Məhkəmə qərarları › İş №2(102)-1182/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1182/2020

28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1182/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və vəkili X2, cavabdeh Cavabdeh1 və vəkili X1 iştirakı ilə, İddiaçı “X7 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair ilk in və iddiaçı Cavabdeh1 cavabdeh “X7 Azərbaycan” QSC-yə qarşı “kredit müqaviləsinin dəyişdirilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “X7 Azərbaycan” QSC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) ilkin iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 112751,85 manat əsas kredit borcunun, 17554,37 manat faiz borcunun, 1500 manat dəbbə pulunun, cəmi 131806,22 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, həmçinin 10 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluy a bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin iddiaçı “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə ilkin satış qiyməti 200000 manat məbləğində müəyyən edilməklə yönəldilməsi, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “X7 Azərbaycan” QSC-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində mənzildə qeydiyyatda olan şəxslərin həmin evdən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılması, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh1 qaytarılması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov, Ş.Məhərrəmova) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən əsas, faiz və cəmi borcun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “X7 Azərbaycan” QSC-nin xeyrinə xx xxxx 2018-ci il tarixə hesablanaraq tutulmalı olan əsas kredit borcunun 106938,15 manat (bir yüz altı min doqquz yüz otu z səkkiz manat, on beş qəpik) məbləğində, faiz borcunun 17511,12 manat (on yeddi min beş yüz on bir manat on iki qəpik), cəmi borcunun isə 125949,27 manat (bir yüz iyirmi beş min doqquz yüz qırx doqquz manat, iyirmi yeddi qəpik) məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 230000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci hesabına “X7 Azərbaycan” QSC-dən 72,50 manat (yetmiş iki manat əlli qəpik), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 72,50 manat (yetmiş iki m anat əlli qəpik) məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, keçirilmiş məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizasının xərci hesabına “X7 Azərbaycan” QSC-dən 175 (bir yüz yetmiş beş) manat, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 175 (bir yüz yetmiş beş) məbləğində pulun tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı “X7 Azərbaycan” QSC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün f aktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “X7 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək (birgə) qaydada 112751,85 manat əsas kredit borcunun, 17554,37 manat əsas məbləğə hesablanmış faiz borcunun, 2445,00 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 10 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə, 132791,22 manat məbləğində borcun “X7 Azərbaycan” QS C-nin xeyrinə tutulması, habelə Banka olan borcun digər cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 65.4 kv.metrdən ibarət olan mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılışdırılmış 200000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlərin digər əmlakları hesabına təmin edilməsi, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə bir ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 “X7 Azərbay can” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bank arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 213130141 nömrəli kredit müqaviləsinin 1.3-cü bəndinin, kreditin borcalana 108 ay müddətinə xx xxxxxx 2023-cü il tarixədək və istifadəsinə görə illik 15 faiz ödəmək şərti ilə verilməsinin və müqavilənin 1.8-ci bəndinin kredit üzrə faktiki illik faiz dərəcəsinin 15,49 faiz təşkil edilməsinin, kreditin borcalana 240 ay müddətinə xx xxxxxx 2034-cü il tarixədək və istifadəyə görə illik 8 faiz ödəmək şərti ilə verilməsinə dəyişdirilməsi, müqavilənin 1.8-ci bəndinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallar ını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş nmaterialları ilə müəyyən edilir ki, xx xxxxxx 2014-cü il tarixli 213-130141 saylı kredit müqaviləsinə əsasən “X7 Azərbaycan” QSC borclu Cavabdeh1 108 ay müddətinə, yəni xx xxxxxx 2023-cü il tarixədək illik 15% faiz olmaqla 150000 manat məbləğində kredit vermişdir. xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün sonuncu ilə birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər, həmçinin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 65.4 kv. metrdən ibarət olan mənzili ipoteka ilə yüklü etmişdir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və onun banka borcu yaranmışdır. Bundan başqa xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə iddiaçı banka 112751,85 manat əsas kredit borcu, 17554,37 manat faiz borcu və 2445,00 manat cərimə borcu olmaqla, cəmi 132,751.22 manat borcu yaranmışdır. Eyni zamanda məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürül məklə Cavabdeh1 iddiaçı “X7 Azərbaycan” QSC-yə xx xxxx 2018-ci il tarixə olan borcu cəmi 124449,27 manat məbləğində, o cümlədən əsas borc üzrə 106938,15 manat və faiz borcu üzrə 17511,12 manat müəyyən olunur. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 50, 148 saylı mənzilin bazar dəyəri 230000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər ə vəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı g ecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olun anlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən üzərinə götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsini, müqavilənin şərtlərini və məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli rəyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 106938,15 manat və faiz borcu üzrə 17511,12 manat, cərimə borcu üzrə 1500 manat olmaqla, cəmi 125,949.27 manat borcun tutulmalı olmasına dair nəticəyə gəlmişdir. Mülki Prossesual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan İpo keta haqqında qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, sas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsas ında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonr a (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret olaraq hazırki işdə ipoteka predmeti daşınmaz əmlakdır. İpoteka müqaviləsi 2014-cü ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin, daşınmaz əmlakın bazarında qiymətlərin dəyişməsi səbəbindən, ipoteka predmetinin satış qiymətinin yenidən araşdırılması zərurəti yaranmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq iş üzrə əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizası keçirilmiş və “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 50, 148 saylı mənzilin bazar dəyəri 230000 manat müəyyən edilmişdir. İpoteka haqqında qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İpoteka haqqında qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.1.) -ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (59.3.2.) Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd e dir ki, apellyasiya instansiyası məhkəməsi tutmanın ipoteka predmetinə yönəldərək, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan şəxslərin həmin evdən çıxmadığı təqdirdə onların məcburi qaydada çıxarılması və ipoteka predmetinin ilkin satış qitmətinin 230000 manat müəyyən edilməsi qənaətinə gəlməklə bu hissədə də iş üzrə düzgün qərar qəbul etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 qarşılıqlı iddiasının rədd edilməsi ilə bağlı gəldiyi nəticə də düzgündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən mü qavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki Məcəllənin 422.4-cü maddəsinə ə sasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər könüllü olaraq iradə ifadələrini bildirərək, kredit müqaviləsi bağlanarkən kreditdən istifadəyə görə faizi müəyyən etmişlər. Kredit müqaviləsi bağlandıqdan sonra kredit alanın maliyyə vəziyyətinin dəyişməsi, o cümlədən onun gəlirlərinin azalması Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin icrasının çətinləşdirsə də, buna görə bankın bilavasitə məsuliyyəti mövcud olmadığından, müqavilə Cavabdeh1 göstərdiyi şərtlərlə dəyişəcəyi halda mövcud şəraitin dəyişməsindən irəli gələn zərər tam şəkildə bankın üzərinə düşəcəyindən və bununla da, sonuncunun hüquqları qanuni maraqlarına xələl gətiriləcəyindən, müqavilələr azadlığı prinsipi pozulması ilə nəticələnəcəyindən, həmçinin müqavilənin dəyişdirilməsi üçün Azərbaycan Respublikası MM-in 422.4-cü maddəsində göstərilən əsaslar mövcud olmadığından apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilən ləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X7 Azərbaycan” QSC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar