Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1183/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5481/2024 nömrəli 4 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Muxtadır qəsəbəsi 23-saylı ünvanda yerləşən ilkin olaraq X10 adına qeydə alınmış və həmin mənzildə adıçəkilən şəxs, arvadı, 2 oğlu X22 və X23 ilə birlikdə yaşamışlar.
2. X10 vərəsəsi X23 həmin əmlakı vərəsəlik qaydasında əldə etmiş, qardaşı X22 isə onun xeyrinə mirasdan imtina etmişdir.
3. X23 xx.xx.2009-cu il tarixdə vəfat etdikdən sonra miras əmlak vərəsəlik qaydasında arvadı Zemfira Qasımovanın mülkiyyətinə keçmiş və sonuncunun vəfatından sonra isə miras əmlak vərəsəlik qaydasında qızları Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 mülkiyyətinə keçmişdir. 4. 08 yanvar 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh6 miras əmlakdakı payını oğlu X11 bağışlamışdır və hazırda miras əmlak hər birinin payı 1/3 hissədə olmaqla Cavabdeh5, Cavabd eh3 və Elxan Rəhimlinin paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qasımlı (Qasımova) Sevda Qasım qızına, Bakı şəhəri, 05 saylı Notariat Ofisinə və Bakı şəhəri, 11 saylı Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, naturada yaşayış sahəsinin ayrılması və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 3 xx.xx.1999-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi; AR Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdar əsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli və xx.xx.1996-cı il tarixdə X12 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş Qeydiyyat Vəsiqələrinin etibarsız hesab edilməsi və müvafiq qeydiyyat yazılarının pozulması; Bakı şəhəri, 5 saylı DNK-nın 2V-1-33 reyestr nömrəli xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnın xx.xx.2010-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi və ünvan 2 ünvanda yerləşmiş fərdi yayaşış evinə dair mərhum X6 adına aparılmış mülkiyyət hüququna dair qeydiyyat yazısının pozulması; Bakı şəhəri, 11 saylı DNK-nın 2V-32 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi və həmin Şəhadətnamə əsa sında verilmiş Çıxarışın etibarsız hesab edilməsi, bununla bağlı mülkiyyət hüquqlarına dair Reyestrdə aparılmış qeydiyyat yazılarının pozulması; Bakı şəhəri, 2 saylı DNK-nın 4Ə-8 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli “Bağışlama” müqaviləsi”nin etibasız hesab edilməsi; ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində hər birinin payının 1/3 hissədə mülkiyyət hüququ üzrə Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 adına qeydə alınmasına dair Çıxarışın etibarsız hesab edilməsi və qeydiyyat yazılarının pozulması; ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin mərhum mülkiyyətçisi X10 vərəsələrinin dairəsinin müəyyən olunması və həmin yaşayış sahəsinə Bayramova (Qasımova) Fərəh Fikrət qızının vərəsəlik payının müəyyən edilməsi və ayrılması; ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən 19 yanvar 2024- cü il tarixdə məcburi olaraq çıxarılmış Bayramova (Qasımova) Fərəh Fikrət qızı və onun əri İddiaçı2 həmin yaşayış sahəsinə köçürülməsinin təmin edilməsi, onların fərdi yaşayış evində sərbəst istifadələri üçün Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qasımlı (Qasımova) Sevda Qasım qızı və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, naturada yaşayış sahəsinin ayrılması; xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvandan məcburi şəkildə çıxarılmış Bayramova (Qasımova) Fərəh Fikrət qızı və İddiaçı2 məxsus evin məişət əşyalarının geri qaytarılaraq əvvəlki yerində yerləşdirilməsi barədə qətnamə çıxarasını xahiş etmişlər.
6. İddiaçılar iddia ərizəsini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışlar ki, ünvan 6 ev ilkin olaraq X10 adına qeydə alınmışdır. Adıçəkilən şəxs ailəsi o cümlədən arvadı, oğlanları Əlihüseyn Qasımov, Qasım Qasımov və digər şəxslərlə birlikdə həmin evdə yaşamışlar. Fərdi yaşayış evinin ilkin mülkiyyətçisi Kazım Qasımov hələ sağ ikən oğlu Əlihüseyn Qasımov ailə həyatı qurmuş və sonuncunun arvadı Səriyyə Əhmədova (Qasımova) onunla birlikdə yaşamaq üçün həmin evə köçərək əri ilə birlikdə yaşamışlar və onların evliliyindən 06 sentyabr 1949-cu il təvəllüdlü Fikrət adlı oğulları doğulmuşdur. Həmin evdə daimi qeydiyyatda olan və yaşayan X1 Yeganə Azər qızı ailə həyatı qurduqdan sonra sonuncu yaşamaq üçün ərinin yaşadığı evə köçmüş və tərəflərin birgə nikahından 3 uşağı, o cümlədən hazırkı iddia tələbi üzrə iddiaçılardan biri1974-cü il təvəllüdlü İddiaçı1 həmin evdə dünyaya gəlmiş, həmin evə yaxın məkanda fəaliyyət göstərə n Bakı şəhəri, Yasamal rayonu, F. Rzayev adına 150 saylı tam orta məktəbdə 1982-1992-ci illər ərzində təhsil almış, ailə həyatı qurduqdan sonra oranı tərk edərək ərinin- hazırkı iddia tələbi üzrə digər iddiaçı- İddiaçı2 yaşadığı məkana köçərək onunla birlikdə yaşamağa başlamışdır. İlkin mülkiyyətçi 1933-cü ildə öldükdən sonra onun oğlu Əlihüseyn Qasımov miras əmlakı faktiki qəbul etməsinə və onu idarə etməsinə, arvadı, oğlu, nəvələri və gəlini ilə miras əmlakın yerləşdiyi ünvanda yaşamasına baxmayaraq vərəsəlik şəhadətnaməsi əldə etmək üçün notariat orqanına müraciət etməmişdir. Miras qoyanın-Kazım Qasımovun digər oğlu Qasım Qasımov qardaşıƏlihüseyn Qasımovun (1999-cu ilin martında vəfat etmişdir) və onun oğlu Fikrət Qasımovun ölümündən (1998-ci ildə vəfat etmişdir) sonra miras əmlakı qəbu l etməsinə dair notariat kontoruna müraciət edərək atasından qalma miras əmlakı qəbul etdiyini bildirmiş və miras əmlak haqqında xx.xx.1999-cu il tarixli, 1B-156 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əldə etmişdir. Notariat kontoru X16 miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verərkən Kazım Qasımovun digər vərəsələrinin, o cümlədən Əlihüseyn Qasımovun ünvan 6 ünvanda yaşamasını və həmin şəxsin atasından qalmış miras əmlakı faktiki qəbul edərək ona sahiblik etməsini, onun arvadı və nəvələrinin də hal-hazırda sözügedən ünvanda yaşamasını nəzərə almamışdır. X7 (iddiaçı-İddiaçı1 atası) xx.xx.1998-ci il tarixdə ünvan 2 ünvanda vəfat etmiş və onun ölüm faktı xx.xx.1998- ci tarixdə 252 nömrəli Akt qeydi ilə Yasamal rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. F ikrət Qasımov xx.xx.1998-ci il tarixdə vəfat etdikdən sonra onun qızı İddiaçı1 əri İddiaçı2 ilə birlikdə anası X8 yanına- ünvan 2 ünvana uşaqları və əşyaları ilə birlikdə köçərək həmin evin birinci mərtbəsində özlərinə məxsus iki yaşayış otağında yaşamış, eyni zamanda ev təsərrüfatının idarə edilməsində iştirak edərək, istifadə etdikləri kommunal xidmətlərin haqqını vaxtlı-vaxtında ödəmişlər. İddiaçı-İddiaçı1 anası X17 2021-ci ildə vəfat etdikdən sonra, həmin fərdi yaşayış evində yaşayan cavabdehlər və onların ailə üzvləri iddiaçıları tez-tez narahat etməyə, onlara məxsus avadanlıqları zədələməyə, qərəzli şəkildə səs-küy yaratmaqla hətta onlara fiziki zorakılıq göstərməkdən çəkinmədən həmin evdə onların yaşamasına mane olmağa başlamışlar. Tərəflər arasında ailə-məişət mübahisənin həll ed ilməsi üçün dəfələrlə Yasamal rayon Polis Şöbəsinə və müxtəlif hüquq-mühavizə orqanlarına müraciət edilmişdir. Cavabdehlər və onların övladlarının iddiaçılara qarşı təzyiqləri 2023-cü ilin axırlarında və 2024-cü ilin əvvələrində daha da kəskinləşmiş, cari ilin yanvar ayının axırlarında həmin ünvanda yaşayan iddiaçı- Fərəh Bayramovun atasının əmisi nəvəsi, hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh4 evin ona məxsus olmasını və ailə həyatı qurmaq istədiyini əsas gətirərək iddiaçıların evdən çıxmasını tələb etmişdir. İddiaçılar öz etirazlarını Hüseynə və digər cavabdehlərə bildirsə də, onlar buna məhəl qoymamış birlikdə qanunazidd hərəkətlərlə onu evdən çıxaramağa məcbur etməyə başlamışlar. İddiaçılar da əvvəllər olduğu kimi bu dəfə də Yasamal rayon Pİ-nin 26-cı PB-nə müraciət etməklə yanaşı, gələcəkdə xoşagəlməz hadisənin baş verməməsi üçün yaşadıqları evi 2024-cü ilin yanvar ayının 19-da tərk etmişlər və həmin tarixdən indiyədək ayda 400 manat ödəməklə kirayədə yaşayırlar. İddiaçılar məcburən evi tərk etdikdən sonra cavabdehlər onların istifadəsində olmuş və əşyalarının yerləşdiyi otağın kilidli qapısını texniki vasitələrdən istifadə edərək icazəsiz açaraq oaradakı əşyaları zədələmiş və daha sonra 28.01.24-cü il tarixdə “175” telefon nömrəsi vasitəsilə yük daşıma və saxlama şirkətinə zəng edərək "xxxx" MMC vasitəsilə fərdi yaşayış evində olan əşyalarının həmin şirkətin anbarına daşınmasına nail olmuşdur. Əşyaların daşınan zaman zədəli olması adıçəkilən şirkət tərəfindən verilmiş arayışda da öz əksini tapmış və hazırda həmin əşyalar Şirkətin anbarındadır. Vərəsəlik işi ndə yeganə vərəsə olaraq X12 adı qeyd edilmiş və miras əmlakı həmin şəxsin əldə etməsi göstərilmiş, adıçəkilən şəxsin adına Şəhadətnamə verilərək miras əmlak onun adına qeydə alınmışdır. Miras qoyanın digər oğlu- X13 mirasdan imtinası barədə ərizəsi həmin vərəsəlik işində öz əksini tapsa da, mirasqoyanın digər oğlu Əlihüseyn Qasımov barədə heç bir məlumat olmamışdır. Hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh5, 1/3 hissəsi Cavabdeh3 və 1/3 hissəsi Cavabdeh4 mülkiyyətindədir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi ünvan 6 evin ilkin mülkiyyətçisi 1933-cı ildə vəfat edənədək onunla birlikdə yaşayan oğlu Əlihüseyn Qasımov atasının ölümündən sonra miras əmlakı qəbul edərək ona faktiki sahiblik etmiş, ailə həyatı quraraq həmin ünvanda yaşamağa davam etmiş və nikahından dünya ya gələn uşaqları, o cümlədən oğlu 1949-cu il təvəllüdlü Fikrət Qasımov da həmin ünvanda yaşamış X18 ilə ailə həyatı qurmuş və həmin nikahdan hazırkı iddiaçılardan-İddiaçı1 da daxil 3 uşağı miras evdə dünyaya gəlmişlər. Bütün bunlar onu göstərir ki, İddiaçı1 babası Əlihüseyn Qasımov atasından qalma mirası qəbul etmişdir. İddiaçının atası və anası miras əmlakın yerləşdiyi ünvanda yaşamaqla, marisa faktiki sahiblik etmişdir. İddiaçı-İddiaçı1 atası Fikrət Qasımov1998-ci ildə, babası-Əlihüseyn Qasımov isə 1999-cu ildə vəfat etdikdən sonra sözügedən iddiaçı və onun anası Yeganə Qasımova ünvan 7 ünvanda yaşamalarına baxmayaraq, miras qoyan X15 Qasımov onlardan xəbərsiz ərizə ilə notariat orqanına müraciət edərək, miras əmlaka vərəslik hüququ haqqında şəhadətnamə, daha sonra xx.xx.1999-cu il tari xli Qeydiyyat vəsiqəsi əldə edərək mirası tam şəkildə öz mülkiyyətinə keçirmişdir. Qasım Qsımovun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən, iddiaçı, onun digər bacıları və anası-Yeganə Qasımova qanun üzrə vərəsələr kimi nəzərə almamışdır ki, bu da həmin vaxt qüvvədə olan vərəsliyə dair normaların tələblərinə tamamilə ziddir. X16 aid xx.xx.2010-cu il tarixli vərəsəlik işindən görünür ki, adıçəkilən mülkiyyətçi xx.xx.2009-cu il tarixdə vəfat etdikdən sonra onun arvadı X14 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və müvafiq olaraq xx.xx.2010-cu il tarixli Çıxarış əldə etmişdir. xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə görə miras əmlakın növbəti mülkiyyətçisi X14 xx.xx.2010-cu ildə vəfat etdikdən sonra miras əmlakı onun vərəsələri Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 hər birinə 1/3 pay olmaqla bərabər paylarla qəbul edərək, miras əmlaka mülkiyyət hüququnu təsdiq edən xx.xx.2011-ci il tarixli Çıxarış əldə etmişlər. xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə olan 1/3 payını Cavabdeh4 bağışlamışdır. Göründüyü kimi miras əmlakın ilkin mülkiyyətçidən sonra qəbul edilməsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyindən, X9 miras qalmış əmlak bölüşdürülən zaman bütün birinci növbəli vərəsələr nəzərə alınmadığından, həmin əmlakla bağlı həyata keçirilən sonrakı hüquq münasibətləri də qanuni hesab edilə bilməz. Miras əmlakın ilkin mülkiyyətçinin ölümündən son ra fərdi yaşayış evinin X12 mülkiyyətinə keçməsi həmin vaxt qüüvvədə olan Mülki Məcəllənin vərəsəlik normalarına uyğun baş verdiyindən, adıçəkilən şəxsin 2009-cu ildə ölümündən sonra miras əmlakın onun qanun üzrə vərəsələrinə keçməsi prosesi hazırda qüvvədə olan mülki hüquq normaları ilə tənzimlənməlidir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2854/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (T.B.Axundov) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli əmlakı faktiki olaraq qəbul etdiyini bildirsə də, iddiaçının atası Qasımov Fikrət sonuncunun atası X3 daha öncə vəfat etdiyi üçün, Fikrət X2 övladları Qasımov Qasım və Qasımov Əlihüseynə miras kimi qaldığı iddia edilən miras əmlak faktiki olaraq qəbul etməsi müm kün deyildir. Belə ki, mövcud qanunvericiliyə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Bundan başqa iş materialları ilə X4 Bakı şəhəri, Yasamal rayonu, Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən evi miras əmlak olaraq faktiki qəbul etməsi iş materialları ilə müəyyən edilmir. İddiaçı həmin evdə yaşadığını qeyd etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan və yuxarıda adları çəkilən vərəsəlik işlərinin heç birində iddiaçıların və ya İddiaçı1 atasının, anasının və ya babasının həmin evdə qeydiyyatda olmaları müəyyən edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mübahisəli evdəki sayğacların İddiaçı1 anasının adına o lnması ilə bağlı bildirdiklərinə münasibətdə cavabdeh tərəfindən verilmiş izahatı ağıla batan hesab edir və qeyd edir ki, iş materiallarından göründüyü kimi qaz sayğacı xx.xx.2022-ci il tarixdə X8 adından Cavabdeh4 adına dəyişdirilmiş, işıq sayğacı isə xx.xx.2023-cü il tarixinə kimi X19 adına qeydiyyatda olmuşdur. Həmin vaxtdan sonra da iddiaçılar tərəfindən mirasın qəbul edilməsi ilə bağlı müraciət edilməmişdir. Həmçinin Bayramova (Qasımova) Fərəh Fikrət qızı və İddiaçı2 məxsus ev-məişət əşyalarının geri qaytarılaraq əvvəlki yerində yerləşdirilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıların həmin evdə yaşadıqları müəyyən edilməməklə yanaşı, həmçinin cavabdeh tərəfindən verilmiş izahatlardan da göründüyü kimi iddia ərizəsində qeyd edilən əşyalar, həmin evin zirzəmisində kirayə yaş ayan şəxslərə məxsus olmuşdur. Beləliklə qeyd edilənlərlə yanaşı məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 10. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-ə saslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Adıçəkilən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən, digər İddiaçı2 ilə bağlı qeyd etmişdir ki, hazırkı iddia tələbinin, yəni vərəsəlik şəhadətnamələrinin ləğv edilməsı və miras əmlakda payların müəyyən edilməsi və s. tələblərinin irəli sürülməsində iddiaçının ümumiyyətlə subyektiv hüququ olmamışdır.
12. Birinci instansiya məhkəməsi bundan başqa iddia tələləri ilkin hissədə, qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi hissələrində rədd edildiyindən, digər hissələrdə idda tələblərinin müzakirəsinə prosessual qənaət baxımından zərurət görməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 1133.1, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1243, 1246, 1252, 1255-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 80, 119.1217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun onunla əsaslandırı lmış ki, hazırkı məhkəmə qətnaməsinin təsviri əsaslandırıcı hissəsinə nəzər salanda görünür ki, məhkəmənin istinad etmiş olduğu mülki qanunvericlik 2000-ci ilin ən son qüvvədə olan mülki məcəlləsidir. Halbuki, işin hallarından görünən odur ki, hüquq münasibətlərinin başlaması və davam etməsi zamanı qüvvədə olan 1923-cü ilin Mülki məcəlləsidir. Ona görə də hazırkı iş üzrə tətbiq edilməli müddəalar 1923-cü ilin mülki məcəlləsinin vərəsəlik hüquq münasibətini tənzimləyən müddəalar olmalı idi.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5481/2024 nömrəli mülki iş üzrə 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.V.Abdıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın rədd olunması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, hazırkı işin hallarına əsasən mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən ilkin olaraq X10 adına qeydə alınmış, həmin mənzildə adıçəkilən şəxs, həyat yoldaşı, 2 oğlu Şamil Qasımov, Qasım Qasımov ilə birlikdə yaşamışdır. X24 24 mart 1933-cü il tarixində vəfat etmiş, daha sonra onun vərəsəsi X23 həmin əmlakı vərəsəlik qaydasında əldə etmiş, qardaşı Şamil Qasımov isə onun xeyrinə mirasdan imtina etmişdir. X23 vəfat etdikdən sonra miras əmlak arvadı Zemfira Qasımovaya keçmiş, sonuncunun vəfatından sonra isə qızları Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 keçmiş və Cavabdeh6 da əmlakdakı payını oğlu Elxan Rəhimliyə bağışlamışdır. Hazırda iddiaçı, mübahisəli əmlakın onun ulu babasından miras qaldığını, babasının həmin evi öz atası öləndən sonra faktiki qəbul edərək yaşadığını bildirmiş, babasından sonra isə atası, atası öldükdən sonra isə anası mirası faktiki qəbul etmişdir. O, özü ərə getdikdən sonra atası anası ilə birlikdə yaşamışdır. Atası öldükdən sonra anası xəsdə olduğu üçün o, anasının yanında onunla birlikdə yaşamışdır.
18. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq n ormalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2ci maddəsi). Məhkəmə kollegiyası ona görə də qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi mübahisəyə yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsini tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, işin mahiyyətindən də göründüyü kimi iddiaçı mübahisəli əmlakın onun ulu babasından miras qaldığını bildirmiş və sonuncu xx.xx.1933-cü ildə vəfat etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi belə olan halda qeyd etmişdir ki, hazırkı mübahisə həll edilərkən ilk növbədə mirasın açıldığı vaxt qüvvədə olan maddi hüquq normaları, yəni 1923-1965-ci illər aralığında qüvvədə olan AR Mülki Məcəlləsinin, sonrakı münasibətlərə isə 1965-ci il tarixli AR Mülki Məcəlləsi və xx.xx.2000-ci ildən qüvvəyə minən AR Mülki Məcəlləsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə irsi transmissiyanın baş verib-verməməsini müəyyənləşdirmək üçün ilk növbədə miras qoyan xx.xx.1933-cü ildə vəfat etmiş X9 qalmış mirası iddiaçının babası Əlihüseyn Qasımovun da qəbul edib-etməməsi aydınlaşdırılmalı, yalnız bu qəbulun baş tutması təsdiqləndiyi halda vərəsəlik ağacına müvafiq olaraq iddiaçının atası və nəticə etibarilə sonuncunun vərəsələrinin həmin miras üzrə hüququnun olub-olmaması müəyyənləşdirilməlidir. Bu da o deməkdir ki, əgər miras əmlakın ilkin olaraq açılması zamanı iddiaçının babası Əlihüseyn Qasımovun vərəsəliyi qəbul etməsi öz təsdiqini tapmazsa, artıq iddianın geri qalan hissəsinin də araşdırılmasına hər hansı zərurət qalmır. Belə ki, hazırda iddiaç ı 1923-cü ildə qüvvədə olan AR Mülki Məcəlləsinə istinad edərək onun babası Əlihüseyn Qasımovun vərəsəlik açıldığı gündən etibarən vərəsəlikdən imtina etmək barəsində notariat orqanına ərizə vermədiyini və bu əsasla da vərəsəliyi qəbul etmiş hesab olunduğunu bildirmişdir. 21. 1923-cü ildə qüvvədə olan AR Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur. Adı çəkilən normanın məzmunundan göründüyü kimi şəxsin vərəsəliyi qəbul etmiş hesab olunması üçün 3 ay ərzində imtinanın verilməməsi kifayət olsa da, bu hal o zaman tətbiq olunur ki, həmin vərəsə miras əmlak açılan zaman orada olmuş olsun, yəni mirası fakti ki qəbul edərək ona yiyələnmiş olsun.
22. Hazırkı işin hallarından da göründüyü kimin iddiaçı onun babası Əlihüseyn Qasımovun miras açılan zaman həmin əmakda faktiki yaşadığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, qanunvericiliyin dili ilə desək, vərəsəlik açılan yerdə olan vərəsə olduğunu sübut edə bilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, istər iddiaçının, istərsə də cavabdehlərin nümayəndə və vəkilləri apellyasiya baxışında bu halları müvafiq olaraq təsdiq və təkzib etmək üçün məhkəməyə müəyyən sənədlər təqdim etsələr də, mülki prosessual qanunvericiliyə görə həmin sənədlərin məhz hazırki mərhələdə verilməsi yolverilməz hesab olunmalıdır.
23. Qanunvericiliyin müvafiq normasına görə yalnız vərəsəlik açılan zaman h əmin mirasın faktiki qəbulu sübuta yetirildiyi təqdirdə həmin şəxsin 3 ay ərzində mirasdan imtina etməməsi onun bu qəbulunu təsdiq edə bilər. Lakin hazırda iddiaçı bu halı sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi sözügedən halı nəzərə alaraq və işin hərtərəfli araşdırmasını təmin etmək məqsədilə vərəsəlik açılan yerdə olmayan vərəsələrin də miras əmlakı qəbul edə bilmələri üçün nəzərdə tutulan şərtlərə diqqət yetirməyi də zəruri hesab edir. Belə ki, 1923-cü ildə qüvvədə olan AR Mülki Məcəlləsinin 500-cü maddəsinə əsasən, vərəsəlik açılan yerdə olmayan vərəsələr vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əs asən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər. Adı çəkilən maddənin məzmunundan da göründüyü kimi vərəsəlik açılan yerdə olmayan (həmçinin hazırki işin halları da nəzərə alınaraq vərəsəlik açılan yerdə olmanın sübuta yetirilmədiyi hallarda) vərəsələr üçün isə artıq konkret olaraq müəyyən müddət ərzində əmlakın qəbul edilməsi şərti qoyulmuş, həmin müddətin ötürülməsi ilə bu hüququn da aradan qalxması təsbit olunmuşdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə mirasın qəbulu ilə bağlı vərəsəlik açılan yerdə olan və olmayan vərəsələr üçün müvafiq olaraq həm passiv hərəkət (3 ay ərzində imtina edilməməsi), həm də aktiv hərəkət (6 ay ərzində qəbul edilməsi) kimi tələblər qoyulsa da, hazırki iş üzrə iddiaçı onun babası Əlihüseyn Qasımov tərəfindən bu halların hər hansı biri üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri addımların atılmasını sübut edə bilməmiş, bu hal isə sonuncunun miras əmlakı qəbul etdiyini istisna etmişdir. Bu isə onu deməyə əsas vermişdir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı miras əmlakın onun ulu babasından müvafiq olaraq babasına, sonuncudan isə onun vərəsələrinə, yəni ona keçdiyini iddia etdiyindən və irsi transmissiya artıq vərəsəlik ağacının ilk fərdi olaraq Əlihüseyn Qasımovla baş tutmadığından, qeyd edilən hallar iddia tələbinin əsassızlığına dəlalət etməklə artıq iddianın digər hissələrinə də münasibət bildirilməsinə zərurət qalmır.
25. Məhkəmə kollegiyası bundan əlavə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı babasının həmin evi öz atası öləndən sonra faktiki qəbul edərək yaşadığını, babasından sonra isə atası, atası öldükdən sonra isə anasının mirası faktiki qəbul etdiyini, özü ərə getdikdən sonra atasının anası ilə birlikdə yaşadığını və atası öldükdən sonra anası xəsdə olduğu üçün anasının yanında onunla birlikdə yaşadığını bildirsə də, işin hallarından məlum olduğu kimi X23 tərəfindən xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəlik rəsmiləşdirilmişdir və bu da iddiaçının anası ilə birlikdə orada yaşadığını iddia etdiyi dövrə təsadüf edir. Bu zaman iddiaçının həmin evdə yaşayarkən Q.Qasımov tərəfindən mirasın rəsmi qaydada qəbul edilməsindən xəbərsiz olduqlarını bildirməsi də inandırıcı görünmür.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı miras əmlakın onun ulu babasından müvafiq olaraq babasına, sonuncudan isə onun vərəsələrinə, yəni ona keçdiyini iddia etsə və babası Əlihüseyn Qasımovun həmin vaxt mirası faktiki qəbul etdiyini bildirsə də, bu halları sübut edə bilməmiş, irəli sürülmüş iddia tələbi üzrə faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmamışdır.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1159.1, 1159.1.3, 1160-cı, 1923-cü il Mülki Məcəlləsinin 488, 499, 500-cü, 1964-cü il tarixli Mülki Məcəllənin 527, 528, 532, 552-ci, habelə Mülki Prosessual Məcəlləsinin MPM-in 14.2, 77.1, 217.2, 361.4, 372.2, 384.0.2, 385.1.1 və 386-cı ma ddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 25, 29, 60, 72, 80, 125, 129-cu, xx.xx.2000-ci il tarixli Mülki Məcəllənin 16.1, 21 152.6, 560.1, 1133.1, 1134.1, 1159, 1243, 1300, 1301.1, 1318-ci, “Notariat haqqında” Qanunun 40, 55-ci, 1923cü il tarixli AR Mülki Məcəllənin 487, 488, 490-cı, 1964-cü il tarixli Mülki Məcəllənin 527, 530, 532, 552-ci, habel ə MPM-in 9.1, 13.2, 13.7, 14.1, 76, 77.1, 77.3, 80, 88, 95.1, 106.1, 217, 218.1, 372, 385, 386, 389, 414, 417, 418-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həqiqət təhrif edilmiş, həqiqi hallar tam göstərilməmişdir. İddiaçının xeyrinə olan faktlar gizlədilmiş, maddi hüquq normaları düz tətbiq edilməmişdir. Qətnamədə qeyd edilən mülki qanunverciliyin maddi normalarına istinad edilsə də, bu normalar mübahisəyə səhv tətbiq edilmişdir. Qətnamə yalnız cavabdehlərin xeyrinə təhrif edilmiş şəkildə tərtib edilmişdir. Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun kobut şəkildə pozulması faktı müəyyən edilsə də, bununla bağlı əsaslı heç bir tədbir görülməmişdir. Qeyd edilən qaydalar məhkəmə tərəfindən kobud pozulmuşdur. İddiaçı nın həmin miras əmlak hissəsindən real olaraq uzun müddət hər hansı maneə, zorakılıq olmadan, fasilə vermədən real mütəmadi istifadə etmək imkanı məsələsi aydınlaşdırılmalı idi. Əgər miras açıldığı dövrdə iddiaçının özü, valideynləri, baba və nənəsi,əmi və xalaları tərəfindən ondan istifadə etmək və ya istifadə hüququnun realizə edilməsi imkanı faktı aşkar olunursa, subyektiv hüquq və müddət tətbiqi bu mübahisəyə tətbiq edilə bilməz. Belə ki, iddiaçı heç birəsas hüquqi və əxlaqi əsas olmadan onun babasına və valideynlərinə miras əmlakdan pay kimi ayrılmış və uzun müddət maneəsiz yaşadığı evindən cavabdeh vərəsələr tərəfindən özbaşınalıqla, qanunsuz şəkildə məhrum edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq kassasiya şikayətinin təmin edilməyərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1159.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
33. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vər əsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
34. Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. AR 1923-cü il tarixli Mülki Məcəlləsi:
35. Maddə
488. Qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə qardaş-bacıları hesab olunurlar.
36. Maddə
499. Vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik aç ıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur.
37. Maddə
500. Vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər. AR 1964-cü il tarixli Mülki Məcəlləsi:
38. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsi yyətlə dəyişdirilməsin.
39. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
40. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
41. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə mü əyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə idd iaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
53. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düz gün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi kassatorun bu dəlilləri ilə razılaşmır.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması ilə qəbul edib və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Hazırkı işin hallarına görə, mübahisə predmeti olan ünvan 8 ünvanda yerləşən ilkin olaraq X10 adına qeydə alınmış, həmin mənzildə adıçəkilən şəxs, arvadı, 2 oğlu Şamil Qasımov, Qasım Qasımov ilə birlikdə yaşamışlar. X24 24 mart 1933-cü il tarixdə vəfat etmiş, daha sonra onun vərəsəsi X23 həmin əmlakı vərəsəlik qaydasında əldə etmiş, qardaşı Şamil Qasımov isə onun xeyrinə mirasdan imtina etmişdir. X23 vəfat etdikdən sonra miras əmlak arvadı Zemf ira Qasımovaya keçmiş, sonuncunun vəfatından sonra isə qızları Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 keçmiş və Cavabdeh6 da əmlakdakı payını oğlu Elxan Rəhimliyə bağışlamışdır.
56. Hazırda iddiaçı, mübahisəli əmlakın onun ulu babasından miras qaldığını, babasının həmin evi öz atası öləndən sonra faktiki qəbul edərək yaşadığını bildirmiş, babasından sonra isə atası, atası öldükdən sonra isə anası mirası faktiki qəbul etmişdir. O, özü ərə getdikdən sonra atası anası ilə birlikdə yaşamışdır. Atası öldükdən sonra isə anası xəsdə olduğu üçün o, anasının yanında onunla birlikdə yaşamışdır.
57. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2ci maddəsi).
58. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi mübahisəyə yalnız AR Mülki Məcəlləsini tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, işin mahiyyətindən də göründüyü kimi iddiaçı mübahisəli əmlakın onun ulu babasından miras qaldığını bildirmiş və sonuncu xx.xx.1933-cü il tarixdə ölmüşdür.
59. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı mübahisə həll edilərkən ilk növbədə mirasın açıldığı vaxt qüvvədə olan maddi hüquq normaları, yəni 1923-1965-ci illər aralığında qüvvədə olan AR Mülki Məcəlləsinin, sonrakı münasibətlərə isə 1965-ci il tarixli AR Mülki Məcəlləsi və xx.xx.2000-ci ildən qüvvəyə minmiş AR Mülki Məcəlləsinin tələbləri baxımından hüquqi qiymət verilməlidi r.
60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə irsi transmissiyanın baş verib-verməməsini müəyyənləşdirmək üçün ilk növbədə miras qoyan xx.xx.1933-cü ildə vəfat etmiş X9 qalmış mirası iddiaçının babası Əlihüseyn Qasımovun da qəbul edib-etməməsi aydınlaşdırılmalı, yalnız bu qəbulun baş tutması təsdiqləndiyi halda vərəsəlik ağacına müvafiq olaraq iddiaçının atası və nəticə etibarilə sonuncunun vərəsələrinin həmin miras üzrə hüququnun olub-olmaması müəyyənləşdirilməlidir. Bu da o, deməkdir ki, əgər miras əmlakın ilkin olaraq açılması zamanı iddiaçının babası Əlihüseyn Qasımovun vərəsəliyi qəbul etməsi öz təsdiqini tapmazsa, artıq iddianın geri qalan hissəsinin də araşdırılmasına hər hansı zərurət qalmır.
61. Belə ki, hazırda iddiaçı 1923-cü ildə qüvvədə olan AR Mü lki Məcəlləsinə istinad edərək onun babası Əlihüseyn Qasımovun vərəsəlik açıldığı gündən etibarən vərəsəlikdən imtina etmək barəsində notariat orqanına ərizə vermədiyini və bu əsasla da vərəsəliyi qəbul etmiş hesab olunduğunu bildirmişdir. 62. 1923-cü ildə qüvvədə olan AR Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur. Adı çəkilən normanın məzmunundan göründüyü kimi şəxsin vərəsəliyi qəbul etmiş hesab olunması üçün 3 ay ərzində imtinanın verilməməsi kifayət olsa da, bu hal o zaman tətbiq olunur ki, həmin vərəsə miras əmlak açılan zaman orada olmuş olsun, yəni mirası faktiki qəbul edərək ona yiyələnmiş ol sun.
63. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı, onun babası Əlihüseyn Qasımovun miras açılan zaman həmin əmakda faktiki yaşadığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, qanunvericiliyin dili ilə desək, vərəsəlik açılan yerdə olan vərəsə olduğunu sübut edə bilməmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, istər iddiaçının, istərsə də cavabdehlərin nümayəndə və vəkilləri apellyasiya baxışında bu halları müvafiq olaraq təsdiq və təkzib etmək üçün məhkəməyə müəyyən sənədlər təqdim etsələr də, mülki prosessual qanunvericiliyə görə həmin sənədlərin məhz hazırki mərhələdə verilməsi yolverilməz hesab olunmalıdır. Qanunvericiliyin qeyd olunan normasına görə yalnız vərəsəlik açılan zaman həmin mi rasın faktiki qəbulu sübuta yetirildiyi təqdirdə həmin şəxsin 3 ay ərzində mirasdan imtina etməməsi onun bu qəbulunu təsdiq edə bilər. Lakin hazırda iddiaçı bu halı sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
65. Apellyasiya instansiyası məhkəməsi sözügedən halı nəzərə alaraq və işin hərtərəfli araşdırmasını təmin etmək məqsədilə vərəsəlik açılan yerdə olmayan vərəsələrin də miras əmlakı qəbul edə bilmələri üçün nəzərdə tutulan şərtlərə diqqət yetirməyi də zəruri hesab edir.
66. Belə ki, 1923-cü ildə qüvvədə olan AR Mülki Məcəlləsinin 500-cü maddəsinə əsasən, vərəsəlik açılan yerdə olmayan vərəsələr vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsa sən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər. Adı çəkilən maddənin məzmunundan da göründüyü kimi vərəsəlik açılan yerdə olmayan (həmçinin hazırki işin halları da nəzərə alınaraq vərəsəlik açılan yerdə olmanın sübuta yetirilmədiyi hallarda) vərəsələr üçün isə artıq konkret olaraq müəyyən müddət ərzində əmlakın qəbul edilməsi şərti qoyulmuş, həmin müddətin ötürülməsi ilə bu hüququn da aradan qalxması təsbit olunmuşdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə mirasın qəbulu ilə bağlı vərəsəlik açılan yerdə olan və olmayan vərəsələr üçün müvafiq olaraq həm passiv hərəkət (3 ay ərzində imtina edilməməsi), həm də aktiv hərəkət (6 ay ərzində qəbul edilməsi) kimi tələblər qoyulsa da, hazırki iş üzrə iddiaçı onun babası Əlihüseyn Qasımov tərəfindən bu halların hər hansı biri üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri addımların atılmasını sübut edə bilməmiş, bu hal isə sonuncunun miras əmlakı qəbul etdiyini istisna etmişdir. Bu isə onu deməyə əsas vermişdir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı miras əmlakın onun ulu babasından müvafiq olaraq babasına, sonuncudan isə onun vərəsələrinə, yəni ona keçdiyini iddia etdiyindən və irsi transmissiya artıq vərəsəlik ağacının ilk fərdi olaraq Əlihüseyn Qasımovla baş tutmadığından, qeyd edilən hallar iddia tələbinin əsassızlığına dəlalət etməklə artıq iddianın digər hissələrinə də münasibət bildirilməsinə zər urət qalmır.
67. Apellyasiya instansiyası məhkəməsi bundan əlavə qeyd etmişdir ki, iddiaçı babasının həmin evi öz atası öləndən sonra faktiki qəbul edərək yaşadığını, babasından sonra isə atası, atası öldükdən sonra isə anasının mirası faktiki qəbul etdiyini, özü ərə getdikdən sonra atasının anası ilə birlikdə yaşadığını və atası öldükdən sonra anası xəsdə olduğu üçün anasının yanında onunla birlikdə yaşadığını bildirsə də, işin hallarından məlum olduğu kimi X23 tərəfindən xx.xx.1999-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında vərəsəlik rəsmiləşdirilmiş və bu da iddiaçının anası ilə birlikdə orada yaşadığını iddia etdiyi dövrə təsadüf edir. Bu zaman iddiaçının həmin evdə yaşayarkən Qasım Qasımov tərəfindən mirasın rəsmi qaydada qəbul edilməsindən xəbərsiz oldu qlarını bildirməsi də inandırıcı görünmür.
68. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı miras əmlakın onun ulu babasından müvafiq olaraq babasına, sonuncudan isə onun vərəsələrinə, yəni ona keçdiyini iddia etsə və babası Əlihüseyn Qasımovun həmin vaxt mirası faktiki qəbul etdiyini bildirsə də, bu halları sübut edə bilməmiş və irəli sürülmüş iddia tələbi üzrə faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmamışdır.
69. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmi ş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2(103)-5481/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.