Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3663/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X20 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və Cavab deh1 qarşı “mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1008/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilən kassasiya şikayətinə 15 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş üzrə tərəflər (iddiaçılar və cavabdehlər) 01 mart 2011-ci ildə ölmüş X21 və 24 may 2021-ci ildə ölmüş Əliyev Cahangir Dumu oğlunun vərəsələridirlər. Belə ki, Cavabdeh2, Cavabdeh1 və 02 yanvar 2021-ci ildə ölmüş X2 Rəisə Aslan qızının Əliyev Cahangir Dumu oğlu ilə birgə nikahlarından doğulmuş övladlarıdır. Eləcə də X24 və X28 isə mərhum X7 övladlarıdırlar. 2. “Torpağın mülkiyyətə verilməsinə” dair JN-285B Kod 80510018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı ilə Əliyev Cahangir Dumu oğluna, X15, X16, Cavabdeh1 və X10 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat, **********57 reyestr nömrəli, seriya RX № ******* saylı çıxarışdan görünür ki, ümumi birgə mülkiyyət olan Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əliyev Cahangir Dumu oğlunun, X11, Cavabdeh2, Cavabdeh1 və X7 mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 87 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli, 985 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Cahangir Dumu oğlundan və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X17 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən vərəsəliyin qəbul müddətinin keçməsinə görə və vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması il ə əlaqədar geri qaytarılmışdır. 5. 9 oktyabr 2017-ci il tarixli, B0155 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, Əliyev Cahangir Dumu oğlu "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənzili almışdır. 6. 28 yanvar 2022-ci il tarixli, 8059 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh2 "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m. ibarət, 1 otaqlı, 8 nömrəli mənzili almışdır. 7. 15 iyun 2021-ci il tarixli, 6987 saylı mənzilin alqı-satqısına dair müqavil ədən görünür ki, İddiaçı "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 8, ümumi sahəsi 36.3 kv.m. ibarət, 1 otaqlı, 62 nömrəli mənzili 18000 manata almışdır. 8. 15 iyun 2021-ci il tarixli, 6986 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 19 saylı küçəsində inşa edilən bina E, mərtəbə 9, ümumi sahəsi 51.2 kv.m ibarət, 1 otaqlı, 48 nömrəli mənzili 25400 manata almışdır. 9. 15 iyun 2021-ci il tarixli, 6988 saylı mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 167 ünvanında “AAAF -Park” yaşayış massivin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 10, ümumi sahəsi 31.2 kv.m. ibarət, 1 otaqlı, 78 nömrəli mənzili 15400 manata almışdır.
10. Cavabdeh1 28 yanvar 2022-ci il tarixli, **********912 saylı notarial ərizəsindən görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə, rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Payçılıqdan azad edilməsini xahiş etmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(012)-1161/2023 saylı qətnaməsi ilə iddiaçılar X12 və X18 qanuni nümayəndəsi İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və əvvəlki müqavilənin bərpası tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M-8059 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əliyev Cahangir Dumu oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, B/0155 saylı mənzilin alqı-satqı müqaviləsinin bərpa edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Əliyev Cahangir Dumu oğlunun ölümündən sonra miras qalmış 35.000 ABŞ dolları və 8.000 manat pulun Masallı rayonun 1-ci Yeddioymaq kəndindəki, 0.09 ha həyətyanı və 0.77 ha pay torpağından, şəxsi yaşayış evində və xx.xx.2017-ci ildə alqı-satqı B/0155 saylı müqavilə əsasında alınmış Abşeron rayon, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivin 12 saylı küçəsində olan bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m.-dən ibarət 1 otaqlı 8 №-li mənzildən 1-ci növbəli vərəsələr olan nəvələri X24 və X28 adlı uşaqlara qanun üzrə payların müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə X22 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Ər-arvad kimi yaşadıqları dövrlərdə 2 nəfər uşaqları olmuşdur. X5 02 yanvar 2021-ci ildə Rusiya Federasiyasının Arxangelsk şəhərində qətlə yetirilmişdir. Əri Masallı rayonu Yeddioymaq kəndində dəfn edilmişdir. Yetim qalmış 2 nəfər azyaşlı uşaqları 1-ci növbəli vərəsədirlər. Ərinin ölümünə qədər Masallı rayonu 1-ci Yeddioymaq kəndində ailələri ilə birlikdə ümumi birgə mülkiyyətində 0.09 hektar həyətyanı və 0.77 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində payları olmuşdur. Mərhum ərinin atası Əliyev Cahangir Dumu oğlu ailənin başçısı olmaqla təsərrüfatlarını idarə etməklə bərabər o, 2 nəfər azyaşlı uşaqlarınla ona məxsus ilk gündən Masallı rayonu 1-ci Yeddioymaq kəndindəki evində bu günə kimi yaşayırlar. 2021-ci il ərinin vəfatından sonra qayınatası, yəni ərinin doğma atası Əliyev Cahangir Dumu o ğlu may 2022-ci ildə vəfat etmişdir. Mərhum qayınatası Əliyev Cahangir Dumu oğlu ərinin atası olmaqla ölümündən sonra özünə məxsus bir neçə daşınmaz əmlakları və nəğd pulu miras qalmışdır. Miras əmlakın kütləsinə Abşeron rayon Xırdalan şəhəri "xxxx" MMC-dən xx.xx.2017-ci il tarixli, B/0155 saylı alqı-satqı müqaviləsi əsasında 1 otaqlı 51.5 kv.metr mənzil, Masallı rayon Yeddioymaq kəndində 0.09 ha həyətyanı torpaq sahəsi, 0.77 ha kənd təsərrüfat təyinatlı torpaqlar yaşadığı 1-ci Yeddioymaq kəndindəki fərdi yaşayış evi, 35.000 (otuz beş min) ABŞ dolları və 8.000 (səkkiz) min manat nəğd pulu miras qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərinin atasına münasibətdə 1-ci növbəli vərəsəsi olmasını və vərəsə kimi ərinə düşən miras əmlaklardan paylarını vermək istəmədiklərindən, saxta yolla Əliyev Cahangir Dumu oğlunun ölümündən sonra Xırdalan şəhərindəki, H.Əliyev prospekti 167 ünvanında 1 otaqlı, 51.5 kv.m-lik mənzilin birtərəfli qaydada alqı-satqı müqaviləsini ləğv etmişlər. Həmçinin 35.000 ABŞ dolları və 8.000 manatlıq məhkəmə mübahisəsi dövründə cavabdehlər həmin pulun hamısının atasına məxsus olmasını təsdiq etmiş və bu barədə məhkəmə qərar qəbul etmişdir. Ona görə də miras əmlaklar fəaliyyət qabiliyyəti məhdud olan övladlarının anası olmaqla qanuni nümayəndəsi kimi miras əmlakın müəyyən hissəsini faktiki qəbul edib, onu idarə edirlər. Əri sağ olsaydı, atasının miras əmlakından 1-ci növbəli vərəsə kimi pay almaq hüququ var idi. Mülki Məcəllənin 1159-1.3-cü maddəsinə əsasən miras qoyan Əliyev Cahangir Dumu oğlunun nəvələri kimi X24 və X28 adlı uşaqların atalarının, mira s açıldığı vaxt sağ olmadığından 1-ci növbəli vərəsələr sayılırlar. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. Vərəsələr mirasdan imtina etməmiş və etməyəcəklər. Ona görə də miras əmlak olan 1ci növbəli vərəsə kimi mirasın bir hissəsinə sahiblik etməkdə faktiki başladıqları mirası tamamilə qəbul etmişlər. Lakin cavabdehlər miras qoyanın 1-ci növbəli vərəsələri, ərinin ölümündən sonra onun Rusiyadakı əmlaklarını ələ keçirmək üçün müxtəlif saxta yollara əl atmış və nəticədə miras əmlaklardan qanuni pay ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər.
14. Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2011-ci il tarixdə vəfat etmiş mərhum X17 və 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum Əliyev Cahangir Dumu oğlundan miras qalmış Masallı rayonu Yeddioymaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN285B saylı Şəhadətnamə ilə ümumi birgə mülkiyyətdə olan 0,09 ha həyətyanı torpağın və üzərində olan evin 2/5-i və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli seriya RX №0890480 saylı çıxarışla ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,77 ha payı bəlli torpaq sahəsinin 2/5-dən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakdan paylarının müəyyən edilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Masallı Rayon Məhkəməsinin icraatında İddiaçı ona və Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Valideynləri Əliyev Cahangir Dumu oğlu ilə X21 nikahlarından onunla yanaşı Nahid və Vurğun adlı qardaşları anadan olmuşdur. X38 01 mart 2011-ci il tarixdə, atası Cahangir Əliyev isə 24 may 2021-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN285B saylı Şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha həyətyanı torpağının 2/5-i, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli seriya RX №0890480 saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,77 ha payıbəlli torpaq sahəsinin 2/5-i onlara məxsus olmuşdur. Qardaşı Vurğun vəfat etsə də, onun arvadı İddiaçı iki azyaşlı uşağı ilə valideynlərindən qalan evdə yaşayırlar. Həmçinin o, da ümumi birgə mülkiyyətdə olan payıbəlli torpaq sahəsini əkib-becərməklə miras əmlakı qəbul etmişdir. Lakin mirasda paylarının müəyyənləşdirilməsində və cavabdehlə son zamanlarda aralarında narazılıqlar yaranmışdır. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Baba və nən ələri daha öncədən vəfat etdiklərindən, valideynlərinin birinci növbəli vərəsələri kimi yalnız qardaşı ilə o qalmışlar. Qardaşı Vurğun da vəfat etdiyindən onun iki azyaşlı uşağı Vurğuna çatan payı almaq hüquqları vardır. Miras əmakın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsələr də, ümumi birgə mülkiyyətdə olan payı bəlli torpağı əkib- becərməklə təsərrüfatı idarə etməklə, həmin əmlaka sahiblik etməklə əmlakı idarə etməyə başlamışdır ki, qanunvericiliyin tələbinə əsasən bu hal da miras əmlakın qəbulu hesab edilir. Qanunvericiliyin tələbinə əsasən mirasın bölüşdürülməsi ilə bağlı aralarında ixtilaflar olduğundan mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı ona qarşı olan iddiası miras əmlakın mübahisəsi ilə bağlıdır. Onun tələbi də həmin miras əmlakın qəbul edilməsi f aktının müəyyən edilməsi və bölgüsündən ibarətdir. Bu da iddia tələblərinin arasında qarşılıqlı əlaqənin olmasını göstərir. Hazırkı tələbinin ayrıca verilməsi tərəflərin uzun müddət məhkəmə çəkişmələrinə səbəb olardı ki, bu da tələbinin hazırkı işdə baxılmasının aralarında olan mirasla bağlı mübahisəyə daha tez və düzgün baxılacağı ilə nəticələnməsini göstərir.
16. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi bildirdi ki, ilk iddia üzrə cavabdehlər təmsil etdiyi şəxs üçün Abşeron rayonu, Xırdalan şəhərində 3 mənzil almalı idilər, lakin onu aldadaraq hər üç mənzili öz adlarına almışlar. Qızının adına ev alınsa da, onu Cavabdeh2 hədiyyə kimi almışdır. Sonradan həmin pulu tələb etmiş, lakin iddiası rədd edilmişdir. Cavabdeh1 miras əmlakdan imtina etmişdir, ona miras əmlakdan pay ve rilə bilməz.
17. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının vəkili Vəkil1 bildirmişdir ki, ilk iddia ərizəsində olan xüsusatları sübut etmək üçün Abşeron Rayon Məhkəməsinin qətnaməsininin əsaslandırıcı hissəsində qeyd edilir ki, Cavabdeh1 notarial qaydada ərizə verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m. ibarət, 1 otaqlı, 8 nömrəli mənzildə payından imtina edir. Bu səbəbdən də qətnamə qəbul edərkən miras əmlakın 2 yerə bölünməsini və ilk iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilən əmlakda qarşılıqlı iddia üzrə iddiaçının payı varsa, qanuna müvafiq həll edilsin.
18. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 bildirmişdir ki, Abşer on rayonu, Xırdalan şəhərində olan ev atasının adına olsa da ona məxsusdur. Bu səbəbdən də həmin evi adına rəsmiləşdirərkən qardaşı ərizə verərək etiraz etməmişdir. Daşınmaz əmlakların bərabər bölünməsinə etiraz etmir. İlk iddia tələbinin pul hissəsinin təmin edilməməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi ilk iddianı qismən etiraf edib, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi şəxs Əliyev Cahangir Dumu oğlunun və X21 övladıdır. Onun pulunu miras əmlak kimi qarşı tərəf ələ keçirmək istəyir. O, Rusiya Federasiyasında yaşayır. Vərəsəliyin qəbul edilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin edilməmiş, lakin həmin qətn amədən verilmiş apellyasiya şikayəti təmin edilərək, iddia təmin edilmişdir. Bu səbəbdən də hesab edir ki, təmsil etdiyi şəxs mübahisə predmeti olan miras əmlakda payı vardır. Onun notarial qaydada verdiyi ərizə miras əmlakdan imtina ərizəsi deyil, atasının adına olan evin qardaşı Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizədir. Həmin mənzil Cahangir Əliyevin adına olsa da, əslində, Cavabdeh2 məxsus olmuşdur. Miras əmlakın pul hissəsində bildirir ki, 8000 manat pul olmayıb, 35000 ABŞ dolları olmuşdur. Həmin pul atasında olsa da, Cavabdeh1 məxsus pul olmuşdur. O, X8 ilə ev alqı-satqısı etmişlər. Cavabdeh1 Niyaməddin Abiyeva Rusiya Federasiyası, Arxanqelsk şəhərində olan mənzilini satmış, Niyaməddin Abiyev isə Cavabdeh1 Masallı şəhərində olan evini satmışdır. Evlər arasın da fərqi X30 Əliyevin tapşırığına əsasən onun atası Cahangir Əliyevə ödəmişdir. Bununla bağlı X1 Federasiyasında olduğundan yaşadığından məhkəmə iclasında şahid qismində ifadə verə bilməmiş, lakin Rusiyadan notarial qaydada ərizə vermiş və qeyd etdiyi xüsusatları həmin ərizədə göstərmişdir. Bu da onu sübut edir ki, 35000 ABŞ dolları miras əmlak deyil. Digər əmlakların qanuna müvafiq 3 yerə bölünməsini xahiş etmişdir. Əlavə olaraq Cavabdeh2 qardaşı uşaqlarına köməklik məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərində mənzil almışdır. Buna səbəb tərəflərin aralarında razılıq olmuşdur ki, İddiaçı üçün mənzil alınacaq və o, miras əmlakdan imtina edəcək. Lakin mənzil alındıqdan sonra razılaşmanı pozmuş və miras əmlakdan imtina etməmişdir. Həmin vaxt alınmış üç mənzildən biri İddiaçı adına, ikisi i sə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzillər 18000 manata, 25400 manat və 15400 manata alınmışdır. Hər mənzilin sənədləşmə işləri üçün əlavə olaraq 2500 manat məbləğində pul ödənilmişdir. Toplam olaraq məbləğ 65000 manat təşkil edir, beləliklə, həmin 35000 ABŞ dolları məbləğ xərclənmiş olur. Hesab edir ki, 35000 ABŞ dolları miras kütləsi olmasa da, kömək məqsədi ilə İddiaçı ev alınmışdır.
20. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.09 hektar torpaq sahəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** saylı, **********57 reyestr nömrəli Çıxarışda nəzərdə tutulmuş 0.77 ha torpaq sahəsinin 01 mart 2011-ci il tarixdə vəfat etmiş mərhum X25 və 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum Əliyev Cahangir Dumu oğluna düşən hər birinin 1/5 hissəsi və xx.xx.2017-ci il tarixli, B/0155 saylı alqı-satqı müqaviləsi əsasında 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum Əliyev Cahangir Dumu oğlunun mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivin 12 saylı küçəsində olan bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m.-dən ibarət 1 otaqlı 8 №-li mənzil vərəsələr Cavabdeh2, Cavabdeh1, X24 və X28 arasınd a paylara mütənasib şəkildə bölünməsi və payların aşağıdakı qaydada müəyyən edilməsi; "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən 5 saylı binanın, 2-ci mərtəbəsində olan ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənzilə münasibətdə Cavabdeh1 2/6, Cavabdeh2 2/6, X24 1/6 və X28 1/6 payı: Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinə münasibətdə Cavabdeh1 5/15, Cavabdeh2 5/15, X22 3/15, X24 1/15 və X28 1/15 payı: ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli hüquq ların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinə münasibətdə Cavabdeh1 5/15, Cavabdeh2 5/15, X22 3/15, X24 1/15 və X28 1/15 payı, ilk iddia və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: Zeynal Zeynalov).
21. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə tərəflər (iddiaçılar və cavabdehlər) xx.xx.2011-ci ildə ölmüş X21 və 24 may 2021-ci ildə ölmüş Əliyev Cahangir Dumu oğlunun vərəsələridirlər. Belə ki, Cavabdeh2, Cavabdeh1 və 02 yanvar 2021-ci ildə ölmüş X2 Rəisə Aslan qızının Əliyev Cahangir Dumu oğlu ilə birgə nikahlarından doğulmuş övladlarıdır. Eləcə də X24 və X28 isə mərhum X7 övladlarıdırlar. X29 01 mart 2011-ci il tarixdə öldüyü vaxt mərhum X3 olmaqla valideynləri ilə bir evdə yaşamış və evləndikdən sonra da ailəsi ilə birlikdə valideynləri ilə yaşamağa davam etmişdir. Bu da onu göstərir ki, mərhum X22 anası X17 miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Həmçinin mərhum X22 02 yanvar 2021-ci il tarixdə öldüyü zaman atası Əliyev Cahangir Dumu oğlu sağ olmuş və Əliyev Cahangir Dumu oğlu 24 may 2021-ci il tarixdə ölmüşdür. Bu da öz növbəsində mərhum X7 övladları X19 və X23 MMnin 1159.1.3-cü maddəsinə əsasən vərəsə edir.
22. Məhkəmə qeyd etmişdir ki, 01 mart 2011-ci il tarixdə ölmüş X17 və 24 may 2021-ci il tarixdə ölmüş Əliyev Cahangir Dumu oğlundan miras qalmış əmlakların siyahısı müəyyən edilməlidir. Çünki, məhkəmə araşdırılması nəticəsində ilk iddia tələbində miras əmlak kimi göstərilən bütün əmlakların mərhum Əliyev Cahangir Dumu oğlundan miras qalmadığı müəyyən olunmuşdur. Belə ki, mərhum Əliyev Cahangir Dumu oğlundan miras qalmış əmlak kimi tələb olunan 8000 manat məbləğində pul əslində Əliyev Cahangir Dumu oğlunun deyil, onun oğlu olan Cavabdeh1 məxsus olmuşdur. Belə ki, məhkəmə araşdırılması zaman tədqiq olunan iş materiallarından, CD (DVD) disklərdən və verilmiş izahatlardan məlum olmuşdur ki, Cavabdeh1 Rusiya Federasiyasında işləyərək atasına müəyyən məbləğdə pul göndərmiş və Cavabdeh1 Bakı və Masallı şəhərində yerləşən evlərinin kirayəyə verilməsi ilə bağlı atası tərəfindən alınmış pulların cəmidir. Eləcə də məhkəmə araşdırılması zaman həmin pulların Əliyev Cahangir Dumu oğluna məxsus olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.
23. Həmçinin məhkəmə miras əmlak kimi tələb olunan 35.000 ABŞ dolları məbləğində pulla bağlı qeyd etmişdir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı tədqiq olunan iş materiallarından (tərəflər arasında olmuş əvvəlki məhkəmə çəkişmələri ilə bağlı verilmiş iddia tələbləri, qəbul edilmiş məhkəmə aktları, verilmiş apellyasiya şikayətləri və sairə), CD (DVD) disklərdə olan səs yazılarından və məhkəmə iclası zamanı tərəflərin vermiş olduqları izahatlarla 35.000 ABŞ dolları məbləğində pulun mərhum Əliyev Cahangir Dumu oğluna məxsus olması və miras əmlak olması öz təsdiqini tapmışdır. Eləcə də müəyyən edilmişdir ki, Əliyev Cahangir Dumu oğlu 24 may 2021-ci il tarixdə öldükdən sonra 15 iyun 2021-ci il tarixdə həmin pul məbləği ilə "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş yaşayış kompleksində (yaşayış massivində) İddiaçı adına bir mənzil, Cavabdeh1 adına isə iki mənzil alınmışdır. Həmçinin həmin mənzillərin alınmasına Cavabdeh2 etiraz etməmişdir və o, bununla bağlı vermiş olduğu izahatlarındada qeyd etmişdir (tərəflər arasında olmuş əvvəlki məhkəmə çəkişmələri ilə bağlı olmuş məhkəmə iclasları zamanı).
24. Məhkəmə həmçinin 35.000 ABŞ dollarına münasibətdə iddiaçı cavabdehlər və onların nümayəndələrinin vermiş olduğu izahatlarına münasibət bildirərək qeyd etmişdir ki, tərəflər bu yönümdə izahat verməklə öz mənafeylərini güdürlər. Belə ki, İddiaçı (eyni zamanda onun nümayəndələri) onun üçün alınmış mənzilin miras əmlak kimi qalmış 35.000 ABŞ dolları məbləğində pul hesabına alınmadığını bildirməklə həmin miras əmlakın yenidən bölünməsinə nail olmaq is təyir. Halbuki iddiaçı ilə cavabdehlər arasında olmuş əvvəlki məhkəmə çəkişmələri zamanı iddiaçı onun üçün alınmış mənzilin məhz miras əmlak kimi qalmış 35.000 ABŞ dolları məbləğində puldan alındığını qeyd etmişdir (“həmin puldan mənə və qızlarım üçün 3 (üç) ədəd bir otaqlı ev almalı olduğu halda bir ədəd ev alınmışdır”). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (eyni zamanda onların nümayəndəsi) İddiaçı üçün alınmış mənzilin hazırda miras əmlak kimi mübahisələndirilən 35.000 ABŞ dolları məbləğində puldan alınmadığını onların şəxsi vəsaitləri hesabına alındığını qeyd etmişlər. Halbuki həmin şəxslərin əvvəlki məhkəmə çəkişmələri zaman qəbul edilmiş məhkəmə aktlarında olan izahatlarına nəzər salmış olsaq görərik ki, onlar izahatlarında gah İddiaçı üçün alınmış evin Cavabdeh1 vəsaiti hesabına alınd ığını, gahda Cavabdeh2 şəxsi təsərrüfatında olan mal-qaranı sataraq aldığını qeyd edirlər. Bu isə müxtəlif və qeyri-səmimi fikirlər deməkdir. Həmçinin tərəflər vermiş olduqları bu izahatlarını sübut edə biləcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişlər.
25. Məhkəmə ilk iddia tələbi üzrə araşdırma apararkən işdə olan xx.xx.2012-ci il tarixli İddiaçı adından məhkəməyə təqdim olunmuş ərizə ilə bağlı qeyd etmişdir ki, həmin ərizənin məhkəmənin icraatına qəbul edilməsi ilə bağlı məhkəmə iclas protokolunda hər hansı bir qeyd yoxdur, eləcədə icraata qəbul edilməsi ilə bağlı qərardad qəbul edilməmişdir. Həmçinin ərizəyə daxil olma barədə qeyd vurulmadığı üçün və ilk iddia üzrə iddiaçı və onun nümayəndələri məhkəmə baxışında iddia tələbində olan 8000 manat və 35000 ABŞ dollar pulu miras kimi tələb edildiyindən ərizə tələbin azaldılması kimi qəbul edilməməlidir.
26. Həmçinin ilk iddia tələbi üzrə iddiaçı tərəf (iddiaçı və onun nümayəndələri) Cavabdeh1 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş 28 yanvar 2022-ci il tarixli, **********912 saylı notarial ərizədə qeyd etdiklərinin onun mirasdan imtina etməsi ilə əlaqədar iradəsini ifadə etməsi və həmin ərizənin mirasdan imtina kimi qəbul edilərək miras əmlakların iki hissəyə bölünməsi ilə bağlı məhkəmə iclasında etdikləri tələbi əsassız hesab etmişdir.
27. Belə ki, Cavabdeh1 28 yanvar 2022-ci il tarixli, **********912 saylı notarial ərizəsində bildirmişdir ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m. olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə, rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Payçılıqdan azad edilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 həmin ərizəsində vəfat etmiş valideynlərindən miras qalmış miras əmlak paydan imtina etməsi ilə bağlı hər hansı qeyd yoxdur.
28. Eləcə də məhkəmə ilk iddia tələbində olan şəxsi yaşayış evində miras qəbul edilməsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbində qeyd olunan şəxsi yaşayış evi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eləcə də Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-285B Kod 80510018 saylı ümumi birgə mülkiyyətdə olan 0.09 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evilə bağlı və həmin evin məhrum X21 və Əliyev Cahangir Dumu oğlunun mülkiyyətində olması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər, həmin fərdi yaşayış evi Dövlət Reyestrində qeydiyyatda keçməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.
29. Eyni zamanda Cavabdeh1 Rusiya Federasiyasının Arxangelsk şəhərində yerləşən mənzilini X4 2020-ci ildə satdığını, əldə olunmuş pulun bir qismini atasına göndərdiyi və bir qisminin əvəzində isə Niyaməddin Abıyevə məxsus Masallı şəhərində yerləşən evini aldığını qeyd etmişdir. Lakin Cavabdeh1 həmin məbləğdə pulu atasına göndərməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş Rusiya Federasiy asında əldə edilmiş verilmiş Daşınmaz Əmlaka dair çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası Arxangelsk vilayəti, Arxangelsk şəhəri, Çkalov küçəsi, ev 2-də yerləşən 34 saylı mənzili əldə etmiş və həmin mənzilə dair X4 xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlaka dair çıxarış verilmişdir. Lakin Rusiya Federasiyasında qeyd edilmiş alqı-satqı ilə bağlı alqı-satqı müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda X9 ilə Cavabdeh1 arasında Masallı regional ASAN xidmət mərkəzində notariat ofisində bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, X9 özünə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 57.2 kv.m olan 3 otaqlı mənzilini xx.xx.2023-cü il tarixdə Cavabdeh1 satmışdır. Buda onu göstərir ki, X9 ilə Cavabdeh1 arasında Rusiya Federasiyasında xx.x x.2021-ci il tarixdə və Masallı şəhərində isə xx.xx.2023cü il tarixdə bağlanmış müqavilələr Cavabdeh1 atası Əliyev Cahangir Dumu oğlunun ölümündən sonra baş tutmuşdur.
30. Məhkəmə qeyd etmişdir ki, Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-285B Kod 80510018 saylı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə və ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar müəyyən edilməlidir. Nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda mülkiyyətçilərin hər birinin 1/5 payı vardır. Belə olan halda ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: Əliyev Cahangir Dum u oğlunun 1/5, X11 1/5, X13 1/5, Cavabdeh1 1/5 və X7 1/5 payı vardır.
31. Məhkəmə ilk iddia və qarşılıqlı iddia tələbləri üzrə tədqiq edilmiş faktiki və hüquqi hallara, tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən nəticəyə gəlir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilərək Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.09 hektar torpaq sahəsindən və ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 0.77 hektar torpaq sahəsindən 01 mart 2011-ci il tarixd ə ölmüş X21 və 24 may 2021- ci il tarixdə ölmüş Əliyev Cahangir Dumu oğlunun payına düşən 1/5 hissəsi və 09 oktyabr 2017-ci il tarixli, B0155 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə 24 may 2021-ci il tarixdə ölmüş Əliyev Cahangir Dumu oğluna məxsus "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən 5 saylı binanın, 2-ci mərtəbəsində olan ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənzil vərəsələri Cavabdeh1, Cavabdeh2, X24 və X28 arasında paylara mütənasib şəkildə bölünməlidir.
32. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 223.1, 223.2, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1159.1.1, 1159.1.3, 1159.1.4, 1243.1, 1243.2, 1243.3, 1246, 1255-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
33. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)1008/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: M.Sadıqov - sədrlik edən və məruzəçi, M.Əsədli, A.Novruzova).
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, apellyator qətnaməni Əliyev Cahangir Dumu oğlunun ölümündən sonra miras qalmış 35.000 ABŞ dolları və 8.000 manat pulun vərəsəl ər arasında bölünməməsi və Cavabdeh1 notariat qaydasında atasından miras qalmış Xırdalan şəhərindəki mənzilindən payçılıqdan imtina etməsinin mirasdan imtina kimi qəbul edilməyərək sonuncunun mirasdan payının müəyyənləşdirilməsi hissələrində mübahisələndirir. Apellyator qətnaməni digər hissələrdə mübahisələndirmədiyindən məhkəmə kollegiyası aşağı məhkəmənin qətnaməsini xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsini yalnız mübahisələndirilən hissələrdə apellyasiya şikayətinin həcmində yoxlayır.
36. Hər hansı əmlakın miras qoyanın vərəsələri arasında bölünməsi üçün həmin əmlakın miras kütləsinə daxil olması zəruridir. İlk iddiaçı 8.000 manat pulun mövcud olması və miras qoyan Əliyev Cahangir Dumu oğlundan miras qalması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
37. Miras əmlak kimi tələb olunan 35.000 ABŞ dolları məbləğində pulla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin pulun Əliyev Cahangir Dumu oğlundan miras qalması barədə mötəbər sübutlar mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdən qabaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Canahgir oğluna qarşı 35000 ABŞ dolları və 8000 manat pul tələbi barədə məhkəmədə iddia qaldıraraq həmin pulun mərhum əri Vurğun Əliyevə məxsus olduğundan ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(050)-1744/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədən görünür ki, aparılmış məhkəmə araşdırması nəticəsində 35000 A BŞ dolları pulun iddiaçının mərhum ərinə məxsus olması, o cümlədən 8000 manat pulun, ümumiyyətlə, mövcud olması sübuta yetmədiyindən iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət etmiş, müsbət nəticə əldə olunmadıqdan sonra artıq fərqli əsasla, yəni 35.000 ABŞ dolları və 8.000 manat məbləğdə pulların mərhum qayınatası Cahangir Əliyevdən miras qalmasını bildirib həmin puldan övladlarına pay verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.
38. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)1744/2022 saylı qətnaməsindən görünür ki, məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərir: “Qayınatası vəfat etdikdən sonra qaynı Nahid tərəfindən evdə qayınatasının pul qeydlərinin olduğu dəftər aşkar olunmuşdur. Həmin dəftərdə olan qeydl ərə görə əri Vurğunun 35000 ABŞ dolları və 8000 manat pulu olmuşdur. Dəftərdə olan qeyddən ailə üzvlərinin, o cümlədən cavabdehlər Cahid və Nahidin də məlumatı olmuşdur. Onlar pulun yerini bilmədiklərinə görə qayınatasının yeddi mərasimi başa çatdıqdan sonra evi axtarmağa başlamışlar. Pul Nahid tərəfindən qayınatasının yataq döşəyindən tapılmışdır. Pul tapılanda anası Kəmalə orada olmuş, özü isə atası evində olmuşdur. Bundan sonra pulu ona vermişlər ki, saxlasın və Bakı şəhərində üç ədəd bir otaqlı ev alarlar ki, kirayəyə verib dolansın. Bu məqsədlə razılaşmışlar ki, Cahid, Nahid və anası Kəmalə Bakı şəhərində getsinlər. Təqribən 1 ay sonra Cahid, anası Kəmalə və özü birlikdə Bakı şəhərinə getmişlər. Nahid də Bakıda olduğuna görə onlar Xırdalanda yerləşən “AAF Park” yaşayış kompleksinə gör üşmüşlər. Orada üç müxtəlif sənədə imza etmiş, daha sonra sənədlərin bəzilərində dəyişilik edilmiş, onlara da imza etmişdir. Bütün sənədləşmə işlərinə Nahid nəzarət etmişdir. İmzaladığı sənədlərin 3 ədəd 1 otaqlı evlərin müqavilələri olması ona bildirilmişdir. Həmin sənədləri də ona vermişlər və onlar geri qayıtmışlar. Üzərindən bir müddət keçdikdən sonra ondan sənədləri Nahid almış və bundan 3 ay sonra ona məlum olmuşdur ki, Nahidlə Cahid onu aldatmışlar. Ərindən qalan pula, əslində, onun adına 1 ədəd mənzil alınmışdır. Həmin mənzilin də sənədləri hal-hazırda Cahiddədir və ev mübahisəsinə görə də Cahid mənzilin sənədlərini ona vermir”.
39. Göründüyü kimi, əvvəlki məhkəmə çəkişməsi zamanı iddiaçı tamamilə yeni fikir irəli sürərək onun üçün alınmış mənzilin məhz miras əmlak kimi qalmış 35.000 ABŞ dolları məbləğində puldan alındığını qeyd etmişdir. (“həmin puldan mənə və qızlarım üçün 3 (üç) ədəd bir otaqlı ev almalı olduğu halda bir ədəd ev alınmışdır”).
40. Bundan başqa, iddiaçı tərəf 35000 ABŞ dolları pulun Cahangir Əliyevdən miras qalmış əmlak olmasının sübutu kimi iş materiallarından olan səs yazısına istinad edir. Həmin səs yazısı da 35000 ABŞ dollarının mərhum Cahangir Əliyevdə məxsus olmaqla ondan miras kimi qalması barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, həmin səs yazısında həm 5000 manat, həm də 35000 ABŞ dolları barədə müzakirə aparılır. Həmin puldan mərhum Cahangir Əliyevin hüzr məclisinə xərcləndiyi və s. barədə danışılır. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, 35.000 ABŞ dolları pulun vərəsələr arasında bölünməsi üçün həmin məbləğin mərhumdan miras qalması təkcə kifayət etmir. Həmin məbləğ tam həcmdə mövcud olmalıdır ki, vərəsələrə ondan pay düşsün (ya bankda hər hansı hesabda olmalı, ya da digər hər hansı formada saxlanılmalıdır). Bu hal sübuta yetmir. Odur ki, qeyd olunanların məcmusuna əsaslanaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə etirazının dəlillərini də nəzərə almışdır.
41. Cavabdeh1 28 yanvar 2022-ci il tarixli, **********912 saylı notarial ərizəsindən görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə, rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Payçılıqdan azad edilməsini xahiş etmişdir.
42. Göründüyü kimi, Cavabdeh1 həmin ərizədə payçılıqdan azad edilməsini xahiş etmiş, yəni Cavabdeh1 vəfat etmiş valideynlərindən miras qalmış əmlak payından imtina etməsi ilə bağlı hər hansı qeyd yoxdur.
43. Bundan başqa, həmin ərizə hətta mirasdan imtina kimi qəbul olunsa belə yenə də hər hansı hüquqi nəticəyə səbəb olmayacaqdır. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(106)- 478/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum a nası X17 və mərhum atası Əliyev Cahangir Dumu oğlundan miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Masallı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(050)3125/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minm iş xx.xx.2023-cü il tarixli, 2(106)-478/2023 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(050)3125/2022 saylı qətnaməsi ləğv edilərək iddiaçı Cavabdeh1 cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzaldılması tələbinə dair iddiası təmin edilmiş, mərhum X17 və mərhum Əliyev Cahangir Dumu oğlundan miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıx arışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddət üzrlü hesab olunaraq uzadılmışdır. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normalarına istinad edərək mövqeyini əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. İlk iddia üzrə İddiaçı (vəkil: Nümayəndə3) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayətinin ilk dəlilinə görə, ilkin iddiaçı xx.xx.2015-ci il tarixdə X22 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Ər-arvad kimi yaşadıqları dövrlərdə 2 nəfər uşaqları olmuşdur. X5 02 yanvar 2021-ci ildə ölmüşdür. 2021- ci il ərinin vəfatından sonra qayınatası, yəni ərinin doğmaatası Əliyev Cahangir Dumu oğlu may 2022-ci ildə vəfat etmişdir. Mərhum qayınatası Əliyev Cahangir Dumu oğlu ərinin atası olmaqla ölümündən sonra özünə məsxus bir neçə daşınmaz əmlakları və nəğd pulu miras qalmışdır. Göründüyü kimi iş məhkəmədə araşdırılan zaman tərəflər arasında olan əvvəlki məhkəmə çəkişmələri zamanı qəbul edilmiş qətnamələr və ən əsası isə iş materiallarında olan CD (DVD)disklərdə olan səs yazılarından aydın görünür ki, mübahisələndirilən 35000 ABŞ dolları və 8000 manat pul mərhum Əliyev Cahangir Duma oğlundan miras qalmışdır. Lakin işə baxan məhkəmə kollegi yası qeyd olunan faktları təsdiq edən sübutları təhrif etməklə mərhum Cahangir Əliyevdən miras qalmış 35.000 ABŞ dolları və 8000 manat pulu vərəsəlik sırasından çıxarmışdır. İşə baxan məhkəmə kollegiyası isə qeyd olunan hallara Mülki Məcəllənin 1133-cü maddəsinin tələbi baxımından düzgün hüquqi qiymət verməmişdir.
47. Şikayətin digər dəlilinə görə, Cavabdeh1 28 yanvar 2022-ci il tarixli notarial ərizəsindən görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşaedilmiş bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin a dina (miras qoyan atası Cahangir Əliyevin adına) sənədləşməsinə, rəsmiləşdirilməsinə heç b ir etirazının olmadığını göstərdiyi halda, məhkəmələr səhv nəticəyə gələrək ona miras əmlakından pay hüququ müəyyən etmişdir. Halbuki, Cavabdeh1 payçılıqdan imtina etməklə qeyd olunan əmlaka münasibətdə bütün hüquqlarından imtina etmiş hesab edilməlidir.
48. O da qeyd olunmuşdur ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin təmin edilməyən hissəsi olan Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yerləşən 0.09 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin hüquqi statusunun müəyyən olunmadığını əsas götürərək həmin əmlakın orada yaşayan şəxslərin istifadəsinə verilməsini apellyasiya şikayətində tələb etmişdir, lakin işə baxan apellyasiya inistansiyası məhkəməsi qəbul etdiyi qətnamədə ümumiyyətlə həmin hissəyə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İlk iddia üzrə Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1008/2025 saylı qətnaməsindən İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini təmin etməyərək, həmin qətnamənin dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
50. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
51. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
52. Maddə 1134.1. Qanun üzrə vərəsəlik z amanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
53. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
54. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
55. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
56. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılı rlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
57. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
58. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmla kı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
59. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
60. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.
61. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
62. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesa b edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
67. Maddə 407.2. Kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissə “Əliyev Cahangir Dumu oğlunun ölümündən sonra miras qalmış 35.000 ABŞ dolları və 8.000 manat pulun vərəsələr arasında bölünməməsi və Cavabdeh1 notariat qaydasında atasından miras qalmış Xırdalan şəhərindəki mənzilindən payçılıqdan imtina etməsinin mirasdan imtina kimi qəbul edilməyərək sonuncunun mirasdan payının müəyyənləşdirilməsi” hissələrindən ibarət olmuşdur. Bu baxımdan kassasiya şikayətində əlavə tələblər irəli sürülsə də apellyasiya instansiya məhkəməsi nin qətnaməsi yalnız həmin məhkəmənin araşdırdığı həddə yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiya sı məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
73. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və ilk iddia üzrə iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunm uşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1008/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.