Məhkəmə qərarları › İş №2(102)-3684/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3684/2025

10.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3684/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2684/2025 nömrəli iş üzrə 20 oktyabr 2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.1980-ci il tarixdə ölmüş Cavabdeh3 Hacı oğlunun mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi, xx.xx.2023-cü il tarixdə ölmüş miras qoyan X5 mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bir ləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası xx.xx.2023-cü il tarixdə vəfat etmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 128,10 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0336 ha torpaq sahəsinin ½ hissəsinin üzərində tam payda Cavabdeh1 payının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(011)5064/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı "miras əmlakda payların müəyyən edilməsi" barədə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinin ayrı-ayrılıqda mərhum X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 1/18 hissəsi üzərində miras payları müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) "vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi" tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 mərhum X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində miras payı müəyyən edilməsi, iddianın qala n hissədə təmin edilməməsi, qeyd olunan paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsinin 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə həvalə edilməsi, mərhum X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində Cavabdeh3 miras payının müəyyən edilməsi nəzərə alınması və iş üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq rüsumu ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. (X1)

4. Qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(103)2684/2025 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfi ndən ayrıayrılıqda apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-5064/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı "miras əmlakda payların müəyyən edilməsi" barədə iddia tələbinin tam təmin edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) "payın müəyyən olunması" tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi, 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin üzərində Cavabdeh1 payı 15/36; İddiaçı1 5/36; İddiaçı2 5/36; Şəfiqə Sultanovanın 5/36 və Cavabdeh3 6/36 miras paylarının müəyyən edilməsi, iddiaçı Cavabdeh1 iddiasının digər hissədə təmin edilməməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. (X11 Afət qızının sədrliyi və məruzəsi, X7 və X2 ibarət tərkibdə).

6. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 qeyd olunan qətnamədən kassasiya şikayəti verilməklə yanaşı, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2025-ci il tarixli, 2(103)2684/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(103)-2684/2025 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş ərizə təmin edilmyərək, kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə).

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(103)-26 84/2025 nömrəli qətnaməsi 20 iyun 2025ci il tarixdə Cavabdeh1 özünə və kollegiyanın əvvəlki iclasında iştirak etmiş nümayəndəsivəkili Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(103)-2684/2025 saylı qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 21 avqust 2025ci il tarixə təsadüf edir. Cavabdeh isə qeyd olunan qətnamədən 01 oktyabr 2025-ci il tarixdə kassasiya şikayəti verməklə müəyyən edilmiş müddəti 2 aydan çox müddətə ötürmüşdür. Ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin dəlilləri isə əsassız olmuşdur.

9. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128, 133, 405-ci maddələrinə, “X4 şikayəti ilə əlaqədar Azərbayc an Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2684/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1(103)-2684/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 rəsmi formada təqdim edilməmiş, yalnız BakıApellyasiya Məhkəməsində məhkəmə icraatı zamanı sonuncunun nümayənd əsi və vəkili olmuş Nümayəndə2 elektron kabinetinə yerləşdirilmiş və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclasında iştirak etmiş vəkillə qətnamə qəbul edildikdən sonra heç bir əlaqəsi olmadığına görə mübahisə predmeti olan qətnamədən məlumatı olmamışdır. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan 2 aylıq müddət apellyasiya instansiya məhkəmələrinin qətnamələrinə ağlabatan müddətdə baxılması və vaxtı ötmüş qərarların daimi şəkildə mübahisələndirilməməsi yolu ilə hüquqi müəyyənlik prinsipinin təşviqidir. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilən kassasiya şikayəti üçün prosessual müddətin axımı nümayəndə-vəkil Nümayəndə2 münasibətdə hesablanması qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 subyektiv hüququnun pozulması ilə nəticələnə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

14. Maddə 405.0.1. Qətnamədən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Maddə 416.2. Apellyas iya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 17. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilmə si imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

20. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(103)-2684/2025 saylı qətnaməsi 20 iyun 2025-ci il tarixdə cavabdehin özünə və məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş nümayəndəsi-vəkili Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, cavabdehə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(103)-2684/2025 saylı qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 21 avqust 2025-ci il tarixə təsadüf edir. Cavabdeh isə qeyd olunan qətnamədən 01 oktyabr 2025-ci il tarixdə kassasiya şikayəti verməklə müəyyən edilmiş müddəti 2 aydan çox müddətə ötürmüşdür. Ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin dəlilləri əsassız olduğundan, kassasiya şikayəti geri qaytarılmalıdır.

23. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və prosessual normaların tələbləri hazırkı mübahisəli məsələyə düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsi nin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2025-ci il tarixli, 2(103)-2684/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar