Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2560/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-794/2025 nömrəli iş üzrə, 8 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərini yeni tikilmiş (açıl ışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərin hüquqlarının pozulmasına cəhd göstərməsi, onların sağlamlığı və təhlükəsizliyinin risk altına atılmasına səbəb olması, rəhbərliyin verdiyi qanuni göstərişlərə məhəl qoymadan, şagirdləri təhsildən yayındırması və bu prosesi özünün “Tiktok” sosial şəbəkə hesabından canlı videogörüntü paylaşması əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2.1-ci və 23.3.8-ci maddələrinin, “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.3.1-ci. 2.3.2-ci, 2.7.1-ci, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğu üçün İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrinin ləğv edilməsi, habelə bu barədə elektron sistemdə müvafiq düzəliş edilməsi, İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə bər pa olunması və xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanaraq ona ödənilməsi, Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi zərərə görə 1000 manat məbləğində kompensasiya cavabdehdən tutularaq ona ödənilməsi və mediasiyada iştirakla bağlı çəkdiyi 60 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, 16 sentyabr 2024-cü il tarixdən etibarən ölkədə məktəblərdə, o cümlədən çalışdığı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbdə 2024-2025-ci tədris ili üzrə dərslər başlamışdır və o da həmin məktəbdə ibtidai sinif müəllimi olaraq çalışmışdır. Eyni zaman da 82 saylı X1 üzrə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı xx.xx.2024-cü il tarixində deputatlığa namizəd kimi qeydə alınmışdır. İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin direktoru Cavabdeh1 tələb və təkidləri ilə 16 sentyabr 2024-cü il tarixində müəllimi olduğu sinifə dərs tədris etmək üçün məktəbə getmişdir. Məktəbin binası istismara yararsız olduğu üçün, onun yerində 2 ildir ki, yeni məktəb binası inşa olunurdu. Köhnə bina söküldüyünə görə, əvvəlki tədris ilində dərslər müvəqqəti olaraq Aranlı kəndində yerləşən 2 saylı məktəbdə tədris olunurdu. Məktəb təmirə bağlandıqdan sonra 2 il idi ki, böyük həvəslə yeni məktəb binasının açılışını gözləyirdi və dərsləri şagirdlərinə təmirli və yaxşı şəraiti olan bir məktəbdə tədris etmək üçün səbirsizlən irdi. xx.xx.2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasında olan zaman direktor Cavabdeh1 ona zəng edərək işə gəlməyi tələb etmiş, o, ona bu barədə ərizə yazdığını bildirdiyi zaman ona “bu işin axırı yaxşı olmayacaq, mən sənin ərizəni qəbul etmirəm” demiş və onu təhdid etmişdir. O, isə bununla bağlı DİN-in Qaynar Xətti olan 102 nömrəsinə şikayətini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində məktəb direktoru Cavabdeh1 tərəfindən bütün müəllimlərə yeni məktəbin açılışı olmadığından dərslərin bir neçə gün daha digər məktəbdə tədris olunacağı ilə bağlı “WhatsApp” tətbiqi üzərindən səsli mesaj göndərilsə də, ona bu barədə qərəzli şəkildə heç bir məlumat verilməmişdir. Yalnız daha əvvəl – sentyabr ayının 1-də Cavabdeh1 onunla danışan zaman öz məktəbinə (Y.Sadatxanov adına 1 saylı tam orta məktəbə) gəlməli olduğunu bildirmişdir. Odur ki, xx.xx.2024-cü il tarixində başqa məktəbə getməli olduğu ilə bağlı məlumatı olmadığından, eyni zamanda dərslərin inşası başa çatmış yeni məktəb binasında tədris olunacağı güman etdiyindən şagirdlərini oraya gəlməyə dəvət etsə də, Cavabdeh1 tələbi ilə məktəbin qapıları bağlanılmış və şagirdlərlə birlikdə binaya daxil olmağına icazə verilməmişdir. Məktəbə daxil olmağına icazə verilmədiyindən, həmçinin şagirdləri ilə birlikdə digər məktəbə getmək üçün uzun məsafə qət etməli olduğundan, yolda kifayət qədər vaxt itirəcəyini də nəzərə alaraq, məktəbin həyətində yerə xalça sərərək şagirdlərinə dərs keçməyə məcbur olmuşdur. Cavabdeh1 onun bu davranışını əsassız və qərəzli şəkildə Əmək Məcəlləsinin, “Ümumi təhsil haqqında” Qanunun və Təhsilve rənlərin etik davranış Qaydalarının müddəalarının pozulması kimi qiymətləndirərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 17 sentyabr 2024-cü il tarixli, 50 nömrəli əmr vermişdir. Əmrdə İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin rəyinin alınması göstərilsə də, həmin rəy ona təqdim edilməmiş, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olması göstərilməmişdir. Baş verən mübahisə ilə bağlı ilkin mediasiya sessiyasında iştirakla bağlı qarşı tərəfə təklif göndərilsə də, cavabdeh mediasiyada iştirak etməmişdir. Hesab edir ki, Cavabdeh1 tərəfindən verilən əmr əsassız və qanunsuz olduğundan hazırkı iddia tələbi təmin olunmalıdır. İşin faktiki hallarından da məlum olduğu kimi 82 saylı X1 üzrə AR Milli Məclisinə seçkilərlə bağlı xx.xx.2024-cü il tarixində deputatlığa namizəd kimi qeydə alınmışdır və seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixində təsdiq edilmişdir. Həmin müddət aralığında Seçki Məcəlləsinin 70.3-cü maddəsinə müvafiq olaraq heç bir halda işdən çıxarıla bilməz. Odur ki, Cavabdeh1 əmək müqavilənin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmri Seçki Məcəlləsinin müvafiq müddəası ilə ziddiyyət təşkil etdiyindən qanunsuz hesab olunmalıdır. Bu da öz növbəsində qanunsuz əmrin ləğv edilməsini şərtləndirir. Bundan başqa, adı çəkilən əmrdə qeyd olunur: “xx.xx.2024-cü il tarixdə saat 5:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərini yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranl ı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərin hüquqlarının pozulmasına cəhd göstərmiş, onların sağlamlığı və təhlükəsizliyinin risk altına atılmasına səbəb olmuş, rəhbərliyin verdiyi qanuni göstərişlərə məhəl qoymadan şagirdləri təhsildən yayındırmışdır”. Bildirir ki, əmrdə şagirdlərin sağlamlıq və təhlükəsizliyinin risk altına qoyulmasının nədə ifadə olunduğu göstərilməmişdir. Çünki şagirdlərin sağlamlıq və Təhlükəsizliyinə qarşı hər hansı bir risk olmamışdır və bu səbəbdən Cavabdeh1 qərəzli şəkildə ümumi cümlələrdən istifadə etməklə sanki təhlükə varmış kimi təəssürat yaratmağa çalışmışdır. Digər bir məsələ isə əmrdə şagirdləri təhsildən yayındırmağı qeyd edilib. Digər bir məsələ isə əmrdə şagirdləri təhsildən yayın dırmağı qeyd edilib. Lakin bunun da nədə ifadə olunduğu göstərilməmişdir. Qeyd edir ki, adıçəkilən qanunsuz əmrdə həm də Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, “Ümumi təhsil haqqında” Qanunun 22.2.1-ci və 23.3.8-ci maddələrinin, habelə Təhsilverənlərin etik davranış Qaydalarının 2.3.1-ci, 2.3.2-ci, 4.3-cü və 4.4-cü bəndlərinin müddəalarını kobud şəkildə pozduğu qeyd edilmişdir. Digər bir məsələ isə guya sosial şəbəkələrdə işlədiyi məktəbin adına xələl gətirən, nüfuzunu aşağı salan paylaşımlar etmişdir. Bu tamamilə uydurma bir iddiadır. Onun paylaşımları əksinə məktəbin daha da yaxşı olması, təhsilin keyfiyyətinin artırılması, şagirdlər üçün əlverişli şərait yaradılması istiqamətində olmuşdur. Özü dəfələrlə məktəbin təmir olunması, şəraitinin yaxşılaşdırılması ilə bağlı icra başçısının qəbulunda olmuşdur. Daim işlədiyi müəssisənin mənafeyi, onun adının ucaldılması istiqamətində əlindən gələnin ən yaxşısını edən bir müəllimin əslində paylaşımları ilə etik davranış qaydalarını pozduğunu iddia etmək, əlbəttə ki, inandırıcı deyil. Qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi, özü də xitam əsası qismində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin qeyd edilməsi, bunlar azmış kimi heç bir sübut olmadan guya Təhsilverənlərin etik davranış Qaydalarını pozmağım təəssüratı yaradılması onda dərin sarsıntılara yol acmış, mənəvi iztirablar çəkməyinə səbəb olmuşdur. Çünki, onun kimi işinə vicdanla yanaşan bir müəllimə qarşı bu cür davranış sərgilənməsi ölkəmizdə təhsilə, təhsilverənə olan hörməti təcəssüm etdirir. Vəziyyətin bu cür olması onu məyus edir, gəl əcəyə olan pozitiv inamını sorğulamağına səbəb olur. Onunla oxşar taleyi paylaşan insanları düşündükcə, çəkdiyi mənəvi "işgəncələrin” ağrıları daha da kəskinləşir. Ümumiyyətlə, heç kəs bu cür qanunsuz əməllərə görə əzab çəkməməlidir. Odur ki, Cavabdeh1 tərəfindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi işsiz qalmağına, ən əsası isə sevimli şagirdlərindən uzaq düşməyinə səbəb olmuş, nəticədə cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmuşdur.
4. Məhkəmə iclasında iştirak edən İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbində direktor vəzifəsində çalışır. İddiaçı xx.xx.2024-cü il tarixində məktəbin həyətində yerə xalça sərərək şagirdlərinə dərs keçmişdir. O, həmin tarixdə yeni məktəb binasında dərs olmayacağı barədə məlumatlı olmuşdur. Ona görə də İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı ilə son haqqhesabın aparılması və əmrin surətinin ona göndərilməsi təmin edilmişdir. Odur ki, iddia əsassız olduğundan iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsinə dair qətna mə qəbul edilməsini xahiş etmişdir.
6. İmişli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(036)-261/2025 nömrəli qətnaməsi ilə (hakim O.Mahmud) iddianın təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrində göstərilənlər həm iddiaçının öz izahatı ilə, həm də təqdim etdiyi disklərdə olan video görüntü ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərinə yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərə dərs keçməsini dərslərin inşası başa çatm ış yeni məktəb binasında tədris olunacağı güman etdiyindən şagirdlərini oraya gəlməyə dəvət etməsi ilə əsaslandırmışdır. Halbuki, iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında bu barədə məktəb kollektivindən məlumat əldə etdiyini, lakin məktəb direktorunun şəxsən ona məlumat verməməsini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş yaddaş qurğusunda (fləş-kartda) olan audio-video yazıya baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı video çəkiliş apararaq fevral ayından, yəni yeddi aydır ki, yeni məktəb binasının tam hazır olduğunu, amma məktəbin açılışına üç gün qalmış əlayağa düşdüklərini, buna görə də onları başqa məktəbə yönəltdiklərini, onun isə başqa məktəbə getməyə cəyini bildirmişdir. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixdə İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin yeni binası tam hazır olmadığı üçün dərsin orada keçirilməyəcəyi barədə məlumatının olmaması barədə mülahizəsi əsassızdır.
8. Məhkəmə hesab etmişdir ki, bu barədə məlumatlı olmasaydı belə, yuxarıda qeyd edilən normativ-hüquqi aktlarının tələblərinə əsasən təhsilalanların hüquqlarının təmin edilməsi və təhsilverən olaraq özünün vəzifələrinin realizəsi məqsədi ilə bu barədə işəgötürənə məlumat verməli idi.
9. Məhkəmə iddiaçının 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə namizəd kimi qeydiyyat alındığı üçün onunla əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması barədə mülahizələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilən məzmunlu ərizə ilə işəgötürənə müraciət edilməsi faktı müəyyən edilməmişdir. Həmçinin, həmin ərizə ilə müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək müraciət etmək hüququ təsbit edilmişdir. İddiaçının namizəd olduğu Azərbaycan Respublikasına Milli Məclisinə keçirilmiş seçkilərin nəticəsi artıq xx.xx.2024-cü il tarixdə dərc edilmişdir. Azərbaycan Respublikasına Milli Məclisinə keçirilmiş seçkilərin nəticəsi artıq xx.xx.2024-cü il tarixdə dərc edildiyi üçün iddiaçının ərizə ilə işəgötürənə müraciət etmək hüququ həmin tarixdən mövcud olmamışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin rəy inin iddiaçıya təqdim edilməməsi, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olmasının göstərilməməsi xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla m üraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunverici orqan Həmkarlar İttifaqı Komitəsinin rəyinin işçiyə təqdim edilməsi, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olmasının göstərilməsini işəgötürənə vəzifə kimi müəyyən etməmişdir. Eyni zamanda rəyin təqdim edilməsi barədə iddiaçının cavabdehlərə hər hansı müraciəti olmamışdır.
11. Məhkəmə iddiaçının iddia tələbinin Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi zərərə görə 1000 manat məbləğində kompensasiyanın cavabdehdən tutulması və mediasiyada iştirakla bağlı çəkdiyi 60 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi hissəsin ə münasibət bildirərək qeyd etmişdir ki, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində iddia tələbi təmin edilmədiyi üçün ondan birbaşa asılı olan bu hissədə də təmin edilə bilməz. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəf iddianı əsaslandırdığı halları təsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim etməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 20 mart 1952-ci il Paris protokolunun 2-ci maddəsi, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyasının 28-ci maddəsi, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbayca n Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı, Əmək Məcəlləsinin 10, 70, 71 72, 80, 186,-ci maddələri, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.27, 70.1, 70.2, 70.3, 174, 109.1, 109.2, 109.3, 109.4, 109.5, 107.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürənin zəruri hallarda işçini məlumat landırması ilə bağlı qərəzli şəkildə heç bir məsələyə toxunmamışdır. Hər bir halda işəgötürən tərəfindən ona dərslərin başqa məktəbdə tədris olunacağı ilə bağlı məlumat verilməli idi. Məhkəməyə təqdim edilmiş videoda İddiaçı video çəkiliş apararaq fevral ayından, yəni yeddi aydır ki, yeni məktəb binasının tam hazır olduğunu, amma məktəbin açılışına üç gün qalmış əl-ayağa düşdüklərini, buna görə də onları başqa məktəbə yönəltdiklərini, lakin onun isə başqa məktəbə getməyəcəyini bildirdiyi qeyd edilmişdir. Lakin bu audio-video yazı ilə bağlı tərəflərin izahatları dinlənilməmişdir. Sadəcə formal şəkildə audio-video yazıya baxış keçirilməsi və proses iştirakçılarını bununla bağlı mövqelərinin öyrənilmədən sübutlara qiymət verilməsi, bir mənalı olaraq, çəkişmə prinsipinin pozulmasıdır. Məhkəmə qətnamədə cavabdeh məktəb direktoru tərəfindən ona şagirdlərə dərs tədris etmək üçün qonşuluqda yerləşən başqa məktəbə getməli olduğu barədə məlumatın verilib-verilmədiyini dəqiq müəyyən etməyib. Həmçinin 82 saylı X1 üzrə AR Milli Məclisinə seçkilərlə bağlı deputatlığa namizəd kimi qeydə alındığı xx.xx.2024- cü il tarixindən seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi xx.xx.2024-cü il tarixinədək olan müddət aralığında Seçki Məcəlləsinin 70.3-cü maddəsinə müvafiq olaraq heç bir halda işdən çıxarıla bilməzdi. Beləliklə, Seçki Məcəlləsinin 1.1.27, 70.1 və 70.2-ci maddələri düzgün təfsir edilməmiş, bu səbəbdən də həmin maddələrin normalarının mübahisəyə tətbiqi zamanı səhvə yol verilmişdir. Məcəllənin 70.1-ci maddəsində bu müddəanın qeydə alınmış namizədin toxun ulmazlığı ilə bağlı deyil, onun öz hesabına məzuniyyət götürə bilməsi imkanını nəzərdə tutması açıq-aşkar göstərilir. Ona görə də məhkəmə tərəfindən Seçki Məcəlləsinin 70.1-ci maddəsinin bu müddəasının mənasını şərh edərkən yanlışlığa və kobud səhvə yol verilməsi açıq-aşkardır. Məktəb həmkarlar ittifaqı təşkilatında onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə direktorun təqdimatına baxıldığı iclasdan xəbəri olmamış və həmin iclasda iştirakı təmin edilməmiş, çıxarılmış qərar barədə də məlumatsız olmuşdur. Qətnamədə onun məktəbin həyətində şagirdlərə dərs tədris etməyinin onların həyat və sağlamlığı üçün riskli olması faktı kimi müəyyən edildiyi qeyd edilsə də, bu hallar heç bir sübutla əsaslandırılmayıb. Həmin sübutlar 2024-cü ilin sen tyabr ayının 16-sı günündə İmişli rayonu ərazisində hava şəraitinin soyuq keçməsi barədə meteoroloji xidmətin rəsmi məlumatından, şagirdlərin xəstələnməsi, müayinə və müalicə olunması barədə xəstəxana arayışı və hər birinə aid tibbi sənədlərdən ibarət ola bilərdi ki, bunlar da iş materiallarında yoxdur və məhkəmə baxışı zamanı təqdim və tədqiq edilməyib. Əmrdə dərs müddəti ərzində “Tiktok” sosial şəbəkə hesabından canlı videogörüntü yaydığı qeyd edilmiş, məhkəmə isə bu iddianı sorğulamadan və heç bir sübut tələb etmədən qəbul etmişdir. O heç vaxt dərs zamanı canlı yayım açmamış, sözügedən video əvvəlcədən yazıya alınmış videodur və ona məxsus hesabda sonradan paylaşılmışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-794/2025 nömrəli, 8 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Mirlətif Sadıqov və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq İddiaçı şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasını Əmək Məcəlləsi
20. Maddə 2. 3-cü hissə. Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
21. Maddə 10. a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili in tizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur.
22. Maddə
14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçil ərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
23. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər.
24. Maddə
71. Həmin məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhl ənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
25. Maddə 71. 3-cü bənd. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülki yyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
26. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Məhkəmə aktları nın qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya M əhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yə ni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəl illərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-794/2025 nömrəli iş üzrə, 8 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.