Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3906/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vərəsəlik şəhadətnaməsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsin ə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2025-ci il tarixli 2(103)-4066/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 27 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 13 may 1954-cü il tarixdə İddiaçı ilə X9 rəsmi nikah münasibətinə girməklə ailə qurmuşlar.
2. X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.
3. X2 miras əmlak olaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (bundan sonra mübahisəli fərdi yaşayış evi) qalmışdır.
4. Mərhumun vərəsələri olan İddiaçı xx.xx.2010-cu il tarixdə, Saidə Qurbanova və Teyuba Axundova isə xx.xx.2010-cu il tarixdə onlara çatası miras paydan imtina etmiş, bu səbəbdən qeyd olunan əmlak üzrə X8 yeganə vərəsə olmuş, 10 iyun 2010-cu il tarixdə ona mübahisəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun xüsusi mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
5. X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 6. xx.xx.2020-ci il tarixdə İddiaçı, xx.xx.2020-ci il tarixdə Mətanət Axundova və Məleyhə Zeynalova onlara çatası miras paydan imtina etmiş, bununla da xx.xx.2020-ci il tarixdə X4 mübahisəli fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli fərdi yaşayış evinə dair xx.xx.2005-ci ildə vəfat etmiş X5 vərəsəsi kimi X3 adına verilmiş 10 iyun 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında verilmiş çıxarışın, X3 adından X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bunun əsasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələ bi onunla əsaslandırılmışdır ki, iddiaçı 1933-cü ildə Şamaxı şəhərində anadan olmaqla,13 may 1954-cü ildə mərhum həyat yoldaşı X9 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. ünvan 2 ünvanda torpaq sahəsi əldə etməklə fərdi yaşayış evi tikmişlər. Həmin fərdi yaşayış evi xx.xx.1964-cü il tarixdə Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrində 236 saylı kitabın 15607 saylı səhifəsində qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra ümumi mülkiyyətləri olan fərdi yaşayış evi miras əmlak kimi onun tərəfindən istifadə və sahiblik edilməklə faktiki qəbul olunmuşdur. X1 onu 2010cu ildə Yasamal rayonunda yerləşən notariat ofisinə aparmış, orada bir neçə sənədə imza etdirmişdir. Bundan sonra, ona öz halal evində yaşamağa imkan verməmişdir. Bir neçə ay bundan əvvəl isə onu evdən zorla qovmuşdur. Bundan sonra öyrənmişdir ki, cavabdeh olan nəvəsi onun evdən qeydiyyatdan çıxarılması haqqında məhkəmədə iddia qaldırmışdır. Bundan sonra o, vəkil ilə müqavilə bağlamalı olmuş, vəkil sorğusu əsasında 2010-cu ildə aparılmış notariat işini əldə etmişlər. 20 noyabr 2024-cü ildə notariat işi arxivdən əldə olunduqdan sonra ona məlum olmuşdur ki, mərhum həyat yoldaşı ilə ümumi birgə mülkiyyətləri olan mübahisəli fərdi yaşayış evinə dair oğlu X6 adına 10 iyun 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu şəhadətnamə əsasında 119,3 kv metr fərdi yaşayış evi mərhum X6 adına hüquqi qeydiyyatdan keçirilmiş, bundan sonra isə xx.xx.2020-ci il tarixdə X4 adına *** ******* saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışlar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Ona görə ki, həmin fərdi yaşayış evi mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə edildiyindən ½ hissəsi onun mülkiyyətidir. Evin bütövlükdə əvvəlcə X6 və sonuncu olaraq X4 adına rəsmiləşdirilməsi (vərəsəlik hüququ haqqında şəhadətnamə və hüquqların dövlət reyestrində qeydə alınması) tam qanunsuz olmuş və onun mülkiyyət hüquqlarını pozmuşdur. Mübahisəli fərdi yaşayış evi mərhum həyat yoldaşı ilə onun ümumi birgə mülkiyyətləri olmuş, həmin evin ½ hissəsi isə onun xüsusi mülkiyyəti olmuş, mərhum həyat yoldaşının adından qardaşının adına onun ölümündən 4 il sonra vərəsəlikdən imtina haqqında ərizələr yazılmaqla rəsmiləşdirilmişdi r ki, bu yolverilməzdir.
9. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixli ərizəsi birtərəfli əqd olmaqla onun iradə ifadəsini özündə ehtiva edir. Yəni Cavabdeh3 atası İbrahimxəlil Axundov öz anasına həm miras əmlakdakı payına görə, həm də ümumi əmlakda olan payına görə pul şəklində kompensasiya ödəmiş, iddiaçı isə həmin əqdlə (yəni, ərizəsi ilə) həm ona çatası miras payından, həm də ümumilikdə ona məxsus paydan imtina etmişdir. Birtərəfli əqddə (ərizədə) olan “həmin həyət evinin X6 adına keçməsinə etirazım yoxdur” ifadəsi həm iddiaçıya çatan miras payının, həm də ümumi birgə mülkiyyətdən onun özünə məxsus olan hissədən imtinanı özündə ehtiva edir. Bu səbəbdən də mübahisə predmeti olan fərdi yaşayış sahəsinin iddiaçının a tası X6 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsassız olmamış, tamamilə qanuni olmuşdur. Yəni cavabdehin atası tərəfindən iddiaçıya mübahisə predmeti olan əmlakın real bazar qiyməti əsasında müəyyən edilmiş məbləğdə kompensasiya ödənildikdən sonra iddiaçı öz payından imtina etmişdir. Cavabdehin atası həmin mübahisə predmeti olan əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hissəsində vicdanlı olmuş, iddiaçıya kompensasiya ödəyərək onun heç bir hüququnu pozmamış və həmin əmlakı vicdanlı olaraq əldə etmişdir. İddiaçı mübahisə predmeti olan əmlaka dair pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi üçün 3 illik iddia müddətini də ötürmüş, 2010-cu ildə mübahisə predmeti olan əmlakın cavabdehin atasının adına daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından xəbərdar olmuş, buna heç bir etiraz bildirməmiş, hətta həmin əmlakın oğlunun adına qeydiyyata alınmasına razılığını bildirmişdir. Bu səbəbdən onun iddia tələbi əsaslı hesab edilə bilməz və rədd edilməlidir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)1067/2025 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı öz iradəsi ilə notariat ofisində mübahisəli fərdi yaşayış evindən ona çatacaq paydan imtina etmişdir. Belə ki, o, həm vərəsəlik üzrə ona çatacaq paydan, həm də əmlak nikah dövründə alındığı üçün həmin əmlakın ona çatacaq ½ hissəsindən imtina etmiş, ona çatacaq payın qarşılığının pul şəklində oğlu X8 tərəfindən ödənildiyini qeyd etmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı X6 birinci növbə vərəsəsi olmuş, lakin oğlundan miras qalacaq əmlakdan ona çatacaq hissədə X1nun xeyrinə imtina etmişdir.
13. İddiaçı miras əmlaklardan imtina barədə ərizələrin onun iradəsindən asılı olmadan, məlumatı olmadan imzaladığını qeyd etmiş və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğvini tələb etmişdir. Lakin iddiaçı qeyd edilən faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsi üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə tərtib edilmiş, şəhadətnamələrin ləğv edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1159.2, 1160, 1243.1, 1243.2, 1243.3, 1246, 1252 və 1322-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, məhkəmə notariat ofisi tərəfindən yol verilmiş pozuntuları nəzərə almamış, əsassız olaraq 2010-cu ildə guya iddiaçının imzaladığı “miras paydan mənə çatacaq hissədən imtina edirəm və onun digər vərəsənin adına kemçəsinə etiraz etmirəm” ərizəsinə əsaslanaraq onun həm mülkiyyət, həm də miras hüququ ilə ilə ona çatacaq paylarından imtina etməsi kimi qiymətləndirmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4066/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1067/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilmişdir.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak müxtəlif vaxtlarda 3 fərqli şəxsin mülkiyyətində olmuşdur: X9, onun oğlu X10 və sonuncunun oğlu X11.
19. İddiaçı əmlakın ilkin sahibi olan X5 onun mərhum yoldaşı olmasına və həmin əmlakın birgə nikah dövründə əldə olunmasına istinad etmiş, ərinin vəfatından sonra birgə mülkiyyətçi kimi ona çatmalı olan payın əvvəlcə X6 və sonradan X4 mülkiyyətinə keçməsini əsassız hesab etmişdir.
20. Qeyd edilənlərə əsasən məhkəmə göstərmişdir ki, iddiaçı mübahisəli əmlakın ilkin olaraq birgə mülkiyyətçilərindən olduğunu və onun mülkiyyət hüquqlarının pozulması ilə vərəsəlik qaydasında keçdiyini bildirsə də, yuxarıda adı çəkilən iş materiallarından da görünür ki, X5 vəfatından sonra açılmış notariat işi çərçivəsində digər vərəsələr, o cümlədən iddiaçı xx.xx.2010-cu il tarixdə ərizə yazaraq öz miras paylarından imtina etmişlər və gələcəkdə həmin əmlakla bağlı heç bir tələb irəli sürməyəcəklərini ərizədə qeyd etmişlər. Həmin xx.xx.2010-cu il tarix li ərizədə İddiaçı ərizədə həmçinin qeyd etmişdir ki, “həmin həyət evinin X6 adına keçməsinə etirazım yoxdur”. Üstəlik həmin payın qarşılığında iddiaçı da daxil olmaqla bütün digər vərəsələrə müvafiq kompensasiya ödənilmiş, nəticədə iddiaçı, əslində imtina etdiyi payın qarşılığını alaraq miras əmlakdan dolayısı ilə faydalanmış olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı miras əmlakdan özünə düşən hansısa qeyd şərt olmadan imtina etmiş, bu imtina özündə onun mərhumun arvadı və birgə mülkiyyətçi kimi hüququ çatan payını da ehtiva etmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi iddiaçı həmin evin bütövlükdə X6 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir ki, bu, onun birinci dərəcəli vərəsəlikdən əlavə mərhumun arvadı kimi də payından imtina etməməsi halında mümkün ola bilməzdi.
21. Apellyas iya məhkəməsi iddianın X7 verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsızlığına münasibətdə isə qeyd etmişdir ki, mübahisəli əmlakın Cavabdeh3 adına keçməsi də eynilə onun mərhum atasının mülkiyyətinə keçməsi ilə bağlı hərəkətlərin ardıcıllığına uyğun olaraq olmuş, həmin notariat işi çərçivəsində də digər vərəsələrlə birlikdə İddiaçı tərəfindən də verilmiş notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-7052 nömrəli ərizəyə əsasən o, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum oğlu X6 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından imtina etmişdir. Nəticədə xx.xx.2020-ci il tarixdə X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
22. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı mübahisəli əmlakın istər X6, istərsə də X4 adına keçməsi və bununla bağlı öz payından imtina etməsi ilə bağlı müstəqil iradə ifadəsini göstərmiş, buna dair hər hansı formada etirazını bildirməmişdir. Odur ki, iddiaçının hazırki tələblə çıxış etməsinin hər hansı hüquqi əsası mövcud deyildir.
23. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər hər iki vərəsəlik şəhadətnaməsinin verildiyi zaman qüvvədə olan mülki qanunvericiliyə əsasən Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasın ın məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də, maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
24. Hazırkı işdən görünür ki, iddiaçı miras əmlakdan X6 xeyrinə xx.xx.2010-cu il tarixli ərizə ilə, sonradan X4 xeyrinə isə xx.xx.2020-ci il tarixli ərizə ilə imtina etmişdir və nəticədə iddiaçı ən pis halda vərəsəliklə bağlı mübahisənin mövcud olmasına dair müvafiq əsas olduğunu qeyd edilən tarixlərdə bilmiş, lakin bildiyi gündən iki ay keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Nəticədə iddiaçının iddia tələbi mahiyyəti üzrə əsassız olmaqla yanaşı, qanunla müəyyən olunan müddətin də ötürülməsi ilə irəli sürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.
25. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın reyestrində hər hansı xüsusi qeyd aparılmadığından, həmin əmlaka dair iddiaçının adından ayrıca rəsmiləşdirmə aparılmasına zərurət olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək Bak ı Apellyasiya Məhkəmsinin 2(103)-4066/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə tikilmiş və istifadəyə verilmişdir. Deməli bu əmlak üzrə ½ hissə iddiaçının mülkiyyətində olmuşdur və bu paya görə vərəsəlik münasibəti yaranmamalıdır. Məhkəmə isə notariat ofisi tərəfindən yol verilmiş bu pozuntunu nəzərə almamış, 2010-cu ildə guya iddiaçının imzaladığı miras paydan ona çatacaq hissədən imtina etdiyinə və onun digər vərəsənin adına keçməsinə etiraz etməsiyinə dair ərizəsinə əsa slanaraq onun həm mülkiyyət, həm də miras hüququ ilə ona çatacaq paylarından imtina etməsi kimi qiymətləndirmişdir.
28. İddiaçının xx.xx.2010-cu il tarixli ərizəsində göstərdiyi “etiraz etmirəm” ifadəsi açıq hüquqi iradə ifadəsi deyil, həmçinin onun iradə və niyyətini əks etdirmir. Belə ki, sənəd və hüquqi nəticəsi ona notarius tərəfindən izah edilməmiş, yaşlı (1933-cü il təvəllüdlü) və hüquqi savadı olmayan şəxsə (onun 1/2 mülkiyyət hüququnun olması izah edilmədən) imzalatdırılmışdır. Mülki Məcəllənin 324.5 və 330.1-ci maddələrinə əsasən, əgər əqd bağlayan şəxs onun mahiyyətini başa düşmürsə və iradə ifadəsi faktiki niyyətə uyğun deyilsə, əqd etibarsızdır.
29. Birinci instansiya məhkəməsi qərarında göstərilmişdir ki, guya İddiaçı kompensasiya ödənilmişdir. Lakin bu barədə notarial ərizədə n başqa (o notariat ofisində verilmiş ərizə ki, vətəndaşın 1/2 mülkiyyət hüququ gizlədilmişdir) heç bir ödəniş sənədi, qəbz, şahid ifadəsi və ya bank çıxarışı təqdim olunmamışdır. “Kompensasiya alınıb” fikri yalnız imzalanmış ərizəyə əsasən nəticə kimi çıxarılmışdır.
30. İddiaçı yaşlı qadındır, hüquqi anlayışları və sənəd oxuma qabiliyyəti yoxdur. Hər hansı birtərəfli iradə (imtina) sənədi, əgər aldatma, təzyiq və ya məlumatı olmadan imzalanıbsa, etibarsız sayılmalıdır. Nəzərə alınması zəruridir ki, miras əmlakı faktiki qəbul edən şəxs yalnız qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində, yəni 3 ay müddətində imtina edə bilər. İddiaçı əmlakı faktiki olaraq qəbul edib, orada uzun illər yaşamışdır. Miras qoyan xx.xx.2005-ci il tarixdə vəfat etsə də, iddiaçı və onun qızları 9 və 10 iyun 201 0-cu il tarixlərdə, yəni mirasın açıldığı gündən 5 ildən artıq müddət keçdikdən sonra miras əmlakdan onlara çatası paydan imtina etmələri haqqında ərizə vermişlər. b)
31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
37. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir;
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır;
39. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və y a vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
40. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
41. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
53. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edil məməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4066/2025 nömrəli iş üzrə 10 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.