Məhkəmə qərarları › İş №2(102)-2257/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2257/2025

10.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2257/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi əmək mübahisəsi, işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı əmrin ləğv olunması, işə bərpa və buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)434/2025 nöm rəli, 5 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə *0 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 0*.09.2006-cı ildən Çünzəli kənd orta məktəbində ixtisas üzrə ingilis dili müəllimi vəzifəsinə təyin edilmiş, *5.0*.20**-ci ildə iş yeri Göytəpə şəhəri V.Mürsəlov adına * saylı tam orta məktəbinə (bundan sonra – Məktəb) dəyişdirilmiş, 25.04.20*7-ci il tarixdə Məktəbin direktoru səlahiyyətlərini icra etməyə başlamış və 27.**.20*7-ci il tarixindən Məktəbin direktoru səlahiyyətlərinin icrası İddiaçı götürülmüşdür.

2. Məktəbin 06.*0.202*-ci il tarixli *60 nömrəli əmri ilə Məktəbin ali təhsilli ingilis dili müəllimi İddiaçı 06.*0.202*-ci ildən Məktəbin təlim-tə rbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmişdir. 3. 068486* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən *8.09.2022-ci il tarixədək ambulator müalicədə olmuşdur.

4. Məktəbin ilk Həmkarlar Təşkilatının *3.09.2022-ci il tarixli iclasında Məktəbin direktor müavini İddiaçı tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır.

5. Məktəbin *72 nömrəli, *5.09.2022-ci il tarixli əmri ilə Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işində ciddi nöqsanlara yol verdiyinə, əmək müqaviləsi öhdəlikləri və vəzifə funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə Əmək Məcəlləcinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmiş, Məktəbdə ixtisası üzrə müəllim vəzifəsində saxlanılmışdır. 6. *6.09.2022-ci il tarixli akta əsasən Məktəbin sabiq direktor müavini İddiaçı işdən çıxarılması ilə bağlı əmrin surəti ona təqdim edilmiş, lakin onun tərəfindən qəbul edilməsindən imtina edilmişdir.

7. Cəlilabad rayon prokurorluğunun 28.0*.2023-cü il tarixli cinayət işinin başlanması barədə qərarı ilə Cəlilabad rayonu, Göytəpə şəhər sakini X* Məktəbdə texniki işçilərin işə gəlməməsi və Məktəbin direktoru İddiaçı işlədiyi dövrdə fəaliyyətində bir sıra qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş müraciəti üzrə araşdırma aparılmış və fakta görə Azərbaycan Respublikası CM-in *79.2.3 və 308.*-ci maddələri il cinayət işi başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Məktəbə qarşı iddia ərizəsi və daha sonra iddia tələbini n dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Məktəbin *5.09.2022-ci il tarixli əmrinin ləğv edilməsi, Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən əmr Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşlarının guya vətəndaş müraciəti adı altında yoxlamalarının nəticəsi olaraq qəbul edilmişdir. Məktəbin (direktor əvəzi X2) barəsində verilmiş əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinə və X3 konvensiyalarına ziddir, əsassızdır və qanunsuzdur. Əmrin əsassızlığı və qanunsuzluğu onunla izah olunur ki, Məktəbin b arəsində vermiş olduğu *5.09.2022-ci il tarixli əmri verilərkən o, əmək qabiliyyətini müvəqqəti itirmiş və ev şəraitində müalicə olunmuşdur. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *5.09.*998-ci il tarixli *89 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada kliniki tibbi mərkəz tərəfindən verilmiş 068486* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi məktəbin rəhbərliyinə tərəfindən təqdim edilmiş, lakin qərəzli olaraq qəbul edilməmişdir və qəbul edilməməsi barədə ona rəsmi heç bir məlumat verilməmişdir. Həmçinin, *5.09.2022-ci il tarixli əmri ona rəsmi qaydada təqdim ed ilməmişdir. Direktor əvəzi təyin edilməsinə baxmayaraq, onunla heç bir əmək müqaviləsi bağlanmamış, qüvvədə olan əmək müqavilələrində isə onun heç bir razılığı olmadan müxtəlif vaxtlarda dəyişikliklər edilmişdir. Əmək müqaviləsinin olmaması və əmək müqaviləsində dəyişikliklər edilməsi əmək mübahisəsi yaranan vaxtdan ona məlum olmuşdur. Həmçinin, Məktəbdə aparılan yoxlamalar bitdikdən sonra barəsində hər hansı intizam tənbehi veriləcəkdisə * ay müddətində verilməli olduğu halda bir neçə ay sonra verilmişdir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtlərinin, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətlərinə girən tərəflərin iradəsi əsasında razılaşdı rılmaqla müəyyən olunur.

10. Məhkəmə iclasında cavabdeh Məktəbin nümayəndəsi Nümayəndə* iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı Məktəbdə işlədiyi dövr ərzində yol verdiyi ciddi nöqsanlara, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə onun barəsində Cəlilabad rayon prokurorluğunda ilkin araşdırma aparılır. *5.09.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, *6.09.2022-ci il tarixdə əmrin surəti iddiaçıya təqdim edilsə də o, əmrin surətini almaqdan imtina etmişdir. Eyni zamanda elektron sistemdə direktor müavini kimi fəaliyyətinə xitam verilmişdir. İddiaçı funksional (direktor müavini) vəzifəsini icra etmədiyindən buna mütənasib olaraq əmək haqqını almaması bir daha göstərmişdir ki, id diaçı direktor müavini kimi fəaliyyətinə xitam verilməsini 2022-ci ilin sentyabr ayında bilmişdir. 3*.*0.2022-ci il tarixdə Lənkəran * saylı Mediasiya Təşkilatına müraciət etmiş, *5.**.2022-ci il tarixdə ilkin Mediasiya Sessiyasından müvafiq arayış almışdır. Lakin *2.*2.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda prosessual müddəti pozmasına baxmayaraq, müddətin bərpası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(073)-328/2023 nömrəli iş üzrə 3 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Məktəbə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ə mək haqqı və işə bərpa tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir (hakim Qalib Paşayev).

12. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Məktəbdə direktor müavini işlədiyi dövr ərzində ciddi nöqsanlara yol vermiş, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə *5.09.2022-ci il tarixdən direktor müavini kimi əmək müqaviləsinə xitam verilmiş və işlədiyi dövrdə fəaliyyətində bir sıra qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılmış və fakta görə Azərbaycan Respublikası CM-in *79.2.3 və 308.*-ci maddələri il cinayət işi başlanmışdır.

13. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, *5.09.2022-ci il tarixdə işdən azad edilməsi ilə bağlı əmrin surəti *6.09.2022-ci il tarixdə ona təqdim edilməsinə baxmayaraq, İddiaçı tərəfindən əmrin surətinin qəbul edilməsindən imtina edilmişdir.

14. Bundan başqa, məhkəmə iddiaçının Məktəbin barəsində vermiş olduğu *5.09.2022-ci il tarixli əmri verilərkən əmək qabiliyyətini müvəqqəti itirməsi və ev şəraitində müalicə olunması ilə bağlı izahatına tənqidi yanaşmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Məktəbi üzrə 0*-*4 sentyabr və *5-30 sentyabr ayı üçün əmək haqqı tabelindən görünmüşdür ki, İddiaçı həmin tarixlərdə işdə olmuş və ona əmək haqqı hesablanmışdır.

15. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iddiaçının məhkəməyə prosessual müddətin pozulması ilə müraciət etdiyini göstərsə də, iddia müddətinin tətbiqinə dair ərizə verilmədiyini göstərmiş, iddianın əsassız olduğuna görə rədd edilməli olduğu qənaətinə gəlmişdir.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 7*-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cəlilabad rayon Məhkəməsinin 25.**.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən nəticə işin h allarına uyğun deyildir. O, qətnamə qəbul olunan zaman ümumiyyətlə qətnamədən məlumatı olmamış, qətnamə məhkəmə iclasında elan olunmamış, elektron məhkəmə sistemində videoçəkiliş olmamış və məhkəmə araşdırması aparılmadan onun iştirakı olmadan qətnamə qəbul edilmişdir. Qətnamə qəbul olunan zaman onun barəsində hökm çıxmamış, hökm qanuni qüvvəyə minməmiş, sadəcə fakt üzrə cinayət işin başlanmışdır, belə olan halda məhkəmə həmin sübuta istinad edərək onun işdən çıxarılmasını qanuni hesab edə bilməzdi, onun əmək funksiyalarını pozması barədə hər hansı sübut işdə mövcud deyildir, həmçinin, o, işdən azad olunarkən bülletendə olmuş, əmək qabiliyyətinin itirilməsi barədə sənədi direktora təqdim etmişdir, lakin qanunsuz olaraq işdən azad olunmuşdur.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-434/2025 nömrəli mülki iş üzrə 5 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Tofiq Heydərov).

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə iddia müddəti ilə bağlı məsələ müzakirə olunmalı, bununla bağlı gəlinəcək nəticəyə uyğun olaraq apellyasiya şikayətinin digər dəlillərinə bu kontekstdə qiymət verilməlidir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışında iddiaçı izahatında bildirmişdir ki, işdən çıxarılması ona 2*.09.2022-ci il tarixdə artıq məlum olmuşdur. İddia çı apellyasiya şikayətində onu da qeyd etmişdir ki, məhkəmə işdən azad olunmazdan əvvəl *3.07.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olmasını, xx.xx.2022*8.09.2022-ci il tarixlərdə əmək qabiliyəti olmadığı üçün ev şəraitində müalicə olunmağını və *6.09.2022-ci il tarixdə bülletendə olduğu halda işdən azad olunmasını, Əmək Məcəlləsinə əsasən işçi bülletendə olduğu halda işdən azad olunmasının mümkün olmamasını aydınlaşdırmamışdır.

23. İş materiallarının 85-ci vərəqində olan cavabdeh tərəfindən verilmiş iddiaya ərizəsinə etirazın məzmunundan müəyyən edilmişdir ki, iddiaçı 3*.*0.2022-ci il tarixdə Lənkəran * saylı Mediasiya Təşkilatına müraciət etmiş, *5.**.2022-ci il tarixdə ilkin Mediasiya sessiyasından müvafiq arayışı almışdır. Eyni zamanda prosessual müddəti pozmasına baxmayaraq, müddətin bərpası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh etirazda AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə istinad etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

24. Qeyd olunmalıdır ki, cavabdeh iddia tələbinə qarşı etirazında baxılan mübahisə üzrə mülki qanunvericiliklə iddia müddətinin * təqvim ayı olmasını göstərmiş, nəticə etibarı ilə iddianın digər əsaslarla yanaşı, həm də bu əsasa görə yekunda rədd edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən (2*.09.2022-ci il tarixindən) etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, *6.*2.2022-ci il tarixdə müraciət edərək qanunvericiliklə müəyyən olun muş iddia müddətini ötürmüşdür.

26. İddiaçı tələbini əsaslandırdığı hallarda əmrin surətini sonradan əldə etməsi kimi faktlara əsaslansa da, məhkəmə qeyd olunanları əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, hüququnun pozulması 2*.09.2022-ci il tarixdə ona məlum olmuşdur. Qeyd olunan faktiki hallar, onu deməyə əsas vermişdir ki, iddiaçı öz hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini həmin zaman bildiyinə görə o andan da iddia müddətinin axımı başlamışdır və * ay müddətində məhkəməyə müraciət etməli olduğu halda, *6.*2.2022-ci tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərini pozmuşdur.

27. Kollegiya hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə haqlı olaraq iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.

28. İddiaçı iddia müddətini ötürməmiş olmasını işdən çıxarılması barədə əmrdən xəbərdar olmaması və əmək kitabçasının ona vaxtında təqdim edilməməsi ilə əsaslandırsa da, Kollegiya onun bu arqumentini əsaslı hesab etməmişdir.

29. İddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı gəldiyi qənaət çərçivəsində Kollegiya, onun irəli sürdüyü digər dəlillərlə bağlı araşdırma aparmağı zəruri hesab etməmiş və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.

30. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 42, 45, 47, 56, 287, 288, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375, 377-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 200*-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 20*3-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırıl mışdır ki, məhkəmə iddiaçının Konstitusion hüquqlarının pozulmasına baxmayaraq, əsl həqiqətin müəyyən edilməsinə nail olmadan iddiaçının əsaslı olaraq irəli sürdüyü tələbə qeyri-obyektiv qiymət verərək, əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə qarşı tərəfin izahatını, habelə prokurorluqda nəticəsi bəlli olmayan araşdırmanı əsas götürərək iddiaçının işlədiyi dövr ərzində işdə ciddi nöqsanlara yol verdiyini, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını lazımi qaydada yerinə yetirmədiyini heç bir sübut növünə əsaslanmadan qeyd etmişdir. Halbuki həmin dövr ərzində iddiaçı heç bir ciddi nöqsana yol verməmiş və əmək müqaviləsi üzrə öhdəliklərini, habe lə vəzifə funksiyalarını lazımi qaydada yerinə yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qeyd olunan hüquq normalarını kobud şəkildə pozmasına əhəmiyyət verməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsini əsas götürsə də, cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazın məzmununa istinad edərək müəyyən etmişdir ki, guya iddiaçı 3*.*0.2022-ci il tarixdə Lənkəran * saylı Mediasiya Təşkilatına müraciət etmiş, *5.**.2022-ci il tarixdə ilkin Mediasiya sessiyasından müvafiq arayışı almışdır. Eyni zamanda prosessual müddəti pozmasına baxmayaraq, müddətin bərpası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmədiyini qeyd etmişdir. Eyni zamanda cavabdehin etirazda Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə istina d etməsini göstərməklə, etirazın məzmununu cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair xahişi kimi qəbul etmişdir. Halbuki, *6.09.2022-ci il tarixli, *72 nömrəli əmrin mübahisələndirilməsi ilə bağlı qarşı tərəfə poçt vasitəsi ilə **.*0.2022-ci il tarixdə iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, həmin təklif cavabdeh tərəfindən *5.*0.2022-ci il tarixdə qəbul edilmişdir. Mediasiya təklifinin göndərilməsi ilə bağlı poçt sənədləri iş materiallarına əlavə olunsa da, məhkəmə tərəfindən nəzərə alınmamış və əsassız olaraq iddia müddətinin keçirilməsi əsası ilə iddia tələbi rədd edilmişdir.

34. İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ambulator müalicədə olduğu dövrdə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmiş və onun iştirakı olmadan guya əmrin surətini qəbul etməkdən imtina etməsi barədə saxta akt tərtib olunmuşdur. İddiaçının iştirakı olmadan akt tərtib edilməsi isə açıq-aşkar işəgötürənin saxtakarlığından xəbər vermişdir. Məhkəmələr isə qeyd olunan hallara hərtərəfli və obyektiv araşdırma aparmadan düzgün hüquqi qiymət verməmişdir.

35. İddiaçı tərəfindən Əmək Məcəlləsinin 7*-ci maddəsinə sadalanan halların heç birinə yol verilmədiyi və buna dair işəgötürənin məhkəməyə hər hansı sübut təqdim etmədiyi və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmadığı halda birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab etmişdir. Halbuki, əmək qanunvericiliyinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasları n hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Belə əsaslandırmanın mövcud olmadığı məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

36. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 20*3-cü il tarixli Qərarının mahiyyəti baxımından apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab etmişdir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən (2*.09.2022-ci il tarixindən) etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, *6.*2.2022-ci il tarixdə müraciət edərək, qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının əmək hüququnun pozulduğu vaxtdan, hətta mübahisələndirilən əmrin çıxarıldı ğı vaxtdan * ay ötməmiş qarşı tərəfə mediasiya təklifi göndərdiyini və artıq qanunsuz əmri Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisələndirdiyini nəzərə almamış, iddia müddətinə riayət olunduğunu yalnış qiymətləndirmişdir.

37. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının *25-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 7*, 79, 296-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 2*7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 296.*. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüq uqunun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

40. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

41. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgöt ürən sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. tərəfindən müvafiq qaydada Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

43. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

44. Maddə 377.*. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 200*ci il tarixli Qərarı

45. İddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 20*3-cü il tarixli Qərarı

46. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intiza mlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, məhkəmə koll egiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

57. Kassasiya şikayətinin dəlillərinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin *8-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin həlli bu Məcəllənin Xİ bölməsində nəzərdə tutulan qaydada tənzimlənir. Beləliklə, tərəflər arasındakı mövcud mübahisəyə iddia müddətinin tətbiqi məsələsinə Əmək Məcəllənin 296-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

58. Əmək Məcəllənin 296-cı maddəsini n 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

59. Kassasiya kollegiyası qeyd edir ki, iddiaçı izahatında etiraf etmişdir ki, işdən çıxarılması ona 2*.09.2022-ci il tarixdə artıq məlum olmuşdur. Beləliklə, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən (2*.09.2022-ci il tarixindən) etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, *6.*2.2022-ci il tarixdə müraciət edərək qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür.

60. İddiaçı kassasiya şikayətində *6.09.2022-ci il tarixli, *72 nömrəli əmrin mübahisələndirilməsi ilə bağlı qarşı tərəfə poçt vasitəsi ilə * *.*0.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdiyini, həmin təklifin cavabdeh tərəfindən *5.*0.2022- ci il tarixdə qəbul edildiyinə və bu barədə poçt sənədlərinin iş materiallarına əlavə olunduğunu bildirsə də, iş materiallarında mövcud olan həmin təklifin tarixi *2.*0.2022-ci ildir və onun bir gün əvvəl **.*0.2022-ci il tarixdə göndərilməsi və cavabdeh tərəfindən *5.*0.2022-ci il tarixdə alınmasını təsdiq edən sübut kimi kassasiya şikayətinə əlavə edilmiş xəbərnamə nə iddia ərizəsinə, nə də apellyasiya şikayətinə əlavə edilməmiş, sübut kimi qiymətləndirilməmişdir. Kassasiya instansiya məhkəməsi isə yeni sübut qəbul etmir.

61. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi 3*.*0.2022-ci il tarixdə Mediasiya təşkilatına müraciət edərkən artıq iddia müddətini buraxdığından mübahisəyə iddia müddətinin tətbiqi düzgün olmuşdur.

62. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə *6 yanvar 2009-cu il tarixli Qərarları və s.).

63. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlər in daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 200*-ci il tarixli qərarı).

64. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 6

5. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhb ər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2025-ci il tarixli 2(*06)434/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar