Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-118/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*******/2019 nömrəli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Мəhkəməsinin (hakim E.Abdullayev) xx.xx.2019-cu il tarixli, 2(060)*****/2019 nömrə li qətnaməsi ilə İddiaçı Cavabdeh oğluna qarşı “əmlak” tələbinə dair iddiası qismən təmin edilərək, iddia ərizəsində göstərilmiş cehiz əşyalarından taxt, termo, şifoner, tumbalar, 2 qorka, kamod, tv altlığı, stol-stul dəst - 4500 manat, uşaq beşiyi-300 manat, divankreslo- 600 manat, ət maşını- 50 manat, şirəçəkən maşın – 60 manat, mikser - 50 manat, buxar ütü, ütü stolu - 130 manat, tok qazanı - 110 manat, 2 tozsoran – 160 manat, 2 naçnik- 60 manat, 2 çilçıraq-100 manat, 2 otaq pərdəsi - 300 manat, divar saatı 50 manat, Royal qazan dəsti - 100 manat, çuğun qazan dəsti - 70 manat, çamadan qaşıq dəsti- 50 manat, böyük çuğun çaynik - 20 manat, bəzəkli bıçaq dəsti - 20 manat, göytaxtası - 6 manat, 2 vaza - 60 manat, 1 güldan- 30 manat, çay və yemək dəsti - 280 manat, kuvşin dəsti qaşlı - 50 ma nat, 6 bəzəkli rumka - 20 manat, 24 ədəd xrustal rumka 100 manat, üçmərtəbəli şirniyyat qabı - 30 manat, 6 cüt konfet qabı - 50 manat, 6 xrustal stəkan - 30 manat, 1 meyvə vazı - 30 manat, 12 limonlu qab - 12 manat, 2 meyvə vazı 50 manat, 2 dəst salat qabı - 8 manat, iynə sap qabı - 6 manat, 2 cüt tort dəsti - 20 manat, 6 duz qabı - 4 manat, ləpəçəkən - 10 manat, dəmir tas - 8 manat, vanna-8 manat, aşsüzən-6 manat, 6 süfrə-60 manat, taxt yorğan, döşək, 2 balış- 200 manat, beşik yorğandöşək- 50 manat, 1 adyal-15 manat, 15 əl-üz dəsmalı - 100 manat, 2 uşaq ədyalı-35 manat, şpilka-2 manat, plasmas qaşıq saxlayan- 3 manat, blendr- 8 manat, 4 dəst çexol45 manat, 2 xalça, 6 xrustal armudu stəkan-25 manat, 12 sadə armudu stəkan - 12 manat, 12 sadə stəkan- 12 manat, 3 sini-50 manat, 2 plasmas sini - 10 manat, 42 boşqab dəsti- 40 manat, 6 çaynikli fincan- 20 manat, 6 fincan- 10 manat, 6 qaşıqlı kasa- 10 manat, kufşin dəsti- 9 manat, 18 nəlbəki- 30 manat, çömçə dəsti- 30 manat, qalın oxlov- 2 manat, 2 şirniyyat qabı- 10 manat, 2 ləpə qabı- 13 manat, 6 desert qabı- 8 manat, ədava qabı 30 manat, 2 plasmas şirniyyat qabı- 6 manat, 6 salat qabı- 5 manat, kabab dəsti - 12 manat, 1 cüt şüşə çaynik- 10 manat, çuğun tas - 15 manat, 2 çuğun vedrə- 30 manat, paltar səbəti- 4 manat, 12 meyvə bıçağı- 5 manat, şefer tava- 26 manat, sintifon yorğan20 manat, sintifon balış- 10 manat, 7 qətvə- 100 manat, mətbəx dəsmalları- 20 manat, bələk büküsü- 6 manat, şiş- 6 manat, 3 dəst taxt çxolu- 80 manat, divan-kreslo üzü dəst40 manat, paltarlardan 4 kofta - 50 manat, toxunma şal - 30 manat, 2 jaket, jlet- 40 manat, qutuda pünyar- 50 manat, 2 dəst tərlik- 25 manat, 3 cüt ayaqqabı, uşaq paltarlarından 5 don- 60 manat, 5 cüt şalvar-köynək dəsti- 100 manat, 2 papaq, şərf, jlet, corablar, mayka dəsti- 50 manat, 4 cüt ayaqqabı, kurtka, cins ətək- 70 manat, qızıl-zinət əşyalarından sep1230 manat, qolbağ- 600 manat, üzük - 210 manat, sırğa-üzük- 750 manat, nişan üzüyü- 252 manat, klon-300 manat və ya olmadıqları təqdirdə onların dəyərinin cavabdeh X1 alınaraq İddiaçıf qızına verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov, Ş.Abasov, T.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-*******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Мəhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-****2 019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçıf qızının Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində siyahısı qeyd edilmiş cehiz, paltarlar, uşaq paltarları və qızıl-zinət əşyalarının (ümumi dəyəri 13030 manat) cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər yaxşı olan vaxtı 2017-ci ildə iddiaçı özünə hədiyyə edilmiş qızıl-zinət əşyalarını da götürərək anasıgilə getmiş, qayıtdıqda isə həmin qızılları valideynlərinin evində qoymuşdur. 2018-ci ilin may ayında isə cavabdeh tərəf iddiaçını öz təkidi ilə valideynlərinin evinə aparmışdır və iddiaçı həmin zamandan orada qalmışdır. İndi isə iddiaçı aparmış olduğu qızılları təkrar olaraq cavabdehdən tələb edir. Lakin o, bunu təsdiq edən heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçı iddia ərizəsində mövcud olmamış qızılların da adlarını qeyd etmiş, məhkəmə baxışı zamanı isə həmin qızılların mövcud olmadığı öz təsdiqini tapmışdır. Buna görə iddia həmin hissədə təmin edilməmişdir. Bu da təsdiq edir ki, iddiaçı cavabdehdən qisas almaq niyyəti ilə apardığı qızılları və ya onun dəyərini tələb edir. İddiaçı tərəfindən qızıllar ın aparılmasını təsdiq edən səs yazısı məhkəməyə təqdim edilmiş, lakin həmin sübut məhkəmə tərəfindən tədqiq edilməmişdir. Həmin səs yazısı apellyasiya kollegiyasının hakimləri tərəfindən dinlənilmiş, lakin heç bir qiymət verilməmişdir. Apellyasiya kollegiyası araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin qızıl-zinət əşyalarına dair hissədə yenidən baxılması üçün yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən iş üzrə onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsasland ırmışdır ki, birinci instansiya məhkəməsi işdə olan sənədlərə və şahid ifadələrinə əsasən tərəflər arasında konfliktin yaranması və bunun nəticəsində iddiaçının dalaşaraq anasının evinə getməsinin 2018-ci ilin may ayında baş verməsinə, cavabdehin qızıl-zinət əşyalarının bundan qabaq, yəni 2017ci ilin noyabrında iddiaçının anasının evinə gedərkən özü ilə apardığını bildirməsinə, tərəflərin hər ikisinin həmin vaxt onlar arasında hər hansı mübahisə olmaması və iddiaçının anasının evinə qonaq getməsini təsdiq etməsinə istinad edərək, iddiaçının 2017-ci ilin noyabrında anasının evinə qonaq gedərkən bütün qızıl-zinət əşyalarını özü ilə aparmasının inandırıcı olmaması nəticəsinə gəlib cavabdehin qızıl-zinət əşyalarının həmin vaxt iddiaçı tərəfindən aparılması barədə arqumentini əsassız hesab etmi ş və qiyməti 228 manat olan üzük və 360 manat olan qolbağ istisna olmaqla digər qızıl-zinət əşyaları və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 157.1 və 157.2-ci maddələri ilə əsaslandırmış və gəlmiş olduğu nəticədə haqlı olmuşdur. Qətnamədə qeyd edilən qızıl-zinət əşyalarının iddiaçıya bağışlanması tərəflərin, o cümlədən cavabdehin özünün izahatı, iş materiallarında olan şahid ifadələri ilə təsdiq edilir və qızıl-zinət əşyalarının iddiaçıya bağışlanması işin mübahisə edilməyən halıdır. Lakin qeyd edilən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən evi tərk edərkən özü ilə aparması cavabdeh tərəfindən mübahisələndirilsə də, apellyasiya kollegiyası bunu inandırıcı hesab etməmişdir. Belə ki, iddiaçının evdən cavabdeh tərəfindən döyüldükdən sonra evi tərk etməsi nəzərə alınarsa, iddiaçının belə vəziyyətdə qızıl əşyalarını özü ilə aparması barədə cavabdehin dəlili ağlabatan hesab edilə bilməz. İş materiallarında olan fotoşəkildə də iddiaçının döyülməsi halı təsdiq edilir. Həmçinin şahid ifadələri ilə iddiaçının anasıgilə qedərkən qızılları özü ilə götürməməsi sübuta yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əml ak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşki l etmiş, apellyasiya araşdırması zamanı cavabdehin arqumentlərinin əsassızlığı müəyyən edilmişdir. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən maddi və prosessusal hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən v ə Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-118/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-118/2020
16.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver