Məhkəmə qərarları › İş №2(102)-3389/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3389/2025

09.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3389/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi müddətlərinin uzadılması ilə bağlı mübahisələr, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4nə qarşı “müddətin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağ lı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3250/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 9 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X9 birinci dəfə X16 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1988-ci il tarixdə X10, xx.xx.1990-cı il tarixdə İddiaçı və xx.xx.1998-ci il tarixdə X7 adlı üç övladı doğulmuşdur.

2. X9 ikinci dəfə Cavabdeh2 ilə ailə qurmuş, nikahlarını xx.xx.2020-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Cavabdeh1 və xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adlı iki övladı doğulmuşdur.

3. Azərbaycan Respu blikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD328107 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2**8-ci il, ban nömrəsi VF1KMS6C639483978 olan “Renault Megane” minik markalı **-RL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Zülfüqar Qulubəyovun adına qeydiyyatdan keçmişdir.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu 0,03 ha torpaq sahəsinə istifadə hüququ Zülfüqar Qulubəyovun adına qeydiyyatdan keçmişdir.

5. X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

6. Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-255 və 2V-256 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə lərdən müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh2 nikah müddətində əldə edilmiş ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququna dair payı müəyyən edilərək, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD328107 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi VF1KMS6C639483978, buraxılış ili 2**8-ci il olan “Renault Megane” minik markalı **-RL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində onun 1/2 hissədə, o cümlədən ölmüş ərin həmin nəqliyyat vasitəsində 1/2 hissədə payının olmasına dair, habelə ƏMDX DƏDK və RPHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Zülfüqar Qulubəyova verilmiş **3011**8651 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu X21-Maştağa Yolu ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə istifadə hüququna onun 1/2 hissədə, o cümlədən ölmüş ərin 1/2 hissədə payının olmasına dair şəhadətnamələr verilmişdir.

7. Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-257 və 2V-258 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X5 vərəsələri Cavabdeh2, X11, Cavabdeh3 miras əmlak olan -Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD328107 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi VF1KMS6C639483978, buraxılış ili 2**8-ci il olan “Renault Megane” minik markalı **-RL*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən hər biri 1/6 hissədə, habelə - ƏMDX DƏDK və RPHŞ tərəfindən xx.xx.2023-cü il tar ixdə Zülfüqar Qulubəyova verilmiş **3011**8651 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu X21-Maştağa Yolu ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə istifadə hüququndan hər biri 1/6 hissədə irs almalıdırlar.

8. Cavabdeh4 xx.xx.2024-cü il tarixli, X118 saylı məktubuna əsasən, İddiaçı mərhum atasından qalmış mirasın qəbul edilməsi müddətinin uzadılması, mirasın qəbulu faktının müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2, X6, Cavabdeh3, X8, X3 və Cavabdeh4nə ( bundan sonra cavabdehlər, yaxud ad, soyadı, Notariat Ofisi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, miras qoyan atası X4 qalan miras əmlakın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi, 18 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu ünvanında yerləşən, sahəsi 0,03 kv.m. olan torpaq sahəsi üzərində İddiaçı 1/12, Cavabdeh3 1/12, Cavabdeh1 1/12, cavabdeh Ələkbər Qulubəyovun 1/12, cavabdeh Xalıq Qulubəyovun 1/12 və Cavabdeh2 7/12 hissədə, **-RL-*** dövlət qeydiyyat nömrəli, “Renault Megane” minik markalı nəqliyyat vasitəsi üzərində İddiaçı 1/6, Cavabdeh3 1/16, Cavabdeh1 1/6, cavabdeh Ələkbər Qulubəy ovun 1/6, cavabdeh Xalıq Qulubəyovun 1/6 və Cavabdeh2 1/6 hissədə miras payının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd edilmiş hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının atasının ikinci həyat yoldaşı Cavabdeh2 və onun övladları olan digər cavabdehlər 18 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almışlar. Onlara şəhadətnamə verilərkən iddiaçının atasının digər vərəsələrinin olub-olmaması araşdırılmamışdır. Həmçinin, miras əmlaklardan **-RL-*** dövlət qeydiyyat nömrəli, “Renault Megane” minik markalı nəqliyyat vasitəsi Zülfüqar Qulubəyovla Cavabdeh2 nikahından əvvəl alınmış olsa da, notarius şəhadətnamələrdə həmin əmlakı birgə nikah dövründə alınmış kimi qeyd etmiş, qeyd olunan miras əmlak ın yarısına dair arvada vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı və qardaşları Ələkbər Qulubəyov və Xalıq Qulubəyov Notariat Ofisinə müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə onlara notarius tərəfindən mirasın qəbulu ilə bağlı nəzərdə tutulmuş müddəti ötürdüyü üçün imtina verilmişdir. İddiaçı və qardaşlarının atalarının vəfatından gec xəbərləri olmuşdur. Ona görə də mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Notariat Ofisinə müraciət edə bilməmişlər.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələblərinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün Qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və 18 saylı Notariat Ofisin in xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə digər ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdehlər Xaliq Qulubəyovun və Ələkbər Qulubəyovun cavabdehlər siyahısından çıxarılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 18 Saylı Notariat Ofisinə qarşı müddətin üzrlü hesab edilərək bərpa edilməsi və cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nanın adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmsının xahiş etmişdir.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, 18 saylı Notariat kontorunda vərəsəlik işi açılan zaman miras qoyanın digər vər əsələri araşdırılmamış, eyni zamanda nəqliyyat vasitəsi üzərində paylar düzgün müəyyən edilməmişdir. Belə ki, nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründən əvvəl əldə olunmuş əmlakdır. Miras qoyanın birinci nikahdan olan övladları nəzərə alınmamışdır. Bu səbəbdən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-799/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərardadına əsasən (hakim Samirə Eyvazova), iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 18 Saylı Notariat Ofisinə qarşı “müddətin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraatına “mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi” hissəsində xitam verilmişdir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-799/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinə miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə iddiaçının atası Zülfüqar Qulubəyov xx.xx.2023-cü ildə vəfat etmiş, onun dörd övladı və arvadı qalmışıdır. Ondan Bakı şəhəri, Xəzər rayonu, Bu zovna qəsəbəsi, BuzovnaMaştağa yolu ünvanında yerləşən,sahəsi 0,03 kv.m. olan torpaq sahəsi, **-RL-*** dövlət qeydiyyat nömrəli, “Renault Megane” minik markalı nəqliyyat vasitəsi miras əmlaklar qalmışdır.

17. Məhkəmə mirasın açıldığı an qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən hesab etmişdir ki, iddiaçının vəfat edən şəxsin övladı olması həm mülki iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış və iddiaçı mərhumun qanun üzrə birinci dərəcəli vərəsəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağl ı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mirasdan imtina etməmiş, o, atasının ölümündən məlumatlı olmamış, miras açıldıqdan sonra mirasın qəbulu üçün çağrılmamışdır.

19. Məhkəmə Cavabdeh2 18 saylı Notariat Ofisində verdiyi 8İ-9375 saylı reyestr nömrəli ərizəsini nəzərdən keçirən zaman müəyyən etmişdir ki, Cavabdeh2 mirası qəbul edərkən mərhum ərinin onlardan başqa vərəsələrinin olma dığını bildirərək, iddiaçının adını qeyd etməməklə etibarsız şəhadətnamənin verilməsinə nail olmuşdur.

20. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Mülki Məcəllənin 149-cu maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.

21. Məhkəmə daha sonra hesab etmişdir ki, 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-257 №-li və xx.xx.2023-cü il tarixli, 2V258 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir.

22. Məhkəmə daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının formalaşdırdığı hüquqi mövqeyə əsasən vərəsəlik institutunda buraxılmış müddətin bərpası məsələsi öz aktuallığını itirdiyindən, iddia tələbinə miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilməlidir.

23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokoluna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 149.2, 337.1, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1256, 1274, 1301.1, 1301.2, 1301.3, 1321.1-ci maddələrinə, Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

24. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki işə baxılarkən maddi və prosessual hüquq normalarını pozmuş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmiş, qanunu səhv tə fsir etmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, X17un vəfatından 6 aydan çox vaxt keçdikdən sonra onun birinci nikahından olan, yetkinlik yaşına çatmış övladları - qızı İddiaçı və oğlanları Ələkbər Qulubəyov, Xalıq Qulubəyov atalarından qalan mirasla bağlı notariat kontoruna müraciət etmişlər. Lakin xx.xx.2024-cü il tarixdə onlara notarius tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdükləri üçün imtina verilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, atasının vəfatından gec xəbərləri olmuşdur. Ona görə də mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Notariat Ofisinə müraciət edə bilməmişlər. Qətnamənin 30-cu bəndində qeyd edilmişdir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mirasdan imtina etməmiş, o, atasının ölümündən məlumatlı olmamış, miras açıldıqdaq sonra mirasın qəbulu üçün çağrılmamışdır.” Halbuki, məhkəmədə bunun əksi olaraq müəyyən edilmişdir ki, İddiaçı və qardaşları - mərhumun birinci nikahından olan oğlanları Ələkbər Qulubəyov, Xalıq Qulubəyov, anaları X2 Qulubəyovun ölümü barədə elə ilk günlərdən məlumatlı olmuşlar. Belə ki, xx.xx.2024-cü il tarixdə məhkəmədə izahat verən, mərhumun böyük oğlu Ələkbər Qulubəyov bildirmişdir ki, atası anasından ayrılaraq başqa qadınla ailə qurduğu üçün onunla münasibətləri pis olub. Atasının vəfat etməsi barədə dəfndən 3 gün sonra əmisindən eşitmiş, zəng edərək bu barədə bacısı – İddiaçı məlumat vermişdir. Yas mərasimində iştirak etməmişlər. İfadəsi alınmış iddiaçının qardaşı Xalıq Qulubəyov da Ələkbər Qulubəyovun göstərdiklərini təsdiq etmişdir. İdd iaçının vəkili Vəkil1 da mirasın qəbulu üçün müəyyən edilmiş müddətin buraxıldığını bildirərək onun üzrlü səbəbdən baş verdiyini göstərmiş, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının mərhum atasının vəfatından məlumatlı olması həm də onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, Maştağa Bələdiyyəsinə ünvanlanmış, mərhumdan qalmış mirasa dair xx.xx.2023-cü il tarixli sorğu məktubunun məzmunundan da aydın görünür.

26. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti əsaslandırmaq üçün qətnamədə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına istinad etmişdir. Halbuki, Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qəbul olunan zaman (xx.xx.2023-cü il tarixdə) məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-ci maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verlmir.” Məhkəmə tərəflər arasında mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına uyğun qətnamə çıxarmalı olduğu halda bunu etməmiş, qanunu səhv təfsir etmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Daha sonra iddiaçının anası X12 təşəbbüsü ilə Maştağa Bələdiyyəsinə ünvanlanmış, mərhumdan qalmış mirasa dair xx.xx.2023-cü il tarixli sorğu məktubu göndərilmiş, yalnız 8 ay keçdikdən sonra notariat orqanına müraciət olunmuşdur. Göründüyü kimi, mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras p assivi) toplusu daxildir.

27. Həmçinin, Cavabdeh2, azyaşlı övladları Cavabdeh1 və Cavabdeh3 mərhuma məxsus torpaq sahəsində inşa edilmiş evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmiş, daha sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət edərək vərəsəlik şəhadətnaməsi almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qəbul olunan zaman (xx.xx.2023-cü il tarixdə) məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. İş materiallarına əsasən tərəflər arasında mübahisəli hüquq münasibətləri həmin Qərardan əvvəl yaranmışdır və ilk növbədə həmin zaman qüvvədə olmuş, Mülki Məcəllənin 1246-ci maddəsi ilə tənzimlənməli idi.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3250/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə iddiaçının atası Zülfüqar Qulubəyov xx.xx.2023-cü ildə vəfat etmiş, iddiaçı mərhumun birinci növbəli vərəsələri sırasına daxildir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 18 saylı Notariat Ofisinə qarşı “müddətin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraatına “mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi” hissəsində xitam verilmiş, tərəflər bu qərardadı mübahisələndirməmişlər.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

31. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh vərəsəlik şəhadətnaməsini almaq üçün notariusa müraciət edərkən mərhum ərinin birinci nikahından olan övladları haqqında notariusa mə lumat verməmiş, vərəsəliklə bağlı notarial hərəkətləri həyata keçirən notarius isə miras qoyanın başqa vərəsələrinin olub-olmamasını müəyyən etmək üçün bütün mümkün vasitələrdən istifadə etməklə araşdırma aparmamış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras kütləsinə daxil olan nəqliyyat vasitəsinin miras qoyan tərəfindən nikahdan əvvəl əldə edilməsinə diqqət yetirməmiş, nəticədə iddiaçının qorunması dövlət təminatı altına alınan mülkiyyət hüquqları pozulmuşdur.

32. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarında bu qərarın mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini də, müəyyən e tdiyindən cavabdehin apellyasiya şikayətinin həmin qərarın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkün olmamasına dair dəlili əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu istinad olunan qərarında qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 13 01-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 13, 25.İ, 29.İ, 29.İİ, 29.Vİİ, 60.1, 60.İİ və 60.İV-cü, 71-ci, Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1255, 1301.1, 1301.2, 1301.3, 1321.1, 1321.2, 1321.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunlu ğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 384.0.1, 385.2, 403.1, 405.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasınını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh2, azyaşlı övladları - Cavabdeh1 və Cavabdeh3 mərhuma məxsus torpaq sahəsində inşa edilmiş evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmiş, daha sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət edərək vərəsəlik şəhadətnaməsi almışlar. X17 vəsiyyətnamə qoymamışdır. Cavabdeh2 mərhumumun rəsmi nikahda olduğu həyat yoldaşı, azyaşlı övladları - Cavabdeh1 və Cavabdeh3 isə mərhumun qanun üzrə birinci növbəli varisləridir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli Plenum Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də, Mü lki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qəbul olunan zaman (xx.xx.2023-cü il tarixdə) məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri həmin Qərardan 9 ay əvvəl yaranmış və ilk növbədə həmin zaman qüvvədə olmuş, Mülki Məcəllənin 1246-cı maddəsi ilə tənzimlənməli idi. 37. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən həmin maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulun a yol verilmir.” Miras X17un vəfatı ilə xx.xx.2023-cü il tarixdə açılmışdır. İddiaçı yas mərasimində iştirak etməsə də mirasın açılması və atasının vəfatı barədə hadisənin 3-cü günü qardaşı Ələkbər Qulubəyov vasitəsilə məlumat almışdır. Daha sonra İddiaçının anası X13 təşəbbüsü ilə Maştağa Bələdiyyəsinə ünvanlanmış, mərhumdan miras qalmış mirasa dair xx.xx.2023-cü il tarixli sorğu məktubu göndərilmiş, yalnız 8 ay keçdikdən sonra notariat orqanına müraciət olunmuşdur. Göründüyü kimi mirasın qəbulu üçün müəyyən edilmiş müddət üzrlü səbəb olmadan ötürülmüşdür.

38. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı atasının ölümündən məlumatlı olmamış, miras açıldıqdan sonra mirasın qəbulu üçün çağrılmamışdır. İş materiallarına əsasən isə məlumdur ki, İddiaçı və qardaşları mərhumun birinci nikahından olan oğlanları Ələkbər Qulubəyov, Xalıq Qulubəyov, anaları Samirə Nuriyeva, Zülfüqar Qulubəyovin ölümü barədə elə ilk günlərdən məlumatlı olmuşlar. Bu iddiaçının doğma qardaşları Ələkbər Qulubəyov və Xalıq Qulubəyovun məhkəmədə verdikləri izahatları ilə təsdiq etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 da mirasın qəbulu üçün müəyyən edilmiş müddətin buraxıldığını bildirərək onun üzrlü səbəbdən baş verdiyini göstərmiş, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının mərhum atasının vəfatından məlumatlı olması həm də onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, Maştağa Bələdiyyəsinə ünvanlanmış, mərhumdan miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixli sorğu məktubunun məzmunundan da aydın görünür. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti əsaslandırmaq üçün qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına istinad etmişdir. Halbuki, Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qəbul olunan zaman (xx.xx.2023-cü il tarixdə) məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

39. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfi ndən müdafiə olunur.

40. Maddə

29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

42. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

43. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

44. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

45. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

46. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

47. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

48. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

49. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəb ul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (21 iyun 2025-ci il tarixədək qüvvəd olmuş redaksiyada)

50. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (26 dekabr 2023-cü il tarixədək qüvvəd olmuş redaksiyada)

51. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (21 iyun 2025-ci il tarixədək qüvvəd olmuş redaksiyada)

52. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasın da əldə edirlər.

53. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

54. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilərlər. Bu zaman yerində olmayan vərəsənin payı ayrılmalıdır.

55. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydad a əmlakı bölüşdürə bilərlər.

56. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

57. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

58. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A zərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

61. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

62. Maddə 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

64. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflər in hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulm uş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

75. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilm əməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

80. Belə ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atasının ikinci həyat yoldaşı Cavabdeh2 və onun övladları olan digər cavabdehlərin Notariat Ofisinə müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almalarını, lakin onlara şəhadətnamə verilərkən atasının digər vərəsələrinin olub-olmamasının araşdırılmamasını, miras əmlaklardan “Renault Megane” minik markalı nəqliyyat vasitəsinin atası Zülfüqar Qulubəyovla Cavabdeh2 nikahından əvvəl alınmış olsa da, notariusun şəhadətnamələrdə həmin əmlakı birgə nikah dövründə alınmış kimi qeyd etməsini, göstərilən miras əmlakın yarısına dair arvada vərəsəlik haqqında şəhadətnamə verilməsini, o, və qardaşlarının Notariat Ofisinə müraciət etmələrini, lakin notarius tərəfindən onlara mirasın qəbulu ilə bağlı nəzərdə tutulmuş müddəti ötürdükləri üçün imtina verilməsini, onların atalarının vəfatından gec xəbərlərinin olmasını, ona görə də mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Notariat Ofisinə müraciət edə bilməmələrini qeyd edərək, miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilm əsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nanın adına 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

81. Cavabdeh2 iddia tələbinə qarşı etirazında, iddiaçının və qardaşlarının atasının ölümündən üç gün sonra məlumatlarının olmasını, X17un birinci nikahdan olan övladlarının qanunla müəyyən edilmiş müddət ərizində mirası nə faktik, nə də notariusa müraciət etməklə qəbul etmədiklərini qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

82. Birinci instansiya məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının qəbulundan sonra mirasın qəbulu müddətinin artıq mövc ud olmamasına istinad olunaraq, iddia tələbinin icraatına “mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi” hissəsində xitam verilsə də, tərəflər həmin qərardadı mübahisələndirilməmişlər.

83. Bundan sonra birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə iddianı qismən təmin edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına istinad edərək, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətlərinin vərəsənin mirasdan imtina etməsi anınadək davam etməsini, vərəsə statusunda olan şəxsin bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsin ə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməli olmasını qeyd edərək, iddiaçının mirasdan imtina etmədiyini, atasının ölümündən məlumatlı olmadığını, miras açıldıqdan sonra mirasın qəbulu üçün çağrılmadığını, Cavabdeh2 Notariat Ofisində verdiyi ərizəsində mirası qəbul edərkən mərhum ərinin onlardan başqa vərəsələrinin olmadığını bildirərək, iddiaçının adını qeyd etməməklə etibarsız şəhadətnamənin verilməsinə nail olmasını qeyd etmiş, Mülki Məcəllənin 149-cu maddəsinə əsasən iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olduğunu vurğulamışdır.

84. Birinci instansiya məhkəməsi eyni zamanda qəbul etdiyi qətnamədə, iddia tələbinə miras qoyan Zülfüqar Qulubəyovdan qalan miras əmlakın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi hissəsində xitam verilməsi barədə təkrar nəticəyə gələrək (halbuki məhkəmə iddianın həmin hissəsinə qəbul etdiyi qərardadda artıq qiymət vermişdir), mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq vərəsəlik institutunda buraxılmış müddətin bərpası məsələsinin artıq öz aktuallığını itirməsi ilə əsaslandırmışdır. Tərəflər həmin hissədə qətnaməni mübahisələndirməmişlər.

85. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, cavabdeh vərəsəlik şəhadətnaməsini almaq üçün notariusa müraciət edərkən mərhum ərinin birinci nikahından olan övladları haqqında notariusa məlumat verməmiş, vərəsəliklə bağlı notarial hərəkətləri həyata keçirən notarius isə miras qoyanın başqa vərəsələrinin olub-olmamasını müəyyən etmək üçün bütün mümkün vasitələrdən istifadə etməklə araşdırma aparmamış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras kütləsinə daxil olan nəqliyyat vasitəsinin miras qoyan tərəfindən nikahdan əvvəl əldə edilməsinə diqqət yetirməmiş, nəticədə iddiaçının qorunması dövlət təminatı altına alınan mülkiyyət hüquqları pozulmuşdur.

86. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmin qərarın mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini əsaslı hesab edərək, cavabdehin apellyasiya şikayətinin həmin qərarın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkün olmamasına dair dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu istinad olunan qərarında qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanu nla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

87. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarının tətbiq edilməli olması barədə mövqeyi düzgün olmamaqla, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan qərarda nəzərdə tutulan hüquqi mövqe düzgün təfsir olunmamış və maddi hüqu q norması düzgün tətbiq edilməmişdir.

88. Belə ki, X17un öldüyü vaxt, yəni mirasın açıldığı xx.xx.2023-cü il tarixdə Mülki Məcəllənin mirasın qəbul edildiyi müddəti nəzərdə tutan 1246-cı maddəsi qüvvədə olmuş, hazırkı mülki iş üzrə iddia isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının qəbul olunduğu tarixdə mülki iş məhkəmənin icraatında olmamışdır.

89. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsi ilə yanaşı, eyni zamanda mülki dövriyyə nin sabitliyinin təmin olunması baxımından həmin qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur.

90. Bundan başqa iddianın yuxarıda qeyd olunan hissədə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla müəyyən olunan müddətdə mirası faktik, yaxud da qanunla müəyyən edilmiş qaydada qəbul edib-etməməsinin yoxlanılmamasına əhəmiyyət verməmiş, özü də həmin məsələ ilə bağlı hər hansı araşdırma aparmamış, bununla bağlı işdə olan sübutlara isə hüquqi qiymət verməmişdir.

91. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır. Belə ki, apellyasiya instansiya sı məhkəməsi qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməli olması və vərəsələr arasında miras əmlakın bölüşdürülməli olması barədə nəticəyə gəlsə də, mirasdan imtinanın artıq mövcudluğu təsdiq olunmuş vərəsəlik hüququnun rədd edilməsini ifadə etməsini, həmçinin qanunla müəyyən olunmuş müddətə bağlı olmasını, yəni mirasdan imtinanın, mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində icra edilməli olmasını diqqətdən qaçırmışdır. Halbuki iddiaçının nümayəndəsi və vəkili Vəkil1 da iddia ərizəsində mirasın qəbulu üçün müəyyən edilmiş müddətin buraxıldığını qeyd edərək, müddətin üzrlü səbəbdən baş verdiyini göstərmiş, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

92. Məhkə mə kollegiyasının mövqeyinə görə bu halda məhkəmələr iddiaçı tərəfindən mirasın faktik, yaxud da qanunla müəyyən edilmiş qaydada qəbul edilib-edilməməsini, yəni onun mirasqoyanın miras qalmış əmlakına münasibətdə vərəsəlik hüququnun mövcud olub-olmamasını mütləq yoxlanılmalı idilər.

93. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində mirasın qəbulu ilə bağlı ona şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət edə, yaxud həmin müddət ərzində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtin a etmədikdə vərəsə kimi qalmaqda davam edir.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burad a nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.”

95. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin da vamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə m iras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

96. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

97. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması qəbulla şərtləndirilməsi ilə bağı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.

98. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

99. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qə bul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”

100. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi, onun miras əmlakı qəbul etməsi əsası ilə təmin edilmiş, lakin göstərilən tələbə Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq hüquqi qiymət verilməmişdir.

101. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsinin təsviri əsaslandırıcı hissəsində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-257 №-li və xx.xx.2023-cü il tarixli, 2V258 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməli olduğu qeyd olun sa da, qətnamənin nəticə hissəsində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi qeyd olunmuş, lakin fərqli əmlaklarla bağlı olan və etibarsız hesab edilməsi qərara alınmış şəhadətnamənin tarixinə və nömrəsinə istinad edilməmişdir.

102. Həmçinin işdə iki əmlakla bağlı vərəsəlik şəhadətnaməsi mövcud olmasına baxmayaraq, iddia tələbinin həcminin azaldılması haqqında ərizədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nanın adına 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi hansı əmlaka dair, hansı nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməli ol duğunu dəqiqləşdirmədən, qeyri-müəyyən tələbin olduğu iddia ərizəsi üzrə, anlaşılmaz yekun məhkəmə aktı qəbul etmişdir.

103. Qətnamənin qanuni və əsaslı olmasını yaxlamalı olan apellyasiya instansiyası məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarına hər hansı diqqət yetirməmiş, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsini dəyişdirmədən saxlamışdır. 104. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2**5-ci il Qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Qərarın 6.9-cu bəndinə əsasən isə məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı, ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olu nmalıdır.

105. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə mirasın açılmasından sonra qanunla müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfindən mirasın qəbul edilib-edilməməsini yoxlamamış, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

106. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

107. Eləcə də qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərir.

108. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun oldu ğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

109. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olun an hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 110. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

111. Məhkəmə qətnaməsinin əsasl andırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

112. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

113. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi n əticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları iddiaçının mirasın açıldığı vaxt qüvvədə olmuş mülki qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğunun, mövcud olduğu halda, iddia ərizəsində etibarzıslığı tələb olunan əqdlərin etibarsız olub-olmaması məsələsinin həll edilməsi, habelə miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

114. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan hüquqi mövqe nəzərə alınmalqa yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmi yyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

115. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3250/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəm əsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar