Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3660/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X25, Cavabdeh8 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, miras əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X17, Cavabdeh8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli 2(106)-934/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X32 xx.xx.2023-cü il tarixdə, X38 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
2. X32 və X38 vəfat edəndən sonra onların qeydiyyatdan çıxmış və qeydiyyatda olan övladları:- qızı-Cavabdeh2, oğlu- X33, qızı Cavabdeh3, qızı- Cavabdeh4, oğluCavabdeh8, qızı-Cavabdeh1, qızı-İddiaçı, oğlu-Cavabdeh6, qızı-Cavabdeh5dır.
3. Masallı rayonu Mahmudavar kəndində yerləşən 0,13 ha torpaq sahəsi X38 və onun ailə üzvləri olan X21 verilmişdir.
4. Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,83 ha torpaq sahəsinə X5, X8, X9, X13, X26, X6, Cavabdeh4, Cavabdeh5, X10, Cavabdeh6 hər birinin 1/12 hissədə, X18 2/12 hissədə mülkiyyətindədir. 5. “Satıcılar” X32, X11, X19, X1 İzarə Boyli qızı, Cavabdeh5, X23, X12, X27, X40, Ağayev X35 rayonu, Mahmudavar kəndində yerləşən ümumi sahəsi 1,43 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən bölgü planına əsasən 0,6 ha torpaq sahəsini “Alıcı” X7 mülkiyyətinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Masallı Rayon Məhkəməsinə iddia ərizəsi və daha sonra tələbin həcminin artırılmasına dair ərizə ilə müraciə t edərək mərhum valideynləri X32 ilə X20 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə, mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mərhum anası X20 miras qalmış bir cüt qızıl sırğanı, bir neçə dənə tirmə baş yaylığını, kəsilməmiş və tikilməmiş bir dəst paltarlıq parçasını götürmüş və mərhum atası X14 miras qalmış, bir ədəd qazanı (6 kq çəkidə düyünü bişirmək üçün), iki ədəd “Qurani-Kərim” kitabını və bir ədəd yasin-surəsi kitabçasını, mərhum atasının əl nişanəsi olan bir ədəd təsbehi, namaz qılanda istifadə etdiyi bir ədəd çərəkə kitabçasını, möhür dəstini, zikir tutmaqdan ötrü bir ədəd təsbehi və ondan miras qalan bir ədəd mişarı, bir ədəd balaca baltanı, bir ədəd çəkici, bir ədəd kəlbətini götürmüş, sadaladığı əşyalar hal-hazırda da onun istifadəsindədir. Həmçinin bildirmişdir ki, kiçik bacısı Cavabdeh1 mərhum anası X20 miras qalmış bir cüt qızıl sırğanı, mərsiyə və roza dəftərlərini, mərhum atası X14 övladlarına miras qalmış daşınar əşyalardan bir ədəd paltar tikən maşını, bir ədəd mis kəfkiri, on yeddi ədəd kasan ı, (ləyən məcməyi dəstindən) tək bir ədəd məcməyini götürmüşdür və qeyd etdiyi həmin əşyalar hal-hazırda kiçik bacısı Gülmirənin istifadəsindədir. Böyük bacısı Cavabdeh2 mərhum anası X20 miras qalmış əşyalardan, bir cüt darağlı qızıl sırğanı, mərhum atası X14 miras qalmış müxtəlif rəngi olan daş-qaşlardan ibarət (müalicəvi əhəmiyyəti olan) boyunbağını götürmüş və hal-hazırda həmin əşyalar böyük bacısı Cavabdeh2 istifadəsindədir. Ortancıl bacısı Cavabdeh3, mərhum anası X20 və mərhum atası X14 vərəsələrinə miras qalmış bir mərtəbəli beş otaqlı evdən bir otağı miras kimi qəbul etmiş və mərhum valideynlərindən miras qalmış əşyalardan bir qismini götürmüş, və ortancıl bacısı Cavabdeh3 məxsus olan gəlinlik cehizləri və ev əşyaları faktiki olduğu həmin sözü gedən 7m x 3,5m ölçüdə olan bir otağa y ığmışdır, həmin otaq və həmin əşyalar Cavabdeh3 istifadəsində və sahibliyindədir. Ortancıl bacısı Cavabdeh4 mərhum anası X20 miras qalmış bir dəst paltarlıq parçanı və mərhum anasının geyindiyi və geyinmədiyi təzə paltarlarını və mərhum atası X32 vəfat edənə kimi istifadə etdiyi və ondan miras qalmış bir dəst yorğan-döşəyi (həmin döşəyi sökərək ondan özünə bir ədəd yorğan tikmişdir) və əlavə bir ədəd tək yorğanı da götürmüş və hal-hazırda həmin əşyalar Cavabdeh4 istifadəsindədir. Bir faktı da məhkəmənin diqqətinə çatdırmışdır ki, mərhum atasının həyətyanı torpaq sənədində rəsmi 0,13 ha qeyd olunaraq, göstərilməsinə baxmayaraq mərhum atasının naturada faktiki vəziyyətdə həyətyanı torpaq sahəsi 0,13 ha deyil, əslində naturada faktiki vəziyyətdə bir hektardan çoxdur. Xüsusi ilə qeyd edir ki, müxtəlif illərdə mərhum atasının naturada faktiki vəziyyətdə çəpər daxilində olan bir hektaradək həyətyanı torpaq sahəsində qardaşları cavabdeh X25 mərhum atasının həyətində ayrıca 0,06 ha torpaq sahəsində Cavabdeh8 mərhum atalarının həyətində ayrıca 0,06 ha torpaq sahəsində və Cavabdeh6 mərhum atalarının həyətində ayrıca 0,06 ha torpaq sahəsində özlərinə ev tikmişlər. Mərhum ataları həyətyanı torpaq sahəsində qeyd etdiyi faktiki tikililərin yerləşdiyi torpaq sahəsindən savayı yerdə qalan torpaqlar təxminən 0,5 ha-dan artıq təşkil edir, hal-hazırda faktiki vəziyyətdə əkin sahəsi kimi istifadəsiz qalmışdır. Qeyd etdiyi bu torpaq sahəsini ilin on iki ayı o, bacıları ilə dolanışıqlarını təmin etmək üçün əkib becərmişdir, çünki onların hər birinin həyətyanı torpaq sahəsi demək olar ki, tərəv əz əkmək üçün yaramır. Məhz buna görə mərhum atasının həyətyanı torpaq sahəsində dolanışıqlarını təmin etməkdən ötrü tərəvəz əkmişlər. Mərhum valideynləri hələ “öz'" sağlığında onlara bu şəraiti yaratmışlar. Beləliklə mərhum valideynlərinin sağlığında və ya ölümlərindən sonra təsərrüfatı idarə etmiş, yəni bir hektara qədər əkin sahəsi olan həyətyanı torpaqda istər istixana şəraitində, istərsə də, açıq hava şəraitində, demək olar ki, ilin on iki ayı bacıları ilə tərəvəz əkərək, həmişəki kimi gündəlik, məhsulu satmaqdan ötrü bazara çıxarmış və pay torpağında buğda əkmiş və ya otlaq sahə kimi də mal-qaralarını otarmışlar, yəni pay torpaq da müştərək qaydada, daim istifadələrində olmuşdur.
8. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırki iddia tələbinə heç bir etirazı yox dur. Həmçinin yekun məhkəmə aktı qəbul edilərkən miras əmlakdan ona düşən payın ayrılıb, verilməsini xahiş edir. Bundan əlavə məhkəməyə yazılı izahatını təqdim edərək bildirmişdir ki, o, mərhum anası X20 miras qalmış bir cüt qızıl sırğanı, mərsiyə və roza dəftərlərini, mərhum atası X14 övladlarına miras qalmış daşınar əşyalardan, bir ədəd paltartikən maşını, bir ədəd mis kəfkiri, on yeddi ədəd kasanı, (ləyən məcməyi dəstindən) tək bir ədəd məcməyini götürmüş və qeyd etdiyi həmin əşyalar halhazırda onun istifadəsindədir. Odur ki, mərhum valideynləri X32 ilə X20 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı rayon Mahmudavar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum valideynlərinin ayrı-ayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakları qeyri-şərtsiz qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırılmış iddia tələbini qəbul edir. Mərhum anası X20 və mərhum atası X14 miras qalmış beş otaqlı evdə ona məxsus olan gəlinlik cehizləri və ev əşyalarının hal-hazırda olduğu bir otaq (7mx3m.50sm), onun istifadəsindədir. Bundan başqa, mərhum atasının ölümündən sonra təsərrüfatı idarə etmiş, bacıları ilə həyətyanı torpağı göy-göyərti və tərəvəz əkərək, həmişəki, kimi məhsulu satmaqdan ötrü bazara çıxarmış, pay torpaqda buğda əkmiş və ya otlaq sahə kimi mal-qarasını otarmış, yəni pay torpaq da daim istifadələrində olmuşdur. Xüsusi ilə qeyd edir ki, mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınan miras əmlakın çoxunu, hazırkı mübahisə ilə əlaqədar özünün tikdiyi və yaşadığı evə aparmışdır. Mərhum valideynləri X32 ilə X20 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Mas allı rayon Mahmudavar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh2 bildirmişdir ki, mərhum valideynlərinin ayrı-ayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakları miras kimi qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırdığı iddia tələbini müdafiə edir. Mərhum anasının X20 miras qalmış bir cüt qızıl darağlı sırğanı, atasından miras qalmış müxtəlif rəngi olan daşlardan ibarət boyunbağı (müalicəvi əhəmiyyətli) və sairə yüngül əşyalarından götürmüş və hal-hazırda onun özünün istifadəsindədir. Xüsusilə qeyd edir ki, mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınar miras əmlakın çoxunu, hazır ki, mübahisə ilə əlaqədar özünün tikdiyi və yaşadığı evə aparmışdır. Odur ki, mərhum valideynləri X32 ilə X20 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı Rayon Mahmudavar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə və onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmı ş Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh4 yazılı izahat təqdim edərək bildirmişdir ki, mərhum valideynlərinin ayrı-ayrı illərdə vəfatından sonra, onlardan miras qalan daşınar və daşınmaz əmlakı miras kimi qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırdığı iddia tələbini müdafiə edir. Mərhum anası X20 və mərhum atası X14 ona miras qalmış mərhum anasının geyindiyi və geyinmədiyi paltarları, bir dəst yorğan döşək, bir tək yorğan, və sairə yüngül əşyalarından götürmüş və hal-hazırda onun özünün istifadəsindədir. Bund an başqa mərhum atasının ölümündən sonra təsərrüfatı idarə etmiş, həyətyanı torpağı bacıları ilə göy- göyərti və tərəvəz əkərək, həmişəki kimi məhsulu satmaqdan ötrü bazara çıxarmış, pay torpaqda buğda əkmiş və ya otlaq sahə kimi də mal-qaranı otarmış, yəni pay torpaq da daim istifadəsində olmuşdur. Mərhum atasının sağlığında iş üzrə Cavabdeh6 özünə iki mərtəbəli (beş otaqlı) ev tikmiş, ata evində qalmış vərəsələrə çatası miras paylarını verməmək məqsədi ilə daşınan miras əmlakın çoxunu, hazırkı, mübahisə ilə əlaqədar özünün tikdiyi və yaşadığı evə, aparmışdır. Odur ki, mərhum valideynləri X32 ilə X20 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarına əsasən Masallı Rayon Mahmudavar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə v ə onun üzərində mərhumlar tərəfindən inşa edilmiş bir mərtəbəli beş otaqlı evə və mərhum atası X14 miras qalmış Masallı rayon Mahmudavar kəndində yerləşən 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhumun payı olan 2/12 miras payından onun miras payının müəyyən edilməsi və qanun üzrə vərəsə kimi tanınmağı və mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-82/2025 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 0,13 hektar torpaq sahəsinin 10 mart 2023-cü ildə vəfat etmiş X21 düşən 27/36 hissəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,83 ha torpaq sahəsinin 10 mart 2023-cü ildə vəfat etmiş X21 düşən 18/108 hissəsinin birinci növbədən olan vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X25 və Cavabdeh8 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməsi, JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 0,13 hektar torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilməsi: Cavabdeh6 12/36 hissədə payı, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və Cavabdeh8 hər birinin 3/36 payı, Əmlak Məsələləri Dövlət X idməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,83 ha torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilməsi: Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 hər birinin 11/108 payı, İddiaçı, Cavabdeh2, Cavabdeh3, X15 və Cavabdeh8 hər birinin 2/108 payı, X8, X9, X13, X26, X6, X10 hər birinin 9/108 payı müəyyən edilmişdir (Hakim: Ellara Abbasova).
13. Məhkəmə qeyd etmişdir ki, ilk öncə Masallı rayonu Tatyan kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarına əsasən JN-347A Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ümumi mülkiyyətdə olan 0,13 hektar əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X18 və X24 hər birinin 18/36 payı vardır.
14. Nabat Ağayevanın vəfatından sonra onun payı miras əmlakı qəbul etmiş X21 münasibətdə 27/36, Cavabdeh6 münasibətdə 9/36 kimi müəyyən edilir. X18 vəfatından sonra ona məxsus pay vərəsələri olan 9 övladı arasında bərabər bölünməklə hər birinin 3/36 payı, Cavabdeh6 münasibətdə əvvəlki payı nəzərə alınmaqla 12/36 kimi müəyyən edilməlidir.
15. Bundan başqa digər miras əmlak olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömr əsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,83 ha torpaq sahəsi üzrə də paylar müəyyən edilməlidir.
16. Nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X18 2/12 və X5, X8, X9, X13, X26, X6, Cavabdeh4, Cavabdeh5, X10, Cavabdeh6 hər birinin 1/12 hissədə payı vardır.
17. Həmçinin buna X21 münasibətdə 18/108, digər payçılara münasibətdə 9/108 kimi də yanaşmaq olar. X2 payı hazırkı iş üzrə iddiaçı və cavabdehlər arasında bərabər bölünərsə nəticədə çıxarışda adları qeyd edilən iş üzrə vərəsə olan tərəflər Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 hər birinin 11/108 payı, çıxarışda adları qeyd edilən lakin iş üzrə tərəf olmayan X8, X9, X13, X26, X6, X10 hər birinin 9/108 payı, çıxarışda adları qeyd edilməsə də, X2 vərəsələri olan İddiaçı, Cavabdeh2, Cavabdeh3, X15 və Cavabdeh8 hər birinin 2/108 paylarının olması müəyyən olunacaqdır.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1., 213.1., 213.5., 220.1., 220.2., 220.3., 223.2., 223.3., 223.4., 1133.1., 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində bir çox halları düzgün qiymətləndirmiş, lakin mərhum anamdan qalmış mirası mərhum atası ilə cavabdeh Vuqar arasında bölməsi tamamilə yanlış fikirdir. Çünki mərhum anasından qalmış mirası mərhum atasının qəbul etməsi barədə məhkəməyə mötəbər sübut olan paybəlli çıxarışı təqdim etmişdir. Həmin çıxarışda mərhum atasının payı 2 pay göstərilmiş və bununla da sübuta yetir ki, anasından sonra mirası atası qəbul etmişdir. Məhkəmə isə Vuqarın şəxsi evinin valideyinlərinin evinə yaxın olmasını əsas götürərək elə qənaətə gəlir ki, guya mərhum anasının mirasını mərhum atası ilə birlikdə Vuqarda qəbul etmişdir. Məhkəmə Vuqarın mirası qəbul etməsini istər işə əlavə edilmiş sübutlarla, istərsə də işin faktiki halları ilə əsaslandıra bilməmişdir. Məhkəmə mərhum anasının mirasını Vuqarın da qəbul etməsini qətnaməsində q eyd etsə də, 5 səhifəlik qətnaməsində bunu əsaslandıra bilməmişdir. Məhkəmə qətnaməsində mərhum anası öldükdən sonra mərhum atası ilə cavabdeh Vuqarın guya valideyinlərinin inşa etdiyi 1 mərtəbəli 5 otaqlı evdə birlikdə yaşamaları qənaətinə gəlmişdir. Bu fikir kökündən səhvdir. Hələ valideyinləri sağ olarkən Vuqar təsərrüfatdan ayrılmış, özünə ev inşa etmişdir. Məhkəmə bu cümləni qətnaməsində qeyd etməklə mirasda Vuqarın payını artırmağa zəmin yaratmışdır. Məhkəmə mötəbər sübuta yox, məhkəmə iclasında deyilən yalanlara özünü inandırmışdır. Ananın ölümündən sonra danılmaz faktdır ki, mirası atası qəbul etmişdir. Əfsuslar olsun ki, məhkəmə faktı danmış, əsas və səbəb olmadan Vuqarın mirasda payını qanunsuz qətnaməsi ilə artırmışdır. Məhkəmə nəticədə onun iddia tələbini təmin etsə də, əslində iddia tələbini qismən təmin etmişdir. Əgər iddia tələbi təmin olunsa idi, mərhum atadan qalmış miras əmlak vərəsələr arasında tam şəkildə bölünməli idi. Onun tələbi bundan ibarət olduğu halda, məhkəmə səhvən, yoxsa bilərəkdən əsas olmadan Vuqarın payını artıq göstərmişdir. Qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında uyğunsuzluq mövcuddur və həmin uyğunsuzluğu məhkəmə qətnaməsində əsaslandıra bilməmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-82/2025 saylı qətnaməsinin qismən ləğv edilməsi, yəni mərhum atası X14 JN-347A KOD 80515015 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulmuş 0,13 hektar torpaq sahəsində Cavabdeh6 12/36 hissədə payı ləğv edilərək həmin torpaq sahəsinin vərəsələr arasında bərabər bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdir.
21. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki məhkəmə qətnaməsində bir çox halları düzgün qiymətləndirmiş, lakin mərhum anasından qalmiş mirası mərhum ataları ilə cavabdeh Vuqar arasında bölməsi tamamilə yanlış fikirdir. Çünki mərhum anasından qalmiş mirası mərhum atasının qəbul etməsi barədə məhkəməyə mötəbər sübut olan paybəlli Çıxarışı təqdim etmişdir. Həmin çıxarışda mərhum atanın payı 2 pay göstərilmiş və bununla da sübuta yetir ki, anadan sonra mirası ata qəbul etmişdir. Məhkəmə isə Vuqarın şəxsi evinin valideyinlərinin evinə yaxın olmasını əsas götürərək elə qənaətə gəlir ki, guya mərhum anasının mirasını mərhum atası ilı birlikdə Vuqar da qəbul etmişdir.
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 27 avqust 2025-ci il tarixli 2(106)-934/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (X3 (sədrlik edən və məruzəçi), X34 və X4 ibarət tərkibdə).
23. Birinci instansiya məhkəməsinin işin araşdırılması baxımından bütün yönləri ilə razılaşan apellyasiya məhkəməsi öz mövqeyinə münasibətdə göstərmişdir ki, verilmiş apellyasiya şikayətləri əsassızdır, cavabdeh Vüqar Ağayevin mərhum anasından qalmış mirasın qəbul etməsi barədə rayon məhkəməsinin qənaəti işin hallarına uyğun olmuş, məhkəmə həmin məsələni düzgün həll etmişdir. Ona görə də apellyasiya şikayətlərinin təmin olunması və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil dir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1147.1, 1151.1, 1159.1, 1243.2, 1243.3, 1255, 1274 və 1291-ci və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş materiallarını və verilmiş apellyasiya şikayətini tam, obyektiv və hərtərəfli araş dırıb Şirvan Apellyasiya Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2(106)-934/2025 №-li qətnaməsi ləğv olunması, miras əmlakın vərəsələr arasında bərabər şəkildə bölünməsi ilə bağlı yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmış və qeyd olunmuşdur ki, işə baxan məhkəmələr müvafiq normaları düzgün tətbiq etməmiş və nəticədə iddiaçının mülkiyyət hüququna əsassız müdaxiləni rəsmiləşdirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı Cavabdeh6 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə(vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
29. Maddə 1134.1. qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
30. Maddə 1145. miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
31. Maddə 1147.1. miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
32. Maddə 1151.1. mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. Maddə 1159.1.1. ölənin uşaqları, miras qoya nın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər.
34. Maddə 1243.2. vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. Maddə 1243.3. vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
36. Maddə 1255. qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
37. Maddə 1274.miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qa nun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bolüşdürülür.
38. Maddə 1291. miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 39. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı
40. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edil məsinə razılığın ifadə edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:
50. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
51. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-934/2025 nömrəli iş üzrə 27 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.