Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3092/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARDAD Açar sözlər:. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 s aylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat Kontoruna qarşı çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2025-ci il tarixli 2(103)3401/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. X12 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112, 84 saylı mənzil xx.xx.2015-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən oğlu X13 miras qalmış, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıl mış və sonuncunun mülkiyyətinə keçmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2016-ci il tarixli qətnaməsinə əsasən X8 iddiası təmin edilərək X13 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair tam olaraq verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunmuş, həmin şəhadətnamə əsasında verilmiş çıxarış ləğv edilmiş, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş yuxarıda göstərilən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin Cavabdeh2 satılması haqqında müqavilə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, miras qoyanın digər övladı X8 həmin mənzilin ½ hissəsinə vərəsəlik hüququ tanımışdır.
3. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 23 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş 2(103)-4140/2022 saylı 13 sentyabr 2 022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 şikayəti təmin edilmiş, xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində təsdiqlənmiş müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin Cavabdeh2 satılması haqqında müqavilə bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada əməl olduğunu, Cavabdeh2 müqavilə bağlanarkən vicdanlı alıcı olduğu təsdiqlənmiş, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 sentyabr 2016-ci il tarixli qətnaməsi ləğv edilmişdir.
4. İddiaçı ilə X14 arasında xx.xx.1989-cu ildə nikah bağlanmış, xx.xx.2020-ci il tarixdə X14 ölmüş, xx.xx.2021-ci ildə Rusiya Federasiyasında iddiaçıya X8 hüquqi varisi olması barədə qanun üzrə şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanda yerləşən 84 saylı mənzilə Cavabdeh2 adına DƏDKR Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və iddiaçı X4 ünvan 4 ünvanda yerləşən 84 saylı mənzildə onun 1/2 hissədə vərəsəlik hüququnun tanınması və həmin mənzildə onun adına 1/2 hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra onun iki vərəsəsi qalmışdır – həyat yoldaşı X9 və oğlu X10. Qanun üzrə vərəsəlik şəhadətnaməsin əsasən xx.xx.2020-ci il tarixdə v əfat etmiş X8 (oğlu X6 anası X5 xeyrinə imtina edilməsi nəzərə alaraq) vərəsəsi onun həyat yoldaşı X9 hesab olunur və miras qalmış əmlakda Olqa Bədirovanın payı göstərilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən mənzil X8 (1/2 hissəsi) və X12 adlarına (1/2 hissəsi açıq saxlanılmışdır) dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı X9 ünvan 5 ünvanda yerləşən 84 saylı mənzilə dair xx.xx.1958-ci il tarixdə anadan olmuş X5 adına 1/2 hissədə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 15 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli 845 №li məktubu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə veri lməsini tələb etdiyi mirasa daxil olan əmlaka dair daşınmaz əmlakın hüquq-müəyyənedici sənədi olmadığından və həmin əmlak özgəninkiləşdirildiyindən X7 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmaması barədə cavab vermişdir. Cavabdeh2 qanunsuz olaraq yuxarıda qeyd edilmiş ünvanda yerləşən 84 saylı mənzilə mülkiyyət hüququna daxil olmuşdur. Çünki əvvəlki məhkəmənin qərarı ilə iddiaçının ərinə miras qalmış mənzildə 1/2 pay ayrılıb və bu barədə Cavabdeh2 xəbəri olmuşdur.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-423/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim R.Əhmədov)
8. Məhkəmənin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə Cavabdeh2 ilə Alik Bədirovun arasında xx.xx.2015-ci il tarixində mənzilin alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunduğu, Cavabdeh2 müqavilə bağlanarkən vicdanlı alıcı olduğu müəyyən edilmişdir. Ona görə də Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və mənzil üzərində ½ hissədə iddiaçının vərəsəlik hüququnun tanınması və bu barədə şəhadətnamə verilməsi barədə iddia tələbi təmin edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 140, 182.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olu nması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Ruslan Bədirova aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, xx.xx.2016-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən X11 adına verilmiş xx.xx.2015-ci il tarixli 2V47 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab olunmuşdur və X8 həmin mənzilin ½ hissəsinə vərəsəlik hüququ tanınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2025-ci il tarixli 2(103)3401/2025 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məh kəməsinin iş üzrə 10 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. ( hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə)
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 bağladığı əqdə münasibətdə vicdanlı olduğu, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmadığı, mənzili əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırdığı məhkəmə qətnaməsi ilə sübut olunmuş hal kimi müəyyən olunmuşdur. Bununla da vicdanlı əldə edən kimi Cavabdeh2 iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır.
14. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas vermir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 152.1, 182.1-ci, Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi mülki kolleqiyasının 2(103)-3401/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətində MM-nin 1159.1, 1252.2, 1321, MPM-nin 14.1, 88-ci maddələrinin tələblərinin pozulduğuna istinad ed ilmişdir.
18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən mübahisələndirilən qə tnamə ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.
23. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X8 hüquqi varisidir və X14 tərəfindən mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112, 84 saylı mənzilin əvvəlki mülkiyyətçisi X13 qarşı (Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti və Bakı şəhəri 15 saylı Notariat Kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qaldırdığı iddia ərizəsində irəli sürülmüş tələblərin bir hissəsi hazırda hüquqi varisi tərəfindən irəli sürülən tələblərlə eyni olmuş, həmin tələblərə baxılaraq Bakı Apelyasiya Məhkəməsinin MK-nın 23 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş 2(103)-4140/2022 saylı 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir.
24. MPM-nin 50.3-cü maddəsinə ə sasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə aktlarından görünür ki, Cavabdeh2 X8 iddia tələbi üzrə cavabdeh qismində cəlb edilməsə də, iddiaçı tərəfindən ona qarşı tələblər irəli sürülərək onunla bağlanmış alqı-satqı müqaviləsi, mülkiyyət hüququnun qeydiyyatı və əldə etdiyi çıxarış mübahisələndirilmiş, Cavabdeh2 mülkiyyətinə keçmiş mənzilin ½ hissəsinə iddiaçının vərəsəlik hüququnun tanınması tələb edilmiş, məhkəmələr tərəfindən bu tələblərə mahiyyəti üzrə baxılaraq Cavabdeh2 vicdanlı alıcı hesab edilmiş, onunla bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. MPM-nin 58-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çı xdıqda -şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslər dəyişdikdə (əmlakın mülkiyyətçisinin dəyişməsi və s) hüquq varisliyi qaydasında tərəfin əvəz edilməsinə yol verilir və hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər hüquqi varisi üçün məcburi olur.
26. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia yolverilməz hesab edilir. MPM-nin 261.0.2-ci maddəsi isə iddia ərizəsi icraata qə bul edilmişsə belə bir hal müəyyən edildikdə hakim tərəfindən iş üzrə icraata xitam verilməli olduğunu müəyyən edir.
27. Qeyd edilən normalardakı “tərəflər” sözü hüquq varisliyi qaydasında mübahisəli hüquq münasibətinin əvvəlki iştirakçının hüquqlarını əldə etmiş şəxsləri də ehtiva edir.
28. Prosessual qanunvericiliyin qeyd edilən normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş eyni iddia predmeti ilə bağlı tələblərin iddiaçının hüquqi varisləri tərəfindən yenidən eyni əsasla, eyni cavabdehə (və ya həmin predmeti bu cavabdehdən əldə etmiş şəxslərə qarşı) irəli sürülməsi yolverilməz olmaqla hüquqi müəyyənlik prinsipinə ziddir.
29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismə n təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3401/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
30. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3401/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.