb olmasına dair dəlilləri əsaslı sayıla bilməz.

34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091.1, 1092, 1097.1-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən mübahisəli avtomaşın Cavabdeh2 etibarnaməli idarəçiliyinə xx.xx.2020-ci ildə keçmiş, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-497/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən avtomaşına münasibətdə hərracın nəticələrinin ləğv edilməsi və avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunması qət edilmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə etibarnamə verilərkən o bunu bilə bilməzdi, eləcə də sonr adan etibar edilmişi başqasına etibar edən anadək, yəni xx.xx.2020-ci il tarixədək müddətdə mülkiyyətçi tərəfindən ona bu barədə heç bir məlumat verilməmişdir. Ona görə də Cavabdeh2 vicdanlı əldə edən sayılmalıdır. Üstəlik, birinci instansiyada məhkəmə baxışı zamanı da avtomobilin satışından əldə olunmuş 20.000 manat pulun məhz Cavabdeh2 tərəfindən Cavabdeh1 tam məbləğdə verilməsi faktı cavabdehlərin izahatı və Zülfüqarovun özünün etirafı ilə təsdiq olunmuşdur. Cavabdeh2 mülkiyyətçinin etibarnaməsi əsasında ona verilən hüqüqlardan kənara çıxmamış, etibar edən tərəfindən ona həvalə edilmiş tapşırıqları vicdanla yerinə yetirmişdir. Ona görə də, bu halda Cavabdeh2 mülki-hüquqi məsuliyyət daşıması barədə apellyasiya məhkəməsinin qənaəti tamamilə ədalətsiz, qanunsuz, əsassızdır.

37. Həmçinin qe yd edilmişdir ki, satılan avtomobil indiyədək faktiki olaraq sonuncu mülkiyyətçinin sahibliyində və istifadəsindədir. Belə olan halda məhkəmə nə həmin avtomobilin iddiaçıların faktiki olaraq mülkiyyətində, o cümlədən istifadə və sahibliyində olmasına, nə də həmin avtomobilin satışından əldə olunan pulun digər Cavabdeh1 olmasına heç bir hüquqi mövqe bildirmədən məhz Cavabdeh2 əsassız varlanan şəxs hesab edərək pulun iddiaçılara ödənilməsi vəzifəsini onun üzərinə qoymuşdur. Halbuki nə avtomobil, nə də avtomobilin satışından əldə edilən pul vəsaiti cavabdehdə deyildir. Bununla da məhkəmə tətbiq edilməli olmayan qanunu tətbiq etməklə səhvə yol vermişdir.

38. Eyni zamanda göstərilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüququndan istifadə edərək öz hüquq və azadlıqlarını məhkəmədə müdafiə etməyə səy göstərsə də, apellyasiya instansiya məhkəməsi onun bu hüququnun reallaşdırılmasını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mövcud qanunvericiliyin tələblərinə deyil, subyektiv mülahizələrə və ehtimallara əsaslanmaqla cavabdehin öz hüquqlarını və azadlıqlarının məhkəmədə müdafiəsini təminatsız vəziyyətə salmış, mülki mübahisənin həllinə qərəzli şəkildə yanaşaraq, bununla da onun konstitusion hüquqlarının pozulmasına şərait yaratmışdır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu halda cavabdehin mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulmasına yönələn qanunsuz və əsassız iddia tələbini təmin etməklə məhkəmə ədalətsiz qərar qəbul etmişdir.

39. Məhkəmə tərəfindən işə ba xılarkən işin tərəflər arasında çəkişmə şəraitində aparılması, tərəflərə bərabər imkanlar yaradılması təmin edilməmişdir. Belə ki, məhkəmə bankın nümayəndəsini müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində işə cəlb etməklə obyektivlik görüntüsü yaratmış, lakin Cavabdeh2 vəsatətlərinə məhəl qoymadan iş üçün mühüm əhəmiyyətə malik olsa da, digər Cavabdeh1 məhkəmədə iştirakını təmin etməmiş, cavabdehlər tərəfindən istinad edilən faktlar nəzərə alınmamışdır.

40. İddiaçılar cavabdehin onları aldadaraq əsassız varlanmasını göstərsələr də, öz tələblərinin əsası kimi istinad etdikləri halların nədə ifadə olunduğunu təsdiq edən mötəbər sübutlar təqdim etməmiş və məhkəməni subyektiv mülahizələri ilə inandırmaqla öz mənafelərinə uyğun ədalətsiz qərar qəbul etdirməyə nail olmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

42. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şə xsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

45. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

46. Maddə 1092.1 varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

47. Maddə 1092.2 Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

48. Maddə 1092.3 Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın o lmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

49. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Mülki Prosessual Məcəllə

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.

2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

62. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (53-54)

63. Apellyasiya instansiyası məhkəməsi "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokolun etibarsız hesab edilməsi, "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010cu il buraxılışlı avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunmalı olmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2020 saylı xx.xx.2020ci il tarixli icra vərəqəsinin icrasının mütləq olmasını, eləcə də bununla əlaqədar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı xx.xx.2021- ci il tarixli qərardadı ilə həbs qoyulmasını da nəzərə alaraq hesab etmişdir ki, mübahisəli avtomaşın hazırda İddiaçı1 mülkiyyətində olsa da, avtomaşının əvvəlki sahibinin iddiası təmin edildiyindən maşın formal olaraq iddiaçının mülkiyyəti hesab edilir və avtomaşının sözügedən icra vərəqəsinin icrası ilə bağlı icra şöbəsinə təhvil verilməsi labüddür və gözləniləndir.

64. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mübahisəli avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokol etibarsız hesab edildiyindən mübahisəli avtomobilin yenidən hərraca çıxarılmalı olduğuna əsaslansa da nəzərə almamışdır ki, mübahisəli avtomobil X10 mülkiyyətinə hərrac vasitəsi ilə deyil xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi əsasında keçmişdir.

65. Belə ki, Cavabdeh1 mübahisəli avtomobili hərrac vasitəsi ilə əldə etdikdən sonra xx.xx.2020-ci ildə Cavabdeh2 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı 103512 nömrəli etibarnamə vermiş, sonuncu da öz növbəsində xx.xx.2021-ci ildə xx.xx.2020-ci il tarixli etibarnamə üzrə, Cavabdeh1 adından çıxış edərək İddiaçı2 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı 143120 nömrəli etibarnamə vermişdir.

66. Bundan sonra Nuriyev X2 Nadim Namiq oğlunun adından çıxış edərək X19 ilə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamış və nəticədə mübahisəli avtomobil X10 mülkiyyətinə keçmişdir.

67. Həmçinin iş materiallarınd an görünür ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

68. Göründüyü kimi mübahisəli avtomobil X10 mülkiyyətinə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə keçdiyindən və həmin müqavilə hal-hazırda qüvvədə olduğundan mübahisəli avtomobilin yenidən hərraca çıxarılması qeyri-mümkündür.

69. Bundan başqa apellyasiya instansiyası məhkəməsi əsasız varlanma ilə Cavabdeh2 pulun tutulması qənaətinə gələrkən nəzərə almamışdır ki, mübahisəli avtomobil hərrac vasitəsi ilə Cavabdeh1 satılmış və iddiaçı X7 əvvəl onun mülkiyyətində olmuşdur. Cavabdeh2 isə mübahisəli avtomobilin mülkiyyətçisi olmamış və yalnız etibarnamə əsasında mülkiyyətçi Cavabdeh1 adından çıxış etmişdir.

70. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

71. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

72. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

73. Konstitusiya Məhkəməsinin Plenu munun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.

74. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilmə məsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).

75. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə məcmu halında hüquqi qiymət verməmiş nəticədə apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

76. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

77. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6128/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar