Məhkəmə qərarları › İş №2(102)-1180/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1180/2025

21.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1180/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, iddia müddəti) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi vəişə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2024-cü il tarixli 2(103)6162/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları

1. İddiaçı 22 aprel 2022-ci il tarixli 19/22 saylı əmək müqaviləsinə əsasən, Cavabdeh MMC-də Regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmri ilə regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsində işləyən İddiaçı arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilmişdir.

3. Əmrin verilməsinə əsas 25 iyun 2023-cü il tarixli yekun yoxlama aktı olmuş, işçinin istifadə etmədiyi məzuniyyət günləri 25 gün olmaqla son haqq-hesabın aparılması Maliyyə Departamentinə tapşırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin (bundan sonra “cavabdeh” va ya “MMC”, yaxud “işəgötürən”) onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX68-23 saylı əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqq-hesabın və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildən MMC-nin Lənkəran filialında operator kimi işə başlamışdır. Əsas işi satışların analizi və iadə olunan malların təhvil alınması olmuşdur. 1 may 2023-cü il tarixdə cavabdehin auditorlarının yoxlam a aparılması zamanı guya mağazalardan yığılan pullar şirkətin hesabına keçirilməməsi aşkar edilmişdir. İddiaçı 12 aprel 2023-cü il tarixdən məcburi şəkildə işə buraxılmamışdır. 17 may 2023-cü il tarixli məktubla audit yoxlamasının keçirilməsi barədə xəbərdarlıq göndərən cavabdeh 1 may 2023-cü il tarixdə artıq heç bir səlahiyyəti olmayan qanunsuz və birtərəfli audit keçirmişdir. Sözügedən audit buna səlahiyyəti və lisenziyası olan bitərəf şəxs deyil, cavabdehin rəsmi əməkdaşı olan şəxslər tərəfindən həyata keçirilmişdir. 17 may 2023-cü il tarixli məktubla audit yoxlamasının keçirilməsi barədə xəbərdarlıq göndərən cavabdehin sözdə auditoru X6 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək barələrində 12.000 manat ziyan vurma ilə bağlı şikayət etmişdir. Lənkəran ŞRPŞ-nın TBdə araşdırma aparılmı şdır. Araşdırma nəticəsində heç bir qanun pozuntusu aşkar edilməmiş, araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdehin şikayəti öz təsdiqini tapmasa da, heç bir hüquq normasına məhəl qoymadan onunla bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə istinadla ləğv olunmuşdur. İddiaçı Azərbaycan X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir. Xidmət tərəfindən göndərilmiş 15 sentyabr 2023-cü il tarixli 3-17-5/1-Ə-36612/2023 saylı cavab məktubunda MMC-nin iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasının müəyyən edildiyi, qanunsuz hərəkətlərinə görə MMC barəsində 24 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq t ətbiq edilməsi haqqında qərar qəbul edildiyi qeyd olunmuşdur. X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət edilmişdir. Xidmətin əməkdaşları və onlar tərəfindən göndərilən məktubda cavabdehə qanun pozuntularının aradan qaldırılması üçün vaxt verildiyi qeyd olunmuş, cavabdehin mövqeyi barədə məlumat göndəriləcəyi bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən bundan sonra 25 oktyabr 2023-cü il tarixdə yenidən 0723 saylı məktub göndərilərək, iddiaçı əmrin sürətini və əmək kitabçasını götürmək üçün ofislərinə dəvət edilmişdir. Buna baxmayaraq, iddiaçı Əmək Mübahisələri üzrə mediasiyadan keçmə tələblərinə uyğun olaraq cavabdehə təklif göndərmiş, lakin analoji olaraq cavabdeh mediasiya prosesinə də gəlməmişdir. Cavabdeh əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 70-ci mad dəsinin ç bəndinə istinad etmişdir. Yəni iddiaçının cavabdeh təşkilata maddi ziyan vurması ilə əsaslandırmışdır. Lakin bu hal nə audit rəyi, nə də DİN Lənkəran ŞPŞ-də aparılmış araşdırma zamanı müəyyən edilməmişdir. Cavabdeh öz qanunsuz əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntular X4 tərəfindən də müəyyən edilmiş, cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

6. Birinci instansiya məhkəməsində cavabdehin nüma yəndəsi mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı işlədiyi müddətdə müəyyən yeyintilər etmişdir. Bununla bağlı MMC-nin insan resurları şöbəsi qanunvericiliyin tələblərini pozaraq 1 ay ərzində verməli olduğu inzibati tənbehi bir ay sonra vermişdir. Buna görə də, Əmək Müfəttişliyi MMC-ni 1.700 manat cərimə etmişdir. İddiaçının işə gəlmədiyi günlər olmuşdur. Bununla bağlı şirkət iddiaçını həm işə gəlmədiyi üçün, həm də yeyintilər etdiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad etmişdir. MMC tərəfindən polisə müraciət edilmişdir. Polis tərəfindən mənimsəmə ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin iddiaçının əməli dələduzluq kimi tövsif edilmişdir. MMC tərəfindən həmin qərardan şikayət verilmişdir. Bundan əlavə, iddiaçı iddia müddətini də ötürmüşdür. İddiaçı işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı may ayının əvvəlindən iyun ayının 25-ə kimi işə gəlməmişdir. İddiaçının işə gəlməməsi ilə bağlı akt tərtib edilmişdir. İddiaçı işlədiyi müddətdə məzuniyyətdə olmuşdur və məzuniyyət pulu almışdır. İddiaçıya son haqq-hesab verilmişdir. Əmr 25 iyun 2023-cü ildə təqdim edilmişdir. İddiaçı da bu əmri 8 iyul 2023-cü il tarixdə rəsmi şəkildə almışdır. 25 iyun 2023-cü ildə iddiaçıya son haqq-hesab ödənilmişdir. İddia müddətinin axımı həmin tarixdən başlamışdır. İddiaçının işdən kənarlaşdırılması onu qorxutmaq məqsədi daşımışdır. İddiaçının pul öhdəliyi olmuşdur və o, da pulu qaytarmadığı üçün cavabdeh tərəfindən o nun işdən kənarladırılması barədə əmr tərtib edilmişdir. Həmin əmrdə hədəqorxu yoxdur, sadəcə iddiaçı pulu qaytarmadığı üçün işdən kənarlaşdırılması qeyd edilmişdir. İşçinin davamiyyətini müəyyən etmək üçün gündəlik tabel mövcuddur. İddiaçı tərəfindən davamiyyət pozulduğu üçün aktlar tərtib edilmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarı əldə edə bilməmələrinə dair sübutları yoxdur və həmin qərardan şikayət verilməmişdir. İddia əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verməklə əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktı əsassızdır. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi sənədlərə əsa sən qeyd edir ki, iddiaçı dəfələrlə işə gəlməmiş və MMC də bu barədə hər gün akt tərtib etmişdir. Həmin aktlar əvvəllər mövcud olmamış və sonradan tərtib edilmişdir, çünki tərəflər arasında Əmək Müfəttişliyində mübahisə olmuşdur. Həmin aktlar o vaxt mövcud olsaydı, həmin mübahisə zamanı təqdim edilərdi. Bundan başqa, həmin aktları imza edən şəxslər bir aydan çox müddətdə eyni qələmlə imza etmişlər. Bu da göstərir ki, akt saxtadır və məhkəməni yanıltmaq üçün tərtib edilmişdir. Şirkət işdən kənarlaşdırma barədə əmri iddiaçıya 24 may 2023-cü ildə təqdim etmişdir. Buradan da görünür ki, cavabdeh şirkət işçinin işdən azad olunduğu, yəni 24 maydan 24 iyuna qədər olan günləri də aktlaşdırmışdır.Həmçinin iddiaçı məhkəməyə müraciət etməmişdən öncə dövlət orqanlarına müraciət etmişdir. İddiaçı müddə ti buraxmadan Əmək Müfəttişliyinə müraciət etmişdir. Bundan sonra dövlət orqanı inzibati akt qəbul etmişdir. Buna görə də, iddia müddətinin ötürülməsinə dair ərizəni əsassızdır. Cavabdeh şirkət 1 iyun 2023-cü il tarixdə iddiaçının işdən çıxması barədə əmr vermişdir. Həmin əmrdən dərhal sonra, yəni iyun ayının 11 və ya 14-də əmək müfəttişliyinə şikayət verilmişdir. Əmək müfəttişliyi araşdırma aparmış və həmin əmrin qanunsuz və əsassız olması barədə qərar qəbul etmişdir. Mübahisə ilə bağlı Mediasiyaya 14 iyul 2023-cü il tarixdə müracət edilmişdir. Cavabdeh son haqq-hesabı öz istədiyi formada hesablamışdır. İddiaçının alacağı son haqq-hesab 3.000 manatdır. Bununla bağlı “Whatsapp” yazışmaları vardır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e2(006)718/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilmişdir. (hakim Ceyhun Tağıyev)

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilərək ləgv olunmuşdur. İddiaçı hüquqlarının müdafiə edilməsi ilə bağlı məhkəməyə (əvvəlcə mediasiya orqanına) müraciət etməmişdən öncə dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir.

10. Xidmət tər əfindən aparılan araşdırma zamanı iddiaçı ilə Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış 22 aprel 2022-ci il tarixli müddətli əmək müqaviləsinə 25 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması məlum olmuşdur. Buna görə də, Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq 24 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdehi n rəhbəri X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək, törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməklə 1700 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan verilən şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 3(004)-4724/2023 saylı qərarı ilə təmin edilməmişdir. Məhkəmənin qərarından görünür ki, işəgötürən tərəfindən işçilərin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyinə görə Əmək Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmişdir.

11. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi dəlillərə qiymət verərək hesab etmişdir ki, hazırkı mübahisənin həllində X4 Xidmətinin qəbul etdiyi 24 avqust 2023-cü il tarixli MN seriyalı ******* s aylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4724/2023 saylı qərarının məzmunları nəzərə alınmalıdır. Belə ki, bu sənədlər cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasını təsdiq edir.

12. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan bu hüquqlarının müdafiə edilməsi ilə bağlı məhkəməyə müraciət üçün iddia müddətini buraxmışdır. Belə ki, iş materiallarına əsasən iddiaçı 2023-cü ilin iyun ayında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir. İddiaçının izahatlarına əsasən o, 25 iyun 2023-cü il tarixli əmri 8 iyul 2023-cü il tarixdə rəsmi şəkildə almış və 14 iyul 2023-cü il tarixdə mediasiya orqanına müraciət etmiş, 26 iyul 2023-cü ildə isə mediasiyaya təklif göndərmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının 21 sentyabr 2023-cü il tarixli MŞB/3/2023-00881 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, 24 avqust 2023-cü il tarixdə müraciət edilmiş, 28 avqust 2023-cü ildə tərəflərə bildiriş göndərilmiş, mediasiya sessiyaları 14 sentyabr2023 və 21 sentyabr 2023-cü il tarixlərə təyin edilmişdir. İddiaçı 21 noyabr 2023cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, medasiya icraatı dövründə iddiaçıya X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 15 sentyabr 2023-cü il tarixli cavab məktubu göndərilməsi də nəzərə alınmalıdır.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqlarının pozulmasını bildiyi andan dövlət orqanı olan X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etməsi iddia müddətinin buraxılmasına üzrlü səbəb kimi qiymətləndirilmir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 296 (2)-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsi və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatı ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edil mişdir ki, Əmək Məcəlləsinin 296(2)-cı maddəsinin tələbi təhrif edilməklə verilmiş, məhkəmə özünün yanlış mülahizəsinə görə şərh etmişdir. Həmin maddənin tələbi isə belədir ki, işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçının ona qarşı əmək hüquqlarının pozulmasına dair dövlətin əməyin mühafizəsi sahəsində siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi ilə artıq onun iddia müddətnin axımı dayanmışdır. İddianın xarakterinə görə işçinin məhkəməyə müraciət etmək üçün iddia müddətləri fərqlidir. Məhkəmə Cavabdeh MMC-nin 25 oktyabr 2023-cü il tarixli 07/23 saylı məktubunda qeyd edilən sənədlərin kağız daşıyıcılarının iddiaçıya rəsmi şəkildə təqdim edilib-edilməməsini araşdırmamış, cavabdehin bütün formalarda sübuta yetirilmiş təqsiri iddia müddəti adı altında pərdələnməyə çalışılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6162/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb hüququ mübahisəli olmasa da, cavabdeh iddia müddətinin ötməsinə istinad etmişdir. Birinci ins tansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşaraq iddia müddətinin keçməsinə görə tələbi rədd etmişdir. İddiaçı 25 iyun 2023-cü il tarixdə son haq-hesabını, 25 iyun 2023-cü il tarixli əmri 8 iyul 2023-cü il tarixdə rəsmi şəkildə almış, 26 iyul 2023-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərmiş, 24 avqust 2023-cü il tarixdə ərizə ilə mediasiya qurumuna müraciət etmiş, 21 sentyabr 2023-cü il tarixdə mediasiya arayışını almış və 21 noyabr 2023-cü il tarixdə isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, nəticədə qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötmüş, cavabdeh bu barədə yazılı ərizə vermişdir. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət etməmişdən öncə dövlət orqanlarına, müddəti buraxmadan X4 Xidmətinə müraciət etməsi, dövlət orqanının inzibati akt qəbul etməsi iddia müddətinin axımının dayandırılması və ya iddia müddətinin axımının qanunda nəzərdə tutulan qaydadan fərqli hesablanması üçün əsas ola bilməz. Odur ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 70, 72 və 294-cü, Mülki Məcəlləsinin 372.1, 372.2, 374.2, 375.1, 375.2, 376, 37 7.1, 379.1, 379.3 və 379.4-1-ci maddələri və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmış, iddiaçının Əmək və Əhalinin Sosial müdafiə Nazirlyinin müvafiq quramlarına müraciət etməsi ilə müddətinin kəsilməsinə isitna d edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə

72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, təqsirl i hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 294 (İ – İİİ hissələr). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin e lektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 294 (Vİ-Vİİ hissələr). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikası nın Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda, iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə, fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda, müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnam əsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi a pellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.

31. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasını müəyyən etsələr də, iddianı iddia müddətinin keçməsi əsası ilə təmin etməmişlər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin ötməsi müəyyən edildiyindən, iddianın bu əsasla rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.

33. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan R espublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı)

34. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı)

35. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsinin (kəsilməsinin) əsası kimi iddiaçının X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə müraciət etməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2ci hissə sinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

36. Göründüyü kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsini həll edən orqan kimi bir qayda olaraq məhkəmələri nəzərdə tutur. Bundan istisna o vaxt ola bilər ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılmış olsun. Başqa sözlə, Qanun məhkəmədənkənar (məhkəməyə qədər) fərdi əmək mübahisəsini həll edən orqan olaraq yalnız bir istisnanı nəzərdə tutur. Bu istisna da odur ki, fərdi əmək mübahisələrini həll edən orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış olsun.

37. Əmək münasibətlərini nizama salan, sahəvi Qanun olan Əmək Məcəlləsi hər hansı digər orqanı fərdi əmək mübahisələrini nizama salan orqan kimi qəbul etmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Əmək Məcəlləsinin 294-cü mad dəsinin 4-cü hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrini həll edən orqan kimi qəbul oluna bilməz. Bu baxımdan, həmin orqana müraciət edilməsi də iddia müddətinin kəsilməsinin əsası kimi nəzərdən keçirilə bilməz.

38. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il Qərarında da göstərilib. X2 məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X4 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələb lərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

39. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan burax ılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

40. Göründüyü kimi, əmək qanunvericiliyi fərdi əmək mübahisələrinin həlli üçün 1 aylıq iddia müddəti müəyyən etmiş, eyni zamanda həmin müddətin üzrlü səbəblərdən ötürülməsi halında onun bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur.

41. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 30 iyul 2021-ci il Qərarında hüquqi mövqe belə olmuşdur ki, “məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edil miş sübutları araşdırıb qiymətləndirməlidir”. 42.Başqa sözlə, ötürülmüş müddətin bərpasına dair iddiaçı (işçi) ərizə də verə bilərdi. İddiaçının belə bir ərizə vermək imkanı olsa da, onun bu imkandan istifadə etməsi işdən görünmür.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar